Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə234/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   230   231   232   233   234   235   236   237   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
243
Şə
kil 1.
 Tezliyin t
ə
nzim olunma prinsipi
Təqdim olunan işdə gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarında 
rotoru qısaqapanmış
 
AM-in sürətinin TÇ ilə tənzim olunmasının və çeviricinin 
çıxışındakı gərginliyin formalaşdırılması üçün istifadə olunan eninə impuls 
modulyasiyalı TÇ-lərin müqayisəli təhlili aparılmışdır. Müqayisəli təhlildən ay-
dın olur ki, yüksək tezliklərdə eninə impuls tənzim üsulu çıxışda keyfiyyətli 
enerjinin alınmasını təmin edir. Eninə impuls tənzim üsulu ilə aşağı tezliklər-
də tənzimlənməni mükəmməl yerinə yetirir. Yəni aşağı tezliklərdə fasilələrin 
artmasını təmin edən tezlik modulyasiyasının dəfəliliyini artırmaqla çıxışda 
keyfiyyətli gərginlik almaq mümkündür TÇ-lərin hansının gəmi göyərtə mexa-
nizmlərinin elektrik intiqallarında tətbiq olunmasının məqsədə uyğun olduğu 
göstərilmişdir [2, 3]. 
Hazırda gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarında tətbiq olu-
nan TÇ-lərin idarəetmənin səlist tənziminə imkan yaradır. 
TÇ-nin çıxışında sinusoidaya yaxın gərginliyin alınması üçün sinusoidal 
gərginliyin etalonunun izlənməsi üsulu da effektli üsul sayıla bilər. Ancaq bu-
rada gərginlik generatorunun mövcudluğu prosesləri bir qədər mürəkkəbləş-
dirir. Bu baxımdan eninə impuls tənzim və eninə impuls modulyasiya üsul-
larının hər ikisinin yuxarıda sadaladığımız üstünlüklərindən istifadə etməklə 
daha səmərəli nəticə əldə etmək olar. 
Gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarında istifadə olunan tez-
lik çevricilərinin təhlili göstərir ki, fırlanma sürətinin tənzimi tələb olunan gəmi 
elektrik intiqallarında (sükan, lövbər-yanalma, kran, yedək, köməkçi sükan 
və yük nasoslarının elektrik intiqalı və s.) sabit cərəyan bəndli eninə impuls 
modulyasiyalı TÇ-lərin tətbiqi daha əlverişlidir. Məqalədə həmçinin AM-in sü-
rətinin tənzimi zamanı TÇ-nin çıxışındakı gərginliyin formalaşdırılması üsul-
ları araşdırılmış, etibarlılığı yüksəltmək və enerji itkilərini azaltmaq məqsədilə 
gəmi göyərtə mexanizmlərinin elektrik intiqallarının müasir eninə impuls 
modulyasiyalı TÇ-nin idarə edilməsi təklif olunmuşdur [4, 5]. 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   230   231   232   233   234   235   236   237   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin