Kimin dəyərləndirmə haqqına sahib olduğunu
ifratçılar təyin edir?
Burada bəzilərinin irəli sürdüyü bir sual var: “Sənin bu sözün nəzəri
olaraq doğrudur. Nə sənə, nə də başqasına onu düzəltməyə icazə vermərik.
Ancaq dəvətdə (vəhhabiliyə) sadiq olan alimlərə icazə verərik”.
38
Əqidə kəlməsinə mənim bir əlavəm var. Bununla bərabər onu ümumən istifadə olunan mənada
verdim. Onun şəri mənasına gəlincə “iman” deməkdir. “Şəri” sözünü bir tərəfə qoyaraq yerinə “istilah”
kəlməsini istifadə etdim. Çünki ortaya çıxan “əqidə” istilahı sərhədsiz və daha çox məna ehtiva edərək,
ifratçıların sözlərindəndir. Bunun üçün də ifratçılar istilaha daha çox üstünlük verirlər. Bu onlara
başqalarının qanlarını halal görmək və cəhənnəmə məhkum edərək, bu yolla onlara zülm etmək fürsəti
vermişdir. Bu zülmün qaynağı “əqidə kitabları”-dir. Şəri nəslərlə məhdud olan imanın əksinə insanların
sözlərinə dayanaraq, düşmənçilikdən təsirlənərək şəri nəsslərı tərk etdilər. Bu mövzunu daha öncə nəşr
olunmuş “Qiraatun fi Kutubil–Əqaid (Əqidə kitabları haqqında mülahizə)” adlı kitabda geniş şəkildə
işıqlandırmışam.
23
Bəziləri bu kitabın ilk bölümlərini çıxmaq şərti ilə belə dedilər: “Bizə
əqidəmizi öyrətməyə çalışan bu münkir zeydi kimdir?
39
”
Cavabında bunu deyirik:
1) Yenilik etmək istəyənin gözəl əxlaqı və təmizliyi haqqında ifrata
varan və təmizliyi yalnız sadiq davamçılarında görənlərə bəraət sənədi və
əxlaqının yaxşı olduğuna dair referans kağızı təqdim etməsi şərt deyil.
2) “Bir məzhəbi sadəcə öz mənsubları tənqid edə bilər”, - deyə bir
qayda yoxdur. İfratçılar da heç birinin mənsubları olmadıqları halda bütün
məzhəbləri tənqid edirlər.
3) Xətalı təməllər üstünə fikir
yürütmək də ifratçıların
xüsusiyyətlərindəndir. Sizin kin bəslədiyiniz adam Əhli-beyt məzhəbi olan
Zeydilik də daxil bütün İslam məzhəblərini təqdir edir. Amma o, bu
məzhəbin mənsubu deyil. Çünki o, azad sünni olmağı sevimli və daha
üstün görür. O, hər hansı bir məzhəbə bağlı deyil. Sadəcə boya-başa çatdığı
mühitin zərurətinə görə hənbəlidir. Bir müsəlman üçün ən dəyərli olan şey
hər məzhəbdən nəssin dəstəklədiyini götürməkdir. Əhli-sünnə nəzdində
mötəbər sayılan və üzərində ittifaq edilən həqiqi sünnə budur. Əməllərin
sözlərdən sonra gəlməsi təbiidir. Elə insanlar vardır ki, nəzəri baxımdan
biliklidir, amma bildiklərinə az əməl edir. Keçmişdə imam Şafii də Əhli-
beyti sevdiyi üçün sünniliyindən şübhə edilmiş, o da özünü bu sözlərlə
müdafiə etmişdir: “Əgər Məhəmmədin (s.ə.s) ailəsini sevmək rafizilikdirsə,
insanlar və cinlər şahid olsun ki, mən rafiziyəm.”
Tarixi oxuyan və ona marağı olan bu zəif şəxs İmam Əlinin (r.a) və
Əhli-beytin haqqını və mədəni həyatımızda onların nə qədər zülmə məruz
qaldıqlarını bilir. Bundan başqa, Bəni Uməyyənin onlara o qədər zülm
etməsinə baxmayaraq, tariximizdə müdafiə olunduqları da açıq-aşkardır.
Həqiqət və ya yanlış olsa da bu ancaq tənqid oluna bilər. Tərəf tutmağı və
zülmü tənqid etmək yalnız Zeydiliyə xas deyil (bu fikir tamamilə doğrudur),
tam tərsinə zülm Əhli-beytə, mötəziləyə, cəhmiyyəyə, əşarilərə, sufilərə,
hətta sülh tərəfdarı olan kafirlərə qarşı olsa belə biz də inkar etməliyik. Hansı
39
Əslində müəllif zeydi deyildir. Bu vəhhabilərin ona qarşı ittihamıdır. Həsən ibn Fərhan tərcümeyi-
halında da göstərildiyi kimi sələfi-vəhhabi bir mühitdə doğulub boya-başa çatmışdır (mütərcim).
24
ki, onların hamısına zülm etdik. Nədir bu cahilcə inkar?! Dörd nəfərin (Əli,
Fatma, Həsən və Hüseyn) məsumiyyətini qəbul etməyin və ya əqli nəqlin
önünə keçirməyin
40
təkcə zeydilərə aid görüş olduğu deyilə bilməz. Eyni
zamanda, övliyadan bərəkət istəmək də təkcə zeydilərin xüsusiyyətlərindən
deyil.
41
Bunlar sadəcə zeydilərin üsulları deyil.
42
Müaviyənin həddini
aşmasını pisləməsi onun
43
zeydiyyə, ibaziyyə və ya imamiyyəyə bağlı
olduğuna görə deyil. Əksinə, bu barədə həqiqətinə inandığı sünni
kitablarındakı şəri mətnlərdə qeyd edildiyinə görədir. Əlbəttə, tədqiq etdiyi,
öyrəndiyi və qürur duyduğu bu kitabların məsum olduğuna inanmamaqdadır.
Mübaliğə və yalana bağlı bu ifratların pislənməsinə dair mətnlər bütün
müsəlmanların qaynaq qəbul etdiyi Allahın Kitabında mövcuddur. Allah
(c.c) bu məsələ ilə bağlı buyurur: “Həqiqətən, Allah (Quranda insanlara)
ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi buyurar, zina
etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir ”.
44
Sizin etdiyiniz
kimi yalanı, fuhuşu, ifratı cahilliyin qarşılığı olaraq saymazdı. Bu onun
Zeydiyyə, İmamiyyə, Zahiriyyə və ya Cəhmiyyə məzhəblərinə bağlı olduğu
mənasına da gəlməz.
45
40
Bunu mötəzilə və zeydiyyə iddia edir. Hər ikisi bu fikri digərinin ondan aldığını söyləyir. Necə ki,
bəzi əşarilərin də bu cür dedikləri bəllidir. İnsafən qeyd etməliyik ki, əqli nəqlin önünə alan bu
firqələrin görüşü sələfiyyənin məşhur görüşünün xaricində qalmaqdadır. Bunun izahı çox vaxt aparar.
Bu mövzuda məlumat əldə etmək istəyən onların kitablarına və ya onlarla bağlı yazı yazan insaflı əhli-
sünnə mənsublarına, doktor Əhməd Subhinin mötəzilə və zeydiyyə haqqında yazdığı kitablara və ya
Əbdürrahman Bədəvinin “Fi Məzahibil–İslamiyyin” adlı kitabına, doktor Əli Sami Nəşşarın “Nəşətul-
fikril-fəlsəfiyyi fil-İslam”, doktor Məhəmməd Ammar və digərlərinin əsərlərinə baxsınlar. Bu məsələ
sələfilərin qeyd etdikləri kimi deyil.
41
Sələfilər xaric əhli-sünnənin çoxu övliyadan bərəkət istəməyi (təbərrük) qəbul etmişdir. Hətta İmam
Zəhəbi Maruf əl- Kərxinin bioqrafiyasını yazarkən, onun qəbrinin torpağının sınaqdan keçirilmiş
dərman olduğunu qeyd edir. İlk hənbəlilər sufilərin Peyğəmbərin (s.ə.s) qəbrinə və məscidinin
minbərinə əllərini və üzlərini sürtdüklərini görmüşdülər. Bunu Əhməd ibn Hənbəl də şəxsən qeyd
etmişdir. İlk hənbəlilər sufilərə düşmən deyildilər. Onlar əsasən cəhmiyə və şiəyə düşmən idilər. Sonra
vəhhabilik gəldi və İbn Əbdülvəhhaba tabe olmayan dörd məzhəb mənsublarına olan düşmənçiliyi də
buna əlavə etdi. Təkfir məsələsini genişlədərək, onu savaşa qədər gətirib çıxardılar. Müsəlmanların
ölkələrini “darul-küfr” və “darul-İslama” böldülər. Hətta Riyadı “diyar-ı küfr”, əd-Dəriyyəni isə “diyar-ı
İslam” adlandırdılar. Baxmayaraq ki, bu iki şəhər bir-birinə o qədər yaxın idi ki, insanlar digərində
verilən azanı eşidə bilərdilər.
42
Övliyadan bərəkət ummaq mövzusunda Hafız ibn Həcər əl-Əsqalaninin nəql ediyini alimlər də qəbul
etdilər.
43
Müəllif özünü nəzərdə tutur
44
Nəhl surəsi, 90-cı ayə.
45
Xahiş edirəm heç kim məni bu sözlərlə İslam məzhəblərindən olan cəhmiyyə, zeydiyyə və ya
mötəziləni pisləmək üçün söylədiyimi düşünməsin. Mən mütləq olaraq heç bir məzhəbi nə pisləyərəm,
25
4) İslahatçı və ya tədqiqatçı öz dediklərinin başqaları tərəfindən qəbul
və ya rədd edilməsini gözləməməlidir. İbn Əbdülvəhhabın özü belə dövrünün
alimlərindən belə bir şey gözləməmişdir. O, onlara qarşı öz dəlillərini irəli
sürmüş və onlardan da buna qarşı dəlil irəli sürmələrini istəmişdi. Əsrlər
boyu dəvət alimlərinin mövqeyi bu şəkildə davam etmişdir.
İslahatçının haqlı dəlillərlə ortaya çıxması lazımdır. Batil düşüncəni
də qarşı tərəfın razılığını və pisləyə biləcəyini gözləmədən rədd etməlidir.
Din kiminsə şəxsi malı deyil. O, hər kəs üçündür. Bütün insanlar dəlillərinə
və sübutlarına görə hesaba çəkilərlər. Əgər kimsə haqqı tələb edirsə, sübut
və dəlillərlə cavab verilməlidir.
5) Yanlışlıqların düzəldilməsi məsələsini bəzi adamlara aid edərək
məhdudlaşdırmaq yanlışdır. Qüreyş kafirləri də bunu tez-tez təkrar
edirdilər: “Onlar dedilər: “Məgər bu Quran iki şəhərdən (Məkkədən və ya
Taifdən) olan böyük bir adama (ya Vəlid bin Müğirəyə, yaxud da Ürvə bin
Məsuda) nazil edilməli deyildimi?”.
46
Kafirlərdən çoxunu hidayətdən
uzaqlaşdıran səbəb onların Haşim oğullarına peyğəmbərliyi layiq
görməmələri idi. Qüreyşlilərin mənfəətlərinə uyğun olan peyğəmbərliyin
digər qəbilələrdən birinin nümayəndəsinə verilməsi idi. Lakin Allah (c.c)
onların istəklərini qəbul etmədi. Çünki O, Allahdır! Risalət vəzifəsini kimə
verəcəyini daha yaxşı bilir. Əslində bu onlardan hansının haqq, hansının da
qəbilə təəssübkeşi olduğunu ortaya çıxarmaq üçün imtahan idi.
Tarix boyu bütün islahatçılar şübhələrlə qarşılaşmışlar. Haqq və
onun kəlamı hansısa qrupa, nə də coğrafi məkana aid deyil. Tam tərsinə
onu iqrar etmək bütün müsəlmanlara fərzdir. Dindar və dərrakəli elm
tələbələrinin belə cahil fikirləri mənimsəyə biləcəklərini zənn etmirəm.
Onların Məhəmməd ibn Abdullahın (s.ə.s) buna oxşar cahiliyyə görüşlərini
pozmaq üçün göndərildiyini qəbul etdiyini bilirəm. Məhəmməd ibn
Əbdülvəhhabın məşhur “Məsəilu əhlil-cahiliyyə” kitabını tənqid etməzdən
əvvəl bu məsələyə toxunmaq ehtiyacı hiss etdim.
nə də tərifləyərəm. Hər məzhəbdə ifratçılar, orta yolu izləyənlər, təəssübkeşlər və insaflılar var. Allahın
övliya qullarını əsla pisləmirik. Digər məzhəblərə qarşı bəzi sələfilərin hiss etdiyi bu nifrətin şəriət
baxımında heç bir dayağı yoxdur.
46
Zuxruf surəsi, 31
26
6) Niyyətləri ən yaxşı bilən Allahdır (c.c). İnsanlar var ki, onlara
etibar edirlər, onlar isə bu etimada xəyanət edirlər. İnsanlar da var ki,
onlardan şübhələnirlər. Halbuki, o insan etimad ediləndən İslam üçün daha
xeyirlidir. Kimin niyyətinin daha pak olduğunu Allahın ixtiyarına buraxaq.
Biz dəlillərin hansının Allahın Kitabına və Rəsulunun (s.a.s.) sünnəsinə
daha yaxın olduğu barədə danışaq.
7) Bu etibarlı insanlar hardadır? Biz onların hələ də susduğunu
görürük. Bunun bilinməsinə baxmayaraq, məhəlli ifratın həqiqi səbəblərini
açıqlamırlar. Hər kəsin ittifaq etdiyi görüşə görə sələfilər vəhhabi
əsərlərinin ifratda böyük payı olduğu fikrinə münasibət bildirmirlər.
Bundan başqa etibarlı insanların İbn Teymiyyə, Məhəmməd İbn
Əbdülvəhhab və bəzi dəvət alimlərinin xətaya düşdükləri mövzularda
açıqlamasını görməmişik. Nəticədə, bu xətalara istinad edən bəzi gənclər və
cərəyanlar aldanaraq günahsız insanlara küfr iftirası atmaqda tələsdilər.
Mən nümunə göstərmək istəmirəm. Çünki bunu hər kəs bilməkdədir.
Onların bu düşüncəyə malik olmaları bir kənara qalsın, bizim doğrunu
açıqlamağımıza icazə verəcəklərinə də inanmıram. Onların mənfəətləri
İslamın xeyrinə olmadığına görə, təbii olaraq nəsihət edənlərə qarşı çıxır,
onların niyyətinə və üslubuna da şübhə ilə baxırlar. Bu mərhələyə çata
bilmək üçün onlar öz nəfsləri ilə mübarizə aparmağa və uzun bir yol qət
etməyə möhtacdırlar.
Hər halda şübhə yoxdur ki, xətalarımızı tənqid etmək və evimizin
içini düzəltmək üçün heç nədən çəkinməməliyik, cəsarətli olmalıyıq. Çünki
məsələ nə siyasi mübarizə, nə də dünya malı deyil, DİNdir!
Səkkizinci məsələ
İfratı qadağan edən ifratçılar!
Nə qədər heyrətamizdir ki, zamanımızda radikalların ifratı qadağan
etdiyini görürük! Sələfilik və vəhhabiliyin hər cür təkfiri rədd etdiyini
deyirlər. Mövdüdi və Seyyid Qütbün mütəşabih mövzusunda ifrat fikirləri
olduğu iddia edirlər. Sələfilik və vəhhabilikdən qaynaqlanan açıq təkfiri
yaddan çıxardırlar. Hamıya daş atmaqdan utanmırlarmı? Təkfir əhlinə
27
qarşılıq verdikləri halda, özləri təkfirçidirlər. Təkfir mövzusunda İbn
Teymiyyə və dəvət imamlarının xətalarını müdafiə edərkən hədlərini aşırlar.
Bəli, bu ifratçıların sonuncu ziddiyyəti deyil. Onların ifratı qadağan
etdiklərini görürük. Öz fikirləri ilə azdırdıqları, düşüncələri ilə bəslədikləri
ifrat gəmilərinin lövbər atdığı dənizlərdəki gəncliyin təkfirçi cərəyanına
cavab verirlər.
İfratı qadağan edənlər Məhəmməd ibn Əbdülvəhhaba cavab verən
üləmanın dəlilləri ilə təkfirçi radikal cərəyanlara cavab verirlər! Sanki bu
ifratlara İbn Əbdülvəhhab haqqında həddlərini aşan fikirlər irəli sürməklə
cavab verirlər. Böyük ziddiyyətləri birləşdirən bu yolla, onun əsərlərini
gözdən keçirməyi və onun üslubunu dəyərləndirməyi qadağan edirlər.
Biz isə onlara deyirik: Əgər bu ziddiyyət cəhalətdən qaynaqlanırsa,
xətalardan dönməyən və onları düzəltməyə mane olan cahillər bizdən deyil.
Əgər bu ziddiyyət onların iddia etdiyi kimi elm və siyasətdirsə, Allah
ikiüzlülüyü haram etmişdir. Peyğəmbər (s.ə.s) də onu pisləmişdir. Onlara bu
cür deyilir: Əgər siz küfr içində olan gəncliyə cavab vermək istəsəniz, onların
metodunu tənqid etməklə yola gətirə bilməlisiniz. Zəmanə alimlərinin və
idarəçilərinin əleyhində olan alimlər bu küfr ittihamını əsas götürür.
Siz, İbn Teymiyyə, İbn Əbdülvəhhab və dəvət üləmasını müdafiə
edərək, onları haqlı görürsünüz, onda təkfirə yönəlmiş olan bu gəncləri də
qorumalısınız. Çünki onlar tənqid etməyi qadağan etdiyiniz (bu) alimləri
təqlid edirlər. Öyrətdiklərinizi və tövsiyyə etdiklərinizi birbaşa o
kitablardan oxuyurlar. Daha sonra bununla bağlı nümunələr qeyd olunacaq.
Allaha həmd olsun ki, bəziləri mənim haqqımda sui-zənndə olsalar
belə
47
, mən həqiqətləri bir tərəfə qoyaraq, əsla diplomatik gedişlər etmirəm.
Buna görə də, müxtəlif məzhəblərin, qrupların və cərəyanların ifratçılarına
qarşı düşüncə savaşı elan etmişəm. Yalnızca tək bir yolun olduğunu zənn
edirəm,- deyənin düşmənçiliyindən, dostluğundan, güclü, ya da
47
Bu təbii bir haldır. Bundan narahat olmuruq, tam tərsinə onsuz da belə olacağını gözləyirdik. Bilirdik
ki, islah etmək istəyən hər kəs mütləq sıxıntı ilə üzləşir. Bundan başqa, Allahın yaradılış qanunudur ki,
istər peyğəmbər, istər islahatçı, istərsə də yaxşılığı əmr edənlər mütləq bununla qarşılaşırlar. Biz necə
fərqli ola bilərik ki?
28
zəifliyindən, elm tələbəsi, alim, ya da xalqdan biri olmasından asılı
olmayaraq, təkfir şübhələrinə qarşı cavab verirəm.
Cəmiyyətdə bu böyük problemi ortaya çıxardığı üçün xüsusən də,
İbn Əbdülvəhhabın İslami haqqını qorumaqla yanaşı, bu şübhələrə də
cavab verməyi özümə dini vəzifə sayıram. Şimaldan-cənuba, qərbdən-şərqə
ölkəmizin övladlarının bu problemlər ucbatından üz-üzə gəlmələrinin
səbəbkarı İbn Əbdülvəhhabdır. Əgər bizim İbn Əbdülvəhhaba haqq
qazandırmaq istəyimiz İslamı qorumaq istəyimizdən daha böyükdürsə,
bizdən xeyir gəlməz. Şəxslərə haqq qazandırmaq uğrunda İslamdan istifadə
etməyimiz bizə asan gəlirsə, müsəlman olaraq bizlərin vəziyyəti nə qədər
də acınacaqlıdır. İslamı qorumaq onun davamçılarının uydurduğu və əməl
etdiyi nəzəriyyələri haqlı çıxarmaqdan sözsüz ki, daha çox lazımdır.
Doqquzuncu məsələ
İbn Əbdülvəhhabın düşüncəsini və üslubunu
tanımaq üçün qaynaqlarımız
Biz İbn Əbdülvəhhabın dövründə yaşamırıq ki, lehinə və əleyhinə
insanların şahid kimi dindirilməsinə nail ola bilək. Lakin bu gün onun
adıyla bağlı olan və onun yoluna dəvət edən kitablar və cərəyan var.
48
Bizim də (müəllif özünü nəzərdə tutur. Tərc.) içində yaşadığımız cərəyan,
Allah şahiddir ki, görüşlərinə müxalif olanlara zülm edir. Onları
görüşlərindən uzaqlaşdırır və şübhələnərək onlara hücum edir. Radikalların
bu günədək törətdiklərini sənədləşdirmək çox çətindir.
Vəfat etmiş alimləri qiymətləndirmək üçün elmi əsərlərindən başqa
heç nə qalmamışdır. İbn Əbdülvəhhabın araşdırılacaq kitabları və risalələri
48
Bu cərəyanların içində ifrata gedənlər də var, mötədil olanlar da. Amma orta yolu tutanlar zülmə
məruz qalmışdır. Onların nə fikirləri, nə səsləri, nə canlıları, nə də ölüləri qalmamışdır. İfrata gedənlər
üstün olmuşdur. Fətva müəssəsələri, şəriət universitetlərinin təhsili, xütbə verə biləcəkləri minbərlər,
seminarlar, sempoziumlar, kasetlər kimi İslami təbliğat işlərinin çoxunu əllərində tuturlar. Əgər
ifratçılar sənə hirslənsə insana elə gəlir ki, sanki bütün insanlar sənə qarşı çıxıb. Təəssüflər olsun ki,
vəhhabiliyin bu radikal qanadı rəsmi şəkildə dəstəklənməkdədir. Bəlkə də, ərəb hökumətləri hərəkat
içində ifratçıların hücumlarına göz yümur. Ola bilsin ki, onlar keçmişdə faydalı olublar. Yaxud da onlar
bəzən susmaq lazım olan yerdə danışmış, danışmaq lazım olan yerdə də susmuşlar. Ziyalıların
ifratçılığa qarşı mübarizəsinin vaxtı çatıb. Çünki ifratçılıq zülmdür. Zülm bir saat sevindirsə də, ömür
boyu üzüntü verər. Bunun ən münasib qarşılığı həqiqəti axtarmaqdır. Bilik, güc və yaxşılıq kimi, insaf
da rahat və güvən kimi kifayət edər. Ondan sonra da insanların haqqına riayət etməliyik.
29
arasında “Kitabut-Tövhid”, “Kitabu Kəşfiş-şübuhat” və digərlərinin
adlarını çəkə bilərik. Bunların içində doğru və xeyirli olan dəlillər
tapmağımıza baxmayaraq, unudulmamalıdır ki, bu yazıları bir bəşər
yazmışdır. O da ictihad edər və yanıla bilər. Qəbul, yaxud inkar edilər.
Onun sözlərində ziddiyyət tapmağımız çox təbiidir. Ancaq biz ümumi
metodu anlamağa çalışırıq. Çoxu aza, açıq olanları (möhkəm) mütəşabihə
üstün tuturuq. Bizim üçün etiqadi məsələlər siyasi məsələlərdən daha
vacibdir. İbn Əbdülvəhhabın təkfir və digər mövzularda təqib etdiyi yolu
öyrənməyimizə nə şəriət, nə də ağıl baxımından heç bir əngəl yoxdur. Belə
ki, biz onu olduğundan daha yaxşı göstərməyə, nə də haqsız yerə ona
hücum etməyə çalışmırıq. Çox bəsit bir sualın cavabını axtarırıq:
İbn
Əbdülvəhhabın
təkfir
məsələsindəki
metodu
nədir?
Müxaliflərinin israrla dedikləri kimi, o doğrudan da müsəlmanları küfrdə
ittiham etmişdir, yoxsa tərəfdarlarının yaydığı kimi küfrlə savaşmışdır?
Əvvəlcədən hökm verməkdən, onu haqlı çıxarmaqdan və ya ona qarşı zalım
hücum etməkdən çəkinərək, həqiqətin nə olduğunu anlamağa çalışaq.
Son olaraq istər İbn Əbdülvəhhabdan, istərsə də digərlərindən
meydana gələn xətalar ölçüsünə və miqyasına, fiqhi və ya əqaid
mövzularından hansınasa aid olmasına baxmayaraq, hər kəsin edə biləcəyi
davranışları dəyərləndiririk. Bu hal çox sayda əsər yazan hər müəllifin
başına gələ bilər. Unutmayaq ki, düşmən kəsilmək qarşılıqlı zülm etməyə
səbəb olar.
Bunu əngəlləməyə çalışanlar ifrata qaçdılar. Nə İbn Əbdülvəhhabın
özünün, nə də ixlaslı elm tələbələrinin bunu təsdiq edəcəyini düşünmürəm.
Tam tərsinə, bəlkə də İbn Əbdülvəhhabın dəvəti bütövlükdə övliya insanlar
haqqında həddi aşmaqla əlaqəlidir.
49
Onun başqalarına bunu qadağan edib,
özünü bu kateqoriyaya daxil etmədiyini düşünmək hüsni-zənn olardı. İbn
Əbdülvəhhabın fəaliyyətini düşmənləri və müxaliflərindən əvvəl onu
sevənlər və tərəfdarları şişirdib səmaya qaldırırlar. Hənəfilərin Əbu Hənifə,
zahirilərin İbn Həzm, sufilərin Peyğəmbər (s.ə.s), bəzi şiələrin də İmam Əli
49
İbn Əbdülvəhhab alimləri tənqid və xətalarını inkar etməyi Allahdan başqasını Rəbb qəbul etmək
kimi görür (Əd – Dürərus-səniyə, II cild, səh. 9). Belə olan təqdirdə onun özünün də bu cür istisna
haqqa sahib olması mümkün deyil.
30
(r.a) haqqında ifrata getdiklərini inkar etməyimiz ədalət və insafdan deyil.
Halbuki, biz səudiyyəli, vəhhabi sələfilər kimi İbn Əbdülvəhhab haqqında
həddi aşırıq.
50
Onuncu məsələ
Araştırmanın metodu və səbəbi
Bu araşdırmanın səbəbi mənim “Kəşfüş-şübuhat”-ı tənqidi yanaşma ilə
oxumağımdır. Daha sonra buna əqaid məsələlərini ələ alan “Əd-dürərus-
səniyə” adlı beş cildlik əsər və İbn Əbdülvəhhabın digər sözlərini,
risalələrindən bəhs edən tənqidi yazımı da əlavə etdim. “Kəşfüş-şübuhat”
kitabının doğrularını çıxardım və ictihadıma görə müşahidələrimə isnad edib
onun içində olanlar barədə məlumat verdim. Bütün bunları bir neçə il əvvəl
topladım. Məsləhətləşmək və fikirlərini öyrənmək məqsədiylə topladığım
materialı üç qardaşıma (din qardaşı nəzərdə tutulur - tərc.) verdim. Onlardan
biri bəlkə də, xoş niyyətlə əlindəki qaralamanı nəşr etdi. Ancaq daha sonra bu
əməlini boynuna almadı. Görünür bu əməli ilə mənə zərər vermək istəyirdi.
Özü əqaid müəllimi olmasına baxmayaraq, bir şeyi unudurdu. Fayda da, zərər
də Allahın əlindədir. “Halbuki başqasına quyu qazan özü o quyuya düşər.”
51
Bəlkə də, zərər daha xeyirlidir. Lakin onun əməli bir neçə il öncə məndən
xəbərsiz nəşr edilən qaralama işimi kamil şəkildə tamamlayaraq, yenidən nəşr
etməyə cəsarətləndirdi. Bu cəsarətli işdə xətalar olmasına baxmayaraq, artıq
nəşr edilmiş əsərə yenidən yönəlməyimə səbəb oldu. Bəlkə bununla elmə
xeyrim dəymiş olar. Daha sonra bu araşdırmanı İbn Əbdülvəhhabın ailəsindən
birinə təqdim etmək qərarına gəldim. Çünki ümumi nəsihət, şəxsi düşüncədən
daha faydalıdır. Şübhəsiz ki, İbn Əbdülvəhhabın bütün əsərləri ortadadır və
fikirləri heç kimə gizli deyil.
Daha öncə “Qıraatu fi Kəşfi-şübuhat” adıyla yayınlanan bu
araşdırmanın adını “Daiyətun və Leysə Nəbiyyən” (O islahatçıydı,
peyğəmbər deyildi) olaraq dəyişdirdim. “Kəşfüş-şübuhat” əsərinin tənqidi
50
Bu ifratçılığın göstəricilərindən biri də onların İbn Əbdülvəhhabın fikirlərini xatalı görənlərə heyrət
etmələri və “Filan adam şeyxə filan mövzuda hücum etdi”,- deməklə kifayətlənmələridir. Onlar dəlilləri
müzakirə etmək əvəzinə İbn Əbdülvəhhabı xətalı görməyi sanki onu məsum qəbul edərək tənə və bidət
hesab edirlər.
51
Fatir surəsi, 43
31
bu kitabın birinci bölümündə əks olunmuşdur. Bu bölüm icazəm olmadan
ilk dəfə “Nəqdu Kəşfiş-şübuhat” adıyla internetdə yayıldı. Mən isə bu adla
heç razılaşmıram. Ondan sonra kitabı ilk adıyla nəşr etdim. Bəzilərinin
zənn etdiyi kimi kitab daha öncə çap olunmamışdır.
52
Beləliklə, “Kəşfüş-şübuhat” kitabının tənqidi “Daiyətun və Leysə
Nəbiyyən” adıyla ortaya çıxdı.
53
Dostları ilə paylaş: |