Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə236/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   232   233   234   235   236   237   238   239   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
245
dizelə nisbətən az yanacaq sərf edir. XX əsrin axırı XXI əsrin əvvəllərindən 
başlayaraq gəmilərdə qurulan val-generatorlarının gücünün ildən-ilə artması 
onu göstərir ki, bu proses gələcəkdə də davam edəcəkdir [1].
 
Val-generatorlarının intiqalında fırlanma tezliyini artıran reduktorlardan, 
zəncir və ya remen ötürücülərindən istifadə edilir. Val-generatorunun hasil 
etdiyi cərəyanın tezliyini sabit saxlamaqdan ötrü iki üsuldan istifadə edilir:
 
Birinci VGQ–nin tərkibinə VG–nun fırlanma tezliyini sabitləşdirən qurğu 
daxil edilir. Bu məqsəd üçün VGQ–nin tərkibinə planetar ötürücülü reduktor, 
elektromaqnit muftası və yaxud da hidravlik qurğu daxil edilir. 
 
İkinci üsulda VG–nun cərəyanın tezliyini sabit saxlamaq üçün VGQ–nun 
tərkibinə tezlik çevricisi daxil edilir. Bu məqsəd üçün əsas olaraq yarımkeçi-
ricilərdən hazırlanmış tezlik çevricilərindən istifadə edilir [1, 2]. 
 
Qeyd etmək lazımdır ki, val-generatorunun fırlanma tezliyinin sabitləş-
dirilməsi əsas olaraq baş mühərrikin fırlanma tezliyi az dəyişən qurğularda 
yəni gəminin sürəti avar vintinin addımının dəyişməsi ilə yerinə yetirilən 
gəmilərdə tətbiq edilir. Avar vintinin addımı tənzim olunmayan gəmilərdə baş 
mühərrikin və onunlan mexaniki əlaqədə olan val-generatorunun fırlanma 
tezliyi geniş miqyasda dəyişir və bu vəziyyətdə val-generatorunun cərəyanın 
tezliyini sabitləşdirmək üçün yarımkeçiricilərdən hazırlanmış tezlik çevricilə-
rindən istifadə edilir.
 
Muasir gəmiçilikdə əsas yaranan suallardan biri yanacaq qənayəti, 
təhlükəsizlik və ekoloji təmizlikdir. Bunu nəzərə alaraq hal hazırda gəmilərin 
optimal işləməsi üçün muasir texnoloqiyalar tətbiq olunur. Hal hazırda 
gəminin hərəkət verici qurğularının və val-generatorlarının idarə edilməsi 
üçün müxtəlif sistemlər mövcuddur. 
Val-generatoruna malik olan gəmilərdə baş mühərrikin fırlanma tezliyi 
çox dəyişdikdə, generatorunun cərəyanının tezliyini sabit saxlamaq üçün 
yarımkeçiricilərdən hazırlanmış tezlik çevricisindən geniş istifadə olunur. 
Həmçinin gəmilərdə böyük güclü köməkçi sükanın asinxron elektrik intiqalı, 
maqnit gücləndiricilərinin dolaqlarını qidalandırmaq üçün də tezlik çeviricilə-
rindən istifadə olunur [2, 3]. 
Tezlik çeviriciləri avtomatika sxemlərində müxtəlif məqsədlər üçün 
istifadə olunurlar. Onlar xüsusilə dəyişən cərəyan elektrik intiqallarının idarə 
edilməsində geniş tətbiq olunurlar. Tezlik çeviricilərinin əsas üstünlüyü ən 
geniş yayılmış və bununla yanaşı ucuz və etibarlı olan qısa qapanmış rotorlu 
asinxron mühərrikin sürətini geniş həddə və qənaətli tənzim etməyə imkan 
verməsidir [2, 3]. 
Gəmi val-generator qurğularında tətbiq edilən yarımkeçrici tezlik çeviri-
ciləri iki qurupa bölünür: 
1. Qidalandırıcı şəbəkə ilə yük arasında bilavastə əlaqəli (birbəndli) 
tezlik çeviriciləri; 
2. Aralıq sabit cərayan bəndli tezlik çeviriciləri. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   232   233   234   235   236   237   238   239   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin