Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan respublikasi təHSİL İnstitutu



Yüklə 2,33 Mb.
Pdf görüntüsü
səhifə42/108
tarix09.10.2023
ölçüsü2,33 Mb.
#153397
1   ...   38   39   40   41   42   43   44   45   ...   108
mektebeqder-tehsilin-kurikulumu-layihe1

Oyun fəaliyyəti. 
Bu dövrdə uşaqlarla müstəqil fəaliyyətin müxtəlif növlərinin təşkili zamanı 
oyun uşaqların gümrah davranışını, emosional-əhvali ruhiyyəsini təmin edir. Oyunlar vasitəsilə hər 
bir uşağın kifayət qədər hərəkətdə olmasına nail olmaq lazımdır. İkinci ilin əvvəlində oyuncaqlarla 
oyun və əyləncələr təşkil etmək lazımdır. Oyuncağı uşağa göstərərək, adını soruşmaq və ya adı 
çəkilmiş oyuncağın digər oyuncaqların içindən tapılması uşağın idraki inkişafına kömək edir. 
Bununla əlaqədar aşağıdakı işlərin aparılması zəruridir: 
-Oyuncaqlarla oyunların təşkili; 
-Uşağın sensor və hərəki fəaliyyətini inkişaf etdirən, şən əhvali-ruhiyyə yaradan oyunların 
təqdim olunması; 
-Sevimli ( üstünlük verilən) oyuncaqlarının əhatəsinin genişləndirilməsi.
-Oyun prosesində uşaqların lüğətinin oyunla əlaqədar hərəkət və fəaliyyət bildirən sözlər 
hesabına zənginləşdirilməsi. 
Əmək fəaliyyəti.
Məktəbəqədər yaşlı uşağın əsas fəaliyyət növü oyundur. Ancaq təlim-
tərbiyə işini elə qurmaq lazımdır ki, bu yaşda uşaqda oyunla yanaşı, əməklə məşğul olmaq tələbatı 
da formalaşsın. Məktəbəqədər yaşlı uşaqlar böyüklərın əməyinə hələ körpə yaşlarından böyük 
maraq göstərir, uşaq oyunlarında, məişətdə onları təqlid edir və özləri də nə isə düzəltməyə səy 
göstərirlər. Uşaqlarda əməyə müsbət münasibət, əmək bacarıq və vərdişlərinin yaranması üçün 
ətrafdakı böyüklərın canlı nümunəsi, onların əmək fəaliyyəti ilə bilavasitə təmasda olmaq mühüm 
əhəmiyyət kəsb edir. Odur ki, uşaqlarda əməyə maraq oyatmaq lazımdır və bununla əlaqədar bu 
yaş dövründə aşağıdakı işlərin aparılması zəruridir: 
-Əmək fəaliyyəti üçün zəruri olan həyati və məişət əşyalarının göstərilməsi və adlandırılması; 
- Gündəlik təsərrüfat-məişət əməyinin yollarının göstərilməsi; 
- Oynadıqdan sonra oyuncaqları yığışdırmağın öyrədilməsi
- Özünəxidmət bacarıqlarının formalaşdırılması. 

Yüklə 2,33 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   108




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin