1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Gəmi elektrik stansiyalarının birinci mühərrikin növünə görə təsnifatı



Yüklə 69,92 Kb.
səhifə11/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
imta

14. Gəmi elektrik stansiyalarının birinci mühərrikin növünə görə təsnifatı
Gəmi elektrik stansiyasında əsas enerji mənbəyi olan generator aqreqatı elektromaşın generatoru və onu hərəkətə gətirən mühərrikdən ibarətdir. Hərəkətverici mühərrik kimi, dizellərdən, buxar və qaz turbinlərindən istifadə olunur. Generatoru hərəkətə gətirən mühərrikə birinci mühərrik deyilir. Onlar fırlanma hərəkətini həmçinin gəminin baş mühərrikinin valından da ala bilər. Belə generator qurğuları val generatorları adlanır. Generator aqreratının əsas göstəriciləri (f.i.ə., işə salınmaya sərf olunan vaxt, işləmə müddəti, artıq yüklənməyə davamiyyət və s.) onu hərəkətə gətirən mühərrikin tipindən asılıdır.
DG – dizel-generator; TG – turbo-generator; QTG – qaz turbin generatoru. Birinci mühərriki qaz turbini olan generator aqreqatları həm dizellərin, həm də buxar turbinlərinin xüsusiy-yətlərini özündə cəmləşdirir, ancaq onların yanacaq sərfi və yaratdığı səs yüksəkdir. Hərəkətverici mühərrikin tipindən asılı olmayaraq, generator aqreqatlarında həm sabit, həm də dəyişən cərəyan generatorları tətbiq edilir. Gəmilərdə sinxron generatorlu dəyişən cərəyan dizel-generatorlarından geniş istifadə olunur.
Gəmi baş energetik qurğuları aşağıdakı əlamətlərinə görə təsnifatlandırılır:
• yanacağın növünə görə:təbii üzvi yanacaqla işləyən,nüvə enerjisi ilə işləyən;
• işçi mayenin (mühitin) növünə görə: buxar – işçi mühit qismində su buxarı istifadə edilir, qaz – işçi mühit qismində, üzvi yanacağ məhsulları və isti qaz istifadə olunur.
• Baş mühərrikin (BM) tipinə görə: Dizel tipli(daxili yanma), Qaz-turbin tipli, Buxar turbin tipli,Qarışıq (kombinə edilmiş).
• Hərəkətverici mexanizmlərə gücün ötürülmə üsullarına görə:Mexaniki (reduktorlu) ötürülmə,Birbaşa (bilavasitə) ötürülmə,Hidravlik ötürülmə,Elektrik ötürülmə,Kombinə edilmiş ötürülmə.
• Valotürücülərinin sayına görə:bir vallı;çox vallı.
• bir vala hərəkət verən Baş mühərriklərin sayına görə:tək maşınlı;çox maşınlı.
• reversin (fırlanma istiqamətinin dəyişməsi) təmin olunmasına görə:reversiv Baş mühərrikli;reversiv baş ötürücülü;reversiv hərəkət vericili (addımı tənzim olunan vintli və s.)
Daxili yanma mühərriki - ardıcıl olaraq yanacağın yanmasından alınan enerjini mexaniki enerjiyə çevirən qurğudur. Yanacaq xaricində baş verən mühərriklər (məsələn buxar maşını, stiril mühərrik və b.) buraya aid deyildirlər. Qaz turbinləri isə daxili yanma mühərriki sayılır. Daxili yanma mühərrikləri (DYM) gəmilərdə, avtomobillərdə, qatarlarda, hava nəqliyyatında və stasionar maşınlarda tətbiq edilirlər. 1867 -ci ildə Parisdə keçirilən dünya sərgisində Otto düzəltdiyi qaz mühərrikini nümayiş etdirir. O dövrdə məlum olan başqa mühərriklərlə müqayisədə Otto mühərriki təxminən 60% az yanacaq işlədirdi. 1876 -ci ildə o dörd taktlı mühərrik düzəltməyə nail olur. Bu mühərrik bu gün texnikadan məlum olan daxili yanma mühərrikləri üçün əsas sayılır. 1884-cü ildə Otto qaz mühərrikləri üçün elektrik alışqanı ixtira edir. Bununla daxili yanma mühərriklərində başqa yanacaqlardan da istifadə etmək mümkün olur.
Gəmiçilikdə istifadə olunan baş mühərikin tipi onun enerji qurğusunun tipini təyin edir. Hazırda ədəbiyatda gəmi enerji qurğularının dörd tipinin olduğu göstərilir:
-qazan-turbin enerji qurğusu (QTEQ);
- qaz-turbinli enerji qurğusu (QazTEQ);
- dizel enerji qurğusu (DEQ);
- nüvə-enerji qurğusu (NEQ)



Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin