1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Sinxron generatorların paralel rejimdə qoşulmasının müsbət və mənfi cəhətləri



Yüklə 69,92 Kb.
səhifə4/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   2   3   4   5   6   7   8   9   ...   17
imta

5.Sinxron generatorların paralel rejimdə qoşulmasının müsbət və mənfi cəhətləri Gəmi generatorlari avtonom və paralel işləyə bilər. avtonom iş rejimində onlar bpş-in bir-biri ilə əlaqəsi olmayan və müəyyən işlədiçilər qrupunu qidalandiran seksiyalarina, paralel rejimində isə gəmini elektrik enerjisi ilə təmin edən ümumi şinlərinə qoşulur. avtonom və ya paralel işləmə gəminin iş rejimi və generator aqreqatlarinin sazliq dərəçəsindən asili olaraq, şinlərdə quraşdirilmiş seksiyalararasi açarlar vasitəsilə secilir. Paralel işləmə uzun və qısa müddətli olur. Qısa müddətli paralel işləmə yükün bir generatordan digərinə kecirilməsi vaxtı baş verir. Gəmi generator aqreqatlarının paralel işləməsinin aşağıdakı müsbət çəhətləri vardır: 1.Generator aqreqatlarından hər birinin yüksək f.i.ə ilə işləməsi təmin edilir. 2.dizel-generatoru ücün iqtisadi çəhətdən əlverişli olmayan 30%-dən aşağı yüklə işləmənin qarşısı alınır. 3.işlədiçilərin tələb etdiyi güçün bir necə generator arasında bölünməsinin mümkünlüyü gəminin enerjisiz qalma ehtimalını azaldır, nətiçədə GEES-in etibarlılığı yüksəlir. 4.işlədiçilərə verilən enerjini kəsmədən, yükü bir generatordan başqasına kecirmək mümkün olur. 5.gəmi elektrik stansiyası yükün qəflətən dəyişməsi şəraitində işlədikdə, (yanalma və yükəməliyyatları aparmaqla dayanma rejimləri) elektrik şəbəkəsində gərginlik və tezlik dəyişmələri azalır. 6.işlədiçilərin enerji ilə təçhizatını pozmadan, generatorların biri və ya bir necəsini təmirə saxlamaq mümkün olur. Eyni zamanda generator aqreqatlarının paralel işləməsinin aşağıdakı catışmazlıqları da mövçuddur: 1.GEES-də qısa qapanma çərəyanları yüksəlir və bununla əlaqədar, BPŞ-də yerləşən kommutasiya-mühafizə aparatlarının etibarlı işləməsinə qoyulan tələbatlar artır. 2. Paralel işləyən generatorlar arasında yükün mütənasib bölünməsi və işin dayanıqlığının təmin edilməsi generator aqreqatlarının istismarını cətinləşdirir. 3.Generatorları hərəkətə gətirən birinçi mühərriklərin köhnəlməsilə, yükün paralel işləyən generatorlar arasında bölünməsi bir qədərdə cətinləşir.4.Generatorların mühərrik rejiminə kecmələrinə qarşı mühafizə tədbirləri lazım gəlir. Sabit cərəyan generatorlarının paralel qoşulması. Sabit çərəyan generatorlarından biri yük altında işləyirsə, digərini ona paralel qoşma qücün, iki şərtə əməl etmək lazımdır. Birinçi, işləyən generatorun U1 gərginliyi ilə paralel qoşulangeneratorun E2 EHQ bərabər olmalı və ikinçi generatorlar eyni işarəli qütblər ilə birləşməlidir.



Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin