1.Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1Gəmi elektrik stansiyaları (GES),
vəzifələrinə görə əsas, qəza və xüsusi elektrik stansiyalarına bölünür. Əsas GES gəminin istismar rejimlərində (yol, manevretmə, yükləmə əməliyyatı
aparmaqla dayanma, yüksüz dayanma və qəza rejimləri) lazım olan elektrik işlədiçilərinin hamısını enerji ilə təmin edir. Qəza rejimi dedikdə, gəmidə yanğın
baş verməsi, gövdəsinin deşilib, dəniz suyunu icəri buraxması başa düşülür. Belə hallarda əsas elektrik stansiyasının işləməsi nəzərdə tutulur. Əsas elektrik stansiyası sıradan cıxdıqda, qəza elektrik stansiyası gəminin təhlükəsizliyini təmin edən elektrik işlədiçilərinə enerji verir. Xüsusi GES bəzi gəmilərdə böyük güçlü texnoloju qurğuları (qazma, kran qurğuları və s.) elektrik enerjisi ilə təmin etmək ücün qurulur.Tərkibində müxtəlif növ elektirik avadanlığı olan gəmi elektoenergetika sistemlərinin (GEES) vəzifəsi elektrik enerjisini hasil edib paylamaqdan ibarətdir. Bura,
həmçinin, elektrik enerjisi çeviriciləri, o cümlədən transformatorlar da daxildir. Gəmi qurğularının əksə-riyyətinin işləməsi üçün elektrik enerjisindən istifadə olunur. Buna əsas səbəb elektrik enerjisinin məsafəyə
ötrülməsinin asan başa gəlməsi, elektrotexniki qurğuların yüksək iqtisadi göstəriciləri və elektrikləşmiş mexanizm-lərin idarəsində böyük imkanların yaranmasıdır.Gəmi elektroenergetika sisteminə əsasən, aşağıdakı elementlər daxildir: 1.generator aqreqatlarından və elektrokimyəvi element-lərdən
ibarət olan elektrik mənbələri; 2.baş paylayıcı şit (BPŞ) də daxil olmaqla, paylayıcı
qurğular;3.elektrik enerjisini mənbədən işlədicilərə ötürən gəmi elektrik şəbəkəsi.Generator aqreqatlarından və baş paylayıcı şitdən ibarət olan gəmi elektrik stansiyası gəmi elektroenergetika sisteminin tərkibində əsas yer tutur. Gəmilərdə, əsasən, 50 Hz tezlikli dəyişən cərəyan elektrik stansiyaları qurulur. Xarici donanma gəmilərində elektrik stansiyasının gərginliyinin tezliyi 60 Hz də olur. Elektrik avadanlığının kütləsi
və həcmi ön plana çəkildikdə, gəmi elektrik stansiyası üçün 400 Hz tezlik qəbul oluna bilər. Gəmi elektroenergetika qurğularında istifadə olunan gərginliklər: 1.12 V, 24 V - qeyri-stasionar elektrik lampaları, siqnalizasiya,
idarəetmə, startyor işəsalması və digər alçaq gərginlikli işlədicilər üçün;2.42 V - qeyri-stasionar elektrik alətləri üçün (Rusiya dəniz registri tərəfindən qəbul edilmişdir);3.220 V, 380 V - şəbəkəyə daimi olaraq qoşulmuş elektrik avadanlığı üçün.Gərginliyin yüksək olması gəmi kabel şəbəkəsinin çəkisini azaldır. Gəmidə cərəyan keçirən kabellərin ümumi uzunluğu 100 km-ə çatır və gərginlik artdıqca, kabelin naqilinin en kəsiyi azalır.
Bu səbəbdən, böyük güclü elektrik qurğularında yüksək gərginlikdən istifadə olunur (3300 V, 6600 V, 12000 V, 15000V). Adətən, elektrik enerji mənbələrinin gərginliyi 400 V (tezlik 60 Hz olduqda – 450 V) təşkil edir. Gəminin işıq şəbəkəsi 220 V-ludur. Aşağı voltlu dəyişən cərəyan şəbəkələrinin gərginlikləri alçaldıcı transformatorların köməyilə alınır