Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə16/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   10   11   12   13   14   15   16   17   18

Altıncı paraqraf: 
İbn  Əbdülvəhhab  və  tərəfdarlarının  müsəlmanları  təkfir  etdikləri 
məsələlərin  çoxunda  küfrdən  əsər-əlamət  belə  yoxdur.  Müsəlman 
alimlərdən  bir  qrup  onları  (bu  məsələləri)  caiz  gördü.  İmam  Əhməd  ibn 
Hənbəl, İbrahim Hərbi əl-Hənbəli və Abdullah ibn Əhməd ibn Hənbəl kimi 
hənbəlilər də qatı fikirlili olmalarına baxmayaraq, buna icazə verdilər.  
 
Misal Olaraq: 
1  –  Qəbirlərdən  bərəkət  ummaq  və  onlara  əl  sürtməyi  İbn 
Əbdülvəhhab  böyük  şirk  saydı.  Ancaq  məzhəb  imamı  Əhməd  ibn  Hənbəl 
bunda  elə  də  qəbahət  görmür.  Abdullah  ibn  Əhməd  ibn  Hənbəlin  “İləl  və 
Mərifətu  Rical”  (2/392)  kitabında  belə  deyilir:  “Peyğəmbərin  (s.ə.s) 
qəbrindən  bərəkət  istəyən  və  ona  əlini  üzünü  sürtən  birisinin  vəziyyəti  ilə 

 
 
153 
 
əlaqəli  atama  sual  verdilər.  Dedilər  ki,  adam  bunu  etməklə  Allaha  (c.c) 
yaxınlaşmaq  istəyir.  Əhməd  ibn  Hənbəl  belə  dedi:  Bunda  bir  qəbahət 
yoxdur!” 
İbn  Əbdülvəhhab  və  tərəfdarlarinin  bu  məsələdə  bir  neçə  seçim 
qarşısındadırlar:  
Ya onlar belə deməlidirlər: Bu, Əhmədə görə doğru deyildir. Bu da 
Abdullah  ibn  Əhməd  ibn    Hənbəli  təkzib  etməkdir.  Bu  da  öz  növbəsində 
sadəcə  Abdullahın  rəvayət  etdiyi  Əhməd  ibn  Hənbəlin  “Müsnəd”, 
“Fazailus-Səhabə”  və  “İləl”  kitablarını  qabul  etməməyə  aparıb  çıxarır. 
Bunu etməyə isə gücləri çatmaz. 
Ya da Əhməd ibn Hənbəlin (Allah ona rəhmət etsin) dindən çıxaran 
böyük  şirkə  düşdü  demələri  lazımdır!  Bunu  deyə  bilməzlər,  belə  bir 
haqqları yoxdur, buna gücləri də çatmaz.   
Ya  da,  belə  demələri  lazımdır:  Bu  şirk  deyildir  və  bu  görüşdə  olan 
təkfir olunmamalıdır. O zaman da İbn Əbdülvəhhab və tərəfdarlarının təkfir 
etdikləri kəslərin müsəlman olduqlarına hökm vermələri lazımdır.  
Burada  İbn  Əbdülvəhhab  ilə  Əhməd  ibn  Hənbəl  arasında  böyük  bir 
ixtilaf ortaya çıxır. Biri bunda qəbahət görmür, digəri isə böyük şirk hesab 
edir. Bu həqiqətən də böyük bir ixtilafdır. Bundan sonra  İbn Əbdülvəhhab 
və  onu  təqlid  edənlər  biz  əqidə  mövzusunda  Əhməd  ibn  Hənbəlin 
metodunu izləyirik deyə bilməzlər. 
Bundan başqa İbn Əbdülvəhhabın müasiri olan alimlər də salehlərin 
qəbirlərinə  təbərrük  etməkdə  bir  qəbahət  görməmiş,  bunu  Allahdan 
başqasına ibadət, şirk olaraq qəbul etməmişlər. Onlar Əhməd ibn Hənbəlin 
bunun haram və məkruh olmadığına dair görüşünü təsdiq etmişlər. 
Əhməd  ibn  Hənbəl  və  əksər  müsəlman  alimlər  vəhhabiliyin  əksinə 
bunda qəbahət görmürlər hətta mübah və məndub sayanlar var. Əbu Əyyub 
əl-Ənsari  və  İbn  Ömər  kimi  səhabələr  digər  səhabələrin  yanında  qəbir  və 
minbərə  təbərrük  etmişlər  və  səhabələrdən  heç  kimsə  onları  inkar 
etməmişdir. Bu da bu mövzuda sükuti icmanın olduğunu göstərir. 
Biri  belə  deyə  bilər:  “Burada  nəbinin  (s.ə.s)  qəbri  və  digər 
qəbirlərdən bərəkət ummaq arasında fərq vardır”. Ona biz də belə deyərik: 
İbn  Əbdülvəhhab  bunun  ibadət  olduğunu  qəbul  etdi.  Nəbilərə  isə  ibadət 

 
 
154 
 
caiz  deyildir.  O  nəbiyə  və  ya  vəliyə  ibadət  edənin  müşrik  olacağını  təsdiq 
edir.  Bu  sözündə  də  haqlıdır.  Ancaq  təbərrük  edənin  şirk  etdiyi 
mövzusunda isə haqsızdır. Burada həqiqətən də İbn Əbdülvəhhab və bütün 
müsəlmanlar arasında böyük fərq var. O, bu cür əməlləri şirk hesab etməklə 
xəta  etdi.  Bu  isə  əsla  nə  böyük,  nə  də  kiçik  şirk  deyildir.  Peyğəmbərlərə 
ibadət  etmək  caiz  deyildir.  Bu  mövzuda  hər  kəs  onunla  həmfikirdir. 
Münaqişə  və  inkar  təvəssül  və  təbərrük  etməyi  böyük  şirk  etməkdədir. 
Bunu Bədr və Rizvan biətində olan səhabələr etdi və onları nə səhabədən, 
nə  də  tabeindən  olan  heç  kimsə  inkar  etmədi.  Elə  olsaydı  Əbu  Əyyub 
Ənsari, İbn Ömər və Əhməd ibn Hənbəli təkfir etmək məcburiyyəti ortaya 
çıxardı.  Kəlime-i  tövhid  gətirmələrinə  baxmayaraq  səhabələrin  təkfir 
edilməsi sadəcə Mərvan ibn Həkəmin dövründə olmuşdur. Yalnızca o Əbu 
Əyyubun yanağını mübarək qəbrə qoymasını qəbul etməmişdi. Burada bir 
məsələni  qeyd  etmək  istəyirəm.  Məndə  bütün  ifrat  işlərin  Bəni  Ümeyyə 
zamanında  olduğu  qənaəti  yarandı.  Əqidəyə  qarşı  şiddətin  də  Mərvan  ibn 
Həkəm  zamanında  olduğunu  görürük.    Qadınların  saçlarının  yığılması, 
ikindi  namazından  sonra  qılınan  iki  rəkat  namaz  və  həccin  tamamlanması 
kimi  mövzularda  yaşanan  fiqhi  sərtliyə  isə  xulafa-i  raşidin  zamanında 
üsyankar  qurupun  başçısı  olan  Muaviyyənin  səbəb  olduğunu  görürük.  Bu 
dövrdə  Allaha  qulluğun,  ədalət,  yaxşılıq  və  hüququn  göz  ardı  edildiyinin, 
Allahın  haram  qıldığı  qullara  zülm  edildiyinin,  malların  yağmalandığının 
şahidi  oluruq.  İfratçı  sələfilər  və  vəhhabilər  onların  yolunu  təqib  edirlər. 
Onlar  üçün  ədalətin,  insanın  hüququnun,  zülmün  qaldırılmasının  və 
üstünlük göstərmənin azaldılmasının əhəmiyyəti yoxdur. Bu mövzuda onlar 
da digərlərinə bənzəyirlər. Onların ilk gördükləri iş Allahın qullarını müşrik 
və muvahhid, hidayətdə və zəlalətdə olanlar deyə ayırmaqdır. 
2  –  Əhməd  ibn  Hənbəlin  önəmli  tələbələrindən  biri  olan  İbrahim 
Harbi  əl-Hənbəli  belə  deyir:  “Maruf  əl-Kərxinin  qəbrinin  torpağı 
təcrübədən  keçmiş  bir  dərmandır”.
281
 Zəhəbi  bunu  qeyd  etdikdən  sonra 
məsələyə belə bir əlavə də edir:  “O, çətinə düşən ya da qəbir yanında  dua 
edən  şəxsin  duasının  qəbul  olmasını  nəzərdə  tutur.  Çünki,  mübarək 
                                                 
281
 Zəhəbi, Siyəru ələmin-nübəla, 9/ 343. 

 
 
155 
 
torpaqda  edilən  dualar,  səhər  vaxtı,  fərz  ibadətlərdən  sonra,  məsciddə 
edilən dualarda olduğu kimi qəbul olunar”.  
İbn Əbdülvəhhabın yuxarıdakı sözlərinə əsasən, Əhməd ibn Hənbəl, 
İbrahim əl-Hərbi, Zəhəbi və müasirlərinin dindən çıxaran böyük küfr içində 
olmaları lazımdı. 
Vəhhabilərin  şirk  olaraq  qəbul  etdikləri  məsələlərin  caiz  olduğunu 
qəbul edən alimlərin adlarını çəksək, iş çox uzanar.   
İxtilafın  əsas  səbəbi  İbn  Əbdülvəhhabın  şirk,  ibadət,  kömək  istəmə, 
dua,  tövhid,  iman,  İslam  kimi  işlətdikləri  terminlərə  şəri  məna 
verməməsidir.  Bu  və  digər  terminləri  qatı  bir  şəkildə  tərif  etmişdir.  Sonra 
da insanları bu tərifə uyğun çərçivəyə salmağa çalışmış və müxalif olanları 
təkfir etmişdir. 
Bu  kəskin  tərifə  onun  sələflərindən  İbn  Teymiyyə,  İbn  Qeyyim  və 
bəzi dilçilərdə rast gəlirik.  Ancaq müsəlmanların vəziyyətinin buna uyğun 
olduğunu  görə  bilmirik.  Birincisi  ona  görə  ki,  bu  tərif  zənnə  dayanır, 
ikincisi də burada maneələr vardır. 
Məsələn,  ibadət  kəlməsinin  tərifinin  İbn  Əbdülvəhhab  və  dilçilər 
tərəfindən  necə  edildiyinə  baxdığımızda  bir  məna  ətrafında  döndüklərini 
görürük: “Boyun əymə və zəlil olma”. Ancaq bu, mütləq olaraq uyğundur 
mu?  Çünki  buraya  zalım  sultana  boyun  əymə,  ana  ataya  və  ya  sevgiliyə 
qarşı  zəlil  olma  da  daxildir.  Bunları  Allahdan  başqasına  ibadət  edənlərdə 
görə bilərikmi? Xeyir. 
Allah  ana-ataya  boyun  əyməyi  və  onlara  qarşı  hörmət  göstərməyi 
əmr  edir:  “İkisinə  də  mərhəmət  qanadını  endir.”
282
 Bu  boyun  əymə  onlara 
ibadət etməkdirmi?  
 Allah möminləri bu sözlərlə tərif edir: “Onlar möminlərə qarşı zəlil, 
kafirlərə qarşı isə güclüdürlər”. Möminlər möminlərə ibadətmi edirlər? 
Yusif  və  atası  ilə  əlaqəli  belə  deyir:  “Hamısı  ona  səcdəyə 
qapıldılar.”
283
 
Bununla  ibadətmi  etmiş  olurlar?  İbn  Əbdülvəhhabın  dediyi  kimi 
Allah  bütün  peyğəmbərləri  uluhiyyət  birliyi  (Allahın  təkliyini  bildirmək) 
                                                 
282
 İsra surəsi, 24. 
283
 Yusuf surəsi, 100. 

 
 
156 
 
üçün göndərmədimi? Yusifin (ə) atası Yaqub (ə.s) peyğəmbər deyilmi? Bu 
səcdə ilə müşrik oldu? Biz Allahın peyğəmbərlərini Neac əshabı arasındakı 
hökmdəki xətadan ötrü hesaba çəkəcəyini söyləmirikmi? Böyük şirkə görə 
onları hesaba çəkməyəcəkmi? Bu sözdən Allaha sığınırıq. 
O  zaman  bütə  uluhiyyət  (tanrılıq)  isnad  edərək  ona  tapınanla 
dəyanətlə,  sevgiylə,  qorxuyla  bəşər  olduğunu  bilərək  və  ilahlığın  sadəcə 
Allaha  aid  olduğunun  fərqində  olaraq  boyun  əyən  arasında  böyük  fərq 
vardır.  
Qüreyş  kafirləri  bütlərin  ilah  olduğunu,  Allahın  icazəsi  olsun  ya  da 
olmasın  şəfaət  edəcəyinə,  zərər,  fayda  və  ruzi  verdiyini  zənn  edirdilər. 
Onların  ibadətə  layiq  olduqlarına  və  ibadətin  yalnız  onlarla  ediləcəyinə, 
bütün  ibadətlərinin,  dualarının,  istəklərinin,  qurbanlarının,  nəzirlərinin 
onlar üçün olduğuna inanırdılar. Allah onların istəklərindən, qorxularından, 
ibadətlərindən və nəzirlərindən heç bir şey qəbul etmədi. Allah onlar üçün 
sadəcə  mücərrəd  bir  ada  çevrilmişdi.  Vəhhabilərin  öldürdüyü 
müsəlmanlarda  bunların  heç  biri  yoxdur.  Vəhhabilərin  özlərinin  də  etiraf 
etdiklərinə  görə  onlar  Üyəynə  məscidində  cümə  namazı  qılardılar.  Kim 
namazı Hübəl, Lat, Mənat üçün qılar?! 
Müsəlmanlar  Allahın  bir  olduğunu  və  hər  şeyə  qadir  olduğunu 
bilirlər. Bəşərə boyun əyərkən və ya şəfaət tələb etdiklərində onlara tanrılıq 
isnad  etdiklərini  söyləmirlər.  Burada  mətlubunu  (bir  istək  üçün  müraciət 
etdiyi şeyi) ilah qılaraq ibadətində şirk edənlə mətlubunu bəşər olaraq qəbul 
edərək Allahın ona şəfaət haqqı və bərəkət verdiyini qəbul etmək, Allahın 
lütfü, rəhməti, dəstəyi və icazəsi xaricində  onun öz nəfsindən heç bir şeyə 
sahib  olmadığına,  bütün  işlərin  ancaq  Allahın  əlində  olduğuna  inanmaq 
arasında böyük fərq vardır.   
Beləcə  İbn  Əbdülvəhhab  dəlil  olaraq  ayə  göstərdiyində  bu  ayədən 
kəskin mənalar çıxartmağa mane olan digər ayələri qeyd etmir.  
 
 
 

 
 
157 
 
Yeddinci paraqraf: İraq və  
Nəcdi pisləyən hədislər: 
Yuxarıda  da  qeyd  etdiyimiz  kimi  vəhhabi  müxaliflərinin  onları 
“xaricilər”  adlandırmaları  vəhhabilərin  Qüreyiş  kafirlərini  zamanının 
müsəlmanlarından  üstün  görmələrindən  daha  yüngül  bir  ittihamdır. 
Müxaliflərin  dəlil  olaraq  gətirdikləri  hədis  həddən  artıq  yaralayıcıdır: 
“Burada  (Nəcddə)  zəlzələlər  və  fitnələr  vardır  və  şeytanın  buynuzu  ordan 
çıxar.” Bu hədisi vəhhabilər İraqı, ilk sələfilər isə şiə, rəy əhli və mötəziləni 
pisləmək  üçün  istifadə  etdilər.  Halbuki  burada  Nəcddən  məqsəd  günümüz 
Nəcdidir.  Burada  bütün  xalqı  pisləmək  nəzərdə  tutulmamaqdadır.  Hər 
zamana  aid  olduğunu  da  söyləmək  mümkün  deyildir.  Bu  hədis  iki  səhih 
hədis kitabında da rəvayət olunmasına baxmayaraq qəti olaraq səhih olduğu 
mənasına  gəlməz.  Çünki,  o  xəbəri-vahiddir.
284
 Bəziləri  aşağıdakı 
dəlillərdən  çıxış  edərək  hədisdəki  Nəcdin  məhz  günümüzdə  Nəcd  kimi 
tanınan bölgə olduğu görüşündədirlər: 
1-
 
Nəcddən  yarımadanın  ortasında  yerləşən  və  bu  gün  eyni  adla 
bilinən bölgənin nəzərdə tutulduğunu söyləmək mümkündür. Belə ki, Hicaz 
deyildiyində  bilinən,  Qırmızı  dənizin  sahili  boyunca  uzanan,  mərkəzi  də 
Məkkeyi-mükərrəmə,  Mədineyi-münəvvərə  və  Ciddə  olan  bölgə 
anlaşılmaqdadır. Dəniz və dağ arasında olan məskunlaşma bölgələri Hicaz 
deyildir.
285
 Hər  nə  qədər  bu  dil  baxımından  mümkün  olsa  da  adət-ənənə 
baxımından doğru deyildir. Beləcə Nəcd deyildiyində ənənəvi mənası ağla 
gəlir,  Hicaz  da  həmçinin.  Ənənəvi  məna  ümumun  qəbuluna  görə  dil 
mənasından  öndə  gəlməktədir.  Dil  baxımından  baxıldığında  Nəcdin  bütün 
yerdən yüksək olan məskunlaşma qisminə deyilməsi doğrudur. Hicaz da dil 
baxımından dəniz və dağ arasında yerləşən yerə deyilir. 
2-
 
Bu, Nəcdin İraq olmadığına dəlalət edir. Ənənə olaraq Nəcd bu 
gün bilinən yerdir. Bu həcc vaxtında miqat (hacıların ihrama daxil olduqları 
yerlər) yerlərdən ikisidir. Nəcd xalqının və İraq xalqının iki ayrı miqat yeri 
                                                 
284
Xəbəri vahid və ya başqa adı ilə ahad xəbər bir-iki və ya daha çox səhabə tərəfindən rəvayət edilən və 
mütəvatir hədis dərəcəsinə çatmayan hədislərdir (mütərcim). 
285
 Dil baxımından hicaz “iki şeyi bir-birindən ayıran sərhədd və maneə” mənasına gəlir (mütərcim). 

 
 
158 
 
var.  Əgər  Nəcd  və  İraq  qarışdırılsaydı  (eyni  bölgəyə  aid  olsaidilər)  onda 
birinci və ikinci Nəcdin miqat yeri deyilən iki yer olmalı idi.  
3-
 
Bu fikrin zəif olduğunun bir dəlili də Mədinənin şərqinin indiki 
Nəcd  olmasıdır.  Hədisdə  Peyğəmbərin  (s.ə.s)  əli  ilə  şərqi  işarət  etdiyi 
rəvayət edilir. Bu hadisə  məscid-i nəbəvidə olmuşdur. Mədinənin şərqi də 
bilinən  Nəcddir.  İraq  deyildir.  Bunu  təsdiqləmək  istəyənlər  Ərəbistan 
yarımadasının xəritəsinə ya da vəhhabilərin istifadə etmədiyi qlobusa baxa 
bilərlər. O, Mədinənin cənubundan Riyadın cənubuna qədər uzanır. Xəritə 
üzərində  Mədinədən  şərqə  tərəf  düz  bir  xətt  çəksən  Dəriyyə,  Bətha  və 
aralarında yerləşən bölgələr nəzərə çarpar. Peyğəmbərin (s.ə.s) əliylə şərqi 
işarət  etdiyi  sabitdir.  Hədis  iki  səhih  kitabda  (Buxari  və  Müslim) 
mövcuddur. Mədinənin şərqi bilinən Nəcdin ortasıdır və məqsəd də buraya 
işarət  etməkdir.  İraqın  ortası  deyildir.  Lakin  bu,  bütün  nəcdlilərin  hər 
zaman pisləndiyi mənəsına gəlməz. Belə ki, Mədinənin təriflənməsindən də 
bütün şəhər əhalisi nəzərdə tutulmur.  
4-
 
Elmin  zühuru  Nəcddə  deyil,  İraqda  oldu.  Mühəddis,  fəqih  və 
dilçilərin  çoxu  İraqlıdır.  Bu  da  xeyir,  elm,  İslam  mədəniyyətinin  fərqli 
izlərinin  Nəcddə  və  digər  İslam  şəhərlərində  deyil,  İraqda  olduğu  fikrini 
dəstəkləyir. Hədis, fiqih, təfsir, dil və məntiq imamları İraqlıdırlar. 
Əgər  səhih  hədis  kitabında  keçən  bu  hədisi  təsdiq  etsək  adət  olaraq 
bu pislənmə Nəcdə aid olardı. Sonra isə dil baxımından baxıldığında İraqa 
aid  olar.  Bu  isə  hədisi  əsl  mənası  xaricində  izah  etmək  və  işarət  etdiyi 
dəlildən uzaqlaşdırmaqdır.
286
 
“Şeytanın  buynuzu  Nəcddən  çıxdı”.  Bəlkə  də,  bundan  məqsəd 
yalançı  Müseyləmə,  xaricilər  və  qəramita  idi.  Bəs  onda  görəsən 
                                                 
286
 Biz sələfilər İraqı pisləmək mirasını  onların düşmənlərı şamlılardan miras aldıq. Onlardan nə qədər 
də  çox  şey  miras  aldıq!  Həccac  və  Ziyadın  xütbələri  hələ  də  qulaqlarımda  eşidilir.  İki  səhih  hədis 
kitabındakı  ravilərdən  bəziləri  hədisi  təhrif  etdilər  və  “şərq  tərəfində”  kəliməsini  İraqlıları  pisləmək 
məqsədiylə və onlarla düşmənlikləri səbəbiylə “İraq tərəfi” olaraq dəyişdirdilər. Əməvi dövlətinin İraqı 
pisləməkdə böyük təsiri vardır. Hətta bununla bəzi fəqihlərə və fəzilət sahibi insanlara da təsir etdilər. 
Hətta İmam Malik İraq xalqına aid olan hədisləri əhl-i kitaba aid olaraq verdi. Biz bunu nə təsdiq edirik, 
nə də yalanlayırıq. İmam Malik kimi biri belə etdikdən sonra digər insanlar nə etsin? Qəribə olan odur 
ki, İbn Teymiyə (O şamlıdır) kimi hənbəlilərdən bəzisi İraqı pisləməkdə ifrata getmiş və İmam Malikin 
yuxarıda keçən sözünün doğru  olub  olmadığına baxmadan tez tez təkrar  etmişdir. Ona biri belə desə: 
İmam Əməd ibn Hənbəl iraqlı olduğu halda bunu nə təsdiq etmiş nə də yalanlamışdır! Dəlil qarşısında 
susurlar! 

 
 
159 
 
(vəhhabilər)  hədisin  dəlillərini  rədd  etməyə  niyə  bu  qədər  səy  göstərirlər. 
Hədisi izah edənlər rədd və təvildə bu israrın “zəlzələlər və fitnələr” və ya 
“şeytanın  bəzəməsi”  ola  biləcəyindən  qorxmurlarmı?  Daha  öncə  də  dedik 
ki,  bir  bölgənin  təriflənməsi  və  pislənməsi  bir  xüsusiyyət,  səbəbdən 
ötrüdür. Deyək ki, pislənmiş Nəcddən məqsədin İraq olduğunu qəbul etdik, 
orada  əskidən  də  indi  də  saleh  və  fəziləti  insanlar  olmamışmı? 
Səhabələrdən,  tabeindən,  fəqihlərdən,  mühəddislərdən  bir  çoxu  İraqda 
olmadımı?  Səhabədən  Əli  ibn  Əbi  Talib,  Hüzeyfə  ibn  əl-Yəman,  Əmmar 
ibn Yasir, İmran ibn Husaynn, Səd ibn Əbi Vəqqas və digər ənsardan olan 
səkkiz yüz səhabə İmam Əli  (r.a) ilə bərabər Kufəyə yerləşdilər. Sonra bu 
təbəqəni  Üveys  əl-Qərani,  Əlqəmə  ibn  Qeys,  Übeydə  əs-Səlmani,  Əbu 
Əbdürrəhman  əs-Süləmi,  Əbdürrəhman  ibn  Əbi  Leyla,  ümmətin  qazisi 
Şüreyh  ibn  Haris,  Rabi  ibn  Xəsim,  Süveyd  ibn  Ğaflə,  Haris  əl-Avar,  Əbu 
Vail, Vəzr ibn Hübeyş, Əsvəd ibn Yezid, Səid ibn Cübeyr, İbrahim Nəxəi, 
Şəbi,  Səlim  ibn  Əbil-Cəd,  Hakəm  ibn  Üteybə,  Sələmə  ibn  Küheyl,  rəy 
imamı  Həmmad  ibn  Əbi  Süleyman,  Əbu  İshaq  əs-Səbi’,  Əbu  Hənifə, 
Əməş, İbban ibn  Təğəllüb, məşhur qari Asim ibn Əbi Nücud, Mənsur  ibn 
Mütəmər, Misar ibn Kəddam, Həsən ibn Saleh ibn Həyy, Sufyan əs-Sövri, 
İmam  Züfər,  Qazi  Əbu  Yusif,  Məhəmməd  ibn  Həsən  əş-Şeybani,  Vəki, 
Əbu  Muaviyə  Darir,  İbn  Füdayl,  Həfs  ibn  Ğıyas,  Əbu  Bəkir  ibn  Əyyaş, 
Əbu Nəimul-Fəzl ibn Dəkin, Buxarinin şeyxi Übeydullah ibn Musa əl-Absi 
kimi böyük alimlər onları izlədi. Sonra İraqın Bəsrə, Bağdad, Vasit, Əhvaz, 
Mosul  kimi  digər  bölgələri  bir  yana  Kufənin  özündən  böyük  mühəddislər 
çıxmışdır. 
 İraqda Kufəlilər xaricində Həsən əl-Bəsri, İbn Sirin, Qətadə, Əhməd 
ibn  Hənbəl,  Xətib  əl-Bağdadi,  İbn  Cövzi  və  başqaları  da  olmuşdur. 
Dilçilərdən  isə  Sibəveyhi, Əbi Amr ibn Əla,  Əxfəş, şairlərdən Mütənəbbi, 
Behtəri, Əbu Təmmamı da göstərə bilərik.  
Səhabələr  və  tabeilər  (Sümamə  ibn  Asal  kimi  bəzi  istisnalar 
xaricində)  dindən  dönənlərlə  savaşmaq  xaricində  Nəcdin  ortasına  ayaq 
basmadılar. Oradan Müəmmərin şeyxlərindən olan Yəhya ibn Əbi Kəsir ət-
Taidən  başqa  (bununla  bərabər  o  da  dar  çərçivədə  tanınmaqdadır)  məşhur 
elm adamları çıxmadı. Sonra isə  cəhalətin gətirdiyi  uzun durğunluq dövrü 

 
 
160 
 
olmuşdur.  Bəlkə  də,  ən  yaxşı  dövr  elə  Məhəmməd  ibn  Abdulvəhhabın 
zamanı  olmuşdur.  O  dövrdə  burada  bir  çox  alim  və  qazi  vardı.  Bununla 
yanaşı, bu durğunluq dövrünü vəhhabilər şiddətlə pisləyir və hər kəsi təkfir 
edirlər. Onları Qüreyş kafirlərindən daha böyük kafir edirlər. Bu da onların 
ən  yaxşı  vəziyyətində  belə  olmuşdur.  Biz  əsla  bu  təkfiri  təsdiq  etmirik. 
Ümmətin  alimlərinin  yarısı  İraqdan  çıxmışdır.  Bundan  şübhəsi  olan  İraqlı 
alimlərin sayısını tədqiq etsin. Onu tərəzinin bir tərəfinə ümmətin alimlərini 
– şamlı, misirli, məğribli, əndəlüslü, yəmənli, xorasanlı, nişapurlu, qəzvinli, 
farslı,  sicistanlı,  buxaralı,  səmərqəndli,  ceylanlı,  isfahanlə  və  digərlərini  – 
isə  digər  tərəfinə  qoysun.  Sonra  nəticəyə  baxsın  və  hədisi  təkrar  oxusun! 
Görsün hədisi İraqamı yoxsa Nəcdəmi işarə edir! 
Mənim hələ bitirmədiyim “İnsafu Əhli İraq” adlı bir araşdırmam var. 
Bu  ölkənin  fəzilətlərini,  alimlərini  və  İslam  mədəniyyəti  üzərindəki 
təsirlərini  və  bütün    insaflıların  qəlbinə  şəfa  verən  məlumatları  ortaya 
qoydum.  İraq  və  xalqını  sadəcə  mövzudan  cahil  olanlar  və  həddlərini 
bilməyənlər pisləyə bilərlər. 
 
Nəticə 
Daha əvvəl söylədiklərimin xülasəsini verirəm: 
1 – İbn Əbdülvəhhabın tanınmış və əsas metodu təkfirdir.  O bir çox 
hallarda  siyasi  səbəblərdən    özünün  verdiyi  fətvalara  zidd  fətvalar 
vermişdir.  
2  –  Müxaliflərinin  nəql  etdikləri  və  tarixçilərin  dövrü  haqqında 
qələmə aldıqları təkfir onun kitablarında və risalələrində yer almaqdadır.  
3  –  Bu  gün  (Səudiyyə  Ərəbistanında  dövlət  tərəfindən  dəstəklənən) 
rəsmi  vəhhabilik  təkfir  mövzusunda  İbn  Əbdülvəhhabın  yolunda  deyildir. 
Onun yolunda olanlar müasir təkfir qrupları və hakimiyyətə qarşı olan olan 
bəzi yerli sələfilərdir. 
4 – İbn Əbdülvəhhabın böyük şirk hesab etdiyi mövzular Əhməd ibn 
Hənbəl,  İbrahim  ibn  Hərbi  və  digər  hənbəli  imamlarının  çoxuna  görə 
caizdir. 

 
 
161 
 
5  –  Müsəlmanları  küfrlə  ittihamının  doğru  olmadığı  açıq-aşkar 
bildirilməldiir. Onun (təkfirin) istər fərd olsun istərsə də cəmiyyət üzərində 
mənfi təsiri vardır. 
6  –  Xəta  etməsi  mümkün  olan  bəşəri  bir  anlayış  olan  vəhhabi 
düşüncəsini  araşdırmaq  üçün  tədqiqat  bölümlərinin  açılmasını  tövsiyyə 
edirəm. İbn Əbdülvəhhabın fikirlərini gözdən keçirmək istəyən üçün yolun 
açılması  lazımdır.  Misal  olaraq  digər  məzhəb  və  qrupları,  İbn 
Əbdülvəhhabın ifrata getdiyi kitabları göstərmək mümkündür. 
7  –  Bütün  bunlarla  bərabər  elmi  tənqidlərə  öyrəşmək  lazımdır. 
Fikirlərin fərqli olması İslami qardaşlığın təməlinə zərər verəcəyi mənasına 
gəlməz. 
8  –  Bu  vətənin  övladları  haqqında  sadəcə  onları  təmsil  edənlərin 
danışması caiz deyildir. Fərqlilik və ixtilafın mövcudluğunun həqiqəti üçün 
onları bir tayfa və məzhəb təmsil edə bilməz. Bunun üçün də dövlət (ədalət 
baxımından)  daxili  xitabı  bir  qurupa  verərək  digərinin  səsini  kəsməməli, 
rəsmi dini xitab ölkə içində və xaricində olan İslam məzhəblərinin şərəfinin 
ləkələməməlidir.  
 
 
 

 
 
162 
 
 
Məhəmməd ibn Əbdülvəhhabın  
“Kitabut-Tövhid”-inin tədqiq olunması 
 
Hazırlıq: 
Bu kiçik kitab və “Kəşfüş-Şübühat” kitabı İbn Əbdülvəhhabın bəlkə 
də,  ortaya  atılan  ən  məşhur  kitablarıdır.
287
 İbn  Əbdülvəhhab  onu 
fəaliyyətinin əvvəlində yazdı və qələmə aldığı ilk əsərdir. 
Kitab  son  illərdə  ifratın  artmasına  kömək  etdi.  Çünki,  bizim 
Krallıqda ümumi təhsilin hər mərhələsində dərs proqramı olaraq oxudulur. 
O,  birinci  sinifdən  onuncu  sinifə  qədər  məktəblərdə  oxudulmaqdadır.  Orta 
məktəblərdə  mədəniyyət  mövzuları  da  əlavə  edilərək  tətbiq  edilir.  Orta 
məktəbdə  bəzi  şərhlər,  adların  dəyişdirilməsi  və  daha  asan  olması  ilə 
bərabər öz adıyla “Kitabut-Tövhid əlləzi huvə haqqullahi aləl-abid (Allahın 
qul  üzərindəki  haqqı  olan  Kitabut-Tövhid)”,  ibdidai  məktəbdə  isə 
qısaldılaraq oxudulur. 
Bu  mövzunu  o  vaxtan  bəri  xəbərdarlıq  etməkdən  yoruldum.  Ancaq  
Krallığın Təhsil və Tərbiyə Nazirliyi dərslikləri dəyişdirmək ya da müstəqil 
mötədil  şəri  əsərlər  yazmaq  üçün  komissiya  meydana  gətirmək 
səlahiyyətlərinin olmadığını söylədi. Çünki vəhhabi alimlərindən birinin bu 
                                                 
287
 Mənim  isnad  etdiyim  nüsxə  İslami  İşlər  Nazirliyi  tərəfindən  h.  1422  ci  ildə  yayınlanmışdır.  Kitab 
108  səhifədən  ibarətdir.  Süleyman  ibn  Abduləziz  ər-Racihinin  vəsaiti  hesabına  nəşr  edildi.  Təkfir 
mövzusunda ifratlar vardır. Əgər hakimiyyət və zənginlər kitabın nəşrini məhdudlaşdırmış olsaydılar və 
Quran, iki səhih hədis kitabı, Şafeinin “Kitabul-umm”-i, İbn Abdulbərrin “Kitabul-İztizkar” və digərləri 
kimi  tərəfsiz  olsalardı  daha  yaxşı  olardı.  Hənbəlilərin  fıqih  kitabı  “Muğni”,  Beyhəqinin  “Sünənül-
Kübra”-sı,  şafei  fiqhinə,  hənəfi  fiqhində,  məşhur  maliki  fiqhində  aid  kitabların  nəşri  məzhəbçilik 
fikirlərinə dalan, ifratçılığa böyük təsiri olan, müsəlmanlar arsındaki hiddəti, çatışmanı və parçalanmanı 
artıran  İbn  Teymiyə  və  İbn  Əbdülvəhhabın    kitablarının  yayınlanmasından  daha  faydalı  olardı.  Bu 
kitablar xeyirdən daha çox ayrılıq toxumu səpirlər. Hansı evə girsələr orada ixilaf, ayrılıq və qarşılıqlı 
ittihamı  yayirlar.  Çünki  ixtilaflı  məsələlərə  dalaraq  bu  mövzuda  fikirlərin  artmasına  kömək  edirlər. 
Sonra isə təkfir və bidət mövzusunda fikirlərinə uyğun olmayanların pislənməsi və tərk edilməsi (çünki 
onlara görə həqiqi İslam budur)  vacibdir! Nəss ve mütləq haqq budur! Bir evin  içindəkilərin arasında 
ixtilaf və ayrılığın olması təbiidir. Bundan sonra biz belə deyirik: İfratın yayılmasına kömək edənlərin 
ittihamına heyrət et! 

 
 
163 
 
mötədil komissiyanın ləğv olunması məqsədi ilə siyası hakimiyyətə şikayət 
etməsi onun yox olması üçün kifayətdir. 
Bundan  ötrü  nazirlik  son  dövrdə  bəzi  alimləri  razı  salmağa  çalışır. 
Mühüm dəyişiklikləri təsdiq etmək üçün  cəhd göstərilməktədir.  (Vəhhabi) 
alimlər  mütləq  olaraq  doğru  gördükləri  bu  kitaba  dair  düşüncələri  geri 
çevirdilər.  Bu  nazirliyin  alimlərdən  Quranı  dəyişdirmək  üçün  icazə 
istəmələrinə bənzəyir. Təəssüf ki, ifrat  bu qədər gedib. 
Kitabut-Tövhidə  tənqid  yönəldən  hər  kəs  (tənqid  oxuma  mətni 
üzərində çox bəsit şəkildə edilsə belə) cəzalara məruz qalmaqdadır. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin