Tezislər / Theses


GƏMİ KRAN ELEKTRİK İNTİQALLARININ TEZLİK ÇEVRİCİSİ İLƏ



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə231/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   227   228   229   230   231   232   233   234   ...   493
BHOS Tezisler 2022 17x24sm

GƏMİ KRAN ELEKTRİK İNTİQALLARININ TEZLİK ÇEVRİCİSİ İLƏ 
İDARƏ OLUNMASININ ÜSTÜNLÜKLƏRİ
Məmmədov Emil Məmməd oğlu 
Az
ə
rbaycan Dövl
ə
t D
ə
niz Akademiyas
ı
 
Bak
ı
, Az
ə
rbaycan
elshen_sultanov@mail.ru, emilmemmedoglu@gmail.com
 
Elmi rəhbər: t.ü.f.d., dosent Sultanov Elşən Fəxrəddin oğlu 
Açar sözlər: 
gəmi, kran qurğusu, asinxron mühərrik, idarəetmə sistemi, tezlik çeviricisi. 
Nəqliyyat gəmilərində yük əməliyyatları əsasən bucurğadlar və kranlar 
vasitəsilə yerinə yetirilir. Gəmi yükqaldırıcı mexanizmlərin elektrik intiqalları, 
xüsusi istismar tələblərinə cavab verən xüsusiləşdirilmiş elektrik maşınların-
dan və aparatlarından isitifadə etməklə hazırlanırlar. Açıq göyərtədə quraşdı-
rılan yükqaldırıcı qurğuların bütün avadanlıqları dəniz suyunda tamam islan-


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
240
mağa, hətta göyərtəyə düşən qısa müddətli dalğanın altında qalmağa, buz-
lanma ehtimalına hesablanmalıdır. 
Gəmi yük qurğularının sahil yükqaldırıcı qurğulardan əsas fərqi onların 
güclü elektrik intiqallarını qidalandıran gəmi elektrik stansiyasıdır (GES). Bu 
qurğuların böyük güclü bir neçə elektrik intiqalına malik olması, eləcə də 
onları qidalandıran GES-ın enerji keyfiyyəti baxımından, həm də bu intiqal-
larda istifadə olunan elektrik mühərriklərinin tez-tez artıq yüklənmə və dina-
mik yüklərin üstünlük təşkil etdiyi şəraitlərdə istismar olunacağı üçün onların 
da bu yüklərə dayanıqlı olmaları məsələsi üçün kompleks həllər yolunu 
axtarmaq lazım gəlir. Bu qurğular üçün elektrik mühərrikləri və idarə sistemi 
seçildikdə yuxarıda göstərilən istismar şəraitləri mütləq nəzərə alınmalıdır [1, 
2]. 
Yük kranlarının məhsuldarlığının artırılmasında ən vacib amil keçid 
proseslərinə sərf olunan müddətin azaldılmasıdır. Keçid proseslərinin müd-
dəti bütün işə buraxma və fasilələrə sərf olunan müddətlərin cəmidir. Bu pro-
seslərin müddətinin qısaldılması, elektrik mühərrikinin işəburaxma momen-
tini artırılması, intiqalın fırlanan hissələrinin ətalət momentini azaldılması və 
az sürətli kran mühərriklərin tətbiqi ilə mümkündür.
Yük mexanizmlərin elektrik intiqalları nəqliyyat gəmilərinin isitismar gös-
təricilərində böyük rol oynayır. Limanların bir çoxunda yük əməliyyatlarında 
gəmi yük qurğuları istifadə edilir, bu səbəbdən qurğulara yüksək məhsul-
darlıq, yükün qorunmasının təminatı, əməliyyatların təhlükəsizliyi, etibarlığı 
və qənaətlilik kimi tələblər verilir. Bu tələbləri ödəmək üçün dəyişən cərəyan 
gəmi yük mexanizmlərinin intiqalının sürətinin tənzim olunmasında elektrik 
mühərrikin gücündən asılı olan aşağıdakı tənzimlənmə üsullarından istifadə 
edilir: 
1. Cüt qütblər sayını dəyişməklə dövrlər sayının tənzimi ; 
2. Sürüşmənin qiymətini dəyişməklə dövrlər sayının tənzimi ; 
3. Qidalandırıcı şəbəkənin gərginliyini dəyişməklə dövrlər sayının tənzimi;
4. Dəyişən cərəyanın tezliyini dəyişməklə dövrlər sayının tənzimi. 
Bunlardan daha geniş yayılmış, cüt qutblər sayını dəyişməklə tənzimlə-
mə üsuludur. 
Aparılan təhlillər göstərir ki, mövcud idarə sistemi iqtisadi və texniki tə-
ləbləri ödəmir və qısa qapalı rotorlu AM-in tətbiqi üçün müasir idarə sistemi-
nin işlənməsi zəruridir. 
Məsələnin həlli üçün məqalədə yükqaldırıcı intiqalın elektrik mühərriki 
seçildikdə, əlavə güc itkisi olmayan tezlik çeviricili qısa qapalı rotorlu AM-in 
tətbiqi təklif olunur [3, 4]. 
Belə tezlik çeviricisnin (TÇ) struktur sxemi şəkil 1-də göstərilmişdir. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   227   228   229   230   231   232   233   234   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin