THE 3 rd INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
238
təkcə tərtibatçıların deyil, eyni proqramın müxtəlif versiyalarının da bir-biri ilə
rəqabət aparması tendensiyası müşahidə olunur.[5]
Təşkilatların rəhbərləri çox vaxt qeyri-müəyyənlik və risk şəraitində
qərarlar qəbul etməli olurlar ki, bu da onları maliyyə-təsərrüfat fəaliyyətinin
müxtəlif aspektlərini daim nəzarətdə saxlamağa məcbur edir. Bacarıqla iş-
lənmiş və sistemləşdirilmiş informasiya müəyyən dərəcədə istehsalın səmə-
rəli idarə olunmasının təminatıdır. Əksinə, etibarlı məlumatların olmaması
yanlış idarəetmə qərarına və nəticədə ciddi itkilərə səbəb ola bilər.[3]
İdarəetmə fəaliyyətində informasiya texnologiyaları sahəsində müasir
nailiyyətlərdən istifadə idarə olunan proseslər haqqında məlumatların
vaxtında və dolğunluğunu təmin edir, daha dərindən təhlil, modelləşdirmə və
proqnozlaşdırma imkanı verir.
Mühasibat uçotu və maliyyə sahəsinə tətbiq edilən texnoloji yeniliklər
mürəkkəb mühasibat uçotu əməliyyatlarının səmərəliliyini, etibarlılığını və
dəqiqliyini əhəmiyyətli dərəcədə artırıb.
İnformasiya texnologiyalarının yaranması əksər sahələrdəki əməliyyat-
ların avtomatlaşdırılmasına gətirib çıxarıb ki, bunun da nəticəsində işsizliyin
artması ilə bağlı narahatlıqlar yaranır. Son tədqiqatlar göstərir ki, mühasibat
uçotu sahəsi kritik funksiyaları təkmilləşdirmək üçün avtomatlaşdırmanın
tətbiq ediləcəyi bir çox sənaye sahələri arasında olacaq.
Məhz ənənəvi mühasibat uçotu prosedurlarında təhlükəsizliyin lazımi
qaydada təmin edilə bilməməsi uçot əməliyyatlarının avtomatlaşdırılmasına
zəmin yaratdı. Məxfi məlumatın itirilməsi və ya oğurlanması işgüzar nüfuzunu
risk altına qoyur. Qabaqcıl uçot funksiyalarının avtomatlaşdırılması təhlükə-
sizliyi təmin edən təhlükəsizlik komponentləri ilə şifrələnir; beləliklə kiberhü-
cumlara məruz qalma ehtimalı azalır[4].
İnsanların səhv etmək ehtimalı artdıqca, ənənəvi mühasibat uçotu üsul-
larını tətbiq edən təşkilatlar üçün ciddi problemlər yaranır. Avtomatlaşdırma
proseslərinə mühasibat uçotunun daxil edilməsi, emalı və çıxışının hesab-
lanmasını dəqiq standartlaşdırıla bilən süni intellekt robotlarını tətbiq etməklə
texnogen səhvlərin ehtimalını azaldır[2]. Bu prosesləri sistemləşdirmək üçün
proqram təminatından istifadə mühasiblərə hesabları yeniləməyə, məlumat-
ların daxil edilməsini asanlaşdırmağa və mürəkkəb riyazi analizləri sürətlən-
dirməyə kömək edir. Nəticədə müvafiq şöbə təşkilati uçot prinsiplərinə uyğun
olaraq maliyyə hesabatlarını balanslaşdıra bilir.
Mühasibat uçotunun və hesabatın avtomatlaşdırılmasının gətirdiyi əsas
üstünlüklərin təhlili onları dörd əsas qrupda birləşdirməyə imkan verir:
1. İnformasiyanın keyfiyyətinin yüksəldilməsi. İnformasiya texnologiyaları-
nın inkişafı xeyli dərəcədə “insan amilinin” təsirini azaltmağa, mühasibat
uçotu və hesabatda arifmetik səhvlərin sayını azaltmağa, vahid informa-
siya bazasının yaradılması sayəsində hesablamaların keyfiyyətini yaxşı-
laşdırmağa imkan verir.