Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə11/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   7   8   9   10   11   12   13   14   ...   18

 
Otuz üçüncü nümunə: Əşarilər, mötəzilə  
və digərləri ilə bağlı görüşü 
Müəttil  (Allahın  zatından  kənar  sifətinin  olmadığını  qəbul  edən) 
müşrikdən  daha  pisdir.
171
Sələfilərə  görə  müəttilə,  əşarilər,  İbn  Hazm  əz-
Zahiri,  zahirilərin  əksəriyyəti  və  sufilərin  böyük  bölümü,  şiələr,  hənəfilər 
və  dörd  məzhəbə  tabe  olanların  çoxudur.  Sadəcə  hənbəlilərin  ifratçılarını 
təqlid edənlər, İbn Teymiyyə və İbn Qəyyim tərəfdarları istisnadır. Bununla 
da ümmətin böyük hissəsini İslamdan xaric etmiş oldu. 
 
Otuz dördüncü nümunə: İbn Ərəbi və İbn Farizi təkfir  
etdiyini inkar etməsi 
Sonra  Rəbbi  (c.c)  inkar  edənlərin  İbn  Ərəbi  və  İbn  Fariz,  Allahdan 
başqa  kimsənin  saymayacağı  qədər  çox  olan  insan  qruplarının  olduğunu 
                                                                                                                 
odun  olmuşlar.  (Cin/15)  Ancaq,  İmam  Əli  (r.a)  və  Bədr  səhabələri  mətnləri  əhatə  etdikləri  mənanın 
xaricində özlərinə uyğun şəkildə (üsyankarların və xaricilərin xətalarından hadisəni onlarla vuruşmağın 
vacib olduğunu mətnə istinad etmədən)  istifadə etməkdən Allaha sığındılar.  
169
 Dürər,1/112. 
170
Əslində bunların heç biri sifətləri inkar etmir (mütərcim). 
171
 Dürər, s. 113. 

 
 
102 
 
qeyd  edir.
172
Otuz  dördüncü  səhifədə  isə  onları  təkfir  etmədiyini  yazır. 
Deyir  ki,  “mənim  İbn  Ərəbi  və  İbn  Farizi  təkfir  etdiyimi  rəvayət  edirlər. 
Sübhanallah,  bu  böyük  bir  iftiradır”.  Hətta  yüz  dördüncü  səhifədə  bütə 
ibadət edəni belə təkfir etmədiyini deyir?!  
Mən də deyirəm ki, necə olur ki, sən öncə onların rəbbi inkar etdiyini 
deyirsən,  sonra isə onları  təkfir etmədiyini söyləyirsən? Necə olur  ki, bütə 
tapınanları  təkfir  etmədiyin  halda,  Allaha  və  Onun  Elçisinə  (s.ə.s)  inanan, 
İslamın rüknlərini yerinə yetirən, haramlardan uzaq duran ancaq etiqad ya 
da əməldə bəzi xətaları olanları təkfir edirsən? 
 
Otuz beşinci nümunə: Yenə əşarilik haqqında 
Sifətlərı inkar edənin tövhidin həqiqətini rədd etdiyini qeyd edir.
173
 
Bu  əşarilərin,  İbn  Həzmin  və  dörd  məzhəb  davamçılarının  çoxunun 
təkfirinə yol açır. Onlar tövhidin həqiqətini inkar etmirlər. 
O,  Əşariyə  toxundu,  onu  “Müəttilə  və  kəlamçıların  böyük  öndəri 
adlandırdı”.
174
 Mən xüsusi ilə fərqli görüşlərin olduğu məsələlərdə icmanın 
varlığını  önə  sürməsində  Əşarinin  böyük  xətalarının  olduğunu  qəbul 
edənlərdənəm.  Batillə  deyil,  həqiqətlə  İbn  Teymiyyəni  rədd  etdiyim  kimi, 
onu da tənqid etməyə cəsarət etmişəm. Onların ikisi də müsəlmandırlar və 
fəqihdirlər.  Fəzilətləri  və  elmləri  vardır.  Ancaq  böyük  və  ya  kiçik  bəzi 
xətalara düşmüşlər. İbn Teymiyyənin xətaları Əşarinin yanlışlarından daha 
çoxdur. 
 
Otuz altıncı nümunə: Zamanının müsəlmanlarının  
çoxunun təkfiri 
Müasirləşmiş  müsəlmanlar  haqqında  “Zəmanə  əhlinin  çoxu 
tapınılacaq  ilah  olaraq  sadəcə  Hübəl,  Yəğus,  Yəuq,  Nəsr,  Lat,  Mənat  və 
Uzzayı  bilirlər,”  demişdir.
175
 “Günümüzün  məbud  məqamlarının  insan, 
                                                 
172
 Dürər, 1/ 113. 
173
 Dürər, 1/ 113. 
174
 Dürər, s. 114 
175
 Dürər, s. 117. 

 
 
103 
 
ağaç,  daş  və  bənzərlərindən  –  günəş  və  ay,  İdris,  Əbu  Hadidə  və  s.  –dən 
ibarət olduğunu qəti şəkildə anladım”. 
Şərhə  ehtiyac  yoxdur!  Aşağıdakı  nümunəyə  görə  isə  müsəlmanların 
çoxunu kafir elan etdi. 
 
Otuz yeddinci nümunə: Müsəlmanların çoxu Qüreyş  
kafirlərindən daha çox küfr içindədirlər. 
Qüreyş  kafirlərinin  şirki  günümüzdəki  insanların  çoxunun  şirkindən 
fərqlidir.
176
 
Bu  insanların  çoxu  İbn  Əbdülvəhhaba  görə  küfrdədirlər:  “Bunu 
bildinsə,  onda  bu  insanların  çoxunun  əleyhində  olan  şeyləri  də  öyrəndin. 
Onların  Peyğəmbərin  (s.a.s)  savaşdığı  müşriklərdən  daha  böyük  şirk  və 
küfr içində olduqlarını bilmiş oldun.”
177
 
“Bu kafirlər Allahın endirdiyi ilə hökm etməzlər”.
178
 İdarəçiləri təkfir 
etmələrinin istinadı budur. Bu cür tənqidlə günümüz  alimləri tərəfindən də 
qarşılaşırıq.  Ancaq  təəssüf  ki,  bu  siyasi  vəziyyətə  görə  edildi.  Bu,  gənclər 
arasında  doğruluğun  meyarını  meydana  gətirmək  üçün  edilən  iş  deyildi. 
Gənclər də alimlərə “siz idarəçilərin səsi oldunuz”,- dedilər. Onlar insanlara 
qəzəbləndikdə təkfir edir, bundan uzaqlaşdırdıqda isə etmirsiniz. Buna görə 
alimlərin  sözləri  onlar  üçün  doğruluğun  meyarı  olmadı.  Əgər  keçmiş 
zamandan  biri  çıxıb  təkfir  etməkdəki  ifratı  qınayar  və  onu  rədd  edərsə 
(alimlər  və  idarəçilər  bunu  etməyin  çətin  olduğunu  düşünürlər)  bunun 
bütün  işlərimizdə  İslam  ilə  hökm  etmək  istəyimiz  olduğunu  deyirəm. 
Ancaq  bu  hökmlərin  dar  məzhəb  anlayışına  və  bəzi  alimlərin  fikirlərinə 
deyil, Quran və sünnəyə istinad etməsini istəyirik.  
Bu  mövzuda  bütün  İslam  məzhəblərində  müzakirəyə,  ciddi  təhqiqat 
və geniş tədqiqata ehtiyac var. 
 
 
 
                                                 
176
 Dürər, s. 120. 
177
 Dürər, s. 160. 
178
 Dürər, s. 162. 

 
 
104 
 
Otuz səkkizinci nümunə 
Sadəcə “Haqq dəvətimizin çatdığı, dəlillərini açıqladığım, əleyhində 
dəlilin olduğu halda təkəbbür və inadla israr edən kimsələri” təkfir etdiyini 
qeyd edir.
179
 
Sonra  bənzər  şəkildə  bunları  deyir:  “Bu  gün  savaşdıqlarımızın  çoxu 
şirkdə  israr  edir,  vacib  əməlləri  yerinə  yetirməkdən  imtina  edir  və  böyük 
haramları işləyirlər.” 
Nəql  edənin  iki  tərəfdən  biri  və  iki  düşmən  tərəfdən  yalnız  biri 
olmağına, 
digərinin 
sözünü 
eşitmədiyimizə 
baxmayaraq, 
İbn 
Əbdülvəhhabın onların üzrləri ilə əlaqədar bəzi dəlillər nəql etdiyini  (daha 
əvvəl bunlar izah edildi) bilirik. Onların bəraətlərini düşmənləri tərəfindən 
naqis çıxışa əsaslandığını bilsək də bundan qüvvətli dəlillərə arxalandığını 
anlayırıq!  İndi  onların  nə  kitabları,  nə  dövlətləri,  nə  universitetləri,  nə 
minbərləri, nə də reklamları var. Ancaq İbn Əbdülvəhhabın nəql etdiklərinə 
görə, onların o gün digər müsəlmanlar kimi iman etdiklərini anlayırıq. 
İbn  Əbdülvəhhaba  və  müqəllidlərinə  deyirik:  Onlar  sizin 
dəlillərinizin məqbul və açıq olduğunu qəbul etmirlər.  Əgər onlar təkəbbür 
və  israr  etdilərsə  demək  heç  olmasa  sizin  dəvətinizi  tam  olaraq  haqlı 
görmədilər.  Onu  bildilər  və  inkar  etdilər.  Onlara  dəlilinizi  açıqlamadınız. 
Təbliğinizin  risalələrdə  və  kitabçalarda  əllərinə  keçməyi  kifayət  etmədi. 
Peyğəmbərin  (s.a.s)  risalətinin  (onun  dəvəti  tamamən  haqdır)  kifayət 
etdiyini  düşündülər.  Sonra  elmləri  düyünlədiniz  və  ictihadları  çoxaltdınız. 
Sadəcə dəvətin çatması yetmədi. Alimlərə İbn Əbdülvəhhabın onları təkfir 
etdiyi və qanlarını mübah gördüyü məlum oldu. Təkfirdən çıxmaları barədə 
xəbərdarlıq  etdilər.  Bəzilərinin  (İbn  Suheym  kimi)  əhəmiyyətli  dərəcədə 
elmi etibarlılığa sahib olduqlarını İbn Əbdülvəhhabın dediklərində görürük. 
İbn  Əbdülvəhhabın  İbn  Suheymin  fellərini  böyük  böhtan  adlandırmağına 
baxmayaraq İbn Suheymin dediklərini özünün  təsdiq etdiyini görürük. Bu 
da  müxalifləri  şəkkə  və  şübhəyə  salır.  Öz  kitablarınızda  yazdıqlarınıza 
müxalifət  etdiyinizə  görə  sizə  güvənmirlər.  Bu  və  oxşar  qüsurlarına  görə 
dəvətinizə  etimad  etmədilər,  onları  təkfir  etməyə  nə  ehtiyac  vardı? 
                                                 
179
 Dürər, 1/ 234. 

 
 
105 
 
Şübhəsiz  onların  fiqh  kitabları  var.  Yazdıqları  kitablarında  ifratçı 
olmalarına baxmayaraq, İbn Teymiyyə və İbn Qəyyim ümumi təkfiri doğru 
görmürlər.  İbn  Əbdülvəhhaba  müxalif  olanlardan  xüsusilə  hənbəlilərin 
(ələlxüsus  da  Nəcd  xalqının)  onu  rədd  edərkən  əsaslandıqları  dəlilləri 
yetərli  hesab  edirik.  Bu  zamandan  sonra  dəvətə  kömək  etmiş,  qılınç  və 
qələmlə onun təbliği ilə məşğul olmuşdular.  Məsələnin belə olması böyük 
çaşqınlıq  yaradır.  Bu,  Nəcd  xalqı  və  alimlərinin  İbn  Əbdülvəhhabın 
zamanında və ondan öncə qüvvətli elm əldə etdiklərinə dəlalət edir. Allah 
hamısına  rəhmət  etsin.  İbn  Əbdülvəhhab  və  tərəfdarlarına  da  mərhəmət 
etsin. Allah onların hamısını bağışlasın. 
Onlara  İbn  Əbdülvəhhabın  dediyi  kimi,  sizə  dəlil  gəldimi  -  deyə 
soruşsaq,  cavabları  belə  olar:  İbn  Əbdülvəhhabın  özünün  də  qeyd  etdiyi 
kimi  biz  İslamın  rüknlərinə  əməl  edirdik.  Ancaq  buna  baxmayaraq  İbn 
Əbdülvəhhab və tərəfdarları bizi təkfir etdilər. Məmləkətlərimizi tərk edib 
onlara  hicrət  etməsək  və  onunla  bərabər  Allahın  döyüşməyi  haram  qıldığı 
müsəlmanlarla  vuruşmasaq,  haqqımızda  ölüm  hökmü  verərlər.  Bu  kiçik 
misal  belə  onları  təkfir  etməkdən  və  savaşmaqdan  uzaq  durmaq  üçün 
kifayət edir. Kim bunu görürsə onu təkfir etmək caiz deyildir.  
 
Otuz doqquzuncu nümunə: 
Qəribə  olan  İbn  Əbdülvəhhabın  əcaib  dəlillər  gətirməsidir: 
“Kafirlərin  Allahın  birliyini  inkar  etmələri  onların  qanlarını  və  mallarını 
qorumaz.”
180
 
Bunu qeyd edək ki, onlar dəhrilər deyillər, axirəti və nübüvvəti inkar 
etmirlər.  Onların  tövhidləri  mallarını  qorumur.  Çünki  şəhadəti  demirlər. 
Heç olmasa dilləri ilə də olsa desəydilər münafiqlər kimi qanları və malları 
qorunmuş olardı.  
Ancaq  İbn  Əbdülvəhhab  və  tərəfdarları  şəhadət  gətirmək,  İslamın 
beş  rüknünə  əməl  etməklə  (bütün  bunlar  qanlarını  və  mallarını  mühafizə 
edər) kifayətlənmədilər. 
                                                 
180
 Dürər, 1/ 145. 

 
 
106 
 
İbn  Əbdülvəhhabın  düşdüyü  ziddiyət  qəribədir.  Dəfələrlə  kafirlərin 
saylarını  artırdığını  görürük.
181
 Ona  görə  “Zamanında  şirk  dünyanı 
doldurdu”.
182
 Başqa bir yerdə isə “ümmətin çoxu səhih din üzrədir” deyir.
183
 
 
Qırxıncı nümunə: Cahilin küfr kəlməsi dediyinə görə təkfiri 
(İbn  Əbdülvəhhab)  Küfr  kəlməsi  deyəni  mənasından  xəbərsiz  olsa 
belə  təkfir  edir.  Ya  da  onu  təkfir  etmədiyini  zənn  edir. 
184
 Təbük 
münafiqlərinin qissəsini dəlil gətirir. Bununla bərabər bunu faydalı saymır. 
Çünki  onlar  dediklərinin  mənasını  bilir,  ancaq  onunla  istehza  edirdilər. 
Onların üzrləri yalanlardır. Bu mövzunu burada yekunlaşdırırıq. 
 
XÜLASƏ: 
İbn  Əbdülvəhhabın  metodunun  və  dəvət  alimlərinin  demək  olar  ki, 
hamısının  təkfir  mövzusunda  ifrata  getdiklərini  gördük.  Zənn  edirəm  ki, 
insaflı  olmaq  istəyənlər  üçün  qeyd  etdiyimiz  nümunələr  faydalıdır.  Təkfir 
dili  İbn  Əbdülvəhhab  və  tərəfdarlarının  təxminən  doxsan  beş  faizində 
mövcuddur.  Bunları  “isimlər  və  ehkamlar”  adlandırırlar.  Bu  metodun 
əleyhdarları  beş  faizdən  artıq  deyil.  İbn  Əbdülvəhhab  və  tərəfdarları  ya 
nəfslərini  sakitləşdirmək  ya  da  siyasi  və  oxşar  səbəblərdən  belə  etdilər. 
Siyasi  baxımdan  bu  azlığın  təkfiri  pisləmək  üçün  vəzifələndirilməsi  də 
mümkündür. Ancaq elm tələbəsinin metodun və fikrin ümumi mənzərəsini 
görməsi vacibdir. Azı çoxaltmasın və məsələni tərsinə çevirməsin. Ya da az 
da olsa iki görüşü də nəql edib hansının daha üstün olduğunu seçsin. 
 
İbn Əbdülvəhhabı təkfirdən uzaq tutmaq 
Bütün  bunlarla  bərabər,  dəfələrlə  İbn  Əbdülvəhhabın  təkfirdən  uzaq 
durduğunu  və  özünü  bundan  müdafiə  etdiyini  gördük:  “Düşmənlərimin 
mənimlə əlaqədar dediklərinə gəlincə, guya mən zənnə dayanaraq fasiləsiz 
                                                 
181
 Dürər, 1/ 156 – 160, 1/ 266. 
182
 Dürər, 1/ 83. 
183
 Dürər, 1/ 83. 
184
 Dürər, 1/ 125. 

 
 
107 
 
təkfir edirəm, cahili də əleyhində dəlil gətirmədən küfrdə ittiham etmişəm. 
Bu böyük böhtandır. Bununla insanları Allahın və Elçisinin (s.ə.s) dinindən 
qaçırmaq istəyirlər.”
185
 
Bu  uzaq  tutmaqda  belə  onun,  təkfir  etdiklərinə  qarşı  çıxanlara  gizli 
küfr  ittihamı  vardır.  Çünki  İbn  Əbdülvəhhab  və  digərlərinin  metoduna 
görə,  kim  insanları  Allahın  və  Elçisinin  (s.ə.s)  dinindən  uzaqlaşdırmaq 
istəsə,  kafir  olar.  Özünü  təkfir  töhmətindən  müdafiə  edərkən  dediyi  bu 
sözdə təkfir gizli deyilsə, harada gizlidir? 
 
İbn Əbdülvəhhab ziddiyyətə düşdümü? 
İbn Əbdülvəhhab dəfələrlə fətvalarında  özünün qeyd etdiklərini özü 
inkar edir. Bəlkə də, bu onun geri addım atmağından, çaşqınlığından, ya da 
manevr etməsindən qaynaqlanır. Onlar aşağıdakılardır : 
1 – Dörd məzhəbin kitablarını batil saydığını inkar edir.
186
 Başqa bir 
yerdə isə onları şirkin özü adlandırır.
187
 
2  –  Altı  yüz  ildir  ki,  insanlar  haqq  üzərində  deyildirlər  (yəni 
müsəlman  deyil-mütərcim),  dediyini  rədd  edir.
188
 O,  bunun  olmadığını 
deyir.  Ancaq  onun  Nəcd  və  Hicaz  müsəlmanlarının  çoxunu  (üçüncü  və 
dördüncü  yüz  ildən  bəri  yaşayan)  ittiham  edən  ifadələri  vardır.  Bəzi 
ibarələrindən  təkfiri  son  əsrə  və  ya  iki  əsrə  qədər  uzatdığını  anlayırıq. 
Bunlar  təkfir  mövzuzunda  ifrat  olmasaydı  şərt  deyildi.  Ancaq  yuxarıda 
keçən ifadələri dedi. Orada kifayət qədər təkfir mövcuddur.  
3 – Təqliddən çıxıb ictihad etdiyini qəbul etmir.
189
 Bununla bərabər, 
yuxarıda  qeyd  edilən  məsələləri  ondan  öncə  heç  kim  qeyd  etməyib  (bu 
mövzularda onun kimi düşünməyib). 
4 – “Alimlərin ixtilafı intiqamdır” dediyini inkar edir.
190
 
5 – Övliyaya təvəssül edənləri təkfir etdiyini rədd edir. 
                                                 
185
 Dürər, 10/ 113.  
186
 Dürər, 1/ 34, 10/ 13. 
187
 Dürər, 2/ 59. 
188
 Dürər, 9/ 34, 10/ 13. 
189
 Dürər, 9/ 34. 10/ 13. 
190
 Dürər, 9/ 34. 10/ 13. 

 
 
108 
 
6  –  (Peyğəmbərə  (s.ə.s)  xitabən)  “Ey  Yaradılmışların  ən  xeyirlisi” 
sözünə görə Buseyrini təkfir etdiyini qəbul etmir.
191
O  Buseyrinin  dediyinə 
inananı da təkfir etmişdir. 
7  –  Allahın  Elçisinin  (s.ə.s)  (türbəsinin)  qübbəsini  və  Kəbənin  su 
yolunu  dağıdacağını  və  yerinə  ağacdan  düzəldəcəyinə  dair  dediyi  sözü 
inkar etdi.
192
 
8 – Peyğəmbərin (s.a.s) qəbrini ziyarət etməyi qadağan etdiyini inkar 
edir.
193
 
9 – Ana  atanın qəbrini ziyarət etməyi haram qıldığını rədd edir.
194
 
10 – Allahdan başqasına and içənləri təkfir etdiyini qəbul etmir.
195
 
11 – İbn Farizi təkfir etdiyini danır.
196
 
12  –  İbn  Ərəbini  təkfir  etdiyini  rədd  edir.
197
Başqa bir yerdə isə onu 
firondan  daha  kafir  görür.  Onu  və  tayfasını  təkfir  etməyəni  də  küfrdə 
ittiham edir!
198
 
13 – “Dəlailul-xayrat” kitablarını yandırdığını inkar edir.
199
 Bununla 
bərabər, Məkkəyə daxil olarkən onları yandırmışdır.
200
 
14  –  Rəvzur-Rəyahini  yandırdığını  inkar  edir.
201
Ancaq  onlar 
(vəhhabilər)  Məkkəyə  girdiyində  onu  da  yandırdılar.  Çünki  (onlara  görə) 
insanlar şirklə məşğul idilər.
202
 
15  –  Özünə  tabe  olmayan  bütün  insanları  təkfir  etdiyini  rədd 
edir.
203
Onun əsərlərində bunun nümunələri az deyildir. Bu daha öncə qeyd 
olundu. 
16  –  Başqaları  ilə  savaşmağa  başladığını  inkar  edir.  Ancaq  haramı 
müdafiə  edənlərlə  savaşdığını  qeyd  edir  və  pisliyi  rədd  etmək  də  pislikdir 
                                                 
191
 Dürər, 9/ 34. 10/ 13. 
192
 Dürər, 9/ 34, 10/ 13. 
193
 Dürər, 9/ 34. 10/ 13. 
194
 Dürər, 9/ 34. 10/ 13. 
195
 Dürər, 9/ 34. 10/ 13. 
196
 Dürər, 9/ 34. 
197
 Dürər, 9/ 34. 
198
 Dürər, 10/ 2, 25/ 45. 
199
 Dürər, 9/ 80, 34. 
200
 Dürər, 1/ 228. 
201
 Dürər, 9/ 34. 
202
 Dürər, 1/ 228. 
203
 Dürər, 9/ 80. 

 
 
109 
 
deyir.  Rəsulullahın  (s.a.s)  dininə  küfr  edənlərlə  də  savaşdığını  iqrar 
edir.
204
Son  ibarə  əvvəlkini  örtür.  Öz  məzhəbini  Rəsulullahın  (s.a.s)    dini 
sayır. Digər müsəlmanların məzhəblərindəki küfrün isə Amr ibn Lühey və 
Qüreyş kafirlərininkindən daha böyük küfrdə olduğunu deyir. 
17  -    Əbdülqadir  Geylani  və  Bədəvinin  qəbrini  ziyarət  edənləri  - 
“bütpərəstləri” təkfir etdiyini, cəhalətlərinə görə bunu etdikləri üçün, inkar 
edir.
205
 Ancaq  digər  yerlərdə  bunu  edənləri  tez-tez  təkfir  edir.  Sonra  o, 
cəhalətin  buna  mane  olduğunu  etiraf  etmir.  Bu  maneənin  batil  olduğunu 
yazır.
206
 
18  –  Öz  yanına  hicrət  etməyənləri  də  təkfir  etmədiyini  deyir.
207
 
Ancaq buna müxalifət edir. Şərtlərı sıralayarkən bunu dəstəkləyir. 
19  –  Müxaliflərini  təkfir  etməyib  onlarla  savaşmayanları  təkfir 
etdiyini də inkar edir.
208
 Ancaq bunu etdiyini gördük. “Kafirin küfrünə şəkk 
edən  də  onlardandır”,-deyə  qeyd  etdi.  Zamanının  müsəlmanları  ona  görə 
Qüreyş kafirlərindən daha böyük küfrdədirlər.  
20  –  Namazı  tərk  edənləri  təkfir  etmədiyini  deyir.
209
Ancaq 
günümüzdə  onun  tərəfdarları  namazı  tərk  edəni  təkfir  edirlər.  Bu 
keçmişdən bəri ixtilaflı bir məsələdir. Buna hənbəlilər də qatı yanaşırlar. 
21  –  Ona  tabe  olmayanları  təkfir  etmədiyini  deyir.
210
Daha  öncə  öz 
fikirlərilə  razılaşdıqlarını  izhar  etməyi  və  müşriklər  adlandırdığı 
düşmənlərindən uzaq olduqlarını elan etməyi şərt qoşmuşdu. 
22- Dəlil gətirilənə qədər şirk və küfr işləyən cahili təkfir etmədiyini 
qeyd 
edir. 
Ancaq 
onun  əməlinin  kafirlərin  əməli  olduğunu 
söyləyir.
211
Başqa  bir  yerdə  onun  şeyxinin  və  şeyxinin  şeyxlərinin  Nəbinin 
(s.a.s)  dinindən  azıb,  Amr  ibn  Lüheyin  dininə  girdiyini  deyir.  Onun 
fikrincə,  Nəcd  və  Hicaz  xalqının  çoxu  öldükdən  sonra  dirilməyi  inkar 
edirlər! Hənbəli alimlərini təkfir etdi və isimlərini qeyd etdi. Bu məsələlərin 
                                                 
204
 Dürər, 9/ 83. 
205
 Dürər, 1/ 104. 
206
 Dürər, 1/ 369, 368, 392. 
207
 Dürər, 1/ 104. 
208
 Dürər, 1/ 104. 
209
 Dürər, 1/ 102. 
210
 Dürər, 1/ 168. 
211
 Dürər, 10/ 136. 

 
 
110 
 
qeyd  olunduğu  yerdə  onun  doğruluğunu  təsdiq  etməyi  çətinləşdirən  açıq 
təkfir məsələləri yer alır.  
23 – Bidət və şirkin qarışmadığı İslamı müdafiə edir. Onun ziddi küfr 
olan  İslamdır.
212
Ancaq  insanları  dindən  çıxaran  küfrlə  ittiham  etdiyini 
gördük.  Ona  görə,  Qüreyş  kafirləri  iki  məsələyə  görə  günümüz 
müşriklərindən daha az şirkdədirlər. 
 
Xülasə: 
 
İbn  Əbdülvəhhabın  kitab  və  risalələrilə  bağlı  apardığı  geniş 
tədqiqatlar  nəticəsində  onlarda  kəskin  ziddiyyətlərin  şahidi  oldum.  Artıq 
təsbit  olunmuş  məlum  məsələləri  inkar  edir.  Başqalarını  əleyhində  yalan 
deməklə  ittiham  edir.  Bunu  çox  təkrar  edir.  Ancaq  təkzib  etdiyi  bir  çox 
şeyin kitablarında mövcud olduğunu gördüm. Bu da müxaliflərinin gücünə 
və  istinadlarının  incəliyinə  dəlalət  edir.  Ya  da  İbn  Əbdülvəhhabın 
unutduğuna,  siyasi  manevr  etdiyinə,  son  on  illərdə  kitablarını  yayanların 
(onlar  məhəlli  vəhhabilərdir)  onun  haqqında  yalan  dediyinə  dəlalət  edir. 
Ancaq  bu  fikir,  təkfirin  olmadığını  iddia  etdiyi  bəzı  yerlərdə  belə  təkfir 
daşıyan ifadələrə yer verdiyindən əhəmiyyətini itirir.  
Problem  bundan  ibarətdir  ki,  əgər  İbn  Əbdülvəhhabın  mötədil 
olduğuna dair bir söz desən müxalifləri onda ifratın olduğuna dair nümunə 
gətirərlər. Onlardan İbn Əbdülvəhhab haqqında hüsnü-zənn bəsləməsini və 
fətvalarından  mötədil  olanları  (təkfir  yığınları  içində  bunların  sayının  az 
olmasına baxmayaraq) almasını tələb etsən, sənə belə deyərlər: Biz açıq və 
mütəvatir olanı aldıq və uydurma olanı tərk etdik. Burada ifrat qalib gəlir. 
Bu  şəri  mətnlər  əvəzinə  İbn  Əbdülvəhhabın  hökmlərilə  razılaşanın 
aqibətidir.         
 
 
                                                 
212
 Dürər, 10/ 16. 

 
 
111 
 
ÜÇÜNCÜ BÖLÜM 
 
Fəaliyyət davam edir 
 
İbn  Əbdülvəhhabın  tələbələri  və  təqlidçiləri  təkfir  ittihamlarına 
davam  etdilər.  Zahirdə  öz  ölkələrində  yaşayanlarla  (yəni  vəhhabi  olmayan 
müsəlmanlarla)  eyni  düşünən,  lakin  batində  onları  xətalı  görən  və  İbn 
Əbdülvəhhaba  rəğbət  göstərənləri  də  təkfir  etdilər.  Qəhtan  və  Acman 
qəbilələrini,  Hayil  xalqını,  dəvət  bölgəsi  xaricinə  çıxanları  da  (bu  diyarın 
xalqı  İslam  üzrə  olsalar  da)  küfrdə  ittiham  etdilər.  İbn  Ərəbi  və  İbn  Fariz 
təkfir edildi. Bu ikisini təkfir etmək təkcə vəhhabilərə xas deyil. Məkkə və 
Mədinə xalqını, Osmanlı dövlətini, əlavə olaraq onları təkfir etməyənləri də 
təkfir  etdilər.  İbaziyyə  və  digər  əksər  İslam  firqələrini  də  təkfir  etdilər. 
Təhsilə,  qadına  və  müasir  həyatın  təzahürlərinə  qarşı  da  həqiqətən  ifrat 
mövqedən yanaşdılar. Bu fəaliyyəti iki yerə böləcəyəm: 
Birinci: 
İbn  Əbdülvəhhabın  təkfir  mövzusunda  metodunu 
dəstəkləyən məktəbin görüşləri: 
İkinci: Yeni meydana  gələn məsələlər (bunların  ən mühümü çağdaş 
təhsildir) haqqında radikal  görüşləri: 
 
Birinci Bölüm: 
Bu  bölüm  İbn  Əbdülvəhhabın  ifrat  görüşlərinin  son  dönəm 
vəhhabiləri  tərəfındən  dəstəklənməsi  mövzusuna  ayrılmışdır.  Bunun 
nümunələri: 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin