Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə27/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   23   24   25   26   27   28   29   30   ...   34

 
857
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 43 
858
 H
əmin mənbə, səh. 43-44 
[228] 
 
                                                 

4.1.1.S
əhih hədis 
 
Səhih  sözü,  lüğətdə  “doğru”,  “qüsursuz”,  “düzgün”  və  s.  bu  kimi  mənalarda 
işlədilir.
859
 
Hədis  elmindəki  mənası  isə  müxtəlif  alimlər  tərəfindən  aşağıdakı  kimi 
tərif edilmişdir. Belə ki, Şəhidül-əvvəl yazırdı: “Səhih imamiyyə və adil olan şəxsin 
s
ənədi Məsumədək müttəsil olan rəvayətdir.”
860
  
S
əhih hədis aşağıdakı üç qismə bölünür:  
-S
əhihül-əla; 
-S
əhihül-əvsət;   
-S
əhihül-ədna. 
 
 
a) Səhihül-əla (ali səhih hədis) 
Səhihül-əla  o  hədisə  deyilir  ki,  o  səhih  hədisin  bütün  əlamətlərini  daşımaqla 
yanaşı,  yəqin  (elm)  yolu  ilə  yaxud  da,  iki  adil  şəxsin  şahidliyi  vasitəsiylə  nəql 
olunmuş olsun.
861
 
Bu tərifə görə səhih hədisin ən uca və ən ali dərəcəsini tutan növü səhihül-əla 
növüdür.  Çünki  bu  növ  hədis  səhih  hədisin  bütün  şərtlərini  özündə  ehtiva  etməklə 
yanaşı,  haqqında  gərək  elm  və  yəqinlik  hasil  olsun  və  həmçinin,  bunlardan  əlavə 
gərək bu növ hədisə iki ədalətli şəxs şahidlik etsin. 
  
b) S
əhihül-əvsət (orta səhih hədis)  
Səhihül-əvsət o  hədisə deyilir ki,  bir  ədalətli  şəxsin  sözü ilə  bütün  yuxarıdakı 
əlamətləri özündə ehtiva edən və insana xatircəmlik gətirən olmuş olsun.
862
 
Səhih hədisin ikinci pilləsini təşkil edən bu tərifdən məlum olduğu kimi səhihül-
əvsət səhih hədisin bütün əlamət və xüsusiyyətlərini daşıyır, amma, bir nəfər ədalətli 
şəxs tərəfindən doğruluğuna şahidlik verilir.  
 
c) 
Səhihül-ədna (ən aşağı səhih hədis) 
Səhihül-ədna o hədisə deyilir ki, səhih hədisin bütün xüsusiyyətlərini daşımaqla 
yanaşı, ictihadi güman ilə ələ gətirilmiş olsun.
863
 
Səhih hədisin ən aşağı təbəqsini təşkil edən səhihül-ədnanın tərifindən belə başa 
düşülür ki, bu qrupa aid olan hədislər səhih hədisin xüsusiyyətlərini daşımaqla yanaşı, 

ctəhidin  ictihadi  nəticəsində  səhih  həddinə  çatmış  olsun.  Yəni  bu  qrup  hədisin 
səhihliyinə  ədalətli  şəxs  şəhadət  verməyib,  lakin müctəhidin  tədqiqatı  nəticəsində 
icatihadına dayanaraq haqqında səhih qərar verilibdir.  
 
Səhih hədisin hökmü 
S
əhih hədisin hökmü  hədisşünaslar  və  fəqihlərə  görə  dində  höccətdir və  ona 
əməl etmək vacibdir. Şübhəsiz ki, bu görüş səhih hədisin ən üstün dərəcəsində yer 
almış hədislərə şamil olmalıdır. 
859
 
əl-Müncid, səhih maddəsi 
860
 
əz-Zikra, səh. 4 
861
 C
əfər Sübhani, Üsulu-hədis və əhkamuhu, səh. 59; S. S. Rəşadi, Hədis elmi, səh. 34 
862
 H
əmin mənbələr 
863
 H
əmin mənbələr 
[229] 
 
                                                 

 
S
əhih hədisin şərtləri 
S
əhih hədisin hədis alimlərinə görə beş şərti vardır ki, bu şərtlər daxilində hədis 
s
əhihlik dərəcəsini qazanmış olur. Həmin şərtlər aşağıdakılardır: 
1. S
əhih hədisin raviləri ədalətli olmalıdır. 
2. S
əhih hədisin raviləri zabit olmalıdır. 
3. S
əhih hədisin isnadı müttəsil olmalıdır. 
4. S
əhih hədis şazz olmamalıdır. 
5. S
əhih hədis müəlləl olmamalıdır. 
Dem
əli, bu beş şərti özündə daşıyan hər hansı bir hədisə “səhih hədis” demək 
olar. Əks halda həmin hədis səhihlik dərəcəsini itirəcək və zəif olacaqdır.
864
 
Əlbəttə 
ki,  bu  şərtlər  səhih hədisin  şərtləri içərisində  əsas  şərtlərdir ki, bu barədə  heç bir 
ixtilaf yoxdur. Lakin 
bundan  başqa  səhih hədisin digər  şərtləri də  vardır  ki, 
maraqlananlar bu sah
ədə yazılmış əsərlərə müraciət edə bilərlər. 
S
əhih hədisə aşağıdakı hədisi misal göstərə bilərik: 
لﺎﻗ بﻮﻘﻌﯾ ﻦﺑ ﷴ ﺮﻔﻌﺟﻮﺑأ
 :
 ،رﺎﻄﻌﻟا ﻰﯿﺤﯾ ﻦﺑ ﷴ ﻢﮭﻨﻣ ﺎﻨﺑﺎﺤﺻأ ﻦﻣ ةﺪﻋ ﻲﻨﺛﺪﺣ
 ﻦﻋ ،ﷴ ﻦﺑ ﺪﻤﺣأ ﻦﻋ
لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﺮﻔﻌﺟ ﻲﺑأ ﻦﻋ ،ﻢﻠﺴﻣ ﻦﺑ ﷴ ﻦﻋ ،ﻦﯾزر ﻦﺑ ءﻼﻌﻟا ﻦﻋ ،بﻮﺒﺤﻣ ﻦﺑ ﻦﺴﺤﻟا
 :
 ﻞﻘﻌﻟا ﷲ ﻖﻠﺧ ﺎﻤﻟ
ﮫﻟ لﺎﻗ ﻢﺛ ﮫﻘﻄﻨﺘﺳا
 :
ﮫﻟ لﺎﻗ ﻢﺛ ﻞﺒﻗﺄﻓ ﻞﺒﻗأ
 :
لﺎﻗ ﻢﺛ ﺮﺑدﺄﻓ ﺮﺑدأ
 :
 ﻚﻨﻣ ﻲﻟإ ﺐﺣأ ﻮھ ﺎﻘﻠﺧ ﺖﻘﻠﺧ ﺎﻣ ﻲﻟﻼﺟو ﻲﺗﺰﻋو
ﯾإ ﻲﻧإ ﺎﻣأ ،ﺐﺣا ﻦﻤﯿﻓ ﻻإ ﻚﺘﻠﻤﻛأ ﻻو
ﺐﯿﺛا كﺎﯾإو ،ﺐﻗﺎﻋا كﺎﯾإو ﻰﮭﻧأ كﺎﯾإو ،ﺮﻣآ كﺎ
.
865
 
 
4.1.2.H
əsən hədis 
Həsən sözü lüğəvi mənada “gözəl”, “yaraşıqlı”, “qüsursuz”, “məqbul” və s. bu 
kimi mənalarda işlədilir.
866
 
Hədis elmindəki mənasına gəldikdə isə “Həsən ədalətinə 
açıq-aşkar  dəlil  olmayan,  təriflənmiş  (mədh  edilmiş)  şəxsin  rəvayət  etdiyi 
hədisdir.”
867
  
لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﷲﺪﺒﻋ ﻲﺑأ ﻦﻋ ،ﮫﺑﺎﺤﺻأ ﺾﻌﺑ ﻦﻋ ،ﺮﯿﻤﻋ ﻲﺑأ ﻦﺑا ﻦﻋ ،ﮫﯿﺑأ ﻦﻋ ،ﻢﯿھاﺮﺑإ ﻦﺑ ﻲﻠﻋ
 :
 اذإ
ﺊﺷ ﺎھﺪﺴﯾ ﻻ ﺔﻤﻠﺛ مﻼﺳﻻا ﻲﻓ ﻢﻠﺛ ﮫﯿﻘﻔﻟا ﻦﻣﺆﻤﻟا تﺎﻣ
.
868
 
 ﻦﺑ دﺎﻤﺣ ﻦﻋ ،ﻰﺴﯿﻋ ﻦﺑ ﷴ ﻦﺑ ﺪﻤﺣأ ﻦﻋ ،ﻰﯿﺤﯾ ﻦﺑ ﷴ
 ﻢﻠﺴﻣ ﻦﺑ ﷴو ةرارز ﻦﻋ ﺰﯾﺮﺣ ﻦﻋ ،ﻰﺴﯿﻋ
ﺪﯾﺮﺑو
 
اﻮﻟﺎﻗ ﻲﻠﺠﻌﻟا
 :
ﻦﯿﻋأ ﻦﺑ ناﺮﻤﺤﻟ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﷲﺪﺒﻋﻮﺑأ لﺎﻗ
 
ﮫﻟﺄﺳ ﺊﺷ ﻲﻓ
 :
 ﻻ ﻢﮭﻧﻻ سﺎﻨﻟا ﻚﻠﮭﯾ ﺎﻤﻧإ
نﻮﻟﺄﺴﯾ
.
869
 
 
4.1.3.M
üvəssəq hədis 
Müvəssəq sözü “vəsiqa” sözündən olub, lüğətdə “güvənmək”, “etimad etmək”, 
“qani olmaq” mənalarındadır.
870
 
Hədis elmindəki mənası isə “etibarlı (siqə) olması ilə 
bərabər əqidəsində fəsadın olması haqqında da dəlil olan ravinin rəvayət etdiyi hədisə 
deyilir.”
871
 
Digər  bir  tərifə  görə,  müvəssəq  hədis  “o  hədisə  deyilir  ki,  onun  sənədi 
864
 bax: Prof. Dr. S. 
əs-Saleh, Hədis elmləri və Hədis istilahları, səh. 383-384, 32-33; Prof. Dr. İ. L. Çakan, adı keçən 
əsəri, səh. 122 
865
 Küleyni, Üsuli-Kafi, c. I, s
əh. 12, hədis №1; Əllamə Məcilisi, Miratül-üqul, c. I, səh. 25 
866
 
əl-Müncid, “həsən” maddəsi 
867
 
əz-Zikra, səh. 4; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 60 
868
 Küleyni, üsuli-kafi, c. I, s
əh. 49, hədis № 2; Əllamə Məclisi, Miratül-üqul, c. I, səh. 124 
869
 Küleyni, üsuli-kafi, c. I, s
əh. 52, hədis № 2; Əllamə Məclisi, Miratül-üqul, c. I, səh. 129 
870
 
əl-Müncid, vəsəq maddəsi 
871
 M
əhəmməd bin Məkki əl-Amili, Zikra, səh. 4; Cəfər Sübhani, adı keçən əsəri, səh. 47 
[230] 
 
                                                 

imama  çatmış  olsun,  lakin,  onun  ravilərindən  bəzisi  imamiyyədən  olmasa da, 
in
anılmış  şəxs  olduqlarına  şahidlik  verilsin.  Müvəssəq  hədisə  “qəvi  hədis”  də 
deyilir.”
872
 
Bu  təriflərə  görə  müvəssəq  hədis  bütün  lazımı  xüsusiyyət  və  sifətləri  özündə 
birləşdirən ravilər tərəfindən nəql olunan hədisdir. Lakin bu lazımı sifətlər içərisində 
olmayan şey yalnız ravinin on iki imamçı şiə olmamasıdır. Buradan belə başa düşülür 
ki, 
imamiyyədən olmayan, lakin ədalət və zəbtı haqqında əldə kifayət qədər dəlil olan 
ravinin  nəql  etdiyi  hədis  məqbul  hesab  edilə  bilər.  Alimlərimiz  bu  kimi  hədisləri 
“mü
vəssəq”  və  ya  “qəvi”  adı  altında  təqdim  etmiş  və  onun  digər  səhih  hədislərlə 
ziddiyyət təşkil etmədiyi təqdirdə, səhih hədislər bölümündə yerləşdirmişlər.
873
 
Müvəssəq hədisə aşağıdakı rəvayət misal ola bilər: 
 ﻦﺴﺤﻟا ﻲﺑأ ﻦﻋ ،ﻢﮭﺠﻟا ﻦﺑا ﻦﺴﺤﻟا ﻦﻋ ،طﺎﺒﺳأ ﻦﺑ ﻲﻠﻋ ﻦﻋ ،ﻦﺴﺤﻟا ﻦﺑ ﻲﻠﻋ ﻦﻋ ،ﻲﻤﺻﺎﻌﻟا ﷲﺪﺒﻋﻮﺑأ
لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﺎﺿﺮﻟا
 :
لﺎﻗ ﻞﻘﻌﻟا ﺮﻛذو ﺎﻨﺑﺎﺤﺻأ هﺪﻨﻋ ﺮﻛذ
 :
مﻼﺴﻟا ﮫﯿﻠﻋ لﺎﻘﻓ
 :
 ﻻ
ﺄﺒﻌﯾ
 
 ﻞﻘﻋ ﻻ ﻦﻤﻣ ﻦﯾﺪﻟا ﻞھﺄﺑ
ﺖﻠﻗ ،ﮫﻟ
 :
ﻒﺼﯾ ﻦﻤﻣ نإ كاﺪﻓ ﺖﻠﻌﺟ
 
لﺎﻘﻓ لﻮﻘﻌﻟا ﻚﻠﺗ ﻢﮭﻟ ﺖﺴﯿﻟو ﺎﻧﺪﻨﻋ ﻢﮭﺑ سﺄﺑ ﻻ ﺎﻣﻮﻗ ﺮﻣﻻا اﺬھ
 :
 ﺲﯿﻟ
ﮫﻟ لﺎﻘﻓ ﻞﻘﻌﻟا ﻖﻠﺧ ﷲ نإ ﷲ ﺐطﺎﺧ ﻦﻤﻣ ءﻻﺆھ
 :
ﮫﻟ لﺎﻗو ﻞﺒﻗﺎﻓ ﻞﺒﻗا
 :
لﺎﻘﻓ ،ﺮﺑدﺄﻓ ﺮﺑدأ
 :
 ﺎﻣ ﻲﻟﻼﺟو ﻲﺗﺰﻋو
 ،ﻚﻨﻣ ﻲﻟإ ﺐﺣا وأ ﻚﻨﻣ ﻦﺴﺣأ ﺎﺌﯿﺷ ﺖﻘﻠﺧ
ﻲﻄﻋا ﻚﺑو ﺬﺧآ ﻚﺑ
.
874
 
 
4.1.4.Z
əif hədis 
Zəif sözü lüğətdə “zəif”, “gücsüz”, “dayanıqsız” və “qırılğan” mənalarındadır.
875
 
Hədis elmindəki mənasına gəldikdə isə, bu qrup hədislərə belə tərif verilir: “Səhih, 
həsən  və  müvəssəq  hədislərin  şərtlərini  özündə  daşımayan  hədisə  zəif  hədis 
deyilir.”
876
  
Bu  tərifin  təhlili  onu  göstərir  ki,  zəif  hədis  məqbul  hədis  hesab  olunan  və 
yuxarıda  öyrəndiyimiz  səhih,  həsən  və  müvəssəq  hədis  çeşidlərinin  heç  birinin 
xüsusiyyətlərini daşımadığı üçün belə adlanmışdı. Zəif hədisə bəzən uydurma hədis 
də  deyilmişdir.  Lakin  zəif  hədislə  uydurma  hədis  çox  vaxt  bir-birlərindən  fərqli 
xüsusuiyyətlərə malikdirlər. 
Zəif hədisə aşağıdakı rəvayəti misal göstərmək olar: 
ﻦﺑ ﺪﻌﺳ ﻦﻋ ،ﺢﻟﺎﺻ ﻦﺑ ﻞﻀﻔﻣ ﻦﻋ ،نﺎﻤﺜﻋ ﻦﺑ وﺮﻤﻋ ﻦﻋ ،دﺎﯾز ﻦﺑ ﻞﮭﺳ ﻦﻋ ،ﷴ ﻦﺑ ﻲﻠﻋ
 
 ﻦﻋ ،ﻒﯾﺮط
لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﻲﻠﻋ ﻦﻋ ،ﮫﺗﺎﺒﻧ ﻦﺑ ﻎﺒﺻﻻا
 :
لﺎﻘﻓ مﻼﺴﻟا ﮫﯿﻠﻋ مدآ ﻰﻠﻋ ﻞﯿﺋﺮﺒﺟ ﻂﺒھ
 :
 نأ تﺮﻣا ﻲﻧإ مدآ ﺎﯾ
مدآ ﮫﻟ لﺎﻘﻓ ﻦﯿﺘﻨﺛا عدو ﺎھﺮﺘﺧﺎﻓ ثﻼﺛ ﻦﻣ ةﺪﺣاو كﺮﯿﺧا
 :
لﺎﻘﻓ ؟ثﻼﺜﻟا ﺎﻣو ﻞﯿﺋﺮﺒﺟ ﺎﯾ
 :
 ،ﻦﯾﺪﻟاو ءﺎﯿﺤﻟاو ﻞﻘﻌﻟا
مدآ لﺎﻘﻓ
 :
ءﺎﯿﺤﻠﻟ ﻞﯿﺋﺮﺒﺟ لﺎﻘﻓ ﻞﻘﻌﻟا تﺮﺘﺧا ﺪﻗ ﻲﻧإ
 
ﻦﯾﺪﻟاو
 :
هﺎﻋدو ﺎﻓﺮﺼﻧا
 
ﻻﺎﻘﻓ
 :
 نﻮﻜﻧ نأ ﺎﻧﺮﻣا ﺎﻧإ ﻞﯿﺋﺮﺒﺟ ﺎﯾ
لﺎﻗ ،نﺎﻛ ﺚﯿﺣ ﻞﻘﻌﻟا ﻊﻣ
 :
جﺮﻋو ﺎﻤﻜﻧﺄﺸﻓ
.
877
 
 
 ﻦﻋ ،نﺎﻨﺳ ﻦﺑ ﷴ ﻦﻋ ،ﻦﯿﻄﻘﯾ ﻦﺑ ﻲﻠﻋ ﻦﺑ ﻦﺴﺤﻟا ﻦﻋ ،ﺪﻟﺎﺧ ﻦﺑ ﷴ ﻦﺑ ﺪﻤﺣأ ﻦﻋ ،ﺎﻨﺑﺎﺤﺻأ ﻦﻣ ةﺪﻋ
لﺎﻗ مﻼﺴﻟا ﮫﯿﻠﻋ ﺮﻔﻌﺟ ﻲﺑأ ﻦﻋ ،دورﺎﺠﻟا ﻲﺑأ
 :
بﺎﺴﺤﻟا ﻲﻓ دﺎﺒﻌﻟا ﷲ قاﺪﯾ ﺎﻤﻧإ
 
 ﻢھﺎﺗآ ﺎﻣ رﺪﻗ ﻰﻠﻋ ﺔﻣﺎﯿﻘﻟا مﻮﯾ
ﺎﯿﻧﺪﻟا ﻲﻓ لﻮﻘﻌﻟا ﻦﻣ
.
877F
878
 
872
 S. S. R
əşadi, Hədis elmi, səh. 34 
873
 
bax: Şeyx Bəhai, Vüsulul-əxyar ilə üsulil-əxbar, səh. 97; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 48 
874
 Küleyni, Üsuli-kafi, c. I, s
əh. 35, hədis-32; Əllamə Məclisi, Miratül-üqul, c. I, səh. 93  
875
 
əl-Müncid, zaif maddəsi 
876
 Zeynüddin 
əl-Amili, ər-Riayə fi ilmid-dirayə, səh. 77-86; Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 50 
877
 Küleyni, Üsuli-Kafi, c. I, s
əh. 12, hədis № 2; Əllamə Məcilisi bu hədisi zəif hesab edir, Miratül-üqul, c. I, səh. 32 
878
 Küleyni, 
əl-Kafi, c. I, səh. 14, hədis № 7; Əllamə Məclisi, Miratül-üqul, c. I, səh. 34 
[231] 
 
                                                 

“Səlim bin Səlmə demişdir: “Bir dəfə bir nəfərin Əbu Abdullaha (ə) Qurandan 
başqalarının oxuduğuna bənzəməyən bəzi şeylər oxuduğunu eşitdim. Əbu Abdullah 
(ə)  dedi:  “Müdafiəçimiz  zühur  edənədək  bu  qiraətdən  imtina  edib  sən  də  camaat 
oxuyan kimi oxu. Qiyamətdən sonra isə Qüdrət və Cəlal sahibi Allahın Kitabı Onun 
Özünün istədiyi kimi oxunacaq.” Sonra o, Əlinin (ə) yazdığı müshəfi çıxardı və dedi: 

İmam Əli (ə) onu yazıb qurtarandan sonra adamlara göstərib demişdir: “Bu, Qüdrət 
və Cəlal sahibi Allahın Məhəmmədə (s) nazil etdiyi Kitabıdır. Mən onu iki lövhədən 
toplamışam.” Camaat demişdir: “Budur, bizdə Quranın toplandığı müshəf var, bizim 
ona  ehtiyacımız  yoxdur.”  O  demişdir:  “Onda  siz  onu  bu  gündən  sonra heç vaxt 
görməyəcəksiniz.  Mənim  borcum  onu  toplayandan  sonra  sizə  göstərmək  idi  ki, 
oxuyasınız.”
879
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
879
 
Üsul əl-Kafi, səh. 633, c. II, Tehran çapı, hədis Salim bin  Sələmə səbəbindən zəifdir: Əllamə Məclisi, Miratül-üqul, 
c. XII, səh. 523 
[232] 
 
                                                 

V F
ƏSİL 
 
S
ƏHİH, HƏSƏN, MÜVƏSSƏQ VƏ ZƏİF HƏDİSLƏR ARASINDA İŞLƏNƏN 
MÜŞTƏRƏK HƏDİS NÖVLƏRİ 
 
Ötən fəsillərdə biz artıq hədis üsulunda işlənən və hədis qaynaqlarında “əqsami-
ərbəə”  (dörd qrup) deyə  məşhur  olan  hədis  çeşidləri  haqqındakı  məlumatları 
öyrəndik.  Bu  fəsildə  isə  yerdə  qalan,  səhih,  həsən,  müvəssəq  və  zəif  hədislərlə 
müştərək  olaraq  işlədilən  növlərdən  bəhs  edəcəyik.  Bu  fəsildə  araşdırıb  tədqiq 
etdiyimiz  hədislərin  bir  qrupu  bütövlükdə  “dörd  qismin”  hamısına  şamil  olur,  bir 
qismi yalnız bəzilərinə şamil olur və bir qism də sırf mətnə aid ola bilir. Beləliklə, bu 
fəsildə tədqiq edib incələdiyimiz hədis növləri aşağıdakılardır. 
 
5.1.
əl-Müsnəd 
Müsn
əd  hədis  o hədisə  deyilir ki, sənədi  əvvəldən  axıradək müttəsil  (bitişik) 
olan v
ə sənədində heç bir şəxsin düşmədiyi, həmçinin Məsuma (ə) və ya qeyrisinə 
yetişmiş  olsun.
880
 Y
əni, bu qrup  hədislərin sənədində  heç bir qopuqluq yoxdur və 
s
ənədli hədis hesab olunurlar. 
 
5.2.
əl-Müttəsil 
Müttəsil  hədis  o  hədisə  deyilir  ki,  onun  isnadı  Məsuma  (ə)  və  ya  digərinə 
yetişmiş olsun. İttisal bir isnadı təşkil edən ravilərdən hər birinin öz üstündəki ravini 
(şeyxi) eşitməsi və ya ondan icazə alması ilə hasil olar.
881
 
 
5.3.
əl-Mərfu 
Mərfu hədis o hədisə deyilir ki, o hədis Məsuma (ə) izafə edilmiş olsun. Belə ki, 
Məsum belə dedi, elə etdi və ya, onun hüzurunda filankəs belə etdi deyilmiş olsun.
882
 
Bu  hədisə  Bəhaəddin  əl-Amili  belə  tərif  vermişdir:  “Peyğəmbərə  (s)  və  ya 
imamlardan  (ə)  hər  hansı  birinə  aid  edilən  -  istər  müttəsil  isnadla  rəvayət  edilmiş 
olsun, istərdə də münqəti - qəvli, feli və təqriri hədis mərfudur.”
883
 
Mərfu  hədisi  geniş  izah  edən  Cəfər  Sübhani  yazırdı:  “Mərfu  hədisin  iki 
terminoloji mənası vardır: 
a) M
əsuma (ə) aid edilmiş olsun. Belə ki, Məsum (ə) belə dedi, belə etdi və ya 
onun hüzurunda filank
əs belə  etdi və  o, onu inkar etmədi və  ya hüzurunda olan 
h
ərəkətə izn verdi. 
b) Münq
əti (kəsik) isnadla Məsuma (ə) aid edilmiş olsun. Şeyx Bəhaəddin əl-
Amili demişdi: “Bil ki, mərfu  ravinin Peyğəmbərə  (s) və  ya imamlardan (ə) birinə 
m
ərfu olaraq nisbət verdiyi hədisdir. Belə  olsa, ona mərfu deyərlər,  əgər  münqəti, 
mürs
əl və ya müəlləq olsa da. Həmçinin Seyidüt-taifə əl-Bürucerdi yazırdı: “Mərfu 
880
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 65 
881
 H
əmin mənbə, səh. 66, T. Koçyigit, Hədis istilahları, səh. 349 
882
 H
əmin mənbə, səh. 66-67 
883
 H
əmin mənbə, Huseyn bin Əbdüssəməd, Vüsulul-əxyar, səh. 103 
[233] 
 
                                                 

h
ədisi  əsl sahibinə  isnad etməkdir. Məsələn,  əgər  Küleyni  desə:  Əli  bin  İbrahim  –
atasından - İbn Əbi Ümeyr onu İmam Sadiqə (ə) isnad etsə, bu mərfu olar.
884
 
Dem
əli, ustadın bu mülahizələrindən bəlli olur ki, mərfu hədis Peyğəmbər (s) və 
ya  imama (
ə) aid olan sözdür və  yaxud da  hədisi onlara isnad etməkdir (rafəahu). 
 
5.4.
əl-Məvquf 
M
əvquf hədis  Məsumun (ə)  səhabəsinə  aid edilən hədisdir.
885
 Dem
əli,  sənədi 
M
əsumun (ə)  səhabəsinə  yetişən hər  hansı  bir  hədis  -  istər o hədis  isnadlı  olsun, 
ist
ərsə də isnadsız - məvquf olacaqdır. Məsələn, rəvayət olunsa ki, İbn Abbas və ya 
Salman Farsi bel
ə etdi, belə dedi və ya, belə qərar verdi, bu məvquf hədis olacaqdır. 
 
5. 5.
əl-Məqtu 
M
əqtu lüğətdə “kəsilmiş” deməkdir. Hədis elmindəki mənası isə “Peyğəmbərin 
(s)  s
əhabəsinin  səhabəsinə  aid edilən söz, yəni,  tabeundan  gələn rəvayət  məqtu 
h
ədisdir.”
886
 
M
əqtu hədislər zəif hədislər qrupunda yer alır.
887
 Çünki m
əqtu hədis tabeuna aid 
olan bir h
ədis çeşididir və təbii ki, tabeun Məsumu (ə) görməyən bir şəxs olduğundan 
onun sözü m
əqbul hesab edilmir və dində höccət sayılmır. 
 
5.6. 
əl-Muanan 
Muanan o h
ədisə deyilir ki, onun sənədində “an” kəlməsi (ön qoşması) olsun.
888
 
Muanan h
ədisin tərifindən belə bəlli olur ki, bu qrup hədislərin sənədində “an” 
(dan
2
) ön qoşması işlədilmiş olsun. Deməli, bu hədis “ananə” yolu ilə rəvayət edilir. 
H
ədis alimləri muanan hədisdə bir neçə şərt olarsa, onun müttəsil hədis kimi qəbul 
olunaca
ğını deyirlər. Belə ki, məşhur alimlərdən olmuş Şəhidi-sani yazırdı: “Muanan 
h
ədis iki şərt vasitəsiylə müttəsil olar:  
a) Ravinin r
əvayəti aldığı şəxslə görüşməsi (görüş mümkün olduqda).  
b) T
ədlisdən salim olması.  
Əgər rəvayətdə tədlis  olarsa, görüş  kifayət deyil, çünki tədlis muanan hədisdə 
ittisalı aradan aparır.
889
 
 
5.7.
əl-Müəlləq 
Müəlləq  “asılmış”  mənasındadır.  Hədis  elmindəki  mənası  isə  isnadının 
əvvəlindən bir və ya bir çox ravinin düşməsi ilə ortalığa çıxan hədisdir.
890
 
Məsələn, 
Şeyx Tusi Küleynidən rəvayət edərək deyir: Məhəmməd bin Yəqub - Əli bin İbrahim 

atasından...”  Məlumdur  ki,  Şeyx  Tusi  Küleynidən  vasitəsiz  rəvayət  edə  bilməz. 
Gərək o belə sənədlə rəvayət edə: “Şeyx Müfid - Cəfər bin Quləveyh - Küleynidən.” 
884
 H
əmin mənbə, səh. 68 
885
 H
əmin mənbə, adı keçən əsəri, səh. 67 
886
 H
əmin mənbə, səh. 102-103 
887
 h
əmin mənbə, səh. 68 
888
 C
əfər Sübhani, Üsulu-hədis və əhkamuhu i, səh. 68 
889
 
ər-Riayə fi elmid-dirayə, səh. 99 
890
 C
əfər Sübhani, Üsulu-hədis və əhkamuhu, səh. 69 
[234] 
 
                                                 

Bu misalda göründüyü kimi, 
Şeyx  Tusinin  birbaşa  Küleynidən  rəvayət  etməsi 
nəticəsində  meydana  gələn hədis  müəlləq  olmuşdur.  Çünki  Şeyx  Tusi  gərək hədisi 
Şeyx Müfiddən, o da İbn Quləveyhdən, o da Küleynidən rəvayət edəydi.  
Həqiqətən Şeyx Tusinin “Təhzib” və “əl-İstibsar” əsərlərində rəvayətlərin böyük 
bir qismi müəlləq rəvayətlərdən ibarətdir. Həmçinin bunun kimi Şeyx Səduqun “əl-
Fəqih” əsərində də belədir. Çünki onların ikisi də rəvayətləri üsul və kitablardan əldə 
etmişlər. Buna görə də hədisin sənədinin əvvəlində ikidən çox ravi düşmüşdür.
891
 
Müəlləq  hədisin  sənədində  qopuqluğun  olması  təriflərdən  aydındır.  Belə  olan 
halda bu qrup 
hədislər səhhət baxımdan necədir sualı ortaya çıxır. Buna cavab olaraq 
alimlər deyirlər: “Əgər hifz olunduğu bilinərsə, müəlləq səhihlikdən çıxmır. Deməli, 

etibarlıdir. Yox əgər hifz olunması (rəvayət edənlər) bilinməzsə, zəif olması ortaya 
çıxır.”
892
 
Müəlləq  hədislər  Küleyninin  “əl-Kafi”  əsərində  olduqca  azdır.  Çünki  o, 
bütünlükdə  sənədi  zikr  etməyə  səy  göstərmişdi.  Buna  misal  aşağıdakı  hədisi 
göstərmək  olar:  “Əli  bin  Həkəm  -  Yunus  bin Yaqubdan  nəql  edərək  deyir:  Əbu 
Ab
dullah mənə əmr edib dedi ki, Müfəzzəlin yanına getdim və İsmayılın əzasını ona 
bildirim...” 
893
 
 
5.8.
əl-Müfrəd 
Müfrəd  o  hədisə  deyilir  ki,  onun  ravisi  bir  nəfərdir  və  yaxud  da  bir  şəhərin 
əhalisidir.
894
 
Bu hədisə misal xəlifə Əbu Bəkrin rəvayət etdiyi bu hədisi göstərmək 
olar. O, demişdir: “Biz peyğəmbərlər, dinar və dirhəm miras buraxmarıq, nə ki miras 
qoyduq,  sədəqədir”.  Bu  hədisdə  Əbu  Bəkr  tək  qalmışdır.  Çünki  bu  hədisi  ondan 
başqa heç kəs rəvayət etməmişdir.
895
 
 
5.
9.əl-Müdrəc 
 
Müdrəc  lüğətdə  bir  şeyi  digər  bir  şeyə  daxil  etmək  mənasındadır.  İstilahi 
mənada  isə  bəzi  ravilərin  kəlməni  hədisdən  hesab  edərək  hədisə  qarışdırmalarıdır 
(kəlməni hədisə daxil etmələridir).
896
 
Müdrəc hədis bir neçə qismdir. Belə ki, bu qrup 
hədis  ravi  tərəfindən  ya  hədisə,  ya  sənədə,  yaxud  da  mətnə  artırılan  kəlmədir: 
 
a)
 
Müdrəcül-isnad 
Bir  ravinin 
siqə  (etibarlı)  ravilərlə  müxalifətlə  isnadında  dəyişiklik  edərək 
rəvayət  etdiyi  hədisə  müdrəcül-isnad  deyilir.  Müdrəcül-isnad  müxtəlif  şəkillərdə 
ortalığa çıxar: 
I. Bir hədis bir çox kimsə tərəfindən müxtəlif isnadlarla rəvayət edilmişdir. Bir 
ravi 
eyni hədisi bu kimsələrdən hamısını tək bir isnad içərisində birləşdirərək rəvayət 
edər, amma isnadlar arasındakı fərqi bildirməz. 
891
 H
əmin mənbə, səh. 70 
892
 H
əmin mənbə, səh. 70 
893
 Küleyni, 
əl-Kafi, c. II, səh. 96, hədis № 16-17 
894
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 71; S. S. Rəşadi, Hədis elmi, səh. 35 
895
 H
əmin mənbə, səh. 71 
896
 H
əmin mənbə, səh. 82 
[235] 
 
                                                 

II
. Ravinin əlində iki müxtəlif isnadla gəlmiş iki ayrı hədis tapılır. Hər iki hədisi 
bu isnadlardan birisiylə rəvayət edər, yaxud da bir hədisi öz isnadıyla rəvayət edərkən 
mətninə  digər  hədisin  mətnindən  bəzi  ibarələr  əlavə  edərsə,  hədis  müdrəcül-isnad 
olur. 
III
.  Ravinin  əlində  bir  isnadla  ancaq  mətninin  bir  qismi  gəlmiş  olan  bir  hədis 
vardır. Bu mətnin isnadı ilə özünə bir başqa isnadla gəlmiş olan hədisin mətnini tam 
olaraq rəvayət edər. 
IV
.  Ravinin  şeyxindən  hədisin  ancaq  bir  tərəfini  eşitməsi,  sonra  bir  vasitə  ilə 
yenə o şeyxdən tamamını almasını, bir başqa ravinin də aradakı vasitəni həzf edərək 
(ataraq) hədisin tamamını o biri ravidən nəql etməsi də müdrəcül-isnadın bir növüdür. 
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin