Həsən ibn Fərhan əl-Maliki


  –  NƏBİLİK  (peyğəmbərlik)  iddiası



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə14/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   10   11   12   13   14   15   16   17   18

2  –  NƏBİLİK  (peyğəmbərlik)  iddiası:  Bu  ittihamı  belə  xülasə 
etmək olar: “O, nəbiliyi dili ilə deyil hal dili ilə iddia etdi!” Bu zalımcasına 
bir  ittihamdır.  Ancaq,  insafı  əldən  verməyərək  söyləməliyik  ki,  onlar  belə 
demirlər. Nübüvvəti açıqca iddia etdiyini nəzərdə tutmurlar. Ancaq, onlara 
görə  İbn  Əbdülvəhhab  özünü  və  tərəfdarlarını  Məhəmməd  (s.ə.s)  və 
əshabının  mərtəbəsinə  yüksəltdi.  Digər  müsəlmanları  isə  kafirlərin 
dərəcəsinə  endirdilər.  Bəziləri  buna  əlavə  olaraq  onun  dindən  dönən 
Müseyləmə  və  Əsvəd  Ansinin  yolunu  getdiyini  irəli  sürdülər.  Bu,  onun 
nübüvvət  iddia  etdiyi  ittihamını  irəli  sürməkdir.  Hər  halda  bu  ləkələmə 
uydurma və yalandır. Ancaq yenə də  İbn Əbdülvəhhabın onlara yönəltdiyi 
ləkələmədən,  yəni  böyük  küfr  və  Allahın  Elçisinin  (s.ə.s)  dininə 
düşmənçilik etmək ittihamından daha zəifdir.   
3  –  TƏCSİM  və  TƏŞBEH  (Allahı  cismə  və  məxluqu  Allaha 
bənzətmə):  İbn  Əbdülvəhhabın  düşmənlərinin  bu  mövzuda  yönəltmiş 
olduqları  ittihamlar  əsassızdır.  Ona  görə  yox  ki,  vəhhabilərin  təcsim  və 
təşbehə  bənzəyən  sözləri  yoxdur.  Bunun  bənzəri  sələfilərin  çoxunun 
xüsusən  də  İbn  Teymiyyə  və  İbn  Qeyyimi  təqlid  edənlərin  sözlərində 
mövcuddur. Ancaq sifətlər mövzusu İbn Əbdülvəhhabın və ilk vəhhabilərin 
üzərində  durduğu  əsas  məsələlərdən  deyildir.  Onların  fikirləri  tövhid 
üzərində cəmlənir. Bu ittiham onunla eyni dövrdə yaşayan əşəri,  maturidi, 
zeydi və imami kəlamçılar tərəfindən onu pisləmək üçün irəli sürülmüşdür.  
Sifətlər mövzusu kəlamçılara görə çox həssas bir məsələdir. Buna  görə də 
onlar  sanki  bu  töhmətlərin  sayını  çoxaltmışlar.  İbn  Əbdülvəhhab  və 
tərafdarlarının görüşlərində təşbeh İbn Teymiyyə və ilk hənbəlilərdən daha 

 
 
132 
 
az idi. İbn Əbdülvəhhab isə fiqh, sifətlər və tarix mövzusunda ya təqlidi ya 
da  təsadüfi  ifadələrdən  istifadə  etmiş,  kitabları  qısaltmışdır.  Nəql  edərkən 
xətanı hesaba qatmamış və öncəkinin xətasını təkrar etmişdir. Xüsusiylə də 
təcsim  (Allaha  cismə  aid  xüsusiyyətləri  aid  etmək)  mövzusunda  belə 
etmişdir.  Sifətlər  mövzusuna  əsasən  son  dövr  vəhhabiləri  diqqət 
göstərmişlər. 
 
ƏLAVƏ 
Birinci paraqraf 
Məhəmməd  ibn  Əbdülvəhhabın  kitablarını  oxuduğum  zaman  onun 
tədqiqatçı  bir  alim  olmadığını  gördüm.  Müsəlman  aləmini  bütünüylə 
qavramaq üçün gərəkli olan hədis və tarix biliyinin açıq bir şəkildə azlığını 
hiss etdim. Bu səbəbdən hökm verərkən bidət, şirk kimi hökmləri asanlıqla 
vermişdi.  Açıq  və  səhih  nəsslərə  qarşı  zəif  hökmləri  dəlil  gətirdi.  Açıq 
təkfir  hökmlərinin  çoxunu  zəif  və  ya  uydurma  hədislərə,  fəsadlı 
müqayisəyə əsaslandırdı. Təkfir və bidətın olmadığı şəri nəsslərə çox vaxt 
ifrat  və  şiddət  mənaları  yüklədi.  Şirk  kəliməsinin  üzərində  durdu.  Təkfir 
qaydalarına  dıqqət  etmədi.  Şazz
273
sözləri  fikirlərinə  dəlil  olaraq  işlətdi. 
Ortaya çıxardığı təəssüratı çətinləşdirdi. Savadsızın və alimlərin görüşlərini 
bir araya gətridi. Onun əsərlərini oxuyan adi bir oxucu (ona tabe olanların 
çoxu  belədir)  onlarda  böyük  bir  elm  olduğu  qənaətinə  gələrək,  alimlərin 
çoxunun 
əmanətə 
xəyanət 
etdiklərini 
və 
onları 
şirkdən 
uzaqlaşdırmadıqlarını irəli sürdülər. İnsanlar ilk cəhalətlərinə geri döndülər. 
Günün  birində  namaz  qılan,  oruc  tutanla  Lata  və  Uzzaya  ibadət  edən 
arasında fərq qalmadı. Onunla yola çıxdılar və başqasına tərəf baxmadılar. 
Çünki  o,  onları  həm  avamdan  həm  də  alimlərdən  eyni  dərəcədə 
uzaqlaşdırırdı.  Beləcə  onlar  alimlərin  insanları  rəbb  sayan  Bəni  İsrail 
alimləri  kimi  olduqlarını  sandılar.  Bədəvilər  ona  tabe  oldular  və  qan 
tökmək  arzusuyla  qılınclara  əl  atdılar.  Dilləri  də  təkfir  üzrə  idi!  Şərait  də 
onlara  köməkçi  oldu,  zaman  onların  zamanı  idi.  Osmanlı  dövlətinin 
                                                 
273
 Səhih görüşə muxailf olan, rəvayət yönündən tək qalmış hədisdir. 

 
 
133 
 
zəifləməsi, Nəcd əmirlərinin  müstəqil olması ilə güclü qonşunu zəif hesab 
etdilər. Yaxında gedəcək olan yaz buludunun, ərəblərin üsyanının bir sonu 
olduğunu sandılar. Qeyri - münbit Nəcdin mərkəzindən istilaya başlayaraq 
bütün  Nəcdi  tutdular.  Onlara  tabe  olan  bütün  bölgələrdə  insanlara  öz 
əqidələrini  qəbul  etdirdilər.  Şərqdə  və  Qərbdə  fəthləri  genişləndi.  İşlərini 
yerinə  yetirdikdən  və  siyasi  varlıqlarını  əldə  etdikdən  sonra  sələfə  baxışın 
bitəcəyi,  ifratdan  üz  döndərəcəkləri  və  orta  yolu  dəstəkləyəcəkləri 
gözlənilirdi.  Hədəfləri  həyata  keçdi,  lakin  buna  baxmayaraq  ifrata  davam 
etdilər. Bu fikri yaymağa və ətrafda genişləndirməyə, fikirləri və ictihadları 
ilə  razılaşmayanları  təqibə  yönəldilər.  Dəstəkçilərini  təltifə,  digərlərini  isə 
təkfirə başladılar. Şərqin və Qərbin mərkəzlərini fəth etdilər. Müsəlmanları 
müşrik  və  muvahhid  adıyla  ikiyə  böldülər.  Beləcə  nəticədə  hakimiyyətlə 
dəvət  (vəhhabilik)  arasında  bölünmə  başladı.  Vəhhabilər  müsəlmanları 
təkfir  etdikləri  incə  məsələlərin  öz  içlərində,  yəni  sələfi  qəbul  edilən 
hakimiyyətin  içərisində  daha  çox  olduğunu  gördülər.  Mənə  aydın  oldu  ki, 
əslində  dövlətin  (Səudiyyə  Ərəbistanının)    özü  də  son  sələfi 
nəzəriyyəsindən  yetərincə  məmnundur:  “Başına  vurub  malını  alsalar  da 
itaət  et!”  Dövlət  xeyirlərin  ən  xeyirlisinin  orta  yol  və  ədalət  olduğuna 
diqqət etmədi. Bir qrup bütün qruplara və məzhəblərə hökm edə bilməz.  
O  zaman  iki  qrupun  meydana  gəldiyini  gördük.  Tabe  olan  sələfilər 
və  üsyan  edən  vəhhabilər.  İtaət  sələfilikdə  üstünlük  qazandı.  Belə  ki, 
üsyançılar  da  vəhhabilikdə  önə  çıxdı.  Təkfir,  uzaqlaşdırma,  digərinin 
haqqlarını  tanımama  məsələsində  birləşdilər.  Zamanla  vəhhabi  əbasının 
altından  ixvan,  yəni  Duveyş  əshabı  çıxdı.  Sələfi  əbasının  altından  da 
Cüheyman  camaatı  çıxdı.  Sonra  hər  iki  qrupdan  da  indiki  şiddət  və  təkfir 
əshabı  meydana  gəldi.  Dövlət  işlərin  bir  birinə  qarışdığını  gördü. 
Krallıqdakı  vəhhabilərin dediyi kimi, xeyirlərin ən xeyirlisi sələfilik və  ya 
vəhhabilikdə  deyildir.  Çünki,  sələfiliyin  təkfir  mövzusundakı  fikirlərini, 
onun  qollarını,  incəliklərini  gözdən  keçirənlərə  bəllidir  ki,    ehtiyac 
duyduqlarında onlar üçün təkfir etmək su içməkdən daha asandır. 
Ancaq  bəzi  vəhhabilər,    ya  elmlərindən,  ya  da  cəhalətlərindən,  İbn 
Əbdülvəhhabın  ortaya  qoyduğu  təkfir  və  dəyişikliklərin  çoxundan  üz 
döndərməyin məqsədlərinə uyğun olacağını düşündülər. Onlar mənfi sələfi 

 
 
134 
 
görüşdən  üz  döndərib,  sülhün  tərəfində  olduqlarını  elan  etmək  üçün 
hakimiyyətə  üz  tutdular.  Hakimiyyətə  gedən  yolda  iki  qrup,  yəni  sülh 
tərəfdarları və təkfir edənlər toqquşdular. Bir tərəf dönüşsüz çıxış digəri isə 
dönüşsüz giriş istəyirdi. Bunlar dağıdıcı, təkfiri dəstəkləyən, savaş tərəfdarı 
sələfiləri  təqlid  edirdilər.  Digərləri  isə  kor-koranə  sələfiliyə  itaət  etməyi 
seçmişdilər. Hər iki metod da təkfir və sülh arasında idi. 
Söz  söyləmədə  sərbəst,  azad  və  doğru  olaq.  Biliyə,  elmə,  haqların 
qorunmasına kömək etməyi tələb edək. İnsana hörmət göstərək, elmə dalaq. 
Fayda  gətirəcək  işlərdə  dünyayla  bərabər  çalışaq.  Bu  böyük  dində  bəsit 
dəyərləndirmələrdən uzaq duraq.  
Ancaq  qan  tökülməsinə,  şiddətə,  zülmə,  dar  düşüncəyə,  haqların 
tapdalanmasına,  dində  ifrata  yox,  min  kərə  yox!  Zülm  gedərək  artır. 
Taliban  nümunəsi  bizdən  uzaq  deyildir.  Əgər  kral  Əbdüləziz  dövründən 
bəri Səudiyyə dövləti mədəni inkişafı mənimsəməsəydi, taliban yarımadada 
təsirli  olardı.  Ancaq  kral  Əbdüləzizin  gətirdikləri  Əbdünnəsr  dövründə 
milliyətçilərlə  mürtəcelər  arasındakı  toqquşmanın  nəticəsində  pisləşdi. 
Sonra  Xomeyni  dövründə  sünni  –  şiə  toqquşmasında  da  eyni  vəziyyət 
yaşandı.  Hər  iki  halda  dövlət  öz  daxildə  mənfi,  xaricdə  isə  müsbət 
sələfilərdən  yararlanmağa  başladı.  Bu  taktiki  müstəvidə  doğru  bir  siyasi 
addım idi. Strateji olaraq isə səhv idi. 
İndi  dövlətdə  daha  öncə  olmayan  mədəni  yeniliyi  əldə  etmək  istəyi 
ortaya çıxdı.  
Elm  və  bilikdən  nə  əldə  edəcəyi  -  sualını  vermədən  elm  və  bilik 
hədəf olmalıdır. Bilik xəyanət etməz. Bir saat kədərlənsən belə ömür boyu 
sevinərsən.  O,  mədəni  inkişafın  əsasıdır.  Sabitlik,  böyümə  və  inkişafın 
strateji  təminatdır.  Məlumat  və  bilik  “biz  bu  məlumatdan  nə  fayda 
götürəcəyik?” sualını soruşmadan öz-özlüyündə bir hədəf olmalıdır. Biliyin 
ağıla, qəlblərə və davranışlara təsiri vardır. 
Sələfilik,  vəhhabilik  və  ümumilikdə  məzhəbçilik  qəbul  ediləcək  bir 
şey  deyildir,  biliyə  qarşı  çıxmaq  zülmə  və  savaşa  kömək  etməkdir.  Bu 
səbəbdən  bizdə  (Ərəbistanda)  təhsilin  çox  zaman  cəhalətə  çevrildiyini 
görürsən.  Nəticəsi  də  kor-koranə  şiddətdir.  Bu  təbiidir.  Müsəlmanların 
haqları  mövzusunda  cahil  olduqları  bir  vaxtda  bizim  ifratçı  qruplardan 

 
 
135 
 
müsəlman  olmayanların  haqlarını  bilmələrini  gözləyə  bilmərik.  Ümumi 
təhsil,  universitetlər,  xütbələr,  vəəzlər,  əsərlər,  fətvalar  vasitəsilə 
müsəlmanların haqlarının tapdalandığı bir vaxtda kafirlərlə ədalətli bir sülh 
tələb  edə  bilmərik.  Onlarla  illərdir  ki,  bu  cəhalət  davam  edir.  Verdiyimiz 
fətvanın  əsrlər  boyu  əmələ  gəlmiş    yığınlar  arasında  davam  edən  həqiqəti 
ortadan qaldıracağını zənn etmirik.    
 
İkinci paraqraf: Vəhhabi termini 
 Vəhhabi  kəlməsi  nə  tənə,  nə  də  mədh  etmə  sifəti  deyildir. 
Vəhhabiliyin  məzhəb  olduğunu  etiraf  etsələr  belə  o,  pisləmə  obyektinə 
çevrilməzdi.  Bir  məzhəb  sağlam  dəlillərə  istinad  edirsə  ona  yeni  ad  və 
insanların adlandırması zərər verməz. Ayrıca ilk üç əsrdə meydana gəlməsi 
də  şərt  deyildir.  Bununla  bərabər  fikirlərini  və  əməllərini  zəif  dəlillərə 
dayandıran  qrup  və  məzhəblərə  birinci  əsrdə  meydana  gəlmiş  olsa  belə 
gözəl isim verilməsi fayda  verməz. Mühüm olan elmin sağlamlığı, imanın 
saflığı, əməlin gözəlliyidir, adlandırma və istək deyildir. 
Məni  heyrətə  salan  müqəllidlərin  vəhhabi  sözünün  düşmənləri 
tərəfindən  verildiyini  təkrar  edib  durmalarıdır.  Ad  vermənin  bu  ixtilaf 
məsələsinin  xaricində  olmasına  baxmayaraq,  ləqəb  və  adın  ətrafında 
dolaşmaqdadırlar. 
İkinci məsələ: Dəvət alimləri vəhhabi kəliməsinin işlədilməsinə icazə 
verirlər.  Məzhəb  ittihamı  altında  qalacaqlarından  qorxmadan  onu 
kitablarında  işlədirlər.  Vəhhabi  əqidəsi  və  dəvəti  haqqında  kitablar  və 
risalələr yazır, bunda tərəddüd etmirlər.   
Vəhhabi  termininin  işlədənlər  arasında  Süleyman  ibn  Səhman  və 
ondan  öncə  Məhəmməd  ibn  Əbdüllətif  və  digərləri  kimi  dəvət  (vəhhabi) 
alimləri  də  vardır.
274
 Bu  adı  başqa  müdafiə  edənlər  də  olmuşdur.  Şeyx 
Hamid əl-Fəqiy, Məhəmməd Rəşid Rza, Abdullah Quseymi, Süleyman əd-
Dəxil,  Əhməd  ibn  Həcər  Əbu  Tami,  Məsud  Nədvi,  “Təzkirə”  müəllifi 
İbrahim  ibn  Ubeyd  və  başqaları.  Şeyx  Hamid  əl-Fəqiy  bu  termini 
işlədənlərin niyyətlərindən şübhə duyduğunu və onun yerinə “Məhəmmədi 
                                                 
274
 Dürər, 8. cild, s. 433. 

 
 
136 
 
Dəvət”  ifadəsinin  işlədilməsini  məsləhət  gördü.  Çünki  dəvət  babası 
Əbdülvəhhaba  deyil  Məhəmməd  ibn  Əbdülvəhhaba  nisbət  edilirdi!  Daha 
sonra son dövr alimlərindən şeyx Salih Fövzan, Əbu Zəhranı və digərlərini 
inkar edərkən eyni fikri müdafiə etdi. Onların belə bir tələblə çıxış etmələri 
həqiqətən  də  çox  heyrətamizdir.  Səbəbi  çox  sadədir.  Çünki  məşhur 
məzhəblərin çoxu öz  qurucusunun adıyla deyil, atalarının ya da babalarının 
adları  ilə  adlandırılmışdı.  Nümunə  olaraq  Hənbəli  məzhəbini  göstərə 
bilərik.  Hənbəl  adı  Əhməd  ibn  Hənbəlin  babasının  adı  idi.  Öz  adı  Əhməd 
ibn Məhəmməd ibn Hənbəl idi. Şeyx Fövzan və şeyx Fəqiy və onlara tabe 
olanlar  Hənbəli  məzhəbinin  adına  etiraz  etmirlər.  Hənbəli  məzhəbinə 
“Əhmədi” deməyi məsləhət görmürlər. Şafeiyə nisbət edilən Şafei məzhəbi 
də belədir. Şafei onun dördüncü babasının adıdır. Öz ismi Məhəmməd ibn 
İdris  ibn  Abbas  ibn  Osman  ibn  Şafeidir.  Niyə  görə  Şafei  məzhəbinə 
“Hamdiyyə  məzhəbi”  deyilməsin?!  Əbu  Hənifiyə  nisbət  edilən  hənəfi 
məzhəbi üçün də eyni şey deyilə bilər. Hənəfi  məzhəb sahibinin adı deyil. 
Adı Numan ibn Sabitdir. Əşarilər, Əbul-Həsən əl-Əşariyə nisbət edilmişdir. 
Əşar  onun  və  qəbiləsi  olun  əşarın  qədim  cahiliyyə  dövründəki  ulu 
babasının  adıdır.  Onlardan  gələnlərin  hamısı  Əbul-  Həsəndır.  Əşarinin  əsl 
adı belədir:  əl-Əşar ibn Ədəd ibn Zeyd ibn Yəşcəb ibn Arib ibn Zeyd (hər 
iksi də Səbanın uşaqlarıdır). Məzhəb sahibinin onlarca ataları var. Abdullah 
ibn  İbaza  nisbət  edilən  ibaziyyə  məzhəbi  də  belədir.  Öz  ismi  ilə  adlanan 
məzhəb demək olar ki, heç yoxdur. Olsa da çox nadirdir. Malik ibn Ənəsə 
nisbət  edilən  Malikiyyə,  Zeyd  ibn  Əliyə  nisbət  edilən  Zeydiyyə,  Cəfər  əs-
Sadiqə  nisbət  edilən  Cəfəriyyə  və  s.  Məhəmməd  ibn  Əbdülvəhhabın 
məzhəbinə vəhhabilik adını vermək hənbəli adını vermək qədər doğrudur. 
Bundan  başqa,  şeyx  Saleh  Fövzan  Məhəmməd  ibn  Surur  ibn  Naif 
Zeynalabidinin  tərəfdarlarına  Sururiyyə  kəlməsini  işlətmələrini  təklif  etdi. 
Niyə  onu  da  Məhəmmədiyə  deyə  adlandırmadı?!  Bu  gün  biz  sələfilər 
arasında  ləqəblər  qoyulduğunu  eşidirik.  Onlar  Camiyilər,  Mədxəlilər, 
Bazilər, Albanilər, Qütbilər, Bənnailər və s. kimi ləqəblər işlədirlər. 
 
 
 

 
 
137 
 
Üçüncü paraqraf: Məhəmməd ibn  
Əbdülvəhhabın müasiri olan alimlər 
Onun müasiri olan alim və islahatçılardan tanınmışlar: 
1-
 
Hüseyin  ibn  Məhəmməd  əl-Məğribi  əl-Sənani  (h.1119). 
“Bədrut-Təmmam”  əsərinin  müəllifi.  İbn  Əmir  məşhur  “Subulul-İslam” 
kitabında ona etimad etmişdir. 
2-
 
“Kitabu  Əsbabı  Vurudil-Hədis”  kitabının  müəllifi  əl-Hüseyni 
əd-Diməşqi (h. 1120) 
3-
 
Əbül-Məvahib əd-Diməşqi (h. 1126), Hənbəli müftüsü. 
4-
 
Şeyx Təqiyyuddin əl-Hisni əd-Diməşqi əş-Şafei (h. 1128) 
5-
 
Şeyx Abdullah ibn Səlim əl-Bəsri əl-Məkki (h. 1134) 
6-
 
Əzhər şeyxi İbrahim Fəyyumi (h. 1137) 
7-
 
Mühəddis Əhməd ibn Qasım əl-Buni ət-Təmimi (h. 1139) 
8-
 
Əli ibn Murad əl-Öməri (h. 1147), Mosul müftüsü 
9-
 
Yəhya ibn Ömər əl-Əhdal əz-Zübeydi (h. 1147) 
10-
 
Acluni əl-Kəbir (h. 1148), Şamın fəqih və mühəddislərdən. 
11-
 
Şeyx Əbdülqəni (h. 1151), “Beyquniyə”əsərinin şarihi. 
12-
 
Şeyx Əhməd əs-Səmlali əl-Məğribi (h. 1152) 
13-
 
Yusif Hüseyni (h. 1153) Hələbdə hənəfi müftüsü 
14-
 
Şeyx Əbdülmüti əl-Xəlili (h.1154), Qüdüsdə şafei müftüsü. 
15-
 
Şeyx Müctəhid Əhməd əl-Ləməti (h. 1157) 
16-
 
Təhanəvi əl-Hindi (h.1158), “İstilahatul-Funun”-nun müəllifi 
17-
 
Mənsur Hüseyin ibn Qasım əl-Yəməni (h. 1161) 
18-
 
Acluni, hədis alimi, “Kəşful-qıta” sahibi (h. 1162) 
19-
 
   Şeyx 
Məhəmməd 
Həyat 
əs-Sindi 
(h. 
1163),        
                    Mədinə alimlərindən 
20-
 
Məhəmməd ibn Əbdürrəhman (h. 1167), Şamda şafei müftüsü 
21-
 
Salim əl-Nəfəravi (h. 1168) 
22-
 
İbrahim Veydani (h. 1168), Nəvazil müftüsü 
23-
 
Süleyman əl-Mənsuri əl-Hənəfi (h. 1169) 
24-
 
Həmid  əl-Amadi  (h.  1171),  özü  və  oğlu  Şam  müftülüyü  
                  vəzifəsində çalışdılar. 

 
 
138 
 
25-
 
Əzhər şeyxi Abdullah əş-Şəbravi (h.1171) 
26-
 
İshaq əl-Mütəvəkkil əl-Yəmani (h. 1173) 
27-
 
Məkkə müftüsü, Əbdülmünim əl-Qali (h. 1173) 
28-
 
Məhəmməd Səid əş-Şafei əl-Məkki (h. 1175) 
29-
 
Əhməd ibn Əbdüləziz əl-Hilali (h. 1175) 
30-
 
Hindin  ən  böyük  mücəddidlərindən  Şah  Vəliyullah  
                  Dəhləvi (h. 1176) 
31-
 
Mədinənin şafei müftüsü əl-Bərzənci (h. 1177) 
32-
 
Hələb mühəddisi Əbdülkərim Şarabati (h. 1178) 
33-
 
Tatvan alimi Əhməd ibn Məhəmməd əl-Vərzani (h. 1189) 
34-
 
Məğrib şeyxi, Əbdürrəhman ibn İdris əl-Həsəni (h. 1179) 
35-
 
Mədinə müftüsü, Abdülmöhsin ibn Əsəd əl-Əsədi (h. 1183) 
36-
 
Şam alimlərindən Əli ibn Məhəmməd əl-Muradi (h. 1183) 
37-
 
Zübeyir  müftülüyünün  üzvü  Əbdülmöhsin  ibn  Əli  Əşayqari  
                 (h. 1187) 
38-
 
“Əl-Mənzumə  fil  Əqaid”  əsərinin  yazarı  Əhməd  ibn  Əhməd  
                  əs-Səfərini (h. 1188) 
39-
 
Əhməd ibn Yusif əl-Hədis əl-Yəməni (h. 1191) 
40-
 
Qüdsdə hənəfi müftüsü Məhəmməd Təflati (h. 1191) 
41-
 
Hicazda  şafei  müftüsü  Məhəmməd  ibn  Süleyman  əl-Kürdi  
                  (h. 1194) 
42-
 
Yəmən mühəddisi Süleyman Əhdəl (h 1197) 
43-
 
Mədinənin  hənəfi  alimləri  rəhbəri  Əli  ibn  Məhəmməd  
                   əş-Şirvani (h. 1200) 
44-
 
Əbdüssəlam  Dağıstani (h. 1201) 
45-
 
Əbdülvəhhab Əhsai əl-Hənbəli (h. 1205) 
46-
 
“Tacul-Arus”-un yazarıZəbidi (h. 1205) 
47-
 
“Sulukud-Dürər”-in müəllifi Şam müftüsü Muradi (h. 1206) 
48-
 
 Şövkaninin şeyxi mühəddis Əbdülqədir əl-Kövkəbani (h. 1207) 
49-
 
Hurəymilədə  İbn  Əbdülvəhhabın  qardaşi  Süleyman  ibn 
                  Əbdülvəhhab 
50-
 
Riyadda Abdullah ibn Süheym ən-Nəcdi 
51-
 
Onun qardaşi Süleyman ibn Süheym 

 
 
139 
 
 
Digərləri  də  var  və  sayları  həqiqətən  də  çoxdur.  İbn  Əbdülvəhhaba 
qarşı olan bəzi alimlər olmuşdur ki, onları burada qeyd etmədik. On ikinci 
əsr alimləri haqqında kitablar  var  və onlardan ən məşhuru “Sülukud-dürər 
fi  təracimi  üləmail-qarnis-səniyə  aşar”-dır.  Bəzilərinin  bir  qism 
vəhhabiliyin  başçılarının  və  tarixçilərinin  yazdıqlarına  istinadən  təsəvvür 
etdiyinin  əksinə,  İslam  torpaqlarının    o  dövrdə  böyük  alimlərdən  məhrum 
olmadığının dəlilidir! Bunların əsərlərinə laqeydlik göstərmək və ya biganə 
yanaşmaq  ədalətli  deyildir.  Təəssüflər  olsun  ki,  bəziləri  vəhhabilərin 
“böyük  şirkdə  olan  müşriklər”  sözlərinə  bağlıdırlar!  İbn  Əbdülvəhhab 
mücəddid  kimi  göndərilincəyə  qədər  İslam  nurunun  sönmüş  olduğunu 
düşünmək  həqiqətə  ziddir.  Ancaq  üzülərək  qeyd  edək  ki,  İbn 
Əbdülvəhhabın tərəfdarlarının çoxu belə yanlış zənnə qapılmışlar. 
 
Dördüncü paraqraf: İbn Əbdülvəhhabın  
qadağan etməsinə baxmayaraq onunla  
bağlı mövzularda ifrata getmə    
 Bunun dəlili odur ki, İbn Əbdülvəhhabın kitablarında qadağan etdiyi 
(ən  məşhur  olanı  da  saleh  insanlar  haqqında  ifrata  getməkdir)  mövzular 
onun  özü  haqqında  ifrata  gedilməsi  ilə  həyata  keçirildi.  Təqlidi  qadağan 
etmək  və  haqqa  üz  çevirməklə  əlaqəli  yazdığı  böyük  qaydaları  istifadə 
etmədilər.  İbn  Əbdülvəhhab  haqqındakı  təəssüblər  onun  qadağan 
etdiyindən daha çox oldu. Biz bununla bağlı olan nümunəni ələ aldıq. O da 
cahiliyyə məsələləridir.  İbn Əbdülvəhhab Allahın elçisinin (s.ə.s) gətirdiyi 
ilə ortadan qaldırdığı və Qüreyş kafirlərinin haqqı qəbul etməmələrinin əsas 
səbəbi  olaraq  bunu  qeyd  etdi.  Bu  xüsusiyyətləri  bu  gün  açıq  şəkildə  İbn 
Əbdülvəhhabın ifrata gedən tərəfdarlarında görürük. Xülasə olaraq bunları 
deyə bilərik: 
1  –  İbn  Əbdülvəhhabın  “Onların  dinləri  yəni,  cahiliyyə  dövründə 
yaşayanların  dinləri  bir  çox  üsula  əsaslanırdı.  Bunların  ən  böyüyü  isə 
təqliddir!  Bu  bütün  kafirlərin  birincisindən  sonuncusuna  qədər  böyük 
qaydasıdır” sözü. 

 
 
140 
 
 Deyirəm ki, bizim (vəhhabilərin) ifrata  varanlarımızın bu mövzuda, 
xüsusən  də  əqidə  mövzusundakı  təqlidi  daha  barizdir.  Onlar  əqidədə 
alimlərin  sözlərini  şəri  mətnlər  mərtəbəsinə  çıxardılar,  bəlkə  də,  daha 
böyük  bir  yerə  qoydular.  Onlardan  hər  hansı  birinə  dəlil  olaraq  “İmam 
Əhməd,  şeyxülislam  İbn  Teymiyyə  ya  da  Məhəmməd  ibn  Əbdülvəhhab 
belə buyurdu” demələri yetərlidir. Sanki qəti şəri dəlil və sübut gətirdin. Bu 
həqiqətən  də  çox  böyük  nöqsandır.  Qalanları  bir  yana,  keçmiş  və  yeni 
alimlərdən  çox  azının  bu  mövzuda  ittiham  olunduğunu  gördüm.  Hətta 
təqlidçiləri  inkar  edənlər  onlara  fiqhi  məsələlərdə  belə  təqlid  etməyi 
qadağan edərkən əqidə mövzusunda bunu deməkdən çəkinirlər. Halbuki o, 
fiqhi bağlılıqdan daha çox ümmətə zərər verməkdədir. Çünki, fəqihlərə tabe 
olanlar  başqaları  ilə  yaşamağı  qəbul  edərlər.  Ancaq  əqaid  muqallidləri 
təkfir  mövzusunda  bu  və  ya  digər  mövzuda  uyğun  görmədikləri  sözləri 
miras  buraxırlar.  Onlar  da  özlərindən  sonrakılara  bu  fikri  qoyarlar.  Bəlkə 
də,  İbn  Həzm  və  Müqbili  əqidədə  təqlidi  qəbul  etməyən  kiçik  bir  azlığı 
təmsil  edir.  Müqbili  bu  yöndən  ən  sağlam  fərdlərdən,  ən  çox  orta  yolu 
tutan,  ən  az  tutarsızlıq  içində  olanlardan  və  İslam  məzhəblərinin  əqidə 
anlayışını incəliyinə qədər bilənlərdəndir. 
2  –  İbn  Əbdülvəhhab  belə  deyir:  “Onların  (cahiliyə  xalqının)  ən 
böyük  qaydalarından  biri  də  saylarının  çoxluğu  ilə  qürrələnməlidir!  Bir 
şeyin doğruluğuna dəlil olaraq bunu irəli sürərlər, sayın azlığını, miskinliyi 
isə onun batil olduğuna dəlil görürlər”. 
Deyirəm ki, bu bizim ifratçıların çoxunda, həm onun təqlidçilərində 
həm də sələfilərdə  qüvvə ve say baxımından çoxluqlarını ön plana çıxarma 
şəklində təzahür etdi. Azlığı hiss edəndə isə  “qəriblər nə xoşbəxtdir” deyə 
qışqırırlar! 
3  –  İbn  Əbdülvəhhab  firon  hekayəsini  keçmişdəkilərədən  dəlil 
gətirməyə nümunə göstərdi :  “Elə isə ilk nəsillərin halı necə olacaq?
275
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin