Azərbaycan Respublikası
Səhiyyə Nazirliyinin Baş dermatoveneroloqu, ATU-nun Dermatovenerologiya
kafedrasının müdiri, ə.e.x., t.e.d., professor FƏRƏCOV Z.H.
7
I FƏSIL. DERMATOVENEROLOGİYANIN İNKİŞAF TARİXİ
Təbabətin inkişaf tarixində, onun ilkin mərhələlərindən indiki dövrə qədər, dəri
xəstəlikləri əsas yer tutur. Yaxşı öyrənilmiş dəri xəstəliklərinin nümunələri üzərində mü-
hüm ümumi tibbi vəziyyət və prinsiplər işlənilib hazırlanmışdır. Qədim zamanlardan
indiyə kimi olan dini nəzəriyyələrdə, ədəbiyyat və incəsənət əsərlərində dəri xəstəlikləri
haqqında çoxsaylı məlumatlara təsadüf etmək olur.
Çoxsaylı dəri xəstəlikləri haqqında yunan və romalı həkim-filosoflar tərəfindən ilk
müşahidələr verilmişdir. Bunlardan yunan filosofları Hippokrat, Platon, Aristoteli qeyd
etmək olar. Biz bu gün də qədim yunan təbabətinin ekzantema, pityriasis, lichen kimi
terminlərindən istifadə edirik.
Qədim Roma dövründən ilk olaraq Selsi və Qalen kimi ensiklopedistləri, qladiator
həkimi və imperatorun saray həkimlərini yada salmaq lazımdır. İndi də istifadə olunan
bizə yaxşı məlum olan erysipel, furunkul, qanqrena, karsinoma, pustula, scabies, vitiliqo
Roma təbabətindən olan terminlərdəndir.
Orta əsrlərdə (eramızın 500-1500-cü illərində) yunan və roma təbabətinin ənənələri-
ni, əsasən ərəb alimləri inkişaf etdirmişdi (Əbu Əli ibn Sina - Avisenna). Qalenin, eləcə
də qumoral patologiyanın fəlsəfi nəzəriyyələri (Krazen nəzəriyyəsi) orta əsr təbabətinin
bazası kimi xidmət etmişdir.
1500-cü ildən tibb tarixində və həmçinin dəri xəstəliklərində çevrilişlər başlayır.
Yeni dövrün təbabətinin başlanması Paraselsin işləri ilə hesablanır (1493-1541). Derma-
tovenerologiya üzrə ilk kitablar latın dilində Cirolamo Merkuriale (1530-1606) tərəfin-
dən yazılmış və 1572-ci ildə Venesiyada, sonradan 1630-cu ildə Tubingendə Xafenreffer
(1587-1660) tərəfindən nəşr olunmuşdur.
Təbii-elmi təbabətin inkişafı dəri xəstəliklərinin tibbi anlaşmalarına da yeni üsullar
əldə etməyə kömək etmişdir. Dəri xəstəliklərinin üç mühüm və bu günə qədər qüvvədə
olan analiz metodu və təsnifatı təklif edilmişdir:
•
İozef Yakob Plenk (1735-1807): dəri simptomlarının təsnifatı (səpgilər haqqın-
da nəzəriyyə) –morfologiyaya əsaslanan xəstəliklərin nozoloji təsnifatına ilk cəhd;
•
Ferdinand fon Gebra (1816-1880): patoloqo-anatomik əsaslara görə dəri xəstə-
liklərinin təsnifatı;
•
Jan Darye (1856-1938): dəri xəstəliklərinin morfologiyası və patogenetik mexa-
nizmi arasında olan qarşılıqlı əlaqə nəzərə alınmaqla, onların məlum və ehtimal edilən
etiologiyasına görə təsnifatı.
İlk dermatoveneroloji jurnal “Sifilidologiya” adı altında Leypsiqdə (1839-1845) çap
olunmuşdur. Parisdə 1844-cü ildən 1852-ci ilə kimi A. Kazenav tərəfindən əsası qoyul-
muş dəri xəstəlikləri üzrə jurnal nəşr edilmişdir.
Sərbəst dermatoloji klinik-müəssisə və kafedralar XIX əsrin ortalarında yaradılmış-
dır. Rusiyada ilk dəri xəstəlikləri kafedrası 1869-cu ildə Moskva universitetində (indiki
İ.M.Seçenov adına Moskva tibb akademiyası), Sankt-Peterburq tibbi-cərrahiyə akade-
miyasında (indiki Rusiya Hərbi-tibbi akademiya), Varşava universitetinin tibb fakultə-
sində təşkil edilmişdir.
XIX əsrin ikinci yarısında dünyanın müxtəlif ölkələrində dermatoveneroloqlar cə-
miyyəti təşkil edilmişdir: Amerika dermatoloji assosiasiyası (1876), Rusiya dermatoloji
8
cəmiyyəti (Sankt-Peterburq, 9 avqust 1885-ci il), İtaliya dermatoveneroloqları və sifili-
doloqlarının cəmiyyəti (1885), Almaniya dermatoloji cəmiyyəti (1888), Fransa derma-
toloqları və sifilidoloqlarının cəmiyyəti (1889). Parisdə 1889-cu ildə dermatoveneroloq-
ların birinci beynəlxalq konqresi keçirilmişdir.
Moskva dermatoloji məktəbi Moskva Universitetinin nəzdində yaradılmışdır. 1895-
ci ildə Rusiyada birinci dəri və zöhrəvi xəstəliklər klinikası tikilmişdir. Dermatovene-
rologiyada A.İ.Pospelovun (1846-1916) böyük rolu olmuşdur, o, Moskvada ilk derma-
toveneroloqlar cəmiyyətini (indi onun adını daşiyan) və ölkədə ilk mulyajlar muzeyini
təşkil etmişdir.
Peterburq dermatologiya məktəbi rus dermatoloq-professoru A.Q.Polotebnov (1838-
1907) və rus venerologiyasının banisi V.M.Tarnovski (1837-1906) tərəfindən yaradıl-
mışdır, onlar eyni zamanda Sankt-Peterburq tibbi-cərrahiyə akademiyasının kafedraları-
na rəhbərlik etmişlər.
Azərbaycan Tibb Universitetinin dermatovenerologiya kafedrası, hələ Azər-
baycan Dövlət Universitetinin tibb fakultəsi kimi mövcud olduğu dövrdə - 1920-1921-
ci illərdə təşkil olunmuş ilk kafedralardandır. 1920-1921-ci illərdən fəaliyyət göstərən
Azərbaycan Dövlət Universitetinin tibb fakultəsinin Dəri və zöhrəvi xəstəliklər kafedra-
sı, 1933-cü ildən N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun nəzdinə kecmişdir.
Kafedra 1987-ci ildən “Dermatovenerologiya kafedrası” adlanır. 1922-1930-cu illərdə
kafedranın ilk rəhbəri Moskva Dövlət Universitetinin professoru M.A.Clenov olmuş-
dur. 1933-1938-ci illərdə dermatovenerologiya kafedrasının azərbaycan dilində tədri-
sinə ə.e.x., professor İ.M.İsmayılzadə, 1938-1964-cü illərdə professor A.C.Cəfərov, rus
dilində tədrisinə 1933-1939-cu illərdə M.K.Sultanov, 1939-1964-cü illərdə ə.e.x., pro-
fessor B.A.Eyvazov, 1964-1991-ci illərdə professor R.H.Hacıyev, 1991-2008-ci illərdə
əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Davatdarova, 2008-ci ildən
hal-hazırkı dövrə kimi əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Z.H.Fərəcov
rəhbərlik edir.
Həkimlərin fasiləsiz təkmilləşməsini təmin etmək üçün 1935-ci ildə təsis edilən
Ə.Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunda Dermatovenero-
logiya kafedrası da fəaliyyətə başlamışdır. Kafedraya respublikanın əməkdar həkimi,
əməkdar elm xadimi, tibb elmləri doktoru, professor M.M.Hüseynov fasilələrlə 1935-ci
ildən 1981-ci ilə kimi rəhbərlik etmişdir. 1981-1988-ci illərdə kafedra müdiri profes-
sor Q.M.Hüseynzadə, 1988-2001-ci ılə kimi respublikanın əməkdar həkimi, tibb elmləri
doktoru, professor C.C.Ağakişiyev olmuşdur. 2001-ci ildən indiyə kimi tibb elmləri
doktoru S.H.Kərimov dermatovenerologiya kafedrasına rəhbərlik edir.
Diaqnostik və terapevtik tibbi imkanların inkişaf etməsi ilə yanaşı, insanların həyat
şəraitinin, eləcə də ictimai-iqtisadi formasiyanın dəyişməsi dəri xəstəliklərinin panora-
masını dəyişdirdi.
Son illərdə dermatoloji xəstəliklərin diaqnostikasında (molekulyar-genetik tədqiqat),
yeni dərman maddələrinin hazırlanmasında (retinoidlər, immunsupressorlar, interferon),
eləcə də ultrabənövşəyi şüa terapiyasında edilən proqres hesabına böyük inkişaf dövrünü
yaşayır.
|