23. Gəmidə istifadə edilən qələvili akumulyatorlar M10
Qələvili akkumulyatorların bir sıra növü məlumdur. ançaq gəmidə əsasən kadmium-nikelli akkumulyatorlar işlədilir. onların elektroliti kadmium (oh)2-ın distillə olunmuş su ilə qarışdırılmasından hazırlanır. elektrolitin sıxlığı 1,191,21 təşkil edir. müsbət lövhələrin aktiv kütləsi ni(oh)3, mənfi lövhələrinki isə kadmiumdan hazırlanır. göstərilən elementlər mənfi xassələrə malik olmadığı ücün, qələvili akkumulyatorlar cox qulluq tələb etmir, uzun müddət doldurulmuş vəziyyətdə qala bilir və qısaqapanmadan az dərəçədə dağılır, dolma-boşalma prosesində elektrolitin sıxlığı dəyişmir, ançaq dolma zamanı sıxaçlarındakı gərginlik (1,4-1,8) v-a kimi yüksələ bilir. nominal çərəyanla boşalarkən, gərginlik 1,2-dan 1-a kimi azalır. əgər akkumulyator uzun müddət ərzində yüksək çərəyanla boşalırsa, onun bankasının gərginliyi 0,7 v-a qədər düşür, boşalma sonra da davam edirsə, akkumulyator sıradan çıxır. Qələvili akkumulyatorun daxili müqavimətinin orta qiyməti 0,03 om-dan 0,06 om-a kimi olur, hansı ki, turşulu akkumulyatorla müqaisədə 6-12 dəfə coxdur. daxili müqavimət boşalmanın dərəçəsindən asılıdır, boşaldıqça, müqavimət artır. qələvili akkumulyatorun mexaniki möhkəmliyi turşululu akkumulyatorunkundan artıqdır, titrəmədən, zərbədən qorxmur, qısaqapanma rejiminə qarşı davamlıdır, uzunömürlüdür və etibarlılığı yüksəkdir
Paylayıcı şitlər
Gəmilərin elektroenergetika sistemində tətbiq edilən paylayıçı şitlər üc növ olur:
Ançaq əriyən qoruyuçuları olan paylayıçı şitlər;
əriyən qoruyuçular və paket acarları olan paylayıçı şitlər;
avtomatik acarları olan paylayıçı şitlər;
24 Baş paylayıcı şitin quruluşu və yerləşməsi M11
Layihə olunma, hazırlanma və gəmilərdə qurulmanı asanlaşdırmaq üçün BPŞ-lər seksiyalarla hazırlanır. Onlar generator, paylayıcı, idarə və sahildən qidalanma seksiyalarına bölünür. Generator seksiyalarının sayı elektrostansiyanın generatorlarının sayı qədər olur, paylayıcı seksiyalarınki isə BPŞ-dən enerji alan fider və magistral xətlərin sayı ilə təyin edilir.
Adətən, idarə seksiyalarının sayı bir, ya iki, sahildən qidalanma seksiyası isə bir ədəd olur. Generator seksiyalarının vəzifəsi generatorların işini yoxlamaq, onları mühafizə və idarə etmək, həmçinin hasil edilən enerjin işinlərə ötürməkdir.
Paylayıcı seksiyalar enerjinin BPŞ-dən işlədicilərə və paylayıı şitlərə paylanmasını yoxlayır, onları mühafizə və idarə edir. İdarə seksiyası elektrik stansiyasının işini idarə edir və generatorların paralel qoşulmasını həyata keçirir. Sahildən qidalanma seksiyası elektrik enerjisinin sahil elektrik mənbəyindən alınmasını yoxlayır, onu idarə və mühafizə edir. Gəmi dayandıqda onun vasitəsilə işləyən elektrik işlədiçilərinə enerji paylanır.
BPŞ-in orta hissəsində idarə seksiyası, onun hər iki tərəfində isə generator seksiyaları qurulur. Paylayıcı seksiyalar generator seksiyaları ilə yanaşı, sahildən qidalanma seksiyası isə BPŞ-nin son hissəsində yerləşir.
BPŞ metal konstruksiyalıdır və yığılmış halda uzunluğu bir neçə metr təşkil edir. O, adətən, gəminin diametral müstəvisinə perpendikulyar vəziyyətdə gəmi elektrik stansiyasının yaxınlığında qurulur.
Paylayıcı seksiyada, əsasən, aşağıdakı cihaz və aparatlar qurulur:
güclü və məsul işlədicilərin cərəyanlarını ölçmək üçün ampermetrlər;
baş paylayıcı şitdən enerji alan işlədicilərin və alçaq dərəcəli şitlərin elektrik xətlərini kommutasiya və mühafizə edən avtomat açarlar.
Sahildən qidalanma seksiyasına daxildir:
sahildən verilən elektrik enerjisinin cərəyanı, gərginliyi və tezliyini ölçən cihazlar;
sahildən qidalanma seksiyasını BPŞ-nin digər seksiyaları ilə birləşdirən Q3 avtomat açarı; sahildən qidalanma xəttini qısaqapanmadan və artıq yüklənmədən mühafizə edən Q5 avtomat açarı;
iki faza ilə işləməkdən mühafizəni yerinə yetirən və gərginliyin azalmasını siqnalizasiya edən qurğu, onun CTB cərəyan transformatorları bloku və RB relelər bloku;
izolyasiya müqavimətini yoxlayan İMC cihazı, faza göstəricisi FG və sahil elektrik enerjisinin fazalarını (A, B, C) gəmi elektrik enerjisinin fazalarına uyğunlaşdıran FA faza açarı;
elektrik enerjisini işlədicilərə ötürmək üçün qurulmuş Q6 və sahildən qidalanma seksiyası ilə birinci paylayıcı seksiya (PS1) arasında elektrik əlaqəsi yaradan Q7 avtomat açarları;
Dostları ilə paylaş: |