Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə21/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   17   18   19   20   21   22   23   24   ...   29

məcburi  xalq  diplomatiyası;  ikincisi,  yaranmış  loyal 
vəziyyətdən  ortaya  çıxan  və  öz-özünə  təbii  olaraq  meydana 
gələn könüllü xalq diplomatiyası.  
 
Diplomatik danışıqların əsasları 
 
Dövlətlər  arasında  münasibətlər  danışıqlar  həyata  keçiri-
lərkən  qurulur.  Bu  da  hərəkətlər  mənasını  verir.  Dövlətlər 
arasında  danışıqların  və  rəsmi  görüşlərin,  təşkil  edilən 
yığıncaqların  hər  biri  diplomatik  əhəmiyyət  kəsb  edə  bilməz. 
Lakin  bunun  tərkibində  diplomatiyanın  əlamətlərini  görmək 
mümkündür.  Bu  kimi  görüşləri  və  tədbirləri  də  tamamilə 
diplomatiyadan  kənarda  hesab  etmək  olmaz.  Diplomatik 
danışıqlar dövlətlərin daha çox müəyyən gərginliklərin dinc 
yollarla  aradan  qaldırılması  zamanı  tətbiq  edilən  bir 
üsuldur.  Bu  üsulda  müvəqqəti  diplomatiya  (burada  həmin 
problemin  həllinə  yönəldilmiş  diplomatiya)  tətbiq  olunur. 
Diplomatik  danışıqlar  iki  tərəf  arasında  birbaşa  və  eləcə  də 
konfranslar çərçivəsində ikitərəfli və çoxtərəfli formatda həyata 
keçirilə  bilər.  Diplomatik  danışıqlar  elə  dövləaha çox mü
ə

 
220 
 
danışıqlardır. Diplomatik danışıqlar dövlətlərin bütün fəaliyyət 
sahələrini  əhatə  edir,  çünki  dövlət  özü  bütün  mümkün  sahələr 
üzrə  fəaliyyət  göstərir.  Diplomatik  danışıqlar  vasitəli 
əlaqələrdir. Burada müəyyən diplomatik vəzifə yerinə yetirən 
şəxslər vasitəsilə danışıqlar həyata keçirilir.  
Belə qəbul etmək olar ki, dövlət rəhbərləri ölkələrinin əsas 
diplomatları  hesab  olunurlar.  Onlar  öz  xalqlarını  beynəlxalq 
münasibətlərdə təmsil edən və daha çox səlahiyyətə malik olan 
birinci  şəxslərdirlər.  Dövlət  başçılarına  diplomat  kimi 
səlahiyyətləri də xalqların özləri verirlər və hüquq normaları ilə 
onların xarici siyasət sahəsində fəaliyyətlərinin əsaslarını təsdiq 
edirlər, vəzifə və səlahiyyət verirlər. Həmçinin dövlət başçıları 
əsas  diplomat  kimi  müəyyən  hüquqlara  da  malik  olurlar  və 
onlar  beynəlxalq  aləmdə  immunitet  və  imtiyazlardan  istifadə 
edirlər.  Dövlət  başçılarının  hüquq  və  səlahiyyətləri,  immunitet 
və imtiyazları həm də beynəlxalq sənədlərdə öz əksini tapır və 
bu  sənədlərlə  dövlətlər  öz  başçılarına  münasibətdə  vahid 
qaydaları  yaradırlar.  Bu  da  dövlətlərin  beynəlxalq  aləmdə  bir-
birilərinə 
olan 
hörmət 
və 
inamlarından 
irəli 
gəlir. 
Diplomatiyanın üzərinə düşən vəzifə müəyyən problemləri həll 
etmək  və  dövlətlər  arasında  inkişaf  istiqamətində  əlaqələri 
təmin etməkdən ibarətdir. Bunun üçün nəzəri və təcrübi yolları 
müəyyən  etmək  əsas  şərtə  çevrilir.  Diplomatiyada  həm 
beynəlxalq  qaydalar  əsas  götürülür,  həm  də  diplomatın  şəxsi 
keyfiyyətləri,  bu  baxımdan  istedadı,  bilik  və  bacarığı  xüsusi 
önəm  kəsb  edir.  Diplomatik  danışıqlar  geniş  anlamda  tərəflər 
arasında  sülhün  yaranmasına  və  sülh  vəziyyətinin  davamlı 
olmasına  xidmət  edir.  Diplomatiyanın  məqsədləri  də  bundan 
ibarətdir  və  diplomatiya  məhz  özündə  pozitiv  məqsədləri  əks 
etdirir.  Diplomatik  danışıqların  əsasları  həm  də  dövlətlərin 
hərəkətlərinə  müəyyən  qədər  haqq  qazandırmaqdan  ibarətdir. 
Hər  bir  diplomat  danışıqlarda  öz  dövlətinin  maraqlarının 

 
221 
 
müdafiəsindən  çıxış  edir  və  çalışır  ki,  dövlətinin  beynəlxalq 
hərəkətlərinə haqq qazandırsın. 
Diplomatik  danışıqlar  müəyyən  gərginliklərin  aradan 
qaldırılmasına xidmət edir. Diplomatik danışıqlar sayəsində iki 
və  çoxlu  sayda  dövlət  arasında  gərginliklər  həllini  tapa  bilir. 
Bununla  yanaşı,  diplomatik  danışıqlar  həmçinin  müəyyən 
problemlərin  həllinin  uzanmasına  gətirib  çıxarır.  Belə  ki, 
danışıqlar 
zamanı 
dövlətlər 
arasımnda 
razılaşmalara 
gəlinməmək  qərarların  qəbul  edilməsinə  mənfi  təsirlərini 
göstərir.  
Diplomatik  danışıqlar  müəyyən  predmetlərə  malik  olur  və 
istiqamətləri özündə əks etdirir. 
Diplomatik  danışıqların  mənfi  tərəfləri  ondan  ibarətdir  ki, 
bir  çox  hallarda  bu  danışıqlar  problemlərin  birdəfəlik  həllinə 
yönəlmir, əksinə olaraq, problemin həllinin uzanmasına gətirib 
çıxarır.  
 
Dövlətin diplomatiyasının gücü 
 
Diplomatiya  öz  gücünü  resurslardan  və  resursların 
istifadəsi  sistemindən  götürür.  Resursların  səmərəli  qaydada 
tətbiqi  ardıcıl  olaraq  dövlət  diplomatiyasının  gücünü  artırır. 
Diplomatiyanın  gücünü  iki  mühüm  istiqamətdə  axtarmaq 
lazımdır:  birincisi,  dövlətin  gücündə  və  diplomatının  təyin 
olunduğu dövlətdəki təsirində, eləcə də bu dövlətlər arasındakı 
münasibətlər  və  əlaqələrdə;  ikincisi,  isə  dövlətin  təşkil  etdiyi 
diplomatik  fəaliyyətin  özündə.  Bu  iki  istiqamət  vəhdət  təşkil 
etdikdə  dövlətin  diplomatiyası  güclənir  və  bu  da  özlüyündə 
dövlətin  beynəlxalq  aləmdə  gücünü  artırır.  Əvvəlcə  qeyd 
olunduğu  kimi,  hər  bir  dövlətin  diplomatiyasının  gücü  onun 
daxili gücündən asılı olur. Diplomatiyanın gücü dövlətin başqa 
bir  dövlətə  yönəltdiyi  resursların  da  gücündən  asılı  olur. 
Diplomatiyanın  özü  əlaqələri  gücləndirir,  eləcə  də  əlaqələrin 

 
222 
 
səviyyəsindən  güclü  diplomatiya  ortaya  çıxır.  Burada  da 
məntiqi  nəticələrə  gəlmək  olur  ki,  diplomatiyanın  gücü 
dövlətin  resurslarına  və  resurslardan  istifadə  sisteminə  və 
mexanizmisinə bağlı olur. Böyük dövlətlərin, güclü dövlətlərin 
diplomatiyası  da  güclü  əsasları  özündə  əks  etdirir.  Məsələn, 
belə hesab etmək olar ki, ABŞ diplomatiyası onun gücünə bağlı 
olaraq  bütün  dövlətlərdə  nisbi  müqayisə  əsasında  güclüdür. 
ABŞ-ın  beynəlxalq  təsir  imkanları  və  beynəlxalq  aləmdə  təsir 
rıçaqlarının  sistemliliyi  onun  diplomatiyasının  da  təsirlərini 
artırır.  Diplomatiya  məxsus  olduğu  dövlətinin  gücünü 
geosiyasi məkanlar üzrə yaymaq funksiyasını da yerinə yetirir. 
Diplomatiyanın  gücü  həm  də  dövlət  maraqlarının  məkanlar 
üzrə  güclü  olmasından  irəli  gəlir.  Diplomatiya  dövlətin  daxili 
siyasətinin  xarici  məkanlar  üzrə  yayılan  maraqlar  üzrə 
birləşməsi  funksiyasını  həyata  keçirir.  Bu  anda  dövlətin  daxili 
imkanları  onun  xarici  siyasətinə  təsir  göstərir  və  gücləndirir. 
Dövlətin  güclü  diplomatiyası  beynəlxalq  gərginliklərin  aradan 
qaldırılmasında  mühüm  rol  oynayır.  Diplomatiya  müvəqqəti 
(müəyyən məqsədlərin birdəfəlik yerinə yetirilməsi üçün), həm 
də  daimi  əsaslara  (ardıkəsilməyən  xassələrə-bir  dövlətin  digər 
dövlətdə  səfirliyinin  fəaliyyəti  və  bir  dövlətin  beynəlxalq 
hökumətlərarası  təşkilatlarda  fəaliyyəti)  malik  olur.  Hər  iki 
halda  diplomatiya  müəyyən  gərgin  problemlərin  həlli  üçün 
böyük  rol  oynayır.  Diplomatiyanın  gücü  həm  də  siyasi 
fəndgirlilikdən  asılı  olur.  Bu  kimi  hallar  daha  çox  tarixdə  baş 
vermişdir.  
Ədalətli  diplomatiya  beynəlxalq  hüquq  normalarına 
əsaslanır  və  dövlətlər  arasında  səmimi  münasibətlərin 
formalaşmasının əsaslarını təşkil edir. Bu gün dünyada təəssüf 
ki,  “lal  müharibələr”  də  mövcuddur  və  dünyanın  gizli  olaraq 
bölüşdürülməsi  prosesləri  baş  verir.  Bu  baxımdan  da  “lal 
diplomatiya”  da  formalaşıbdır.  Bu  diplomatiyanı  daha  çox 
böyük  dövlətlər  kiçik  və  orta  gücə  malik  olan  dövlətlərə 

 
223 
 
münasibətdə tətbiq edirlər. “Lal diplomatiya” əsasən, geosiyasi 
maraqların formalaşmasına xidmət edir.  
Dövlətin  güclü  diplomatiyası  müəyyən problemin həllində 
dövlətin  təsir  imkanlarını  artırır.  Bir  dövlətdə  digər  dövlətin 
güclü  diplomatiyası  bir  çox  hallarda  diplomatiyaya  məxsus 
olan dövlətin  təsir  imkanlarını  böyüdür  və  geosiyasi təsirlərini 
yaradır.  Bu  baxımdan  da  hesab  etmək  olar  ki,  diplomatiya 
dövlət  maraqlarını  coğrafi  məkanlara  münasibətdə  genişlən-
dirən bir təsir istiqamətidir və fəaliyyət sahəsidir.  
  

 
224 
 
III FƏSİL: 
 
Beynəlxalq münasibətlər sistemində dövlətlərin  
güclərinə görə təsnifatı 
 
Güc, siyasət və dövlət 
 
Fəlsəfədə  qəbul  olunmuş  sillogizmə  (məntiqi  nəticələrə 
gəlmə)  söykənərək,  belə  bir  prinsipdən  çıxış  etmək  olar: 
Güc  varsa,  iştirak  edən  tərəflər  və  onların  hərəkətləri 
varsa,  deməli,  təsnifat  da  (məzmun  və  forma  baxımından, 
eynilik,  oxşarlıq,  paralellik,  uyğunluq,  ziddiyyətlilik  və  s. 
fərqləndirici  fəlsəfi  kateqoriyalarla  növlərə,    dərəcələrə, 
siniflərə-tərkib hissələrə ayırma) mövcuddur. Güc hər hansı 
bir  vasitənin  (burada  canlı  vasitələr-subyektlər  və  cansız 
vasitələr-material əşyalar, eləcə də kainat elementləri) digər bir 
vasitəyə  tətbiqinin  kəmiyyətini  əks  etdirən  bir  vasitədir, 
mücərrəd  mövcudluqdur.  Güc  potensialdır  və  böyük 
enerjidir.  Enerji  potensialdır,  potensial  gücdür,  deməli, 
enerji  də  gücdür,  vasitələrə  məkan  dəyişmələri,  forma  və 
məzmun  dəyişmələri  baxımından  tətbiq  ediləndir.  Güc 
artdıqca  enerji  də  artır  və  potensial  böyüyür.  Güc  resursları 
hərəkətə 
gətirəndir 
və 
resursların 
yerdəyişmələrindən 
formalaşır.  Gücün  sərbəst  şəkildə  və  maraqlara  cavab  verəcək 
səviyyədə  tətbiqi  (müsbət  istiqamətlərə  yönəlməsi)  böyük 
potensialı  meydana  gətirir.  Böyük  potensial  daima  hərəkət 
axınları  üçün  təkanverici  əhəmiyyət  kəsb  edir.  Potensiya 
(potensial) hərəkət axınıdır. Hərəkət axını enerjidir. Enerjini 
yaradan  gücdür  və  enerjini  daşıyan  da  güc  və  qüvvədir. 
Deməli, potensia enerjidir, enerji də qüvvədir.  
Dövlətin daxili və xarici siyasəti onun gücünə tam şəkildə 
bağlıdır.  Dövlətin  sərhədləri  daxilində  olan  komponentləri 
dövlətin  daxili  gücünü  meydana  gətirir.  Dövlətin  gücü  onun 
resurslarının  hərəkət  etməsi  və  hərəkətə  gətirilməsi  sayəsində 

 
225 
 
formalaşır.  Bu  anda  yeni  resurslar  və  yeni-yeni  hərəkət 
istiqamətləri ortaya çıxır.  Elementlər çoxluğu və siyasi-iqtisadi 
və  sosial  proseslər  bolluğu  dövlətin  gücünü  əks  etdirir. 
Dövlətin  gücü  onun  siyasətinin  obyekti  olan  resurslardan  və 
subyektlərindən,  eləcə  də  siyasəti  təşkil  etməsindən  asılıdır. 
Dövlətin  daxili  potensialı  böyük  olduqda  onun  xarici  gücü  də 
artır.  Xarici  gücün  artması  təbii  şəkildə  dövlətin  regionda  və 
regiondan  kənar  məkanlar  üzrə  geosiyasi  maraqlarını 
formalaşdırır və  maraqlarını regionlar üzrə böyüdür. Dövlətin 
gücü  onun  geosiyasi  maraqlarını  formalaşdırmaqla  bərabər, 
onu  dünya  nizamı  sisteminin  fəal  üzvünə  də  çevirir.  Məsələn, 
ABŞ-ın  dünya  iqtisadiyyatında  birinci  yeri  onu  dünya  nizamı 
sisteminin  birincisi  etmişdir.  Dünya  nizam  sistemi  də  gücdən 
yaranır  (bütöv  olaraq  dövlətin  özündən,  onun  tərkib  kompo-
nentlərindən)  və  gücdən  strukturlaşır.  Daxili  gücün  yaranması 
həm 
də 
dövlətin 
daxildə 
həyata 
keçirdiyi 
siyasətin 
səviyyəsindən  asılıdır.  Dövlətin  xarici  siyasətinin  istiqamətləri 
də  dövlətin  daxili  gücünü  formalaşdırır,  daxili  gücü  artırır. 
Xarici  gücün  özü  və  bu  baxmdan  da  xarici  fəaliyyətin  güclü 
şəkildə tənzimlənməsi və təşkil edilməsi dövlətin daxili gücünü 
artırır  və  imkanlarını  böyüdür.  Dövlətin  daxili  gücünün 
böyüməsi  onun  sərhədlərindən  kənarda  da  gücünün  böyü-
məsinə  səbəb  olur.  Daxili  resursları  onun  xarici  resurslarının 
hərəkətə  gətirilməsi  üçün  şərtləndirici  və  istiqamətverici 
əhəmiyyət  kəsb  edir.  Məsələn,  ABŞ-ın  daxili  iqtisadi 
sisteminin  gücü  və  tələbatı  onun  xarici  siyasətinə  (məsələn, 
enerji  idxalına)  güclü  təsir  edir.    Dövlətin  sərhədlərindən 
kənarda  resurslarının  hərəkətə  gətirilməsi  onun  daxili  gücünü 
artırmaqla  bərabər,  xarici  siyasətini  də  güclü  edir.  Dövlət 
şaxələnir,  onun  siyasət  qolları  yeni-yeni  məkanlar  əldə  edir. 
Dövlət  gücünün  “kölgəsi”  meydana  gəlir.  Resursların  hərəkət 
dairələri  dövlətin  mərkəzi  və  periferik  gücünü  artırmaqda 
davam  edir.  Dövlət  hakimiyyətinin,  bürokratik  aparatının  və 
digər  mərkəzlərinin  şəbəkələşmiş  əsaslarla  fəaliyyəti  dövlətin 

 
226 
 
gücünü  artırır  və  onun  regionlar  üzrə  (sərhədlərindən  kənar)  
şaxələnməsini  təmin  edir.  Dövlətin  daxili  gücü  onun  resurs-
larının  hərəkətə  gətirilməsindən  ortaya  çıxan  münasibətlərdən 
formalaşır.  Münasibətlərin  intensivliyi  və  məqsədyönlülüyü 
resursların  sürətli  hərəkətlərini  təmin  edir  və  enerji  həcmi 
burada  dövlətin  gücünün  formalaşmasının  əsaslarını  yaradır. 
Dövlətin  daxili  gücü  onun  xarici  siyasəti  üçün  müxtəlif 
istiqamətlər üzrə təkanverci funksiyanı yerinə yetirir. 
Dövlətin  daxili  potensialı  və  gücü  onun  nüvəsidir,  yəni 
müəyyən  məkanda  yerləşən  özüdür.  Dövlət  siyasətinin 
potensialı    daxili  nüvədən  və  periferiyadan  ibarətdir.  Nüvə 
periferiyanı  gücləndirir  və  periferiya  da  tərkib  hissə  olaraq 
nüvəyə  təsir  edir.  Nüvə  gücdür,  periferiya  da  tərkib  olaraq 
gücdür.  Nüvə  və  periferiya  dövlətin  tərkibidir.  Deməli, 
periferiya  (burada  xarici  siyasətin  məkanları)  dövlətin 
gücünü artırandır.  
Belə  bir  məntiqi  fikir  asılılığından  da  çıxış  etmək  olar- 
dövlət təminedicidir. Təminat insanlara aiddir. Təminat sabit 
şə
raitdə həyata keçəndir. Deməli, dövlət sabitliyi yaradandır.  
Dövlətin  əsas  gücü  (qeyri-zorakılıq  gücü)  onun  vətəndaş-
larının,  əhalisinin  maddi  vəziyyətlərinin  yüksək  olmasından 
asılıdır.  Dövlətlərin  daxilində,  cəmiyyətlərin  daxillərində 
sərbəstlik  insanların  sərbəst  hüquqlarının  meydana  gəlməsini 
zəruri edir. Sərbəst hərəkət isə sərbəst şəkildə potensialı artırır. 
Öz  vətəndaşlarının  sosial  müdafiəsini  təmin  edən  dövlətlər 
sabit və güclü olurlar. Nəzərə almaq lazımdır ki, dövlət zorakı 
aparatı  (burada  bürokratiyanın  zorakı  mahiyyəti  nəzərdə 
tutulur)    vasitəsilə  və  bu  aparatı  öz  vətəndaşına tətbiq etməklə 
güclü  ola  bilməz.  Bu  anda  təsir,  təzyiq  əks-təsir  və  təzyiqə 
bərabər  olar.  Kasıb  olan  və  etnik  cəhətdən  kövrəkliyi    və 
həssaslığı  ilə  seçilən  və  irqi  ayrı-seçkiliyin  tətbiq  olunduğu    
cəmiyyətlər  öz  kövrəkliklərinə  görə  inqilaba,  iğtişaşlara    daha 
çox  meyilli  olurlar.  Məsələn,  Cənubi  Afrika  Respublikasında 
xüsusilə    XX  əsrin  70-80-ci  illərində  hakimiyyətdə  olan  ağlar 

 
227 
 
tərəfindən  aparteid  siyasətinin  tətbiqi  və  qaradərililərin 
mübarizələri  (siyasi  dustaq  olan  Nelson  Mandelanın  həbsdən 
azad  olunması  tələbləri  ilə  xarakterizə  olunan  mübarizələr  də 
daxil  olmaqla)  dövlətin  daxildən  zəifləməsinə  və  sistemsiz-
ləşməsinə 
səbəb 
olmuşdur. 
Zəif 
dövlətlər 
(məsələn, 
Ermənistan)  nə  qədər  zorakı  aparatını  gücləndirmiş  olsa  da 
yenə  də  daxildən  hər  han  dağılma  və  sistemsizləşmə, 
anarxiyaya  çevrilmə  təhlükəsi  ilə  üzbəüzdür.  Onu  da  nəzərə 
almaq  lazımdır  ki,  dövlətin  gücü  onun  komponentlərinin 
gücündən  asılıdır.  Komponentlərin  qarşılıqlı  asılılıq  şəraitində 
mövcudluqları  və  şərtləndirici  tərkib  kimi  əhəmiyyət  kəsb 
etmələri  dövlətin  mövcudluğuna  xidmət  edir.  Dövlətin 
mövcudluğu iki mühüm şərtlə bağlı olur: resursların  azad  və 
sərbəst  əsaslarla  hərəkətə  gətirilərək  inkişafa  xidmət 
etməsi;  bu  resursların  dövlətin  müdafiəsinə  yönəldilməsi. 
Bu  komponentlərə  kütləvi  qaydada  mərkəz  (hakimiyyət)  
tərəfindən  gücün  tətbiqi  həmin  mərkəzin  dağılmasına  gətirib 
çıxarar.  Mərkəzin,  bütövün  öz  tərkibinə  dağıdıcı  təsiri  həmin 
tərkibi  mərkəzdən  qaçmağa  vadar  edər  ki,  güc  toplanmaz  və 
mərkəz  özü  yaranmaz.  Onu  da  nəzərə  almaq  lazımdır  ki, 
material  resursların 
maddi 
resurslar 
arasında 
bərabər 
paylanması  hakimiyyət-vətəndaş  münasibətlərinin  güclü  və 
sarsılmaz formasının  əsaslarını təşkil edir.  
Dövlətin  əsas  məqsədi  vətəndaşlarını  (hakimiyyətdə  olan 
və  hakimiyyətdə  təmsil  olunmayan)  təmin  etməkdən  ibarətdir. 
Bunun  üçün  idarəetmə  funksiyasını  yerinə  yetirir.  Dövlətin 
idarəetmə funksiyası resursların artmasına, vasitələr və tərəflər 
arasında 
münasibətlərin 
təkmilləşməsinə 
yönəldilir. 
Münasibətlərin  təkmil  forması  inkişafı  yaradır  və  resursları 
daima  yüksək  hərəkət  vəziyyətində  saxlayır.  Dövlət  idarəetmə 
funksiyası 
üçün 
əsas  bazanı  vətəndaşlardan  götürür. 
Vətəndaşlar  da  iki  tərəfdə-hakimiyyətdə  və  qeyri  hakimiyyət 
tərəfində cəmləşirlər.  

 
228 
 
 Gücü  formalaşdıran  elementlər  və  sahələr  vardır. 
Sahələr cəmi ümumilikdə dövlətin tərkib strukturlarıdır ki, 
bu strukturların  cəmi  də  dövlətin  ümumi varlığını, bütövü 
yaradır.  
İ
qtisadi  elementlər  və  amillər.  Təbii  ki,  həyat  maddi 
maraqlar  üzərində  də  qurulub.  İnsanlar  bioloji  ehtiyacları 
ödənmədən canlı varlıqlar kimi mövcud ola bilməzlər. İnsanları 
digər  varlıqlardan  fərqləndirən  isə  onların  ruhlarıdır  (burada 
psixikaları,  şüurları,  əqli  qabiliyyətləri,  məntiqi  hərəkətləri). 
İqtisadi  elementlərə  təbii  sərvətlərdən  tutmuş  iqtisadiyyatın 
təşkil  edilməsi  də  daxil  olmaqla  bir  çox  komponentlər 
(resurslar) aid olunur. Maddi amillər (əmək qüvvələri, məhsul-
dar  qüvvələr)  də  iqtisadiyyatın  gücünə  təsir  göstərir.  Eyni 
zamanda  iqtisadiyyatda  istifadə  olunan  texniki  vasitələr  də 
iqtisadiyyatın  təşkilinə  yardımçı  olur.  İqtisadi  proseslərin 
idarəolunmasının səviyyəsi də iqtisadiyyatı gücləndirir. İqtisadi 
idarəçiliyin  təkmil  forması  da  iqtisadiyyatı  güclü  edən  amillər 
içərisindədir. 
Siyasi və təşkilati amillər. Dövlət öz idarəçilik funksiyasını 
yerinə 
yetirir. 
Dövlətin 
təşkilati 
funksiyası 
dövlətin 
hakimiyyəti  ilə  onun  vətəndaşları  arasında  təkmil  əlaqələrin 
yaranmasına  xidmət  edir.  Dövlət  idarəçiliyinin  yüksək 
səviyyədə  təşkili  də  dövlətin  gücünə  müsbət  təsir  göstərir. 
Dövlət  siyasət  sistemi  və  mexanizmi  vasitəsi  kimi  özünü 
gücləndirdikdə onun daxili və xarici siyasət istiqamətlərinin də 
gücü  artır.  Dövlət  öz  təşkilati  funksiyasını  yüksək  səviyyədə 
yerinə yetirdikdə resursların səmərəli istifadə olunması amilləri 
də meydana gəlir.  
Elmi  potensial.  Buraya  təbii  ki,  tədris  müəssisələrindən 
tutmuş,  elmi-tədqiqat  müəssisələrinə  qədər  olan  subyektlər, 
vasitələr  və  elementlər  daxildir.  Dövlətin  elmi  gücü  təbii  ki, 
onun  bütün  sahələrdəki  fəaliyyətinin  güclənməsinə  şərait 
yaradır.  Elmi  güc  bütün  sahələrdə  olur  və  sahələrin  hərəkət 
vəziyyətində olmasını təmin edir.  

 
229 
 
Mədəni  və  intellektual    səviyyə.  Bu,  həm  də  maariflənmə 
və  özünüdərklə  bağlıdır.  Dövlət  nə  qədər  mədəni  səviyyəsi 
olan  sakinlərə  malik  olarsa,  bir  o  qədər  güc  nümayiş  etdirmiş 
olar.  Mədəniyyət  bir  norma  olaraq  (həm  də  içərisində  əxlaqi 
məsələləri  cəmləşdirərək)    insanların  ruhi  sağlamlığına  və 
yaradıcılığına xidmət edir.  
Müdafiə  və  təhlükəsizliyin  qorunması.  Dövlətin  özünü 
müdafiə  strukturlarının  gücü  təbii  ki,  dövlətin  baza  gücünə 
bağlıdır.  Dövlətin  baza  gücü  isə  onun  vətəndaşlarının  sosial-
rifah  hallarına  bağlı  olur.  Vətəndaşların  sosial  vəziyyətlərinin 
yaxşı  olması  da  iqtisadi  amillərlə  əlaqəlidir.  Dövlətin 
vətəndaşları  güclü  olduqda  onun  müdafiəsi  də  güclü  olur. 
Dövlətin  strukturları  öz  gücünü  elmdən,  maarifçilikdən, 
dərketmədən,  insan  hüquqlarına  olan  hörmətdən  və  s.  götürür. 
Elm,  təhsil  və  maarifçilik  reurslara  təsir  imkanlarını  təkmil 
formada üzərə çıxarır.  
İ
darəçilik  rejimi  amili.  Dövlət  öz  vətəndaşlarını  iqtisadi 
baxımdan  və  liberal  əsaslarla  təmin  etdikdə  güclü  olur.  Sabit 
cəmiyyət,  demokratik  idarəçilik  dövlət  gücünün  əsaslarını 
təşkil  edir.  Sabit  cəmiyyət  inkişafı  meydana  gətirir,  inkişaf  da 
öz  növbəsində  dövlətin  bütün  istiqamətlər  üzrə  güclənməsini 
təmin  edir.  İnsan  hüquqlarının  yüksək  səviyyədə  təmini  və 
sabitlik dövlətin daxildən sisteminin kövrəkləşməsinin qarşısını 
alır.  Enerji  əsasən,  üzvlərin  və  vasitələrin  sərbəst  və  sistemli 
qaydada  münasibət  və  əlaqələrindən  meydana  gəlir.    Hər  bir 
dövlət  öz  xalqının  milli  mentalitetinə  uyğun  olaraq  sistemini 
formalaşdırdıqda  güclü  olur.  Dövlətlər  dünyəvi  olduqda  daha 
çox  güc  toparlaya  bilirlər.  Dünyəvi  dövlətlər  və  rasional 
cəmiyyətlər daha çox sərbəst potensial əldə etmək imkanlarına 
malik  olurlar.  Nəzərə  almaq  lazımdır  ki,  dövlət  quruluşunu 
yaradarkən milli psixologiyanın qəbul edə biləcəyi modeli əsas 
götürmək  məqsədəuyğun  olar.  Bu  zaman  forma  və  məzmun 
birliyi  də  yaranır.  Əks  təqdirdə,  forma  başqa,  məzmun  başqa 
olduqda,  vəhdətlikdən  söhbət  gedə  bilməz.  Siyasi  sistem 

 
230 
 
kovrəkliyə məruz qalar. Məsələn, bir xalqın milli mentalitetinin 
xüsusiyyətləri  respublika  quruluşuna  uyğundursa,  deməli, 
siyasi  təsisat  forması  kimi  bu  quruluşu  qəbul  etmək  lazımdır. 
Monarxiya  quruluşununun  xüsusiyyətlərini  özündə  əks  etdirən 
xalqlarda  isə  bu,    əks  səmərə  verə  bilər.  Yəni,  respublika 
quruluşu  onlar  üçün  yararlı  deyil.  Monarxiya  quruluşunu    bir 
siyasi  sistem  forması  kimi  özündə  təbii  olaraq  daşıyan  (yəni 
siyasi  sistemin  məzmunu  bu  quruluşa  daha  yaxındır)    xalqlar 
daha  çox  bu  quruluş  formasını  əsas  nümunə  kimi  götür-
məlidirlər.  (Qeyd:  bir  məsələni  xüsusi  olaraq  vurğulamaq 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin