7.3.M
övzu (uydurulmuş) hədislər haqqında yazılmış bəzi məşhur əsərləri
Hədis ədəbiyyatı tarixində məşhur adlar altında yazılmış əsərlərdən bir qrupu
uydurma hədislərlə əlaqədar yazılmış kitablardır. Bu əsərlərin adları “mövzuat”
adlanır. Bu haqda əsər qələmə alan müəlliflər çoxdur. Onlardan bəzilərini qeyd etmək
olar.
1.
Təzkirətül-mövzuat.
Bu əsərin müəllifi Məhəmməd bin Tahir bin Əli bin Əhməd əş-Şeybani əl-
Məqdisidir (öl. 507 h. / 1113 m.)
2.
əd-Dürrul-mültəqat fi təbyini ğalat və nəfyil-lağat.
Bu əsəri Həsən bin Məhəmməd əs-Səğani yazmışdır.
3.Kitabül-mö
vzuat minəl-əhadisil-mərfuat.
Bu kitabın müəllifi Əbdürrəhman bin Əbülhəsən Əli bin Məhəmməd bin Ömər
Əbülfərəc İbn əl-Cövzidir (öl. 597 h. /1200 m.).
4.
əl-Müğni ənil-hifz vəl-kitab bi qəvlihim ləm yəsihha şeyun fi həzəl-bab.
Bu
əsərin müəllifi Ömər bin Bədr bin Səid bin Məhəmməd əl-Hənəf Zi Yəuddin
Əbülhəfs Məvsuli (öl. 622 h. /1225 m.) hesab olunur. Ümumiyyətlə əl-Mavsulu bu
sah
ədə daha çox əsər yazan müəlliflərdəndir. Onun aşağıdakı iki əsəri də bu elmin
qaynaqlarındandır:
5.
əl-Əqidətüs-səhihə fil-mövzuatis-sarihə.
6. Marif
ətül-vüquf ələl-məvquf.
7. Risal
ə fi əhadisil-mövzua.
Bu
əsərin müəllifi isə Həsən bin Məhəmməd bin Həsən bin Heydər bin Əli bin
İsmayıl əl-Hindi əs-Səğani (öl. 650 h. / 1252 m.) hesab olunur.
8.
Risalə fi əhadisil-mövzua.
Bu
əsəri, Əhməd bin Əbdülhəlim bin Əbdüssəlam bin Abdullah bin Məhəmməd
T
əqyüddin İbn Teymiyyə (öl. 728 h. / 1328 m.) yazmışdı.
9.
Risalə fi əhadisil-ləti yərvihəl-qəssasin.
Bu
əsəri də, İbn Teymiyyə yazmışdı.
10.
Xatimətu sifris-səadət.
Bu
əsəri Məhəmməd bin Yəqub bin Məhəmməd bin Ömər əş-Şirazi Məcudiddin
əl-Firuzabadi (öl. 817 h. / 1415 m.) yazmışdı.
11.
əl-Ləalil-məsnua fil-əhadisil-mövzua.
Bu
əsəri isə Əbdürrəhman bin Əbi Bəkr bin Məhəmməd Cəlaləddin əs-Süyuti
(öl. 911 h. / 1505 m.) yazmışdı.
12.
əl-Əhadisüd-dəxilə.
Bu
əsərin müəllifi məşhur şiə alimi Şeyx Məhəmməd Tağı ət-Tusturi olmuşdur.
13.
Ətil-mərfua ənil-əxbariş-şəni ətil-mövzua.
1050
Üsulul-h
ədis və əhkamuhu, səh. 122
[272]
Bu
əsər Əli bin Məhəmməd bin Əli əl-Hicazi İbn Arraqə (öl. 963 h. / 1556 m.)
m
əxsusdur.
14.
Təzkirətül-mövzuat fil-əhadisil-mərfuat.
Bu
əsəri isə Məhəmməd bin Tahir bin Əli əs-Siddiqi Fəttani (öl. 986 h. / 1578
m.) yazmışdı.
15.Mövzuat.
Bu
əsər Əli bin Sültam Məhəmməd əl-Hərəvi Əli əl-Qariyə (öl. 1014 h. / 1605
m.) m
əxsusdur.
1051
Burada qeyd edil
ən və həmçinin qeyd edilməyən əsərlər hədis ədabiyyatı
tarixind
ə adı çəkilən mövzu haqqında ən yaxşı əsərlərdən olmasına baxmayaraq,
b
əzən həmin əsərlərdə müəlliflər öz şəxsi ictihadlarına əsaslanıb bəzi səhih hədisləri
d
ə uydurma adlandırmışlar. Əlbəttə bu yolverilməz olsa da, həmin əsərlərdə biz buna
rast g
əlirik. Bəzi səhih və ya həsən hədisləri də öz şəxsi rəyi əsasında zəif hədis
adlandıranlar içərisində İbn Teymiyyəni və onun tələbəsi İbn Qəyyim əl-Cövzini
qeyd etm
ək olar. Bəzən bu və ya digər müəlliflər hədisi müdafiyə edirmiş kimi öz
h
əvavu-həvəsinə və tutduğu ifrat görüş və təəssübkeşliyinə görə mötəbər rəvayətləri
d
ə uydurma adlandırmışlar. Müasir hədis tədqiqatçılarından olan Talat Koçyigit
yazırdı: “Movzu hədislərin İslam dini yönündən səbəb ola biləcəyi zərərlər çox böyük
olduğu üçün hədis alimləri digər hədislər qədər bunlar üzərində də duraraq
isnadlarıyla birlikdə hamısını müstəqil kitablar halında bir araya gətirməyə
çalışmışlar. Bu kitabların ən məşhuru Əbülfərəc Əbdürrəhman İbn əl-Cövzinin (öl.
597) “Kitabül-m
övzuat”ıdır. Bu kitabın ehtiva etdiyi hədislərin çoxu əl-Cüzikaninin
“Kitabül-
əbatil”indən alınmışdır. Ancaq əl-Cüzikani sünnətə müxalif bütün hədislər
haqqında mövzu (uydurma) hökmünü verdiyi üçün İbn Cövzi də onun təsiri altında
qalaraq bir çox h
əsən, hətta səhih mərtəbəsində olan hədisləri mövzuaat arasında zikr
etm
ək xətasına düşmüşdü. İbn Həcərin ifadəsinə görə Müslümün “Səhih”ində yer
alan bir h
ədisin İbn Cövzi tərəfindən mövzu olaraq vəsf edilməsi, onun böyük bir
q
əflətidir.”
1052
Z
əif hədislərin hamısının uydurma olduğuna alimlər icazə verməmişlər. Çünki
z
əif hədis mövzu hədisdən fərqlənməkdədir. Belə ki, mövzu hədis zəif hədis deyə
başa düşülən hədislərin ən aşağı dərəcəsidir. Halbuki zəif hədisə əməl etməyin bəzi
m
əqamlarda caiz olması bütün məzhəblərdə qeyd olunmuşdur. Diqqəti bu istiqamətə
yön
əldən Cəfər Sübhani yazırdı: “Əgər isnadı zəif olan bir hədis görsən, gərək
dey
əsən: bu hədis sənəd və ya mətn baxımından zəifdir. Sənin belə hədisə “mövzu”
dem
əyinə, heç bir surətdə icazə verilmir. Mütləq zəif ilə uydurma hədisin arasında
açıq-aşkar fərq vardır. Uydurma hədisi zəif hədisin əksinə nəql etmək caiz deyildir.
H
əqiqətən də zəif hədislər bəzən səhih hədisləri başa düşmək üçün əlamət olurlar...
H
əmçinin onlar yerinə görə digər faydalar da daşımaqdadırlar.”
1053
1051
H
əmin mənbə, səh. 122-123, Geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu hədislər, səh. 138-168; T. Koçyigit,
H
ədis istilahları, səh. 234-236
1052
H
ədis istilahları, səh. 234; İbn Həcər, əl-Qəvlül-müsəddəd fiz-zəbbi anil-müsnəd, səh. 31
1053
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124
[273]
7.4.Z
əif hədisin bilinməsi
İslam dinində hədis çox mühüm əhəmiyyət daşıdığından və Qurandan sonra
dinin ikinci
əsas qaynağı olduğundan hər bir hədis müsəlman alimləri tərəfindən
inc
ələnmişdir. Hədisşünaslar müxtəlif metodlar vasitəsiylə zəif hədisləri seçmiş və
onların digər səhih və ya bu kimi mötəbər olan hədislər arasına girməsinə imkan
verm
əmişlər. Onlar uydurma hədislərdə olan əlamətləri kəşf edərək onların
vasit
əsiylə mövzu hədisləri digərlərindən fərqləndirmişlər. Mövzuat ədəbiyyatının
m
əşhur nümayəndələrindən olan İbn Qəyyim əl-Cövzi demişdir: “Əgər bir hədisi
ağıla və ya sağlam olaraq bilinən hədislərə və yaxud İslamın əsaslarına zidd tapsan,
onun uydurma olduğunu bilməlisən deyən kimsənin sözü nə qədər isbatlıdır.”
1054
H
ədis tədqiqatçıları, hədislərin mövzu olduğunu aşağıdakı əlamətlər vasitəsiylə
tanıyırlar:
1.
Hədis uyduranların etrafı.
Mövzu hədisi tanımaq üçün, ən isbatlı və doğru yol budur. Çünki hədis uyduran
şəxs, bilavasitə hədis uydurduğunu söyləyərsə, hədisin üzərində heç bir araşdırma
aparılmır və uydurucunun sözü əsas götürülür.
2.
Quran və səhih hədislərə müxalif olması.
Şübhəsiz ki, əgər bir hədis Qurana və səhih hədisə qarşı müxalif olarsa, o
uydurma hədis adlanır.
3.
Ağıla müxalif olması.
Quran və səhih hədislər insan ağlının onun həyatında çox mühüm rol oynadığını
vurğulamış və hətta ağılı olmayanlara heç bir dini məsuliyyət tapşırmamaışdı. Bu
baxımdan ağıla uyğun gəlməyən hədis və ya hər bir şey uydurma hesab edilmişdir.
Bunu
n bariz misalı aşağıdakı hədisdə özünü göstərməkdədir: “Nuhun gəmisi Kəbəni
yeddi dəfə təvaf etdi və Məqamın arxasında iki rükət namaz qıldı.” Bu hədis ağıla
uyğun olmadığından “mövzu” adlanmışdı. Həmçinin buna misal, “Allah atı yaratmış,
sonra onu qaçırtmış, at tərləyəndən sonra, ondan da özünü yaratmışdı.”
4.
Məzhəbə ifrat bağlılığı.
Hədis alimləri şəxsin öz məzhəbinə ifrat dərəcədə bağlanıb digər məzhəblərin
əleyhinə hədis uydurmanı hədis uydurmağın səbəblərindən bilmişlər. Buna misal
aşağıdakı hədis göstərilir: “Ümmətimdən Məhəmməd bin İdris (əş-Şafei) adında biri
çıxacaq ki, bu adam ümmətimə iblisdən daha zərərli olacaq.”
5.
Tarixi vaxtların uyğun gəlməməsi.
Mövzu hədislərin tanınmasında ən aşkar yollardan biri də tarixi zamanlara
uyğun gəlməyən hədislərin mövzu adlanmasıdır. Belə ki, buna bariz şəkildə dəlil olan
aşağıdakı hədisi göstərmək olar: “Üfeyr bin Madan (öl. VIII miladi əsrin ortaları)
deyir: Ömər bin Musa (öl. 774 m.) Humsa gəldiyi zaman məscidə gedərək ətrafına
toplaşdıq. O, tez-tez “Saleh şeyxiniz mənə rəvayət etdi” sözünü təkrarlayırdı. Mən
buna dözə bilməyərək “bu saleh şeyximiz kimdir?” dedim. O, şeyximizin Xalid bin
Madan olduğunu öyrəndikdə “onunla nə zaman görüşdünüz?” dedim. O, dedi: “726-
cı ildə Erməniyyə qəzasında”. Mən dedim: “Ey şeyx, Allahdan qorx, Xalid bin
1054
Süyuti, T
ədribür-ravi, c. I
[274]
Madan 722-
ci ildə vəfat etdi. Sən isə ondan onun ölümündən dörd il sonra
görüşdüyünü iddia edirsən. Üstəlik o, heç bir zaman Ərməniyyədə savaşmamışdı.”
6.
Mövcud olan mötəbər kitablarda olmaması.
Hədislərin mövzu olduğunu tanıdan əlamətlərdən biri də əldə mövcud olan
mötəbər və səhih hədis əsərlərində həmin hədisin mövcud olmamasıdır.
1055
7.
Məsum İmamın (ə) tənqid etməsi.
Əgər Əhli-beyt imamları (ə) hər hansı bir hədisi tənqid edib haqqında pis söz
söyləyərsə, sözsüz ki, bu hədis uydurma hesab ediləcəkdir. Çünki Peyğəmbərdən (s)
gələn hədislərin doğru olub-olmaması ən yüksək şəkildə onlara bəllidir.
1055
geniş məlumat üçün bax: Y. Kandemir, Mövzu Hədislər, səh. 176-186; T Koçyigit, Hədis istilahları, səh. 226-228;
İbn Salah, Ülumul-hədis; Zəhəbi, Mizanül-etidal, c. II; Süyuti, Tədribür-ravi; c. I, Əllamə Əmini, əl-Qədir, c. V və s.
m
ənbələrə.
[275]
VIII F
ƏSİL
ZƏİF HƏDİSİN MƏNFİ TƏSİRLƏRİ VƏ ONA ƏMƏL EDİLİB-
EDİLMƏMƏSİ PROBLEMİ
8.1.Z
əif hədislərin İslama vurduğu ziyanlar
Peyğəmbərin (s) vəfatından (632 miladi) sonra ortaya çıxan hadislər içərisində
ən dəhşətlilərindən biri hədislərin yazılması və nəql edilməsinin qadağan olmasıdır.
Bu elə bir dəhşətli fitnə oldu ki, vahid İslam dini müxtəlif məzhəblərə və təriqətlərə
parçalandı, yad mədəniyyətlər, adət-ənənələr İslam mədəniyyətinə, onun təfəkkür
tərzinə qarışdı və bunların da nəticəsində bir qrup müsəlmanlar dindən çıxdı və yaxud
da tam
İslama yad olan ideologiya girdabında sərgərdan qaldı. Hədislərin yazılması
və nəql edilməsi qadağan olduqda təbiidir ki, yad təfəkkürlər İslama qarışacaq və
onun təməl prisnislərini sarsıdacaqdır. Bu belə də oldu. Müsəlmanların Əhli-beytdən
(ə) uzaqlaşmağı, onların hədislərinin qadağan olması, münafiqlər üçün bir bəhanə
oldu və onlar bundan sui-istifadə edərək çoxlu sayda hədis uydurdular. Bu fəsilə aid
olan məqamları diqqətlə incələyən Əllamə Təbatəbai yazırdı: “...Peyğəmbər (s) vəfat
etməsinin ardınca bilinən xilafət hadisəsi ortaya çıxdı. Xilafətlə əlaqədar olaraq
ortaya çıxan ixtilaf, mövcud ixtilaf qapılarına bir daha da əlavə etdi... Dalbadal gələn
fəthlər bir xarakter də çıxardı. Nəbəvi tərbiyə nəticəsində məhv edilmiş ərəb
cahiliyyə xarakterini, yəni qürur və böyüklüyü üzə çıxardı. Artıq ərəblərdə də
təkəbbür və böyüklük ruhu baş qaldırdı. Yavaş-yavaş onların xüsusi xarakterlərinə
çe
vrildi. Bunun ən bariz misalını İslam ümmətinin ərəblər və məvalilər (kölələr)
şəkilində ikiyə bölünməsidir.
Dövrünün Şam valisi Müaviyə müsəlmanlar arasında Bizans kralı və bir
imperator kimi davran
ırdı. Bunun kimi tarixin İslam ordularıyla əlaqədar olaraq
anlatdığı daha bir çox işlər göstərilə bilər...
...Hədis isə bəlli bir yayğınlıq qazanmışdı. Hədis nəql etmə və əzbərləmə işi bir
çox kişinin məşğuliyyət halına gəlmişdi. Belə ki, Ömər bin Xəttab çox hədis rəvayət
edən bəzi səhabələrə bu işi qadağan etmişdi. Əhli-kitaba mənsub bəzi kimsələr də
İslama girmişdilər. Hədisçilər kitablarında keçən bir çox xəbəri peyğəmbərləri (ə) və
ümumiyyətlə bununla bağlı qissələri onlardan öyrənmişdilər. Bunları əzbərləyir və
sonra da onu
Peyğəmbərin (s) hədisləriylə qatışdırırdılar. Bu sırada hədis uydurmaq,
rəvayətləri təhrif etmə işi də öz fəaliyyətini göstərirdi. Bu gün əlimizdə olan İslamın
ilk dönəmində səhabədən və onların rəvayətlərindən nəql edilən bir çox qəti hədislər
içində açıqca Quranla müxalif hədislərə çox rast gəlinir. Bunun səbəbləri isə baçlıca
üç halda dəyərləndirilə bilər:
1. Xa
lqın Peyğəmbərin (s) səhabələrinə və onlardan hədis rəvayət etməyə
verdikləri yüksək dəyər, səhabəyə və səhabədən nəql edənlərə göstərilən sayğı və
üstünlük
səhabələrdən hədis almağa yönəldi. Bu mövzuda o qədər irəli getdilər ki,
əhli-kitabdan müsəlman olanların əski dinlərinin qaynaqlarından tapdıqları hekayələri
də alıb nəql etdilər. Bu orada hədis nəql edənlər arasında şiddətli bir rəqabət baş
q
aldırdı, önə keçmə və öyünmə xüsusunda bir-birləriylə yarış halındaydılar.
[276]
2.
Hədis əzbərləmə və nəql etmə xüsusunda ifrat bir görüş içində olmaq,
hədisləri tanımalarını, onların üzərində düşünmələrini, özəlliklə onları Quranla
tutuşdurmalarını əngəlləyirdi. Halbuki Quran dinin dayandığı bir təməldir. Necə ki,
Peyğəmbər (s) də səhih bir rəvayətdə bildirdiyi kimi onlara bunu tövsiyə etdi: “Yaxın
bir zamanda
mənim adıma danışanlar çoxalacaq” və s.
Beləcə, müsəlmanlar arasında Allahın sfətləri, isimləri və felləri ilə əlaqədar
uydurma hədislərin yayılması fürsəti yarandı. Peyğəmbərləri alçaldacaq fikirlər
onlara nisbət verildi. Yaradılış və mövcudluqla əlaqəli əsilsiz xurafatlar uyduruldu.
Keçmiş millətlərə aid hekayələr hər yerdə axtarıldı. Quranın təhrif olunmasına aid
hədislər uyduruldu. Bu baxımdan Tövrat və İncilin ehtiva etdiklərinə hardasa Quran
məruz qaldı.
Bel
ə olduğu halda ilk olaraq uyğunluq baxımından Quranla sünnə arasında bir
ayrılma baş verdi. Forma Qurana aid edilərkən, əməldə hədis əsas götürüldü. Çox
keçm
ədən Quran əməl bazasında tərk edildi. Hədisin Quranla zidd gəlməsi dövrü
sözd
ə rədd edilsə də, bu gün hələ də davam etməkdədir...
3.
Peyğəmbərdən (s) sonra xilafətlə əlaqəli olaraq yaşanan problemlər
müs
əlmanların əksəriyyətinin Peyğəmbərin (s) əhli-beyti (ə) haqqında fərqli
görüşlərinə sahib olmalarına yol açdı. Bir qism müsəlmanlar onlara möhkəm sarıldı,
onlara yön
əldilər. Digər bir qism Əhli-beyti (ə) görməməzliyə vurdu, onları və
Qurani bilgil
ər bazasındakı seçkin sözlərini mənimsəmədilər. Bəziləri onlara nifrət
edib, onları söyməyi şüar etdi. Halbuki Peyğəmbər (s) heç bir müsəlmanın
s
əhhətindən və sənədindən şübhə etməyəcəyi bir hədisdə əhli-beytini (ə) tövsiyə
etmiş, onlardan öyrənmələrini, onlara bir şey öyrətməyə qalxmamalarını, onların
Allahın kitabını başqalarından daha yaxşı bildiklərini vurğulamışdı.
H
əzrət Peyğəmbər (s) Əhli-beytin (ə) Quranı təfsir edərkən yanlışlığa yol
verm
ədiklərini, onu anlamada yanılmadıqlarını da dilə gətirmişdi. Buna misal
“S
əqəleyn” hədisidir...
X
əlifələr zamanında hədis elminin gördüyü etibari, sayğınlığı, məşhurluğu
bunun yanında xalqın hədis öyrənmə xüsusundakı həvəsini, istəklərini, bir də Əlidən
(
ə), Həsəndən (ə) və Hüseyndən (ə), özəlliklə təfsir mövzusunda edilən rəvayətləri
göz önün
ə gətirdikdə çaşmamağımız mümkün deyildir.
Örn
ək səhabələr həzrət Əlidən (ə) qeyd etməyə layiq hədis rəvayət etməmişlər.
Tabeunlar
ın isə Quranın mövzuları ilə əlaqədar olaraq onlardan nəql etdikləri
r
əvayətlərin sayı yüzü keçməz. Həzrət Həsəndən (ə) nəql edilən rəvayətlərin sayı on
bel
ə deyildir. Həzrət Hüseyndən (ə) nəql olunan rəvayətlər o qədər azdır ki, burada
danışmağa belə dəyməz. Halbuki bəziləri sırf sünni kanalı ilə gələn hədislərin təfsirlə
əlaqəli olanlarının yetmiş min olduğu bildirilir.
1056
Eyni hal fiqh il
ə də əlaqəlidir. Bəzi
t
ədqiqatçılar Hüseyndən (ə) rəvayət edilən fiqhlə əlaqəli iki hədisin olduğunu
deyirl
ər...
H
əzrət Əlinin (ə) sözlərini görməməzliyə vurmaq, hədislərini inkar etmək
xüsusu o yer
ə çatmışdı ki, şərhlər istəyən gözqamaşdırıcı xütbələrindən və dərin
1056
Süyuti,
əl-İtqan
[277]
m
ənaya sahib olan sözlərindən ibarət “Nəhcül-bəlağə”nin onun sözü olmasını da
inkar etdil
ər. Buna baxmayaraq Ziyad bin Əbihin “əl-Xütbətül-bətra”sını və Yezidin
şərabı tərifləyən şerlərini tərəddüdsüz alıb rəvayət etdilər. İki kişinin bu mövzuda
ixtilaf etdiyini görm
əzsiniz.
T
əəssüflər olsun ki, atalarının, oğullarının və sair əhli-beyt (ə) imamlarının
h
ədisləri də kənar müdaxilələrdən qurtara bilmədi, Peyğəmbər (s) hədisləri kimi
onların sözlərinin arasına uydurma sözlər, pis niyyətli qatqılar daxil edildi. Adı keçən
h
ər iki İmam (ə) bu məqamlara açıqca diqqət çəkmişlər və Müğirə bin Səd, İbn Əbu
Hatib v
ə digər uydurmaçıların adlarını vermişlər.
Əhli-beyt (ə) imamları həm özlərindən, həm də Peyğəmbərdən (s) rəvayət edilən
bir çox h
ədisləri rədd etmişlər və əshabına, tərəfdarlarına onlardan nəql olunan
r
əvayətləri Quranla tutuşdurmalarını, Quranla düz gəlməyəni tərk etmələrini əmr
etmişlər.
N
ə var ki, - çox az müstəsna - şiələr bu oyandırıcı sözləri diqqətə almamış,
xüsus
ən fiqhin xaricindəki xüsuslarda bu doğru şeyləri praktiki olaraq həyata
keçirm
əmişlər. Sünnilər Peyğəmbərin (s) hədisləri mövzusunda necə duyğusuz və
la
qeyd davranmışlarsa, onlar da əhli-beyt (ə) hədisləri xüsusunda bənzəri bir
duyğusuzluq, laqeydlik içərisində olmuşlar...
...Bu ölçüsüzlüyün dig
ər örnəyi bəzi şiələrin “Quranın açıq anlamına müxalif
olsa bel
ə, hədis Quranı təfsir edər” demələridir. Bu, bəzi sünni qrupların “Hədis
kitabı nəsx edər” demələrinin şiə dünyasındakı yamsılamasından başqa bir şey
deyildir...”
1057
Mövzumuza aid probleml
əri çox böyük məna və məntiqi dəlillər əsasında şərh
ed
ən Əllamə Təbətəbai hədis uydurmanın, hədislərin yazılmasının qadağan
olunmasının İslama nə qədər də ağır ziyan və zərər verməsini təəssüf hissi ilə qeyd
etmişdir. Müəllifin bu mülahizələrindən belə məlum olur ki, hədis uydurmanın
başlıca səbəbi hədislərin yazılmasının qadağan olması olmuşdur və bunun da İslama
aşağıdakı zərər və ziyanları olmuşdur. Bunu biz belə sıralaya bilərik:
1. Ərəb-cahiliyyə mədəniyyətinin yenidən baş qaldırması.
2. N
əbəvi tərbiyənin arxa plana keçməsi. Təkəbbürçülük və qəbiləbazlığın
yenid
ən baş qaldırması.
3. İslam ümmətinin ikiyə - ərəblər və məvalilər - parçalanması.
4.
Peyğəmbərin (s) minbərində oturan xəlifələrin krallar və imperatorlara
m
əxsus dəbdəbələri.
5. Y
əhudi və xristian ideologiyasının İslam təlimlərinə qarışması.
6. H
ədislərin və Quranın mənasınadək varan incəliklərin təhrif olması.
7. Əhli-beyti (ə) tərk edib səhabələrin əsas tutlması.
8. Quranla h
ədisin bəzən qarşı-qarşıyan qoyulması.
9. Xilaf
ət kürsüsünün şərabxorlara, pozğunlara verilməsinə dini donun
geyindirilm
əsi.
10. Etiqadi m
ənbələrin ortalığa çıxması və s.
1057
T
əfsirül-mizan, c. V, səh. 416-422
[278]
Bu v
ə ya digər mülahizələrdən aydın olur ki, zəif və ya mövzu hədislər İslama
ziyandan başqa bir şey gətirməmişdi. Bu qrupa aid olan hədislər vahid İslam
ümm
ətini parçalamaqla yanaşı, müsəlmanların İslamı yalnış anlamasına,
müs
əlmanların digər din ardıcılları müqabilində aciz, düşüncəsiz və mədəniyyətsiz
görünm
əsinə səbəb olmuşdur. Təsəlliverici hal yalnız budur ki, ta qədimdən bu
gün
ədək İslam alimləri çox böyük zəhmət sərf edərək hədisləri bir-birindən
f
ərqləndirmiş, onları saf-çürük edərək insanları doğru Quran maarifinə tərəf
yön
əltmişlər. Hər iki məzhəbin böyük alimləri, fəqihləri və hədisşünasları hədisləri
n
ə qədər saf-çürük etsələr də, nə qədər bu yolda vaxt və zəhmət sərf etsələr də, yenə
h
ər iki məzhəbdə uydurma və zəif hədislər vardır. Təəssüfləndirici hal budur ki,
müs
əlman mənbələrində yer alan bəzi zəif hədislər İslam düşmənlərinin əlində bir
fürs
ət olmuş və onlar ta qədimdən indiyənədək bu hədislərdən sui-istifadə edərək
İslamın və müsəlmanların əleyhinə təbliğat aparmışlar.
8.2.Z
əif hədisə əməl edilərmi?
Z
əif hədislər bildiyimiz kimi ya isnadına, yaxud da mətninə görə zəif olur.
H
ədisin isnadına görə zəif olması da əsasən ya isnaddan bir və ya bir neçə ravinin
düşməsinə, yaxud da isnadda yer alan ravilərin birinin ya bir neçəsinin “mətainu-
aşara”ya (on pis söz) məruz qalmasına görədir. Mətninə görə isə hədisin zəif olması
da h
ədisin mətninin Qurana uyğun gəlməməsi və yaxud da ağıl tərəfindən qəbul
edilm
əməsinə görədir. Həmçinin hədisin mətninə ravinin müdaxilə etməsi də hədisin
z
əif olmasına səbəb ola bilər. Belə olan halda zəif hədisə əməl etməyin doğru olub-
olmaması məsələsi ortaya çıxır. Əlbəttə ki, bu məsələ hədis alimləri və İslam
f
əqihləri arasında ciddi problemlərdəndir. Bütün İslam məzhəbləri bu mövzu
ətrafında ciddiyyətlə məşğul olmuş və bəzən ixtilaflı, bir-birinə zidd olan fikirlər
s
əsləndirmişlər.
Əvvəlki fəsillərimizdə qeyd etdiyimiz kimi, zəif hədislər mövzu (uydurma)
h
ədislərdən fərqlidir. Onları bir-birinə qarışdırmaq, birinin hökmünü digərinin
hökmün
ə qarışdırmaq qətiyyən yolverilməzdir. Mövzu hədislər mütləq mənada
uydurulmuş Məsuma (ə) aidiyyatı olmayan hədislər hesab olunur. Amma, zəif
h
ədislər heç də belə deyildir. Biz ötən bəhslərimizdə hədisin zəif olma səbəblərini
aydınlaşdırdıq. Deməli, zəif hədislər mövzu hədislərdən tamamilə fərqlənməkdədir.
Bu bar
ədə Cəfər Sübhani yazırdı: “Əgər isnadına görə bir zəif hədis görsən, gərək
dey
əsən: bu hədis zəifdir ya sənəd, yaxud da, mətn baxımından. Sənə icazə verilmir
ki, z
əif hədisə mövzu hədis deyəsən və onu belə adla sifətləndirəsən. Çünki mütləq
z
əiflə mövzu hədis arasında fərq vardır və mövzu hədisi zəif hədisin əksinə nəql
etm
ək caiz deyildir. Həqiqətən də zəif xəbərlər bəzən səhihləri anlamaq və başa
düşmək üçün əlamət ola bilər, necə ki, bəzən onların bir yerə toplanması etimadlı
olmalarına zəmanət verir... bundan başqa öz yerinə görə faydaları da vardır.”
1058
Dem
əli, zəif hədis mütləq mənada uydurma olmadığından ona əməl etməyin
mümkünlüyü ortaya çıxır və bu, alimlərə görə mümkündür. Əhli-sünnə alimlərinin
1058
C
əfər Sübhani, Üsulul-hədis və əhkamuhu, səh. 124
[279]
əksəriyyətinin rəyinə görə zəif hədisə əməl etmək caizdir. Əhli-sünnənin məzhəb
imamlarının hamısı zəif hədislərə əməl etməyin caiz olduğu görüşündədirlər.
1059
Bu
mövzunu açıqlayan Səxavi yazırdı: “Zəif hədislərə əməl ediləcəyini müctəhidlərdən
üç imam
Əbu Hənifə, İmam Malik və Əhməd bin Hənbəl də müdafiə etmişlər. Hətta
İmam Şafei bir məsələdə başqa hədis olmadığı zamanda - mürsəl hədisin zəif
olduğunu qəbul etdiyi zamanlarda - mürsəl hədisə əməl edərdi.” Həmçinin, Əhməd
bin H
ənbəl demişdi: “Zəif hədis, qiyasdan üstündür.”
1060
Şiə məzhəbli alimlər də zəif hədisə əməl edilər deyə fikir söyləmişlər. Belə ki,
ist
ər qədim, istərsə də yeni dövrün üsul alimləri və fəqihləri əməllərin fəzilətləri
haqqında varid olan, lakin Quranla və səhih hədislə müxalif olmayan zəif hədislərə
əməl etməyin heç bir qəbahəti olmadığını demişlər.
Z
əif hədislərə əməl edilib-edilməməsi məsələsini diqqətlə incələyən müasir
h
ədis tədqiqatçılarından olan Prof. Dr. İsmayıl Lütfü Çakan yazırdı: “Zəif hədisə
əməl etmək məsələsində üç ayrı görüş vardır:
1. Z
əif hədisə əsla əməl olunmaz.
2. Z
əif hədisə hər hansı bir mövzuda olursa olsun, əməl olunar.
3. Əməllərin fəzilətləri mövzusunda xüsusi şərtlər daxilində əməl olunar.
İbn Həcər (öl. 852 h. / 1448 m.) üçüncü görüşün şərtləri haqqında belə məlumat
verir:
-
Yalançı birinin təkbaşına rəvayət etmiş olması kimi şiddətli bir zəiflik
daşımamalı.
-Özü il
ə əməl olunan ümumi və əsli bir hökmün əhatəsi altına girməli.
-
Əməl edilərkən o hədisin sabit olduğuna inanılmamalı, əksinə ehtiyatən əməl
edildiyi bilinm
əlidir.
1061
H
əmçinin məşhur hədis tədqiqatçılarından olan Prof. Dr. Nuriddin İtər yazırdı:
“Müst
əhəbb əməllərin fəzilətlərinə aid olan zəif hədislərə əməl etmək müstəhəbdir,
bu h
ədisşünasların, fəqihlərin və digər qrup alimlərin görüşüdür. Bu barədə alimlər
iç
ərisində Nuri, Şeyx Əli əl-Qari və İbn Həcər əl-Heytəmi müttəfiqdirlər. Bunun
şərtlərini İbn Həcər izah etmişdir.”
1062
İbn Həcər zəif hədislərə əməl etməyi caiz bilmiş və bunun əməllərin fəzilətləri
haqqında mümkün olduğunu irəli sürmüşdür. O, deyir: “Əməllərin fəzilətləri barədə
olan z
əif hədislərə əməl etmək alimlərin müttəfiq fikrinə görə caizdir. Çünki əgər,
z
əif hədis əməl haqqında səhih olarsa, doğrudan da ona əməl etmək onun
doğruluğudur. Əgər ona əməl etmək fəsadlı olsa da belə, halaldır, haram deyildir.
H
əmçinin belə olduqda başqasının haqqını tapdamaq (puç etmək) deyil.”
1063
Bundan
əlavə zəif hədisə əməl olunmasının mümkünlüyündən bəhs edən İbn
Hümam (öl. 861 h. / 1457 m.)
yazırdı: “Zəif hədislə müstəhəblik sabit olur.” Səxavi
is
ə demişdir: “Şərtlər daxilində fəzilətlər haqqında zəif hədislə əməl etmək,
1059
S
əxavi, Fəthül-müğis, c. I, səh. 80
1060
İbn Hazm, əl-Mühəlla, c. I, səh. 68
1061
Prof. Dr. İ. L. Çakan, Hədis üsulu, səh. 146; Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd fi ülumil-hədis, ikinci nəşri,
D
əməşq, 1981, səh. 293
1062
M
ənhəcün-nəqd fi ülumil-hədis, səh. 292-293
1063
Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 293; əl-Əcvibətül-fazilə, səh. 42
[280]
cü
mhurun ittifaqınca caizdir.”
1064
Əhməd bin Hənbəl və Əbu Davud əs-Sicistani də
demişlər: “Başqa hədis olmadığı təqdirdə əhkama aid məsələlərdə zəif hədisə əməl
etm
ək caizdir.”
1065
H
ədis alimlərinin bu və ya digər görüşləri onu göstərir ki, bəzi ixtilaflı
m
əqamlar nəzərə alınmazsa, zəif hədisə əməl etmək caizdir və hətta bəzən
müst
əhəbdir. Bu barədə İsmayıl Lütfü Çakan yazır: “Zəif hədislə əməl etməyi mütləq
olaraq qadağan edənlərin görüşləri zəifdir.”
1066
“Z
əif hədislərə əməl olunmaz” sözü məşhur alimlərdən olan Qazi Əbu Bəkr bin
əl-Ərəbi, Şihab əl-Xəfaci və Cəlal əd-Dəvvaniyə məxsusdur. Bu alimlərin görüşü
budur ki, z
əif hədislər istər əməllərin fəzilətləri haqqında olsun, istərsə də halal və
haram haqqında onlara əməl etmək caiz deyildir.
1067
Burada qeyd olunan mülahiz
ələr onu göstərir ki, zəif hədislərə əməl etmək
m
əsələsi çox problemli və münaqişəlidir. Lakin, məzhəb alimlərinin əksəriyyəti zəif
h
ədislər barəsində orta yol tutmuşlar ki, bu da ən ədalətli və ən güclü yoldur. Bizim
d
ə mülahizələrimizə görə, zəif hədisə uydurma və yalançı hökmü vermək doğru
deyildir. Ona aliml
ərimizin verdikləri şərtlər daxilində əməl etməyin heç bir ziyanı
yoxdur. Lakin, onların isbatlı və dürüst olmasını da demirik. Həqiqət budur ki, zəif
h
ədislərə ehtiyat üzündən əməl olunar. Bu ehtiyat da ondan üz çevirməyin və zəif
h
ədisin tərk edilməsinin qarşısını alır və ona əməl edilməsinin əslində qanuni
olmasına zəmanət verir. Bunun bariz nümunəsini saqqal haqqında nəql olunan
h
ədislərdə görməkdəyik. Belə ki, saqqal saxlamaq haqqında varid olan hədislər zəif
h
ədislər cərgəsində yer tutur. Bu barədə əsrimizin tanınmış müctəhidlərindən
m
ərhum Seyid Məhəmməd Fəzlullah saqqal saxlamaq haqqında varid olan hədisləri
z
əif bilmişdir.
1068
H
əmçinin dövrünün nəhəng azərbaycanlı fəqihi və “ustadül-
müct
əhidin” ləqəbli Seyid Əbülqasim Xoyi də bu barədə əldə tutarlı dəlil
olmadığından bu barədə nəql olunan hədisləri zəif bilmiş, lakin ehtiyat edərək
saqqalın tamamilə qırxılmasına icazə verməmişdir.
1069
B
əlkə də bu və ya digər
s
əbəblərdəndir ki, alimlər zəif hədisə əməl etməyi müstəhəbb və məqbul bilmişlər.
Z
əif hədisə əməl etməyin əleyhinə olan alimlər deyirlər ki, əməllərin fəzilətləri
haqqında zəif hədislərə əməl etmək dində Allahın izn vermədiyi ibadət və qanunu
ixtira etm
əkdir. Amma əvvəldə də qeyd etdiyimiz kimi, zəif hədislərə əməl etməyin
lehin
ə olan alimlər demişlər ki, bu müstəhəblik şəriətin qaydalarına məlumdur və dini
işlərdə ehtiyat etməyə bir dəlildir. Zəif hədislərə də əməl etmək bu qəbildəndir, yoxsa
ki, z
əif hədisə əməl etmək şəriətin isbatı üçün dəlil deyildir.
H
əmçinin zəif hədisə əməl etmək fikrimizcə müəyyən şərtlər daxilində olmalı,
şəriət üçün bidətə səbəb olmamalı, güclü dəlilə qarşı olmamalıdır. Bundan başqa zəif
h
ədislərə əməl etmək etiqadi məsələlərdə dəlil göstərilməməli, üsuliddinin və üsuli-
şəriətin isbatında ondan yararlanmamalıdır. Amma bunlardan başqa əməli
1064
İ. L. Çakan, Hədis üsulu, səh. 147
1065
A. N
əim, Təcrid tərcüməsi, səh. 343
1066
adı keçən əsər, səh. 147
1067
Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqd, səh. 294
1068
Əhli-beyt (ə) məzhəbində namaz və oruc, səh. 338-340, Bakı, 2007, mütərcim: X. Qurbanzadə
1069
h
əmin mənbə, səh. 338-340
[281]
m
əsələlərdə bəzi alimlərin dedikləri kimi ona əməl etmək caizdir. Buna misal olaraq
aşağıdakı bir hədisi göstərək. Belə ki, İbn Macə “Sünən” əsərində rəvayət edir: “Əbu
Əhməd əl-Mərrar - bin Həmmuyə - Məhəmməd bin əl-Musəffa - Bəqiyyə bin əl-
V
ələd - Sovr bin Yəzid - Xalid bin Mədan - Əbi Umamə - Peyğəmbərdən (s) nəql
edir: “H
ər kəs iki bayram gecəsi oyaq qalıb ibadətlə məşğul olarsa, savabını Allah
ver
əcək və qəlblərin öldüyü gün, onun qəlbi ölməyəcəkdir.”
1070
Bu h
ədisi təhlil edən
Prof. Nuriddin İtər yazırdı: “Bu hədisin isnadındakı şəxslər etibarlıdirlər, yalnız Sovr
bin Y
əziddən başqa. O, bəzən Qədəri olmasında günahlandırılır, ancaq burada o,
bid
ətçiliyi üzündən rəvayət etməyib və onun dəlili də tərk edilməyibdir. Məhəmməd
bin Mus
əffa da doğruculdur, çox hədis rəvayət edəndir, hətta İbn Həcər onu “hafiz”
dey
ə adlandırıb. Zəhəbi isə onun haqqında demişdir: Etibarlıdir və məşhurdur. Ancaq
onun r
əvayətləri içərisində münkərlər də vardır. Həmçinin hədisin sənədində Bəqiyyə
bin
əl-Vələd vardır və o, hafizlərin rəhbərlərindəndir, doğruculdur. Lakin, o, çox
t
ədlis edəndir. O, burada öz hədisini eşitdiyini sübut etməmişdir və bu baxımdan
h
ədis zəifdir.”
1071
Aliml
ər bu hədisi Allahın zikr edilməsi üçün iki bayram gecəsi və
dig
ər gecələrdə oyaq qalmağın müstəhəbb olduğunu qeyd etmişlər. Bu hədis zəif olsa
da bel
ə, əməllərin fəzilətləri haqqında olduğundan ona əməl edilər demişlər və bu ən-
Nurinin q
ərarıdır.”
1072
Biz bilirik ki, gec
ə qalxmaq və ibadət etmək Quranda və
mütavatir sünn
ədə təşviq edilmişdir. Allaha yaxınlaşmaq, zikr və dua etmək, sevimli
əməldir. Bu bütün vaxtlarda və hallarda belədir.
Bu v
ə ya digər hədislər onu göstərir ki, zəif hədis dində yeni bir qayda qoymur,
əksinə insanları yaxşı əməllərə təşviq etməkdir. Deməli, bura qədər mənbələr
əsasında araşdırdığımız mülahizələr onu göstərir ki, bütün məzhəblərdə zəif hədislərə
əməl etmək mümkündür. Bu mövzunu Polad Səlahəddinin aşağıdakı fikri ilə
qüvv
ətləndiririk: “Alimlərin əksəriyyəti zəif hədisə əməl etməyin mümkünlüyü
haqqında fikir birliyindədirlər. Bunların hədisin səhih olması şərtini əsas qəbul
etm
əzlər.”
1073
Buraya q
ədər tədqiq etdiyimiz zəif hədislər mövzusu onu göstərir ki, bu qrup
h
ədislərin ən aşağı dərəcəsi mövzu hədislərdir ki, bunlar da hədislər içərisində ən şər
h
ədislərdir. Bu uydurulmuş hədislər elmi həqiqətləri inkar edir, insanların əqidələrini
korlayır və parçalayır. Bunun bariz nümunəsini, biz ğulat firqəsinin İmam Əli (ə)
haqqında uydurduqları hədislərdə görməkdəyik. Deməli, mövzu hədislər zəif
h
ədislərdən ayrı bir şeydir və onlar tamamilə uydurmadır. Lakin, zəif hədislər isə belə
deyildir. Ona bütün
İslam məzhəblərinin, o cümlədən Hənəfi, Şafei, Maliki, Hənbəli
v
ə Cəfəri məzhəblərinə görə əməllərin fəzilətləri mövzusunda əməl edilir. Əlbəttə ki,
bunlar da mü
əyyən şərtlər daxilində olmalıdır.
Z
əif hədislər əldə mövcud olan bütün hədis məcmuələrində vardır. Şübhəsiz ki,
bu qrup h
ədislər səhih və bu kimi mötəbər hədis növlərindən alimlər və tədqiqatçılar
t
ərəfindən fərqləndirilmiş və lazım bilinən yerində ələ alınmışdı. Belə olan təqdirdə
1070
bab
əs-siyam, səh. 1782
1071
M
ənhəcün-nəqd, səh. 295, əs-Səlavatil-xassə, səh. 102-103
1072
adı çəkilən əsəri
1073
H
ədis araşdırmaları, İstanbul, səh. 120
[282]
b
əzi məzhəb alimlərinin bir qrup hədis əsərləri haqqında mütləq səhihdir fikrinin heç
bir elmi v
ə dini əsası yoxdur. Deməli, Quran istisna tutularsa, yerdə qalan hər bir
əsərdə kifayət qədər zəif görüşlər, zəif müddəa və fikirlər vardır.
Bel
əliklə, hədis elmində meydana gələn zəif və uydurma hədislərin əsl
s
əbəblərindən bir, bəlkə də birincisi hədislərin Peyğəmbərdən (s) sonra yazılmasının
v
ə rəvayət edilməsinin qadağan olamsı idi. Bu incə nöqtəyə işarə edən imam Əli bin
Əbi Talib (ə) necə də gözəl buyurmuşdur:
“Əlində (hədislə əlaqədar) bir kitab olan hər kəs ondan döndü və onu yox etdi.
İnsanlar alimlərin sözlərinə etina edib Rəbblərinin kitabını tərk etdikləri üçün həlak
oldular.”
1074
1074
İbn Əbdülbirr, Cameu bəyanil-elm, c. I, səh. 63
[283]
NƏTİCƏ
Biz bu kitabda h
ədis tarixinin və hədis üsulunun ümumi mənzərəsini yaratmağa,
İslamın ilkin dövrlərindən başlayaraq bu günə qədər hədisşünaslıq sahəsində yazılmış
əsərlərin, əsər müəlliflərinin elmi şəxsiyyətlərinin və yaradıcılıqlarının təhlilini
verm
əyə çalışdıq. Bunlar bizim ilahiyyatçıları, ali məktəb tələbələrini, magistrləri,
dissertantları, doktorantları, bir sözlə hədisşünaslıqla maraqlananların hamısını bu
elml
ə tanış etmək, onların dini təfəkkürünü daha da zənginləşdirmək istəyimizdən
ir
əli gəlmişdir. Əlbəttə burada ilkin məqsədimiz Allahın razılığını qazanmaq
olmuşdur.
Şübhəsiz ki, məqsədimiz tək bundan ibarət deyildir. Ölkəmiz müstəqillik əldə
etdikd
ən sonra Azərbaycanda ilahiyyat elmlərinin, o cümlədən hədisşünaslığın
inkişafı ilə əlaqədar olaraq yeni-yeni əsərlərə böyük ehtiyac duyulur. Təbiidir ki,
buna uyğun olaraq biz dini təhsilmizə yenidən baxmalı, əldə mövcud olan hədisləri
var gücümüzl
ə saf-çürük etməli, dinə və bəşəri dəyərlərə zidd olan hədislərdən imtina
etm
əli və daha doğru olanları ələ gətirməliyik.
Ümid edirik ki, oxuculara t
əqdim etdiyimiz bu əsər ilahiyyatşünaslarla yanaşı,
bu sah
ə ilə maraqlananları dini baxışlarının formalaşması və inkişafına mühüm təsir
göst
ərəcəkdir.
[284]
MƏNBƏLƏR VƏ İSTİFADƏ EDİLMİŞ ƏDƏBİYYAT SİYAHISI
1.
Bəhaəddin əl-Amili, əl-Vəcizə fid-dirayə, Tehran, 1321 h/q.
2.
Celal Yıldırım, Kaynaklarıyla Ahkam Hadisleri, uysal kitab, Konya, 1993.
3.
Cəlaləddin əs-Süyuti, Tədribür-ravi, Beyrut, 1409 h/q.
4.
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu fi ilmid-dirayə, Beşinci nəşri, Qum,
1420 h/q.
5.
C
əfər Sübhani, Əməli tövhid, tərc: Səməndər Xankişi, Parlayan günəş
n
əşriyyatı, Bakı, 2010.
6.
Cəfər Sübhani, Vəhhabi məzhəbi, Bakı, 1999 və tərc: Yusif Bağırov, Zərdabi
LTD MMC nəşriyyatı, 2014.
7.
Cəfər Sübhani, İslamda əqidə əsasları, tərc: Elşən Mustafaoğlu, Bakı, Qələm,
2003.
8.
Cəfər Sübhani, Tale yaxud qəza və qədər, tərc: Rza Şükürlü, Bakı, 2013.
9.
Cəfər Sübhani, əl-Bidət, Qum, Müəssisə İmam Sadiq (ə), 1406 h/q.
10.
Cəfər Sübhani, əz-Ziyarə fil-kitab vəs-sünnə, Qum, Müavinətut-təlim və
buhusul-
İslamiyyə, tarixsiz.
11.
Cəfər Sübhani, Mövsuətu təbəqatil-füqəha, Qum, Mərkəzi təhqiqati ülumil-
İslamiyyə, tarixsiz. (14 cilddə.).
12.
Cəfər Sübhani, Üsulul-hədis və əhkamuhu fi ilmid-dirayə, Qum, V nəşri, 1420
h/q.
13.
Cəfər Sübhani, əl-Hədis ən-Nəbəvi beynər-rivayə vəd-dirayə, Qum, tarixsiz.
14.
Cəfər Sübhani, Əhkamüs-salatil-qəza, Qum, Müəssisətu İmam Sadiq (ə), I çap,
1435/2013.
15.
Cəfər Sübhani, əl-Məbsut fi üsulil-fiqh, Qum, Müəssisətu İmam Sadiq (ə), II
nəşri, 1434/2012. (4 cilddə).
16.
Cəfər Sübhani, Buhus fil-miləl vən-nihəl, Qum, 1408-1418 h/q. (8 cilddə).
17.
Cəfər Sübhani, İbn Teymiyyə fikrən və minhəcən, Beyrut, Müəssisətu İmam
Sadiq (ə), I çap, 1432 h/q.
18.
Cəfər Sübhani, Kifayətül-mühəssilin fi təbsirəti əhkamid-din, I çap, 1380.
19.
Cəfər Sübhani, əs-Sirətül-Muhəmmədiyyə, Beyrut, Darül-əzva, 1423 h/q.
20.
Cəfər Sübhani, Qurani-kərimdə ibrətamiz məsəllər, tərc: Rza Şükürlü, Bakı,
Təhsil texnologiyaları mərkəzi mətbəəsi, 2013.
21.
Cəfər Sübhani, Nümunəvi tərbiyəçi: Loğman surəsinin təfsiri, tərc: Niyam Aqil,
Bakı, Zərdabi LTD MMC nəşriyyatı, 2012.
22.
DİA İslam Ansiklopedisi, XXVIII cild, “Meclisi” maddəsi.
23.
Diyanet İslam Ansiklopedisi, I cild, İstanbul, 1988.
24.
Diyanet İslam Ansiklopedisi, II cild, İstanbul, 1989.
25.
Diyanet İslam Ansiklopedisi, XII cild, İstanbul, 1995.
26.
Diyanet İslam Ansiklopedisi, VI cild, İstanbul, 1992.
27.
Diyanet Vakfı Yayınları, II baskı, Ankara, 2000.
28.
Dr. Mücteba Uğur, Ansiklopedik Hadis Terimleri Sözlügü, Türkiye Diyanet
Vakfı Yayınları, Ankara, 1992.
[285]
29.
Dr. Emin Aşukkutlu, Hadiste Rical Tenkidi, Emre matbaaçılık, İstanbul, 1997.
30.
Dr. Ali Osman Koçquzu, Hadis İlimleri ve Hadis Tarihi, (Nəşr ili yoxdur).
Dr. Ahmet Yucel, Hadis İstilahlarının Doğuşu ve Gelişimi (hicri ilk üç əsr),
İstanbul, 1996.
31.
Dr. Ahmet Yucel, Hadis İlminde Tehkit Terimleri ve İlgili Çalışmalar, İstanbul,
1998.
32.
Dr. Əbdülhadi əl-Fəzli, Üsulul-hədis, (3-cü nəşri), Beyrut, 1421 h/q.
33.
Doç. Dr. Mehmet Erdoğan, Vahy-Akıl Dengesi Acısından Sünnet, özener
matbaaçılık, İstanbul, 1996.
34.
Elmalili Hamdi Yazar, Hak Dini Kuran Dili, Akçak yayınları, tarixsiz.
35.
Ekrem Ziya Umeri, Hadis Tarihi, Esra yayınları, tarixsiz.
36.
Əbu Zəkəriyya Mühyiddin ən-Nəvəvi, ət-Təqrib vət-təysir, Darül-kitab,
1405/1985.
37.
Əbul Ala Mevdudi, Tefhimul-Kuran, insan yayınları, İstanbul, 1996.
38.
Əllamə Məhəmməd Təqi Cəfəri Təbrizi, Şərhe Nəhcil-bəlağe, İran çapı, 1390
h/q. (27 cilddə), müəssise təhqiqat nəşre məarife Əhli-beyt (ə) çapı, (farsca) və
dəftəre nəşre fərhənge İslami, Tehtan, 1376 h/q.
39.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, əl-Mizan təfsiri, Bakı, qələm nəşriyyatı,
2011 v
ə sonrakı nəşrləri. (20 cilddə).
40.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, Vəhy və Quran, tərc: Nurəddin Əliyev, I
çap, Bakı, 2009.
41.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İrfan yolu, tərc: Elşən Mahmudov,
nurlar,
Bakı, 2014.
42.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İnsan dünyadan sonra, şərh və əlavələr
Rövşən Abdullaoğlu, II nəşri, Qədim Qala nəşriyyatı, Bakı, 2015.
43.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İnsan dünyadan sonradan sonra, şərh və
əlavələr Rövşən Abdullaoğlu, IV nəşri Qədim Qala nəşriyyatı, Bakı, 2015.
44.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İnsan dünyadan əvvəl, tərc: Rövşən
Abdullaoğlu, II nəşri, Bakı, 2013.
45.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, Qadın, tərc: M. Şəkərova, Bakı, 2013.
46.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, İslamda şiəlik, Bakı, 2003.
47.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, Dinlə Tanışlıq, (tərc: Nəsib Göyüşov),
Qələm, Bakı, 2004.
48.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, Həzrət Məhəmməddən (s) ədəb
qaydaları və dualar (Sünənün-Nəbi), tərc: Baqir Orucov, Kövsər mətbəəsi, Bakı,
2013.
49.
Əllamə Məhəmməd Hüseyn Təbatəbai, Üsulul-fəlsəfə, ərəbcəyə çevirən: Cəfər
Sübhani, müəssisətu İmam Sadiq (ə), Qum, III çap, 1426 h/q.
50.
Əllamə Məhəmməd bin Yaqub əl-Küleyni, Üsuli-kafi, Tehran, 1388 h/q.
51.
Əllamə İbn Mənzur, Lisanül-ərəb, (ikinci nəşri ), Beyrut, 1417 h/q.
52.
Əllamə Məhəmməd Bağır əl-Məclisi, Biharül-ənvaril-camiati li dürəri-əxbaril
əimmətil-əthar, (yeni nəşri ), Beyrut, 1412 h/q.
[286]
53.
Əllamə Əmini, əl-Qədir fil-Kitab vəs-Sünnə vəl-Adab, Darül-kitabil-ərəbi,
Beyrut, 1387 h/q.
54.
Əli Əkbər əl-Qiffari, Dirasat fi ülumil-hədis, (birinci nəşri), 1329 h/ş.
55.
Fikri Yavuz, Kırk Kudsi Hadis, İstanbul, 1997 (IV baskı).
56.
Hacı Sabir Həsənli, Peyğəmbərlər tarixi, Bakı, Adiloğlu nəşriyyatı, 2001 və
2012.
57.
Hasan Cirit, Halkın İslam anlayışının kaynakları, çamlıca yayınları.
58.
Hasan Cirit, Hadise giriş, Rağbet yayınları, (Tarihçe, Literatür ve Seçme
Hadisler), birinci basım, İstanbul, 2011.
59.
Heyət, İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfi, İstanbul, 1997.
60.
Heyət, İslam Ansiklopedisi, Türkiye Diyanet Vakfi, İstanbul, 1997.
61.
Höccətul-İslam Seyid Səid Rəşadi, Hədis Elmi, Baki, 2003.
62.
Haris Süleyman əd-Dari, Muhadarat fi ülumil-hədis, İordaniya çapı.
63.
Haşim Məruf əl-Hüseyni, Dirasat fil-hədis vəl-mühəddisin, (ikinci nəşri),
1398/1978.
64.
Hüseyn Əbdüssəməd əl-Amili, Vüsulul-əxyar ilə üsulil-əxbar, Qum, 1401 h/q.
65.
İbn Əsir əl-Cəzəri, Cameül-üsul, Beyrut, 1403 h/q.
66.
İbn Kesir, Hadislerle Kurani-Kerim Tefsiri, Çağrı yayınları, İstanbul, 1993.
67.
İbn Kesir, Böyük İslam Tarihi (el-Bidaye ven-Nihaye), çağrı yayınları, İstanbul,
1995.
68.
Mehmet Görmez, Sünnet ve Hadisin Anlaşılması ve Yorumlanmasında
Metodoloji Sorunu, Türkiye.
69.
Məhəmməd bin Həsən Hürr əl-Amili, Əməlül-amal, Mətbəətül-adab, Nəcəfül-
əşrəf, tarixsiz.
70.
Muhammed Ali es-Sabuni, Sefvetüt-
Tefasir, Yeni şafak, İstanbul, 1995.
71.
Muhammed bin Hamid el-
Ğazzali, İhyai- Ulumid-Din, Arslan yayınçılık,
tercüme: Ali Arslan, İstanbul, tarixsiz.
72.
Muhammed bin Muhammaed er-
Rudani, Böyük Hadis Külliyyatı, kaynak
yayınçılık, Ankara, tarixsiz.
73.
Misfir B. Gurmullah Ed-Dümeyni, Hadiste M
etin Tankidi Metodları, Kitabevi
Yayınları, Çeviren: Prof. Dr. İlyas Çelebi - Yard.Doç.Dr. Adil Bebek - A.Yücel.
74.
Mürtəza Mütəhhəri, Mədxəl fi ülumil-İslamiyyə, əl-Üsul, Darül-vəfa, Beyrut,
2011.
75.
Nuserttin Bolelli, Kadınların Hadis İlimindeki Yeri, Emrel matbaası, İstanbul,
1998.
76.
Prof. Dr. Nuriddin İtər, Mənhəcün-nəqdi fi ülumil-hədis, Dəməşq, 1981, (ikinci
nəşri).
77.
Prof. Dr. İbrahim Canan, Kütubu-Sitte Tercüme ve Şerhi, Ankara, 1995.
78.
Prof. Dr. İsmayıl Lütfi Çakan, Anahatlarıyla Hadis, (Nəşr ili yoxdur).
79.
Prof. Dr. Yaşar Kandemir, Mevzu Hadisler (menşeyi tanıma yolları, tenkidi), III
baskı. İstanbul, 2002.
[287]
80.
Prof. Dr. Yaşar Kandemir, Hadis İstilahları (ikinci baskı), Ankara, 1995.
Prof. Dr. Sübhi əs-Salih, tərcümə edən: Prof. Dr. M. Yaşar Kandemir, Hadis
İlimleri ve Hadis İstilahları, İstanbul, 1997, (6-cı basım).
81.
Prof. Dr. İsmayıl Lütfi Çakan, Hadis Usulü, İstanbul, 1993, (III baskı).
Prof. Dr. Talat Koçyigit, Hadis Usulü, Ankara, 2003.
82.
Prof. Dr. Muhammed Hamidullah, İslam Peyğamberi, irfan yayımçılık ve
ticaret, İstanbul-1993/1413. Çevireni: Prof. Dr. Salih Tuğ.
83.
Prof. Dr. Fahrettin Atar, Fıkıh Usulü, Yıldızlar matbaaçılık, III baskı, İstanbul,
1996.
84.
Peyğamberler Tarihi, Türkiye qazetesi, tarixsiz.
85.
Seyyit Kutub, fi zilalil-
Kuran, İstanbul, tarixsiz.
86.
Süleyman Ateş, Yüce Kuranın Çağdaş Tefsiri, yeni ufuklar neşriyyatı, tarixsiz.
87.
Seyid Həsən əs-Sədr, Təsisüş-şiətil-kiram li ülumil-İslam, Bağdad, tarixsiz.
88.
Seyid Həsən əs-Sədr, Nihayətüd-dirayə, təhqiq: Macid əl-Qərbi, nəşri ili yoxdur.
89.
Seyid Möhsin əl-Əmin, Əyanuş-şiə, Beyrut, 1403 h/q.
90.
Seyid Əbülqasim Xoyi, Möcəmu ricalil-hədis, Qum, 1410 h/q. (dördüncü nəşri).
91.
Seyid Əbdülhüseyn Şərafəddin, Əbu Hüreyrə, Mətbəətül-Bəhmən, Qum,
tarixsiz.
92.
Seyid Mühyiddin əl-Musəvi əl-Qərifi, Qəvaidül-hədis, Qum çapı, tarixsiz.
93.
Şamil İslam Ansiklopedisi, Şamil Yayınevi, İstanbul, 1990.
94.
Şeyx Səduq, Mən la yəhduruhül-fəqih, Tehran, 1405 h/q.
95.
Şeyx Tusi, Təhzibül-əhkam, Nəcəf, 1378 h/q.
96.
Şeyx Səduq, əl-Xisal, Qum, 1403 h/q.
97.
Şeyx Mustafa əl-Etimadi Təbrizi, Şərhu məalim əd-din, Qum, 1311 h. (dördüncü
nəşri).
98.
Şeyx Tusi, əl-Üddə fil-üsul, Qum, 1417 h/q, (birinci nəşri).
99.
Şeyx Ağa Müctəba əl-İraqi, Əhsəmiyyətül-hədis indəş-şiə, (birinci nəşri), 1421
h/q.
100.
Şeyx Əli İsa əz-Zavad, Risalə fi xəbəriz-zəif, Darüs-Sədiqətiş-Şəhidə (ə), çap ili
və yeri yoxdur.
101.
Temel Britanika, Hürriyyet, İstanbul, 1992.
102.
Vehbe Zuhaylı, İslam Tarihi Ansiklopedisi, zaman neşriyyatı, İstanbul, 1994.
103.
Zeynüddin Ahmed ez-Zebidi, Sahihi-Buhari muhtasari Tecridi Sarih tercemesi,
VII baskı, Ankara, 1984.
104.
Zeynüddin əl-Amili (Şəhid Sani), ər-Riayə fi ilmid-dirayə, Qum, 1408 h/q.
105.
http://www.al-shia.org
106.
http://haqqyolu.com
107.
http://www.mumsema.org
108.
www.vakfeyya.com
109.
www.mektebetu-nercis.com
[288]
Dostları ilə paylaş: |