THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
241
Şə kil 1. Tezlik çevricisinin strukutr sxemi Hazırda TÇ-in sənayedə geniş tətbiqinə baxmayaraq gəmilərdə bəzi
intiqallarda istifadəsini tapmışdır. Gəmi kranının ağır iş rejimini (sürətin
tənzimi, tormoz rejimi və s.) TÇ-ni tətbiq etməklə xeyli yüngülləşdirmək olar.
Beləki TÇ bir- və üçfazalı giriş gərginliyini tezlik və gərginlik qiyməti idarə
olunan, üçfazalı çıxış gərginliyinə çevirə bilir. Dəyişən giriş gərginliyi
düzləndirilərək sabit gərginliyə çevrilir, hamarlandıqdan sonra invertorun
girişinə verilir. İGBT tranzistorları üzərində yığılmış invertor vasitəsi ilə sabit
gərginlik, TÇ-in çıxışında, qiyməti dəyişən gərginlik və tezliyə çevirir. [3, 4].
Gəmi kran qurğularında TÇ ilə idarə olunan asinxron elektrik intiqalının
tətbiqi qurğuda böyük həcm və kütləyə malik xüsusi üç sarğılı (üç sürətli) AM-
in, bir üçfazalı stator sarğılı AM ilə əvəz edilməsinə imkan yaradır. Bundan
əlavə TÇ-in tətbiqi ilə gəmi kran intiqalında zəruri olan səlist sürət tənzimi
əldə edilir, tənzim həddi artır və üç sürətli AM-in bir sürət sarğısından digərinə
keçməsinə sərf olunan vaxtı aradan götürülərək, qurğunun tez işləməsi təmin
edir.
Ədəbiyyat 1. Sultanov E.F., Abdullayev A.N. Müasir gəmi elektrik intiqalları, dərslik, Bakı, 2018-438 s.
2. Sultanov E.F. “Gəmi elektrik avadanlığının texniki istismarı”, Dərslik./ E.F. Sultanov.,
E.M. Məmmədov – Bakı: ADDA-2018-284 s.
3. Соколвский Г. Г. “Электроприводы переменного тока с частотным регулированием”
/ Г. Г. Соколовский – М. : ACADEMA, 2006.– 358 cтр.
4. Дементьев Ю.Н., Однокопылов Г.И., Однокопылов И.Г. “Асинхронный
электропривод кранового механизма с микроконтроллерным ограничителем
грузоподъемности” // Изв. Вузов. Электромеханика, №3, 2006, С.: 49-53.
Düzləndirici Süzgəc İnvertor
Giriş
İdarəetmə sistemi
Çıxış