THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
244
Ədəbiyyat 1. Sultanov E.F., Abdullayev A.N. Müasir gəmi elektrik intiqalları, dərslik, Bakı, ADDA
mətbəəsi, 2018 - 438 səh.
2. E.F.Sultanov, E.A.Həsənov, E.M.Məmmədov. Gəmi göyərtə mexanizmlərinin elektrik
intiqallarında tətbiq olunan tezlik çevricilərinin tədqiqi // Second International Baku
Conference On Scientific Research. Baku Odlar Yurdu University, Volume 1, – Baku: –
april 28-30, – 2021, – p. 424-430.
3. Сандлер А.С., Гусяцкий Ю.М. Тиристорные инверторы с широтноимпульсной
модуляцией для управления асинхронными двигателями – М.: Энергия, 1968-98 ст.
4. E. F. Sultanov, F.V. Məmmədova "Gəmi elektronikası və güc çevriciləri", Dərs vəsaiti.
Bakı, ADDA, 2020-170 səh.
5. Həsənov E.A. Gəmi lövbər-yanalma qurğularında tətbiq edilən tezlik çeviricilərinin çıxış
gərginliyinin formalaşdırılması üsulları // Doktorantların və gənc tədqiqatçıların XXIII
Respublika elmi konfransının materialları. I cild. – Bakı: – 3-4 dekabr, – 2019, – s. 165-
168.
GƏMİ VAL-GENERATOR QURĞULARININ MÜASİR İDARƏETMƏ SİSTEMLƏRİ İsmayılov Sahib Söyün oğlu Az ə rbaycan Dövl ə t D ə niz Akademiyas ı Bak ı , Az ə rbaycan elshen_sultanov@mail.ru, sahib-ismayil@bk.ru Elmi rəhbər: t.ü.f.d., dosent Sultanov Elşən Fəxrəddin oğlu Açar sözlər: gəmi,
val-generator, tezlik çeviricisi, avtonom invertor, idarəetmə.
Gəmi val-generator qurğularının müasir idarəetmə sistemləri araşdırıl-
mış və onların müsbət cəhətləri qeyd edilmişdir. Val-generator qurğuları
dedikdə fırlanma hərəkətinin gəminin avar valından olan generatoru və onun
köməkçi qurğularını başa düşmək lazımdır. Hal hazırda val-generatorları
geniş tətbiq edilir və təzə hazırlanan müasir gəmilərin çoxusunda qurulur.
VGQ-nin tərkibinə hərəkəti ötürən qurğu ilə birlikdə generator, gene-
ratorun fırlanma tezliyini və ya cərəyanın tezliyini sabitləşdirən qurğu, filtir,
kompensator və avtomatik idarə, mühafizə sistemləri daxildir. Gəmi elektro-
enerji sisteminin tərkibində VGQ olması hasil olunan elektrik enerjisinin
qiymətini, qurğunun istismar xərcini, maşın şöbəsində səsin və titrəmənin
miqdarını azaldır [1].
Müasir VGQ -ləri elektrik enerjisi hasil etməkdən əlavə gəmi elektrik
stansiyasının digər dizel generatorları ilə uzun müddətdə paralel işləyə bilər-
lər və lazım gəldikdə gəminin avar vintinə fırlanma hərəkəti verə bilirlər. Val-
generatoru fırlanma hərəkətini baş mühərrikdən aldığı üçün elektrik enerji-
sinin hasil edilməsi üçün sərf olunan yanacaq gəmi elektrik stansiyasının
dizel generatorlarının sərf etdiyi yanacaqdan ucuzdur və baş mühərrik həmin
miqdarda elektrik enerjisinin hasil edilməsinə generatoru hərəkətə gətirən