Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə90/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   86   87   88   89   90   91   92   93   ...   493
BHOS Tezisler 2022 17x24sm

THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
99
Həmçinin qeyd edim ki “The Wall Street Journal” süni intellektin köməyi 
ilə audio-xəbərləri mətnə çevirən, fotomantaj edilən şəkillərin ilkin vəziyyətini 
müəyyənləşdirən, yalan məlumatları aşkarlayan ağıllı proqramlar hazırlan-
ması üçün təcrübələr aparır. Reuters agentliyi Twitter sosial şəbəkəsi üzərin-
də yayılan saxta xəbərləri aşkarlamaq üçün yeni alqoritm hazırlayıb və bu 
texnologiya “Reuters Tracer” adlandırılıb. Proqram süni zəka ilə insan intel-
lektini birləşdirən alqoritmlərdən ibarətdir.[2]. 
Proqram eyni hadisə haqqında danışan tvit qruplarını axtarır və alət daha 
sonra hadisənin xəbər dəyəri olub-olmadığını soruşaraq reytinq yaradır. Daha 
sonra o, jurnalist kimi “düşünür”. O, twitter profilinin kimliyini araşdırır, onun 
təsdiqlənmiş hesab olub-olmadığını, profilin kimi izlədiyini, kimin izlədiyini, tvit-
də linklər və şəkillərin olub-olmadığını və tvitlərin strukturunu bir çox digər amil-
lərlə birlikdə yoxlayır. Daha sonra Reuterin jurnalistləri dərc etməzdən əvvəl öz 
kanalları və hesabatları vasitəsilə məlumatları müstəqil şəkildə yoxlayırlar. 
Sİ jurnalistikası tərəfindən yaradılan xəbər və məlumatlar yüksək 
qiymətləndirilsələr də insan zəkasının məhsulu ilə eyni tutula bilməz. Çünki 
faktlara tənqidi yanaşma robotlar tərəfindən aparıla bilməz.[4]. Robot jur-
nalistikası demokratiya və insan hüquqlarının bələdçisi deyil. Jurnalistlərin 
rolu həmişə faktları seçmək, sonra yoxlamaq, strukturlaşdırmaq və ötürmək 
olub. Robot jurnalistikası bu işlərin hamısını yerinə yetirir və jurnalistlərə 
yalnız məlumatı cəmiyyətdəki sosial-iqtisadi və siyasi vəziyyətə uyğunlaşdır-
maq qalır. Yəni məlumatın cəmiyyətə tam və ya qismən ötürülməsi və ya giz-
lədilməsi, həmçinin ötürülən məlumata cavabdehlik jurnalistin üzərinə düşür. 
Gələcəkdə süni intellektə yeni funksiyalar əlavə edilsə robot jurnalist-
lərində tənqid və təhlil bacarıqları formalaşa bilər. Sİ texnologiyalarına əsas-
lanan jurnalistika ilə bağlı 2 mühüm məsələ var:
1. Sİ texnologiyalarına əsaslanan jurnalistikanın hüquqi status məsələsi
2. Cavabdehlik problemi.
Robot jurnalist bir məlumat yayır, bu məlumatın müəllifi kimdir? Yayılan 
informasiya üçün kim məsuliyyət daşımalıdır? 
Əgər xəbəri alqoritm yazırsa bunda robot jurnalistləri ittiham etmək ol-
maz. Məsuliyyət redaktor və faktları yoxlayanların üzərində qalacaq.
Süni intellektə əsaslanan jurnalistika ictimaiyyətin maraqlarına xidmət 
etmək potensialına malikdir, fərdi məlumatların təhlükəsizliyi, xəbərlərdə şəf-
faflıq və hesabatlılıq məsələləri daxil olmaqla informasiya təhlükəsizliyində 
böyük imkanlar yaradır. 
References 
[1] Y.Galily,“Artificial_intelligence_and_sports_journalism”,Technology in Society,vol.54, 
pp47-51,August 2018 
[2] https://www.equaltimes.org/artificial-intelligence-and?lang=en#.YgT2KlVBxaQ 
[3] http://e-qanun.az/framework/46947 
[4] www.dronejournalism.org/news/2015/11/immersive-storytelling-is-the-future-for-drone-
journalism 



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin