Həsən ibn Fərhan əl-Maliki


XXIII  Səhifə qırx səkkiz  və  əlli  yeddidə deyilir: “Bəni  Hənifə  qəbiləsinin



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   ...   4   5   6   7   8   9   10   11   ...   18

XXIII 
Səhifə qırx səkkiz  və  əlli  yeddidə deyilir: “Bəni  Hənifə  qəbiləsinin 
Peyğəmbərə  (s.ə.s)  təslim  olmasına  baxmayaraq,  səhabələr  onlarla 
görüşüblər.  Onlar  Allahın  birliyinə  və  Məhəmmədin  (s.ə.s)  Onun  elçisi 
olduğuna  şəhadət  edirdilər,  namaz  qılır  və  azan  verirdilər.  Əgər  onlar 
desə  ki,  onlar  Müseyləmənin  peyğəmbər  olduğunu  iddia  edirdilər,  o 
zaman deyərik: Birisini peyğəmbər (s.ə.s) səviyyəsinə yüksəltmək küfrdür, 
onun  malı  və  qanı  halaldır.  Onun  şəhadət  gətirməsi,  namaz  qılması 
faydasızdır.  Onda  görəsən  ayı  və  günəşi,  Yusifi,  səhabəni,  peyğəmbəri 
yerin və göylərin yaradıcısı mərtəbəsinə yüksəldənin vəziyyəti necə olar?” 
Bu sözün bir neçə qəribə cəhəti vardır: 
                                                 
99
 Təkfir  mövzusunda  Küveytin  azad  edilməsindən  sonra  yayınlanan  İbn  Baz  və  Əllamə  Albaninin 
kitablarına  baxa  bilərsiz.  Sələfi  metodu  İbn  Əbdülvəhhabın  üslubunun  ziddinə  dəyişdi.  Bu  son  sələfi 
mötədilliyi iki şeylə açıqlana bilər. Birincisi bu, körfəz savaşından sonra hökumətlərin tələbinə uyğun 
olan  cavabı  vermək  idi.  İkincisi  (təkfiri  rədd  edən  vəhhabi  alimləri),  vəhhabi  metoduna  baxmadan  və 
təkfir  ehtiva  edən  vəhhabi  əqaid  kitablarını  tərifləməyə  davam  edərək  (təkfir  əleyhinə)  metodu  bəyan 
etməklə  kifayətləndilər.  Bu  iki  amil  sayəsində  təkfirin  qanuniliyi  hələ  də  İslam  aləmində  qalmaqda 
davam edir. 

 
 
70 
 
Birincisi:  Bəni  Hənifə  dindən  tamamilə  dönmüşdü  və  özünü 
peyğəmbər zənn edən birisinə iman gətirmişdi. Qəsdən Peyğəmbərin (s.ə.s) 
əmrlərini basqasına tabe olmaq üçün tərk etdilər. 
Bunların  (övliya  ilə  təvəssülü  qəbul  edən  müsəlmanların)  sevgiləri 
isə digərlərindən fərqlidır. Onlar övliyanı Peyğəmbər (s.ə.s) üçün sevər və 
ya  belə  zənn  edərlər.  Övliyadan  heç  birini  Peyğəmbərdən  (s.ə.s)  üstün 
tutmazlar.  Övliyanı  Allah  (c.c)  səviyyəsinə  yüksəltmələri  bir  yana  qalsın, 
övliya  üçün  namaz  da  qılmazlar.  Tarix  boyunca  heç  bir  ağıllı  müsəlman 
belə bir iddiada olmamışdır.  
İbn  Əbdülvəhhab  lazımsız  şeyləri  mütləq  qəbul  edir.  Onun 
metodunda  birisinin  yanında  ruzisini  axtaranın,  Peyğəmbərə  (s.ə.s),  ya  da 
Kəbəyə  and  içənin,  övliya  məsələsində  ifrata  yol  verənin  təkfirini  görə 
bilərik. Şübhəsiz bu xətadır.  
Biz  də  bu  yolu  təqib  etsək,  o  zaman  İbn  Əbdülvəhhab  barəsində 
ifrata gedənləri də (onun xəta edə biləcəyini qəbul etməyənləri, onun tənqid 
olunmasına razılaşmayanları, səhih hədisi və ayəni rədd edərək, onu şəriəti 
ən yaxşı bilən kimi görənləri) təkfir etməliyik. 
Qarşı  tərəfi  təkfir  edən  vəhhabilər  də  bu  ittihamla  üz-üzə  qala 
bilərlər.  Çünki  onlar  özləri  Məhəmməd  İbn  Əbdülvəhhabı  nübüvvət  və 
rububiyyət  məqamına  yüksəltdilər,  bunun  üçün  də  onlar  müşrik  və 
kafirlərdir? 
Bu yanlış metoddur və elmi  məsələlər düşmənçiliyə söykənməməlidir. 
Əksinə,  müsəlman  və  ya  kafir  olmasından  asılı  olmayaraq,  ağıllı,  insaflı 
insanlara görə, araşdırmanın məlum metodları vardır. 
 
XIV 
Qırx doqquz və əlli yeddinci səhifələrdə deyilir: “Əli ibn Əbi Talibin 
atəşdə  yandırdıqlarının  hamısı  müsəlman  olduqlarını  iddia  edirdi  və 
onlar  Əlinin  əshabından  idilər,  elmi  səhabədən  öyrənmişdilər.  Ancaq 
Əliyə  günəş  və  aya,  Yusuf  və  bənzərlərinə  inandıqları  kimi  inandılar. 
Səhabə onların qətlinə və küfrünə necə də səs birliyi ilə qərar verdilər?” 

 
 
71 
 
Əlinin (r.a) yandırtdığı insanlar (əgər yandırılma hadisəsi düzdürsə
100

dindən  dönmüşdülər  və  İbn  Əbdülvəhhabın  bildirdiyi  kimi,  müsəlman 
olduqlarını  iddia  etmirdilər.  Etiqad  kitablarında  məşhur  olan  Əlini  (r.a) 
ilahlaşdırdıqları da doğru deyil. Buxariyə görə, onlar ya dindən dönmüş, ya 
da  zındıq  idilər  (Bu  iki  söz  də  Buxariyə  aiddir).  Əgər  onların  Əlini  (r.a) 
ilahlaşdırdıqları doğru  rəvayətdirsə,  İbn Əbdülvəhhaba qarşı olan dəlil daha 
böyükdür. Çünki onların İbn Əbdülvəhhabın dediyi kimi İslam iddiaları yox 
idi. Onlar Əlini (r.a) ilahlaşdırdılar və bu da şəri nəslərə görə icmaən küfrdür.  
Sonra  İbn  Əbdülvəhhabın  onların  bəzi  sözlərini  seçdiyini  görürük: 
“İnsanlar günəşə və aya inandıqları kimi, Əliyə (r.a) inandılar”. Əslində isə 
hadisə  başqa  cür  olmuşdu.  Yəni,  İmam  Əlinin  (r.a)  onları  yandırması  ilə 
bağlı rəvayətlərdə məna belə deyil. “Sadəcə  onun haqqında ifrata getdilər. 
Bu  ifrat  İslam  rüknlərini  iqrara  bağlıdır!”  Onlar  İslamı  tamamiylə  tərk 
etmişdilər.  İbn  Əbdülvəhhab  bizə  bunların  (ibadətlərinə  ifrat  və  övliyaya 
təvəssülü  qarışdıran  hənbəlilərdən  və  digərlərindən  olan  sufilər  və 
alimlərin)  İmam  Əlinin  (r.a)  öldürdüyü  kimsələrlə  eyni  olduğunumu 
aşılamağa çalışır?! 
 
XXV 
Əllinci  səhifədə  Fatimilər  barəsində  deyilir:  “Bəni  Abbas  dövründə 
Məğrib  və  Misirdə  hökmranlıq  edən  Bəni  Ubeydullah  Qaddahın 
hərəkətlərinin  şəriətə  müxalif  olduğu  məlum  olduqda  (hazırda 
araşdırdığımız  mövzu  başqa  olduğu  üçün  bu  məsələyə  ayrıca  şərh 
yazmırıq)  alimlər  onların  küfrünə  və  qətlinə  yekdilliklə  qərar  verdilər. 
                                                 
100
 Onları yandırma hekayəsi sadəcə bir mənbədən rəvayət edilmişdir. İbn Abbasın qulu İkrimə hadisəyə 
şahidlik etməmiş, xəbərin ona çatdığını bildirmişdir. Sonra da: “Əgər mən olsaydım onları öldürərdim, 
çünki  Peyğəmbər  (s.ə.s)  “Dinini  dəyişdirəni  öldürün”,  -  dedi.  Bu  hədis  Buxaridə  iki  silsilədən  də 
İkrimədən rəvayət edilmişdir. Müslim bu hədisi qeyd etməmişdir. İkrimə bu hadisə barəsində eşitdiyini 
bildirir,  çünki  o,  Kufədə  deyil,  Bəsrədə  İbn  Abbas  ilə  bərabər  idi.  Bəlkə  də,  xəbər  ona  yanlış 
çatdırılmışdır.  Çünki  hadisənin  şahidləri  dindən  dönənlərin  Əli  (r.a)  tərəfindən  öldürüldüyünü, 
yandırılmadığını bildirirlər. Öldürdükdən sonra onlara xəndək qazdırmış və orada etdiklərinin ifratçılıq 
olduğunu  elan  etmək  üçün  duman  çıxartmışdır.  Çünki  onlar  dindən  dönmələrinə  baxmayaraq,  uzun 
müddət  müsəlmanlardan  hədiyyə  almamışdılar.    Bəlkə  də,  bu  dumanı  görənlər  onların  yandırıldığını 
zənn etmişlər. Ancaq İmam Əli (r.a) bu mövzuda insanların ən məsuliyyətlisi idi.  Çünki “Atəşlə ancaq 
atəşin rəbbi cəzalandıra bilər” hədisini özü rəvayət etmişdi. Səhabələrin canlı-canlı kimisə  yandırması 
doğru deyildir.
 

 
 
72 
 
Onların  ölkələri  darul-hərb  (hərb  diyarı)  idi.  Müsəlmanlar  onlarla 
savaşdılar və torpaqlarını onların əllərindən geri aldılar”.  
Bu da doğru deyil. Çünki Əyyubilərlə Fatimilər arasındakı savaş dini 
zəmində  baş  verməmişdir.  O  günün  bidəti  hər  yerdə  Əyyubilərdə, 
Fatimilərdə,  Abbasilərdə  də  var  idi.  O  günkü  İslam  aləminin  vəziyyəti 
tamamilə İbn Əbdülvəhhabın dövründəki vəziyyətə bənzəyirdi. 
 Səlahəddin  Əyyubi  Fatimiləri  Zəngi  ailəsinin  əlindən  qurtardı  və 
hökuməti  ələ  aldı.  Heç  şübhəsiz,  Fatimilər  də,  Əyyubilər  də  bu  gün  ərəb 
hökmdarlarının  etdiyi  kimi  dinə  silahlarıyla  xidmət  etdilər.  Burada  qəribə 
heç nə yoxdur. Hər dövlət yaranarkən digəri ilə savaşmaq məcburiyyətində 
qalanda  din  amilindən  istifadə  edir.  Dini  siyasətə  alət  etmək  isə  Əməvilər 
dövründən başlamışdı. 
Naşirlər  Fatimilər  və  Ubeydilərin  (ad  önəmli  deyil)  üstünlüklərini 
müdafiə  edirlər.  Lakin  Fatimilər  (idarəçilikdə  Allahın  əmrlərini  rəhbər 
tutduqlarına  baxmayaraq)  zındıqlıq  və  küfrlə  ittiham  edilmişlər.  Buna 
baxmayaraq, bəzi alimlər və tarixçilər onları müdafiə etmişlər. 
 
XXVI 
Əlli  birinci  səhifədə  deyilir:  “Dindən  dönənin  hökmü  bölümü; 
Alimlər  əsərlərində bu məsələdə bir  çox növlərini qeyd etdilər. Bunların 
hamısında  da  mürtədlərin  qanı  və  malını  halal  saymışlar.  Hətta  qəlblə 
deyil,  sadəcə  dil  ilə  və  yaxud  da  zarafat  üçün  deyilən  bəzi  kəlmələri  də 
bunun üçün bir səbəb qəbul etmişlər”.   
Ümumiyyətlə,  bu  məslədə  alimlər  arasında  ixtilaf  vardır.  Bəzi 
alimlər  istisna  əksəriyyət  ifadənin  hansı  mühitdə,  qəlbən  və  ya  dillə 
söylənilməsi,  cahil  olması,  niyyət,  məcbur  qalmaq  kimi  şərtlərin 
araşdırılmasının vacibliyini vurğulayırlar.  
İbn  Əbdülvəhhabın  zamanında  alimlər  dindən  dönənin  hökmünün 
fiqhi  ehkamlarını  bilir,  öyrənir  (Harameyndə,  Hicazda,  Riyadda,  Şamda, 
Yəməndə,  Misirdə,  İraqda  və  digər  yerlərdə)  və  öyrədirdilər.  İbn 
Əbdülvəhhabın  hökm  verdiyi  kimi  mallarının  və  qanlarının  halal  olduğu 

 
 
73 
 
(icmaən)  fətvasını  vermirdilər.  Yalnız  fərdi  qaydada  hər  hansı  bir  şəxs 
əleyhində dəlil olduğu təqdirdə hökm verirdilər. 
Fəqihlər  əsərlərində  belələri  barəsində  dəlil  irəli  sürdükləri  zaman 
onları Allahdan başqasını rəbb qəbul etməkdə ittiham edir və bunun ən qatı 
şirk olduğunu söyləyirdilər! 
İbn  Əbdülvəhhab  isə  bu  əsərlərə  isnad  edərkən  yalnız  görüşlərinə 
uyğun  olanları  (əslində  bu  məqamların  orada  olmamasına  baxmayaraq) 
nəql edir. Müxalifləri isə bu yazılanları dəlil göstərdikləri zaman onlara bu 
cür  cavab  verir:  “Bu  şirkdir  (yuxarıda  keçdi,  irəlidə  də  gələcək),  alimlər 
Allah  xaricində  rəbbə  tapındılar.  Sonra  küfr  gördüyü  şeyi  işləyənlərlə  də 
kifayətlənmir,  qeyd  olunan  hallar  hər  hansı  bir  bölgədə  ortaya  çıxıbsa, 
oranın bütün xalqı dindən çıxmış və onların qanları, malları halal sayılır”. 
Dəlil  kimi  də,  o  məntəqədə  yaşayan  digər  insanların  dindən  dönənlərlə 
bağlı  səssiz  qalmaları  göstərilir.  Günahı  işləyən  də,  ona  səssiz  qalan  da 
mürtəddir!  Bu  isə  fəqihlərin  “mürtəddin  hökmü”  başlığı  altında 
verdiklərinə tamamilə ziddir. Onlar bir insanın əməlinə görə, onun yaşadığı 
bütün  cəmiyyətə  qarşı  hökm  verməyiblər,  riddənin  (dindən  çıxmanın) 
hökmünü  İbn  Əbdülvəhhab  qədər  əndazədən  çıxarmayıblar.  Sadəcə,  açıq 
dəlil olan hallarda  riddədən bəhs etmişlər. Müsəlman diyarlarını şirk ölkəsi 
və İslam ölkəsi deyə iki hissəyə ayırmayıblar. Bəli, bəzi fəqihlər ifrata yol 
vermişlər  və  şübhəsiz  ki,  onlar  xətadan  xali  deyil,  ancaq  fiqhi  əsərlərdə 
(əqidə  əsərlərinin  əksinə)  mötədillik  ifratdan  daha  çoxdur.  Bu  kimi 
məsələlərdə  bütün  əsərlərə  -  fiqhə,  əqidəyə,  hədisə  aid  olanların  hamısına 
baxmaq  lazımdır.  Hər  hansı  məsələdə  doğru  nəticəyə  gəlmək  üçün  xətanı 
və  həqiqəti  tapmaq  naminə  araşdırma  aparılmalıdır.  Çünki  elm  sabit  bir 
yerdə qalmaz. 
Cəhalət  və  təvil  ehtimallarını  nəzərə  alaraq,  bir  əməl  işləyənin 
haqqında “dindən döndü!” hökmünün verilməsi doğru deyil. Bir neçə cahil 
və ya təvil edənlərə görə İslam dünyasının böyük bir bölgəsi haqqında necə 
küfr hökmü verilə bilər? 
 
 
 

 
 
74 
 
XXVII 
Əlli  birinci  və  əlli  ikinci  səhifədə  deyilir:  “Allah  onlar  barəsində 
dedi:“Allaha  and  içirlər  ki,  (Peyğəmbər  (s.ə.s)  haqqında  nalayiq  sözlər) 
deməyiblər.  (And  olsun  ki)  onlar  küfr  sözünü  demiş,  İslamı  (zahirən) 
qəbul  etdikdən  sonra  kafir  olmuşlar...”
101
 Onların  Peyğəmbər  (s.ə.s) 
zamanında  onunla  bərabər  cihad  etdikləri,  namaz  qıldıqları,  zəkat 
verdikləri,  həccə  getdikləri  və  tövhid  əhlindən  olduğu  halda  Allahın 
onları təkfir etdiyini eşitmədinmi?” 
Birincisi, bunlar münafiq idilər. 
İkincisi,  Peyğəmbər  (s.ə.s)  onların  qanlarını,  mallarını  halal 
etməmişdi.  Onları  öldürməmiş,  əksinə  bunu  qadağan  etmişdi.  Bu  isə  İbn 
Əbdülvəhhabın 
ideologiyasına 
ziddir. 
O, 
münafiqlərin 
deyil, 
müsəlmanların əleyhinə dindən dönmə hökmünü vermişdir. 
 
XXVIII 
Əlli  ikinci  səhifədə  deyilir:  “Yenə  Allah  onlarla  bağlı  bu  cür  dedi: 
“De: Allaha və Onun  ayələrinə və peyğəmbərinə istehzamı edirdiniz?”
102
 
İbn  Əbdülvəhhab  deyir  ki;  “Allahın  iman  etdikdən  sonra  küfrə 
döndüklərini  açıqladığı  insanlar  Təbuk  döyüşündə  Allahın  elçisi  (s.ə.s.) 
ilə  bərabər  idilər.  Zikr  etdikləri  kəlməni  zarafat  üçün  söylədiklərini 
bildirdilər!  Onların  sözlərindəki  bu  şübhəni  düşün.  Allahın  birliyinə 
şəhadət  etdikdən,  namaz  qıldıqdan  və  oruc  tutduqdan  sonra 
müsəlmanları  təkfir  etdilər.  Sonra  onun  cavabını  düşün.  O  bu  qeyd 
etdiklərimizin ən faydalısıdır”. 
Birincisi,  münafiqlər  zarafat  etdiklərini  zənn  etdilər:  “Biz 
zarafatlaşıb,  əylənirdik”.  Ancaq  ən  sağlam  tarixi  qaynaqlarda  qeyd  olunur 
ki,  münafiqlər  Allaha,  mələklərinə,  kitablarına  və  elçilərinə  lağ  edirdilər. 
Peyğəmbərə  (s.ə.s)  də  istehza  edirdilər.  Hətta,  bununla  da 
kifayətlənməyərək,  şəriətin  özünə  lağ  edirdilər.  Bu  əməllər  həqiqətən  də 
küfrdür. 
                                                 
101
 “Tövbə” surəsi, 74. 
102
 “Tövbə” surəsi, 65. 

 
 
75 
 
İkincisi;  İbn  Əbdülvəhhab  niyə  onları  təsdiq  edir?  Bunu  zarafat 
olaraq etdiklərini zənn edirdisə, niyə onları təsdiq edir? Sübhanallah, Allah 
onları kitabında təkzib edərək onları “Allah, ayələri, elçiləri ilə lağ edənlər” 
adlandırmışdır.  Allahın  Elçisi  (s.ə.s)  də  onlara  yalançı  demiş  və 
üzrxahlıqlarını  qəbul  etməmişdi.  Çünki  onların  üzrxahlıqlarının  yalan 
olduğuna,  zarafat  və  oyun  kimi  etmədiklərinə  dair  Allahdan  ona  xəbər 
gəlmişdi.  İbn  Əbdülvəhhab  isə  Allahın  və  Elçisinin  (s.ə.s)  yalan  çıxardığı 
sözləri  qəbul  edir.  Onların  bu  sözü  zarafat  olaraq  dediklərini  bildirir  və 
zarafat  edərək  lağ  edənin  küfrə  girəcəyinə  dair  dəlil  gətirir!  Onların  sözü 
İbn  Əbdülvəhhaba  görə  doğru,  Allahın  (c.c)  və  Elçisinin  (s.ə.s)  onları 
yalançı  adlandırması  isə  mötəbər  olmadı.  Bax  beləcə,    münafiqlərin 
yalanının  müsəlmanları  təkfir  etməyə  necə  dəlil  olduğunu  siz  də 
görürsünüz?! 
 
XXIX 
Səhifə  əlli  üçdə  qeyd  edilir:  “Səhabələrdən  bir  qrupunun  sözü  - 
“Bizə zati-ənvat
103
 təyin et”. 
Bunu  söyləyənlər  şəriət  bilən  əshabdan  deyildi.  Onlar  sələfilərin 
müdafiə etdikləri sərbəst buraxılmışlardan (tüləqa) idilər. Hüneyn günü bu 
sözü  deyənlər  hələ  küfr  və  cahiliyyə  dönəmindən  yeni  ayrılaraq  İslamı 
qəbul etmişdilər. 
Kitabın  bu  fikirdən  sonrakı  hissəsində  cəmiyyətdə  batil  etiqadlara 
inanan  insanların  olduğuna  dair  dəlil  vardır.  Bu  Peyğəmbərin  (s.ə.s) 
cəmiyyəti idi və orada sərbəst gəzənlər kimi müxtəlif etiqada sahib olanlar 
da  vardır.  Buna  görə,  Allahın  Elçisi  (s.ə.s)  onları  rəhmətə  və  irşada  dəvət 
edirdi, cahilliyinə görə onları təkfir etmirdi. 
                                                 
103
Müsəlmanlar Hüneyn döyüşündən qayıdartkən  yolda kafirlərin Zati-ənvat adlandırdıqları ağaca rast 
gəlmişdilər. Kafirlər səhrada olarkən adətən silahlarını onun budaqlarından asıb, kölgəsi altında istirahət 
edirdilər. Səhabələrdən bir neçəsi Peyğəmbərin  (s.a.s)  yanına  gəlib deyir: Ya Rəsuləllah! Müşriklərdə 
olduğu kimi, bizim üçün də bu səhrada Zati-ənvat təyin et. Peyğəmbər (s.a.s) onların bu xahişindən bir 
qədər narahat olub buyurdu: Həmd olsun pak olan Allaha! Siz də məndən Musanın (ə) əshabının ondan 
istədikləri şeyi tələb edirsiniz. Onlar Musaya (ə) dedilər:  “Ya Musa! Bizə onların sitayiş etdikləri bütlər 
kimi bir büt düzəlt!” ! Sonra Peyğəmbər (s.a.s) buyurdu: And olsun Allaha! Keçmiş ümmətlərin yolunu 
gedirsiniz (Tirmizi, Fitən: 2181). 

 
 
76 
 
XXX 
Altmış  üçüncü  səhifədə  deyilir:  “Məxluqdan  güclərinin  çatdığı 
mövzuda kömək istəməyi inkar etmirik. Belə ki, Allah Musa qissəsində bu 
cür  dedi:  “(Musanın)  adamlarından  olan  kəs  düşməninə  qarşı  ondan 
imdad  istədi”.
104
İnsan  savaş  və  digər  hallarda  başqasından  (məxluqun 
bunu etməyə qüdrəti varsa) kömək istəyə bilər. Biz övliyanın qəbirlərinin 
yanında, ya da onlardan kənarda ibadət edərək kömək istəməyi (bu işlər 
ancaq  Allahın  qüdrətindədir)  inkar  edirik.  Onların  qiyamət  günündə 
Allaha  dua  etmələrini  istəyərək,  nəbilərdən  kömək  diləmək  dünyada  da, 
axirətdə  də  caizdir.  Bu  bir  övliyanın  yanına  gedib,  onunla  oturub, 
kəlamını dinlədikdən sonra bu cür deməyə bənzəyir: Mənim üçün Allaha 
dua  et.  Belə  ki,  səhabələr  də  Allahın  elçisi  (s.ə.s)  həyatda  ikən  ondan 
bunu istəmişdilər. Amma öldükdən sonra yox!” 
Qəbrinin  yanında  Peyğəmbərdən  (s.ə.s)  kömək  istəməyin  caizliyi 
mövzusunda fikir bildirənin halı ilə bağlı nə düşünürsüz?! Çünki o qəbrində 
canlıdır. 
Başqa  birisi  gələrək  İbn  Əbdülvəhhaba  belə  deyə  bilər:  “Niyə 
kiminsə övliya yanına gedib, özü üçün Allaha dua etməsini istəməsini caiz 
gördün?  Niyə  ona  birbaşa  Allaha  dua  etməsini  əmr  etmədin?  Sənin 
nəsihətində  kafirlərin  əməlinə  bənzərlik  (Allahla  özləri  arasında  bir  vasitə 
qurdular) yoxdurmu? Allah bu cür demədimi- “ Mən (onlara) yaxınam. Dua 
edib Məni çağıranın duasını qəbul edərəm”
105

Eyni  zamanda,  digər  düşmənlərindən  və  ya  tərəfdarlarının 
radikallarından  birisi  də  gəlib  onun  fətvasını  daraldar  və  onun  əleyhinə 
(onun  başqalarının  fikirlərini  daraldıb  təkfir  etdiyi  kimi)  küfr  hökmünü 
verər.  Bu  sözlərdən  biri  yuxarıda  keçdi.  Ona  bu  cür  deyə  bilər:  “Nəbinin 
(s.ə.s)  özünəməxsusluğu  vardı.  Allah  münafiqlərə  bağışlanmalarını 
istəsinlər  deyə,  onun  yanına  gəlmələrini  əmr  etdi.  Çünki  onların  yanına 
gəlmələri tövbə etdiklərinin zahiri dəlilidir. Ancaq sən hansı dəlillə övliyanı 
bu nəbəvi xüsusiyyətin içinə qatdın və insanın onun yanına gəlib, özü üçün 
                                                 
104
 “Qasas” surəsi, 15. 
105
 “Bəqərə” surəsi, 186. 

 
 
77 
 
dua  tələb  etməsini  caiz  gördün?  Allah  buna  kitabında  izin  verdimi? 
Səhabədən, ya da övliya sələfdən belə bir dəlil vardırmı? Əgər bu məqbul 
olsaydı,  bizə  nəql  olunardı.  Çünki  bu  cür  mövzular  böyük  istəklə  nəql 
olunur.  Sonra  niyə  dua  tələbini  övliya  ilə  (onunla  oturması  və  sözlərini 
dinləməsi  lazım  olduğu)  məhdudlaşdırırsınız?  Bununla  birisinin  başqa 
insana özü üçün Allaha dua və vəsiyyət etməsi arasında nə fərq var?” 
Nəticədə, İbn Əbdülvəhhabın metoduna düşmən gözüylə yanaşan və 
ona  müxalif  olanlar  onu  bu  sözlərinə  görə  küfrlə  ittiham  edə  bilər.  Əgər 
üzürxahlıq etsə, başqası da onun kimi üzrünü bəyan edə bilməlidir. 
Bütün  bunlarla  yanaşı,  biz  Allaha  ixlaslı  ibadətə  dəvət  edirik.  Bu 
ixlasa  xələl  gətirən  şübhələri  tərk  etməyə  və  təkfir  mövzusunda  ifratdan 
uzaqlaşmağa çağırırıq.  
 
XXXI 
İbn  Əbdülvəhhab  altmış  altıncı  səhifədə  mühüm  bir  məsələyə 
toxunaraq, mövzunu bağlayır: “Mütləq tövhid qəlblə, dillə və əməllə olur. 
Bunlardan biri əskik olarsa,həmin şəxs müsəlman olmaz!” 
Bu  həqiqəti  və  İbn  Əbdülvəhhabın  sadaladığı  bağlılıqları  bilməyən 
digər müsəlmanların təkfirinə zəmin hazırlamaqdır. Bununla da, vəhhabilər 
hər  daxil  olduqları,  yaşadıqları  diyarlarda  insanların  əqidələrini  və 
əməllərini  “qiymətləndirməyə”  başladılar.  İbn  Əbdülvəhhabın  sadaladığı 
məqamlara  bütövlükdə  əməl  etməyənlərin  xəta  etdiklərini  görən  kimi 
onlarla  döyüşməyi  halal  hesab  etdilər.  Çünki  vəhhabilərə  görə  onlar 
müsəlman deyillər! 
İbn Əbdülvəhhab iman məsələsində əməli vacib hesab edərək, bunun 
tərk  olunmasını  küfr  əlaməti  hesab  edirdi!  Buna  görə  qəlb  və  dililə  iman 
edən,  lakin  əməldə  günaha  yol  verən  birisi  asanlıqla  təkfir  oluna  bilərmi? 
Təsadüfi deyil ki, İbn Əbdülvəhhabın düşmənləri bu və oxşar dəlillərə görə 
onu günahkarları təkfir edən xariciliklə (xavaric) ittiham etmişlər.  
 Əksiklik  mövzusu  günahın  növünə  görə  dəyişir.  Qəlbdəki  naqislik 
dünya  hökmlərinə  təsir  etməz.  Allahın  Elçisi  (s.ə.s)  münafiqlərin  zahirdə 
İslam  üzərinə  (qəlblərindəki  əksikliyi  Allahın  ona  bildirməsinə 
baxmayaraq)  olduqları  hökmünü  vermişdi.  Ancaq  İbn  Əbdülvəhhab 

 
 
78 
 
müsəlmanın  İslamı  izhar  etməsini,  şəhadət  gətirməsini,  namaz  qılmasını, 
oruc  tutmasını,  zəkat  verməsini,  həccə  getməsini  kifayət  görmür.  Namaz 
qılan,  oruc  tutan,  həccə  gedən,  sədəqə  verən,  şəhadət  gətirən  insanları 
öldürdüyünü açıqlayır! 
Ümumiyyətlə,  əməlin  naqisliyi  nədir?  Şərab  içmək,  oğurluq  etmək 
və  digər  böyük  günahlar  əməlin  əksikliyidirmi?  O  zaman  niyə  xaricilərin 
günahkarları təkfir etməsini inkar edirik? Yaxud niyə mötəzilə və zeydiləri 
“böyük günah işləyənlər Cəhənnəmdə əbədi qalacaq, ya da iki yer arasında 
olacaq”  sözlərindən  ötrü  inkar  edirik?  Niyə  digərlərini  təkfir  mövzusunu 
daha da genişlətdiyi və sağlamlaşdırdıqları üçün inkar edirik?  
 
XXXII 
Yetmişinci  səhifədə  deyilir:  “Sadəcə  məcburiyyət  qarşısında 
qalanlar küfrdə istisnadır”. 
Bu  məhdudlaşdırma  haqqında  bir  görüş  vardır.  Məcbur  qalanı, 
qorxanı,  təvil  edəni  (izah  edəni),  cahili  təkfir  etmək  caiz  deyildir.  Bu  İbn 
Əbdülvəhhabın bir çox ehkam məsələlərinə dəyər vermədiyinə dəlalət edir. 
Çünki  təkfirə  mane  olan  ən  bariz  iki  şeydən  -  təvil  və  cəhalətdən  bəhs 
etməmişdir.    Allahın  ayədə  “sadəcə  məcbur  ediləni”  istisna  göstərməsini 
dəlil  kimi  qəbul  etmək  olar.  Amma,  digər  ayələrdə  və  səhih  hədislərdə 
məcburiyyət qarşısında qalmadan başqa da üzrlü hesab edilənlər var.
106
 
Bu,  İbn  Əbdülvəhhabın  metodunun  qüsurlarındandır.  O,  yalnız  bir 
ayə və ya bir hədisə əsaslanır və digərlərini tərk edir. Bu elmi əksiklikdir. 
Çünki  bu  metodla  cahil  birisi  Quran  ayəsinə  isnad  edib,  Allahın  sadəcə 
dörd şeyi haram etdiyini söyləyə bilər: “Allah sizə ancaq ölü heyvanı, qanı, 
donuz  ətini  və  Allahdan  başqasının  adına  kəsilənləri  haram 
buyurmuşdur”
107
. Burada şərab, oğurluq və zina kimi digər əməllər yoxdur, 
deyə bilər. Bu dediyində  Allahın digər  nəsslərdə şərabı, oğurluğu, zina və 
                                                 
106
 Bu  maneələr  və  dəlilləri  “Təkfir  və  təfcir,  əsbab  və  hulul”  kitabında  geniş  şəkildə  açıqlamışam.  O, 
daha öncə üç məqalə şəklində “Risalətu ilə əxi Abdil-Əziz əl-Musəm” adı ilə nəşrə hazırladım. 1417-ci 
ilin başında Riyad mətbəəsinə göndərdim, ancaq kitab indiyədək çap olunmayıb. 
107
 “Nəhl” surəsi, 115. 

 
 
79 
 
digərlərini  haram  buyurduğunu  və  yuxarıda  keçənlərin  yeməklərə  aid 
ayələr olduğunu unudur. 
* * * 
“Kəşfüş-Şübuhat” əsərinin ən açıq tərəflərinin dəyərləndirilməsi sona 
çatdı.  Bu  kitab  İbn  Əbdülvəhhabın  yazdığı  ən  sanballı,  məşhur  kiçik 
risaləsinin təməl, tərəfdarlarının əsərləri içində ən çox qürur duyduğu (biri 
digərindən  daha  açıq)  müşahidələridir.  Onun  təkfir  mövzusunda  zahiri 
ifrata  getdiyi  zənn  edilən  mövzular  açıqlandı.  Biz  sadəcə  İbn 
Əbdülvəhhabın  xəta  etdiyini  söyləyir  və  bununla  kifayətlənirik. 
Düşmənlərinin  və  tərəfdarlarının  ifratından  uzaq  dururuq.  Çünki  şəri 
baxımdan  da  İbn  Əbdülvəhhabın  İslam  mövzusunda  yol  verdiyi  xətaları  
gizlətmək caiz deyildir.  
Təkfirin  əleyhində  şəri  nəsslərin  dəlil  olduğunu  zənn  edirik.  O, 
Allahın  dinidir.  İbn  Əbdülvəhhabı  haqlı  çıxarmaq  və  İslama  laqeyd 
yanaşmaq xətadır. Bu məsələdə birbaşa dinə  xəyanət vardır. Din  hər  şeyin 
fövqündə  (alimlərin,  hakimlərin  və  digər  sevdiklərimizin)  durmalıdır.  Din 
heç kimin inhisarında deyil. Burada (dini mətnlərdə) sadəcə bir oxuma tərzi 
yoxdur. Bütün nəssləri anlamaq və düzəltmədə ittifaq mövcud deyil. Ancaq 
kim  özünün  müsəlman  olduğunu  deyirsə,  münafiq  və  yalançı  olsa  belə, 
qanı,  malı  və  namusu  haramdır  və  haqları  qorunmalıdır.  İslama  həqiqətən 
bağlı  olan,  əsaslarını  yerinə  yetirən,  böyük  günahlardan  uzaq  duranın 
vəziyyəti  necə  olar?  Dəlili  səhv  anlamanın  nəticəsində  və  ya  uydurma 
dəlillə belələrini kafirlərlə eyni gördük. Bu təhlükəli bir işdir. Onun bəhrəsi 
və nəticələri çox pisdir. Kimisə küfrdə ittiham edə bilmək üçün buna səbəb 
ola  biləcək  əməlin  və  ya  sözün  hərtərəfli  araşdırılması  lazımdır.  Allahdan 
çəkinməyimiz  lazımdır.  Əgər  biz  onu  gözəlləşdirsək,  dinimiz  boşa  gedər. 
Bu nəsihət və boşluğu doldurmaqdır. Bununla kimsəni ucaltmaq, ya da yer 
üzündə fəsad çıxarmaq istəmirəm. Allah bütün niyyətləri bilir. 
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin