Qafqaz müSƏlmanlari idarəSİ baki islam universiteti



Yüklə 5,13 Kb.
Pdf görüntüsü
səhifə29/34
tarix21.04.2017
ölçüsü5,13 Kb.
#15078
1   ...   26   27   28   29   30   31   32   33   34

yaxud da ona b
ənzərini gətiririk.”
927
 
Buradan bir daha aydın olur ki, nəsx mövzusu 
əbəs bir mövzu olmayıb, Quran və hədisdə öz əksini tapmış və çox mühüm bir mövzu 
olaraq d
əyərləndirilir. 
Aliml
ərimizə  görə  Quranın  Quranla  və  hədisin də  hədis ilə  nəsx  olunması 
mümkündür. Lakin x
əbəri-vahidin nəsx etməsi məsələsi ixtilaflıdır. 
Əhli-beytin  (ə)  hədislərində  bunların  (nəsxin)  mümkünlüyü  haqqında  xəbərlər 
vardır.  Belə  ki,  Məhəmməd  bin  Müslüm  İmam  Sadiqdən  (ə)  nəqlən  deyir:  Ona 
dedim:  yalançılıqda  ittiham  olunmayan  bir  qrup  vardır  ki,  onlar  Peyğəmbərdən  (s) 
hədis  deyirlər  və  sizin  də  ona  xilaf  olan  hədislərinizi  rəvayət  edirlər?  O,  dedi: 
“Həqiqətən Quran nəsx etdiyi kimi hədis də nəsx edir.”
928
 
Həmçinin Məhəmməd bin Mənsur bin Hazimdən rəvayət olunur ki, o demişdir: 

İmam Sadiqə (ə) dedim: Məhəmmədin (s) səhabələrindən mənə xəbər verdilər, onlar 
doğru  danışır,  yoxsa  yalan?  O,  dedi:  Bəlkə  də  doğru.  Mən  dedim:  Onların 
ixtilaflarının səbəbi nədir? İmam (ə) buyurdu: Bilmirsənmi insanlar Peyğəmbərin (s) 
yanına gəlib ondan bir məsələ barəsində soruşurlar və Peyğəmbər (s) də onlara cavab 
verirdi. Sonra o cavabı nəsx edən hədis deyirdi. Beləliklə, hədislərin bəzisi bəzisini 
nəsx edirdi.”
929
 
Cəfər  Sübhani burada incə  bir  məqama  toxunaraq  yazırdı:  “İmamlardan gələn 
sonrakı hədis nəsx edən deyildir. Bəlkə bu hədislər Peyğəmbərin (s) dilindən gəlmiş 
nəsx  edən  hədislərin  üzə  çıxmasıdır.  Səbəbi  isə  Peyğəmbərdən  (s)  sonra  vəhyin 
kəsilməsidir.”
930
 
Müəllifin bu sözündən məlum olur ki, İmamlar (ə) Peyğəmbərin (s) sözünü nəsx 
edə bilməzlər. Onların nəsx etməsi vaxtı ilə Peyğəmbər (s) tərəfindən nəsx ediləcəyi 
zamana görə ortaya çıxacaq şeylərin onların dili ilə elan olunmasıdır. 
 
5.21
. əl-Məqbul 
Məqbul  hədis  o  hədisə  deyilir  ki,  əshabın  hamısı  onu  qəbul  edir  və  onun 
məzmununa  inanırlar.
931
 
Məqbul  hədisin  tərifindən  də  belə  məlum  olur  ki,  bu  növ 
hədislər  müsəlman  alimləri  tərəfindən  hədislərin  səhhət  baxımından  hansı  növündə 
olmasına  baxmayaraq  məqbul  hesab  edilmiş  və  onun  ehtiva  etdiyi  mənalara  əməl 
edilmişdir. Lakin burada diqqət çəkən bir məqam vardır və o da bundan ibarətdir ki, 
m
əqbul hədislər səhih, yoxsa digər hədislər qrupundandır ya yox? Bu suala aydınlıq 
gətirən Cəfər Sübhani yazırdı: “Zahir budur ki, məqbul növ hədislər səhih yox, digər 
hədislər  növünə  məxsusdur.  Çünki  səhih  məqbul  və  qeyri-məqbul  qismlərinə 
ayrılmır, bəlkə o çoxluğun nəzərinə görə mütləq məqbul hesab edilmişdir. Yaxud da 
şazz  olmadığından  təhqiq  edilməmiş  və  onda  da  problem (illət)  yoxdur.  Zəifə 
gəldikdə  isə  o  məqbul  və  qeyri-məqbul  qruplarına  ayrılır.  Deməli,  onu  səhih  və 
digərləri arasında müştərək qruplardan hesab etmək mümkündür.”
932
 
927
 B
əqərə-106 
928
 Küleyni, 
əl-Kafi, c. I, səh. 56 
929
 H
əmin mənbə 
930
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 88 
931
 H
əmin mənbə, səh. 89 
932
 H
əmin mənbə, səh. 89 
[243] 
 
                                                 

Məqbul hədisə ən aydın dəlil aşağıdakı hədis hesab olunur. Bu hədis Ömər bin 
Hənzələnin hədisidir ki, əshabımızın hamısı, Şeyx Küleyni, Şeyx Səduq və Şeyx Tusi 
onu rəvayət etmişlər və onların rəvayətləri öz məşhur əsərlərində yer almışdır. Onun 
sənədi belədir: “Məhəmməd bin Yəqub – Məhəmməd bin Yəhya – Məhəmməd bin 
Hüseyn  -  Mü
həmməd  bin  İsa  -  Səfvan  bin  Yəhya  -  Davud  bin  Həsin  -  Ömər  bin 
Hənzələdən rəvayət edir: Əbu Abdullahdan (ə) sual etdim ki, əshabımızdan iki kişi 
borc və miras haqqında bir-biri ilə mübahisə edirlər, onların sultan və qazının yanına 
getmələri halaldırmı?...”
933
 
Bu hədisi alimlər qəbul etmiş və “Qəza” fəslində onu qeyd etmişlər. Bu hədisin 
rəvayət yolunda üç şəxs gəlmişdir: 
1. Məhəmməd bin İsa əl-Yəqtini. Bu şəxsi İbn Vəlid “İstisna” əsərində 27 nadir 
şəxslər  içərisində  zəif  bilmişdir.  Lakin  bu  şəxsin  siqəliyi  (etibarlı  olması) sübuta 
yetmişdir.  Nəcaşi  “ər-Rical”  əsərində  Əbülabbasdan  nəqlən  deyir:  O,  İbn  Vəlid 
“İstisna”  əsərində  hər  şeyi  doğru  demişdir,  yalnız  Məhəmməd  bin  İsa  haqqında 
dediklərindən başqa. 
2. Davud 
bin Həsin. O, kufəlidir və etibarlıdir. Onu Şəhidüs-sani “ər-Rivayə fi 
ilmid-d
irayə” əsərində zəif bilmişdir.
934
 
3. Ömər bin Hənzələ. Alimlər bu şəxsin haqqında nə cərh nə də tədil etmişlər. 
Şəhid deyir: “Mənim nəzərimə görə o, münasibdir, çünki mən onu etibarlı olmasını 
sonda sübut etdim, onu göz
ardı etsələr də belə.”
935
  
“Məalim” əsərinin müəllifi yazırdı: “O hədisin ki, rəvayət yolu haqqında zəiflik 
deyilib, 
onu izah etmək lazımdır.” 
Həmçinin  adı  çəkilən  məşhur  əsərin  müəllifi  yenə  də  demişdir:  “Ömər  bin 
Hənzələ cərh və tədildə adı çəkilməmiş birisidir, lakin mənə görə o, İmam Sadiqin 
(ə): “Bizə yalan deməsə”
936
 
hədisinə görə etibarlıdir (siqədir).  
M
əqbul  hədisin  alimlər  tərəfindən  incələnən  bu  təriflərindən  və 

lahizələrindən  aydın  olur  ki,  əgər  bir  hədisin  ravisi  haqqında  tədil  və  ya  cərh 
hökmü  sabit  olmayıbsa,  o  hədis  məqbul  hesab  edilir.  Biz  burada  Ömər  bin 
Hənzələnin  hədisini  qeyd  etdik.  Halbu  ki,  Ömər  bin  Hənzələ  o  şəxslərdəndir  ki, 
haqqında cərh və tədil sabit olmamış, lakin alimlər tərəfindən məruf bir insan hesab 
edilmişdir.  Hətta  onun  haqqında  İmam  Sadiqin  (ə)  hədisi  də  məşhurdur.  Belə  ki, 
Küleyni 
“əl-Kafi”  adlı  məşhur  əsərində  Əli  bin  İbrahim  –  Məhəmməd  bin  İsa  – 
Yunus - 
Yezid bin Xəlifə kanalı ilə rəvayət edir: İmam Sadiqə (ə): Ömər bin Hənzələ 
bəzən  səndən  bizə  hədis  deyir.  Həzrət  buyurdu:  “Deməli,  bizə  yalan  isnad  etməsə 
(qəbul edin).”
937
 
 
5.22
. əl-Mötəbər 
933
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 89; Hürr Amili, Vəsailüş-şiə, c. XIII, səh. 98, hədis № 1, bab-9 
934
 s
əh. 131 
935
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 90 
936
 Hüseyn bin Zeynüddin, Münt
əqal-cəman, c. I, səh. 17-18 
937
 Küleyni, 
əl-Kafi, c. III 
[244] 
 
                                                 

Mötəbər  o  hədisə  deyilir  ki,  onun  səhihliyi,  yaxud  həsən  olması  və  yaxud  da 

vəssəq  olması  məlumdur.
938
 
Bu  tərifə  görə  mötəbər  hədis  o  hədisdir  ki,  o 
etib
arlıdır  və  səhih,  həsən  və  ya  müvəssəq  hədis  növlərindən  birinə  daxildir. 
Həmçinin  bu  növ  hədislər  bu  üç  qrupdan  birinə  daxil  olduqları  üçün  zəif  hesab 
olunmurlar. 
 
5.23
. əl-Mükatəb 

katəb o hədisə deyilir ki, o hədis Məsumun (ə) kitabından rəvayət edilsin.
939
 
Deməli,  bu  tərif  onu  göstərir  ki,  əgər  bir  hədis  Məsumun  (ə)  hər  hansı  bir 
əsərindən və yaxud da kitabından nəql olunursa, o mükatəb hədis növünü alacaqdır, 
istər o kitabı Məsum (ə) özü yazsın, istərsə də onu imla edib yazdırsın. 
 
5.24
. əl-Möhkəm 
Möhkəm lüğətdə “güclü”, “sağlam”, “dayanıqlı”, “mükəmməl”, “qüsursuz” və 
s.  bu  kimi  mənalarda  işlənməkdədir.
940
 
Hədis  elmindəki  mənası  isə  “zahirindən 
mənası  bəlli  olan,  əlamətlərlə  əlaqədar  olmayan,  izahına  ehtiyac  olmayan 
hədisdir.”
941
 
Tərifdən də aydın olduğu kimi, möhkəm bir hədis növü olub, məna baxımdan 
heç bir şübhəli və çətin anlaşılan ifadələrlə əlaqəsi olmayan hədisdir. Yəni hər hansı 
bir hədisdə izaha ehtiyac olmayan, açıq-aşkar mənaya dəlalət edən, hər növ tərəddüd 
və şübhələrdən uzaq olan hədis möhkəm hədisdir.  
 
5.25
. əl-Mütəşabeh 
Mütəşabeh lüğətdə “bir-birinə oxşayan”, “mənası qapalı”, “açıq olmamaq” və s. 
bu kimi mənalarda işlədilir.
942
 
Hədis elmindəki mənasına gəldikdə isə, üsul alimləri 
onu belə tərif etmişlər: “Mütəşabeh həm mətndə, həm də sənəddə olur. Mətndə olan 
mütəşabehlik  budur  ki,  onun  mənası  qeyri-aydın  olsun.  Həmçinin  onun  əlamət  və 
dəlilləri olsun. Sənəddə olan mütəşabehlik isə sənəddə yer alan ravilərin adlarını həm 
yazı, həm də nitq (deyiliş) baxımdan eyni olmasıdır.”
943
  

təşabeh hədisin tərifindən də bəlli olduğu kimi, bu növ hədislər iki formada 
özünü  göstərə  bilər.  Bunun  birincisi  budur  ki,  mütəşabehlik  mətndə  olmuş  olsun. 
Bəlkə də elə mütəşabehin həqiqi mənası özünü burada göstərmiş olur. Çünki Quran 
terminologiyasında  da  mütəşabehlik  mənanın  çətin  olması  və  hər  kəsə  bəlli 
olmaması, həmçinin mənanın idrakdan kənar olması mənasındadır. Bu haqda Quran 
buyurur: 
“Sənə Quranı nazil edən odur. Onun bir hissəsi Quranın əslini, əsasını 
təşkil  edən  möhkəm  (mənası  aydın,  hökmü  bəlli),  digər  qismi  isə  mütəşabeh 
(mənaca bir-birinə oxşar, məğzi bəlli olmayan) 
ayələrdir. Ürəklərində əyrilik (şəkk-
şübhə) 
olanlar  fitnə-fəsad  salmaq  və  istədikləri  kimi  məna  vermək  məqsədilə 
938
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 91 
939
 H
əmin mənbə, səh. 92 
940
 
əl-Müncid, hökm maddəsi 
941
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 92 
942
 
İbn Mənzur, Lisanül-ərəb 
943
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 92 
[245] 
 
                                                 

mütəşabeh  ayələrə  uyarlar.  Halbuki  onların  həqiqi  izahını  Allahdan  və  elmdə 
qüvvətli olanlardan  başqa  heç  kəs  bilməz...”
944
 
Bu ayədə də mütəşabeh yuxarıda 
dediyimiz mənaları izah edir. 
Mütəşabehlik eyni zamanda da hədislərdə mövcuddur. Bu barədə kifayət qədər 
hədislər  vardır.  Belə  ki,  İmam  Rza  (ə)  buyurub:  “Bizdən  gələn  xəbərlər  içərisində 
Qurandakına  bənzər  mütəşabeh  ifadələr  vardır.  Həmçinin  Quranınkına  bənzər 
möhkəm ifadələr vardır.
945
 
Deməli, bu və ya digər dəlillər onu göstərir ki, mütəşabeh xəbərlər mənası tam 
bəlli olmayan bir hədis növüdür ki, onun mənası yalnız Məsuma (ə) məxsusdur və 
yaxud da onun mənası yalnız elmdə çox qüvvətli olub və Məsum (ə) kimsələrə yaxın 
olan az bir qrup 
insanlara şamildir. Bəzi alimlər mütəşabeh hədisləri bəzi qruplarda 
yerləşdirmişlər. Belə ki, mütəşabeh hədislər aid olduğu yerə və ehtiva etdiyi mövzuya 
görə belə sıralana və qruplaşdırıla bilər: 
A
).  Üluhiyyət  baxımından  mütəşabeh  xəbərlər.  Bura  Allahın  sifətləri  və 
ümumiyyətlə Allaha aid olan xəbərlər daxildir ki, o xəbərlər insan idrakı tərəfindən 
dərk edilmir. Məsələn, Allahın elmi kimi. 
B
).  Nübüvvət  baxımından  mütəşabeh  xəbərlər.  Bura  isə  peyğəmbərliklə 
əlaqədar xəbərlər daxildir. Belə ki, Peyğəmbərlərin (ə) mənsub olduqları bəzi hallar, 
onların  ilahi  vəhyi  necə  qəbul  etmələri  və  s.  bu  kimi  şeylər  bizim  idrakımızdan 
kənardır  və  ona  yalnız  iman  gətirmək  lazımdır.  Buna  misal  Peyğəmbərlərin  (ə) 
möcüzələrini və ya Peyğəmbərin (s) merac hadisəsini göstərmək olar. 
C). Zaman b
axımından  mütəşabeh  xəbərlər.  Buraya  aid  olan  xəbərlərə 
məxluqatın  nə  vaxt  və  necə  əmələ  gəlməsi,  dünyanın  və  ya  qalaktikaların  yaşı  və 
həmçinin  gələcək  zamanlarda  nə  baş  verəcəyini  izah  edən  xəbərlər  daxildir.  Buna 
misal Qiyamətin nə zaman baş verəcəyini göstərmək olar. 
Ç
).  Məkanla  əlaqədar  mütəşabeh  xəbərlər.  Buraya  daxil  olan  mütəşabeh 
xəbərlərə,  yer  kürəsinin  Qiyamətdə  hansı  formada  olacağı,  həmçinin  Cənnət  və 
Cəhənnəmin  məkani  xüsusiyyətlərini  (eni,  uzunu,  dərinliyi  və  s.)  misal  göstərmək 
olar.  
Sənəddə olan mütəşabehlik isə rəvayət zəncirində olan ravilərin adlarının və ya 
atalarının  yazılış  və  deyiliş  baxımdan  eyni  olmasıdır.  Sənəddə  olan  mütəşabehlik 
mətndə olan mütəşabehlikdən fərqlənir. Belə ki, mətndə olan mütəşabehlik mənanın 
başa düşülməsi və dərk edilməsi problemidirsə, sənəddə olan mütəşabehlik isə adın 
necə  oxunması  problemini  ortaya  qoyur.  Çünki  bəzi  adlar bir-birinə  oxşadıqlarını 
görə onları necə oxumaq məsələsi çətinləşir Buna misal aşağıdakı adları göstərmək 
olar: 
ﻞﯿﻘﻋ  ﻦﺑ  ﷴ  bir  hədis  sənədində  keçən  addır  ki,  onun  oxunması  müxtəlif 
formalarda  özünü  göstərməkdədir.  Belə  ki,  əgər  “ayn”  hərfi  fəthəli  oxunarsa 
Nişapurinin  adı,  yox  əgər  dammalı  oxunarsa  Fəryabinin  adı  olacaqdır.  Həmçinin 
mütəşabehlik özünü ravinin  baba  adında və  ya  ləqəbində  də göstərə bilər. Belə  ki, 
buna misal 
ا
ﺪﯿﻟﺎﺧ ﻦﺑ ﷴ ﻦﺑ ﺪﻤﺣ  və 
ا
ﻰﺴﻋ ﻦﺑ ﷴ ﻦﺑ ﺪﻤﺣ  göstərmək olar. Bu adların birincisi 
944
 Ali-
İmran-7 
945
 Üyunu-
əxbarir-Rza əsərindən nəqlən Əllamə Təbatəbai, Təfsirül-mizan, c. III, səh. 106 
[246] 
 
                                                 

əl-Bərqinin  adıdır  və  o,  hicri  274-cü  ildə  vəfat  etmişdir.  İkinci  ad  isə  əl-Əşərinin 
adıdır ki, o, qumluların rəisi olmuşdur. 
Ləqəbdə olan mütəşabehliyə isə 
ا
يﺪﺳﻻا ﻰﺴﻋ ﻦﺑ ﷴ ﻦﺑ ﺪﻤﺣ  ilə  ﻰﺴﻋ ﻦﺑ ﷴ ﻦﺑ ﺪﻤﺣا
ا
يﺮﺴﻘﻟ  ləqəblərini göstərmək olar.
945F
946
  
 
5.26
. əl-Müştəbih əl-Məqlub 
Bu  qrup 
hədislər  o  hədislərə  deyilir  ki,  sənədin  adında  ravi  zəncirində  deyil, 
ravinin zehnində ona oxşarlıq olsun. Belə olduqda ravilərin oxşar adlarında ravilərin 
birinin adı yazı və kəlmədə atanın adı əsl addan sonda gəlir.
947
 
Bu tərifə görə müştəbihül-məqlub o hədisdir ki, onun sənədində ravilərin birinin 
adı  hədis  nəql  edən  tərəfindən  atasının  adından  əvvəl  gəlsin,  yəni  ata  ilə  oğul 
adlarında  dəyişkənlik  baş  versin.  Bunun  da  nəticəsində  oğul  ata  kimi,  ata  da  oğul 
kimi nəql edilir. Buna misal olaraq aşğıdakı adları qeyd edək: 
Əhməd bin Məhəmməd bin YəhyaMəhəmməd bin Əhməd bin Yəhya adına 
oxşardır.  Burada  Əhməd  ilə  Məhəmmədin  yerdəyişməsi  nəticəsində  başqa  bir  ada 
şamil olan sənəd ortalığa çıxır. Halbuki bunların birincisi 
Əhməd  bin  Məhəmməd 
bin  Yəhya  əl-Attar  əl-Qumi,  ikincisi  isə  Məhəmməd  bin  Əhməd  bin  Yəhya 
“Nəvadirül-hikmət”  əsərinin  sahibi  nəzərdə  tutulur.  Bu  adlar  bir-birinə  oxşar 
olduqlarından belə sənəd Müştəbihül-məqlub adlanmışdır. 
 
5.27
. əl-Müştərək 

ştərək  hədislər  o  növ  hədislərdəndir  ki,  onun  ravilərinin  biri  və  ya  çoxu 
etibarlı (siqə) və qeyri-etibarlı arasında müştərək olsun, amma burada müştərəkliyin 
ayırd edilməsi labüddür və səbəbi göstərilməlidir. Ayırd etmə zamanın əlamətlərilə, 
ravi ilə və ondan nəql olunan rəvayətlə əldə edilir.
 948
  
Deməli, müştərək növlü hədislər o növ hədislərdən olur ki, onun sənədində yer 
alan ravilər həm siqəlik (etibarlılıq), həm də qeyri-siqəlik (qeyri-etibarlılıq) baxımdan 
ortaq məxrəcdə olmuş olsun. Yəni ravinin etibarlı və ya qeyri-etibarlı olması ortaqdır. 
Lakin onun üstün cəhətlərinin səbəbləri aydınlaşdırılmalı və üzə çıxarılmalıdır. 
Bu  hədis  elmində  mühüm  məsələlərdən  olduğu  üçün  hədisşünaslar  bu növ 
hədislər üzərində dayanmış və bu sahədə əsərlər də meydana gətirmişlər. Bu sahəyə 
aid əsər yazan məşhur alimlərdən biri əl-Kazimi olmuşdur. Onun yazdığı əsərin adı 
“Təmyizül-müştərikat”dır. 
 
5.28
. əl-Mütəlif və əl-Müxtəlif 
Bu qrup
a aid olan hədislər o hədislərdir ki, onların sənədlərindəki adlar yazılışca 
eynidir,  amma  oxunuşca  ayrı.
949
 
Deməli,  bu  tərifə  görə  hədisin  sənədində  mövcud 
olan ravilərin adları, ləqəbləri yaxud da nəsəbləri yazılış baxımdan bir, ancaq oxunuş 
və nitq baxımdan ayrı olmuş olsun. Buna misal aşağıdakı adları göstərmək olar:  
946
 C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 92 
947
 H
əmin mənbə, səh. 93 
948
 H
əmin mənbə, səh. 93 
949
 H
əmin mənbə, səh. 93 
[247] 
 
                                                 

ﺮﯾﺮﺟ
 
 
və 
ﺰﯾﺮﺣ  adları.  Bu  adlardan  birincisi  Cərir  bin  Abdullah  əl-Bəcli  əs-
Səhabənin, digəri isə Həriz bin Abdullah əs-Sicistaninin adıdır. Bundan əlavə 
ﻲﻧاﺪﻤﮭﻟا 
və 
ﻲﻧاﺬﻤﮭﻟا  adlarını  da  göstərmək  olar.  Bunlardan  birincisində  olan  “mim”  hərfi 
sükunlu, 
“dəl” hərfi isə nöqtəli, ikincisində isə “mim” hərfi fəthəli, “zəl” hərfi isə 
nöqtəli  olacaqdır.  Bunlardan  birincisi  (əl-Həmdan)  İranda  şəhər  adıdır,  ikincisi  isə 
(əl-Həməzan)  Yəməndə  bir  qəbilə  adıdır.  Həmçinin  birinci  məxsusdur  Məhəmməd 
bin Hü
seyn bin Əbil-Xəttab, Məhəmməd bin Əsbəğ, Sindi bin İsa, Məhfuz bin Nasr 
və digərlərinə. Bu ada çoxlu sayda ravilər mənsubdur. Çünki o doğru və salih qəbilə 
olmuş və Əmirülmöminin Əlinin (ə) dostlarından olmuşlar. 
İkincisinə gəldikdə isə, Məhəmməd bin Yəhya, Məhəmməd bin Vəlid, Əli bin 
Fəzl,  İbrahim  bin  Süleyman,  Əhməd  bin  Nazr,  Ömər  bin  Osman,  Əbdulkərim  bin 
Hi
lal əl-Cufinin adlarını çəkmək olar.
950
 
 
5.29
. əl-Müdəbbəc və rəvayətül-əqran 
Müdəbbic lüğətdə “gözəl söz”, rəvayətül-əqran isə “eyni zamanlı rəvayət” və ya 
“iki  dostun  etdiyi  rəvayət”  mənalarındadır.  Hədis  elmindəki  mənasına  gəldikdə  isə 
“yaşca bir-birinə yaxın olan ravilərin bir-birindən rəvayət etdikləri hədisdir.”
951
 
Deməli, tərifdən də başa düşüldüyü kimi, müdəbbəc rəvayət o rəvayətə deyilir 
ki, eyni yaşda və yaxud da yaş fərqləri az olmuş, bir-birilə görüşmüş və sənəddə bir-
birinin  yaxını  olan  iki  ravinin  etdiyi  hədisə  deyilir.  Bu  qrup  hədislər  hədis 
ədəbiyyatında  özünəməxsus  yer  qazanmış  hədis  növlərindəndir.  Bu  növ  hədislərə 
rəvayətül-əqran deyilməsinin də səbəbi budur ki, iki ravi həmtaydırlar və yaxud da 
biri digərindən yaşca az fərqlidir. Buna misal olaraq Cəfər Sübhani Şeyx Tusi (388- 
460 h/q
) ilə Şeyx Mürtəzanı (355- 436 h/q) göstərərək yazırdı: “Onların ikisi Şeyx 
Müfid
dən  dərs  almış  və  onun  yanında  həmtay  olaraq  elm  əldə  etmişlər.  Seyid 
Mürtəza Şeyx Tusidən yaşca böyükdür. Əgər onlar bir-birindən rəvayət edərlərsə, o 
rəvayət müdəbbəcdir.”
952
 
 
5.30. R
əvayətül-əkabir ənil-əsağir 
Əkabir “böyüklər”,  əsağir  isə  “kiçiklər” mənasını  daşıyır.  Hədis elmindəki 
m
ənası  isə  “böyüklərin kiçiklərdən rəvayəti nəzərdə  tutularaq  ravinin  yaşca  və  ya 
görüşmək  (liqa)  baxımından  böyük  olduğu  halda  özündən kiçikdən rəvayət etdiyi 
h
ədisə deyilir.”
953
 
Bu t
ərifə görə həm yaşca, həm də mənsub olduğu ravilər təbəqəsində özündən 
kiçik v
ə ya sonra gələn təbəqədən birindən rəvayət etmək surətiylə ortalığa çıxan bir 
h
ədis növü rəvayətül-əkabir  ənil-əsağir,  yəni  böyüklərin kiçiklərdən rəvayət etməsi 
növüdür. Buna misal olaraq onu göst
ərmək olar ki, məsələn,  səhabənin özündən 
sonra g
ələn təbəqə olan tabeundan və yaxud da tabeunun özündən sonra gələn ətbaüt-
tabeundan h
ədis rəvayət etməsi bu növ hədislərdəndir. 
950
 bax: h
əmin mənbəyə, səh. 94 
951
 H
əmin mənbə, səh. 94 
952
 H
əmin mənbə, səh. 94 
953
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 94 
[248] 
 
                                                 

 
5.31. 
əs-Sabiq və əl-Lahiq 
Sabiq  sözü  lüğətdə  “öncə  gələn”, “geridə  buraxan”, lahiq isə  “daha  sonrakı” 
m
ənasındadır.  Hədis elmində  isə  mühüm  anlayışlardan  olub,  “İki ravinin eyni 
şeyxdən rəvayət etdikləri, ravinin birinin ölməsi isə  digərinə  nisbətən daha əvvəl 
olması ilə ortalığa çıxan hədis terminidir.”
954
 
Bu t
ərifə görə iki hədis ravisi bir şeyxdən ortaq olaraq hədis rəvayət etmələri, 
amma ravinin biri  dig
ərinə nisbətən daha tez öldüyündən onların arasında uzun bir 
v
əfat tarixinin olması səbəbi ilə meydana gələn bir hədis növünə sabiq və lahiq hədis 
deyilmişdir. Yəni, iki ravi bir şeyxdən rəvayət edirlər, amma o ravilərin biri o birinə 
nisb
ətən uzun illərdir ki, dünyadan köçmüşdür. Bu mövzunu incələyən Zeynüddin əl-
Amili Şəhidüs-sani yazırdı: “Şeyximiz Məbrur Nuriddin Əli bin Əbdüləli əl-Misi və 
Şeyx Fazil Nasir bin İbrahim əl-Büveyhi əl-Ehsai, onlar ikisi də Şeyx Zəhirüddin bin 
M
əhəmməd bin əl-Hisamdan rəvayət  etmişlər.  Onların  vəfat tarixləri  arasında  80 
ild
ən artıq zaman fasiləsi vardır. Belə ki, Şeyx Nasir Büveyhi hicri 852-ci ildə, Şeyx 
Misi is
ə hicri 938-ci ildə vəfat etmişdir.”
955
 
 
5.32. 
əl-Mətruh 
M
ətruh “tarh”  kökündən törəmiş ismi-məfuldur və hərfən “qəbul edilməmiş”, 
“r
ədd edilmiş” mənalarındadır.
956
 Terminoloji m
ənada isə o hədisə deyilir ki, “o qəti 
d
əlilə  müxalif olsun, yozum və  izah qəbul etməsin. Bəzən  o  şazz hədislə  nəticə 
etibaril
ə bir olur, amma adda isə ondan ayrıdır.”
957
 
Dem
əli, bu tərifə görə Mətruh növ hədislər o hədislərdir ki, onlar qəti dəlil olan 
h
ədislərin müxalifidir və  bu  baxımdan  bəzən  şazz hədislərlə  ortaq məxrəcdə 
dayanırlar. Lakin Mətruh hədislər şazz hədislərin adlarını daşımırlar. 
M
ətruh hədislər zəif hədislərdəndir. 
 
5.33. 
əl-Mətruk 
M
ətruk, “tərk edilmiş” mənasında işlədilir. Hədis terminologiyasındakı mənası 
is
ə,  “yalançılıqda  ittiham  olunmuş,  hədisdə  yalanı  görülməsə  belə  digər  işlərdə 
yalançı olan ravinin nəql etdiyi hədisdir.”
958
  
M
ətruk hədisin  adından  da  bəlli  olduğu  kimi  bu  növ  hədislər zəif hədislər 
kateqor
iyasında özünə yer etmiş və bütün hədisşünaslar yanında tərk edilmiş bir hədis 
növüdür. 
 
5.34. 
əl-Müşkül 
Müşkül  lüğətdə  “mənası  qapalı”,  “anlaşılmaz”,  “problemli”,  “çətin  başa 
düşülən” mənalarındadır.  Hədis elmindəki mənası  isə  “yalnız  arif  şəxslərin  başa 
954
 H
əmin mənbə, səh. 95 
955
 
ər-Riayə fi elmid-dirayə, səh. 366; Cəfər Sübhani, üsulul-hədis, səh. 95 
956
 
əl-Müncid, tarh maddəsi 
957
 C
əfər Sübhani, üsulul-hədis, səh. 95 
958
 C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 95 
[249] 
 
                                                 

düşdüyü, digərlərinin isə mənasını anlamadığı hədisdir”
959
.  Bu o növ h
ədislərdəndir 
ki, onun sözl
əri çətin anlaşılan olub, yalnız ixtisas sahiblərinə məxsus bilgisi olan və 
l
əfz baxımından qərib hədislər cərgəsində yer alan hədislərdir. 
Müşkül hədislərin çözülməsi hədis elmlərində  mühüm  mövzulardan  olduğu 
üçün aliml
ər bu sahəyə  xüsusi diqqət  yetirmiş  və  bu mövzuya aid çoxlu dəyərli 
əsərlər yazmışlar. Şiə məzhəbində bu sahəyə aid yazılmış ən məşhur əsərlərdən biri, 
b
əlkə  də  birincisi  Seyid  Abdullah  əş-Şübbərin qələmə  aldığı  “Məsabihül-ənvar fi 
h
əlli müşkilatil-əxbar” əsəridir. Bu əsər iki cild halında nəşr olunmuşdur.  
Türkc
ə  bu mövzuya aid əsər  İbrahim  Bayraqdar  tərəfindən  yazılmışdır.  Onun 
yazdığı bu əsərin adı “Müşkil və Mütəşabeh hədislər”dir.
960
 
Müşkül hədisə  aid  ən  bariz  misallardan  biri  Aşura  gününün  oruc  tutulması 
haqqında olan hədisdir.  Görkəmli əhli-sünnə alimi Şövkani (öl.1894) yazırdı: “Aşura 
orucu haqqındakı hədisin rəvayətində üç işkal vardır” demişdir.
961
 
Yüklə 5,13 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin