THE 3
rd
INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
280
ACE 2 G8790A GEN POLİMORFİZMİNİN DİGƏR
GEN POLİMORFİZMLƏRİ İLƏ ƏLAQƏLƏNDİRİLMİŞ
TƏSİRİNİN TƏDQİQİ
Gülmirə Əlibəyova
Molekulyar Biologiya v
ə
Biotexnologiyalar
İ
nstitutu
Bak
ı
, Az
ə
rbaycan
Email: elibeyova96@mail.ru
Elmi rəhbərlər: Nurməmməd Mustafayev, İradə Hüseynova
Açar sözlər:
polimorfizm, DNT, COVİD 19
Angiotenzin çevirən fermentlər (ACE, ACE2) renin angiotenzin aldos-
teron sisteminin əsas kompanentlərindəndir.Özünün təsirindən bu gün də
aktual olaraq bəhs etdirəm bu enzimlər ACE və ACE2 genləri tərəfindən
kodlaşdırılır. ACE genində baş verən insersiya-delesiya polimorfizmi 16-cı
intronda Alu təkrarların mövcudluğu nəticəsində ortaya çıxır. ACE polimor-
fizminin fizioloji əhəmiyyəti onun plazma ACE-nin ekspressiya səviyyələri ilə
əlaqəlidir. Bu baxımdan ACE genindəki funksional polimorfizmləri aşkar et-
mək üçün gen daxilində olan digər dəyişkənliklər ilə plazma ACE-nin eks-
pressiya səviyyələri arsındakı əlaqələr araşdırılmışdır [Giron et al., 2020, 1-
3]. ACE –nin İ/D polimorfizmi DNT-nin 287 nukleotid cütündən ibarət olan
sahəsini əhatə edir və bu zaman II, ID və DD genotipləri müşahidə olunur.
ACE 2- nin (G8790A) tək nukleotid polimorfizmi üçüncü intronun dördüncü
əsasında və intronun ekzonla əlaqələndiyi nahiyyədə lokalizə olunduğundan,
bu lokusun məlumat RNT-nin (m RNT) alternativ splaysinqi dəyişdirməklə
ACE 2 reseptor geninin ekspresiyasına təsir edə biləcəyi və COVİD-19 –un
stimullaşmasında rolu olduğu ehtimal olunur.[ Vaduganathan, 2020, 2-3]
Həmçinin bu polimorfizmin ACE 2 reseptor genindəki digər tək nukleotid
polimorfizmləri ilə (SNP) və ACE nin İ/D polimorfizmi ilə əlaqələndiyi düşü-
nüldüyündən, həmin polimorfizmin əsaslı şəkildə və digər polimorfizmlərlə
əsasən də ACE( I/D) polimorfizmi ilə əlaqəli olaraq tədqiq olunması nəzərdə
tutulmuşdur.
Dostları ilə paylaş: