Şək.2.9.
Apokrin tər vəzilərinin
quruluşu
a - Apokrin tər vəzilərinin ümumi
quruluşu x 60
b –Sekresiyanın apokrin tipi ilə
vəzinin kiçik dənəli hüceyrələri x
120(Apatenko A.K., 1973)
17
tük soğanağı və tük məməcikləri daha səthdə - əsasən dermada yerləşmişlər. Uşaqların
tükləri daha hidrofıl, elastikdirlər və tərkibində çoxlu miqdarda yumşaq keratin vardır.
Biokimyəvi və fızioloji xüsusiyyətləri sayəsində uşaqların tükləri çox vaxt dermatofıt-
lərlə zədələnir.
Dırnaqların rüşeymləri embrionun inkişafının 3-cü ayının başlanğıcında əmələ gəlir.
Əvvəlcə dırnaq yatağının əsası qoyulur, orada epitel bir qədər qalınlaşmış və azacıq bir-
ləşdirici toxumaya keçir. Sonra dırnaq yatağının epitel hissəsindən - matrisasından sıx,
kompakt törəmə - dırnağın kökü formalaşır.
Dırnaq lövhəsinin növbəti mərhələdə formalaşması keratinləşmə prosesi ilə sıx bağ-
lıdır ki, bu prosesə həm lövhənin özü, həm də dırnaq yatağı məruz qalır. Dırnaq lövhəsi
və ya dırnaq parlaq xarici qişası (lamina externa) olan sıx yerləşmiş buynuz lövhələrdən
ibarətdir. Dırnaq yatağı yandan və ortadan dəri büküşləri - dırnaq yastığı ilə əhatə olun-
muşdur. Dırnağın arxa yastığı dırnağın cisminin proksimal hissəsini qövsvari örtərək
epidermisin nazik buynuz lövhəsini - dırnaqüstü dərini (eponichium) əmələ gətirir. Arxa
yastıqdan ağımtıl sahə şəklində kənara çıxan dırnaq kökünün kiçik hissəsi dırnaq yu-
vası adlandırılır.Dırnağın böyüməsi matriks hüceyrələrinin hesabma baş verir ki, o da
dənəli və buynuzlu qatı olmayan epidermisin quruluşunu təkrarlayır.
Epidermisi əmələ gətirən ektodermal rüşeym lövhəsindən tüklərdən və dırnaqlardan
başqa, həmçinin piy və tər vəzləri də formalaşır. Tər vəzlərinin rüşeymləri dölün dəri-
sində bətndaxili inkişafın 2-ci ayında müəyyən edilir. Uşaq doğulduqda tər vəziləri artıq
yaxşı formalaşmış olur, lakin funksional cəhətdən fəal deyildirlər. İlk 2 il ərzində tər
ifrazı funksiyasmın tədricən artması baş verir. Uşaq tipindən böyük yaşlı tər ifrazı tipinə
keçid cinsi yetkinlik dövründə meydana çıxır. Uşaq tipli tər ifrazı zamanı cüzi tər ifrazı
(perspiratio insensibilis) üstünlük təşkil edir (xüsusilə 1 yaşmda).
Tər vəzilərinin iki növü vardır. Sadə və ya merokrin (ekkrin) və apokrin tər vəziləri
ayırd olunur.
Sadə tər vəziləri (glandulae sudoripare) borulu quruluşa və merokrin sekresiya ti-
pinə (əvvəlki adı ekkrin) malikdir. Onlar hüceyrələrin sekretor fəaliyyəti, həmçinin os-
mos-diffuziya proseslərinin iştirakı nəticəsində tər hasil ediıiər. Histokimyəvi olaraq tər
vəzilərində RNT, turş fosfatazanın, karboksilazanın, esterazaların, enerji mübadiləsi fer-
mentlərinin fəallaşması nəzərə çarpır.
Tər vəzisinin distal hissəsi yumaqcıq şəklində (burulmuş uc hissəsi) adətən derma
və dərialtı piy toxumasının sərhəddində yerləşmişdir. Uzun axacaq şaquli istiqamətdə
dərinin səthinə doğru yönəlmişdir və burğuşəkilli əyri yarıqla qurtarır. Ovucda, daban-
da və üzdə tər vəziləri xüsusilə çoxdur. Tər vəziləri kişilərdə cinsiyyət üzvünün kəllə-
sində, qadınlarda kiçik cinsiyyət doddaqlarının xarici səthində olmur. Dəri örtüyünün
digər sahələrində tər vəziləri disseminasiyalı şəkildə yeıiəşmişdir. Dərinin 1 sm2 sət-
hində 200-dən 800-ə qədər tər vəziləri vardır. Tər vəzilərinin fəaliyyəti orta beynin III
mədəciyinin hüceyrələrində yerləşmiş tər mərkəzi və xüsusi yumaqcıqların kapsulunda
yeriəşmiş periferik sinir ucları tərəfındən tənzimlənir. Bu səbəbdən parasimpatik mad-
dələr (asetilxolin, pilokarpin və s.) tər ifrazını artırır, atropin isə bu mexanizmi blokada
edərək tər ifrazını tormozlayır.
Apokrin tər vəziləri (glandulae apocrinicae) merokrin vəzlərdən fərqli olaraq hüceyrə
maddəsi ifraz etməklə şirə hasil edir, ona görə də hüceyrələrin bir qismi kənar edilmə
18
mərhələsində olurlar. Apokrin vəziləri də həmçinin borulu quruluşa malikdir. Lakin daha
böyük ölçülüdür, dərində yerləşmişlər və spesifık lokalizasiyası vardır. Onlar cinsiyyət
orqanlarının, anusun dərisində, döş gilələrinin areollarında və qoltuqaltı çökəklikdəki
tük follikullarının yaxınlığında yerləşmişlər. Bu vəzilərin axacaqları piy-tük follikul-
larına açılır. Apokrin vəzilərinin tam inkişafı uşağın 1 yaşında baş verir, lakin onların
funksional fəallığı yalnız cinsi yetkinlik dövründə üzə çıxır. Apokrin vəzilərin fəaliyyəti
adətən siklik xarakter daşıyır və cinsiyyət vəzlərinin sekresiyası mərhələləri ilə üst-üstə
düşür. Buna görə də, apokrin vəziləri ikincili cinsi əlamətlərə aid edirlər.
Piy vəziləri (glandulae sebacea) mürəkkəb alveolyar törəmələr olub sekretor hücey-
rələrin piy metaplaziyası ilə birgə holokrin tip sekresiyaya malikdir. Hüceyrələrin di-
ferensiasiyası mərkəzdən başlayır və piy vezikullarının proqressiv şəkildə toplanması
ilə səciyyələnir. Bu, hüceyrənin, onun nüvəsinin dezinteqrasiyasına, hüceyrə qişasının
dağılmasına və sekretin piy kanalına ifraz edilməsinə səbəb olur. Piy vəzisinin ümumi
axacağının divarı quruluşuna görə epidermisdən fərqlənmir, axacağın şaxələrində isə
buynuz və dənəli qat yoxdur. Piy vəziləri tük follikullarını əhatə edir. Bir qayda olaraq,
hər follikulun ətrafmda 6-8 piy vəzisi vardır, ona görə də dərinin tük örtüyünün bütün
sahələri normada piy qatı ilə yağlanmışdır. Lakin bəzi piy vəziləri ayrı yerləşmiş və dəri-
nin səthinə axacaq vasitəsilə açılır. Dərinin üzdə, kişilərdə cinsiyyət üzvünün kəlləsində
və qadınlarda kiçik cinsiyyət dodaqlarında tük follikulları ilə bağh olmayan sahələri bol
piy vəziləri təchiz edilmişlər. Ovucda və dabanda piy vəziləri ümumiyyətlə olmurlar.
Piy vəzilərinin rüşeymləri 2-3 həftəlik döldə tər vəzilərinin rüşeymlərinə nisbətən daha
erkən vaxtda əmələ gəlirlər. Piy vəziləri hələ uşağın doğulmasına qədər intensiv fəaliy-
yət göstərir, ona görə də yenidoğulmuşun dərisi pendirəbənzər yağlı maddə ilə örtülmüş-
dür (vernix caseosa). Uşaqlarda piy vəziləri daha böyük ölçülərə malikdir, üzün, kürəyin
dərisində, başm tüklü hissəsinin və anogenital nahiyədə çoxlu sayda yerləşmişdir.Tər
və piy vəzilərinin ifrazatı dərinin fızioloji, immun və biokimyəvi funksiyalarının yerinə
yetirilməsində böyük rol oynayır.
Ağız boşluğunun və dodaqların selikli qişasının quruluşunda eyni struktur kompo-
nentlərinin olmasına baxmayaraq dərinin quruluşundan xeyli fərqlənir. Belə ki, dəridə
olduğu kimi ağız boşluğunun selikli qişası da 3 şöbədən təşkil olunubdur - epitel, həqiqi
selikli qişa (lamina propria mucosae) və selikaltı əsas qatdan ibarət olub epidermis, der-
ma və dəri örtüyünün dərialtı piy toxumasına uyğundur.
Ağız boşluğunun selikli qişasını çoxqatlı epitel örtür, lakin dərinin epitel qişasından
fərqli olaraq o, yalnız 2 qatdan - bazal və tikanlı qatdan ibarətdir. Bazal qatın hüceyrələri
(str.germinativum) silindrik formaya malikdir, bazal membranda çəpər şəklində yerləş-
mişlər. Mitozda yaranan hüceyrələr yuxarıya doğru hərəkət edir, onlarda dərinin bazal
qatının hüceyrələrində əmələ gəlməyən qlikogen toplanır.
Ağız boşluğunun selikli qişasmın mitoz aktivliyi yüksəkdir, ona görə də, onun
təzələnməsi prosesi 6-7 gün təşkil edir, dərinin təzələnməsi prosesi isə 21-22 gün davam
edir.
Ağzın selikli qişasının birləşdirici toxuma hissəsi həqiqi birləşdirici toxumadan və
selikaltı əsas qatdan (tela submııcosa) ibarətdir. Epitelinin bazal hüceyrələri lamina
propria mucosae ilə sərhədlənir ki, o da selikli qişanın özündən və selikaltı qatdan təşkil
olunmuşdur. Ağzın birləşdirici toxuma qatında qan damarları, sinir ucları və çoxsaylı
19
xırda tüpürcək vəzləri toplanmışdır ki, onların sekreti selikli qişanın səthini yaş saxlayır
və ağız boşluğunun qida maddələrinin həzm olunmasında iştirakını təmin edir.
Sərt damağın, dilin, qismən dişətinin epitel hüceyrələri sağlam şəxslərdə buynuzlaş-
maya məruz qalır, bu isə ağız boşluğunun selikli qişasının digər sahələri üçün səciyyəvi
deyildir.
Kollagen və elastik liflərin düyünlü şəbəkəsi ilə yaranmış selikaltı təbəqədə dərin da-
mar şəbəkəsi, hüceyrə elementləri (immunqlobulinləri əmələ gətirən limfositlər, plaz-
matik hüceyrələr), dərin yerləşmiş çoxsaylı kiçik tüpürcəkvəzilərinin yumaqcıqları
yerləşmişdir. Selikaltı qat selikli qişanm aşağıda yerləşmiş toxumalara sıx birləşmədiyi
yerlərdə, məsələn ağız boşluğunun dibində yaxşı inkişaf etmişdir. Bununla yanaşı, seli-
kaltı qat dişətində və bərk damaq nahiyəsində tamamilə yoxdur.
Dodaqlar güclü dairəvi əzələ qatından ibarətdir, xaricdən əzələ qatı ilə möhkəm bir-
ləşmiş dəri ilə örtülmüşdür. Dodaqda 3 hissə ayırd olunur: dəri, aralıq və ya qırmızı
haşiyə və selikli. Qırmızı haşiyə dəridən selikli qişaya keçid quruluşuna malikdir, orada
piy vəziləri yalnız ağız bucaqlarında saxlanmışdır. Dodaqların qırmızı haşiyəsində tam
buynuzlaşma baş vermir, epitelinin səthi qatı eleidinlə yağlanmışdır ki, bu da ona şəf-
faflıq verir. Dodaqların qırmızı haşıyəsində xarakterik buynuz qatı, həmçinin parlaq və
dənəli qat yoxdur.
Dodaqların qırmızı haşiyəsində xarici və daxili zonalar ayırd olunur. Xarici zonanın
epitelisi şəkli dəyişmiş buynuz qatını qoruyub saxlayır, dodaqların selikli qişasma keçən
daxili zona isə (Kleyn zonası) epitelinin xarici qatında nüvələrə və çox uzunsov dermal
məməciklərə malikdir. Ağız boşluğunım selikli qişasının, dodaqların, dişətinin və dilin
sinir-reseptor aparatı üçlü, üz, dil-udlaq və dilaltı sinirlərlə təmin olunur.
Qan və limfa sistemi ağız boşluğunun, dilin, dodaqların qırmızı haşiyəsinin bütün
səthi boyunca yayılan çoxlu sayda kapilyar, venula və limfa şəbəkəsi ilə təmsil olunmuş-
dur. Limfa şəbəkəsi badamcıqlarda və dilin kökündə xüsusilə sıx yerləşmişdir, burada 5
mm hündürlükdə kripta adlandırılan limfoepitel qabarma əmələ gəlir. Limfa toxumasın-
dan selikli qişanın səthinə tüpürcəyin tərkibinə daxil olan limfositlər keçə bilər.
Tüpürcək vəziləri. Ağız boşluğunda çoxlu sayda tüpürcək.vəziləri vardır ki, onlar
böyük və kiçik olmaqla 2 yerə bölünürlər. Böyük tüpürcək vəzilərinə ağız boşluğundan
kənarda yerləşən və uzun axacaqları olan qulaqyanı, aşağı çənəaltı və dilaltı vəzilər aid-
dir. Kiçik tüpürcək vəziləri heterogendir, dodaq, yanaq, damaq və dil tüpürcək vəzilərinə
ayırd olunurlar.
|