AZƏrbaycan d L haqqinda



Yüklə 4,51 Kb.
Pdf görüntüsü
səhifə3/11
tarix21.04.2017
ölçüsü4,51 Kb.
#14973
1   2   3   4   5   6   7   8   9   10   11
ÖVLƏR  
 
Xalq yarad
ıcılığının incilərindən olan natiqlik sənəti cəmiyyətdə mühüm yer tutur. Natiqlik sənəti hər 
bir insan
ın qabiliyyətini, istedadını üzə çıxarır. Natiqlik sənətinin ən böyük rolu ondan ibarətdir ki, bu sənət 
vasitəsilə yeni natiqlər və cəmiyyətə xidmət edən təbliğat
çılar yetişir. Natiqliyin əsas xüsusiyyətlərindən biri 
odur ki, bu sənət ilə məşğul olan hər bir adam hans
ı mövzuda nitq söyləyirsə, həmin elmi dərindən öyrənir və 
m
üşahidələr aparır. Bu da fikrin elmi əsaslarla ifadə olunmasına xidmət edir. Millətindən asılı olmayaraq hər 
bir  natiq  xalq
ına  yaxından  bağlı  olur  və  həqiqətlərin  üzə  çıxarılmasında,  kütləyə  çatdırılmasında  öz 
məharətlərindən istifadə edirlər. Bu bir dan
ılmaz faktdır ki, XX əsr Azərbaycanda natiqlik sənəti və onun 
inkişaf
ı  yeni  mərhələyə  qədəm  qoydu.  Bu  dövrdə  natiqlik  sənəti,  üslub  və  üslubiyyat  haqqında  dəyərli 
fikirlər,  elmi  məqalələr,  kitablar,  dərsliklər  yaz
ılıb  çap  olunmuşdur.  Dünya  natiqlik  sənəti,  onun  ən  gözəl 
n
ümunələri  Azərbaycan  dilinə  çevrilmiş  və  onlardan  layiqincə  istifadə  olunmuşdur.  Məhz,  bu  illərdə 
M. brahimov,  S.Vurğun,  Ə.Sultanl
ı,  H.Araslı,  Ə.Dəmirçizadə,  H.Mirzəzadə,  M.Cəlal,  M.Quluzadə, 
A.Qurbanov,  Y.Seyidov,  A.Axundov,  T.Hac
ıyev  və  başqa  görkəmli  dilçilər,  söz  ustaları,  uslub  və  üslubi 
prinsiplər  haqq
ında,  ədəbi  dil,  dil  tarixi  haqqında  elmi  əsərlər,  kitablar,  məqalələr  yazıb  çap  etdirmişlər. 
Natiqlik  sənətini  ham
ı  bilməlidir  (ziyalılar  nəzərdə  tutulur).  Müasir  dövrümüzdə  xalq  kütlələri  arasında, 
idarələrdə,  m
üxtəlif  sahələrdə  çalışan  insanları  informasiya  ilə  təmin  etmək  üçün  cəmiyyətimizə  savadlı 
natiqlər laz
ımdır. Natiq xalqının həm təbliğatçısı, həm də təşkilatçısı olmalıdır. Ona görə də cəmiyyətimizin 
qaymağ
ı  sayılan  müəllimlər,  mədəniyyət  xadimləri,  bilik  cəmiyyətlərində  fəaliyyət  göstərən  mühazirəçilər, 
ağsaqqallar  natiqlik  sənətinin  əsaslar
ını  dərindən  öyrənməli  və  yeri  gəldikcə  məqsədyönlü  şəkildə  bundan 
istifadə  etməlidirlər.  Bu  g
ünümüzün  tələblərinə  cavab  vermək  üçün  hər  bir  natiq  dərin  biliyə  və  müşahidə 
qabiliyyətinə malik olmal
ıdır. Natiq həmçinin dilin incəliklərini dərindən bilməlidir. 
Bu g
ün  təhsil ocaqlarımızda minlərlə müəllim natiqlik  sənətinin inkişafına xidmət  edir. Sual-cavablar, 
ke
çirilən ədəbi gecələr, disputlar, elmi mübahisələr natiqlik sənətinin inkişafına, yüksək nitq mədəniyyətinə 
yiyələnmək 
üçün geniş imkanlar açır. 

 
45
Cəmiyyətimiz  inkişaf  etdikcə  informasiya  bolluğu  yaran
ır.  Televiziya,  radio  hər  gün  nə  qədər 
informasiyan
ı  əhatə  edir.  Dünyada  baş  verən  hadisələrin  şərhi,  daxili  xəbərlər,  rəsmi  xronika,  siyasi 
icmal
çıların  təhlili  və  s.  natiqlik  sənətinin  inkişafına  xeyli  köməklik  göstərir,  xalqın  dünyagörüşünü 
zənginləşdirir. 
Natiqliyin inkişaf
ına təsir edən amillərdən biri də demokratiyadır. Demokratiya əsasında natiqlik sənəti 
və  nitq  mədəniyyətinin  təməli  qoyulur.  S
öz  azadlığı,  obyektiv  tənqid  natiqliyin  kəsərini  artırır.  darələrdə, 
y
ığıncaqlarda,  təntənəli  gecələrdə  nitq  söyləyən  və  ya  çıxış  edən  hər  bir  şəxs  qarşısında  belə  bir  məqsəd 
qoymal
ıdır  ki,  söylədiyi  nitq  cəmiyyətə  xidmət  etmiş  olsun.  Əsl  natiq  nitqini  cəlbedici  qurmalıdır.  Xalq 
k
ütləsi,  kollektiv  arasında  natiqin  nüfuzunu  qaldıran,  onu  hörmətli  edən  əsas  cəhətlərdən  biri  nitqin 
inand
ırıcı və qərəzsiz olmasıdır. Fikri sübut və faktlarla ifadə etmək üçün natiq tutarlı materiallardan istifadə 
etməlidir.  Natiqlik  sənətinin 
özünəməxsus  xüsusiyyətlərindən  biri  də  nitq  zamanı  gətirilən  sitatların  fikirlə 
bağl
ı olmasıdır. Fikrin dolğun şəkildə dinləyiciyə çatdırılmasında mənbədən gətirilən sitatlar aydın, düzgün 
və səlis ifadə olunmal
ıdır. 
Hər bir natiqin şəxsi x
üsusiyyətləri ilə bərabər fərdi üslubu olmalıdır. Onun yazdığı hər hansı mühazirə, 
çıxış xidmət etdiyi cəmiyyətlə güclü təmasda olmalıdır. Şairə, yazıçıya, jurnalistə, tənqidçiyə və digər şəxslərə 
xas  olan  fərdi 
üslub  natiqlik  sənətində  mühüm  və  əsas  keyfiyyətdir.  Hər  bir  natiq  nitqini  qurarkən  dildə 
işlənən s
özləri saf-cürük edir, fikrini dolğun, obrazlı ifadə etmək üçün dil vahidlərini düzgün seçib işlədir. Bu 
x
üsusiyyət  natiqin  səviyyəsini  üzə  çıxarır.  Ona  görə  də  natiq  olmaq  istəyən  hər  bir  şəxs  dilin  incəliklərini 
bilməlidir, ondan d
üzgün istifadə etməlidir. 
S
öylənilən fikirlərdən aydın oldu ki, natiqlik sənəti cəmiyyətə xidmət edir. Cəmiyyət isə uzun bir tarixi 
yol  ke
çmişdir.  Bu  tarixi  yol  natiqlik  sənətinin  müxtəlif  növlərinin  və  şəkillərinin  yaranmasına  şərait 
yaratm
ışdır. Eyni zamanda cəmiyyətin inkişafına və tərəqqisinə xeyli kömək göstərmişdir. Onu da qeyd edək 
ki,  cəmiyyətin  inkişaf
ı  bir  xətt  üzrə  getmədiyi  üçün  natiqlik  sənətinin  də  təsnifi,  bölgüsü  müxtəlif  şəkildə 
təzah
ür  etmişdir.  Yəni  cəmiyyətin  inkişafında  bir  sahə  yüksək  səviyyədə,  digəri  orta,  başqa  birisi  isə 
durğunluq  d
övrü  keçirərək  yaşamışdır.  Bu  müxtəliflik  şübhəsiz  ki,  cəmiyyətlə  birgə  inkişaf  edən  natiqlik 
sənətində də 
özünü göstərməyə bilməzdi. Ona görə natiqlik sənətinin növləri ya tam əhatə olunmamış, ya da 

 
46
b
ölgülərdə  naqislik  özünü  göstərmişdir.  Bu  bölgülərin  müxtəlifliyinə,  tədqiqatçıların  fikir  ayrılığına 
baxmayaraq, bu, natiqlik sənətinin m
üvəffəqiyyəti idi. Artıq bir elm kimi mütəxəssislərin diqqətini cəlb edən 
natiqlik sənəti elmi m
übahisələrin yaranmasına şərait yaratdı və öz varlığını sübut etdi. 
Ümumiyyətlə,  natiqlik  sənətinin  bölgüsü  haqqında  fikir  müxtəlifliyinə  Azərbaycan  tədqiqatçılarının 
əsərlərində  də  rast  gəlirik.  Bizcə,  başqa  bir  alimin  tərtib  etdiyi  sxemi  əsas  g
ötürən  və  onu  qəbul  edən 
Məmmədəli Əskərovun məqbul hesab etdiyi b
ölgü daha məqsədəuyğundur. Əsasən, məqbul və dolğun hesab 
etdiyimiz  bu  b
ölgüdə  yalnız  bir  növün  adını  dəqiqləşdirmək  yerinə  düşərdi:  Bu  növün  adının  ilahiyyatçı 
natiqlik  yox,  dini natiqlik  adlanmas
ını  daha  düzgün  hesab  edirik.  Yerdə  qalan  növləri  və  onların  müxtəlif 
qollara ayr
ılmasını (Məmmədəli müəllim bunları şəkillər kimi ifadə edir) olduğu kimi qəbul edirik. Natiqlik 
sənətinin n
övlərini aşağıdakı şəkildə qruplaşdırmaq olar. 
1.  ctimai-siyasi natiqlik 
Bu n
öv müxtəlif qollara, budaqlara bölünür (Bütün növlər bu bölgü üzrə aparılacaq). 
a) siyasi m
övzularda məruzələr; 
b) iclaslarda, qurultaylarda, konfranslarda hesabat məruzələri; 
c) siyasi nitq; 
d) x
ülasə (icmal); 
e) mitinqdə s
öylənilən nitqlər; 
f) təbliğat
çı və təşviqatçı nitqi; 
2. Akademik natiqlik: 
a) Ali məktəblərdə oxunan m
ühazirələr; 
b) elmi məruzələr; 
c) elmi xəbərlər; 
d) birdəfəlik oxunan m
ühazirələr; 
3. Məhkəmə natiqliyi: 
a) prokuror nitqi və ya ittihamedici nitq; 
b) vəkil və ya m
üdafiə nitqi; 

 
47
c) m
üttəhimin nitqi; 
d) 
özünü müdafiə nitqi;  
e) hakimin nitqi; 
f) şahidlərin nitqi; 
4. Məişət natiqliyi: 
a) yubileylərdə s
öylənilən nitq; 
b) masa arxas
ında söylənilən nitq; 
c) qəbir
üstü nitqlər; 
Onu da qeyd edək ki, Azərbaycan xalq
ına xas olan oxşamalar, ağılar matəm mərasimində ifa edildiyi 
üçün bu növün qollarına daxil olmalıdır. 
5. Dini natiqlik: 
a) moizə və x
ütbə nitqi; 
b) baş kilsə və camedə nitq; 
c) yasin oxunmas
ı, quran bağışlanması, ehsan və süfrə duaları bu növün qollarına daxildir. 
Qeyd edək ki, dini natiqliyin bəzi qollar
ı məişət natiqliyi ilə sıx şəkildə bağlıdır. Bu, hər iki növə aid edilə 
bilər. Məsələn, ehsan və s
üfrə duaları, quran bağışlanması, qəbirüstü nitqlər və s. 
ctimai-siyasi natiqlik 
stər ke
çmişdə, istərsə də indi ictimai-siyasi natiqlik xalqın həyatında, inkişafında mühüm rol oynayır. 
ctimai-siyasi  natiqlik  m
övcud  quruluşun  həm  mənfi,  həm  də  müsbət  keyfiyyətlərini  əks  etdirir.  Cəmiyyət 
inkişaf  etdikcə  siyasi  bax
ışlar  ictimai-siyasi  natiqlikdə  özünə  yer  tapır.  Keçirilən  mitinqlər,  nümayişlər, 
y
ığıncaqlar isə yeni natiqlərin yetişməsinə səbəb olur. 
Siyasi natiqlikdə 
özünə yer tapan natiqlər isə xalq ideyalarının yayılmasında əsl təbliğatçıya çevrilir. Belə 
nitqlərin təsiri nəticəsiz qalm
ır.  ctimai-siyasi nitqin əsas qollarından birini təşkil edən hesabat məruzələri isə 
icra olunmuş işlər haqq
ında yekun sözü deyir, görülən işlər təhlil olunur və qiymətləndirilir. Bu mərhələdən 
sonra qarş
ıda duran yeni məqsəd və vəzifələr müəyyən olunur. 

 
48
ctimai-siyasi  natiqlik  əsasən  m
övcud  iqtidarı  müdafiə  edir.  Onun  siyasi  fikirlərini,  məqsəd  və 
vəzifələrini  təbliğ  edir.  M
üxalifət  qüvvələrinin  belə  fikirlərlə  razılaşmaması  ziddiyyətli  fikirlərin  meydana 
gəlməsinə səbəb olur. Bu isə cəmiyyətin siyasi inkişaf
ına təkan verir. Yeni natiqlərin, liderlərin yaranmasına 
gətirib 
çıxarır. Siyasi natiqlik kütləvi xarakter daşıyır, xalqa xidmət edir. 
ctimai-siyasi  natiqliyin  əsas  x
üsusiyyətlərindən  biri  ondan  ibarətdir  ki,  o,  xalqa  xidmət  edir.  Onun 
mənafeyini hər şeydən 
üstün tutur.  ctimai-siyasi natiqliyin qədim və zəngin ənənəsi vardır. Bu növ natiqlik 
təbliğat və təşviqat işlərində xalqa əvəzsiz xidmət edir. D
övlətin yeritdiyi məqsəd və vəzifələri xalqa aşılayır, 
qarş
ıya  çıxan  problemləri  aydınlaşdırır,  ictimai-siyasi  məsələlərin  düzgün  təhlil  olunmasında  kəsərli  silah 
kimi nəzəri-diqqəti cəlb edir. Məhz bu x
üsusiyyətlər onu digər növlərdən fərqləndirir. 
 

 
49
AKADEM K NAT QL K 
 
Ali məktəb ocaqlar
ında oxunan mühazirələr, elmi məruzələr, müzakirələr bu növə daxildir. Akademik 
natiqliyi digər n
övlərdən fərqləndirən əsas xüsusiyyət ondan ibarətdir ki, burada elmiliyə daha çox yer verilir. 
Hər bir natiq m
ühazirəyə hazırlaşarkən ona yaradıcı yanaşır, verilən sualları elmi əsaslarla şəhr edir. 
Akademik natiqliyin əsas məziyyətlərindən biri də m
övzunun əvvəlcədən dinləyicilərə məlum olmasıdır. 
Məsələn,  hər  hans
ı  bir  ixtisas  sahibi  hazırladığı  mühazirəni  dinləyicilərin  səviyyəsinə  uyğun  qurmalı  və 
m
üəyyən ümumiləşmələr aparmaq qabiliyyətinə malik olmalıdır. Mühazirə hazırlanarkən mübahisə doğuran 
məsələlər aradan qald
ırılmalıdır. Əgər fakt, sübut, dəlil varsa, bu, nitqin təsir gücünü artırır. 
Bəzi  elmi  məruzələrdə  isə  vəziyyət  dəyişir.  Onlarda  konkretlik  olmur.  Bəzilərində  isə  fərziyələr  irəli 
s
ürülür.  Bu  xüsusiyyət  onu  mühazirədən  fərqləndirir.  Belə  məruzələrdə  məsələnin  həlli  ümumi  xarakter 
daş
ıyır, mahiyyət açılmır. Elmi məruzələr  fərziyyə xarakteri  daşıyırsa, onda  sübut, dəlil,  fakt işlənə  bilmir. 
Məsələn, zəlzələnin nə vaxt baş verəcəyi fakt
ı elm aləminə bəlli deyil. Şübhəsiz ki, bu barədə deyilən sözlərin, 
fikirlərin nə fakta, nə də s
übuta ehtiyacı var. Lakin onu da yaddan çıxarmaq olmaz ki, ayrıca bir problemin 
həllində,  m
übahisələrə,  dəlil  və  sübutlara  ehtiyac  duyulur.  Bu  zaman  elmi  məruzə  mühazirəyə  yaxınlaşır, 
lakin  dilinə  g
örə,  ifadə  vasitələrinə  görə  yenə  də  özünəməxsusluğunu  saxlayır.  Elmi  məruzələrin  dili,  ifadə 
tərzi m
ühazirəyə nisbətən qəliz olur. Elmi məruzələr əsasən simpoziumlarda, konfranslarda daha çox işlənir. 
Akademik  natiqliyin  də  inkişaf
ı  cəmiyyətin  tərəqqisinə  bağlıdır.  Elm,  texnika  nə  qədər  çox  inkişaf  edirsə, 
akademik  natiqlik  də  bir  o  qədər  tərəqqi  edir.  Akademik  natiqlik  hər  hans
ı  bir  elmi  kəşf  və  ya  tədqiqat 
barədə məlumat verməklə bərabər, m
üəyyən  tezis xarakteri  daşıyan müddəalardan  da  dinləyiciyə məlumat 
verir.  Akademik  natiqlik  həm  də  m
üəyyən  məcmuələrdə,  jurnallarda  elmi  xəbərlər  adı  altında  bir  qrup 
adamlara 
çatdırılır. Bu xəbərlər isə öz növbəsində uzunçuluqdan, təkrarlardan seçilir. Elmi xəbərlərdə əsas 
meyar  xəbərlərin  şərhi  hesab  olunur.  Akademik  natiqliyin  inkişaf
ında  müəllimlərin,  bilik  cəmiyyətində 
işləyən elmi iş
çilərin mühüm rolu vardır. Akademik natiqlikdə elmi düsturlar, təriflər, terminlər, dəlil, sübut, 
fakt, izahlar əsas amil kimi 
özünü göstərir. Akademik natiqlik kütləvi xarakter daşımır. 

 
50
Qeyd etmək laz
ımdır ki, elm inkişaf etdikcə, onun qolları çoxşaxələrə bölündükcə, akademik natiqlik də 
genişlənir, zənginləşir və daha da təkmilləşir. Akademik natiqlikdə dil vahidləri məhdud dairədə işlənir, geniş 
şəkildə işlədilməsi m
ümkün olmayan, anlaşılmayan sözlərin, ifadələrin işlənməsi isə bu nitqin təsir qüvvəsini 
azaltm
ır, əksinə, elmi cəhətdən fikrin orijinallığına xidmət edir. 
 
MƏHKƏMƏ NAT QL Y  
 
Məhkəmə  natiqliyi  natiqlik  sənətində  ən  qədim  tarixə  malik  demokratik  əsaslar 
üzərində  qurulan  bir 
anlay
ışı  ifadə  edir.  Natiqlik  sənətinin  inkişafında  əvəzsiz  xidmətləri  olan  məhkəmə  natiqliyi  antik  dövrün 
məhsulu  kimi  diqqəti  cəlb  edir.  Solon  islahatlar
ından  sonra  özünü  müdafiə  nitqlərinin  yaranması, 
loqoqraflar
ın  yetişməsi  məhkəmə  natiqlik  sənətinin  bünövrəsini  qoydu.  Qədim  Yunanıstanda  Demosfen, 
Lisi,  sey, Romada Siseron, Fransada andl
ı məhkəmələrə Lemetr, Demanj, Rusiyada Aleksandrov, Plevako, 
Konn kimi natiqlərin yetişməsi b
öyük bir məktəbin yaranmasına gətirib çıxardı. 
Məhkəmə natiqliyi m
üttəhimin müdafiəsi üzərində qurulur və ədalətin zəfər qazanması üçün vəkil nitqi 
kimi h
üquqi əsaslarla səciyyələnir. 
Bununla  da  məhkəmə  zaman
ı  gizli  qalan  hadisələr,  obyektiv  və  subyektiv  cəhətlər  elmi  şəkildə 
araşd
ırılır və ədalətli nəticə əldə edilir. 
Məhkəmə  natiqliyini  digər  n
övlərdən  fərqləndirən  əsas  xüsusiyyətlər  ondan  ibarətdir  ki,  o,  hüquq, 
psixologiya, məntiq, pedaqoqika, dil, ədəbiyyat və digər elmlərlə s
ıx şəkildə bağlıdır. 
Məhkəmə  natiqliyində  əsas  məsələlərdən  biri  m
üttəhimin  son  söz  söyləməsidir.  Bu  son  söz  adətən 
ibrətamiz  xarakter  daş
ıyır.  Müttəhim  törətdiyi  əmələ  görə  peşmançılığını  bildirir.  Bir  də  heç  vaxt  cinayət 
t
örətmədiyinə söz verir. Bəzən bu fikrin əksilə də rastlaşırıq. 
Məhkəmə prosesində prokurorun nitqi əsas rol oynay
ır. O, dövlət nümayəndəsi kimi çıxış edir və müttə-
himin  t
örətdiyi  cinayətə  görə  cəza  almasını  hakimdən  tələb  edir.  Hakim  isə  müttəhimin  cavanlığını  və  ya 
qocal
ığını, uşaqlarını, ata-anasını və digər cəhətləri nəzərə alıb işi müəyyən qədər yüngülləşdirir. 

 
51
Məhkəmə natiqliyi 
öz məzmun və formasına görə, quruluşuna görə o biri növlərdən fərqlənir. Belə ki, 
bu  prosesdə  bir  ne
çə  adam  iştirak  edir.  Hər  birinin  də  nitqi  bir-birindən  əsaslı  surətdə  fərqlənir.  Məsələn, 
prokuror ədalətin bərpas
ı, hadisələrin düzgün təhlil və şərhini ustalıqla yerinə yetirməlidir. 
Vəkil  isə  qanunlar
ın  aliliyini  gözləyərək,  müttəhimin  hüquqlarını  müdafiə  edir.  Həm  də  şahidlərin 
nitqini d
üzgün və dəqiq izləməlidir. Üst-üstə düşməyən fikirləri təkzib etməlidir. 
Məhkəmə  natiqliyi  əsasən  rəsmi  xarakter  daş
ıyır.  Hadisələrin  gedişi,  sübutlar,  dəlillər,  faktlar,  əşyayi-
dəlil olan hər bir şey rəsmiləşir və məhkəmə prosesində istifadə olunur. Məhkəmə natiqliyinin yaranmas
ında 
və  inkişaf  etdirilməsində  respublikam
ızda  fəaliyyət  göstərən  hüquq  işçilərinin,  prokurorların  əməyi  yüksək 
qiymətləndirilməlidir. 
 
MƏ ŞƏT NAT QL Y  
 
Məişət  natiqliyi  qədim  tarixə  malikdir.  O,  xalq  həyat
ının,  məişətinin  inkişafı  ilə  əlaqədar  yaranıbdır. 
Bizcə,  o  biri  n
övlərə  nisbətən  məişət  natiqliyi  Azərbaycanda  daha  erkən  yaranıb  püxtələşmişdir.  lkin 
n
ümunələrinə şifahi xalq ədəbiyyatında rastlaşdığımız məişət natiqliyi fikrimizi sübut etməyə əsas verir. 
 
 
Əzizim, ulu dağlar, 
Çeşməli, sulu dağlar, 
Burda bir igid 
ölmüş, 
G
öy kişnər, bulud ağlar.  
 
Məişət natiqliyi haqq
ında fikir söyləyən Kamil Əliyev yazır: «Eramızdan əvvəl V-IV əsrlərdə Afinada 
məişət  natiqliyinə  b
öyük  əhəmiyyət  verilirmiş.  Müharibələrdə  həlak  olan  igidlərin  cəsədi  sərv  ağacından 
d
üzəldilmiş  tabutlara  qoyularmış.  Həmin  tabutlar  üçün  uca  bir  yer  düzəldilərmiş.  Təntənəli  dəfn  mərasimi 
başlanarm
ış.  Tabutlar  qəbrə  endirilib  üstü  örtüləndən  sonra  matəm  mitinqi  olarmış.  Həmin  mitinqdə  ən 

 
52
məşhur  natiq  -  siyasi  xadim  nitq  s
öyləyər,  həlak  olanların  igidliyini  yüksək  qiymətləndirər  və  dinləyicilərə 
vətənpərvərlik ideyalar
ı aşılarmış. 
Analoji fikir Ə.B.Haqverdiyev tərəfindən də s
öylənilir. Böyük mütəfəkkir yazır: «Qədim Azərbaycanda 
b
öyük  qəhrəmanlar  üçün  ağlamaq  bir  adət  idi.  Qəhrəman  ölən  günü  camaatı  bir  yerə  toplayırdılar.  Bu 
toplant
ıya «yuq» deyirdilər. Toplananlar üçün qonaqlıq düzələrdi, xüsusi dəvət edilmiş yuqçular isə ikisimli 
qopuz 
çalıb oynardılar. Yuqçu əvvəlcə mərhum qəhrəmanın igidliklərindən danışıb, onu tərifləyərdi. Sonra 
isə qəmli havaya ke
çib şanlı qəhrəman üçün ağı deyərdi. 
Belə  ağ
ılar  həm  nəzm,  həm  də  nəsr  formasında  şifahi  xalq  ədəbiyyatında  indi  də  varlığını  qoruyub 
saxlay
ır. Məsələn, nəsr formasında: «Açılmayan tüfəngin, sivrilməyən xəncərin öz canına qurban! Ay kimi 
doğdun,  g
ün  kimi  batdın!  Minəndə  at  bağrı  yardın,  düşəndə  yer  bağrı  yardın!  Saydığına  salam  verdin. 
d
üşməninə dirsək göstərdin...ağzuvun kəsərli sözünə anan qurban!» 
Nəsr  formas
ı  ilə  bağlı  yuxarıda  məlumat  verdik.  lk  yazılı  abidələrimizdən  biri  Azərbaycan  xalqının 
məişətini,  qədimliyini  s
übut  edən,  ensiklopedik  nümunəmiz  olan  «Kitabi-Dədə-Qorqud»  dastanlarında 
məişət natiqliyinin n
ümunəsi kamil şəkildə özünü göstərir. Xalq mərasimlərini, adət-ənənələri, xalq məişətini 
dolğun  şəkildə  əks  etdirən  bu  qədim  və  əvəzsiz  abidədə  Banu
çiçək  başının  tacı,  igid,  qəhrəman  nişanlısı 
Beyrək 
üçün göz yaşı tökərək bu ağını deyir: 
 
Vay, ay duvağ
ın ayası! Vay alnım başım umuru! 
Vay şah igidim, vay şahbaz igidim! 
Doyunca 
üzünə baxmadığım, xanım igit! 
Qanda getdin məni yalq
ız qoyub, canım igit!  
 
Məişət natiqliyinin bu qolu indi də yaşamaqdad
ır. Söylənilən qəbirüstü nitqlər, yazılan nekroloqlar bu 
g
ün də davam etdirilir. 
Məişət natiqdiyinin ən geniş yay
ılmış qollarından biri də sağlıq nitqidir. Sağlıq yubileylərdə, şənliklərdə, 
toylarda, mərasimlərdə s
öylənilir. Sağlıq nitqlərində əsas yerlərdən birini tutan təbriklər müxtəlif məzmunda 

 
53
olur. Burada natiqin səmimiyyəti, arzu və istəkləri nitqin əsas
ını təşkil edir. Maraqlı cəhətlərdən biri odur ki, 
məişət anlay
ışı bütün xalq həyatını əhatə etdiyi kimi, məişət natiqliyi də geniş və əhatəli bir sahəni əks etdirir. 
Natiqlik sənətinin digər n
övləri və onların qolları məişət natiqliyi ilə əlaqəlidir. 
 
D N   NAT QL K 
 
Natiqlik sənətinin bu n
övü qismən sonrakı dövrlərdə yaranmışdır. Qədim zamanlarda təbiət qüvvələri 
qarş
ısında  aciz  qalan  insanlar  mücərrəd  anlayışlara  əl  atır  və  özləri  üçün  çıxış  yolu  axtarırdı.  Lakin  orta 
əsrlərdə 
özünə möhkəm yer eləmiş din öz ideyaları ilə yaşayıb inkişaf edirdi. Məsələn,  randa, Əfqanıstanda, 
Avropada, Romada məscid və kilsələrdə fəaliyyət g
östərən din xadimləri fikrimizə misal ola bilər. 
Azərbaycanda dini natiqlik ərəblərin hakimiyyəti illərində geniş v
üsət aldı. Aparılan ərəbizm siyasəti və 
islam  dininin  təbliği  bu  natiqliyin  təməl  daş
ının  daha  da  möhkəmlənməsinə  səbəb  oldu.  Azərbaycanın  ən 
ucqar  kəndlərində  a
çılan  dini  məktəblər,  mədrəsələr,  xüsusilə  müqəddəs  Qurani-Kərimin  tədrisi  dini 
natiqliyin 
çiçəklənməsinə  təkan  verdi.  Bu  illərdə  dini  natiqlik  məktəblərdə  «bəlağət»  adı  ilə  keçilməyə 
başlad
ı.  Məscidlərin  tikilməsi,  müqəddəs  günlərin  bayram  edilməsi  (bu  ənənə  Azərbaycan  müstəqillik 
qazanandan  sonra  bizim  xalq
ımız  arasında  da  geniş  yayılıb.  Məsələn,  orucluq  bayramı,  qurban  bayramı, 
məhərrəmlik  ay
ında  müqəddəs  aşura  günü  və  s.)  xalqın  şüurunda  özünə  yer  tapdı.  Doğrudur,  məscidlərdə 
fəaliyyət g
östərən bəzi din xadimləri tənqid atəşinə tutulurdu. Amma, bütünlükdə islam dini xalqın inam yeri, 
m
üqəddəs qibləgah hesab olunurdu.  slam dininin yayılmasına əsas səbəb ərəb dilinin rəsmi dövlət dili olması 
idi.  Bundan  sonra  dini  dərslər,  ayinlər  bu  dildə  tədris  olunmağa  başlad
ı.  Lakin  xalq  öz  dilini  və  adət-
ənənələrini qorudu, varl
ığını saxladı. Lakin din xalqın şüurunu zəbt etdi. Dini ənənələr yaşadıqca təkmilləşdi 
və 
özü ilə bərabər dini natiqliyin nümunələrini də qoruyub saxladı. 
IV  əsrin  əvvəllərindən  etibarən  Arran
ın  müəyyən  hissələrində  xristianlıq  yayılmağa  başlamışsa  da, 
Atropatenada  atəşpərəstlik  VII  əsrə  qədər  əsas  hakim  din  olaraq  yaşam
ış,  hətta  islamiyyət  güclə  qəbul 
etdirildikdən sonra uzun m
üddət öz təsirini davam etdirmişdir. 

 
54
« stər  zərd
üştlük,  istərsə  də  bundan  daha  əvvəlki  ibtidai  tayfa-qəbilə  «dini»  görüşləri  nağıllara, 
əfsanələrə də təsir etmiş və bu təsirlərlə bağl
ı bir sıra surətlər, hətta bəzi süjetlər əmələ gəlmişdir ki, bunların 
da qal
ıqları şifahi ənənə ilə zəmanəmizə qədər gəlmişdir. Xalq içərisində yaşamaqda olan «Fatmanın inəyi», 
«Taxta q
ılınc», «Ovçu Pirim» kimi onlarca nağıllarda totemizmin qalıqlarını görmək mümkündür. 
Dini natiqlik  Azərbaycanda  bu g
ün geniş  yayılıb.  Bu  isə xalqımızın  islam dininə  olan  inamından irəli 
gəlir. 

 
55
 
Yüklə 4,51 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin