Həsən ibn Fərhan əl-Maliki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə5/18
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15076
1   2   3   4   5   6   7   8   9   ...   18

 
III 
Məhəmməd  ibn  Əbdülvəhhab  yeddinci  səhifədə  deyir:  “Bu 
müşriklər, yəni Qüreyş kafirləri təkcə Allahın yaradan olduğuna və Onun 
şəriki və Ondan başqa ruzi verənin olmadığına, həyat vermək, öldürmək, 
hər  şeyi  nizama  salmaq,  bütün  səmanın  və onun  içində  olanların,  yeddi 
qat  yerin  və  onun  içində  olanların  yalnız  Ona  aid  olduğuna,  onların 
Onun qulları və Onun əmri və cahabdehliyi altında olduqlarına şəhadət 
edərdilər”.  Bu  fikirlərdən  sonra  əsərində  bununla  bağlı  ayələri  qeyd 
etmişdir. 
Göründüyü  kimi,  İbn  Əbdülvəhhab  burada  da  müşriklərin  müsbət 
obrazını  yaratmışdır.  Onların  öldükdən  sonra  yenidən  dirilməyi  təkzib 
etdiklərini,  öldürənin  zaman  olduğuna  inandıqlarını,  yağışın  ulduzlar 
tərəfindən yağdırıldığını və  s. inanclarını qeyd etməmişdir. Bundan başqa, 
onların faiz yediklərini, bir-birilərini öldürdüklərini, qız uşaqlarını diri-diri 
torpağa  basdırdıqlarını  (bundan  böyük  zülm  və  günah  olarmı?) 
söyləməmişdir. 
Allahın  Elçisini  (s.ə.s)  ən  pis  xüsusiyyətlərlə 
səciyyələndirdiklərindən,  müsəlmanlara  işgəncə  etdiklərindən  və  zəifləri 
öldürdüklərindən də bəhs etmir.  
Məhəmməd İbn Əbdülvəhhab onların ümumi imanlarına dəlalət edə 
biləcək (Allah yaradıcı və ruzi vericidir) ayələrə müraciət etmişdir.  
Müşriklərin  ortaya  atdığı  bu  etirafları  bəzi  alimlər  cavablandırmış, 
onların  (müşriklərin)  bunu  qəbul  etmək  məqsədilə  deyil,  qarşı  tərəfin 
dəlillərini  çürütmək  və  onlardan  ayrılmaq  məqsədiylə  dediklərini  qeyd 
edirlər.  Əgər  onlar  bu  etiraflarında  doğru  olsaydılar,  onda  ilk  öncə  bu 
etirafın tələblərini yerinə yetirməliydilər. Buna görədir ki, Allah öz Elçisinə 
(s.ə.s)  onlara  bu  etirafın  tələblərini  xatırlatmasını  əmr  edir.  Allah  (c.c) 
buyurur  :  “(Ya  Rəsulum!  Bu  müşriklərə)  de:  “Əgər  bilirsinizsə,  (bir  deyin 
görək)  bu  yer  və  yer  üzündə  olanlar  (bütün  məxluqat)  kimindir?”  Onlar 

 
 
42 
 
mütləq:  “Allahındır!”,–  deyə  cavab  verəcəklər.  Sən  də  de:  “Bəs  elə  isə 
düşünmürsünüz?”  Allah  (c.c)  yalan  söylədiklərinə  görə  onları  məzəmmət 
etmişdir. Çünki onlar bütlərin yerin və göyün yaradıcısı olduğunu söyləyə 
bilmədikləri  kimi,  Allahın  da  yaradan  və  ruzi  verən  olduğuna  iman 
etməmişdilər.  Onun  nifaq  salan  sözləri  hərəkətlərinə  uyğun  deyil.  Alimlər 
İbn  Əbdülvəhhaba  bu  şəkildə  cavab  vermişlər.  Əgər  kimlərsə  bu  cavabın 
zəif olduğunu düşünürsə, o zaman onun Qüreyş kafirlərini iki xislətə görə 
(İbn  Əbdülvəhhabın  yaşadığı  dövrdəki)  müsəlmanlardan  daha  fəzilətli 
olduğunu  zənn  etməsi  ondan  da  zəif  görüşdür.  Qısacası,  istər  İbn 
Əbdülvəhhabın, istərsə də, digər bir şəxsin kafirlərin xətalarına göz yumub, 
əvəzində  fəzilətlərini  qeyd  etməsi,  müsəlmanların  isə  xətalarını  seçib 
fəzilətlərini unutması doğru deyil! 
Bilərəkdən  olmasa  belə,  kafirləri  “tərifləyən”  ayələri  seçib  onlarla 
xalqı aldatmaq və kafirlərin zülmlərini, öldükdən sonra dirilişə inanmamağı 
məzəmmət edən ayələri isə tərk etmək düzgün hesab edilə bilməz.  
Bütün  bunları  qeyd  etməklə  yanaşı,  rükü  və  səcdə  edən 
müsəlmanların  qətlinə  icazə  vermək  isə  ümumiyyətlə  doğru  deyil. 
Müsəlmanlar “namaz qılan, həccə gedən, sədəqə verən və Allahı zikr edən 
kafirlər” kimi deyil. Sanki biz Peyğəmbərin (s.ə.s) davranışlarının təkrarını 
etməyə  çalışırıq!  Bu  doğru  deyil.  Xətanı  etiraf  etmək,  yanlışın  davam 
etdirilməsindən daha xeyirlidir. Günahına görə tövbə edən, onu işləməmiş 
kimidir.  Asiliyə  razı  olan,  ona  şahidlik  edən  və  şərik  olan  onu  görən 
kimidir.  Bundan  Allaha  sığınırıq.  Din  mənsublarımızın  çoxluğu  və  gücü 
bizi aldatmasın. Batilə kömək edənlərin çoxluğu, hörmət qazanmaq uğruna 
cəhalət,  boş  arzu  və  zülm  bizi  qürurlandırmasın.  Çünki  onlar  Cənnət  və 
Cəhənnəm  inancına  sahib  deyildirlər.  Bəlkə  də,  İbn  Əbdülvəhhab  indi 
bizim  onun  üçün  bağışlanma  diləməyimizə,  onun  xətalarına  kömək 
etməyimizdən  daha  çox  möhtacdır.  Ancaq  biz  sayımızın  çoxluğu  və 
çıxartdığımız boş hay–küylə öyünürük (Müəllif burada özünü də aid etdiyi 
vəhhabiləri nəzərdə tutur). 
 
 

 
 
43 
 
IV 
İbn  Əbdülvəhhab  doqquzuncu  səhifədə  deyir:  “Onların  bunu 
(Allahın  yaradan,  ruzi  verən  olduğunu  nəzərdə  tutur)  mənimsədikləri 
halda  Rəsulullahın  (s.ə.s)  dəvət  etdiyi  tövhidə  girmədiklərindən  agah 
olsan  onda  onların  inkar  etdikləri  tövhidin  “ibadət  tövhidi”  olduğunu 
bilərsən.  Tövhid,  ibadəti  təkcə  Allaha  etməkdir.  Onların  inkar  etdiyi 
tövhid ibadətdə tövhid idi. Müşriklər onu belə adlandırdılar. Günümüzdə 
buna etiqad deyilir.” 
Allah İbn Əbdülvəhhabı əfv etsin. Necə ki, bu cümlələrlə zamanının 
bütün  müsəlman  alimlərini,  yaxud  da  əksəriyyətini  küfrdə  ittiham  edir! 
Əgər  əqidə  kitablarında  “etiqad”  kəliməsini  istifadə  edənlərin  hamısını 
nəzərdə tutursa, o zaman öz dövründəki bütün alimləri küfrdə ittiham etmiş 
sayılır. Yox, bununla sadəcə özəl  etiqadı (sufiliyi)  nəzərdə  tutursa, deməli 
təsəvvüf  alimlərini  küfrdə  ittiham  edir.  Bununla  da,  həmin  alimlərin  bu 
mövzudakı  izahlarına  göz  yumur.  Cünki  izah  və  şərh  təkfirdə  ittiham 
etməyə  əngəldir.  Əgər  onun  məqsədi  yuxarıda  qeyd  etdiyimiz  birinci  hala 
aiddirsə,  bu  hər  oxucunun  dərk  edə  bilməyəcəyi  gizli  təkfir  ittihamıdır. 
Belədirsə,  İbn  Əbdülvəhhabın  “dövründəki  müşriklər”-lə  nəzərdə  tutduğu 
öz kitablarına  “etiqad” adı verənlərdir ki, onlar da müsəlman ümmətindən 
başqaları deyil… 
Bir çox sufi alimlərinin bu ittihamlara qarşı  dəlilləri  vardır. Onların 
müəyyən  zamana,  vaxta,  məkana  əhəmiyyət  vermələri    rəhmətin  endiyi 
yerlərin,  duaların  digər  vaxtlardan  daha  çox  qəbul  olunduğu  vaxtların  var 
olması  düşüncəsindəndir.  Məsələn,  bu  vaxtlardan  gecənin  son  üçdə  biri, 
Qədr gecəsi, Ərəfə günü, Şaban ayında gecə yarısı və s. Bu mövzuda səhih, 
yaxud  zəif  olmasından  asılı  olmayaraq,  hədislər  mövcuddur.  Hədislərin 
səhihliyi  (doğruluğu)  məsələsində  alimlər  mütəşəddid  (hədisi  rəvayət 
edənlərlə  bağlı  ağır  şərtlər  irəli  sürənlər)  və  mütəsahil  (hədisi  rəvayət 
edənlərlə  bağlı  ağır  şərtlər  irəli  sürməyənlər),  -  deyə  iki  qismə  ayırırlar. 
Məscid,  Ərəfə,  Mina,  Müzdəlifə,  Mədinə  və  Məkkədəki  həcc  yerlərində, 
peyğəmbərlər və tabeindən olan övliya insanların qəbirləri (onlar müsəlman 
olduqları  müddətdə  irəli  sürdükləri  dəlillər  istər  doğru  olsun,  istərsə  də 

 
 
44 
 
yanlış)  dualarının  qəbul  olacağını  umduqları  məkanlardandır.  Qədimdən 
bəri  övliya  mövzusunda  ixtilaf  mövcüddur.  Bəziləri  övliya  saydıqları 
insanların ruhlarının onları  eşitdiklərinə inanırlar (Onların inanclarına  görə 
ölülər onları eşidirlər. Bu elə bir məsələdir ki, onda fikir ayrılığı var). Onlar 
övliyaların  qəbirlərində  diri  və  ya  ruhlarının  onları  eşitdiklərinə,  onların 
qəbirlərinin  yanında  dualarının  qəbul  olunacağına  inandıqlarından  onu 
seçirlər. Ondan şəfaət diləyir, etdikləri duaların qəbul olunacağına inanırlar. 
Bu dua şəkli əksər elm əhlinə görə mübahdır. İbn Həzm bu mövzuda icma 
olduğunu  nəql  edir.  Sələfi  alimlərdən  Zəhəbi  və  Şövkaninin  bu  inancı 
təsdiq  edən  fikirləri  vardır.  Vəhhabilər  bu  sükut  edilən  icmaya  qarşı 
gəldilər. Bu onların haqqıdır.  Çünki sükut edilən icma
66
 dəlil  deyil.  Ancaq 
sükuti  icma  tərəfdarlarını  təkfir  etmək  onların  haqqı  deyil,  (Bu  məsələyə 
dair geniş məlumat əldə etmək üçün altıncı paraqrafa baxa bilərsiniz). 
İbn Əbdülvəhhabın onların övliyaya ibadət etdiyiklərinə işarə etməsi 
fikri  yanlışdır.  Bütlərə  səcdə  edən  Qüreyş  müşriklərindən  fərqli  olaraq, 
bütün müsəlmanlar ( istər təsəvvüf əhli, istər üləma, istərsə də, sadə xalqın 
nümayəndələri  olsun)  sadəcə  Allaha  ibadət  edirdilər.  Bu  açıq  şəkildə  hər 
kəsə  aydın  olmasaydı,  daha  mürəkkəb  olan  digər  işlərdəki  fərqi  ayıra 
bilməzdik. Bu qarışıq məsələlərdən biri bəzi alimlərin İbn Əbdülvəhhab və 
tərəfdarlarını  xaricilərdən  (xavaric)  olmaqda  ittiham  etməsidir.  Onlar 
vəhhabilərdə  xaricilərə
67
məxsus  xüsusiyyətləri  müşahidə  edirlər.  Çünki 
vəhhabilər  də  müsəlmanları  təkfir  edir  və  onların  qanlarını  halal  sayırlar. 
(Hədislərə  görə)  Onlar  axır  zamanda  Məşriq  (Nəcd)  tərəfdən  çıxacaqlar. 
Müşriklər  barəsində  enən  ayələri  müsəlmanlara  şamil  edəcəklər.  Quranı 
içindəki  əmrləri  və  qadağaları  ilə  oxuyacaqlar,  ancaq  bu  onların 
boğazlarından  o  tərəfə  keçməyəcək.  Buna  görə  də,  oxuduqları  onları 
müsəlmanları  küfrdə  ittiham  etməkdən,  onların  qanlarını  halal  görməkdən 
(hər nə qədər Quran nəslərı bunu qadağan etsə də)  uzaqlaşdırmayacaq. Və 
beləcə Haqq batilə qarışacak! və s.
68
  
                                                 
66
 İslam  hüququna  görə,  hər  hansı  bir  əsrdə  ictihad  səlahiyyəti  olan  bir  fəqih  müəyyən  fikrə  gəlib  bu 
fikrini elan edərsə və onu heç kim tənqid etməzsə, buna “sükuti icma” deyilir. 
67
 Xaricilik  ilk  hicri  əsrdə  ortaya  çıxan  bir  məzhəb  idi.  Bu  məzhəbin  nümayəndələri  özlərindən 
başqalarını müsəlman hesab etmir və qanlarının tökülməsini halal sayırdılar (mütərcim). 
68
 Bax. Buxari, Mənqib, 25, Əbu Davud, Sünnə, 31. 

 
 
45 
 
Xaricilərlə  vəhhabilər  arasındakı  bənzərlik  iddiası  nə  qədər  doğru 
deyilsə (müxaliflərə görə onların arasında böyük bənzərlik vardır), Qüreyş 
kafirləri  ilə  müsəlmanları  eyniləşdirmək  daha  böyük  zülm  və 
ədalətsizlikdir.  Əgər  İbn  Əbdülvəhhabın  Qüreyş  kafirlərini  öz  dövrünün 
alimlərindən daha üstün tutması bəziləri tərəfindən qəbul olunursa, o zaman 
dəvət  alimlərini  (vəhhabi  alimlərini)  xaricilərdən  sayanları  da  üzrlü  hesab 
etmək  lazımdır.  Çünki  xaricilər,  hər  halda  qəbul  edilən  görüşə  görə, 
müsəlman  idilər.  Səhabələr  onları  küfrdə  ittiham  etməmişdilər.  Qüreyş 
müşriklərinin isə kafirlərin başında durmasında şübhə yoxdur. 
 

İbn 
Əbdülvəhhab 
“Kəşfüş-şübuhat” 
kitabının 
doqquzuncu 
səhifəsində  Qüreyş  və  digər  kafirlərin  gözəlliklərini  bu  cür  təsvir  edir: 
“Onlar  gecə  və  gündüz  hər  cür  nöqsanlıqdan  uzaq  olan  Allaha  ibadət 
edirdilər!  Onlardan  bəziləri  islah  olmaları  və  Allahın  onları 
bağışlamaları  üçün  mələklərə  ibadət  edirdilər.  Yaxud  da  Lat  kimi  saleh 
insanlara  və  ya  Həzrət  İsa  (ə)  kimi  peyğəmbərə  də  bu  məqsədlə  ibadət 
edirdilər!  Peyğəmbərin  (s.ə.s)  bu  şirkə  və  ibadətlərinin  xalis  olmaları 
üçün  onlara  qarşı  savaş  açdığını  bilirsən!  Peyğəmbər  (s.ə.s)  bütün 
ibadətlərin,  nəzirlərin,  qurbanların,  kömək  diləmənin  və  hər  cür  ibadət 
növünün Allah adına olması üçün onlarla savaşdı” 
İbn  Əbdülvəhhabın  fikirlərinin  əksi  olaraq  əslində  kafirlər  gecə  və 
gündüz Allaha ibadət etmədilər! Onlar Hubəl, Lat, Uzza və Mənata sitayiş 
edirdilər. Əgər onlar gecə və gündüz Allaha ibadət etmiş olsaydılar, Allahın 
elçisi  onlara  bu  ibadətlərini  qadağan  etməzdi.  Bu  mövzuda  Allah-Təala 
buyurur:  “Ya  Rəsulum  De:  “Sizin  Allahdan  qeyri  tapındığınız  bütlərə 
ibadət  etmək  mənə  qadağan  edilmişdir”
69
.  Başqa  bir  ayədə  Allah-Təala 
kafirlərin  ölüm  anındakı  hallarını  belə  təsvir  edir:  “Allaha  iftira  yaxan, 
Onun  ayələrini  yalan  hesab  edən  kimsədən  daha  zalım  kim  ola  bilər? 
Kitabda  (lövhi-məhfuzda)  yazılmış  qismətləri  onlara  çatacaqdır.  Nəhayət, 
elçilərimiz  (göndərdiyimiz  mələklər)  canlarını  almaq  üçün  yanlarına 
                                                 
69
 Ənam surəsi, 56 

 
 
46 
 
gəldikdə:  “Allahdan  başqa  ibadət  etdiyiniz  bütləriniz  haradadır?”  – 
deyincə:  “Onlar  bizi  qoyub  qaçdılar!”  –  deyə  cavab  verəcək  və  öz 
əleyhlərinə,  kafir  olduqlarına  şahidlik  edəcəklər!”
70
 Yenə  Allah  belə 
buyurur: “Allahdan başqa ibadət etdiyiniz bütlər də sizin kimi qullardır”
71

Allah  kafirlərin  diliylə  deyir:  “Müşriklər  (Allaha  qoşduqları)  şəriklərini 
(bütləri,  tanrıları)  gördükdə:  “Ey  Rəbbimiz!  Bunlar  bizim  Səndən  savayı 
(bizi  Sənə  yaxınlaşdırmaq  məqsədilə)  ibadət  etdiyimiz  şəriklərimizdir!”,  – 
deyəcəklər.  (Bütlər  də)  onlara:  “Siz  əsl  yalançısınız!  (Biz  sizi  Allahı  tərk 
edib  bizə  tapınmağa  dəvət  etməmişdik!)”  –  deyə  cavab  verəcəklər”
72

Bunlardan  başqa  qeyd  etmək  istəmədiyim  çox  ayələr  vardır.  Bunlar  İbn 
Əbdülvəhhabın  söylədiklərinin  əksini  xəbər  verir.  Çünki  onların  hamısı 
bütlərə tapınırdılar. Yoxsa İbn Əbdülvəhhabın söylədiyi kimi onlar gecə və 
gündüz  Allaha  ibadət  etmirdilər!  Üstəlik  onlar  təkcə  sıxıntıya 
düşdüklərində Allaha dua edirdilər.  
Əgər  İbn  Əbdülvəhhabın  təsvir  etdiyi  kimi  onlar  gecə  və  gündüz 
Allaha  ibadət  etmiş  olsaydılar,  o  zaman  səhabənin  zahidləri  onlara  qibtə 
edərdilər!  Nəticədə,bu  qüsurlu  və  uğursuz  müqayisə  avam  əhalidə  Qüreyş 
kafirlərinin  müsəlmanlardan  üstün  olduğu  anlayışına  gətirib  çıxarmışdır. 
Bununla  kifayətlənməyib,  müsəlmanları  küfrdə  ittiham  etməyi  və 
öldürülmələrini halal saymağı da bu fikirlərə əlavə etmişlər.
73
 
                                                 
70
 Əraf surəsi, 37 
71
 Əraf surəsi, 194 
72
 Nəhl surəsi, 86 
73
 Məhəmməd  ibn  Əbdülvəhhabın  kitablarında  bir  çox  yerdə  kafirləri  tərifləmişdir.  Qureyş  kafirlərini 
tərifləyən  sözlərindən  bəzilərində:  “Onlar  Allahı  tanıyır,  Ondan  qorxur  və  Ona  ümüd  bəsləyirdilər”! 
kimi ifadələr işlətmişdir. (Dürərüs-Səniyyə 1/146). Bu heç də doğru  deyil.  
Digər bir  yerdə isə: “Qureyş kafirləri sədəqə verir, həccə gedir, ümrə  edir, Allahın (c.c) qorxusundan 
haramları tərk edirdilər”. (Dürərüs-Səniyyə 2/18).  
Bundan  əlavə  bir  çox  yerdə  münafiqləri  də  tərifləmişdir:  “Rəsulullah  (s.ə.s)  zamanındakı  münafiqlər 
Allah  yolunda  malları  ilə,  canlarıyla  cihad  edirdilər.  Allahın  Elçisiylə  (s.ə.s)  bərabər  beş  vaxt  namaz 
qılır,  həccə  gedirdilər”  (Dürərüs-Səniyyə  2/86).  Yuxarıda  keçən  bütün  sözlər  xətalarına  baxmayaraq, 
qəbul oluna bilər. Ancaq, münafiqlərin bunu Allah üçün etdiklərini əsla qəbul edə bilmərik. Çünki onlar 
Allah  üçün  deyil,  şəxsi  məqsədləri  üçün  bunu  edirdilər.  Onları  məcbur  etməsən  xərcləməz,  namaza 
istəksiz  qalxar,  Peyğəmbərlə  (s.ə.s)  bərabər  sabah  və  işa  namazlarını  qılmazdılar.  İbn  Əbdülvəhhab 
digər  məsələlərdə  də  onların  pisliklərinə  göz  yummuşdur.  İrəlidə  Qureyş  kafirlərini  dövrünün 
müsəlmanlarından daha üstün gördüyünə dair nümunələr göstəriləcək.  
İbn  Əbdülvəhhab  kitabında  öz  məqsədi  üçün  Müseyləmə  və  onun  tərəfdarlarını  da  tərifləmişdir. 
“Dürərüs-Səniyyə”  2/44-də  deyilir:  “Müseyləmə  Allahın  birliyinə  və  Məhəmmədin  Onun  rəsulu 
olduğuna  şəhadət  edər,  namaz  qılar  və  oruc  tutardı!”  Bu  doğru  deyil.  Əgər  Allahın  birliyinə  və 

 
 
47 
 
Peyğəmbərin  (s.ə.s)  bir  çox  məsələyə  görə  (onlardan  ən  önəmlisi 
Allaha  şirk  qoşmaq,  müsəlmanları  ölkələrindən  qovmaq  və  zülmə  davam 
etdikləri üçün) kafirlərlə savaşdığını qeyd etmək lazımdır.  
İbn  Əbdülvəhhabın  dəlili  isə  naqisdir.  Bu  naqis  dəlil  onu  namaz 
qılan, həccə gedən  və  Allahı zikr  edən müsəlmanlarla savaşmasına gətirib 
çıxardı.  
Qurani-Kərimdə  Peyğəmbərə  (s.ə.s)  kafirlərlə  (onların  qurban  və 
nəziri  ancaq  Allah  üçün  verməsinə  və  ancaq  Allahdan  kömək  diləyənə 
qədər) savaşmağı əmr edilmişdir. 
Bunun  əsas  səbəbi  böyük  şirk,  nübüvvətin  inkarı  və  müsəlmanları 
ölkələrindən çıxarmaları idi.  
İbn  Əbdülvəhhab  isə  kiçik  və  şübhəli  görünən  (qarşı  tərəfin 
ifadələrinə görə uydurma olan) səbəblərin üzərində dayanaraq nəssləri zikr 
etməyib.  Qeyd  olunan  iradların  onlarla  savaşmaq  üçün  səbəb  sayılıb-
sayılmadığı isə sual altındadır. O, hər kəs tərəfindən icma ilə qəbul edilən 
böyük  səbəbləri  və  Quran  nəsslərini  tərk  etdi.  Çünki  bu  səbəblər 
Peyğəmbərin  (s.ə.s)  kafirlərlə  savaşmasına  əsas  idi.  Məhz  bu  kimi  şübhəli 
və  ixtilaflı  məsələlər  üzərində  duraraq  qəti  hökmləri  tərk  edən  xavaric  və 
bəzi radikal qruplar ifrata gedib. Onlar şübhəli və zəif dəlillərə əsaslanaraq 
müsəlmanların qanlarını mübah sayıblar. Bununla da onlar tarix boyu ifrata 
yol vermişlər.  
                                                                                                                 
Məhəmmədin  onun  elçisi  olduğuna  şahidlik  etsəydi,  onu  yalançı  adlandırmaz  və  peyğəmbərlik  iddia 
iddiasında  olmazdı.  Birdə  ki,  Müseyləmənin  namaz  və  orucdan  başqa  özəl  ibadətləri  vardı.  İbn 
Əbdülvəhhab  Müseyləmətul-Kəzzabın  tərəftarları  olan  Bəni  Hənifə  qəbiləsinin  mənsubları  haqqında 
belə deyir:  “Onlar dindən dönənlərin və küfrdə ifrata gedənlərin ən pisləri idilər. Bununla bərabər onlar 
Allahın birliyinə, Məhəmmədin Onun elçisi olduğuna şəhadət edər, azan verər, namaz qılar və bir çoxu 
da  Peyğəmbərin  (s.ə.s)  belə  əmr  etdiyini  zənn  edərdilər!”  (Dürər,  9/387)  Yenə  Müseyləmə 
tərəfdarlarıyla bağlı “Dürərdə” (9/383) belə deyilir: “Onlar Allahın birliyinə, Məhəmmədin (s.ə.s) Onun 
elçisi  olduğuna  şahidlik  edirdilər.  Lakin,  onlar  Müseyləmənin  Həzrət  Məhəmmədin  (s.ə.s) 
peyğəmbərlikdə onu özünə ortaq etdiyinə dair iddiasına inandılar. Bunun üçün o, bu iddiasına şahidlik 
edəcək insanlar tapdı. Onların arasında elmi  və ibadətiylə tanınan bir səhabə vardı. Ona “çox səyahət 
edən” deyirdilər. Elminə və ibadətinə bələd  olduqlarına görə  onun şahidliyinə inandılar”. Əlinin (r.a.) 
yandırdığını  söylədikləri  dindən  dönənləri  də  İbn  Əbdülvəhhab  təriflədi:  “Onlar  Allahın  birliyinə  və 
Məhəmmədin Onun elçisi olduğuna şəhadət etdilər!” (2/44). Bu doğru deyil. O qövm dindən çıxan bir 
qövm  idi.  Mövzunun  xülasəsi  budur  ki,  İbn  Əbdülvəhhab  gerçək  müşrükləri  istər  kafir,  istər  mürtəd, 
istər  sadə  münafiq  olsun  tərifləyir,  dövrünün  müsəlmanlarını  isə  gerçək  kafirlərin  şirklərindən  daha 
böyük şirkdə ittiham edir. 
 

 
 
48 
 
VI 
İbn Əbdülvəhhab on birinci səhifədə qeyd edir: “Onlara görə Allah  
yaradıcı, ruzi verən, hər şeyi təyin edən deyildi. Lakin daha öncə də qeyd 
etdiyim  kimi,  bütün  bu  işlərin  yalnızca  Allaha  aid  olduğunu  bilirdilər. 
Onlar  Allah  kəlməsi  ilə  dövrümüzdəki  müşriklərin  “seyid”  kəlməsiylə 
ifadə etdiklərini nəzərdə tuturdular”.  
Qeyd 
etməliyəm  ki,  yuxarıdakı  cümlələrdə  də  dövrünün 
müsəlmanlarının  küfrdə  ittihamı  vardır.  “Seyid”  kəlməsi  son  əsirlərdən 
günümüzədək  Əhli-beytdən  olanlar  haqqında  istifadə  edilir.  İbn 
Əbdülvəhhab və bizim zamanımızda xalq  “seyid” sözünü mübarək olduğu 
zənn  edilənlər  haqqında  deyir,  dua  oxuyur  və  bunları  iqrar  edirlər.  Bu 
kəlimənin  istifadəsi  və  ona  inanmaq  nə  küfr,  nə  də  haramdır.  Olsa-olsa 
məkruhdu?  Bunu  yasaqlayan  hədis  barəsində  fikir  ayrılığı  vardır.  İbn 
Əbdülvəhhabın  zamanında  Nəcd  və  Hicaz  xalqının  bəzisi  “seyid” 
kəliməsini  mübarəkliyinə  inandıqları  kimsələr  haqqında  demişdir.  Ondan 
dua  tələb  etsələr  də,  bu  mövzuda  ən  son  deyilə  biləcək  söz  bunun  bidət 
olmasıdır.
74
 Bu  da  söyləyənin  və  söylənilən  adama  görə  və  aralarındakı 
bağa  görə  böyük  və  ya  kiçik  ola  bilər.  Lakin  bu  küfr  deyil.  Üstəlik  İbn 
Əbdülvəhhabın  müşriklərin  hamısının  Allahın  yaradıcı  və  ruzi  verici 
olduğuna  inandıqlarını  söyləməsi  doğru  deyil.  Kafirlərin  yalnız  bəziləri 
belə  düşünürdü.  Məsələn,  dəhrilər  (İslamın  ilk  dövründə  mövcud  olan 
materialistlər)  Quran  nəssində  qeyd  olunan  bu  sözlərə  inanmır  və 
deyirdilər: “Bizi ancaq zaman həlak edir
75
”  
                                                 
74
Müəllif özü sələfi mühitdə olduğu üçün bunun bidət kimi qəbul olunacağını deyir. Əslində isə əksər 
İslam alimlərinə görə övliya ilə Allaha təvəssül etmək caiz bir əməldir (mütərcim). 
75
Cahiliyə  tarixinə  dair  əsər  yazan  hər  kəs  onlarda  müxtəlif  inancların  olduğunu  deyirlər.  Onlardan 
dəhrilər,  bütpərəstlər  (onlar  çoxluqda  idilər),  əhli-kitab  olanlar,  məcusilər,  sehrbazlar,  kahinlər  və 
İbrahimin (ə)  dinində olan Həniflər (bunlar azlıqdaydılar) öz dinlərində o qədər təəssübkeş deyildilər. 
Nə  məcusilər  məcusiliklərinə,  nə  də  bütpərəstlər  bütpərəstliklərinə  dəvət  etmirdilər.  Buna  görə  də 
əqidələr bir-birinə qarışmışdı. Hər kəs Allah kəliməsini istifadə edirdi. Onlardan hər hansı birisi Allahın 
yaradıcı olduğunu etiraf etsə də, Onun birliyini qəbul etmirdi. Ona ibadət etməz, əmrləri və yasaqlarına 
uyğun  hərəkət  etməzdidilər.  Nə  zülmdən,  nə  də  günah  işləməkdən  qorxmazdılar.  İslamdan  öncə 
ərəblərdəki  dini  vəziyyət  haqqında  geniş  məlumat  əldə  etmək  istəyən  bu  sahədə  yazılmış  kitablara 
müraciət edə bilər. Zənnimcə, bu kitabların ən dəyərlisi və ən məşhuru Dr. Cavad Əlinin İslamdan öncə 
ərəb  tarixinə  dair  təfsilatlı  kitabıdır.  Bu  kitab  dəqiq,  elmi,  yazılı  qaynaqlara  və  arxeolojik  əsərlərə 
dayanan on böyük cilddə çap edilmişdir.  

 
 
49 
 
VII 
İbn  Əbdülvəhhab  on  birinci  səhifədə  deyir:  “Peyğəmbər  (s.ə.s) 
onları  Allahdan  başqa  heç  bir  İlah  yoxdur  anlamında  olan  tövhid 
kəliməsinə  dəvət  etmək  üçün  gəldi.  Bu  kəliməylə  nəzərdə  tutulan  onun 
ləfzi deyil, mənasıdır”. 
İstər  yalandan,  istərsə  də,  müdafiə  olunmaq  üçün  kəlimeyi-tövhidin 
iqrar  edilməsi  bir  insanı  təkfirdən  və  ölümdən  qoruyar.  Ancaq  İbn 
Əbdülvəhhabın  çağdaşlarını  bunu  söyləmələrinə,  dindar  və  dürüst 
olmalarına  baxmayaraq,  onları  təkfir  və  ölümdən  qoruya  bilmədi. 
Məhəmməd  peyğəmbər  (s.ə.s.)  dövründə  münafiqlər  kəlimeyi-şəhadəti 
sadəcə  dillərilə  deyirdilər.  Onların  çoxunun  yalandan  şəhadət  gətirdiyini 
Allahın  Elçisi  (s.ə.s)  bilirdi.  Buna  rəğmən  onların  malları  və  qanları 
qorunurdu.  İbn  Əbdülvəhhabın  çağdaşları  olan  müsəlmanlara  gəlincə, 
onların  mallarını  və  qanlarını  nə  kəlimeyi-şəhadət,  nə  də  İslamın  digər 
əsasları (sözlərində səmimi olmalarına baxmayaraq) qoruya bilmədi.  
 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   18




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin