16
Duyğu cisimləri məməciklərdə yerləşmişdir və xüsusi reseptor hüceyrələrinə ma-
lik zərif birləşdirici toxuma kapsulasından təşkil olunmuşdur. Onlara kapsulanın aşağı
qütbündən mielinsiz sinir ucluğu yaxınlaşır və reseptor hüceyrələrə söykənmiş menisk
şəklində qalınlaşma ilə başa çatır. Krauze kolbaları məməciklərin altında yerləşmişlər.
Onların uzunsov oval forması yuxarı tərəfı məməciklərə doğru istiqamətlənmişdir. Bir-
ləşdirici toxumanın yuxarı qütbündə yumaqcıqla qurtaran mielinsiz sinir silindri yerləş-
mişdir. Ruffini cisimləri dermanın dərin şöbələrində və dərialtı piy toxumasının yuxarı
hissəsində yerləşmişdir. Onlar birləşdirici toxumadan ibarət kapsula ilə təmsil olunmuş-
dur ki, orada sinir oxunun silindrinin sonu çoxsaylı şaxələrə bölünür. Lövhəli cisimlər
dərialtı piy toxumasında yerləşir, kapsulyar quruluşa malikdir. Dəridə həmçinin kapil-
yarlar da daxil olmaqla bütün damarların səthi boyunca yerləşmiş çoxlu sayda vegetativ
sinir lifləri vardır. Onlar damar kələflərinin funksional aktivliyini tənzimləyir və bununla
epidermisdə, dermada və dərialtı piy toxumasında gedən fızioloji proseslərə təsir göstə-
rir.
Dərinin törəmələri (tüklər, dırnaqlar, tər və piy vəzləri). Tüklərin formalaşması emb-
rional inkişafın 2-ci ayının sonu - 3-cü ayın əvvəlində başlanır. Epidermis nahiyəsində
bazal-hüceyrə çıxıntıları meydana çıxır ki, sonradan onlar tük follikullarına çevrilirlər.
4-cü və 5-ci ayda başlanğıc rüşeym tükləri zərif tüklər (lanugo) şəklində bütün dəri
örtüyü boyunca (ovucun, dabanın, dodaqların qırmızı haşiyəsinin, süd vəzilərinin gilələ-
rinin, kiçik cinsiyyət dodaqlarının, kişilərdə cinsiyyət orqanının başının dərisi istisna
edilməklə) yayılır. Tükün dərinin üzərinə çıxan hissəsi özək, dəridaxili hissəsi isə kök
adlanır. Dərinin səthinə özəyin çıxdığı nahiyədə çökəklik – çala vardır. Tükün kökü tük
follikulu ilə əhatə olunmuşdur, oraya iti bucaq altında tükləri qaldıran əzələlər yaxınlaşır
və birləşirlər. Tükün özəyi və kökü 3 qatdan ibarətdir: mərkəzi -beyin, qabıq və kutikula.
Beyin maddəsi əsasən dəridə yerləşmişdir və çox azhalda tük follikulunun çalasına çatır.
Tük özəyinin əsas kütləsini keratinləşmiş hüceyrələr təşkil edir ki, onlar bir-birinə sıx
söykənmişlər.
Tük kökünün distal hissəsi soğanaq adlandırılır. O, tükün böyüməsini təmin edir, belə
ki, onun mərkəzi hissəsinə hipodermadan qan damarları və sinirlərlə birgə tük məməciyi
daxil olur.
Follikulun yuxarı hissəsindəki dərinlik və ya
çala 1-3 sıra epidermal hüceyrələrlə örtülmüş-
dür ki, onlarda qlikogen, çoxlu miqdarda vaku-
ol, tonofıbrillər, keratogialin və keratinosomalar
vardır. Tük follikulunun çalasına piy vəzisinin
axacağı açılır. Saçların rəngi DOFA-müsbət me-
lanositlərin tərkibində tükün beyin maddəsində
olan piqmentlə müəyyən olunur.
Tüklər zərif, cod (qaşlar, kirpiklər, saqqal,
bığ və cinsiyyət orqanlan nahiyəsində olan
tüklər) və uzun (başm tüklü hissəsi) olmaqla 3
yerə bölünürlər. Tüklər yavaş böyüyürlər. Gün
ərzində tükün uzunluğu 0,3-0,5 mm artır. Yaz-
da və yayda tüklər sürətlə uzanırlar. Uşaqlarda
Dostları ilə paylaş: