1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Gəmi yanğın-xəbərdarlıq işarə sistemi



Yüklə 69,92 Kb.
səhifə9/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
imta

10. Gəmi yanğın-xəbərdarlıq işarə sistemiGəmidə elektrik işarə qurğuları işçilərin diqqətini müəyyən bir hadisəyə, əmrə, qəzaya və sair cəlb etməkdən ötrü işlədilir. Bu işarələr səslə cürbəcür rəngli lampalarla və yaxud yazı vastəsilə verilir. Ən güclü səs mənbəyi srena və gəmi gudoku. Bunları yaradan qurğular kiçik, güclü elektrik mühərriki vastəsilə hərəkətə gətirilir. Gəminin maşın şöbəsində səs çox olduğu üçün səs işarələrini aid etmək çox çətin olur. Bu səbəbdən də müasir gəmilərin maşın şöbəsində və idarə postunda mərkəzləşmiş işarə stansiyası qurulur. Bütün mexanizmlərdən onlara qurulmuş vericilər vastəsilə elektrik siqnalı həmin stansiyaya ötürülür. Bu stansiyada səs işarəsi ilə yanaşı elektrik lövhəsində yazıda olur. Məsələn: birinci dizel generator artıq yüklə işləyir və yaxud buxar qazanında suyun miqdarı azdır.Tüstüyə görə yanğını xəbər verən gəmi siqnal sistemi. Gəmilərdə istinin təsirindən işə düşən yanğın siqnal sistemindən əlavə tüstünün təsirindən işləyən siqnal sistemi də tətbiq edilir. Belə yanğın sistemi anbarlarda (tryumlarda) gəminin qabaq hissəsinin göyərtəaltı otaqlarında, yanacaq baklarında tətbiq edilir. Tüstünün təsirindən işləyən gəmi yanğın siqnal sisteminin sadələşmiş sxemi şəkildə göstərilmişdir. Bu qurğunun əsas hissəsi sükançının otağında qoyulmuş yanğın siqnal stansiyası sayılır. Sistemin iş prinsipi aşağıdakı kimi olar: Yoxlanılan otaqların havası kiçik diametrli slanqlarla (1, 2, 3........,n). xüsusi vеntilyator vasitəsilə sovrulur. Siqnal stansiyasına gətirilir. Sovrulmuş hava stansiyaların YB-yoxlama borusundan keçib ətraf mühütə buraxılır. Yoxlama borusunun hər iki tərəfindən müqavimətləri HL lampasının işığından dəyişilən Rf1, Rf2 foto rezistorları qurulmuşdur. Boruya daxil olan havanın tərkibində tüstü olmadıqda HL-lampasının işığından hər iki rezistor eyni müqavimətə malik olur

11.Gəmi telefon rabitəsinin növləriTelefonrabitəsi. Məlum olduğu kimi, bütün telefon rabitələri əsas olaraq mikrofondan və telefondan ibarətdir. Səs dalğalarını müvafiq elektrik cərəyanına çevirən elektroakustik qurğuya mikrofon deyilir. Əksinə, elektrik cərəyanın titrəməsini müvafiq səsə çevirən qurğuya telefon deyilir. Qeyd etmək lazımdır ki, çox vaxt «telefon» sözü səhv olaraq ümumiyyətlə telefon rabitəsi kimi başa düşülür. Gəmi telefon rabitəsində kömür və elektromaqnitli mikrofonlar tətbiq edilir.Kömür mikrofonun iş prinsipi çox sadədir.Səsdən havanın titrəməsi mikrofonun menbranasına təsir göstərir, hansıki havanın titrəmə taktına uyğun əyilməyə başlayır.Menbranın hərəkəti onun içərisində yerləşən kömür tozuna ötürülür o isə ya sıxlaşır ya da aralanır bununlada onun elektrik müqaviməti dəyişilir.Beləliklə kömür tozundan keçən elektrik cərəyanı səs dəyişməsinə uyğun olaraq dəyişilir.Kömür mikrofonlarının gücü başqalarına nisbətən çox olur, buna görə də gücləndirici element qoymadan bir neçə obanentlə eyni zamanda danışıq aparmaq olar.Bu mikrofonlar sadə quruluşu, istismarda etibarlı, yüksək hissiyatlı və yaxşı rabitə keyfiyyətinə malikdirlər.Kömür mikrofonlardan ancaq elektrik mənbəyinə malik olan telefon rabitəsində istifadə etmək olar. Elektromaqnit mikrofonların iş prinsipi kömür mikrofonun iş prinsipindən fərqlənir və elektrik mənbəyi olmadan telefon rabitəsi yaradır.Hal hazırda gəmi telefon rabitəsində DEM tipli universal akustik çevirici geniş tətbiq edilir.Bu çevirici həm mikrofon, həm telefon və həm də səs gücləndiricisi kimi işləyə bilər. DEM tipli akustik çeviricinin iş prinsipini aşağıdakı kim izah etmək olar. Menbranın titrəməsi onunla mexaniki əlaqədə olan və sabit maqnitin qütbləri arasında yerləşən yakora ötürülür.Yakorun yerdəyişməsindən onun qütbləri arasından keçən maqnit selinin istiqaməti və miqdarı dəyişir, nəticədə maqnit selinin yolunda qoyulmuş dolağda tezliyi və amplitudası səs titrəməsinə mütənasib olan elektrik hərəkət qüvvəsi yaranır.Mikrofon və telefon yerləşən qurğuya mikrotelefon trubkası deyilir.Telefon aparatında mikrotelefon trubkasından başqa, obanentləri birləşdirən qurğu, çağırıcı qurğu, rele, kondensator və rezistor yerləşir. Gəmilərdə eyni zamanda biri birindən asılı olmayan bir neçə telefon rabitəsindən istifadə edilir: bir başa (cüt birləşmə), komanda, ayrı-ayrı komutatora malik olan və avtomatik telefon rabitələri.iki telefon aparatını bir biri ilə birləşdirən (cüt birləşmə ) gəmidə ən etibarlı telefon rabitəsi sayılır və belə rabitə ən məsuliyyətli postlar arasında qurulur.Dəniz reqistrinin qanununa əsasən başqa telefon rabitəsinin olmasından asılı olmayaraq belə telefon əlaqəsi sükançının otağı ilə maşın şöbəsi arasında və sükançının otağı ilə sükan maşını yerləşən (rumpel şöbəsi) otaqlar arasında qurulur. Komanda telefon rabitəsi gəminin ən vacib postunda qurulmuş komutatordan və həmin komutatorla birləşmiş icra postlarında qurulmuş telefon aparatlarından ibarət olur.Komandakomutatorundan telefon obanentləri ilə tək-tək və bir necəsi ilə eyni zamanda ələqə yaratmaq olar, ancaq obanentlərin bir-biri ilə əlaqəsi mümkün deyil. Dəniz reqistrinin qanununa əsasən sükançının otağında qoyulmuş komanda telefon rabitəsinin komutatoru gəminin aşağıda göstərilən yerləri ilə telefon əlaqəsi təmin etməlidir: Gəminin qabağ (bak) və arxa (korma) hissələri ilə maçtada qurulmuş nəzarət postu ilə maşın və rumpel şöbəsi ilə, qəza dizel generatorun otağı ilə, hirokompas qoyulan yer ilə karbonqazı yanğınsöndürmə avadanlığının otağı ilə və radiorubka ilə. Bəzi gəmilərin maşın şöbələrində də komanda komutatoru qoyulur. Ayrı-ayrı komutatorlu telefon rabitəsində hər obanent üçün telefon aparatı əvəzinə komutator qoyulur.Belə telefon rabitəsində obanentlər bir-biri ilə istədikləri kimi əlaqə yarada bilərlər.Adətən belə telefon rabitəsi gəminin yüksək vəzifəli (kapitan, baş mexanik, kapitan köməkçiləri, elektromexanik və.s) şəxsləri üçün qurulur.Göstərilən telefon rabitələri gəmidə xidmət ələqəsi yaratmaq üçün qurulur. Bunlardan əlavə müasir gəmilərdə (əsasən sərnişin gəmilərində) avtomatik telefon rabitəsində qurulur.Belə telefon rabiəsi çox saylı obanentləri əhatə edir, ancaq etibarlığına görə xidmət telefon rabitələrindən geri qalır


Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin