38
5-6 yaş arası uşaqlar kifayət qədər sosialdırlar və eyni zamanda özlərindən kiçiklər ilə də
oynayırlar. Bu yaşda olan uşaqlar öz cinslərindən olan yoldaşları ilə oynamağa üstünlük verirlər.
Oynamaq xoşlarına gəlir, lakin onlar mütləq qalib gəlmək istəyirlər və oyunun gedişatında
qaydaları dəyişərək, üstünlük əldə etməyə çalışırlar.
Bu yaş qrupundan olan uşaqlar daha uzun müddətə diqqətlərini cəmləyə bilirlər. Təfəkkür və
prolblemlərin həlli bacarıqları onlarda daha yüksək səviyyədədir. Uşaq tapşırığın yerinə
yetirilməsinə diqqətini cəlb edə və özünün müəyyən etdiyi tələblərə uyğun olaraq həll edə bilir.
Beş-altı yaşlı uşaqların danışmaq xoşuna gəlir, fikirlərini dəqiq izah edə bilirlər. Onlar mürəkkəb
cümlələrlə danışır və öz nitq səhvlərini özləri düzəldirlər.
Fiziki planda bü yaş qrupundan olan uşaqlar çox hərəkətlidirlər, onlar fiziki məşqlər və idman
yarışları ilə maraqlanmağa başlayırlar. Onların motor bacarıqları təkmilləşir: onlar geyinərkən,
kağız kəsərkən, şəkil çəkərkən və yazarkən daha az çətinlik çəkirlər.
Uşaqlar öz keçmişlərinə şüurlu münasibət göstərirlər, onlar «uşaq olduqları vaxtlar» barədə
müxtəlif hadisələr danışmağı xoşlayırlar.
5-6 yaşlı uşaqlar fikirlərini hərfi mənada və konkret ifadə edirlər, xüsusi təşkil edilmiş quruluş
və ardıcıllıq onların xoşuna gəlir.
Dostları ilə paylaş: