Tezislər / Theses



Yüklə 17,55 Mb.
Pdf görüntüsü
səhifə89/493
tarix02.10.2023
ölçüsü17,55 Mb.
#151572
1   ...   85   86   87   88   89   90   91   92   ...   493
BHOS Tezisler 2022 17x24sm

 


THE 3
rd
 INTERNATIONAL SCIENTIFIC CONFERENCES OF STUDENTS AND YOUNG RESEARCHERS 
dedicated to the 99
th
anniversary of the National Leader of Azerbaijan Heydar Aliyev
98
SÜNİ İNTELLEKTƏ ƏSASLANAN JURNALİSTİKADA FƏRDİ 
MƏLUMATLARIN MÜHAFİZƏSİ 
Sünbül Zalova 
AMEA, 
İ
nformasiya Texnologiyalar
ı
 
İ
nstitutu 
Bak
ı
 Dövl
ə
t Universiteti 
Bak
ı
, Az
ə
rbaycan 
sunbulzalova@gmail.com. 
Elmi rəhbərlər: akademik Rasim Əliquliyev, f.e.d, Vüqar Əliyev
Açar sözlər:
süni intellekt,informasiya t
ə
hlük
ə
sizliyi,dron jurnalistika. 
Texnologiyanın tətbiqi ilə əlaqədar olaraq bütün sahələrdə olduğu kimi 
jurnalistikada da yeni istiqamətlər yaranıb. “Sosial media”, “3D jurnalistika”, 
“Dron jurnalistika”, “Süni intellektə əsaslanan jurnalistika” bu qəbildəndir. 
Süni intellekt həyatımızın bütün sahələrinə o cümlədən jurnalistikayada 
nüfuz edib. Süni intellekt müasir jurnalistikanın bütün sahələrinə geniş tətbiq 
olunmaqdadır. Əsasən mətn tipli məlumatların intellektual analizi, multimedia 
resurslarının avtomatik aşkarlanması, toplanması, müəyyən formata gətiril-
məsi və digər optimallaşma məsələlərində süni intellekt böyük əhəmiyyətə 
malikdir. Süni intellekt əsasında hazırlanan xəbərlərdə qərəzlilik, reklam və 
şəxsi rəğbət izlərinin olmaması süni intellekt texnologiyalarına əsaslanan 
jurnalistikanın əsas xarakterik cəhətidir.[1]. 
Süni intellekt jurnalistikası görüntüyü qədər sadə deyil, tərtibatçılar proq-
rama müxtəlif versiyaları və sonluqları olan çoxlu sayda şablonlar əlavə edir-
lər. Süni intellekt jurnalistikası orfoqrafiya yoxlamasını tələb etmir, təbii sa-
vadlıdır və yüklənən bütün dil qaydalarına əməl edir. 
Süni intellektə əsaslanan jurnalistikanın bir istiqaməti də Dron jurnalisti-
kasıdır. [3] Dron jurnalistikasında informasiya təhlükəsizliyini təmin etmək üçün 
müxtəlif qaydalar mövcuddur. Pilotsuz uçan aparatların istifadəsini tənzimləyən 
qanun və ya qaydalar olmasa da, Cinayət Məcəlləsininin 156-cı maddəsində 
şəxsi həyatın pozulmasında dronlardan istifadəyə görə məsuliyyət nəzərdə 
tutulub. [3]. 
Qanuna görə şəxsi və ailə həyatının sirri olan video və foto çəkilişi materi-
allarının, səs yazılarının məsafədən idarə edilən pilotsuz uçan aparatlardan is-
tifadə etməklə yayılması cinayət məsuliyyəti yaradır. Bu hal baş verdikdə təq-
sirləndirilən şəxs 2 ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. 
Mediada şəxsi həyata dair yanlış məlumatlar bir sıra hallarda müəyyən 
şəxsləri nüfuzdan salmaq, karyerasına zərbə vurmaq və s. kimi neqativ məq-
sədlərlə yayılır.
Texnologiyanın sürətli inkişafı nəticəsində dezinformasiya xarakterli 
montaj edilmiş audio, video, foto materialları yaymaq getdikcə sadələşir və 
kütləvi hal alır. Bu da göstərir ki, şəxsi həyatın toxunulmazlığının təmin olun-
ması, fərdi məlumatların qorunması məsələləri müasir dövrdə informasiya 
texnologiyalarının inkişafı ilə bağlı olaraq çətinləşmişdir.



Yüklə 17,55 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   ...   493




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin