Həsən ibn Fərhan əl-Maliki


VIII  On  ikinci  səhifədə  deyir:  “Heyrət,  müsəlman  olduqlarını  iddia



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   2   3   4   5   6   7   8   9   ...   18

VIII 
On  ikinci  səhifədə  deyir:  “Heyrət,  müsəlman  olduqlarını  iddia 
edənlər  cahil  kafirlərin  bildiyi  qədər  belə,  bu  kəlmənin  mənasını 
bilmirlər.  Zənn  edirlər  ki,  bu  (mənalarını  qəlbən  təsdiq  etsələr  belə) 
sadəcə kəlimələri tələffüzdən ibarətdir?!”. 
İbn  Əbdülvəhhabın  söylədikləri  doğru  deyil.  Kəlimeyi-tövhidin 
sadəcə dil ilə söylənməsinin qəlb ilə imanına dəlil olmadan yetərli olacağını 
iddia edən müsəlman yoxdur. 
Müsəlmanların  hamısı  alim  və  ya  cahil  olmasından  asılı  olmayaraq 
inanmadığını  söyləyən  “müsəlman”-ı  qəbul  etmirlər.  Hətta  sadə 
müsəlmanlar  bu  davranışı  nifaq  adlandırır,  sözü  ilə  əməli  uyğun 
gəlməyənləri qınayırlar. Kafirlər belə edənləri pisləyirlər. 
Necə  olur  ki,  İbn  Əbdülvəhhab  öz  dövrünün  müsəlmanlarının  buna 
rəvac  verdiklərini  zənn  edir?!  Allah  birdir  deyib,  başqasına  tapınır, 
“Məhəmməd Onun elçisidir deyib”,- yalanmı söyləyirik?! 

 
 
50 
 
İbn  Əbdülvəhhabın  dövründəki  müsəlmanlar  bu  günün  İslam 
ölkələrindəki  müsəlmanlar  kimidir.  Bu  gün  bu  cür  deməyimiz  caizdirmi: 
“Onlar  sadəcə  şəhadəti  dillərində  deyirlər.  Bunun  xilafına  inanmaq  bizi 
xilas edəcək”. 
Bəli,  onların  kömək,  şəfaət,  təvəssül  istəmək  və  oxşar  mövzularda 
dəlilləri  vardır.  Bizə  görə  də  bu  xətadır,  bu  mövzuda  İbn  Əbdülvəhhabla 
eyni  fikirdəyik.  Ancaq  onların  da  dəlilləri  vardır.  Bunun  şəhadətə  zidd 
olduğunu  düşünmürlər.  Onların  bununla  bağlı  vəhhabilərin  müsəlmanları 
təkfir  etmə  şübhələri  və  izahlarından  heç  də  az  olmayan  əsərləri,  dəlilləri, 
şübhələri,  təfsirləri  vardır.  Lakin  İbn  Əbdülvəhhab  hər  iki  tərəfi  Qüreyş 
kafirlərindən daha çox küfrdə olduqlarını söyləyir
76

 
IX
 
On  üçüncü  səhifədə  deyilir:  “Onlardan  ağıllı  olanlar  (yəni 
müsəlman üləmadan İslama dəvət edənlər) zənn edirlər ki, onun mənası 
Allahdan  başqa  ruzi  verənin  və  yaradanın  olmamasıdır!  Sonra  insanın 
belini  qıran  bir  şeyin  arxasına  düşərlər.  “Lə  iləhə  illallah”-ın  mənasını 
cahil kafirlər qədər belə anlamayan şəxsdə xeyir yoxdur?!”. 
İbn  Əbdülvəhhabın  dövründəki  müsəlman  alimlərinin  kəlimeyi-
şəhadəti onun qeyd etdiyi şəkildə açıqlamadıqlarını yuxarıda qeyd etmişik. 
Onlar  Allahdan  başqasına  ibadət  edilməsini  caiz  görməmişlər.  İbadətin 
yalnız Allaha ediləcəyinə dair Quranın əmri vardır. Bəli, onların izahlarına 
görə  təbərrük  və  təvəssül  kəlimeyi-şəhadətə  zidd  deyil.  Amma  bu  başqa 
məsələdir. 
Ancaq  bir  alim  iddia  etsə  ki,  kəlimeyi-tövhidin  mənası  Allahdan 
başqa  yaradıcı  və  ruzi  verənin  olmamasıdır  və  Allahdan  başqasına  ibadət 
etmək  caizdir  (aqil  və  alim  birinin  belə  bir  şey  iddia  edəcəyini  ehtimal 
etmirəm) o zaman dəlil və sübut  gətirməlidir. 
                                                 
76
Sələfi  vəhhabilərin  ifratçılarının  xətalarında  israr  etdikləri  kimi,  digərləri  də  xətalı  və  üzrlü  etiqadi 
şərhlərində israr edirlər. Sufilər və şiələr nəsihət edənləri vəhhabilərin lehinə çalışmaqda ittiham etdilər. 
Eyni  zamanda,  vəhhabilər  də  nəsihət  edənləri  qəbrə  ibadət  etməkdə,  şiələr  və  sufilərə  çalışmaqda, 
böyük şirkdə ittiham etdilər. Komplo nəzəriyyələri  və şübhələr söhbətlərimizə sirayət  etməkdə davam 
etdi. Bu ifratçılıq hələ də aktuallığını qorumaqdadır.   

 
 
51 
 
X
 
On  beşinci  və  on  altıncı  səhifədə  tövhidin  düşmənlərinin  elm,  dəlil 
və fəsahətə sahib olduqlarını bildirir. Bu, onun sözüdür. Çünki o, dövrünün 
Nəcd, Hicaz və Şamdakı (ona qarşı olan) alimlərindən bəhs edir.
77
 Bundan 
öncə  onların  kəliməyi-şəhadəti  bilmədiklərini  deyirdi,  indi  isə  elm  və 
fəsahət sahibi olduqlarından bəhs edir! 
 
XI 
On  yeddinci  səhifədə  belə  qeyd  edir:  “Muvahhidlərdən  olan  bir 
avam, bu müşrik alimlərdən mininə üstün gələ bilər!”  
Bu,  alimlərin  böyük  çoxuna  açıq  küfr  ittihamıdır.  Bir  ölkədə  bu 
qədər  çox  (min  nəfər)  kafir  alimin  olması  mümkün  deyil.  İbn 
Əbdülvəhhabın  təkfir  etdikləri  ona  tabe  olmayanlardır.  Bunu  bilmək 
vacibdir.  O  və  tərəfdarları  deyirlər  ki,  “biz  əsla  müsəlmanları  təkfir 
etmirik”.  Lakin  bu  ümumi  bir  ifadədir.  Problem  ondadır  ki,  onların 
müsəlman  saydıqlarını  digərləri  qəbul  etməzlər.  İbn  Əbdülvəhhaba  görə, 
müsəlman  ona  tabe  olandır.  Bunun  bir  sıra  şərtləri  vardır.  Avamdan  öncə 
alimlər bu şərtlərə qarşı çıxdılar. Ona görə küfrdən çıxmaq üçün kəliməyi-
şəhadət  gətirmək  kifayət  deyil.  Eyni  zamanda,  şərtlərin  bəzilərini  bilib, 
digərlərini  bilməmək  bunun  üçün  kifayət  etməz.  Bəzi  şərtlər  də 
açıqlanmalıdır.  Təbii  ki,  İbn  Əbdülvəhhabın  təqlid  edilməsi  şərtiylə.  Bu 
şərtlər, detallar və açıqlamalar sadəcə onu və tərəfdarlarını təqlid edənlərin 
fikirlərinə uyğun gəlir. Daha sonra bunları nümunələrlə qeyd edəcəyik.  
 
XII 
On doqquzuncu səhifədə deyilir: Sənə dövrümüzdəki müşriklərin bizə 
qarşı göstərdikləri dəlillərə Allahın necə cavab verdiyini qeyd edirəm!”. 
Mən də deyirəm ki, elm və fəsahətlə kitab və sünnənin dəlillərinə baş 
vuran bu müşriklər kimdir görəsən?! Onunla ixtilaf edən küfr mövzusunda 
qarşı çıxan alim və avamdan olanlar deyildilərmi? 
                                                 
77
 İxtilafının avam ilə deyil alim və fəqihlərlə olduğunu dəfələrlə təkrar edir. 
 

 
 
52 
 
Şübhəsiz  burada  onun  dəvətə,  tövhidə,  İslama  düşmən  gördüyü 
müxaliflərinə qarşı açıq təkfir ittihamı var! Bu zülmdür. Çünki kafirlərə və 
müşriklərə  deyil,  müsəlmanlara  cavab  verirdi.  Onun  risalələrində  və 
kitablarında  müşriklər  və  kafirlərə  müraciət  yoxdur.  Orada  İbn  Firuz, 
Mərbəd  Təmimi,  Süleyman  və  Abdullah  İbn  Süheym,  Abdullah  ibn 
Əbdüllətif,  Məhəmməd  ibn  Süleyman  əl-Mədəni,  Abdullah  ibn  Davud 
Zübeyri,  Həddad  əl-Hadrami,  Süleyman  ibn  Əbdülvəhhab,  İbn  Əfaliq,  əl-
Qadi Talib əl-Humeydi, Əhməd ibn Yəhya, Salih ibn Abdullah, İbn Mütləq 
və  dövrünün  digər  müsəlman  alimlərini  “çağının  müşrikləri”,-deyə 
adlandırmışdır. 
İbn  Əbdülvəhhabdan  sonra  da  vəhhabi  dəvət  alimləri  təkfir  və  bidət 
mözularını  davam  etdirdilər.  İbn  Sülum,  Osman  ibn  Sind,  İbn  Mənsur,  İbn 
Hamid, Əhməd ibn Dəhlan əl-Məkki, Davud ibn Cərcis kimi İkinci Səudiyyə 
dövləti zamanındakı müsəlman alimlərindən bir qismini də təkfir etdilər.  
Hicri  on  dördüncü  əsrdə  vəhhabilərin  Kövsəri,  Əbu  Ğuddə, 
Məhəmməd Hüseyin Fəzlullah, Dəcvi, Şəltut, Əbu Zəhra, Qəzzali, Qardavi, 
Tantavi,  Buti,  Abdullah  və  Əhməd  Ğımarilər,  Həbib  Rəhman  əl-Əzəmi, 
Kubeysi,  Əbdülqidir  Beyhini,  Əbdürrəhim  ət-Tahhan  və  digər  müasir 
üləmaya  (bizim  xəta  etdiyimiz  kimi,  onlar  da  xəta  edə  bilərdilər)  qarşı 
bidət
78
 və  küfr  ittihamlarını  irəli  sürdülər.  Onlarla  bağlı  zamanımızın 
müşrikləri deməyi bacara bildik!  
Təəssüflər  olsun  ki,  başqalarına  qarşı  təkfir  və  bidət  ittihamlarımızı 
ancaq  hakimiyyət  və  acizilk  durdurur.  Onlar  da  olmasalar  küfr  və  bidətlə 
damğalamadığımız    bir  nəfər  belə  qalmazdı.  Lakin  bizi  təkfir  və  bidətlə 
ittiham  etmək  hakimiyyət  nümayəndələrinin  yox,  alimlərin  çəkindirməsi 
lazımdır.  Bunu  da  aciz  olduqları  bir  dövrdə  (qorxudan)  deyil,  bütün 
dövrlərdə  müdafiə  etməldirlər.  Alim  və  elm  tələbəsi  müsəlman  haqlarını 
bilən  ilk  insan  olmalıdır.  Peyğəmbərin  (s.ə.s)  Vida  həccindəki  vəsiyyətini 
yerinə  yetirməlidirlər.  “Sizin  qanlarınız,  mallarınız,  namusunuz  bu 
günün,  bu  diyarın,  bu  ayın  haram  olduğu  kimi  sizə  haramdır.”    Bu, 
                                                 
78
 Onları  təkfir  və  bidətlə  ittiham  etdiklərini  deyirəm.  Çünki,  bəzi  vəhhabilər  onları  təkfir  etdilər.  Bir 
qismi isə bidətlə kifayətləndilər. Nəticə etibarı ilə ikisi də eynidir. Çünki onlara görə bidətçi atəş əhli və 
həlak olan firqədəndir! Onlar tövbəyə məcbur edildikdən sonra öldürülür.
 

 
 
53 
 
Məhəmməd peyğəmbərin (s.ə.s) yüz mindən çox müsəlmana elan etdiyi son 
vəsiyyətidir. Bu sözləri idarəçilər deyil, məhz alimlər gözəl bilirlər. Alimlər 
idarəçilərdən  daha  çox  onu  ləfzlərı  və  isnadları  ilə  bilərlər.  Peyğəmbərin 
(s.ə.s)  bu  böyük  vəsiyyətini  qorumaq  və  ona  əməl  etmək  ilk  növbədə 
onların işidir. 
 
XIII 
İbn Əbdülvəhhab on ikinci səhifədə deyir: “Ey müşrik!! Qurandan 
və  peyğəmbərin  hədislərindən  mənə  qarşı  önə  sürdüyün  şeylərin 
mənalarını anlamıram…"!!  
Deyirəm: Əcaba İbn Əbdülvəhhab və tərəfdarları əleyhinə Quran və 
sünnədən dəlil gətirən bu müşrik kimdir? Bu hansı ağıllı müşrikdür belə?! 
 
XIV 
İyirmi  üçüncü  səhifədə  deyilir:  “Allahın  düşmənlərinin  də  insanları 
əngəlləyəcək  çoxlu  etirafları  vardır.  Onlar  deyirlər:  Biz  Allaha  şirk 
qoşmarıq,  əksinə  Ondan  başqa  yaradıcı,  ruzi,  fayda  və  zərər  verici  yoxdur. 
Məhəmmədin (s.ə.s) də özünə nə faydası, nə də zərəri yoxdur. Əbdülqadir və 
digərlərinin  də  vəziyyəti  bu  cürdür.  Lakin  mən  günahkaram,  övliyanın  isə 
Allah  qatında  üstünlükləri  vardır.  Mən  Allahdan  onların  hörmətinə 
istəyirəm.  Bunun  cavabını  da  öncə  söylədiyimiz  şəkildə  ver  :  Rəsulullahın 
(s.ə.s) savaşdığı insanlar da sizin dediyinizi qəbul edirdilər. Bütlərin əslində 
heç bir şeyə qüdrətlərinin çatmadığını, ancaq onlar vasitəsilə şan və şəfaətə 
nail olacaqlarını umurdular”.  
Bu,  İbn  Əbdülvəhhabın  yuxarıdakı  fikirləri  işlədənləri  təkfir 
etdiyinin  və  onlarla  döyüşməyi  vacib  saydığının  dəlilidir.  Onları  Qüreyş 
kafirlərinin şirki kimi böyük şirkdə olan müşriklərdən qəbul edirdi. Bu küfr 
ittihamının özüdür ki, var. Ən böyük özəllikləri sadəcə bidətçi olmalarıdır. 
Bidətçinin  isə  öldürülməsi  bir  tərəfə,  təkfir  edilməsi  belə  caiz  deyildir. 

 
 
54 
 
Tarix  boyunca  bütün  bidətçilər  sırf  siyasi  şəraitə  görə  öldürülüblər. 
Tarixdən xəbərdar olan hər kəs bunu bilir
79

 
XV 
İyirmi dördüncü səhifədə belə deyilir: “O (İbn Əbdülvəhhabın üslubuna 
qarşı  çıxan  şəxs),  əgər  desə  ki,  kafirlər  “Rübubiyyətin  tamamən  Allaha  aid 
olduğuna”  şahidlik  edirlər  və onlar bununla  sadəcə  şəfaəti nəzərdə  tuturlar. 
Lakin    bununla  öz  əməlləri  ilə  onların  əməlləri  arasındakı  fərqi  qeyd  etmək 
istəyirlər,  onda  ona  deki,  kafirlər  də  müxtəlif  olurlar.  Onlardan  bəziləri 
bütlərdən, bəziləri isə övliyadan mədəd umurlar
80

Kafirlər  nə  rübubiyyətin  bir  qisminə,  nə  də  bütünlükdə  üluhiyyətə 
inanırdılar.  Bütlərdən  sadəcə  şəfaət  istəmirdilər,  eyni  zamanda  birbaşa 
onlara  ibadət  edirdilər.  Rübubiyyətin  bir  qisminə  inanmaları  etiqadi 
baxımdan bir inanma deyil, ayrı-seçkilik üçün idi. Bu sadəcə onlardan bir 
hissəsinin sözüdür. Çünki onların bir qısminin zamana inandığını, öldükdən 
sonra dirilməyə isə inanmadıqlarını bilirik.  
Müsəlmanlara  gəlincə,  onlar  Allahdan  başqa  digərləri  səcdə 
etməzlər.  Allahdan  başqasına  ibadət  etməzlər.  Bəziləri  cahilliklərindən  və 
ya dəlillərə isnad edərək ölü və canlı övliyaya təvəssül etmək və onlardan 
Allah qatında şəfaət diləməyi caiz görürlər. Onların xatirinə Allahdan nəsə 
istəyirlər.  Dualarının  yalnız  Allahın  izniylə  (Allahın  iradəsindən  kənar 
olaraq  deyil)  qəbul  olunacağına  inanırlar.  Bu  isə  kafirlərin  etdiklərindən 
çox fərqlidir.  
Nəticədə  kafirlərlə  öz  dövrünün  müsəlmanları  arasındakı  bənzərlik 
(bunu  qəbul  etsək  belə)  xaricilərlə  İbn  Əbdülvəhhabın  tərəfdarları 
arasındakı bənzərlikdən daha azdır. Onlar arasındakı təkfir mövzusunda və 
günahsız  insanların  qanını  axıtmağı  halal  bilmək  məsələsindəki  oxşarlıq 
daha böyük və daha açıqdır.  
                                                 
79
Bu mövzuya “Əqaid” kitabında geniş şəkildə toxunmuşuq. Xalid Qəsri, Həccac və digərlərinin Kəbəni 
yandırarkən və övliyanı öldürərkən bunu din üçün etdiklərini zənn etməyin!  
80
 Təkfiri  tamamən  öyrənən  tərəfdarlarından  olan  oxucuya  xitab  edir.  Əgər  onlar  İbn  Əbdülvəhhaba 
təqlid  etmiş  olsalardı,  onlardan  kimsə  ona  qarşı  çıxmağa  cəsarət  edə  bilərdimi?  Həm  də  vəhhabilik 
mühitində? Elm əhlinin çoxunun təqlidçi olduqlarını zənn etmirəm.  

 
 
55 
 
Xaricilərin Əlinin  (r.a) əleyhindəki dəlilləri  vəhhabilərin müxalifləri 
əleyhində gətirdikləri dəlillərə yaxındır. Xaricilər bütün hökmün Allaha aid 
olduğunu  deyirdilər  (Hökm  ancaq  Allahındır!).  Bu,  haqq  bir  kəlmədir, 
amma  batil  nəzərdə  tutulur.  Vəhhabilər  də  onlar  kimi  bu  cür  zənnə 
qapıldılar  (Allahdan  başqası  üçün  qurban  kəsilməz,  Allahdan  başqasıyla 
təvəssül  olunmaz,  Allahdan  başqasından  kömək  istənilməz  və  s.).  Bu 
düşüncənin  əsli  haqdır.  Lakin  bəzən  əməldə  görünən  hərəkətlər  bu 
mütləqlikdən  kənara  çıxır.  Ən  azından  keçmiş  ümumi  hökmlərdə  xətalı 
təcrübələr baş verir. Bəziləri da bunu ya cəhalətdən, ya da təvil etdiklərinə 
görə edirlər. Bu təcrübələr təkfirə mane olacaq halların və dəlillərin ortadan 
qalxmadığı təqdirdə sahibini küfrə salmaz.  
İnancına  davam  etdiyi  müddətcə  cahil  və  təvil  edənə  qarşı  heç  bir 
dəlil  gətirilməz.  Çünki  o,  müsəlman  olduğunu  qəbul  edir.  İslamın 
vacibatlarına,  namaz,  valideynlərə  xoş  davranma,  zəkat  vermə,  ramazan 
orucunu  tutma  və  ya  zülmün  haram  olması,  yalan  danışma,  aldatma, 
Allahın  haram  qıldığı  cana  qıyma  və  s.  əsasların  hamısını  qətiyyən  inkar 
etmirlər.  Açıq  şəkildə  fərdi  olaraq  dindən  dönən  şəxsin  öldürülməsinin 
vacibliyi  məsələsində  belə  alimlər  ittifaq  etməmişlər.  Bu  mövzudakı 
hədislər  sənəd  baxımından  zəifdir.  Peyğəmbərin  (s.ə.s)  bu  məsələdəki 
mövqeyi  İbn  Əbdülvəhhabın  görüşlərinin  əksinədir  və  onun  görüşünün 
yanlışlıq ehtimalının daha çox olmasına baxmayaraq, onun belə düşünməsi 
anlaşılan  deyil.  Bu  məsələdə  onu  təqlid  edənlər  xaric,  öncəki  alimlər  və 
onları  izləyənlər  onunla  fikir  ayrılığındadır.  Bidət  məsələsində  Ərəb 
yarımadasını “küfr diyarı” və “İslam diyarı”na ayırmaq kimi düşüncələr də 
onların  arasındakı  fikir  ayrılıqlarındandır.  Bu  məsələyə  təkfir  mövzusuna 
geniş  yer  verən  Əhməd  ibn  Hənbəl,  İbn  Teymiyyə  və  digərlərinin 
fikirlərində  rast  gəlinmir.  Halbuki,  onların  zamanında  da  bidət  kimi  qəbul 
edilənlər  İbn  Əbdülvəhhab  dövründəkinin  eynisi  idi.  Belə  ki,  onlar  da 
əməli,  sözlü  və  birbaşa  şəxsləri  təkfir  məsələsində  şəri  incəlikləri 
açıqlamışlar. Lakin onlar İslam aləmini “küfr diyarı” və “İslam diyarı” deyə 

 
 
56 
 
ikiyə  ayırmamışlar.  Bu  xaricilərdən  olan  əzraqilər
81
 xaric,  kimsənin 
etmədiyi vəhhabi separatizmidir.   
 
XVI 
İyirmi yeddinci səhifədə deyilir: “Əgər (İbn Əbdülvəhhaba müxalif 
olan)    desə  ki,  “kafirlər  bir  başa  bütlərdən  istəyirlər.  Halbuki,  şahidlik 
edirəm  ki,  fayda  və  zərər  verən,  bütün  işləri  idarə  edən  Allahdır.  Ancaq 
Ondan bir şey istəyirəm. Övliyanın isə bu məsələdə əlindən heç nə gəlmir. 
Lakin  mən,  Allah  qatında  onların  şəfaətlərinə  ümid  edirəm”.  Bunun 
cavabı belədir: Bu eynilə kafirlərin sözləridir!!!” 
Qeyd  edək  ki,  yuxarıda  keçən  sözü  deyən  kafir  olmaz.  Çünki  o,  ya 
təvil  edəndir,  ya  da  cahil  kimsədir  (İbn  Əbdülvəhhab  isə  onu  təkfir  edir). 
Kafirlərlə  cüzi  məsələlərdə  ittifaq  etməsi,  o  şəxsin  kafirlərlə  eyni  olması 
mənasına gəlmir. 
Əgər  birisi  Allahdan  başqasına  and  içərsə,  bəsit  mövzularda 
kafirlərlə eyni mövqedə olar. Lakin bu səbəbə görə o, kafir olmaz. Bəli, İbn 
Əbdülvəhhab bu kimi  incəlikləri başa düşə bilmədi. Müsəlmanları təkfirlə 
ittiham  etdi.  İbn  Əbdülvəhhab  firkrini  kafirlərin  təməl  xüsusiyyətlərindən 
                                                 
81
 Əzraqilər  Nafi  ibn  Əzraq  əl-Hənəfiyə  nisbət  edilir.  Onlar  xaricilərin  ən  ifratlarıdır.  Bir  neçə  məsələ 
barəsində xaricilərdən ayrılıblar: Zülmə qarşı susmamaq, qarşı tərəfə keçənlərə işgəncə vermək, onlarla 
hicrət  etməyənləri  təkfir  etmək,  küfr  diyarında  yaşayanların  da  kafir  olduğunu  irəli  sürmək  (bunların 
hamısı vəhhabilikdə də var). Onların başqa əqidələri də var.  Ancaq xaricilərin əqidəsinə nəzər salsaq, 
onların  çoxunun  bəzi  vəhhabilərdən  (sələfilərdən)  daha  mötədil  olduğunu  görürük.  “Xilafət  sadəcə 
Qureyşə  aid  deyil,  müsəlmanları  idarə  etməyə  layiq  olan  hər  kəsin  haqqıdır”  sözlərində  olduğu  kimi. 
Xaricilərdən  bəziləri  (Şəbib  tərəfdarları  kimi)  qadının  hakim  və  qazı  olmağını  caiz  görürlər.  Onların 
hamısı  (Nəcədatdan  başqa)  Allahın  böyük  günah  işləyənləri  daimi  əzabla  cəzalandırmayacağı 
mövzusunda ittifaq edərlər (Bu  onların  etiqadları haqqında  yazdıqlarımıza tərsdir). Onlardan məsələn, 
Nəcədatın  qəbahəti  cahillikləridir.  Bu  cür  deyirlər:  “Din  iki  şeydir:  Allahı  və  Onun  elçisini  tanımaq, 
müsəlmanların mallarının və qanlarının haram olduğunu bilmək. Allahdan gələn hər şeyi iqrar etmək və 
onlara səbr etmək. Vacib olan bunlardır. Digərlərində isə insanlar əleyhində dəlil gətirilənə qədər cahil 
olduqlarına  görə  üzrlüdürlər.  İctihad  yoluyla  halal  hesab  edilən  haram  olsa  belə,  üzrlü  görülə  bilər. 
Xariciliyin  (günümüzdə  yaşayan  yeganə  qolu  olan)  İbaziyyə  qolu  isə  müxaliflərinin  yaşadıqları  yeri 
əskəri  hökmranlıq  olmadan  da  İslam  diyarı  kimi  qəbul  edir.  Bu,  vəhhabilərin  sözlərindən  daha 
yumşaqdır. Müxaliflərinin tərəfdarlarına qarşı şahidliyinə icazə verirlər.  Lakin xaricilərin bu kimi orta 
yolu  təqib  edən  xüsusiyyətlərini  sələfilərdə  tapa  bilmirik.  O  zaman  niyə  onlara  hücum  edirik? 
Bəzilərinin  sözlərinə  görə  məcbur  edir,  təkfir  və  müsəlmanların  qanlarının  halal  olması  kimi 
məsələlərdə  xətalarımızı  onlara  yükləyirik?  Xaricilərin  əqaidi,  xüsusən  də  əzraqilər  haqqında  geniş 
məlumat  almaq  üçün  İmam  Əbül-Həsən  Əşarinin  “Məqalətul-İslamiyyin”  əsərinə  baxmağınız 
məsləhətdir. bax. (I cild, səh. 167). Onlar haqqında bəzi rəvayətlərdə ziddiyətlər də var.    

 
 
57 
 
sadəcə birini vəsf edən və yaxud da onların (doğru yoldan) ayrılmalarından 
və xoşniyyətdən irəli gəlməyən zəif bəhanələrindən bəhs edən ayədə
82
 cəm 
edir. İbn Əbdülvəhhab kafirlərin çox sayda qəti inanclarını təsvir edən digər 
ayələri  görməməzlikdən  gəlmişdir.  Burada  müsəlmanları  kafirlərdən 
ayırmaq mövzusunda böyük nöqsana yol verib. 
Allahın  qulu  olmalarına,  Onun  rizası  heç  nəyin  əldə  edilə 
bilinməyəcəyinə inanmaqla bərabər, Peyğəmbər (s.ə.s) və övliyadan şəfaət 
istəmək  bütlərə  tapınmaqla  eyni  tutula  bilməz.  Bu  yalnız  (əgər  qəbul 
etməsək) xata və bidət hesab edilə bilər.  İbn Əbdülvəhhabın bu məntiqinə 
görə, biri içki içirsə, təkfir edilməlidir. Çünki o, içkiyə məhəbbət bəslədiyi 
üçün  onu  içir.  Məhəbbət  isə  ibadətdir.  Allahdan  başqa  bir  şeyə  məhəbbət 
bəsləmək isə şirkdir. 
Əgər desəniz: Biz övliyaya məhəbbət bəsləməyə deyil, onlara ibadət 
etməyə də qarşıyıq.  
Sizə deyərlər: Onlar övliyaya tapınmırlar. Siz övliyaya təvəssülü və 
onlardan təbərrük ummağı ibadət kimi qəbul edirsiniz. Onlar bunun ibadət 
olduğunu  demirlər.  Onların  bu  mövzuda  dəlilləri  var.  İrəli  sürülən  dəlillər 
isə  onların  təkfir  olunmasına  manedir.  Hər  hansı  bir  əməllə  bağlı  təvil 
varsa, alimlərin fikrinə əsasən buna qarşı təkfir ittihamı irəli sürmək olmaz.  
(Aşağıdakı  dialoqda  vəhhabilərlə  (sələfilərlə)  qarşı  tərəfin  bir-birinə 
qarşı dəlillərindən bəhs olunur:) 
-
 
(Ey vəhhabilər!) Əgər desəniz:-“ Təvəssül ibadətdir!” 
-
 
Onda onlar “Bu mövzuda dəliliniz nədir?”,- deyərlər. 
-
 
Desəniz ki, “Sələf onu etmədi”, 
-
 
Onlar  da  “Ömər  ibn  Xəttab  Abbas  ibn  Əbdülmuttaliblə  təvəssül 
etdi”, - deyərlər.
83
 
                                                 
82
“Biz onlara yalnız bizi Allaha yaxınlaşdırmaq üçün ibadət edirik!” (deyirlər). “Zumər” surəsi, 3 
83
 Ömər (r.a) öz xilafəti dövründə (yəni Peyğəmbərin (s.ə.s) vəfatından sonra)  Peyğəmbərimizin (s.ə.s) 
əmisi  Abbas  ibn  Əbdülmüttəlibin  vasitəsilə  Allaha  təvəssül  edib  yağış  yağmasını  istəmiş  və  demişdi: 
“Allahım!  Biz  Sənin  peyğəmbərinə  təvəssül  edərdik  və  Sən  bizə  yağış  göndərərdin.  İndi  də  Sənin 
peyğəmbərinin  əmisinin  vasitəsilə  Sənə  təvəssül  edirik;  bizə  yağış  göndər!”  (Səhihül-Buxari,  İstisqa 
kitabı, 1010-cu hədis; Peyğəmbərin səhabələrinin fəzilətləri kitabı, 3710-cu hədis; Səhihü İbn Xüzeymə
II,  337-338,  1421-ci  hədis;  Hakim  Neysəburi,  Əl-Müstədrəkü  ələs-Səhiheyn,  III,  409,  5506-cı  hədis). 
Vəhhabilər (sələfilər) deyirlər ki, Ömər (r.a) ölü ilə deyil, diri ilə təvəssül edirdi. Halbuki həzrət Ömər 
(r.a)  “Sənin  peyğəmbərinin  əmisinin  vasitəsilə  Sənə  təvəssül  edirik”,-deyib.  Bu  da  onu  göstərir  ki, 

 
 
58 
 
-
 
“Ömər həyatda olan biri ilə təvəssül etdi, ölü ilə deyil”, - desəniz, 
-
 
“Canlıya ibadət etmək caizdirmi?”,- deyə sizə cavab verərlər. 
-
 
“Xeyr”,- desəniz, 
-
 
“Onda niyə təvəssülü ibadət deyə  adlandırırsınız?! Bu sizin əşyanı 
öz adıyla adlandırmadığınıza dəlildir”,- deyərlər.  
-
 
“Canlıdan fərqli olaraq ölüylə təvəssül ibadətdir”,- desəniz, 
-
 
“Bu ayırmaya dəliliniz nədir?”,- deyərlər, 
-
 
“Dəlilimiz  səhabənin  əməlidir.  Onlar  diriylə  etdilər,  ancaq  ölüylə 
etmədilər”,- desəniz.  
-
 
“Bu  mövzuda  sizə  haqq  verməklə  yanaşı,  onlar  dindən  çıxaracaq 
küfr  işlər  bir  yana,  haramları  belə  etmirdilər?!  Onlardan  bir  qisminin 
Peyğəmbərə (s.ə.s) öldükdən sonra təvəssül etdiklərinə dair dəlillərimiz var. 
Osman ibn Hüneyfdən gələn məşhur hədisdə olduğu kimi”,- deyərlər. 
-
 
“Bizə görə bu hədis zəifdir”,- desəniz,
84
 
-
 
“Sizin  də  öz  əsərlərinizdə  dəlil  kimi  istifadə  etdiyiniz  hədislərin 
əksəriyyəti  zəifdir.  Məsələn,  kitablarınızda  mövcud  olan  milçəyin  yeməyə 
                                                                                                                 
səhabələr  məhz    vəfat  etmiş  Peyğəmbərin  (s.ə.s)  hörmətinə  onun  əmisi  vasitəsilə  təvəssül  etmişdilər. 
Yəni, Abbasa (r.a) qarşı göstərilən hörmət birbaşa vəfat etmiş Peyğəmbərimizin (s.a.s) hörmətindən irəli 
gəlir. Əks halda “Peyğmbərinin əmisi” kəlməsindən istifadə olunmazdı. 
84
 Əslində  bu  hədis  zəif  deyil.  Osman  ibn  Hüneyf  (r.a)  adlı  səhabədən  rəvayət  olunub  ki,  bir  kor  kişi 
Peyğəmbərin  (s.ə.s)  yanına  gəlib,  gözünün  açılması  üçün  Allaha  dua  etməsini  Ondan  xahiş  etdi. 
Peyğəmbər  (s.ə.s)  buyurdu:  “İstəsən,  sənin  üçün  dua  edərəm.  Amma  istəyirsənsə,  bu  halına  səbr  et; 
sənin üçün bu daha xeyirli  olar”. Kor kişi Onun dua etməsini təkid etdi. Onda Peyğəmbər  (s.ə.s)  kor 
kişiyə tapşırdı ki, dəstəmaz alıb iki rükət namaz qılsın və belə dua etsin: “Allahım! Rəhmət peyğəmbəri 
olan Məhəmmədin xatirinə səndən ehtiyacımı istəyir və Sənə yönəlirəm. Ey Məhəmməd! Sənin xatirinə 
Rəbbimə sarı yönəlirəm ki, bu ehtiyacımı həll etsin. Allahım, Onu (Məhəmmədi) mənə şəfaətçi et!”. Bu 
duanı  edəndən  sonra  həmin  adamın  gözləri  sağaldı  (Sünənüt-Tirmizi,  Dəəvat  kitabı,  3578-ci  hədis; 
Sünənü  İbn  Macə,  İqamətüs-salət  kitabı,  1385-ci  hədis).  Həm  Tirmizi,  həm  də  İbn  Macə  bu  hədisin 
səhih olduğunu yazırlar. 
Maraqlıdır  ki,  Həzrət  Məhəmməd  peyğəmbərin  (s.a.s)  vəfatından  sonra  Osmanın  (r.a)  hakimiyyəti 
zamanı bir nəfərə çətinlik üz verəndə yuxarıdakı hədisi rəvayət edən Osman ibn Hüneyf ona məsləhət 
görmüşdü ki, iki rükət namaz qılıb həmin duanı etsin. O adam məsləhətə əməl etdi və çətinliyi aradan 
qalxdı  (Təbərani.  Əl-Mucəmul-kəbir,  IX,  17,  8311-ci  hədis).  Təbərani  hədisin  səhih  olduğunu  qeyd 
edir.  Vəhhabi  alimləri  hədisin  Təbəraninin  kitabında  keçən  qisminin  (Həzrət  Osman  (r.a)  dövründə 
cərəyan edən hadisənin) səhih olmadığını qeyd edirlər. Halbuki Təbərani hədisin hər iki variantını qeyd 
etdikdən sonra  onun səhih olduğunu bildirmişdir.  Lakin  fərz  edək ki, bu onların dediyi kimidir. Onda 
belə bir sual ortaya çıxır: Vəhhabi alimləri Təbəraninin böyük İslam alimi olduğunu qəbul edir və ona 
hörmət  bəsləyirlər.  Elə  isə  necə  olar  ki,  Təbərani  kimi  böyük  bir  alim  öz  əsərində  şirk  ehtiva  edən 
rəvayətləri qeyd edib? Şirklə əlaqəli rəvayətlərə dəyər verib onları kitabına alan şəxsin bu hərəkəti şirkə 
razı olmaq deyilmi? Məgər Təbərani nəyin şirk olduğunu bilmirdimi? 

 
 
59 
 
düşməsi, Adəm və Həvvanın şirk qoşduqlarına dair rəvayət olunan hədisdə 
olduğu kimi zəif və mövzu hədislərdə olduğu kimi”,-deyərlər.  
-
 
“Şübhə  və  ixtilaf  olduğuna  görə  təvəssüldən  uzaqlaşmaq  daha 
doğrudur”,- desəniz, 
-
 
“Bundan  da  doğrusu  müsəlmanların  təkfirindən  və  Qüreyş 
kafirlərinin  onlardan  daha  fəzilətli  olması  fikrindən  uzaqlaşmaqdır.  Çünki 
əsas  olan  İslamdır,  şirk  deyil.
85
 Biz  təməl  qaynağı  zənnə  dəyişmərik”,- 
deyərlər.  
-
 
“Müsəlmanları  Allahın  dininə  doğru  istiqamətləndirmək  və  onları 
bidət  və  xürafatdan  uzaqlaşdırmaq  üçün  şiddətdən  istifadə  etmək 
lazımdır”,- desəniz, 
-
 
“Şübhəsiz  ki,  ilk  növbədə  üzərinizə  düşən  vəzifə  elm  əhlini 
müsəlmanları  küfrdə  ittiham  etməkdən,  qanlarını  və  mallarını  halal 
görməkdən çəkindirməyinizdir”,- deyərlər.  
-
 
“Gəlin  Allahın  kitabı  və  Rəsulullahın  (s.ə.s)  sünnətiylə  hökm 
verək, təqlidi tərk edək” desəniz, 
-
 
“Buyurun.  Sizə  neçə  vaxtdır  bunu  deyirdik,  siz  isə  rədd  edirdiniz. 
Üzərimizdə  hökmranlıq  etməyə  hazırlaşırdınız.  Küfrdən  uzaq  insanları 
təkfir  etməkdən  əl  çəkmədiniz.  Hətta,  bir-birinizi  küfrdə  ittiham  edərək 
zülm  etdiniz.  Keçmişdə  bizə  nə  qədər  zülm  etdiyinizi  öyrəndiniz.  Bizim 
küfrdən uzaq olduğumuza dair gətirdiyimiz dəlilləri də bildiniz. Çünki bir-
birinizi təkfir edərkən bizim təkrar etdiyimiz dəlilləri göstərdiniz. Sizin son 
zamanlarda orta yolda olmağınız öz xeyriniz üçündür, yoxsa şəriəti himayə 
etdiyinizə görə deyil”,- deyərlər. 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin