Deyirəm ki, bu da bizim ifratçılarda var. Belə ki, bəzi sələfilər
digərlərinin xatalarını düzəldərkən “bundan öncə bunu kim etdi?” deyərlər.
275
Taha/ 51.
141
Öz xətalarının daha əvvəl kimdə olduğunu isə soruşmazlar. Buna bənzər
çox sözlər vardır. Onları “əqidə kitabında” bəzi bölümlərdə qeyd etdik.
4 – Anlama və əməl qüdrəti olan qövmü nümunə olaraq göstərmək.
Söylədiklərinə baxıldığında İbn Teymiyyənin bir sıra təqlidçilərinin
vəziyyəti də belədir: “Sən kimsən ki İbn Teymiyyəni anlayasan? O zəka,
məntiq, fəlsəfə və digər başqa üstünlüklərə sahibdir”.
5 – Ancaq zəiflərin tabe olduğu məsələləri nümunə olaraq vermə.
Yenə bunu da dediklərinə baxdığımızda bu gün bizim ifratkarlar
həyata keçirirlər. “Bunlara kiçik azlıqdan başqa kim bağlanar? Nə ağılları
var, nə diplomları, üstəlik mövqe sahibləri də deyillər. Bir alimdən bəhs
edəndə sənə belə deyərlər:“Onu heç kim tanımır, alimlər də onu xeyirlə yad
etmirlər!”
6 – İbn Əbdülvəhhabın qarşı çıxdığı məqamlardan biri də, alimlər və
saleh insanlar haqqında ifrata varmaqdır. Bunun nümunələri də çoxdur.
İnsaflı birisi ifratçıların İmam Əhməd, İbn Teymiyyə ve İbn Əbdülvəhhab
haqqında yazdıqlarını oxusa, onların sanki, cinlərdən, insanlardan və
mələklərdən olmayan qeyri adi bir məxluq olduğunu xəyal edər. Onun
səma ilə yer arasında bir yerdən endiyini zənn edər. Monqol hücumunun
ölkəsinə yönəlməsini öncədən xəbər verən kimi görər. Sonra bu ifratçıları
xürafələrə yönəldiklərini görürük. Bu mövzuda bizim “Kitabul-əqaid”-dəki
ifratçılıqla əlaqəli yazdıqlarımıza baxa bilərsiniz.
7- İbn Əbdülvəhhabın qeyd etdiyi mövzulardan biri də həva və zənnə
boyun əyərək Allahdan gələnə üz çevirməkdir. Günümüz ifratçılarına şəri
dəlillər gətirdiyin zaman buna İbn Teymiyyə, İbn Həzmin görüşləri, ya da
digər alimlərin dedikləri ilə cavab verirlər. Əgər bu sözləri savadsız biri
desəydi məsələ çox sadə olardı. Ancaq elmdə sağlam təməlləri olanlara
alimlərin təqlidçiləri tərəfindən nəsihət edildiyini görürük. Onlar daha
fəzilətli elm əhlinə azacıq elmləri və ondan daha çox təəssübləri ilə təqlid
etdiklərini yaxşı bilirlər. Biz isə çox sayda həqiqi alimin olduğunu bilirik.
Ancaq onların səsləri gəlmir və digərlərinə tabe olurlar. Nə bir anlıq
həqiqətpərəstlikləri, nə də insafları var. İnsanlar başlarına cahilləri
seçərlərsə elm əngəllənər, onlar özləri doğru yoldan azarlar və digərlərini
də azdıralar.
142
8 – İbn Əbdülvəhhab qeyd edir ki, onların (şirk qoşanların)
bəhanələri Allahın gətirdiyini anlaya bilməmələridir: “Bizim qəlblərimiz
örtülüdür dedilər”
276
Mən bunları müzakirə edərkən onların (vəhhabilərin)
bəzilərində gördüm.
9 – “Onlar batil görüşlərini peyğəmbərlərə isnad edirlər”.
Bu da bizim vəhhabilərdə var. Təkfiri Allaha və elçisinə nisbət
edirlər.
10 - “Onların ziddiyyəti ondadır ki, Peyğəmbərin (s.a.s) yolunda
olduqlarını söyləyirlər, lakin ona itaət etmirlər”. Bu bizim bəzi
ifratçılarımızda ortaya çıxır. Bəzi sufilərin etdiklərinə baxıb hamsına
hücum edirlər. Şiələrə də həmçinin. Bundan da irəli gedərək bəzi şiələrin
əməllərindən hərəkətlə İmam Əli (r.a) və Cəfər əs-Sadiqə (r.a) tənə
vururlar. Hətta sələfilərin ifratkar olanları Həzrət Əlinin (r.a) din üçün
deyil, hakimiyyət üçün savaşdığını zənn edir! Başqa birisi də Cəfər əs-
Sadiqin (r.a) yalançı, mason olduğunu düşünür! Biz burada heç kimsəni
xətadan tənzih etmirik. Nə Əbu Bəkri (r.a), nə Əlini (r.a), nə Cəfər əs-
Sadiqi (r.a) nə də Şafeini. Onlar da digərləri kimi bəşər idilər və xətaları
olmuşdur. Ancaq Əhli-beyti batillə ittiham etmək caiz deyildir! Allah bizi
belə bir fikirdən qorusun ki, Cəfər əs-Sadiq (r.a), Cəbhanın iddia etdiyi
kimi mason və ya yalançı olsun. İşin qəribə tərəfi mötədil olanların bunlara
qarşı səssiz qalmalarıdır. İbn Teymiyyə, Bərbahari və İbn Əbdülvəhhabdan
söz düşdükdə onları qorumaqdan dala qalmazlar. Bu təzaddır. Bəşərin
ittihamı və dindən dönməklə ittiham etməkdən qorxurlar. İnsanların
rəbbinin töhmətindən özlərini əmin hiss edirlər.
12 –“Dünya həyatı onları aldatmışdır. Allahın onlara verdiklərinə
baxıb, Onun razı olduğunu zənn edirlər. “Biz mal və övlad baxımından
daha çoxuq və öncəkilər kimi deyilik.”
Bu da bizim bəzi ifratçılarımızda var. Özlərinə müxalifət edənləri bu
sözlə susdururlar: “Görmürsünüz ki, Allah bizə mal və nəsəb nemətlərini
verdi!” Başqalarına eynisi verildiyində isə “Allah bu dünyada onlara verir
ki, axirət günündə ona həsrət qalsınlar!” deyirlər. Bu bütün ifratçılarda var.
276
Bəqərə, 2/88
143
Onlara pislik gəldiyində “bu imtahandır və Allah bir qövmü sevdiyində
onları bəla ilə hesaba çəkər” deyirlər. Düşmənlərının başına gələndə isə “bu
Allahın əzabıdır, daha da böyüyünü gözləyin” söyləyirlər. Bütün bunlar
Allahı öz işlərinə alət etməkdir. Heç kimsə bu xoş olmayan işin sirrini
bilmir. Sadəcə Allah bilir. Müsəlman özünə ya da rəqibi olan müsəlmana
bir müsibət gəldiyində qəti qərar verməməlidir. Özü üçün istədiyini və
Allahdan qorxduğu kimi digər müsəlmanlar üçün də, istərsə ən şiddətli
düşməni olsun, tələb etməlidir.
13 – “Zəiflərin öncədən daxil olduqlarına baxaraq haqqa daxil
olmağı tərk etmək təkəbbürdür”.
Bunun nümünəsi daha öncə qeyd olundu.
14 – “ Əvvəlkiləri haqqın batilliyinə dəlil gətirmək müşriklərin halı
kimidir:“Əgər o xeyir olsa bizdən öncə ona qucaq açmazdılar”
277
Bunun da misalı verildi.
15 – “Onlar haqdan sadəcə öz qruplarının dediklərini anlayırlar”.
Bu bizim ifratçılarda açıq şəkildə mövcuddur. Onlara dəlil
gətirdiyində belə deyirlər. Bunu bizim şeyxlərdən eşitmədik və
qaynaqlarımızda da mövcud deyildir. Haqqın hamısı ancaq bizim
qaynaqlardadır deyə bir şərt yoxdur. Keşmişdə də ifratçılar bu məzmunda
(məntiq elminin fəziləti kimi məsələlərdə) savaş açdılar.
16 – “Bununla bərabər onlar öz qruplarının dediklərinə də əməl
etməzlər”.
Bu da bizim ifratçılarda var. Onlar bilmirlər ki, İbn Teymiyyə nə
cəhmiyyəni, nə də rafiziləri təkfir etmədi. Ayrıca kiminsə bir tayfanın
qurtuluşa çatacağına, başqa birisinin isə həlak olacağına dair qərar verməsi
caiz deyildir. Çünki bu Allahın səlahiyyətindədir. Bəzi əvvəlki hənbəlilərin
Əbu Hənifəni təkfir etdiklərini bilmirlər! Əhməd ibn Hənbəl Peyğəmbərin
(s.ə.s) qəbrindən və torpağından təbərrük tələb edənləri təkfir etməmişdir.
17 – “Haqq sevmədikləri birisi tərəfindən ortaya qoyulanda onu
inkar edərlər”.
277
Əhqaf surəsi, 11.
144
Bu bizim ifratçılarımızın bəzilərində özünü göstərdi. Onun birisi
tərəfindən deyildiyini bildiklərində sənin haqqlı olduğunu rədd etdiklərini
görürük. Sevdikləri birisindən olduğunu öyrəndiklərində isə “bu sözlə sizin
işiniz asanlaşar, savab qazanarsınız və nəfsiniz rahatlar” deyərlər.
18 – “Dinlərindən bir hissə olduğunu qəbul etdikləri şeyləri inkar
etmələri”.
Bu bizim ifratçıların dinimizin zülmü və asiliyi pisləməsini inkar
etmələri kimidir. Allahın və elçisinin dediklərindən başqa dəlil yoxdur.
Cərh və tədil metodu qaynaqlarımızda əqidə mövzularında uydurma
hədislərin olduğunu ortaya qoyur.
19 – “Hər firqə özünün qurtuluşa (firqeyi-naciyə) çatacağını iddia
edir. Allah onları bu sözüylə yalanlayır: “Doğru isəniz dəlillərinizi
gətirin”
278
Bu da bizim ifratçılarımızda açıqca görülməktədir. İslam firqələri
içində ancaq onlar qurtuluşa çatacaq, onlara tabe olmayanlar atəşdə həlak
olacaqlar! Ancaq bəziləri həlak olan digər müsəlmanların zəif bir ehtimal
olsa belə şəfaatlə cəhənnəmdən çıxacaqlarını qəbul edirlər.
20 – “Halalı yasaqlayan qulluq”.
Nə qədər halal var ki, ifrat vəhhabilər onu haram saydı. Bəzən
onların haram qılmaları təhsilə qədər gedib çıxdı. Hakimiyyətin gücü
olmasaydı kimsə onları razı sala bilməzdi. Çox açıq şəri dəlillər gətirilsə də
onlar sadəcə öz tərəftarlarının sözləri ilə razı olardılar.
21 – “Allahı qoyub alimlərini və rahibləri Allahdan başqa rəblər kimi
qəbul etməklə gerçəkləşən qulluq.
279
Bu İbn Əbdülvəhhabın sözüdür.
22 – “Allahın müəyyən etdiyi qədərə qarşı gəlmə”.
Bu da bizim ifratkarlarda var. Onlar deyirlər ki, Həccacı Allah İraq
xalqına bəla olaraq düçar etdi. Ama Allah Amerikanı Talibana göndərdi-
demirlər. Başqalarının müsibətlərinə qədəri dəlil gətirməyi sevirlər. Öz
başlarına gələnlərdə isə bunu rədd edirlər.
23 – “Məzhəb təəssübü”.
278
Bəqərə surəsi, 111.
279
Bütün bu maddələr İbn Əbdülvəhhabın rəqiblərinə yönəltdiyi suçlamalardır.
145
Nümunələr açıq-aydındır.
24 – “Kəlmələrin kökünü dəyişib təhrif etmək”.
Bu çox açıq bir şəkildə bizim ifratkarlarda təzahür etməktədir.
Kəlmələri bu şəkildə təhrif etməyin başqa bir nümünəsini heç bir məzhəbdə
görmədim.
25 – “Rəqiblərinə batil ləqəblər taxmaq”.
Bu da bizim ifratçılarda kifayət qədər var. İmam Əliyə edilən zülmə
qarşı çıxan hər kəsi şiə və rafizi deyə vəsfləndirdilər. Özlərinə qarşı irəli
sürülən təcsim, təşbeh və cəhmiyyə iddialarını rədd edərkən, vəhhabilərin
təkfir mövzusunda metodunu tənqid edənləri mürciə və quburiyyə (qəbrlərə
sitayiş edənlər) deyə adlandırdılar.
26 – “Haqqı təkzib etmək”.
Bizim ifratçılar müxaliflərinin söylədikləri haq sözü təkzib edirlər.
27 – “Allaha yalan isnad etmək”.
Belə ki, bəzi ifratçılarımız əskidən və indi də Allahın Peyğəmbərinin
(s.ə.s) gördüyü hər kəsi təriflədiyini və ona cənnət vəd etdiyini söyləyirlər!
Onların içində dindən dönən, nifaq çıxaran və pis əməllər işləyən olmasına
baxmayaraq belə deyirlər. Bu söz Allahın yerinə cahilcə danışmaqdır. Bu,
mühacirlər və ənsarın, onların hökmündə olanların, əməli saleh olaraq
tabeinlərə aid edilənlərin fəzilətlərini qeyd etmək üçün enən ayələrin
şərhində həddi aşmaqdır.
28 – “Dəlillər qarşısında aciz qaldıqlarında şikayət etmək üçün
padşahlarının hüzuruna gedərlər”.
Bu da bizim ifratçılarda mövcuddur. Dəlilləri zəif olduqda
hakimiyyətdən müxaiflərini əzmək, yayılmalarına əngəl olmaq, kitablarını
qadağan etmək, giriş-çıxışlarına mane olmaq üçün yardım istəyərlər. Bəlkə
də, yer üzündə fəsad çıxmasını əngəlləmək və gəncliyi qorumaq üçün
müxaliflərinin bəzilərini öldürmək belə istəyirlər!
29 – “Salehlərə qarşı “ padşahın dinində nöqsanlık görür” iftirasını
atmaq”.
Bəzi ifratçıların sözündə olduğu kimi. Onlara görə kim sələfi
əqidəsinə müxalifət edərsə onun qəlbi vəliyyul əmirə (krala) qarşıdır.
30 – “Onlara din dəyişdirmə iftirası atarlar”.
146
Bu bizim ifratçıların rəddiyyələrində açıqca ortaya çıxır. Müsəlman
müxaliflərinə qarşı səsləndirdikləri ittiham dini dəyişdirdikləri yönündədir.
31 – “Vacib olan əməllərini dindarlıq adı ilə tərk etdilər”.
İfratçıların dindarlıq əlaməti olaraq İmam Əliyə (r.a) müsbət
yanaşmağı və yenə dindarlıq əlaməti olaraq zalımları pisləməyi tərk
etmələri və müsəlmanların axirətdə qurtulacağını inkar etmələri kimi.
32 – “İbadət niyyəti ilə gözəl ruziləri tərk edirlər.”
Bu haqda daha əvvəl danışıldı.
33 – “Elmləri olmadan insanları zəlalətə dəvət edirlər”.
Bu bizim ifratçılarda ortaya çıxdı. Cahilcə təkfirə və bidət
ittihamlarina dəvət edirlər. Əslində isə təkfir və bidət qaydalarını bilmirlər.
Bu gün vəhhabilərin təkfir qaydalarına və maneələrinə diqqət etmələri
lazımdır. Çünki, hakimiyyət bunu tələb edir. “Nə qədər gözəl etdiniz”,-
dediklərində onlar daha da həvəslənirlər. Əcr almaq niyyətə görədir. Onlar
alimlərdən bidət qaydalarına diqqət etmələrini tələb edir. Çünki ifratçılar
(alimlərin də içində ifratçılar var) bidətçiləri əhli-kitabdan daha çox
pisləyirlər. Onların fətvaları təkcə bidətçiləri deyil, özlərindən başqa hamını
pisləyirlər. Bu gün qeyri-müsəlmanlar ifratçıların fətvalarında,
seminarlarında, iclaslarında, xütbələrində öz hüquqlarını əldə etdilər. Bu
gözəl bir şeydir. Ancaq, müsəlmanların haqqı qalmaqdadır. Dövlətə lazım
olan alimləri bidət qaydalarına riayət etməyə dəvət etməkdir. Küfr
məsələlərində cəhalət və şərh kimi maneələr vardır. Maneələrin bidət
mövzusunda da olması vacibdir. Albani bunların bir birinə bağlı olduğunu
təsdiq etdi. Məlumdur ki, əməllərinə bidət və sünnənin qarışmadığı
müsəlman yoxdur. Bunu İbn Teymiyyə özü də təsdiq etmişdir. Allah
nəfsimizin bundan uzaq tutmağımızı qadağan etdi. Nəfsin tərbiyəsi isə
vacibdir. Şəriət isə hər kəsin ortaq görüşünə görə praktikada fərqliliklər
olsa da nəzəri olaraq məzhəbin önündə yer almaqdadır.
34 – “Şəriəti tərk etmələrinə baxmayaraq, Allahı sevməyə dəvət
edirlər”.
Müsəlmanları təkfir etməmək, qeybət etməmək, təkəbbür, insanları
yalanlamamaq, müsəlmanların ismətlərinin halal olmaması, nəsəb və bölgə
147
ilə qürurlanmamaq Allahın şəriətidir. Ancaq, bütün bunlar təəssüf ki,
ifratçılarımızda var.
35 – “Böyük məkr”.
Bunu
ifratçılar
tez-tez
edirlər.
Xüsusilə də hakimiyyətin
hökmranlığından uzaq olan yerlərdə, İslam universitetlərində onların
hiylələri böyükdür. Bəzi saf tələbələri tora salırlar və onlardan gələcəkdə
istifadə edə bilmələri üçün oxumalarını tələb edirlər. Sonra onlara üç şey
verirlər. Kasıb tələbələri qruplara ayırırlar. Bu ağıllıca tərtib olunmuş bir
tələdir.
36 – “Onların imamları ya günahkar alimlər, ya da cahil abidlərdir”.
İbn Əbdülvəhhabın yuxarıda keçən sözündə böyük qüsur var. Onunla
razılaşmıram. İfratçılarımız başqaları mövzusunda Allahdan qorxmayan
şeyxlərin ya da ixtilafın ortaya çıxma səbəbini anlamayanların görüşlərinə
sığınırlar. Suallar ətrafında fətvalar verir və böyük cavablar ortaya atırlar.
Şeyx Abdullah ibn Nəcad əl-Uteybi qardaşımın bu mövzuda “Sinaatul-
fətva” adlı məqaləsi var. Gözəl və incə olan bu çalışmasını təkmilləşdirib
nəşr edəcəyinə ümüd edirəm.
37 – “Onların diləkləri yalançı ümiddir”.
Onların Cənnət, digərlərinin isə Cəhənnəmə gedəcəyini ümid etmək
kimi,“Bu onların arzularıdır”, “Doğru söyləyirsinizsə dəlillərinizi gətirin”
38 – “Onlar insanların xaricində Allahın dostları olduqlarını iddia
edirlər”.
Kim ancaq öz məzhəbdaşlarının qurtulacağını, digərlərinin isə həlak
olacağını düşünürsə onda bu tərifə uyğundur. Tərəfdarları bu mövzuda
öndə gəlirlər.
39 – “Soyları ilə qürurlanmaq”.
40 – “Nəsəbə küfr etmək”.
Bunun nümunələri bizim ifratçılarda kifayət qədər mövcuddur.
Elmləri olmadan hədəflərinə uyğun olaraq nəsəbləri ilə qürurlanırlar. Əgər
bundan hədəfləri yaxşılığa təşviqdirsə gözəl, yox hədəfləri başqa
insanlardan daha çox mənfəət əldə etməkdirsə çox pisdir. Nəsəbi pisləmək
isə bəyənilməyən xüsusiyyətdir. Fəzilətdə şəri ölçü təqvadır. Təqvanın
ölçüsü isə Allah qatındadır.
148
41 – “Onlar öz qruparının üzvlərinə qarşı təəssüb bəslərlər, zalım da,
məzlum da olsalar ona kömək edərlər”.
42 – “Onların dinlərini başqasına zülm etməklə əldə etdi”.
43 – “Özlərini qoyub başqalarını ittiham edərlər”.
44 – “Qəlblərində dünyanın böyük yeri var”.
45 – “Rəsulun (s.ə.s) davamçıları ondan sonra ixlası tərk etdilər və
dünyaya üz tutdular”.
Bu nöqtə bizim ifratçılarda var. Başqasının günahından ötrü bir
insanı cəzalandıra bilərlər. Öz tayfa, qəbilə və bölgələrinə qarşı təəssüb
içindədirlər. Dünya sevgisi onlara möminləri tərk etdirdi. Onlar dünyanı
hamıdan çox istəyən insanlardır.
46 – “Haqqı batilə qarışdırdılar”.
Bu da bizim ifratçılarda açıqca ortaya çıxır. Bizdən biri bir şey
söylədiyində onu başqa şəkilə salar və onunla insanlara fətva verərlər. Bu
məsələ ifratkarlarımızın açıq sifətləndirməsidir. Bütün ifrat İslam
firqələrində bunu görmək mümkündür.
47 – Haqqı bildikləri halda onu gizləyirlər.
Bu bizim ifratçılarda da, mötədillərdə də var. Bu mövzuda mövzu ilə
əlaqəsi olmayan bəzi səhih dəlillər gətirirlər. Məsələn: Hər bilinən
deyilməz! Bildiklərini insanlara anladarlar! Dəvətdə tədrici olmaq lazımdır!
Bundan başqa da bəhanələr bəyan edərlər. Ancaq onlarla kitabların əhatə
etdiyi təkfir və müəlmanların haqqını bəsitə alma kimi məsələləri inkar
etmənin vacib olduğu prinsipini pozarlar. Səhih elmi gizləyir, yersiz olaraq
irəli sürdükləri bu batil dəlilləri gözəl göstərirlər. Ayələri nazil olduqları
mənanın xaricinə çıxarırlarsa digərlərini çox daha rahat edərlər.
48 – “Elmləri olmadan Allahla əlaqəli danışmaq”.
Bu həqiqətən də çoxdur. Onlar Allahın bunu istədiyini, bunu etdiyini,
haram ya da mübah qıldığını iddia edərlər.
49 – “Onlar açıqca təzad içindədirlər”.
Bizim ifratçılar İslam firqələrinin təkfiri və bidət məsələsində daha
da ifrata gedərək bəzi sələfin söyləmədiyi sözləri onlara isnad edirlər.
Onların metodlarında təkfir və bidətə aparan bəzi sələfin sözlərini
149
(Bərbahari, Əbu Yəla, İbn Teymiyyənin, məsələn “bığı çıxmayan gənc”
280
əqidəsi kimi) onlara söyləsən bidət, zəlalət kimi əslində əsası olmayan
bəhanələrə sığınarlar. Xaricilərin Osmana (r.a.) etdiklərini də, onların
başında Rizvan biətində orada olan səhabələr olmasına baxmayaraq, onları
pisləməkdə ifrata getdiklərini görürük. Onları təkfir edir və xüsusiylə də
boş gəzən (tüləqa) səhabələri həddindən artıq tərifləyirlər! Müxaliflərinin
içində Bədr səhabələri də yer almaqdadır və onların müdafiə olunmağa
ortalıqda gəzən səhabələrdən daha çox haqları çatır! Onların məşhur
təzadlarından biri də İbn Teymiyyəni günahlandıranları pis göstərmələri,
Əbu Hənifəni ittiham edənlər qarşısında isə səssiz qalmalarıdır.
50 – “Nazil olan ayələrin bir qisminə iman edib digərinə
etməmələri”.
51 – “Elmləri olmayan mövzularda müxalifət və mübarizə edirlər”.
Bizim ifratçılar saleh sələfin yolunda olduqlarını zənn edirlər.
Sələfilər hicri üçüncü və dördüncü əsrlərdə dörd və ya beş şəxslə,
səkkizinci əsrdə isə iki nəfərlə məhdudlaşdırırlar. Mühacir, ənsar və onlara
xeyirli bir şəkildə tabe olan həqiqi sələfilərə isə biganə yanaşırlar. Ətrafında
dönüb dolaşdıqları ən böyük məsəslələr isə təkfir, təcsim, təşbeh, alimlər
mövzusunda ifrata getmə və bənzəri şeylərdir.
İbn Əbdülvəhhabın cahiliyyə məsələləri olaraq gördüyü mövzuların
çoxu bu gün tərəfdarları arasında mövcuddur.
Bu paraqrafın
xülasəsi
:
İfratçılar, əsasən də vəhhabilər və digərləri başqalarına ədaləti tövsiyə
edir özləri isə zülm edirlər. Hər cür yaxşılığı əmr edir, özlərini isə unudurlar.
İfratçılığı tərifləmək ağıllı iş deyildir. Rəhmət və ehsanı tərifləyir, təfəkkür və
dərindən düşünməyi əmr edirlər. Hardasa öz əmrlərinə müxalifət etmədikləri
məsələ yoxdur. Bu müxalifəti dərk etmirlər.
Başqalarına nəsihət etməzdən əvvəl özlərini gözdən keçirməyə
möhtacdırlar. Şeytandan sığınmaqdan və nəfslərini təmin etməkdən başqa
280
Bəzi vəhhabilər “Allahı bığı çıxmamış bir gənc şəklində gördüm” hədisini zahiri mənada
yorumlayaraq antropomorfizmə yaxın görüşlər irəli sürürlər.
150
bir şey edə bilmirlər. Özlərinin də digər insanlar kimi nöqsanlı olduqlarını
etiraf etməyə möhtacdırlar. Onlar isə, əksinə, düşmənçilik, rədd və
uydurmalarla dolu ittihamlar səsləndirirlər. Müxalif və fərqli görüşlərdə
olanlara qarşı pis davranış sərgiləmək onların həyəcanlarını alovlandırır.
Beşinci paraqraf: Zeydiyyə
İfratçıların Əhli-beytə qarşı zülmünü ortaya qoymaq üçün apardığım
təvazökar çalışmama baxan sələfilərin çoxu məni zeydiyyəyə aid edirlər.
Əgər bu doğru olsaydı elan etməkdən çəkinməzdim. Zeydilər elmləri,
imanpərəstlikləri, tarixləri və nəsəbləri baxımından ifratçı sələfilərin
çoxundan daha fəzilətlidir.
İstənilən halda zeydilər də digər məzhəblər kimidir. Bu məzhəbin də
bəzi görüşləri qəbul oluna, bəziləri isə rədd oluna bilər. Onlar ifratçılara
nəzərən məzlum firqələrindəndir. Alimləri, fəzilət sahibi insanları və
zahidləri var. İslam fikri və siyasi tarixində mühüm yerləri var. Onların və
ya şafei, hənəfi, maliki, zahiri və digər məzhəblərin müsəlman və fəzilət
sahibi olduqlarını etiraf etməyim bu məzhəblərdən birinə aid olduğum
nəticəsini doğurmaz. Üstəlik ifratçılar pisləsələr də, bu dörd məzhəbdən
birinə ya da Zeydi, Zahiri, Cəfəri, İbazi məzhəbinə üzv olmaq nə şəriət
baxımından haramdır, nə də ayıbdır. Əgər məsələ bunların təsəvvür
etdikləri kimi olsaydı, Rəsulun (s.ə.s) övladlarının (onlar xeyirlilərin ən
xeyirlisidirlər və biz hər təşəhhüddə onlara dua edirik) birinin məzhəbinə
aid olmaq Bəkr Vail, Bəni Təmim ya da Asabih qəbilələrindən olan
birisinin məzhəbindən olmaqdan daha fəzilətli olardı. Zeydilər xüsusilə də
onların ilkləri əhli-sünnənin imamları idilər. İmam Zeyd ibn Əli (Allah ona
rəhmət etsin) və Nəfsi Zəkiyyə zamanlarının bir çox mühəddis və
fəqihlərinə kömək etdilər. Dörd imamın üçü ( Əbu Hənifə, Malik və Şafei)
zamanlarının zeydi imamlarına tabe idilər. Əbu Hənifə əvvəlcə Zeyd ibn
Əli, sonra isə Nəfsi Zəkiyyənin tələbəsi və davamçısı oldu. Abbasi xəlifəsi
Mənsur məhz bu səbəbdən onu zəhərlədi. İmam Malik də Nəfsi Zəkiyyə ilə
bərabər üsyan etməyə fətva verdi. Bundan ötrü də həbs edildi. Şafei də
Yəməndə zeydi imamlardan birinin yanında idi. Harun ər-Rəşid onun
151
öldürülməsini əmr etdi. Eyni zamanda Mənsur ibn əl-Mütəmər, Sələmə ibn
Kuheyl, Süfyan əs-Sövri kimi böyük əhli-sünnə alimləri (fəqih və
mühəddislər) də onlarla bərabər idi. Süfyan İbrahim ibn Abdullahın
öldürülməsindən sonra belə dedi: “Namazımın qəbul ediləcəyini zənn
etmirəm, ancaq onu yerinə yetirmək tərk etməkdən daha xeyirlidir”. Bu,
hadisənin ona nə qədər təsir etdiyinin və özünü günahlandırdığının
sübutudur. Eyni zamanda Əməş, Əbbad ibn Avam, Yezid ibn Harun,
Həşim ibn Bəşir (İmam Əhmədin ilk şeyxləri), Avvam ibn Həvşəb, Misar
ibn Kəddam, hədis möminlərinin əmiri Şöbə ibn Həccəc (Zeydilərlə
birlikdə vuruşmağı kiçik Bədr adlandırdı), Həsən ibn Səd əl-Fəqih, Yezid
ibn Əbu Ziyad, Məhəmməd ibn Əbu Leyla, Qeys ibn Rəbi, məşhur dilçi
Əbu Əmr ibn Əbul-Əla, Səllam əl-Haza, Əbu Davud ət-Tahavi, Fitr ibn
Xalifə, İsa ibn Əbu İshaq əs-Səbii və qardaşı Yunis, Əbu Xalid əl-Əhmar,
Əli ibn əl-Mədəninin atası Abdullah ibn Cəfər, Usamə ibn Zeyd (o səhabə
deyil mühəddisdir), Müslim ibn Səid, Xəlifə ibn Həssan, İshaq ibn Yusif əl-
Əzraq, Əsbağ ibn Zeyd, Hişam ibn Həsən, Saleh Mərvəzi, Həccəc ibn
Bəşir, Əbu Avvam əl-Qattan, İbn Zeyd, Abdülhəmid ibn Muhbaq, Hakəm
ibn Musa, İmran ibn Şəbib, İbad ibn Mənsur, Xalid ibn Abdullah əl-Vasiti
(zülmü ilə məşhur olan Qasri əmiri deyil), Yunis ibn Ərkam, Mufaddal
Dabiy, Ömər ibn Avn, Müəmməl ibn İsmayıl və digər çox sayda elm və
fəzilət əhli, fəqih də onlara kömək etdilər. İstəyən Təbəri tarixinə,
İsfahaninin “Məqatilut-talibin” və digər qaynaqlara baxa bilər. Orada
zamanın bütün mühəddis və fəqihlərinin (bir neçə adam istisna olmaqla)
zeydilərə kömək etdiklərinə dair rəvayətlər yer almaqdadır.
Zeydi məzhəbindən olmama gəlincə, əgər istəsəydim olardım. Mənə
mane olan bu məzhəb haqqında təfsilatlı məlumata (cərh, tədil və rəvayət
metodu haqqında) sahib olmamamdır. Yenə də istəsəydim ona uyardım ya
da məndən daha fəzilətli və bilikli olanlarına kömək edərdim. Onların
içində Bərbahari, İbn Bətta, Əbu Yəla və digərləri bir tərəfə Əhməd ibn
Hənbəl, İbn Teymiyyə və Məhəmməd ibn Abdulvəhhabdan daha fəzilətli
və bilikli olanlar var. Zeydiliyə mənsub olmama mane olan səbəb yuxarıda
da qeyd etdiyim kimi onu yaxşı bilməməyimdir. Həqiqət budur ki, mən
sünni olaraq böyüdüm, qaynaqlar, ibadət, namazım, orucum, həccim, əqidə
152
mövzusunda fərqli-fərqli incəliklərə girməyim sünni metoduna uyğundur.
Araşdırmalarım da sünni qaynaqları üzərinə oldu. Ancaq bu, haqqı
Zeydiyyə, ya da başqa bir məzhəbdə taparsam, inkar edəcəyim mənasına
gəlməz. Əgər elmlə insanları təmizləmək və mövqe əldə etmək istəsəydim
on beş ildən çox davam edən bu düşmənçiliyin içində olmazdım. İfratçılara
necə yaxşı görünməyi və müsəlmanları təkfir etməyin yolunu yaxşı bilirəm.
Bəziləri kimi mal əldə etməyi Allaha ibadət dərəcəsinə qaldırardım.
Zeydilərin bir qismində başqa məzhəblərdəki kimi ifratçılıq, bidət və
insanları dəyərindən artıq ucaltma olduğu doğrudur. Ancaq, ifratçılarının
niyə görə zeydilərə qarşı qürurlanmasını başa düşə bilmirəm. Onların
nəsəblərində dəyərli, sağlam dindar, şüurlu, dünyaya qarşı zöhdə sarılan,
azadlıq və ədalət üçün çarpışan biri olmadığı kimi, tarixlərində də
qəhrəmanlıq yoxdur.
Sələfilərin zeydilərə hücum etmələrini cəhalətdən başqa bir səbəblə
izah edə bilmirəm. İnsanlar bilmədiklərinin düşmənidir. İfratkar sələfilər
zeydi kəliməsini ar və küfr hesab edirlər. Həqiqətən də məsələ çox
qəribədir. Sanki zeydilərə qarşı qürurlanan ifratkar sələfilər elm, bilik, ağıl,
fəzilət, tarix və nəsəb baxımından onların eynidirlər?
Dostları ilə paylaş: |