1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Qəza elektrik stansiyası, və buradan qidalanan işlədicilər



Yüklə 69,92 Kb.
səhifə5/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   2   3   4   5   6   7   8   9   ...   17
imta

6.Qəza elektrik stansiyası, və buradan qidalanan işlədicilərYük tutumu 300 (r) tondan artıq olan bütün dəniz gəmilərində qəza elektrik stansiyası qurulur. Bu stansiyanın vəzifəsi əsas stansiya sıradan çıxdıqda (elektrik enerjisi verə bilmədikdə) gəminin təhlükəsizliyini təmin edən işlədicilərə enerji verməkdən ibarətdir. Gəmilərin təhlükəsiz üzməsində böyük rol oynadığına görə ümumdünya dəniz təşkilatı tərəfində qəza elektrik stansiyasına ciddi tələblər verilir. Qəza elektrik stansiyasının elektrik mənbəyi sabit (dəyişən) cərəyan generatorları və akkumlyator batareyası ola bilər. Məlumdur ki, gəminin əsas elektrik stansiyası sabit cərəyan hasil etdikdə həmin gəminin qəza stansiyasında da sabit cərəyan dizel-generatoru, dəyişən cərəyan hasil etdikdə isə dəyişən cərəyan dizel generatoru qurulur. Qəza stansiyasının akkumlyator batareyası əsas stansiyanın cərəyanın növündən asılı olmayaraq qurulur. Ümumiyyətlə gəmidə hansı qəza stansiyasının qurulması gəminin vəzifəsindən, su tutumundan və üzmə rayonundan asılıdır. Beynəlxalq dəniz təşkilatı birinci qrup gəmiləri üçün tələb edir, qalan gəmilər üçün isə məsləhət görür: a) əsas elektrik stansiyasının BPŞ-dən gərginlik yox olduqda qəza dizel-generatoru avtomatik olaraq işə düşüb öz işlədicilərinə elektrik enerjisi versin. b) Qəza stansiyası akkumlyator batareyası olan gəmilərdə BPŞ-nin gərginliyi öz nominal qiymətinin 60%-dən aşağı endikdə qəza akkumlyator batareyası avtomatik olaraq qəza şəbəkəsinə qoşulsun Qəza stansiyasının gücü elə olmalıdır ki, o qəza işlədicilərini eyni zamanda elektrik enerjisi ilə təmin edə bilsin. Qəza işlədicilərinə aiddir: - qəza işıqlanması - su keçirməyən qapıların elektrik intiqalları - qəza siqnal qurğuları və cihazları - işarə fərqlənmə işığının şiti - həcmi yanğınsöndürənlərin məsafədən işəsalma qurğuları - qəza yanğın nasosu - avtomatik işləyən yanğınsöndürən sisteminin elektrik intiqalları - quruducu nasos - sükan elektrik intiqalı - radiostansiya və hirokompas Əgər qəza stansiyasının elektrik mənbəyi akkumlyator batareyası olarsa qəza yanğın nasosu, quruducu nasos, sükan elektrik intiqalı və avtomatik işləyən yan-ğınsöndürən (sprinker) sistemi akkumlyator batareyasından elektrik enerjisi almırlar. Əsas elektrostansiyanın normal iş rejimində qəza işlədiciləri qəza stansiyasının şitinə bağlanmış olmalarına baxmayaraq elektrik enerjisini BPŞ-dən alırlar. Qəza baş verdikdə isə həmin işlədicilər avtomatik olaraq BPŞ-dən açılıb qəza stansiyasında qurulmuş elektrik mənbəyinə (dizel-generator və ya akkumlyator) qoşulurlar. Qeyd etmək lazımdır ki, elektrik enerjisi ancaq bir istiqamətdə, yəni BPŞ-dən qəza şitinə verilə bilər. Əks istiqamətdə yəni qəza stansiyasından BPŞ-yə enerji verməyə icazə verilmir. Əks istiqamətdə enerjinin verilməməsi üçün qəza stansiyasından xüsusi blokirovka qoyulmuşdur.Qeyd etmək lazımdır ki, qəza elektrik mənbəyi dizel-generator olduqda da gəmidə əlavə mənbəy kimi qəza akkumlyator batareyası qurulur. Bu batareyanın tutumu elə olmalıdır ki, o yarım saat ərzində qəza işıqlanmasını, 10 dəqiqə isə idarə oluna bilmir siqnal lampalarını və qəza siqnalizasiyasını elektrik enerjisi ilə təmin etməlidir. Qəza elektrik stansiyasının bütün avadanlığı bir otaqda yerləşir. Həmin otaq gəminin əsas göyərtəsindən yuxarıda olmalıdır və onun açıq göyərtəyə qapısı olmalıdır. Əgər qəza elektrik stansiyasının elektrik mənbəyi akkumlyator batareyası olarsa onda həmin batareya ayrıca otaqda yerləşməlidir


Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin