263
bu preperatlar uşaqların müalicəsində istifadə olunmur.
Kapsaisin - acı istiotdan alınır, qaşınan dermatozların (0,025-0,075%) yerli terapiya-
sında istifadə olunur. Əvvəldə periferik, zəif keçirici C-liflərdən neyropeptidlərin azad
olması nəticəsində yanğı təsiri verir. İstifadəni davam etdirdikdə neyropeptidlərin dep-
lesiyası baş verir, bu da qaşınma əleyhinə və analgetik effekti baş verməsinə səbəb olur.
Sistemli terapiya. Əlbətdə
torpid gedişli, xüsusən də yayılmış formalarda sistem te-
rapiya məqsədəuyğun hesab edilir. Terapiyada əsas problem – atopik dermatitin sistem
terapiyasında istifadə edilən təhlükəsiz dərmanların kifayət qədər effektli olmaması və
effektiv preparatların çoxlu kənar təsirlərinin olmasıdır. Seçim xeyir və müəyyən risk
arasında aparılır.
Siklosporin (sandimmun-neoral) atopik dermatitin ağır formalarının sistem müali-
cəsində ən çox öyrənilmiş preparatlardandır. Adi başlanğıc doza gündə 5 mg/kq təşkil
edir. Birinci terapevtik nəticələr bir neçə gündən bir həftəyə qədər müddətdə görünür. İki
həftədən sonra, hər iki həfdədən bir, dozanı 100 mq azaltmaq olar. Preparatın günaşırı
qəbuluna o halda icazə verilir ki, əgər birincili doza gündə 300 mq/kq təşkil edib: əsas
məqsəd – müalicəni 3-6 aya tamamlamaqdır. Siklosporin dozasını azaldanda A və B ult-
rabənövşəyi şualanmanın kombinasiyasını tətbiq etməklə stabiləşdirici terapiyaya nail
olmaq lazımdır. Beləliklə, yerli terapiyaya qayıdış, eləcə də dəri iltihabının mümkün
olan kəskinləşməsinin profilaktikası təmin olunur. Siklosporinin birincili kənar effekti
nefrotoksiklik və hipertenziyadır, buna görə də parametrlərə nəzarət müalicədən 2 həftə,
bir ay əvvəl, sonra isə müalicə aparılan müddətdə hər ay aparılmalıdır. Uzun müddət
aparılan tədqiqatlar göstərir ki, ağır torpid atopik dermatitdə pasientlərin seçim və nə-
zarətində olan siklosporin təhlükəsizdir. İlk dozanı seçdikdə effektiv dozadan başlamaq
məsləhətdir ki,bu da ümumi müalicə dövrünün qısalmasını artırır. Bəzi həkimlər, xü-
susən də pediatrlar, müalicədə yüksək dozaların tətbiqində kənar ürək bulanma halları
qeydə alırlar, ona görədə başlanqıc dozanı aşağı, yəni gündə 2-3mq /kq olmasını təklif
edirlər. Böyüklərdə isə əksinə, remissiyanı
almaq üçün yüksək doza, yəni gündə 7 mq/
kq vacibdir, xüsusən də ağır hallarda.
Peroral qəbul zamanı takrolimus, sistem preparat olaraq psoriazda effektli olur, la-
kin atopik dermatitdə onun istifadəsi formal olaraq lazımi qədər tədqiq olunmayıb. Sik-
losporində
olduğu kimi, gündə 1-4 mq dozada preparatın təhlükəsiz profili olaraq kənar
təsirləri yoxdur və bu iki preperatı bir-birləri ilə əvəz etmək mümkündür. Bunu siklospo-
rinə adekvat reaksiya verməyən pasientlər üçün nəzərə almaq lazımdır.
Hal-hazırda atopik dermatitin sistemli istifadəsində yeni preparat – pimekrolimus
üzərində tədqiqatlar aparılır. Bu vaxta qədər preparatın yerli dərman forması öyrənilirdi,
lakin son zamanlarda psoriazla aparılan tədqiqatlar göstərdi ki, siklosporin və takroli-
musla müqaisə edəndə, bu preparat peroral qəbulda daha təhlükəsiz profilli təsir effek-
tinə malikdir.
Gözlənilir ki, preparatın bu forması atopik dermatitdə effektiv olacaqdır.
İmmunsupressiv vasitə kimi, azatioprin tez-tez ağır dermatoloji xəstəliklərdə istifadə
olunur. Atopik dermatitdə terapevtik doza gündə 2-2,5 mq/kq sayılır, həm də pasientlər
bilməlidirlər ki, preparatın təsirinə qədər müalicədən 6 həftə keçməlidir. Azatioprin
yaxşı keçirilir, bəzən ürək bulanması və qusma halları müşahidə olunur. Müntəzəm la-
borator nəzarət müalicənin 1-ci ayında, hər iki həftədən bir, sonralar isə hər ay, terapiya
müddətində aparılır. Tədqiqatlara qanın ümumi analizi, qara ciyər və böyrək funksiya-
264
larının eləcədə sidiyin analizi daxil edilməlidir. Siklosporin və metotreksatla müalicədə
olduğu kimi, terapiyanın müddəti, dozanın endirmə sxemi və preparatların enmə faza-
sında stabilləşdirici təsiri eynidir.
Sistem kortikosteroidlər, triamsinolon asetonidin daxil olmaqla əzələ daxili inyek-
siyaları, atopik dermatitin simptomları üzərində nəzarət üçün çox effektlidir. Pasientlər
və klinisistlər üçün cavabın tezliyi, qısa müddət qəbulunda yaxşı təsiri və nisbətən ucuz
qiyməti, prednizolon ilə aparılan müalicəni eyni olaraq cəlbedici edir. Lakin steroidlərlə
uzun müddətli terapiya nəticəsində əlavə təsirlər (məsələn, osteoporoz, katarakta), onla-
rın istifadəsini xroniki proseslərdə, əsasən, atopik dermatit də daxil olmaqla məhdudlaş-
dırır. Prednizolonu ağir tutmaların qarşısını almaq üçün
müvafiq olaraq, ildə 1-2 dəfə,
6-8 gün müddətində, qəbul etmək olar, lakin steroidlərdən asıllıq və pasientlər tərəfindən
prednizolon terapiyasının təkrarlanması cəhdləri qalmaqdadır. Bu, rekoşet kimi korti-
kosteroidlərin effektivliyinin aşağı enməsi təkrar terapiyanı cəlbedici etmir.
Çox müəlliflərinı təcrübəsi göstərir ki, atopik dermatitdə qaşınmadan –qaşımaya
(ekskoriasiya) qədər olan hisslərin zəncirvari siklini, sedativ antihistamin preparatlarla
dayandırmaq olar. Yeni nəsil iltihab əleyhinə təsirli qeyri-sedativ antihistamin preparat-
lar (atopik dermatitdə - loratadin, setirizin-amertil, parlazin göstərilir), H1- antihistamin
effektindən başqa, atopik dermatiti olan başqa qrup pasientlərdə qaşınmanı azaldırlar.
Atopik dermatiti olan xəstələrdə çox hallarda stafilakokk infeksiyası əmələ gəlir, bu
da öz növbəsində dermatitin kəskinləşməsinə gətirib çıxara bilər. Belə xəstələrin müa-
licəsində əsas olaraq antibiotiklərin sistem qəbulu vacibdir. Stafilakokk kulturaları pen-
sillinə və adətən eritromisinə qarşı dəyişməz olaraq dayanıqlı olurlar, seçim preparatı
kimi 250 mq dozada böyüklərə gündə 4 dəfə və kiçik uşaqlara 125mq gündə 2 dəfə
(gündə 25-50mq/kq çəkiyə iki qəbula bölünmüş) siklosporin və dikloksasillin iştifadə
olunur. Bir
qayda olaraq, pustulalar tez sağalır və pasientlərə 5 gündən artıq preparatı
qəbul etmək nadir hallarda lazım olur. Əgər pasientlərdə infeksiya residivləşirsə, onda
yaxşı olar ki, xəstəliyin kəskinləşməsini qabaqlamaq üçün, bir daha 5 günlük müddətə
müalicə kursu təyin edilsin. Bəzi pasientlərdə çoxlu sayda və ya tez-tez təkrarlanan re-
sidivlərin müalicəsini təmin etməklə, siklosporinə rezistentliyin qarşısını almaq üçün 1
ay müddətinə tetrasiklinlə müalicə kursu aparmaq lazımdır (pasientlər 12 yaşdan yuxarı
olmalıdırlar).
Dostları ilə paylaş: