1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Gəmi elektrik qızdırıcı cihazları haqqında məlumat



Yüklə 69,92 Kb.
səhifə10/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
imta

12.Gəmi elektrik qızdırıcı cihazları haqqında məlumatQızdırıcılar. Elektrik qızdırıcı cihazları elektrik enerjisini istilik enerjisinə çevirirlər. Onları müqavimət cihazları , induksion və radiasion qurğular şəkilində hazırlayırlar. Elektrik qızdırıcı cihazlzrı yüksək faydalı iş əmsalına malikdirlər FİƏ= (0,83).Müqavimət cihazları. Bu tip cihazların ən sadələri açıq şərkilli hazırlanır. Onlaın nixromdan və ya fexraldan hazırlanmış sipiralları ya keramiki muncuqlala, ya da keramikanın yuvalarına yerləşdirilir. Bəzən də məftili keramika və ya mikanitlə örtülmüş karkasa sarınır. Sadə elektrik qızdırıcı cihazlara elektrik lövhə sobaları, ütülər, lehimləyicilər və s. aiddir. Onlar çox da böyük olmayan xidmət müddətinə malikdirlər ( 1000 saat yaxın) . Elektrik qizdırıcı qurğuların əksər hissəsini hermetik boru şəkilli elektrik qızdırıcılarının əsasında hazırlayırlar.istilik sisteminin gücu 250-3000 Vt olan qızdırıcıları TEN batareyaları şəkilində qoşulur və ümumi gövdədə yerləşdirilir. Elektrik qızdırıcıları stasionar yerləşdirilir. Otağın divarından yanmayan materialdan istilik ekranı ilə izolyasiya olunur. Onun qoşulması çevirici açarla yerinə yetirilir, bu açarın köməyi ilə istilik rejimini seçmək olur. Elektrik isidiciləri elektrik qızdırıcıları və ya işıqlandırma şəbəkəsinə qoşulur. Elektrik kaloriferləri slindrik şəkilli olub, gəmi ventilyasiya kanalına quraşdırılır. Gücü 2,1-7,5 kVt, ventilyatorun məhsuldarlığı 100-600 m3/saat. Kaloriferə daxil olan hava 37±10˚C-yə qədər qızdırılır. Su qızdırıcıları, gücü 0,8-3 r Vt, içmıli və yuyunmaq üçün suyu 35-70 ˚C –yə dək qızdırır. Su qaynadanlar gücü 4-33 kVt Yağ qızdıranlar gücü 0,35-3 kVt, gərginlik 24-380 V, buxarlarının alışma temperaturu 60 ˚C-dən aşağı olmayan yağları qızdırmaq. Kambuz cihazları: elektikplitələri, çörək bişirən soba, yemək hazırlamağa qazan və s. elektrik plitələri 2-6 komforkalı və 1 duxovkalı olur, gücü 5,4-22,7 kVt
13.Gəmi elektrik stansiyasının elektrik enerjisinin keyfiyyətinin təmin OlunmasıGəmi elektrik stansiyasının elektrik enerjisinin keyfiyyətli olması bir basa generator aqreqatlari sebeke tezliyi ve kabellerden asilidirGəmi elektrik stansiyasında əsas enerji mənbəyi olan generator aqreqatı elektromaşın generatoru və onu hərəkətə gətirən mühərrikdən ibarətdir. Hərəkətverici mühərrik kimi, dizellərdən, buxar və qaz turbinlərindən istifadə olunur. Generatoru hərəkətə gətirən mühərrikə birinci mühərrik deyilir. Onlar fırlanma hərəkətini həmçinin gəminin baş mühərrikinin valından da ala bilər. Belə generator qurğuları val generatorları adlanır.Generator aqreratının əsas göstəriciləri (f.i.ə., işə salınmaya sərf olunan vaxt, işləmə müddəti, artıq yüklənməyə davamiyyət və s.) onu hərəkətə gətirən mühərrikin tipindən asılıdır.dizel-generatorlar müasir gəmilərdə geniş tətbiq edilir, çünki onlar digər aqreqatlarla müqayisədə iqtisadi cəhətdən əlverişlidir və işə salınmasına az vaxt sərf olunur. Baş mühərriki buxar turbini olan gəmilərdə buxar turbinli generator aqreqatları tətbiq edilir. Bu qrup aqreqatlar digərləri ilə müqayisədə etibarlı sayılır və generatorların paralel işləməsi dayanıqlı olur, ancaq iqtisadi cəhətdən əlverişli deyil, həm də işəsalmadan əvvəl turbinin qızdırılması ehtiyacı əlavə vaxt itkisi yaradır.Hərəkətverici mühərrikin tipindən asılı olmayaraq, generator aqreqatlarında həm sabit, həm də dəyişən cərəyan generatorları tətbiq edilir. Gəmilərdə sinxron generatorlu dəyişən cərəyan dizel-generatorlarından geniş istifadə olunur.Cərəyanın tezliyinin seçilməsi. Gəmi elektrik avadanlığının gücünün artması ilə, kütlə göstəricilərini məhdudlaşdıran amillərdən biri də cərəyanın tezliyinin yüksəldilməsidir.Məlum olduğu kimi, gəmi elektrik avadanlığı üçün standart tezlik 50 Hz qəbul olunub. Tezliyin qiymətinin elektrik avadanlığının kütlə-qabarit ölçülərinə təsirini araşdıraq.Gəmi elektrik şəbəkələri üçün sabit cərəyan ən əlverişli sayılır. Tezliyin 50 Hz-dən 400 Hz-ə qədər artırılması kabel şəbəkələrinin çəkisinin cüzi (10%-ə qədər) yüksəlməsinə səbəb olur.Dövrlər sayı 1000 dövr/dəq. qədər olan asinxron mühərriklər üçün ən yaxşı tezlik həddi 200250 Hz sayılır, çünki bu tezlikdə onların kütlə-qabarit ölçüləri minimal alınır.200400 Hz tezlik həddində gəmi generatorlarının kütlə-qabarit ölçüləri əhəmiyyətli dərəcədə azalır. Məsələn, 50 Hz tezlikdən 400 Hz-ə keçildikdə, generatorların həcm və çəkisi 3,5 dəfə azalır. Eyni zamanda, generatoru hərəkətə gətirən birinci mühərriklərin də kütlə-qabarit göstəriciləri xeyli yaxşılaşır.
Gəmi kabеllərinin cərəyan kеçirən hissəsi ancaq misdən, izоlyasiya hissəsi isə gəmi şəraitinə davamlı matеriallardan hazırlanır. Gəmi şəraiti dеdikdə, aşağıdakılar nəzərə alınmalıdır:

  • nəmliyin yüksək оlması;

  • gəminin titrəməsi və ləpə şəraitində qalхıb еnməsi;

  • gəminin bəzi yеrlərində (qazanхana və оnun ətrafında) tеmpеraturun yüksək оlması;

  • maşın şöbəsində nеft məhsullarının (yağın və yanacağın) kabеllərə pis təsir еtməsi;

  • gəmi gövdəsinin dəmir оlması və suda оturması;

Yuхarıda göstərilənlər nəzərə alınaraq, gəmilər üçün istiliyə və titrəməyə davamlı, yanmayan, su və yağdan mühafizə оlunmuş хüsusi kabеllər hazırlanır. Ümumiyyətlə kabеl bir və ya bir nеçə izоlyasiya оlunmuş cərəyan kеçirən еlastik naqillərin ümumi mühafizə örtüyü içərisində yеrləşməsinə dеyilir.


Kabеllərin quruluşu оnların gəmi gövdəsinin pоlad hissələri üzərində, nəmliyi çох оlan оtaqlarda və açıq göyərtədə bərkidilməsinə imkan vеrməlidir.


Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin