1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Gəmi elektrik şəbəkəsində izolyasiya müqavimetinin qiymətinin azalması səbəbləri



Yüklə 69,92 Kb.
səhifə8/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   ...   4   5   6   7   8   9   10   11   ...   17
imta

9. Gəmi elektrik şəbəkəsində izolyasiya müqavimetinin qiymətinin azalması səbəbləriGəmi elektrik avadanlığının izolyasiyası onların normal işləməsini təmin edən əsas amillərdən biridir. Elektrik avadanlığının izolyasiyasını keyfiyyətli ətraf mühitinin təsirindən işləmə müddətindən asılı olaraq dəyişir. İzolyasiyanın keyfiyyətini bir neçə parametrə görə yoxlamaq olar. Bunlardan ən əsası izolyasiya müqavi-mətidir. Elektrik şəbəkəsi və ona birləşmiş elektrik avadanlığın izolyasiyaının gəminin gövdəsinə nəzərən müqaviməti keyfiyyət göstəricisi kimi qəbul olunur. Qeyd edək ki, gəmi elektrik şəbəkəsi nə qədər uzun və şaxəli olarsa, bir o qədər onun gəminin gövdəsinə nəzərən izolyasiya müqaviməti az olur.Məsələn, bir kabel xəttinin gövdəsinə nəzərən, izolya-siyanın müqaviməti 1 mOm-dursa, həmin paylayıcı şitdən enerji alan 10 ədəd belə kabelin ümumi izolyasiya müqaviməti 0,1mOM olar.Ona görə də, şəbəkələr arasında mümkün olan yerlərdə transfarmatorlar qurulur və bu transfarmatorlar şəbəkə-lərin bir-birilə əlaqəsini kəsirGəmilərdə elektrik şəbəkələrinin və onlara birləşmiş elektrik avadanlığının izolyasiyasının müqaviməti daimi olaraq yoxlanılır. Həmin izolyasiyanın müqaviməti normadan az olduqda, avtomatik olaraq, lazım olan səs və işıq siqnallardır.Gərginliyi 125V-500 V kimi olan şəbəkə kabellərinin izolyasiya müqaviməti 1Mom-dan az olmamalıdır. Əgər şəbəkənin gərginliyin 500 V-dan çox olarsa, onun hər voltuna 2000 Om izolyasiya müqaviməti norması verilmişdir. Şəbəkənin normal gərginliyi 600 V –dursa belə şəbəkənin izolyasiyanın müqaviməti 600∙2000 Om=1,2 Mom-dan az olmamalıdır. Elektrik şəbəkəsinə bağlanmış transfarmatorlar üçün izolyasiya müqavimə-tinin norması soyuq vəziyyətdə 5 Mom isti vəziyyətdə 1 Mom olmalıdır. Paylayıcı şitlərin izolyasiya müqaviməti 1 Mom-dan çox olmamalıdır. Buraxıcı və tənzimedici izolyasiya müqaviməti 5 Mom-dan az olmamalıdır. İzolyasiya müqavimətinin ölçülməsi izolyasiyadan keçən sabit cərəyanın ölçülməsi ilə yerinə yetirilir. Həmin cərəyan meqometrin daxilində yerləşmiş sabit cərəyan generatoru vastəsilə hasil edilir. Generatora sürət meqometrin dəstəyini əl ilə fırlatmaqla verilir. Dəstəyin fırlanma sürəti 120 dövr/dəq olmalıdır. Izolyasiyadan keçən cərəyan, şkala bölgüsü kOm, Mom olan milli ampermetrlərlə ölçülür. Ölçmənin başlanğıcında cihazın əqrəbi hərəkətə gəlir və izolyasiya tutumu (Ciz) elektrik yükü ilə dalana qədər hərəkət davam edir. Əqrəb qərarlaşmış vəziyyət aldıqdan sonra cihazın göstərici qeyd edilir.Meqometrlər, yaratdığı gərginliyə görə bir-birindən fərqlənir 100V, 500V və 1000V-lu olur. Meqometr gərginliyindən şəbəkə izolyasiyasında elektrik deşil-məsinin (keçiriciliyi) yaranma təhlükəsini aradan qaldırmaq üçün, alçaq gərginliyə hesablanmış şəbəkənin izolyasiya müqavimətini yüksək gərginlikli meqometrlə ölçmək yolverilməzdir

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin