268
Plazmaferez
Plazmafarez şəklində ekstrokorporal detoksikasiyası metodu torpid gedişatlı,
xəstəliyin eritrodermik variantı və dərmanın qəbulu çətinliyi olan xəstələrə təyin olunur.
Cərrahi prosedurlu şəraitdə dirsək venasından götürülmüş qan plastik konteynerlərə
tökülür və dəqiqədə 3000 dövriyə, 10 dəq ərzində, 22 0C
temperaturda sentrifuqada
həll edilir. Plazma atılır, formalı elementlər plazmaəvəzedici məhlullarda xəstələrə re-
infuziya olunur.
Atılmış plazmanın həcmi 300–800 ml təşkil edir, bu da eyni miqdarda plazmaəvə-
zedicilərlə əvəzlənir. Prosedurlar adətən 2-3 gündən bir, 8-10 kursa kimi; xüsusi ağır
formalarda – hər gün aparılır. Plazmaferez zamanı orqanizm sirkulyasiya edən immun
komplekslərdən, patoloji metabolitlərdən azad olur, reseptorları təmizlənir,
müxtəlif
müalicəvi və medikamentoz təsirlərə həssaslığı artır.
Atopik dermatitli xəstələrin müalicəsində başqa fizioterapiya metodları da tətbiq
olunur: punktur fizioterapiya (lazeropunktura, fonopunktura); millimetr dalğalı
terapi-
ya; ultrasəsterapiya; antihistamin preparatların endonazal elektroforezi, boyun simpatik
düyünlərinin diadinamoterapiyası.
Beləliklə, yayılmış, ağır yerli terapiyaya cavab verməyən
atopik dermatit sistemli
müalicə tələb edir. İltihab və qaşınmanı çox hallarda yuxarıda qeyd olunan maddələri
tətbiq etməklə stabilləşdirmək olar. Əlimizdə olan sistem metodlar kəskin qaşinmanı
azalda bilər və hər zaman xəstəliyin kəskin və torpid gedişatında tətbiq olunmalıdır.
Sanator – kurort müalicə adət olunmuş iqlimdə (Evpatoriya , Anapa, Soçi, Yalta,
Naftalan, Mərdəkan) istirahəti nəzərdə tutur. İqlim terapiya
ilin isti fəslində hava,
günəş vannalarının qəbulu və dənizdə çimməklə aparılır. Kurortlar kükürd-hidrogen,
rodon, dəniz vannaları, palçıqla müalicə imkanını yaradır. Mineral sularla müalicə paral-
lel gedişatlı mədə- bağırsaq və qara ciyər xəstələrinə təyin olunur.
Dostları ilə paylaş: