9.
əş-Şazz
998
H
əmin mənbə, səh. 118
999
H
əmin mənbə, səh. 117
1000
Küleyni,
əl-Kafi, c. III, səh. 94
1001
Şeyx Tusi, Təhzibül-əhkam, c. I, səh. 385
1002
C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu, səh. 118
[257]
Şazz hədis haqqında ötən fəsildə məlumat verildiyindən burada onun haqqında
geniş danışmayacağıq. Bu hədis növünün bu fəsildə yerləşdirməyimiz ona görədir ki,
şazz hədis, əgər onun ravisi siqə (etibarlı) olarsa, şiə məzhəbinə görə məqbuldur, əks
hal
da isə zəifdir.
10.
əl-Müsəhhəf
Bu növ hədislərdən də ötən fəsldə danışdıq. Burada isə onu qeyd etmək istərdik
ki, bu növdən olan hədislərdə mətndə olan kəlmələrin nöqtə dəyişikliyinə uğraması,
onun mətninin kəlmə dəyişikliyinə gətirib çıxardığından bəzi alimlər bu növ hədislərə
zəif hədis qrupunda yer vermişlər. Amma təbiidir ki, kəlmənin əsl oxunuş qaydası və
surəti bərpa edilərsə, o səhih ola bilər.
11.
əl-Mühərrəf
Mühərrəf hədislər haqqında da ötən fəsildə məlumat vermişik. Burada isə demək
istərdik ki, bu növ hədislərin zəif hədislər cərgəsində qeyd edilməsi onun
kəlmələrində olan hərəkə dəyişikliyinə görədir. Amma yenə də onun kəlməsinin
hərəkələri doğru olaraq bərpa edilərsə, o hədis doğru ola bilər.
12.
əl-Mühməl
Mü
hməl hərfən “göz önünə alınmayan”, “hesaba qatılmayan” mənasındadır.
Hədis elmindəki mənası isə, “o bir hədis növüdür ki, onun sənədində rical
kitablarında işarə olunmuş bir ravi vardır, amma onun haqqında heç bir mədh və ya
məzəmmət hökmü icra edilməyib.”
1003
Ad
ından da göründüyü kimi, bu növ hədislər məşhur ravi kitablarında yer almış
bir ravinin haqqında cərh və tədil elminin prinsipləri əsasında tədqiq edilməyən bir
ravinin nəql etdiyi hədisdir. Yəni, bu hədisin sənədində olan ravinin adı məlumdur,
amma haqqında tərif və ya məzəmmət işlədilməyib.
13.
əl-Məchul
Məchul sözü məlum sözünün ziddidir. Hədis elmində məchul o növ hədislərə
deyilir ki, onun ravisi rical kitablarında tanıdılmayıb, yaxud tanıdılıbsa da, haqqında
cəhalət hökmü verilibdir. əl-Maməqani bu növ hədisi belə tərif edir: “O rical
kitablarında ravisi qeyd edilən, amma onun əhvalı haqqında əqidəsinə görə heç bir
məlumat verilməyən ravinin hədisidir.”
1004
14.
əl-Müzməl
Mü
zməl hədis hərfən “əvəzlikli” hədisdir. Yəni, bu növ hədisin sənədində şəxs
adlar
ı əvəzinə onlara işarə edən əvəzliklər işlədilib. Bu növ hədis belə tərif edilir:
“
Səhabənin və yaxud da imamların (ə) səhabələrindən birinin “ondan belə soruşdum”
və yaxud da buna oxşar formalarda rivayət etdiyi və rəvayətində Məsumun (ə) adını
1003
H
əmin mənbə, səh. 118
1004
h
əmin mənbə, səh. 119; əl-Maməqani, Məqabisül-hidayə
[258]
qeyd
etmədiyi hədisdir.
1005
Səhabələrin hədisi əvəzliklərlə qeyd etməsi və Məsumun
(ə) adını gizlətməsinin səbəbi isə təqiyyədir.
1006
Bu növ hədislərin, zəif hədislər cərgəsində yer tutmasının səbəbi, onun
sənədində Məsumun (ə) adının qeyd edilməməsinə görədir. Amma əgər əvəzliklər
Zurarə və ya Məhəmməd bin Müslüm kimi ravilərdən gəlibsə, o məqbuldur. Çünki
onlar əshabi-icmadandır və mütləq siqə olaraq tanınırlar. Həmçinin onların hədisi
əvəzliklə (zəmirlə) rivayət etməsi, onların təqiyyə etməsinə bağlıdır. Məlumdur ki,
onların əvəzliklərində məqsədləri Məsum İmamdır (ə).
15.
əl-Məqtu
Bu növ h
ədislər tabeunlardan rəvayət olunan hədislərdir ki, onların da sözü
M
əsuma (ə) yetişməsə, höccət və dəlil ola bilməz.
16.
əl-Məvquf
Məvquf hədis səhabədən gələn hədislərdir və iki qismə ayrılır:
Mütləq və
Mü
qəyyəd.
Mütləq məvquf o hədisdir ki, onu Peyğəmbərin (s) və ya İmamın (ə) səhabəsi
Peyğəmbər (s) və ya İmamdan (ə) müttəsil və ya münqəti sənədlə rəvayət etmiş
olsun.
Müqəyyəd məvquf isə o hədisdir ki, onu Məsumun (ə) səhabəsindən başqasına
aid olsun. Buna deyilər “filankəs filankəsin üzərində dayandı (vüquf).”
1007
Nuri
yazırdı: “Məvquf səhabədən qəvli, feli və ya təqriri olan, müttəsil və ya münqəti
formada gələn hədisdir. Əgər başqalarından gələrsə, müqəyyəd olacaq. Necə ki,
deyilir: filankəs Zühriyə dayanıb dedi. Xorasan fəqihləri məvqufu əsər
adlandırıblar.”
1008
Səhabənin sözü höccət sayılmır. Höccət və ya dəlil yalnız Məsumun (ə) kəlamı
ola bilər. Səhabələr isə Məsum deyillər. Onların bəzi Quran ayələrinin təfsiri
haqqında dedikləri hədislərə gəldikdə isə, bilmək lazımdır ki, hədisşünasların
səhabələrdən məvquf olaraq dedikləri, ayənin nazil olma səbəbini bəyan etmək
üçündür. Buna misal Cabirin hədisi göstərilir: “Yəhudilər deyirdilər: Hər kəs öz
qadınına arxadan yaxınlaşsa, onun övladı olacaqdır.” Elə bu halda Allah taala
“Qadınlarınız sizin tarlanızdır, istədiyiniz vaxt öz tarlanıza gəlin!”
1009
nazil etdi.
1010
Buradan göründüyü kimi,
səhabə qeybi və axirətə aid heç bir xəbər vermək
ixtiyarında deyil və belə edərsə, təbii ki, onun dedikləri dəlil ola bilməz və tərk
edilməlidir. Həmçinin səhabənin bəzi vaxt Məsumdan (ə) öyrəndiyi məsələ barədə
hökm verməsi də Məsuma (ə) dayanarsa, məqbuldur və məvquf deyil, amma özündən
fətva və ya hökm verməsi məqbul deyildir. Bəzi əhli-sünnə alimləri də bu görüşü
qəbul edərək səhabənin dediklərini zəif saymışlar. Buna misal əl-Qasiminin
1005
C
əfər Sübhani, adı çəkilən əsəri, səh. 106; Şəhid əs-Sani, adı çəkilən əsəri, səh. 102
1006
bax: Abdullah
əl-Maməqani, Məqabisül-hidayə, səh. 60
1007
C
əfər Sübhani, adı keçən əsəri, səh. 101
1008
ət-Təqrib vət-Təysir, c. II, səh. 149
1009
əl-Bəqərə-223
1010
C
əfər Sübhani, Ülumul-hədis və əhkamuhu
[259]
“Qəvaidüt-təhdis” əsərini göstərmək olar. O, bu əsərində
1011
məvquf və maqtu
hədisləri zəif hədislər cərgəsində qeyd etmişdir. Lakin, əhli-sünnənin əksər alimləri
məvquf və məqtu hədisi lazımı əlamətləri özündə daşıyarsa, cərh və tədil süzgəcindən
keçərsə, məqbul və səhih biliblər.
1011
s
əh. 111
[260]
VII FƏSİL
ZƏİF HƏDİSLƏRİN MEYDANA GƏLMƏSİ VƏ UYDURULMASI
SƏBƏBLƏRİ
7.1.Z
əif hədislərin meydana gəlməsi
Ötən fəsillərdə qeyd olunduğu kimi, zəif hədislər səhih hədislərin şərtlərini
daşımayan hədislərə deyilir. Bu növ hədislər əlbəttə ki, mütləq mənada Məsumların
(ə) sözləri olmayıb, əslində onların adlarına uydurulmuş hədislərdir. Buna görə də
burada hədis sözü əsl mənada deyil, şərti mənada başa düşülməlidir.
Məsumların (ə) adına hədis uydurmağın tarixi qədimdir. Belə ki, bəzi alimlər
hədis uydurmaq fəaliyyətini həzrət Əlinin (ə) xilafəti zamanına aid etsələr də, bu
fikrin heç
bir elmi əsası yoxdur. Düzdür, həzrət Əlinin (ə) xəlifəliyi zamanı hədislər
uydurulmuşdur. Lakin, bu yalançılar dərhal ifşa edilərək cəzalandırılır və xalqa belə
şəxslərin söylədiklərinə inanmamaları tövsiyə olunurdu. Bunun bariz nümunəsindən
biri, h
əzrət Əlinin (ə) məşhur hədis uydurucusu Əbu Hüreyrə haqqında dediyi sözdür.
Belə ki, o Həzrət buyurub: “Peyğəmbərin adından ən yalançı danışan Əbu
Hüreyrədir.”
1012
Ümumiyyətlə bir çox mötəbər qaynaqların verdikləri məlumatlar və həmçinin
bizim tədqiqatımızın nəticəsi onu göstərir ki, hədis uydurma fəaliyyəti məhz
Peyğəmbərin (s) dövründə baş qaldırmış bir işdir. Bunun aşkar formasını
Peyğəmbərin (s) “Mənim adıma heç bir şey uydurmayın, hər kəs mənim adıma
mənim demədiyim bir şeyi deyərsə, öz yerini Cəhənnəmdə bilsin”
1013
hədisindən də
görməkdəyik. Bu hədisin mənası onu göstərir ki, hələ Peyğəmbər (s) sağ ikən bir
qrup
şəxslər onun adından yalan danışmışlar. Bunu eşidən Peyğəmbər də (s) təbii ki,
bu
prosesin qabağını almaq üçün belə bir hədis deməyə vadar olmuşdur. Yoxsa ki,
onun belə mənada hədis deməsinin mənası olmazdı.
Məsumların (ə) adlarına hədislərin uydurulması əlbəttə ki, əbəs olmayıb bunun
bir çox səbəbləri vardır. Həmçinin, onların adlarına hədis uydurmaq təkcə
müsəlmanlara aid oln bir iş deyil, bəlkə də bunun toxumu bəzi xristian və yəhudi
dininin nümayəndələrinə məxsusdur. Bu bir tarixi həqiqətdir ki, bir qrup yəhudi və
xristian şəxslər (bəzən alimlər) zahirdə İslamı qəbul edərək onun ideologiyasını və
əsaslarını sarsıtmaq üçün özlərindən sözlər uydurmuşlar. Onların hədis uydurma
işindəki canfəşanlıqları özlərinin məkrli və gizli planlarını “qanuniləşdirmək”,
İslamın guya yəhudi və xristian dininin qalığı və ya onlardan törəmə bir təriqət kimi
təqdim etmələri olmuşdur. Bundan başqa hədis uydurma fəaliyyətinin ən kluminasiya
nöqtəsi bəlkə də Əməvilər (661-750) və Abbasilər xilafətinin (750-1258) dövründə
olmuşdur. Bu fəaliyyətlərin qığılcımını gücləndirən və onu xilafətin rəsmi peşəsinə
çevir
ən ilk şəxslərdən biri, bəlkə də ən birincisi məşhur Əməvilər xilafətinin banisi,
əli bir çox Peyğəmbər (s) səhabəsinin qanına bulaşmış, insanları Peyğəmbərin (s)
əhli-beytinə (ə) nifrətə səsləyən və onların öldürülməsində ilk addımını atan Müaviyə
1012
Əllamə Məclisi, Biharül-ənvar, c. XX, səh. 547
1013
S
əhihi-Buxari, c. II, səh. 81; Əllamə Məclisi, Biharül-ənvar, c. II
[261]
bin Əbu Süfyan (661-680) olmuşdur. O, bir qrup sadəlövh müsəlmanları öz ətrafına
toplamış və onların vasitəsilə Peyğəmbərin (s) adına çoxlu sayda yalan hədis
uydurmuşdur. Həmçinin, sonrakı Əməvi hökmdarları və Abbasi xəlifələri bu hədis
uydurma ənənəsini davam etdirmiş, məcusi və zərdüşt əqidəli insanları xilafətdə
yüksək vəzifələrə təyin etmələri ilə məqsədli şəkildə onların əlləri ilə İslamın adına
yalanlar düzəltmişlər. Həmçinin Qədim Roma, İran və Yunan əfsanələrinin surətlə
ərəb dilinə tərcümə edilməsi və bunların məqsədli şəkildə xilafət məmurları
tərəfindən edilməsi yeni-yeni firqələrin ortalığa çıxmasına səbəb olmuşdur. Təbiidir
ki, hər yaranan və yaranmaqda olan firqələr öz əqidələrini və əməli fəaliyyətlərini
ila
hi vəhyə “bağlı olduğunu” və “haqq” hesab edildiyini bildirmək və əsaslandırmaq
üçün hədis uydurmağa əl atmışlar.
Abbasil
ər lehindəki uydurma xəbərlərə gəlincə bunlar Əməvilərin iqtidarda
olduqları zamandan başlayaraq, Abbasi xilafətinin müxtəlif dövrlərində də davam
etdirilmişdir. Siyasi qayələrlə Əməvilər üçün Osman və Müaviyə necə istismar
edilmişsə, Peyğəmbərin (s) əmisi Abbas bin Əbdülmüttəlib (öl. 652) də Abbasilər
t
ərəfdarları üçün də istismar mövzusu olmuşdur. Məsələn, Peyğəmbərin (s): “Abbas
m
ənim vəsim və varisimdir, onun oğullarını Allah xəlifə edəcək, dinini onlarla
qoruyacaq, sünn
əmi təhrifə uğrayacaği zaman, Allah Xorasandan onlara yardimçilar
gönd
ərəcəkdir. Əllərində qara bayraqlar olan bu ordunun qabağında hec bir qüvvə
dayana bilm
əyəcək”
1014
h
ədisi bunun bariz misalıdır.
Beləliklə, saxta hədislərin uydurulmasında ciddi-cəhdlə çalışan xəlifələr
içərisində Abbasilərin xüsusi yeri vardır. Əməvilər Müaviyə və Bəni-üməyyə
haqqında nələr uydurmşlarsa, onun qat-qat artığını Abbasilər uydurmuşlar. Bunu biz
aşkar şəkildə aşağıdakı hədislərdə də görməkdəyik. Belə ki, Bəzzar Əbu Hüreyrənin
belə dediyini rəvayət edir: “Peyğəmbər (s) əmisi Abbasa dedi: peyğəmbərlikdə sizə
verilib, padşahlıq da.” Təəssüfləndirici hal burasıdır ki, bu kimi qondarma hədislər
Əbu Nəim, İbn Ədi, Tirmizi, Təbərani və digər bu kimi müəlliflərin əsərlərində də
özünə yer etmişdir. Təbərani rəvayət edir: “Peyğəmbər (s) xilafət əmim
oğullarınındır. Onlar bunu İsaya (ə) təslim edənədək qoruyacaqlar.”
1015
Hələ bunlar azmış kimi xəlifə Əbülabbas əs-Səffah haqqında “Fitnənin zühur
etdiyi vaxt əhli-beytimdən bir kişi çıxacaq, ona əs-Səffah deyərlər.”
Görkəmli alim Əllamə Süyuti “Tarixül-xüləfa” adlı məşhur əsərində yazırdı:
“Xəlifə Mütəvəkkil sünnəyə meyl göstərdi və onun əhlinə kömək etdi. O,
hədisşünasları Samirədə qarşılayıb onlara hörmət etdi və onları “Röyət” haqqında
hədislər deməsini istədi. Hədisşünaslar ona dua etdilər və hətta onun haqqında
“Xəlifələr üçdür: riddə əhli ilə vuruşan Əbu Bəkr, zülmü yıxan Ömər bin Əbdüləziz
və sünnəni dirildən Mütəvəkkil.”
İbn Əbülhədid yazırdı: “Bunu bil ki, fəzilətlər ilə əlaqədar uydurma hədislər ilk
d
əfə şiələr tərəfindən ortaliğa qoyulmuşdur. Onlar öncə Əlinin (ə) haqqında müxtəlif
h
ədislər uydurdular.”
1016
1014
Süyuti,
əl-Ləalül-məsnua, c. I, səh. 429; İbn Arraq, Tənzihüş-şəriət, c. II, səh. 10 hədisi kimi
1015
Süyuti, Tarixül-xül
əfa, səh. 12
1016
İbn Əbülhədid, Şərhu Nəhcil-bəlağə, Beyrut çapı, 1954, c. III, səh. 26
[262]
Xül
əfai-raşidin dövrünün sonu, xüsusən Əməvilər dövründə (661-750) qəza və
q
ədər münaqişələri artmiş,
1017
q
ədəriyyə və mürciyə məzhəbləri təşəkkül tapmişdi.
1018
Q
ədəriyyə məzhəbi bir çox hədisər uydurmuşlar. Qədəriyyə məzhəbindən tövbə
ed
ərək ayrılan Əbu Rəca Mühriz deyir: “Qədəriyyəçilərdən qətiyyən bir şey rəvayət
etm
əyin, vallahi biz insanları məzhəbimizə çəkə bilmək üçün hədislər uydurur və bu
h
ərəkətimizlə savab qazanacağimizi umurduq. Mən bu surətlə qədəriyyə məzhəbinə
dörd min kişi qatdim.”
1019
Mürci
ə məzhəbi də hədis uydurmaqda öndə gələn firqələrdəndir. Belə ki, bu
m
əzhəbin liderlərindən olan Məhəmməd bin Qasim ət-Tayqanidir.
1020
O, r
əvayət edir:
“İmanın artib əskiləcəyini zənn edən kimsə bunu bilsin ki, imanin artiği nifaq, əskiyi
is
ə küfrdür. Bu qənaətdən vaz keçməyənin boynunu qilincla vurun, bunlar Rəhmanın
düşmənidir.”
1021
H
əmçinin, mürciə və qədərilərin müxalifləri onlara qarşi hədis uydurmuşlar.
Bel
ə ki, guya Peyğəmbər (s): “Ümmətimdən qədəriyyə və mürciyə məzhəbindən
olanlar şəfaətimə nail olmayacaqlar”
1022
demişdir.
Bundan başqa mövzu hədislərin meydana çixmasi ilə əlaqədar aşağidaki
m
əqamlara da toxunmaq lazımdır. Belə ki, hədis uyduranları aşağıdakı kimi
quruplaşdirmaq olar:
H
ədis uydurmaği caiz görənlər
Bura daha çox sufil
ər, kiramiyyələr və digərləri daxildir. Bu qurupdan olanlar
aşağıdakı hədisi dəlil gətirirlər ki, Peyğəmbər (s) deyib: “Hər kəs insanları yoldan
azdirmaq üçün m
ənim adıma yalan uydursa, Cəhənnəmdəki yerinə hazırlansın.”
Onlar bu h
ədis vasitəsiylə əməllərin fəzilətləri, insanları yaxşılığa dəvət etmək,
pislikl
ərdən cəkindirmək və bu kimi mövzularda hədis uyduranlar düşünmürlər ki,
Allah R
əsuluna (s) qarşı yalan demək, onun demədiyi bir sözü onun dediyi kimi
q
ələmə vermək günahdır. Bundan başqası üçün isə olar.
M
əşhur yalançılar
Bu qurupa aid olan h
ədis uydurucuları hədis ədəbiyyatı tarixində “müəmmərun”
(uzunömürlül
ər) adı altında tanınırlar. Bunlar özlərini Peyğəmbərin (s) səhabəsi kimi
tanıdır, Peyğəmbərdən (s) 3-4 əsr sonra yaşamaqlarına baxmayaraq, özlərini onunla
birg
ə bəzi döyüşlərdə olduğunu, Peyğəmbərin (s) onlara ehtiram göstərdiyini və s.
iddia edirl
ər belə şəxslərdən aşağıdakıları qeyd etmək olar.
a) M
əkləbə bin Məlqan əl-Xarəzmi. O, Peyğəmbərin (s) hicrətindən 140 il sonra
ortaya çixaraq 24 q
əzvədə o Həzrətlə (s) birgə iştirak etdiyini iddia etmişdi.
1023
1017
Əbu Zəhra, əl-Məzahibül-islamiyyə, səh. 185
1018
İbn Teymiyyə, Minhacüs-sünnə, c. I, səh. 220
1019
İbn Əbülhatim, əl-Cərhu vət-tədil, c. I, səh. 32
1020
Yaşar Kandemir, Mövzu hədislər, səh. 43
1021
İbn Arraq, Tənzihüş-şəriət, c. I, səh. 149
1022
h
əmin mənbə, səh. 153
1023
Z
əhəbi, Mizanül-etidal, c. IV, səh. 178
[263]
b) Qeys bin T
əmim ət-Tai əl-Əshəc. O, hicri 517-ci ildə Geylan şəhərində
Peyğəmbərdən (s) birbaşa hədislər rəvayət etmişdir.
1024
c)
Əbülhəsən bin Nofəl ər-Rai. O, da hicri 600-ci illərdə ortaya çixaraq
Peyğəmbərin (s) “şəqqülqəmər” möcüzəsini gördüyünü iddia etmişdir.
1025
7.2.Z
əif hədislərin uydurulması səbəbləri
Ümumiyyətlə hədisşünaslar və tədqiqatçılar saxta hədislərin uydurulmasında
aşağıdakı mühüm məqsədləri qeyd etmişlər.
a)
Siyasi, etiqadi və məzhəbi ixtilaflar
Hədis saxtalaşdıranların ən ümdə məqsədlərindən biri heç şübhəsiz ki, siyasi və
etiqadi ixtilaflardır. Belə ki, Peyğəmbərin (s) vəfatından sonra meydana çıxan xilafət
məsələsi İslam aləmində ilk parçalanmanın, siyasi və etiqadi ixtilafların əmələ gəldiyi
ən mühüm hadisədir. Təəssüflər olsun ki, bu mühüm problem o zamankı
müsəlmanlar tərəfindən lazımınca çözülmədiyindən İslamda sünnilik və şiəlik
məzhəblərinin meydana gəlməsinə səbəb olmuşdur. Belə olan halda hər iki məzhəb
ardıcılları bir-birinin tənqidində və hətta qarşı tərəfin “batil” olduğunu bildirmək və
isbat etmək üçün bir-birinə zidd olan hədislər rəvayət etmişlər. Peyğəmbərin (s)
dövründə qığılcım olaraq meydana gələn hədis uydurma fəaliyyəti raşidi xəlifələrin
dövründə (632-661) daha da alışmış və artıq Əməvilər və Abbasilər dövründə son
zirvəsinə yüksəlmişdir. Artıq hakimiyyətə gələn xəlifələr öz hakimiyyətlərini
qanuniləşdirmək və siyasi mübarizələrinə dini don geyindirmək üçün ən qüvvətli və
doğru yolu hədis düzəltməkdə görmüşlər. Bu işin ən güclü nümayəndəsi ilk Əməvi
xəlifəsi Müaviyə bin Əbi Süfyan olmuşdur. Bunu bütün mötəbər mənbələr təsdiq
etdiyi halda, nədənsə bəzi qaynaqlar bu mövzuya ötəri yanaşmışlar. Görkəmli İslam
alimi və məşhur “Nəhcul-bəlağə” şərhçisi İbn Əbil-Hədid yazırdı: “Müaviyə bir dəstə
səhabə və rəiyyətdən olan adamları vadar etdi ki, İmam Əli (ə) barədə bir sıra çirkin
xəbərlər düzəltsinlər ki, həmin xəbərlər ona tənə vurmağa və möminləri ondan
uzaqlaşdırmağa səbəb olsun. Onlar üçün qiymətli mukafatlar da təyin etdi. Bu
adamlar da onu ra
zı salacaq şeylər düzəltdilər. Səhabələrdən Əbu Hüreyrənin, Əmr
bin Asın, Müğeyrə bin Şöbənin, rəiyyətdən isə Ürvə bin Zübeyrin adlarını çəkmək
olar.”
1026
Hətta, alim adı çəkilən məşhur əsərində uydurulmuş bəzi hədisləri də qeyd
etmişdir. Müəllif yazırdı: “Zühri rəvayət edir ki, Ürvə bin Zübeyr dedi:
Ummulmöminin Aişə mənə dedi ki, Peyğəmbərin (s) yanında idim. Bu vaxt Abbas və
Əli gəldilər. Peyğəmbər (s) buyurdu: Ey Ummulmöminin Aişə, bu iki nəfər mənim
millətimdən başqa bir millət, yaxud da, mənim dinimdən başqa bir dində
olacaqlar.”
1027
Ümumiyyətlə hədis uydurmağın müxtəlif səbəbləri arasında olsa da, bunun
içərisində olan ən mühümü bəlkə də siyasi məsələlərdir. Həmçinin saxta hədislərin
1024
İbn Həcər əl-Əsqəlani, əl-İsabə fi təmyizis-səhabə, c. V, səh. 287
1025
Z
əhəbi, Mizanül-etidal, c. IV, səh. 515
1026
İbn Əbilhədid əş-Şafei, Şərhu Nəhcil-bəlağə, 56-cı və digər xütbələrin şərhində
1027
h
əmin mənbə
[264]
çoxunun tədqiqi onu göstərir ki, dövrü hakimlər insanları Əhli-beytdən (ə)
uzaqlaşdırmaq və onları xalqın gözündən salmaq üçün onların əleyhinə daha çox
hədis uydurmağa vadar etmişdir. Deməli, hədis uydurma fəaliyyətinin əsasında Əhli-
beytə (ə), xüsusən də həzrət Əlinin (ə) ilahi fəzilətlərinin heçə endirilməsi dayanır.
Bunu kiçik bir misalla təhlil edək: Belə ki, “Səhih” əsərin müəllifi Buxari öz əsərində
yazırdı: “... İbn Müsəyyib dedi: Peyğəmbərin əmisi Əbu Talib dünyadan müsəlman
olmadan getdi.” Buxarinin
ən məşhur şərhçilərindən olan Əllamə Eyni yazırdı:
“
Müsəyyibin hədisi zəifdir. Çünki o, İslamı Məkkənin fəthi ərəfəsində qəbul etmişdir
və Əbu Talibin ölümü ilə onun arasında on il fərq vardır.” Belə olan halda o, Əbu
Talibin vəfatını necə görə bilərdi?”
1028
Təəssüflər olsun ki, hədis uydurma fəaliyyətinin ilk rüşeymləri elə məhz bəzi
səhabələrə məxsusdur. Onlar siyasi nüfuzlarını artırmaq və var-dövlət sahibi olmaq
eşqinə özlərindən hədislər uydurmuş və uydurduqları hədisləri xalq içərində təbliğ
edərkən öz havadarlarından bəxşişlər almışlar. Buna misal Əbu Hüreyrə, Ənəs bin
Malik
və digərlərini göstərmək olar. Bu barədə İmam Sadiq (ə) buyurub:
“
Peyğəmbərin adına ən çox hədis uyduran üçdür: Əbu Hüreyrə, Ənəs və bir
qadın.”
1029
Bunlardan b
aşqa bəzi məzhəb mənsubları da öz məzhəblərinin haq və doğru
olduğunu xalqa tanıtmaq və onu xalq içərisində möhkəmlətmək üçün hədis
uydurmuşlar. Buna misal aşağıdakı hədisləri göstərmək mümkündür: “Ümmətimdən
Məhəmməd bin İdris adında birisi çıxacaq. Onun ümmətimə zərəri, iblisdən daha çox
olacaqdır.”
1030
Həmçinin məzhəb imamı Əbu Hənifə haqqında olan hədis də uydurma
hesab olunur. Həmin hədis belədir: “Ümmətimdən Əbu Hənifə deyilən biri daha
çıxacaq. O, ümmətimin lampasıdır, ümmətimin lampasıdır.”
1031
Bundan başqa Küleyninin “Üsuli-kafi”, Əllamə Məclisinin “Biharül-ənvar” və
digər mənbələrində bir çox zəif və uydurma hədislər vardır ki, bunlar araşdırılmalı və
onların zərərli tərəfləri xalqa çatdırılmalıdır. Bu hədislər içərisində məzhəbi
təəssübkeşlik yaradan hədislər tamamilə müasir cəmiyyətimizə yararlı olmadığı üçün
onların rəvayət və təbliğ olunması yolverilməz hal kimi qiymətləndirilməlidir.
Dostları ilə paylaş: |