Kitabut-Tövhidə dönürük:
Kitab 116 kiçik səhifədən və 65 bölümdən meydana gəlməktədir.
İbn Əbdülvəhhabın fikri və metodu ilə əlaqə qurmaq, ilk qələmə
aldığı kitabın yerini qeyd etmək üçün mülahizələrdən nümunələr
verəcəyəm. Ayrıca onun Kəşfuş-Şübühatla bərabər vəhhabilikdəki yerini
ortaya qoyacağam. Kitabın tənqidi oxumalarını hələ tamamlamamışam və
bunu etmək üçün fürsətimin olacağını ümüd edirəm.
Birinci mülahizə:
İbn Əbdülvəhhab kitabın beşinci səhifəsində sadəcə Allaha ibadət
etməyin vacibliyi və onun şəriki olmadığına dair ayələri sayaraq başlayır.
Bunda müsəlmanlar arasında ixtilaf yoxdur. Əgər kitab Allahdan başqasına
tapınan müşriklərə qarşı olsaydı, doğru olardı. Ancaq təəssüf ki, ondan
məqsəd müxaliflərimiz olan və onun şirk olaraq gördüyü bəzi hərəkətləri
edən müsəlmanlardır. Həqiqətdə o bəzilərinin etdiyi mübah, bidət və ya
kiçik şirk olan xətalı tətbiğatların ortaya çıxardığı fərqliliklərdir. Böyük
şirklər isə çox azdır. Üstəlik bu xürafə və bidətlər sadəcə dövrümüzə aid
deyildir. O, qədimdən bəri davam etmişdir. Bu onu tənqid etməkdən,
açıqlamaqdan və çəkinməkdən uzaq durmaq mənasına gəlməz. Vacib olan
inkardakı ifratdan uzaq durmaqdır. İşin əsli müsəlmanları təkfir etməkdir.
164
Bizə görə bəzi şəxslərin uydurma fikirlərindən ötrü bütün
müsəlmanları günahlandırmaq doğru deyildir. Çünki bu, bütün ümmətdə və
xalqlarda meydana gələn təbii bir işdir. Ancaq müxalifəti əsas alaraq
başqalarına zərər vermək, hakimiyyətə, xütbələrə, nəşriyyatlara, minbərə,
vəzifə və zənginliyə əsaslanaraq düşmənçilikdə ifrata getmək işlərin
yürüdülməsində ifrata getməkdir. Onun çoxu ixtilaflı məsələdir, bidət və
zülmdür.
İkinci mülahizə:
Sonra İbn Əbdülvəhhab İbn Məsuddan belə bir rəvayət edir:
“Peyğəmbərin (s.ə.s) vəsiyyətinə baxmaq istəyən Allahın bu sözünü
oxusun: “(Ya Rəsulum!) De: “Gəlin Rəbbinizin sizə nələri haram etdiyini
deyim: Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin; kasıblıq
üzündən uşaqlarınızı öldürməyin. Sizin də, onların da ruzisini Biz veririk.
Açıq və gizlin pis işlərə yaxın düşməyin. Allahın (qətlini) haram
buyurduğu cana qıymayın (müsəlman və ya əhli-zimməni haqsız yerə
öldürməyin). (Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb
anlayasınız! Yetimin malına, xeyirxah məqsəd istisna olmaqla, həddi-
buluğa çatana qədər yaxın düşməyin. Ölçüdə və çəkidə düz olun. Biz hər
kəsi yalnız qüvvəsi yetdiyi qədər yükləyirik. Söz söylədiyiniz zaman
(lehinə və ya əleyhinə danışdığınız adam) qohumunuz olsa belə, ədalətli
olun. Allah qarşısındakı əhdi (dini vəzifələrinizi, andlarınızı) yerinə yetirin.
(Allah) bunları sizə tövsiyə etmişdir ki, bəlkə, düşünüb öyüd-nəsihət qəbul
edəsiniz! Bu, şübhəsiz ki, Mənim doğru yolumdur. ”
288
İbn Əbdülvəhhab
ayələrin dəlalət etdiyi mənanı və sözün qaynağını qeyd etmədi. Ancaq
bizim üçün mühüm olan buradakı ayələrdir. Bu vəsiyyətin Peyğəmbərə
(s.ə.s) aid olub- olmadığını bir tərəfə qoyuruq. Allahın əmir və qadağa deyə
adlandırdıqları yetərlidir. Bu iki ayəyə baxdığımızda aşağıdakıları görürük:
1 – Şirki qadağan edir.
2 – Ana ataya yaxşılıq etməyi əmr edir.
3 – Ruzi qorxusundan körpələri öldürməyi qadağan edir.
288
Ənam, 151-153.
165
4- Xaricdə və daxildə ifratçılığı qadağan edir.
5 – Allahın haram etdiklərini (sadəcə haqqlı səbəblər istisna)
öldürməyi qadağan edir.
6 – Yetimin malını yeməyi qadağan edir.
7 – Tərəzini doğru çəkməyi və ölçüyə riayət etməyi əmr edir.
8 – Yaxın olsa belə sözündə ədalətli olmağı əmr edir.
9 – Əhdə vəfa etməyi əmr edir.
İbn Əbdülvəhhabın şirk hesab etdiklərinin çoxunun şirk olmamasına
baxmayaraq, istər böyük, istərsə də kiçik olsun şirki qadağan etməsi
gözəldir. Ancaq bu mövzuda ifrata getməsək, ayədə vəhhabilərin əməl
etmədikləri etdikləri bəzi əmrləri də görürük. Bu da Allahın haram qıldığı
nəfsin (sadəcə haqqlı səbəblər istisna) öldürülməməsidir. Vəhhabilər
müsəlmanların çoxunu haqqsız yerə öldürdülər. Hətta onların qətli
məscidin içində namaz qıldıqları yerdə ediləcək qədər həddi aşdı. Belə ki,
zamanlarının alim və avamına qarşı, digərləri bir yana hənbəli və sünnilərə
qarşı dindən çıxaran böyük təkfir ittihamında da ədalətli olmadılar.
289
“Yaxında olsa da sözündə ədalətli olmaq” kəlamından isbat etməyə yetəcək
qədər dəlilə sahib olmağı başa düşürük.
İbn Əbdülvəhhab və tərəfdarları ayənin birinci qismindəki vəsiyyət
üzərində çox dayandılar. O da şirki qadağan etmə əmridir. Ümmətdə şirkin
az olması və ya heç olmamasına baxmayaraq ifrata getdilər və şirk
olmayanları da şirkə daxil etdilər. Bununla bərabər yenə də ifrata gedərək
ayənin (Quranın bütünündəki əmr və qadağalar bir yana) digər əmr və
qadağalarına biganə yanaşdılar. Onlardan ən mühümü qanın və ismətin
haram olmasıdır. Müsəlmanların qanının haramlığına,
290
onlara qarşı hökm
və sözlərdə ədalətli olmağa riayət etmədilər. Allah onlara mərhəmət etsin
və günahlarını bağışlasın.
289
Yuxarıda bunun nümunələri heç bir şübhə buraxmayacaq şəkildə qeyd olundu. Məhəmməd ibn
Əbdülvəhhab və tərəfdarları təkfir mövzusunda ifrata getdilər və zamanlarının müsəlmanlarının çoxunu
təkfir etdilər.
290
Müsəlmanların qanı sadəcə zahiri və ümümi dindən dönmə və müsəlman ölkələrinin birindən
ayrılma olarsa halal olur. Ya da ədalətli imama qarşı asi gəlmək, yol kəsmək və qisas kimi
vəziyyətlərinin olması lazımdır.
166
Üçüncü mülahizə:
Sonra İbn Əbdülvəhhab Muaz ibn Cəbəldən Peyğəmbərin (s.ə.s) belə
dediyini rəvayət edir: “Ey Muaz, Allahın qulu, qulun da Allah üzərindəki
haqqı nədir? Allahın qul üzərindəki haqqı sadəcə ona ibadət edilməsi və
şirk qoşulmaması, qulun Allah üzərindəki haqqı isə ona şirk qoşmadığı
müddətcə əzaba məruz qalmamasıdır.”
Birincisi, burada zahirən Qurana müxalif olan hədisləri dəlil
göstərmək məsələsi ətrafında böyük fəlsəfə vardır. Bunu ona aid etmək və
Muazın hədisinin onlardan olduğunu söyləmək istəmirəm. Lakin istənilən
halda hədis ahad (sübuti zənni) olaraq işlədilmişdir. Sübutu qəti olan
ayədən istifadə etmək lazımdır.
Məhəmməd İbn Əbdülvəhhab və vəhhabi hərəkatı bu hədisdən çıxış
edərək insanlara şirk qoşmadıqları müddətcə Allahın onlara əzab
verməyəcəyini bildirirlər. Şirkdən isə iki şeyi nəzərdə tuturlar: həqiqi şirk
və şirkə daxil etdikləri digər tətbiqatlar. Bu ikincisində ixtilaf vardır.
Birincisi, bu, zənni dəlildən vəya digər daha açıq və sağlam dəlilləri
görməməzlikdən gələrək meydana gələn bir metod xətasıdır. O, sadəcə
vəhhabilərin deyil ümumən müsəlmanların düşdüyü bir xətadır.
291
Bir
(ahad) hədis səhih olsa belə Qurana ziddirsə onunla dəlil gətirmək caiz
deyildir və ya ən azından hədisi doğru anlamağımız lazımdır. Bir hədisin
zahiri və məhdud mənasını ələ alaraq, mənadakı məhdudlaşdırmanı
291
Bu böyük metod xətası Qurani-Kərimi düşünməyi tərk etmənin təbii bir nəticəsidir. Onu oxuyuruq
ancaq nə düşünür nə də ayələri bir mövzu ətrafında toplayırıq. Rəvayət olunan hədislərin oxunmasına
kömək etmək üçün ümumi nəzəriyyələr də çıxarmağa çalışmırıq. Bu rəvayət edənlərə laqeyd
yanaşmağa ya da hədislərin rəvayətini unutmağa aparır. Sonra da bir çox alimlərin doğru deyə
təsdiqlədiyi gözlənilməz hadisələrlə qarşılaşırıq. Ya hədislər ya da bizim onları açıqlamağımız Qurana
tərs düşür. Bu hədislərin çoxu savaba təşviq etmə və günahdan uzaqlaşdırma ilə əlaqədardır. Müsəlman
hədisin bir şəxsi çox vaxt bəsit işdən ötrü cənnətə və ya cəhənnəmə aid etməsinə təəccüblənir. Bu,
alimlərin mənanı çıxarmada (əmr və qadağalarla əlaqəli Qurandan çıxan ümümi qaydada) göstərdikləri
biganəliyin təbii nəticəsidir. Böyük və kiçik günahlar, Allahın bir şeyə savab ya da əzab dediyi şeylər,
heç üzərində nəss olmayan işlər və s. Bundan ötrü də ümumi mənada hədisləri rədd edən, onların
isbatına şübhə ilə yanaşan və yazılmasının şəri olub olmadığını münaqişə edən qruplar ortaya çıxdılar.
Əgər Müsəlmanlar işlərdə hökm verərkən, Quranı hakim təyin etsəydilər (hakim etmələri də vacibdir)
belə böyük fikri dağınıqlıq da olmazdı. Bu da ayəyə, hədisə və alimin sözünə bağlanmağı şərt qoşur.
Bizim işlər bir birinə qarışmış vəziyyətdədir. Çünki dəlil ierarxiyası inşa edə bilməmişik. Dəqiq
dəlillərdən zənnə dayananlara, açıqdan mütəşabih olana, Qurandan zənni sünnəyə, şəri nəsslərdən
alimlərin sözlərinə dönürük. Bu həqiqətən də uzun bir mövzudur. Vaxt isə azdır.
167
görməməzlikdən gələrək, daha səhih olana, Quran ayələrinə, digər səhih
hədislərə, qəti İslami dəlillərə zidd olub olmadığına baxmayaraq dəlil irəli
sürmək cahillik və boş istəkdir. Bu bizi ziddiyətə düşürər. Tabe olanları da
düşüncədə, hökmdə və tətbiqatda xətalara sövq edər.
Hədisə görə ibadət etmək (əgər kəlmələri səhidirsə)
292
Allahın böyük
əmr və qadağalarına itaət etməkdir. Hədisi ayələrdən və digər səhih
hədislərdən ayrı anlamaq caiz deyildir. Xüsusilə də hədisi zahiri mənası ilə ələ
alsaq Qurani-Kərimə açıq bir şəkildə tərs düşə bilər. Əgər bir insan Allaha
şərik qoşmamış, ancaq öldürülməsi haram olan birini öldürmüşsə ona beləmi
deyəcəyik: “İnsanları öldürsən də, zülüm etsən də, mallarını yesən də əmin ol
ki, Allaha şirk qoşmadığın üçün cəzalandırılmayacaqsan?”
Əksinə ona belə deyərik: Qurani-Kərim (ahad hədisdən əvvəl)
öldürülməsi haram olan birini öldürəni cəhənnəm ilə cəzalandıracağını bildirir.
Belə ki, Allah (c.c) belə deyir: “Hər kim bir mömini qəsdən öldürərsə artıq
onun cəzası əbədi cəhənnəmdə qalmaqdır. Allah ona qəzəb etmiş, lənətləmiş
və böyük əzab hazırlamışdır”
293
Açıq ayəni hədis ravilərinin silsiləsi üçün
tərkmi edəcəyik?
Üstəlik İbn Əbdülvəhhab və vəhhabi cərəyanı birini Allaha ibadət edib,
ona şərik qoşmaması ilə qane olmurlar. Ölkəsində olan pisliklərə qarşı çıxa
bilməyən şəxsi də, öz yanlarına hicrət etmədiyi müddət ərzində təkfir edirlər.
Müsəlmanların təkfiri və onlarla savaşma mövzusunda onları təsdiq
etməyənləri də təkfir edirlər. Onlara xarici deyənləri də təkfir edir, onlarla
savaşır və bunu Peyğəmbərimizin (s.ə.s) dinini inkar hesab edirlər. Bunun
nümunələri şahidlərin təsdiqi ilə daha əvvəl qeyd olundu. Onlar tətbiq
baxımından şirk ittihamını, hökm verməyi və qılınc çəkməyi genişləndirirlər.
292
Çünki mühəddislərin özlərinin də etiraflarına görə hədislər ümumi məna olaraq rəvayət edilmişdir
(İbn Salahın müqəddiməsinə və hədis üsulu elminin bütün kitablarına baxmaq yetərlidir). Rəvayət məna
olaraq edildiyində vəhm, üsyan və xətanın olması təbiidir. Bundan əvvəl isə Qurana, daha səhih hədisə
və məntiqi dəlillərə tərs olmaması lazımdır. Hədis isnadı səhih isə iki səhih hədis kitabında yer alır.
Ancaq mətn göründüyü kimi deyildir. Yəni Quran böyük günahlar işləyənə böyük şirkə girməsə belə
əzab verəcəyini (haqsız yerə adam öldürmə, yetimin malını yemə, zülm hallarında) bildirir. Hədisin
zahiri mənası buna tərsdir. Hədisi Qurana tabe tutmaq lazımdır. Əks halda Qurani-kərim yalnızca bir
bərəkət kitabı kimi qalar. Təəssüf ki, indi belədir. Biz Quranı hər ay vəya hər il xətm edirik, ancaq
işlərimizdə ona görə höküm vermirik. Ravilərin rəvayətlərini Qurana dayandırmırıq. Buna görə də
ağlımız, ədalətimiz, elmimiz və şəriətimiz zəif qalır.
293
Nisa/ 93.
168
Dördüncü mülahizə:
Sonra İbn Əbdülvəhhab altıncı səhifədəki hədisdən çixiş edərək bunu
qeyd edir:
1 – “İbadət tövhiddir. Çünki düşmənçilik ondadır”.
Bu ibadəti məhdudlaşdırmaqdır. Çünki İbn Əbdülvəhhabın
müxalifləri belə deyirlər: Biz Allahdan başqasına ibadət etmirik, onda bizi
niyə təkfir edirsiniz? O isə yuxarıdakı sözü onlara söylədi. İbadət tövhidlə,
tövhid də kəlimeyi-tövhidin (vəhhabilik tərəfindən) genişləndirilmiş uzun
şərtləri ilə məhdudlaşsa, onda muxaliflərdən heç kimin müsəlman qalması
mümkün olmaz. Hər hansı bir şəxs sadəcə tövhid və şirk mövzusunda
ancaq onun (İbn Əbdülvəhhabın) tərifinə və ictihadına tabe olarsa
müsəlman ola bilər. Elm tələbəsi işin başlanğıcında bunun doğru olduğunu
zənn edə bilər. Buna görə də Əmir Sənani, Şövkani və digər alimlərin İbn
Əbdülvəhhabın dediyinin doğru olduğuna şahid olduqlarını görürük. Çünki
İbn Əbdülvəhhab və tərəfdarları bu alimlərlə qarşılaşdıqlarında onlara belə
deyirdilər: “Biz yalnız Allaha ibadət etməyə və şirki tərk etməyə dəvət
edirik”. Digər alimlər isə belə deməkdən başqa çarə tapa bilmirlər: “Bu
Allahın dinidir və biz sizinləyik”. Beləcə onlar İbn Əbdülvəhhab və ondan
sonra gələn tərəfdarları ilə yazışmış, onları nəzm və nəsr ilə tərifləmişlər.
Ancaq bu alimlər vəhhabilərə görə tövhid kəlməsinin uzun, incə şərtlərinin
və çox sayda doğru olmayan təzadlarının olduğunu bilsəydilər İbn
Əbdülvəhhabı dəstəkləməzdilər. Buna görə də Əmir Sənaninin vəhhabilər
tərəfindən hicri 1171-ci ildə Rağbədə öldürülən Mərbəd ət-Təmimi
tərəfindən məlumatlandırıldıqdan sonra İbn Əbdülvəhhabı tərifləməkdən üz
döndərib ona tənqidlər yönləndirdiyini görürük. Mərbəd ət-Təmimi ona İbn
Əbdülvəhhabın kitablarının uzun izahlarını müxtəsər şəkildə anlatmışdı.
Alimlərin İbn Əbdülvəhhabla olan ixtilafları tövhidə dəvət ya da
şirkdən uzaqlaşdırmaq məsələsində deyildir. Bu işə heç avam müsəlman
belə etiraz etməz. Zamanının Nəcd, Hicaz, İraq və Yəmən alimləri necə
qarşı gələr ki? Onların müxalifət etdikləri məsələ tövhid üçün və şirkdən
qurtulmaq üçün İbn Əbdülvəhhabın irəli sürdüyü uzun və təzadlı şərtlər idi.
169
Bunu yaxşı bir şəkildə dərk etdiyimizdə alimlərin nə səbəbdən ona
qarşı çıxdıqlarını və avamın da uyduğunu anlayarıq. İbn Əbdülvəhhabın
özü müxaliflərinin avamdan deyil, alimlər və xüsusi adamlar olmasından
şikayət edir. Çünki avam avamdır. Bir hədis və ya alimin nöqsan bir
görüşünü duyduqlarında zəif belə olsa orada olan təşviq və çəkindirmə
(tərğib və tərhib) ifadələrinə inanar və müsəlmanlara etiraz edərlər. Çünki
alimləri onlara bu insanların Əbu Cəhlin şirki kimi böyük şirkdə olduqlarını
söylədilər. İbn Əbdülvəhhab də müxalif alimləri belə vəsf etdi.
294
Əgər İbn
Əbdülvəhhab peyğəmbərlərlə insanlar arsındakı düşmənçiliyin səbəbinin
ancaq tövhid olduğunu nəzərdə tutursa, bu doğru deyildir. Bu risaləti
sadəcə dəvətin bir qismi ilə məhdudlaşdırmaqdır. Burada məsələ insanların
çox günah işləmələri idi. Elçilər onları zülmdən, tərəzidə haqqı az
verməkdən, öldürülməsi haram olan birini öldürməkdən çəkindirdilər. İbn
Əbdülvəhhab “Məsailul-Cahiliyyə” adlı bir kitab yazdı. Orada
Peyğəmbərin (s.ə.s) cahillərlə yetmişdən çox məsələdə ixtilafa düşdüyünü
qeyd etdi. Qurani-kərimin bütün qadağan etdikləri ən azından kafirlərin
bəzilərində var idi.
İbn Əbdülvəhhab alimlərlə onun arasında olan düşmənçiliyin sadəcə
tövhid məsələsində olduğunu nəzərdə tutursa bu doğru deyildir. Ona iki
böyük məsələdən ötrü müxalif oldular: Təkfir və savaş.
İbn Əbdülvəhhabın ibadəti tövhidlə məhdudlaşdırması səhvdir.
Düşmənçiliyin də səbəbinin tövhid olduğunu deməsi ayrı bir xətadır. Ancaq
bu iki xətanı bədəvi ərəblər anlaya bilmədilər. Bundan ötrü də
Müsəlmanlarla savaşmağa böyük arzu göstərdilər. Çünki onların İbn
Əbdülvəhhabın dediyi kimi Qüreyş kafirlərindən daha böyük şirkdə
olduqlarını zənn edirdilər.
2- “Tövhidə gəlməyən kimsə Allaha ibadət etməz”.
Bu nəzəri olaraq doğrudur. Bu mövzuda İbn Əbdülvəhhabla o
dövrün Nəcd, Hicaz və digər bölgələrinin alimləri arasında ixtilaf yoxdur.
294
Daha sonra onun bir hənbəli alimini Əbu Cəhildən daha böyük küfürlə ittiham etdiyini görəcəyik.
Dövrünün Nəcd və Hicazda yaşayan insanlarının iki keyfiyyət baxımından Qureyiş kafirlərindən daha
böyük şirkdə olduqlarını tez tez təkrar etdi.
170
İxtilaf İbn Əbdülvəhhabın uzun, zənnə dayanan və xətalı şərtlər qoşduğu
tövhidin mənası ilə bağlıdır. Digər alimlər buna etiraz etdilər. Buna müxalif
olan İbn Əbdülvəhhaba görə müşrik, onlara görə isə müsəlman idi.
İxtilaf bir mövzudan mübahisə edilməsi mümkün olmayan başqa bir
mövzuya keçdi. Burada bir qarışıqlıq olduğunu görürük.
3- “Allaha ibadət sadəcə tağuta küfr etməklə olur”.
Bu doğrudur və ixtilaf mövzusu deyildir. Çünki İbn Əbdülvəhhabın
müxalifləri “Biz Allaha və tağuta iman edirik” demirdilər. İbn
Əbdülvəhhab tağutun təvəssül və xətalı tətbiqatlar olduğuna qərar verdi.
Müxalifləri belə dedilər: “Bu mübah, məkruh ya da haramdır. Ancaq, ona
tağut deməmiz doğru olmaz”. Sonra da bunun üzərinə bəzi fikirlər bina
etdik və onu etməyənin tağuta iman etdiyinə, qətlinin vacib olduğuna qərar
verdik.
Siz də sözün ümumi olduğunu müşahidə edirsiniz. Onda ixtilaf
yoxdur. Problem bu ifadəni doğru olmayan mənalarda işlətməkdir. Buradan
da İbn Əbdülvəhhabla dövrünün Nəcd, daha sonra da Hicaz və İraq alimləri
arasında ayrılıq başlayır. Daha sonra da bizimlə bütün dünya arasında
ayrılıq ortaya çıxır!
4- “Tağut Allahın xaricində ibadət edilən hər şeydədir”.
Bu doğrudur. Ancaq burada bəzi məsələlər var. Onlardan biri
ibadətin mənasıdır. Allahdan başqasına ibadət etmək təvil və izahın nəticəsi
olan məcazi mənaya gəlirmi? Bundan ötrü (cahillik və ya təvillə) təqlid
edənləri Allahın xaricində alimlərini rəbb saydılar deyə təkfir etməmiz caiz
deyildir. Belə ki, İbn Əbdülvəhhab müxalif alimləri təqlid edənləri təkfir
etdi. O zaman mənim də bunu inkar edənləri təkfir etməyim caiz olardı.
Çünki mən də onları Məhəmməd ibn Əbdülvəhhabı Allahdan başqa rəbb
saydılar deyə günahlandıra bilərəm. Bəzi nəsslərdən ümumi məna
çıxartmaq zahiri mənasına görə olmaz. Müsəlmanları təkfirdən uzaq tutan,
cəhalət, təvil kimi maneələri göz qabağında tutan digər nəsslərı da bir araya
gətirmək lazımdır. Başqasının fikrinə müraciət edən hər kəsi “Ona ibadət
171
edirsən” deyə ittiham etmək caiz olsaydı yer üzündə küfr və Allahdan
başqasına ibadət etməklə ittiham olunmayan müsəlman qalmazdı.
Bu kitabı İbn Əbdülvəhhabın müxalifləri onun əleyhində dəlil olaraq
yazdılar. Onun tağuta iman deyə adlandırdığı bəzi şeyləri araşdırdılar və
belə olmadığına qərar verdilər. Onlar mübah, məkruh, haram və ya bidətdır.
Ümmətin içində böyük şirk olduğuna dair onun fikrini təsdiq etsək də, bu
şirkin ümumi olduğunu qəbul etmirik. O, zənn edir ki, şirk bütün xalqa
yayıldı. İnsanlar Lat və Uzza dövrünə qayıtdılar. Allahdan başqa ibadət
edilən büt tapa bilməyəcəyimiz bölgə yoxdur. “Böyük şirk Ərəb
yarmadasına yayıldı. Nəcd və Hicaz xalqının çoxu öldükdən sonra
dirilməyi inkar edir!” Onun irəli sürdüyü daha böyük məsələlər də var,
onlar mənbələri ilə daha öncə keçdi.
Onlar böyük şirkin varlığını ümumi deyil, fərdi olduğunu desəydilər
haqlı olardılar. Belə ki, bu gün də böyük şirk müsəlman burdan uzaq
deyildir. Ancaq, bunu çox az sayda insanlar etməktədir. Müsəlmanların
hamısı şirkdədir deyəni izləyə bilmərik.
- “Bu məsələni səhabənin çoxu bilmirdi”.
Əgər İbn Əbdülvəhhab Peyğəmbərin (s.ə.s) Muaza gizləməyi əmr
etdiyi üçün səhabələrin çoxunun bu hədisi bilmədiyini nəzərdə tutursa
haqlıdır. Hədisin əhatə etdiyi mənanı səhabələrin çoxu bilmir deyirsə, onda
haqsızdır. Bu hədis mətnində olan problemlərdən biridir. Peyğambərə
(s.ə.s) bildirilən məsələlərdən birini əshabından gizləməsi caiz deyildir!
Sonra əgər səhabələrin çoxu bunu bilmirdilərsə, onda İbn Əbdülvəhhab
dövrünün müsəlmanlarının hamısına onu öyrətmək istəyir? Onu bilməyən
də təkfir çəkicinin altında qalır. Dəriyyə xalqının bildiyi mühüm bir
məsələni onların çoxunun bilmədiyini zənn etsək, səhabənin bizdən daha
bilikli olduğunu necə iddia edə bilərik ki?
1 – “Məsləhət olarsa elmi gizləmək caizdir”.
Peyğəmbərimizin (s.ə.s) əmri ilə Muazın bu hədisi gizləməsini
nəzərdə tutur. Bəs onda necə olur ki, İbn Əbdülvəhhab bunu dəvətinin
başlanğıcı etdi? Görəsən İbn Əbdülvəhhab muxaliflərinin müsəlman
olduğunu qəbul edir, ama bir məsləhət səbəbilə bunu gizlədirdi? Çünki
onların müsəlman olduqları desə, insanlar onlarla savaşmağa cəsarət
172
etməzdilər?! Peyğəmbər (s.ə.s) səhabə arasında söz-söhbətə səbəb
olmasından çəkindiyi üçün onu gizlədi. İbn Əbdülvəhhab isə hədisdən çıxış
edərək, insanların çoxunun batil yolda olduqlarına və təvəkkül
etmədiklərinə dair hökm verdi! Əgər Peyğəmbər (s.ə.s) hədisdən İbn
Əbdülvəhhabın anladığını nəzərdə tutsaydı, insanlar batil yola düşməsinlər
və təvəkküldən də uzaqlaşmasınlar deyə onu gizləməyi əmr edərdi!
Bu İbn Əbdülvəhhbın hədisi anlamadakı təhrifini bizə açıqlayır.
Çünki qeyd olunan hədisdən çəxış edərək ibadəti tövhid ilə məhdudlaşdırdı,
sonra da ona çoxlu şərtləri və bir çox əlavə etdi. Hədis təvəkkülə dəvətdən,
batilə dəvətə döndü.
Hədisin ya Qurana tərs düşməsi, ya da onunla uyğun olması lazımdır.
Əgər Quranla ittifaq edirsə, onu Qurana tərs düşməyəcək şəkildə
açıqlamamız lazımdır. Risaləti tövhidlə məhdudlaşdıra bilmərik. Ona
sadəcə müsəlmanları təkfir etmək fikri kimi şərtlər qoşa bilmərik.
Əgər Qurana tərsdisə, onda Peyğəmbərin (s.ə.s) bunu deməsi
fikrindən uzaq durarıq. Ravilər səhvdən, xətadan və üsyandan məsum
deyildirlər. Onlardan biri hədisin mənasını dəyişdirə biləcək və ya ona təsir
edə biləcək bir kəlməni unuda bilərdilər. Bunun üçün də Qurani-kərim ilə
ittifaq edib etmədiyinə baxılmalıdır.
Ravi Muaz ibn Cəbəl ilə Buxari və Muslüm arasında iki yüz il var.
Nəql sırasında ravilərin ümumi olaraq etibarlı kimsələr olmalarına
baxmayaraq vəhmə düşmələri, xətaya düşmələri və ya unutmaları
mümkündür. Zamanımızda elə insan var ki, onun etibarlı kimsə olmasına
şübhə etmirik ancaq birindən hər hansı bir mövzuda bir xəbər nəql
etdiyində səhvə düşə bilər. Bir də görəsən bir şəxsın digərindən onun da
üçüncü və dördüncüdən nəql etdiyində necə olar?
Mən hədisi açıq şəkildə Qurana zidd olmadığı müddətcə rədd
etməkdən bəhs etmirəm. Mühəddislər nəzəri olaraq bir hədisin sənədinin
doğru, ancaq mətn baxımından Qurana müxalif ola biləcəyini etiraf edirlər.
Əqli İslam məzhəbi olan mötəzilə mənsubları belə deyirlər: “Hədis
Qurana müxalif isə onu uyğun olub olmamasını tədqiq etməyə ehtiyac hiss
etmərik. Çünki onu qəti olaraq Quran rədd edir. Ravilər nəql əsnasında xəta
173
edə bilərlər və bu nəbinin (s.a.s) kəlamı olmaz. O, Qurana müxalifət
etməz”.
2- “ İnsanların bəzilərini elmlərinə görə ayırmaq caizdir”.
Mühəddislərə görə bu fikir problemlidir. Çünki ümmətin ehtiyac
duyduğu elmi gizləmək caiz deyildir. Ehtiyac olmayan elmi isə gizləmək
caizdir.
3 – Muaz hədisindən əldə olunacaq faydaların sonunda bu məsələnin
“böyük bir dəyər”-ə sahib olduğunu qeyd edir.
Bu hədisin mətninin problemlərindəndir. Peyğəmbər (s.ə.s)
ümmətdən heç bir böyük məsələni gizləmədi və gizlədilməsini əmr etmədi.
Peyğəmbər (s.ə.s) insanların ümumuna təbliğlə vəzifəlidir. İslamda sirr
yoxdur və açıq bir dindir. Batinililər məhz bu yoldan istifadə etdilər.
Sələfilərin bəziləri buna etiraz etdi və Peyğəmbərin (s.ə.s) bir məsələni
ümmətdən gizlədiyini iddia edənləri təkfir etdilər.
Dostları ilə paylaş: |