THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
242
GƏMİ GÖYƏRTƏ MEXANİZMLƏRİNİN ASİNXRON ELEKTRİK İNTİQALLARININ TEZLİK ÇEVRİCİSİ İLƏ İDARƏ OLUNMASININ ÜSTÜNLÜKLƏRİ Həsənov Elsevər Akif oğlu Az ə rbaycan Dövl ə t D ə niz Akademiyas ı Bak ı , Az ə rbaycan elshen_sultanov@mail.ru, hasanov.079@mail.ru Elmi rəhbər: t.ü.f.d., dosent Sultanov Elşən Fəxrəddin oğlu Açar sözlər: gəmi, göyərtə mexanizmləri, elektrik intiqalı, tezlik çevricisi
Məlum olduğu kimi, Beynəlxalq Dəniz Təşkilatının gəmi elektrik intiqal-
larına verdiyi əsas tələblərindən biri onların müasir avadanlıqlarla təchiz edil-
məsi və idarə qurğularının avtomatlaşdırma sistemlərinin sadələşdirilməsidir.
Buna görə də gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarında TÇ-nin
tətbiq olunması məqsədəuyğun hesab olunur. Tezisdə gəmi göyərtə mexa-
nizmlərinin (lövbər-yanalma qurğularının, yedək bucurqadlarının, kran qur-
ğularının və.s.) elektrik intiqallarında tətbiqi nəzərdə tutulan sabit cərəyan
bəndli eninə impuls modulyasiyalı tezlik çeviricilərinin (TÇ) işi təhlil edilmişdır.
Göyərtə mexanizmlərinin iş xüsusiyyətləri onu göstərir ki, bu mexanizmlərin
elektrik intiqallarını TÇ vasitəsilə idarə edilməsi həmin intiqllara bir sıra texniki
və iqtisadi üstünlük verir və bu da Beynəlxalaq Dəniz Təşkilatının tələblərini
ödəyir. TÇ ilə idarə olunan asinxron elektrik mühərrikinin tətbiq edilməsi qur-
ğuda həcm və kütləsi böyük olan xüsusi üç dolaqlı (üç sürətli) asinxron
mühərrikin (AM) əvəzinə statorunda bir ədəd üçfazalı dolaq yerləşən AM-in
işlədilməsinə imkan yaradır. Bundan əlavə TÇ-nin tətbiqi göyərtə mexanizm-
lərinə lazım olan sürət tənzimini pilləlidən səlisə keçirir, tənzim həddini artırır
və üç sürətli AM-in bir sürət dolağından digərinə keçməsinə sərf olunan vaxtı
aradan götürüb qurğunun tez işləməsini təmin edir. Həmçinin kontaktorlu ida-
rəetmə sisteminin əvəzinə yarımkeçiricilərdən hazırlanmış kontaktsız TÇ-
lərin tətbiq edilməsi isə elektrik mühərrikinin etibarlığını artırır, istismarını
asanlaşdırır və bu qurğular üçün daha vacib hesab olunan tez işləmə xüsu-
siyyətini verir [1, 2].
Şəkil 1-də 3 fazalı körpü sxemli avtonom invertoru göstərilmişdir.
Sxem girişdəki 3 fazalı düzləndiricidən, LC filtirindən, əks cərəyan diod-
ları ilə əks-paralel qoşulmuş tranzistorlarından ibarətdir. Seçilmiş invertor
idarə elektrodu izolə olunmuş İGBT (Insulated-gate bipolar transistor - keçidi
izolə edilmiş bipolyar tranzistor) tipli idarə olunan tranzistorların əsasında
qurulmuşdur [5].