1. Gəmi elektrik stansiyalarının təyinatı və sinifləri M1


Sinxron generatorların paralel iş rejimində yüklərin bölünməsi



Yüklə 69,92 Kb.
səhifə15/17
tarix05.01.2023
ölçüsü69,92 Kb.
#78474
1   ...   9   10   11   12   13   14   15   16   17
imta

20. Sinxron generatorların paralel iş rejimində yüklərin bölünməsi
Paralel işləyən generatorların güçləri müxtəlif olduqda, aktiv və reaktiv yük onlar arasında nominal güçlərinə mütənasib surətdə, eyni güçlü generatorlar paralel işlədikdə isə bərabər bölünür. Yüklər düzgün bölündükdə, generatorların güç əmsallarıda eyni olur. Belə şərait də paralel işləmə rejimi iqtisadi çəhətdən əlveri yanaçaq sərf etmir. Məlum olduğu kimi, sinxron generatorun aktiv yükünü dəyişmək ücün, onun birinçi mühərrikinə verilən yanaçaq miqdarı dəyişdirilir, bunun nətiçəsində isə mühərrikin fırlanma momenti dəyişir. Yanaçaq miqdarının dəyişdirilməsi sürət tənzimləyiçisinin servo mühərrikinə qısa müddət ərzində bir necə dəfə təsir etməklə yerinə yetirilir. Məsələn, paralel qoşulmuş generatoru aktiv yükləyükləmək ücün, onun birinçi mühərrikinin servo mühərrikinə təsir edilib, yanaçağı artırılır və eyni zamanda həmin qayda ilə işləyən generatorun yanaçağı azaldılır. Tənzim prosesində şəbəkə tezliyinin sabit qalmasına nəzarət edilməlidir. Aktiv yükün bölünməsi əl ilə və ya avtomatik rejimdə yerinə yetirilir. Əl ilə bölünmə də birinçi mühərrikin tənzim xarakteristikasının mailliyi dəqiqliyə təsir göstərir. Birinçi mühərriklərin fırlanma sürətinin sabit saxlanılması ücün, onlar statik tənzimləyiçilərlə təçhiz edilir.
Aktiv yükün paralel işləyən generatorlar arasında düzgün bölünməsinin əsas şərtlərindən biri onların tənzimn=f(p) xarakteristikalarının statizm əmsallarının bərabər olmasıdır. Birinçi mühərriklərin statizm əmsalları aşağıdakı kimi ifadə olunur:
. Aktiv yükünün 20%-dən 100%-ə qədər dəyişməsində paralel işləyən generatorların yüklərinin mütənasib bölünməsi ücün, birinçi mühərriklərin n=f(p) tənzim xarakteristikaları eyni statizmə malik olmalıdır. Bu şərt yerinə yetirilmədikdə, hər dəfə elektrik stansiyasının aktiv yükü dəyişərkən, generatorlar arasında yükün bölünməsinin mütənasibliyi pozulur, hansıki, qeyri-normal sayılır və yüklərin yenidən tənzimlənməsi lazımgəlir.:
21. Gəmi qəza elektrik stansiyası və ona verilən tələblər
Yük götürmə qabiliyyəti 300 (r) tondan artıq olan bütün dəniz gəmilərində qəza elektrik stansiyası qurulur. Bu stansiyanın vəzifəsi əsas stansiya sıradan çıxdıqda (elektrik enerjisi verə bilmədikdə) gəminin təhlükəsiz-liyini təmin edən işlədicilərə enerji verməkdən ibarətdir. Gəmilərin təhlükəsiz üzməsində böyük rol oynadığına görə ümumdünya dəniz təşkilatı tərəfində qəza elektrik stansiyasına ciddi tələblər verilir. Qəza elektrik stansiyasının elektrik mənbəyi sabit (dəyişən) cərəyan generatorları və akkumulyator batareyası ola bilər.
Məlumdur ki, gəminin əsas elektrik stansiyası sabit cərəyan hasil etdikdə həmin gəminin qəza stansiyasında da sabit cərəyan dizel-generatoru, dəyişən cərəyan hasil etdikdə isə dəyişən cərəyan dizel generatoru qurulur. Qəza stansiyasının akkumulyator batareyası əsas stansiyanın cərəyanın növündən asılı olmayaraq qurulur.
Ümumiyyətlə, gəmidə hansı qəza stansiyasının qurulması gəminin vəzifəsindən, su tutumundan və üzmə rayonundan asılıdır
Ümumdünya dəniz təşkilatı birinci qrup gəmiləri üçün tələb edir, qalan gəmilər üçün isə məsləhət görür:

  1. əsas elektrik stansiyasının BPŞ-dən gərginlik yox olduqda qəza dizel-generatoru avtomatik olaraq işə düşüb öz işlədicilərinə elektrik enerjisi versin.

  2. Qəza stansiyası akkumulyator batareyası olan gəmilərdə BPŞ-nin gərginliyi öz nominal qiymətinin 60%-dən aşağı endikdə qəza akkumulyator batareyası avtomatik olaraq qəza şəbəkəsinə qoşulsun.

Qəza stansiyasının gücü elə olmalıdır ki, o, qəza işlədicilərini, eyni zamanda, elektrik enerjisi ilə təmin edə bilsin.


Qəza işlədicilərinə aiddir:


- qəza işıqlanması;
- su keçirməyən qapıların elektrik intiqalları;
- qəza siqnal qurğuları və cihazları;
- işarə fərqlənmə işığının şiti;
- həcmi yanğınsöndürənlərin məsafədən işəsalma qur-ğuları;
- qəza yanğın nasosu;
- avtomatik işləyən yanğınsöndürən sisteminin elektrik intiqalları;
- quruducu nasos;
- sükan elektrik intiqalı;
- radiostansiya və hirokompas.
Əgər qəza stansiyasının elektrik mənbəyi akkumulyator batareyası olarsa, qəza yanğın nasosu, quruducu nasos, sükan elektrik intiqalı və avtomatik işləyən yan-ğınsöndürən (sprinker) sistemi akkumulyator batareya-sından elektrik enerjisi almırlar.
Əsas elektrostansiyanın normal iş rejimində qəza işlədiciləri qəza stansiyasının şitinə bağlanmış olmalarına baxmayaraq, elektrik enerjisini BPŞ-dən alırlar. Qəza baş verdikdə isə həmin işlədicilər avtomatik olaraq BPŞ-dən açılıb qəza stansiyasında qurulmuş elektrik mənbəyinə (dizel-generator, və ya akkumulyator) qoşulur. Qeyd etmək lazımdır ki, elektrik enerjisi ancaq bir istiqamətdə, yəni BPŞ-dən qəza şitinə verilə bilər. Əks istiqamətdə, yəni qəza stansiyasından BPŞ-yə enerji verməyə icazə verilmir. Əks istiqamətdə enerjinin verilməməsi üçün qəza stansiyasından xüsusi blokirovka qoyulmuşdur.
Qeyd etmək lazımdır ki, qəza elektrik mənbəyi dizel-generator olduqda da gəmidə əlavə mənbə kimi qəza akkumulyator batareyası qurulur. Bu batareyanın tutumu elə olmalıdır ki, o, yarım saat ərzində qəza işıqlanmasını, 10 dəqiqə isə idarə oluna bilən siqnal lampalarını və qəza siqnalizasiyasını elektrik enerjisi ilə təmin etməlidir.
Qəza elektrik stansiyasının bütün avadanlığı bir otaqda yerləşir. Həmin otaq gəminin əsas göyərtəsindən yuxarıda olmalıdır və onun açıq göyərtəyə qapısı olmalıdır. Əgər qəza elektrik stansiyasının elektrik mənbəyi akkumulyator batareyası olarsa, onda həmin batareya ayrıca otaqda yerləşməlidir.

Yüklə 69,92 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin