1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Gəmi elektrik paylayıcı qurğularında qurulan komutasiya aparatları haqqında ümumi məlumat



Yüklə 69,92 Kb.
səhifə7/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   2   3   4   5   6   7   8   9   10   ...   17
imta

8.Gəmi elektrik paylayıcı qurğularında qurulan komutasiya aparatları haqqında ümumi məlumatKommutasiya aparatları - elektrik dövrələrini qapamaq və açmaq üçün tətbiq olunurlar. Buraya bıçaqlı açarlar, paket açarlar, ayrıcılar, avtomat açarlar daxildir. Bu qurupdan olan aparatlar üçün onların nadir hallarda qoşulub-açılması xarakterikdirAçarlar və paket çevriciləri - bu apartalar 110-380V (və 660V qədər) gərginlikli və tezliyi 50 və 400 Hs olan cərəyanlı gərginliklər dövrərlərində qısa qapanmış rotorlu sinxron mühərriklərin idarə edilməsi, həmçinin komplekt qurğularda kommutasiya aparatları kimi istifadə olunurlar. Açarlar bir neçə növə ayrılırlar: universal (sabit və dəyişən cərəyanla işləyirlər), tapşırıqla (ümumi təyinatlı otaqlarda qurulurlar), cəld işləyən sabit cərəyan, güclü generatorların maqnit sahəsini söndürən və s. Açarlar aşağıdakı əsas elementlərdən ibarətdirlər: baş kontakt sistemdən, qövssöndürücü sistemdən, intiqaldan, ayırıcı qurğudan , ayırıcılardan və köməkçi kontaktlardan. Paket açarlar - paket açarları və çevirgəclər əl intiqallı kiçik qabaritli kommutasiya aparatlarıdır. Onlar eyni zamanda çoxlu sayda dövrələrin idarə edilməsinə xidmət edirlər. Paket açarları və çevirgəclər kiçik dövrələrdə nadir hallarda kommutasiyalar aparmaq üçün istifadə edilirlər. Paket açarında və ya çeviricidə hər bir kommutasiya kontaktı paket şəklində ayrıca element kimi yerinə yetirilmişdir. Ayrıcılar – istənilən avtomatın əsas elementi mühafizə olunan dövrənin verilmiş parametrinə nəzarət edən və ayrılma mexanizmə təsir göstərən ayırıcıdır. O açarın daxilində yerləşdirilir. Konstruktiv olaraq ayırıcılar iki tipdə yerinə yetirilirlər: 1 elektromexaniki relelər bazasında 2 statiki relelər bazasında (yarımkeçirici elementlər) Avtomat açarlar və onlara qoyulan tələblər ^Avtomat açarlar - qeyri-normal və qəza rejimlərində elektrik dövrələrini avtomatik olaraq elektrik enerjisi mənbəsindən acmaq ücün istifadə olunurlar. Qeyri-normal və qəza rejimləri dedikdə, elektrik dövrəsində baş verən artıq yüklənmələr, qısa qapanmalar, gərginliyin həddən artıq azalması və s. bu kimi hallar nəzərdə tutulur. Avtomat acarlara aşağıdakı tələblər vardır: - avtomatın cərəyan kecirən dövrəsi nominal cərəyanı uzun müddət ərzində özündən buraxmaq qabiliyyətinə malik olmalıdır; - avtomat acar qısa qapanmaları dəfələrlə acmaq qabiliyyətinə malik olmalıdır; - avtomat acar cox qısa müddət ərzində dövrəni acmaq qabiliyyətinə malik olmalıdır. Parametrlərinə görə avtomatlar aşağıdakı qruplara bölünürlər:  maksimal cərəyan avtomatları;  minimal cərəyan avtomatları;  minimal gərginlik avtomatları;  əks cərəyan avtomatları;  cərəyanın törəməsinə görə təsir göstərən avtomatlar. Avtomat hava açarları işləmə müddətlərinə görə 2 cür olurlar: 1) cəld təsir göstərməyən – adi avtomatlar, 2) cəld təsirli avtomatlar.


Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin