Beşinci mülahizə:
İbn Əbdülvəhhabın bu sərt düşüncələrindən biri də doqquzuncu
səhifədə “Tövhidin fəziləti və hansı növ günah təkfir olunur” bölümündə
yer almaqdadır. Bir neçə hədis nəql edir və onlardan biri də Übadə ibn
Samitin hədisidir: “Kim Allahın birliyinə, Məhəmmədin onun qulu və elçisi
olduğuna, İsanın onun qulu, elçisi və Məryəmə çatdırdığı bir söz olduğuna,
cənnət və cəhənnəmin haqq olduğuna şahidlik edərsə, bütün etdiklərinə
baxmayaraq Allah onu cənnətə daxil edər”.
Hədis tənqidi ilə əlaqəli bir nümunə zikr edəcəyəm. Mühəddislər
tətbiqatda deyil ancaq nəzəriyyədə ona qarşıdırlar. Nəzəriyyə ilə tətbiqat
baxımından meydana gələn fərqlilik üç şeyi bilən üçün asandır.
Birincisi: Hədis əhlilin nəzəriyyələrini (iləl elmi ilə bərabər
istilahları) bilmək. Bu mövzuda xüsusilə hədis tələbəsinin öyrənə biləcəyi
çox şey var.
İkincisi: Mühəddislərin hədis kitablarını özlərinin qoyduğu nəzəriyyə
ətrafında mühakimələri. Belə mühakimə çox nadirdir və zəiflikləri məşhur
olan hədislər haqqında edilmişdir. Bu mövzuda Dəraqutni, Albani, Əhməd
174
əl-Ğımari kimi bəzi şəxslər istisna edilirsə digərləri bunun
(nəzəriyyələrinin) tətbiqində zəiflik göstərmişlər.
Üçüncüsü: Elmi cəsarətin olması. Elm tələbəsi qınaqdan və ya
insanlardan birinin onun əleyhində bidət, zəlalət və küfr kimi hökm
verməsindən qorxmamalıdır. Ona vacib olan niyyətinin Allah və həqiqət
üçün saf olması sonra da gördüyü haqqı ortaya çıxarmasıdır. Elm iki
qismdir: Məlumat və məlumatı tələb edərkən cəsarət göstərmək.
İbn Əbdülvəhhabın Səhihi-Buxaridən nəql etdiyi yuxarıdakı hədisin
Peyğəmbərə (s.ə.s) nisbət edilməsi qeyd edəcəyim səbəblərdən doğru
deyildir.
295
Birincisi, hədisin zahiri mənası açıq bir şəkildə Qurana ziddir. Əgər
müsəlman bunlara şahidlik edər, ancak pis işlər görər, zülm edər, insanları
öldürər, oğurluq və zina edər, yetimin malını yeyər, namazı, zəkatı, həcci,
orucu tərk edər və bu bənzər böyük günahları işləyərsə Qurana görə
cənnətə deyil cəhənnəmə girər.
Bundan ötrü bu sözü təkrar edirəm. Biz Quranı tərk olunan bir kitab
halına gətirdik. Quran müraciət edəcəyimiz ən son dəlil oldu. Peyğəmbərə
(s.ə.s) nisbət edilən ahad rəvayətlərə güvənirik. Halbuki bəlkə də onları
rəvayət edənlər yalan, fayda əldə etmək, siyasət, məzhəb təəssübündən və
ya bir görüşdən ötrü olmasa belə vəhmə düşmüş, unutmuş və ya xətaya
düşmüşlər.
Bu hədisdə olduğu kimi isnada baxmağa ehtiyac duymuruq. Böyük
günah işləyənlərə Cəhənnəm vədi ayələrdə qeyd edildi. Biz isə ahad hədisə
baxarıq. Bu böyük günahlardan uzaqlaşdırmırsa, onun Peyğəmbərə (s.ə.s)
nisbəti Səhihi-Buxaridə olsa belə doğru deyildir.
Hədis sənədinin tənqidi
Birincisi: Hədis Şam qaynaqlıdır. Onlar isə mürciə
296
içərisində ən
pis olanlardır. Bu hədis də mürciə əqidəsinə uyğundur. Buxari Səhihində
295
Bütün hədislərin Peyğəmbərə (s.ə.s) nisbəti xüsusilə də zahiri mənasında Quran baxımından bu
hədisdə nöqsanlıq varsa doğru deyildir. İsnadın doğru olması mətnin səhhətinə (doğru olmasına) dəlalət
etməz. Mətnin səhhəti digər şeylərə İslami təhsilə, Qurani-kərimə, ağla, başqa səhih hədislərə və
Peyğəmbərin (s.ə.s) qəti olaraq belə söylədiyinə dəlalət edən bir sıra məlumatlara möhtacdır.
175
hədisi Sədəqə ibn Fəzldən (xorasanlı sələfidir, etibarlı ravidir) o da Vəlid
ibn Müslüm əd-Diməşqi əl-Əməvidən (Vəlid müdəlləsdir
297
, bu da hədisin
problemli olduğuna dəlildir), o da Övzaidən (Şam xalqının imamı,
güvəniləcək olmasına baxmayaraq, hədislərinin çoxu zəifdir
298
) o da
Umeyir ibn Hanidən (şamlıdır, heç bir mötəbər qaynaq ona güvənmir)
rəvayət etdi. İbn Əbi Havari Övzainin ondan rəvayət etdiyini inkar etdi və
onu pislədiyini qeyd etdi. Umeyir Bəni Ümeyyənin Ömər ibn Əbdüləzizdən
sonra ən adili olan Yezid ibn Vəlidə hücum edən şamlılar ilə bərabər idi və
bu səbəbdən ötrü öldürüldü. Bu da onun (Umeyrin) Bəni-Ümeyyənin ən
fasiqlərindən olan Vəlid ibn Yezidlə bərabər olduğunu göstərir. Bu hədisi
asilikdə ifrata gedən Vəlidi təmizə çıxararaq onu səkkiz qapısından cənnətə
qoymaq üçün uydura biləcəyi uzaq bir ehtimal deyildir. Cünadə ibn Əbi
Ümeyyə (O da şamlıdır. Şam xalqı hədis əshabı deyildir. Zəhrani idi.
Hədislə məşğul olan Zəhranilərin çoxu sənədi olmayan bir çox rəvayət
etdilər. Cünadə Muaviyənin dəniz sərkərdəsi idi. Muaviyə dənizdə
savaşdığı qövmə acığı tutanda gəmini batırırdı. Bu da o adamın məlumatı
ilə həyata keçirilirdi! Muaviyənin etibarını qazanmışdı). Bunu Übadə ibn
Samitdən (O böyük Bədr səhabəsidir. Faiz, şərab satışı kimi günahlardan
ötrü Muaviyə ilə düşmənçilik edirdi. Əgər bu hədisi rəvayət etmiş isə,
Muaviyənin zülmünü üzürxahlıq olaraq görür deməkdir. Çünki yuxarıdakı
məsələlərdə tamamən iman qabağa çıxır) də nəql edir. Rəsul (s.ə.s) bir
tərəfə, belə bir hədis rəvayət etməkdən Allah Übadə ibn Samiti uzaq tutsun.
Üçüncüsü: Hədisin təməl problemi (illəti) Vəlid ibn Müslümdir. O
şamlıdır və Bəni Ümeyyə idarəçilərindəndir. Şam xalqı hədis əshabı
olmamış və onlara əhəmiyyət verməmişdir. Bəni Ümeyyə tərəfdarlarından
olması Mürciə olması ehtimalını artırır. Çünki Əməvilər Şamda cəbr
296
Mürciə böyük günah işləmənin imana zərər verməyəcəyini iddia etmiş bir müsəlman məzhəbidir.
297
Müdəlləs ravi o raviyə deyirlər ki, o rəvayət edəndə arada olan ravilərdən birinin adını çəkmir. Bu cür
arada ravi itəndə həmin hədis zəif və etibarsız sayılır.
298
Əhmədə onu soruşduqlarında belə dedi: Hədisi və görüşü zəifdir. Bunu Zəhəbi “Nubəla” adlı
əsərində Övzainin və Malikin tərcümeyi-halında qeyd etdi. Əhməd Övzainin zəif olduğunu nəzərdə
tutmadı. Onun hədislərinin zəif olduğunu söylədi. Bu ikisi arasında fərq var. Hədisi zəifdir deyəndə onu
zəif olanlardan aldığını və ya mürsəl, çatışmamazlıqları olan, bölgə xalqının əməl etdiklərini dəlil
aldığını, o zaman zəifliyi digərindən qaynaqlandığını və onun zəif nəql edən olduğunu nəzərdə tuturuq.
O, zəifdir dediyimiz zaman isə bu, onun qaynaq olaraq zəif olduğu mənasına gəlir.
176
(insanın öz əməllərində azad olmadığı) və irca (böyük günahların imana
heç bir zərər vermədiyi) fikrini yaydılar. Bu hədisin problemli olmasına
dəlalət edən ən mühüm dəlil onun (Vəlid ibn Müslümin) yalançılıqla
ittiham olunmasıdır. Özü ilə Övzai arasında yalançılar və zəiflərdən rəvayət
etdi. Ayrıca nəql əsnasında isimləri ortadan qaldırdı. Övzainin zəif
şeyxlərinin yerinə etibarlı raviləri qoydu. Beləcə Övzaini yalançı və
zəiflərdən rəvayət etməkdən təmizləmiş oldu!
Onun ümumi etibarlılığını bir tərəfə qoyaq. Xüsusi olaraq onun cərhi
(tənqidi) ilə bağlı qeyd olunanalara baxaq. Onunla bağlı İmam Əhməd belə
dedi: “Onun çox xətası var və rəvayətlərində ortadakı raviləri qeyd
etmədən, bir başa Peyğəmbərdən hədis nəql edərdi”.
Onunla bağlı yerlisi və müasiri Əbu Mishar əş-Şami belə deyirdi:
“Vəlid Övzainin hədisini İbn Əbi Səfərdən aldı. İbn Əbi Səfər yalançı idi.
O orada (yalançılqla) belə dedi: Övzai belə dedi”.
Yenə Əbu Mishar belə deyir: “Vəlid ibn Müslüm Övzainin
hədislərini yalançılardan aldı sonra da sənədini qarışdırdı ya da adamları
dəyişdirdi”.
Heysəm ibn Xaricə Vəlid ibn Müslüm haqqında belə deyir:
“Övzainin hədisini dəyişdirdi”. Sonra bunu necə etdiyini anlatdı: “O, zəif
ravilərdən nəql etdi. Vəlid isə bu zəifləri isnaddan qaldırdı. Vəlid bu
təhlükəli ittihama qarşı soyuqqanlı bir şəkildə belə dedi: Övzai bunlardan
nəql etməz”. Heysəm Vəlidin onun tövsiyələrinə qulaq asmadığını qeyd
etdi.
Dəraqutni belə dedi: Vəlid ibn Müslüm Övzaidən hədislər nəql etdi.
Övzainin Nafi, Ata və Zühri kimi şeyxləri vardı. Zəiflərin isimlərini qeyd
etmədi. Övzainin Nafidən, Ata və Zühridən rəvayət etdiyini bildirdi.
Əbu Davud belə dedi: “Vəlid ibn Müslüm Malikdən onlarca hədis
rəvayət etdi. Onun təməli yoxdur. O şamlıdır, Malik isə mədinəli və
hicazlıdır. Malik şamlı olsa necə olardı? Ondan neçə dənə batil hədis
rəvayət edərdi?” Sonra Əbu Davud belə davam etdi: “Digərləri Vəlid ibn
Müslümdən daha yaxşı vəziyyətdədirlər”. Digərləri dediyi isə hədisləri ən
çox qarışdıran (müdəlləs) insanlar idi.
177
Hafiz ibn Həcər belə dedi: “Etibarlıdır ancaq, çox sayda qarışdırma
(tədlis) və düzəltməyə yol vermişdir.” Onu hədisə hiylə qatanlar kitabına
daxil etdi.
299
Onun dördüncü bölümü qarışdıranlar haqqındadır. “Onların
hədisləri ittifaqla dəlil qəbul edilməz. Onların qarışdırmalarının çoxu zəif
və məçhullardandir.”
Beləcə Vəlidin zəif tərəfi ortaya şıxdı.
Zəhəbi Vəlidin çox pis qarışdırma etdiyini etiraf etməsinə
baxmayaraq müdafiə etdi. Daha sonrakı dövrün mühəddislərin yayğın
iddialarını dəlil gətirdi: “Buxari və Müslüm onu dəlil göstərdi. O ikisi
hədisi seçər və onun inkar edilməsindən çəkinirlər” dedi.
300
Ancaq Zəhəbi Buxari və Müslümin hədislərinin saf və yanlışlardan
uzaq olduğunu iddia etdi. Bu iddia Quranı-Kərimə muxalif olan hədisin
varlığını ortadan qaldırır.
Buxari və Müslümin minlərcə səhih hədisə sahib olduqları doğrudur.
Ancaq belə demək mümkündürsə, Quranın məntiqi onlara çatmamışdır.
Bundan ötrü də bunun kimi hədis rəvayət etdilər.
Xülasə:
Müslimin uzaq durduğu, Buxarinin isə rəvayət etdiyi bu hədis
batildir. Onun Peyğəmbərimizə nisbət edilməsi Quran mətninə müxalifət
etməsindən və sənədinin zəif olması səbəbiylə doğru deyildir.
İbn Əbdülvəhhabın təkfir etdiyi hər kəs kəlimeyi-şəhadət gətirir və
bu hədisdə mövcud olan xüsusiyyətlərə iman edərdilər. İbn Əbdülvəhhab
tövhid araşdırmasında öz şərtlərinə bağlı olan biri olsa belə sifətlər
mövzusunda təvil, təbərrük, salehlərlə təvəssül etmək, Əlini, Əbu Bəkr və
digərlərindən üstün görməyi bidət elan edərək onları cəhmiyyə, şirk,
rafiziliklə ittiham etdi. Hədisdə qeyd olunan xüsusiyyətlər bağlayıcı olmaz.
Dini sadəcə onunla məhdudlaşdırmaq xətadır. Çünki əməlsiz qəlb və dillə
299
Kitab “Tərif əhlin-naqdis biməratibi’l-məvsufîn bi’t-tədlis” adıyla tanınmışdır. Əleyhində mülahizələr
vardır. Ancaq, Vəlid haqqındakı sözləri qəti qarışdırma ilə vəsf edilmişdir. Qarışdırmanın ən pisi
qarışdırma və düzəltmədir.
300
Onun “Təhzibul-Kamal” kitabındakı biyoqrafiyasına bax. Digər ravilər haqqında etdiyi nəqilləri də
“Təhzibul-kamal”-dan aldı.
178
iqrar olunan iman mürciədir. Bunlar onu şiddətli bir şəkildə pislədilər.
Müasir sələfilərdən bəzisi hənbəlilərin Əbu Hənifəni təkfir etməsini üzrlü
gördülər.
Nəticə:
Bu Məhəmməd ibn Əbdülvəhhabın “Kitabu’t-Tövhid” kitabının hələ
tamamlanmamış tənqid nümunəsi idi. Bunun qalmasını istəmədim! Onun
içindən bitirdiklərimin faydalı olanlarını nəşr etmək istədim. Bəzi insanlar
bu kitabda batil heç bir şeyin yer almadığını zənn edirlər.
301
Oxucular içində
bunu tamamlamam üçün məni cəsarətləndirənləri tapmağı ümüd edirəm.
Allah İbn Əbdülvəhhabı, tərəfdarlarını, müxaiflərindən müsəlman
alimlərini və avamın hamısını rəhməti içində bağışlasın.
Allah İbrahim və ailəsini xeyirlərlə əhatə etdiyi kimi, Məhəmməd və
onun ailəsini də xeyirlə əhatə etsin.
Həsən ibn Fərhan əl-MALİKİ
Hicri 1425 Cəmadiyəl-Əvvəlin 11-i
Riyad
Səudiyyə Ərəbistan Krallığı
301
Onlar ifrat, təkfir, təcsim mövzusunda öz fikirlərini dəstəkləyən hər kitaba belə yanaşırlar. İçində
böyük ifratkarlıq olmasına baxmayaraq Barbaharinin “Kitabus-Sünnə”-ini tərifləyərlər. İbn Teymiyənin
“Minhacus-sünnə” adlı kitabında böyük ifratkarlıqlar zahir olmasına baxmayaraq ona da eynisini
edirlər. İçi təcsimlə dolu olmasına baxmayaraq əski hənbəli etiqad kitabları, təkfir metodunu izlədiyi
halda İbn Əbdülvəhhabın kitablarını da tərifləyərlər. Bunun nəticəsi şəri hökm vermə ilə son olur.
İnsanlara hökm vermək üçün bu kitablar qaynaq qəbul edilir. Özlərindən başqa bütün müsəlmanlar küfr,
dindən dönmə və zəlalət arasında qalırlar. Gözəl bir iş tutduqlarını sanırlar.
179
MÜNDƏRİCAT
Giriş .................................................................................................. 3
Məhəmməd ibn Əbdülvəhhabın həyatı.............................................. 4
Əsərləri............................................................................................... 6
Fikirləri.............................................................................................. 7
MÜQƏDDİMƏ............................................................................... 13
Müqəddimə məsələləri..................................................................... 13
Birinci məsələ. Məhəmməd ibn Əbdülvəhhab kimdir? .................. 13
İkinci məsələ. İbn Əbdülvəhhabı təqlid edənlərlə onu
pisləyənlərin həddi aşmaları .............................................................14
Üçüncü məsələ. “Vəhhabi” termininin istifadəsi ............................ 16
Dördüncü məsələ. Elm və dəvətdə İbn Əbdülvəhhab
yalnız deyildi ................................................................................... 16
Beşinci məsələ. İfratçı qruplar vəhhabiliyi
necə mənimsəyib müdafiə etdilər? .................................................. 19
Altıncı məsələ. Radikallığa meyilli cərəyanların vəhhabiliyi
mənimsəmələrinin qarşısını necə ala bilərik? ................................. 20
Yeddinci məsələ. Kimin dəyərləndirmə haqqına
sahib olduğunu ifratçılar təyin edir? ................................................ 22
Səkkizinci məsələ. İfratı qadağan edən ifratçılar! ........................... 26
Doqquzuncu məsələ. İbn Əbdülvəhhabın düşüncəsini
və üslubunu tanımaq üçün qaynaqlarımız ...................................... 27
Onuncu məsələ. Araştırmanın metodu və səbəbi ............................ 30
SON SÖZ ........................................................................................ 33
BİRİNCİ BÖLÜM
Məhəmməd ibn Əbdülvəhhabın “Kəşfüş-şübuhat”
kitabının tənqidi. Nə üçün “Kəşfüş-şübuhat”? ............................... 34
180
İxtilaf nöqtələrini ortaya çıxarmaq .................................................. 79
İKİNCİ BÖLÜM
İbn Əbdülvəhhabın digər əsər və risalələrindəki görüşləri
haqqında araşdırma (Dürərus-səniyə nümunəsi) ............................. 81
XÜLASƏ ...................................................................................... 106
İbn Əbdülvəhhabı təkfirdən uzaq tutmaq ...................................... 106
İbn Əbdülvəhhab ziddiyyətə düşdümü? ........................................ 107
ÜÇÜNCÜ BÖLÜM
Fəaliyyət davam edir ..................................................................... 111
Vəhhabilərin öz içərilərində bəzilərini təkfir etmələri .................. 119
Günümüzdə ................................................................................... 121
Vəhhabi məktəblərində etidal nümunələri .................................... 121
DÖRDÜNCÜ BÖLÜM
Vəhhabiliyə qarşı olanların ən məşhurları ..................................... 122
Alimlərin İbn Əbdülvəhhaba yönəltdiyi ən məşhur ittihamlar ..... 128
Əlavə
Birinci paraqraf .......................................................................... 132
İkinci paraqraf: Vəhhabi termini ................................................ 135
Üçüncü paraqraf: Məhəmməd ibn Əbdülvəhhabın
müasiri olan alimlər ....................................................................... 137
Dördüncü paraqraf: İbn Əbdülvəhhabın qadağan etməsinə
baxmayaraq onunla bağlı mövzularda ifrata getmə ...................... 139
Beşinci paraqraf: Zeydiyyə ......................................................... 150
Altıncı paraqraf ........................................................................... 152
181
Yeddinci paraqraf: İraq və Nəcdi pisləyən hədislər ................... 157
Nəticə ............................................................................................ 160
Məhəmməd ibn Əbdülvəhhabın
“Kitabut-Tövhid”-inin tədqiq olunması ........................................ 162
Kitabut-Tövhidə Dönürük ............................................................. 163
Birinci mülahizə ........................................................................... 163
İkinci mülahizə ............................................................................ 164
Üçüncü mülahizə ........................................................................ 166
Dördüncü mülahizə .................................................................... 168
Beşinci mülahizə ......................................................................... 173
Hədis sənədinin tənqidi ................................................................. 174
Xülasə .......................................................................................... 177
Nəticə ........................................................................................... 178
Dostları ilə paylaş: |