Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


    Dövlət  gücünün  beynəlxalq  münasibətlərdə  sülhün



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   21   22   23   24   25   26   27   28   29

 

 
306 
 
Dövlət  gücünün  beynəlxalq  münasibətlərdə  sülhün 
təmin edilməsində əhəmiyyəti 
 
Beynəlxalq  münasibətlərdə  dövlətlərin  özləri  iştirak 
etdiyindən,  beynəlxalq  siyasi  hərəkətlərə  xas  olan  və 
tənzimləmə 
obyekti 
olan 
rəqabəti, 
balanslaşdırmanı, 
tənzimləmə  proseslərini,  bu  baxımdan  inkişaf  proseslərini, 
həmçinin  münaqişə  və  böhranların  meydana  gəlməsini 
şərtləndirən  şəraitlərin  formalaşması  proseslərini  də  məhz 
onların  özləri  həyata  keçirirlər.  Beynəlxalq  münasibətlərdə 
dövlətlərin  fəaliyyətləri  zamanı  maraqlar  arasında  uyğunluq, 
oxşarlıq,  paralellik  və  ziddiyyətlər  mövcud  olur.  Beynəlxalq 
münasibətlərin  regional  və  qlobal  səviyyədə  tənzimlənməsi 
prosesləri  müqayisə  baxımından  daha  çox  böyük  gücə  və 
potensiala  sahib  olan  dövlətlər  tərəfindən  həyata  keçirilir. 
Böyük  güclər  (güc  mərkəzləri  olan  ittifaqlar)  bir  tərəfdən 
beynəlxalq  siyasətin  müstəvisində  ağırlıq  mərkəzlərini 
yaradırlarsa,  digər  tərəfdən  də  bu  ağırlıq  mərkəzləri 
(potensialı  özündə  əks  etdirən  geosiyasi  mərkəzlər)  hesabına 
həmin  məkanlarda  nəzarət  funksiyası  yerinə  yetirirlər. 
Beynəlxalq  münasibələrin  tənzimlənməsi  bu  münasibətləri 
tənzim  edən  güclər  arasında  da  təsnifatı  meydana  gətirir. 
Böyük  güclər kiçik güclər üzərində (kiçik dövlətlər üzərində) 
“nəzarətedici”  funksiya  yerinə  yetirərək  mühüm  funksional 
əhəmiyyət kəsb edirlər və böyük dövlətlərin gücləri və onların 
ümumdünyaya  nəzarətləri,  eləcə  də  beynəlxalq  vəziyyətlərə 
dair  müşahidələri  orta  və  kiçik  dövlətlər  üçün  bir  üst  nəzarət 
funksiyasını  həyata  keçirmək  kimi  məna  verir.  Dövlətlər 
arasında  olan  əlaqələr  və  dövlətlərin  müxtəlif  güclərə  malik 
olmaları  təbii  ki,  beynəlxalq  əlaqələrdə  müəyyən  iyerarxik 
qaydaları  əmələ  gətirir.  Dövlətlər  arasında  olan  qaydalar  isə 
beynəlxalq 
hüquq 
qaydalarıdır 
ki, 
bu 
qaydalar 
da 

 
307 
 
iyerarxiyanın  əmələ  gəlməsini  “kölgəli”  formada  təmin  edir. 
Böyük  dövlətlər  kiçik  dövlətləri  müəyyən  sahələr  üzrə 
qruplaşdırmağa  çalışırlar  və  öz  potensiallarından  istifadə 
edərək  kiçik  dövlətlərin  resurslarına  və  sistemlərinə  birbaşa 
və  dolayı  yollarla  nəzarət  imkanları  (nəzarət  çıxışları)  əldə 
edirlər.  Böyük  dövlətlər  böyük  güc  vasitəsilə  (beynəlxalq 
hüququ  da  bir  qayda  və  vasitə  kimi  istifadə  edərək)  kiçik 
dövlətlərin daxili və xarici siyasətlərinə nəzarət imkanları əldə 
edirlər. 
Buna 
beynəlxalq 
münasibətlərdə 
nəzarət 
strategiyası  və  taktikası  kimi  də  ad  vermək  olar.  Dövlətlər 
qruplaşma  proseslərinin  özlərini  də  “sülh  çətirləri”  altında 
(razılıq  prinsiplərinə  uyğun  olaraq)  həyata  keçirməyə  can 
atırlar. Sülh maraqların zaman və şəbəkəli trayektoriyalar üzrə 
meydana  gələn  xüsusiyyətlərinin  və  vəziyyətlərinin  tənzim 
olunmasının  həyata  keçirilməsində  istiqamət  kimi  əhəmiyyət 
kəsb  edir.  Böyük  dövlətlər  beynəlxalq  aləmdə  regional  və 
qlobal miqyasda sülhü təmin etmək üçün təşkilatları ona görə 
yaradırlar  ki,  birincisi,  digər  dövlətlərin  hərəkətlərinə  birbaşa 
və  dolayı  yollarla  nəzarət  imkanları  əldə  etsinlər,  ikincisi  isə 
həmin  dövlətlərin  coğrafi  və  siyasi  resurslarından  istifadə 
edərək,  onları  cəmləşdirərək  böyük  potensiala  sahib  olsunlar 
və  bu  potensialı  (müdafiə  və  güclənmək  məqsədilə)  regional 
və qlobal rəqabətdə istifadə etsinlər.  
Dövlətlər  başlıca  olaraq  sülh  şəraitində  özlərinin 
hüquqlarını  təmin  etməyə  çalışırlar.  Ona  görə  ki,  münaqişə, 
böhran,  müharibə  və  digər  bu  kimi  beynəlxalq  gərginliklər 
dövlətlərin  geosiyasi  maraqlarının  təmin  olunmasında 
müəyyən  maneələri  törədirlər.  Maraqların  təmin  olunması 
üçün  sabit  sistemin  fəaliyyətini  korlayırlar.  Dövlətlər  bu 
baxımdan  maneələrsiz,  sabit  şəraitdə  maraqların  tənzim 
olunmasında 
maraq 
nümayiş 
etdirirlər. 
Beynəlxalq 
münasibətlərin  yaradılmasının  başlıca  qayəsi  (məramı, 

 
308 
 
məqsədi)  də  məhz  sülh  və  sabitlik  əsasında  münasibələrin  və 
əlaqələrin  vəhdətini  təşkil  etməkdən  ibarətdir.  Dövlətlərin 
maraqlarının maneəsiz şəraitdə təmin olunmasında beynəlxalq 
tənzimləyici  qaydalara  olaraq  beynəlxalq  hüquq  normaları 
çıxış edir. Beynəlxalq hüquq normaları həm universal, həm də 
konkret  sahələri  tənzim  edən  xassəyə  malik  olur.  Beynəlxalq 
hüquq  normaları  beynəlxalq  münasibətlərin  sahələri  kimi 
kompleks  xarakterə  malik  olur.  Beynəlxalq  hüquq  normaları 
həm tənzimedici,  qruplaşdırıcı,  sahələrə ayırıcı  vasitələr kimi 
əhəmiyyət  kəsb  edir, həm  də münasibətləri  tənzim  edən  əsas 
istiqamətləri  və  qaydaları  (davranış  hədlərini,  hərəkətlər 
qaydalarını  və  istiqamətlərini)  meydana  gətirir.  Beynəlxalq 
hüquq normalarının böyük dövlətlər tərəfindən vahid qaydalar 
kimi  qəbul  edilməsi  təbii  ki,  dövlətlərin  beynəlxalq 
maraqlarına  xidmət  edir.  Dövlətlər  arasında  beynəlxalq 
hüququn lazımi anlarda qəbul olunması və beynəlxalq hüquqa 
lazımi  anlarda  əməl  edilməsi  dövlətin  geosiyasi  maraqlarının 
təmin  olunmasında  sülh  amilini  əsas  götürməsindən  irəli 
gəlir.  Dövlətlər  həm  də  ehtiyat  etdiklərindən  və  aralarında 
qarşılaşmanın  baş  verməməsi  üçün  büynəlxalq  qaydalar 
olaraq hüquq normalarını qəbul edirlər. Beynəlxalq əlaqələrdə 
və  münsibətlərdə  sülh  dövlətlər  üçün  ona  görə  lazımdır  ki, 
sabit  şəraitdə  və  dinc  yollarla  öz  geosiyasi  maraqlarını  təmin 
edə  bilsinlər,  eləcə  də  geosiyasi  maraqlarını  böyütmək 
imkanlarına  sahib  olsunlar.  Beynəlxalq  sülh  şəraitinin 
mövcudluğu  da  dövlətlərin  maraqlarını  təmin  etmək 
baxımından  kompleksliliyi  müəyyən  etməkdən  və  təmin 
etməkdən  ibarətdir.  Dövlətlər  sülhün  təmin  olunması  üçün 
həm  qruplaşmanı  yaradırlar  (birliklər,  ittifaqlar,  digər 
təşkilatlar),  həm  də  kompleks  olaraq  sülhün  təmin  olunması 
siyasətini  həyata  keçirirlər.  Dövətlər  sülhdən  və  müdafiə 
olunmaq amilindən istifadə edərək müəyyən qruplar üzərində 
öz  şəbəkəli  maraqlarının  təmin  edilməsi  siyasətini  həyata 

 
309 
 
keçirirlər.  Sülh  müdafiə  üçün  mütləq  bir  şəraitə  və  vəziyyətə 
çevrilir,  eləcə  də  sülhdən  möhkəmlənmək üçün bir amil kimi 
istifadə 
edirlər. 
Beynəlxalq 
münasibətlərdə 
sülh 
trayektoriyaları 
şəbəkələri 
meydana 
gəlir. 
Sülh 
trayektoriyaları  şəbəkələri  də  beynəlxalq  münasibətlərin 
sabitləşməsi  və  inkişafı  üçün  şərait  yaradır.  Məsələn,  Qərbi 
Avropada  XX  əsrin  ikinci  yarısından  etibarən  bərqərar  olan 
sülh  şəraiti  vahid  Avropa  regionunun  formalaşması  (burada 
ittifaqın  və  birliyin  meydana  gəlməsi)  və  inkişafı  üçün 
trayektorik zəmin yaratmış oldu. 
Beynəlxalq  münasibətlərdə  sahəsində  güc  (burada  vahid 
güc)  qurumu  ona  görə  sülhün  təmin  olunmasında  yaxından 
iştirak  edir  ki,  bu  qurumlar  iştirakçı  dövlətlərin  müəyyən 
zamanlarda maraqlarının “şişməsi”nin qarşısını alır. Məsələn, 
1991-ci ildə birinici ABŞ-İraq müharibəsində əvvəlcə Küveyti 
işğal  etmiş  İraq  qoşunları  bu  dövlətin  ərazisindən  çıxarıldı. 
Böyük  dövlətlər  böyük  resurslardan  istifadə  edərək,  kiçik 
resursları həm qidalandırır, həm də bu resursların həddən artıq 
kənara  yayılmalarının  qarşısı  alınır.  Böyük  güclər  resursların 
nisbi  tarazlıq  əsasında  paylanması  üçün  tarazlı  şəraitin 
yaradılmasının əsaslarını təşkil edir.  
Dövlət  gücünün  beynəlxalq  aləmdə  sülhün  təmin 
edilməsindəki 
əhəmiyyətini 
aşağıdakı 
şəkildə 
ümumiləşdirmək olar: 
-dövlətlərin  gücləri  regionlardakı  münaqişələrin  həlli 
üçün təsiredici əhəmiyyət kəsb edir; 
-dövlətlərin  gücü  münaqişə  tərəflərinə  təzyiq  üçün 
mühüm əhəmiyyət kəsb edir; 
-dövlətlərin  gücünün  böyüklüyü  münaqişələrin  təkrar 
baş verməsinin qarşısını alır; 
-dövlətlərin  gücləri  münaqişələr  üzərində  təzyiqləri 
meydana  gətirir  ki,  bu  da  nəticədə  münaqişələrin  həll 

 
310 
 
olunmasında 
tərəflər 
arasında 
razılıqların 
ortaya 
çıxmasını təmin edir;  
-dövlətlərin  böyük  gücləri  beynəlxalq  münasibətlərdə 
ümumi 
nəzarət 
prinsiplərini 
yaratdığına 
görə, 
münaqişələr üzərində də nəzarəti ortaya çıəxarır və s.  
 
 

 
311 
 
NƏTİCƏ: 
 
Müasir dövrdə və postmodernizmdə beynəlxalq münasibət-
lərin  başlıca  məqsədi  rəngarəngliyi  qorumaq  və  birgə  (vahid 
qaydada)  inkişaf  etməkdən  ibarətdir.  Eyni  zamanda  vahid 
inkişaf  xəttində  birliyi,  birgə  iştirakı  təmin  etmək  də  başlıca 
məqsəddir.  Bu  məqsədlərə  çatmaq  üçün  vəzifələr  müəyyən 
olunur. Vəzifələr sülhü yaratmaq və inkişafı təmin etmək üçün 
müəyyən  yolları  və  istiqamətləri  təşkil  etməkdən  ibarətdir. 
Vəzifələr xarici siyasət istiqamətlərini meydana gətirir.   
Beynəlxalq  münasibətlər  sahəsində  dövlətin  hüquqlarını 
icra  etməsi  və  hüquqlarının  qorunması  elə  insan  hüquqlarının 
təmin olunması və qorunması deməkdir.  
Beynəlxalq münasibətlərin özü xarici siyasət aktlarının əks 
olunduğu  sahələr  olaraq  bir  bütöv  və  üst  anlayışı  meydana 
gətirir. Bu anlayış həm də xarici siyasətin istiqamətləndirilməsi 
üçün  xüsusi  əhəmiyyət  kəsb  edir.  Beynəlxalq  münasibətlər 
dövlətlər  arasında  sabit  şəraitdə  inkişafın  şərtlərini  meydana 
gətirən  əsas  sahə  və  istiqamətlərdən  ibarət  olan  kompleksi 
yaradır.  Beynəlxalq  münasibətlər  dövlətlərə  öz  xarici 
siyasətlərini  qaydalara  və  ölçülərə  tabe  etdirərək  hərəkət 
etməyə  vadar  edir.  Beynəlxalq  münasibətlər  dövlətlər  üçün 
“beynəlxalq  sferada  hərənin  öz  payı  və  yeri”  prinsiplərinin 
formalaşmasını  zəruri  edir.  Beynəlxalq  münasibətlərin  tənzim 
olunmasını  dövlətlər  özləri  müəyyən  edirlər və bu tənzimləmə 
də  dövlətlərin  maraqlarına  xidmət  edir.  Tənzimləmə  böyük  və 
kiçik  güclər  arasında  “qoruyucu” vasitələri meydana  gətirir  və 
qoruyucu  vasitələr  olaraq  dövlətlərin  münasibətləri  arasında 
müəyyən  sədləri  yaradır.  Beynəlxalq  münasibətlər  sferası 
“dövlətlərin  beynəlxalq  çəkiləri”  anlayışını  ortaya  çıxarır  və 
dövlətləri  öz  sərhədləri  (burada  güclərinə  uyğun  olan  hərəkət) 
daxilində 
hərəkət 
etməyə 
vadar 
edir. 
Beynəlxalq 
münasibətlərdə  dövlətlərin  güclərinə  görə  təsnif  olunmalarının 
əhəmiyyəti ondan ibarət olur ki, burada böyük dövlətlərin orta 

 
312 
 
və  kiçik  dövlətlər  üzərində  real  imkanlar  çərçivəsində 
nəzarətini  yaradır.  Bu  nəzarət  (həm  də  qarşılıqlı  nəzarət) 
dövlətləri  öz  hərəkətlərini  ölçüb-biçməyə  məcbur  edir. 
Beynəlxalq  münasibətlərdə  dövlətlərin  güclərinə  görə  təsnifatı 
təbii ki, real münasibətlər və əlaqələr qaydalarını ortaya çıxarır. 
Dövlətlər arasında baş verən rəqabət bir növ dövlətlər arasında 
həm  də  çəkişmə  prinsipini  zəruri  edir  və  dövlətlər  inkişafa 
məruz 
qalırlar. 
Beynəlxalq 
münasibətlərdə 
dövlətlərin 
güclərinə görə təsnifatı amili təbii olaraq meydana gəlir və real 
gerçəkliyi  əks  etdirir.  Böyük  dövlətlərin  qlobal  miqyaslı 
fəaliyyətləri  təbii  ki,  qlobal  tənzimləməni  yaradır  və  böyük 
problemlərin  həllinə  onların  diqqətini  yönəldir.  Təbii  ki, 
dövlətlərin  güclərinə  görə  təsnifatı  və  güclərinə  görə  iştirakı 
nəzəri  əhəmiyyət  kəsb  edən  mövcud  beynəlxalq  hüquqla 
ziddiyyət kəsb edir. Beynəlxalq hüquq bütün dövlətlər arasında 
münasibətlərin  yaradılmasının  və  tənzim  olunmasının  vahid 
məzmununu ortaya çıxarır. 
Beynəlxalq  qlobal  güclər  beynəlxalq  aləmdə  sülh 
vəziyyətinin  davamlılığını  təmin  edir  və  tərəflər  arasında 
sərhədli  vəziyyətlərin  ortaya  çıxması  üçün  şərait  yaradır. 
Sülhün  özü  həm  təmin  olunmadan,  həm  də  qorxu  (ehtiyat) 
amilindən təmin olunan bir vəziyyətə çevrilir. Sülh razılığın və 
qarşılıqlı qənaətin əsaslarını yaradır.  
 
 
 

 
313 
 
İstifadə olunmuş mənbə və ədəbiyyat: 
 
Azərbaycan Respublikasının Konstitusiyası, Bakı, 
“Biznes xəbərləri” qəzeti-2012, 64 səh.;  
 
AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ 
İŞLƏR NAZİRLİYİ HAQQINDA  
Ə S A S N A M Ə. Azərbaycan Respublikası Prezidentinin 
29 yanvar 2004-cü il tarixli Fərmanı ilə təsdiq olunmuşdur.  
 
“Azərbaycan 2020: Gələcəyə Baxış” inkişaf 
konsepsiyası. Azərbaycan Respublikası Prezidentinin 2012-
ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir; 
 
Diplomatik əlaqələr haqqında 1961-ci il 18 aprel tarixli 
Vyana Konvensiyası 
 
Diplomatik xidmət haqqında Azərbaycan 
Respublikasının Qanunu 
http://www.rusum.az/laws/law_953106246_7974.pdf; 
 
Azərbaycan Respublikasının Konsulluğu haqqında 
Əsasnamə 
http://www.mfa.gov.az/index.php?option=com_content&tas
k=view&id=28&Itemid=40; 
 
Lətif  Hüseynov. Beynəlxalq hüququn anlayışı və təbiəti. 
http://www.diplomatiya.az/index.php?option=com_content
&view=article&id=155:beynlxalq-hueququn-anlay-v-
tbiti&catid=49:nezeriyye&itemid=95; 
 
“Məişət zorakılığının qarşısının alınması haqqında 
Azərbaycan Respublikasının qanunu” I Fəsil. Maddə 4.; 
  

 
314 
 
“Qadınlara qarşı zorakılığın və məişət zorakılığının 
qarşısının alınması və onlarla mübarizə haqqında Avropa 
Şurasının Konvensiyası” I Fəsil, Maddə 3-Anlayışlar 
bölməsi. “Zorakılıqdan azad qadınlar” Parlament şəbəkəsi. 
Parlament üzvləri üçün stolüstü kitab. “Qadınlara qarşı 
zorakılığın və məişət zorakılığının qarşısının alınması və 
onlarla mübarizə haqqında Avropa Şurasının 
Konvensiyası” (İstanbul Konvensiyası);  
 
ANS TV “Xəbərlər” informasiya proqramı, 21 mart 
2013-cü il. 21°°;  
 
Məşhur Milyarder sərvətini kasıblara verdi. “Kaspi” 
qəzeti, №034(2888);  
 
“Sabahısı gün Rusiya rəsmən İsveçə müharibə elan 
etdi”.-Tarix 15.11.2012. 
http://qafqazinfo.az/site%E2%80%9CSABAHISI_G%C3
%9CN_RUSİYA_R%C6%8FSM%C6%8FN_%C4%B0S
VE%C3%87%C6%8F_M%C3%87%C6%8F%_M%C3
%9CHARIB%C6%8F-
ELAN_ETDI%E2%80%9D__TARİX_-29567-xeber.html; 
 
İ. Çeller. Avropa İttifaqı Parlamentində Almaniyanı 
təmsil edən deputat. «МИР» telekanalı MTRK, 31 may 
2013,  21ºº-22ºº;  
 
Nəsibov E.M. Siyasət (nəzəriyyələr, mövqelər, baxışlar, 
təhlillər, ideyalar, təkliflər, proqnozlar) elmi və elmi-
publisistik məqalələr toplusu. II CİLD, Bakı, “Elm və 
təhsil”, 2010, 600 s.; 
 
Nəsibov E.M. “Siyasətin tərkib hissələrinin hərəkət 
xüsusiyyətləri”, Bakı-“Elm və Təhsil”-2010. 116 s.; 

 
315 
 
E.M. Nəsibov. Gələcək dünya düzəni və geosiyasi 
mənzərə. Siyasi proqnozların əsasları. Ümumi hissə. I 
kitab. “Elm və təhsil ” nəşriyyatı, Bakı-2013, 544 səh.; 
 
Rusiya özünün rəqibi kimi yenə də Qərbi və ABŞ-ı 
görür. Rusiyanın yeni xarici siyasət konsepsiyası əsas 
müddəalar. 
http://newtimes.az/az/politics/1465/#.UUBx2xen3v0. 12 
mart 2013- Newtimes.az;   
 
Александр Дугин. Д80 Основы геополитики. 
Геополитические будущее России. Мыслить 
Пространством-Изд.4-е, Москва, «АРКТОГЕЯ-центр», 
2000-928 стр., səh. 65; 
 
П.А.Цыганков. Политическая социология 
международных отношений. Международные 
отношения как особый род общественных отношений. 
Понятие и критерии международных отношений. 
http://www.society.polbu.ru/tsygankov_sociology/ch07_i.html;  
 
Вне́шняя поли́тика (внешние сношения 
государства
) — 
http://ru.wikipedia.org/wiki/%D0%92%D0%BD%D0%B5
%D1%88%D0%BD%D1%8F%D1%8F_%D0%BF%D0
%BE%D0%BB%D0%B8%D1%82%D0%B8%D0%BA%
D0%B0; 
 
Венская Конвенция о праве международных 
договоров 23 мая 1969 года. Действующее 
международное право. В трех томах. Том первый. 
Составители проф. Ю.М.Колосов и проф. 
Э.С.Кривчикова. М.: Издательство Московского 
независимого института международного права, 1996.-
864 с. ss.343-372; 

 
316 
 
Венская Конвенция о консульских сношениях и 
факультативные протоколы 24 апреля 1963 года. 
Действующее международное право. В трех томах. Том 
первый. Составители проф. Ю.М.Колосов и проф. 
Э.С.Кривчикова. М.: Издательство Московского 
независимого института международного права, 1996.-
864 с. ss.528-562;  
 
Венская Конвенция о праве договоров между 
государствами и международными организациями или 
между международными организациями 21 марта 1986 
года. Действующее международное право. В трех томах. 
Том первый. Составители проф. Ю.М.Колосов и проф.  
Э.С.Кривчикова. М.: Издательство Московского 
независимого института международного права, 1996.-
864 с. ss.372-409;  
 
Конвенция о специальных миссиях и 
факультативный протокол. 8 декабря 1969 года. 
Действующее международное право. В трех томах. Том 
первый. Составители проф. Ю.М.Колосов и проф. 
Э.С.Кривчикова. М.: Издательство Московского 
независимого института международного права, 1996.-
864 с. ss.562-582; 
 
Венская Конвенция о представительстве государств 
в их отношениях с международными организациями 
универсального характера 14 марта 1975 года. 
Действующее международное право. В трех томах. Том 
первый. Составители проф. Ю.М.Колосов и проф. 
Э.С.Кривчикова. М.: Издательство Московского 
независимого института международного права, 1996.-
864 с. ss.582-615;  
 

 
317 
 
Жизнь после нефти. «Российская Газета»; 
22.02.2013; №309 (6015); www.rg.ru.; 
 
ПОВЕРЕННЫЙ В ДЕЛАХ 
http://www.navoprosotveta.net/17/17_2981.htm 
 
ВРЕМЕННЫЙ ПОВЕРЕННЫЙ В ДЕЛАХ. 
http://dic.academic.ru/dic.nsf/lower/13822; 
 
Поверенный в делах. Начальный вариант статьи, 
взят из Большого энциклопедического словаря 
Брокгауза Ф.А., Ефрона И.А. 
http://www.cultinfo.ru/fulltext/1/001/007/121/; 
  
Уткин. А.И. Единственная сверхдержава. М. 
Алгоритм, 2003, -576 с., səh. 50; 
 
Prof. Dr. Fahir Armaoğlu. 20.YÜZYIL SİYASİ 
TARİHİ 1914-1980 Cilt: I Türkiye İş Bankası Kültür 
Yayınları. 1994; 
 
Справочник НАТО. Юбилейное издание к 
пятидесятой годовщине НАТО. Отдел информации и 
прессы. Брюссель 1988. NАТО-1110 Brussels, Belgium 
1998-1999 Second Reprint
 
ДОГОВОР об окончательном урегулировании в 
отношений Германии. 12 сентября 1990 г.
 
Действующее 
международное право. В трех томах. Том Первый. 
Составители проф. Ю.М. Колосов и проф. Э.С. 
Кривчикова. Москва. Издательство Московского 
независимого института международного права. 1996. 
səh.. 153-158; 
 

 
318 
 
Парижская Хартия для новой Европы. 21 ноября. 
1990 г. Париж. Действующее международное право. В 
трех томах. Том Первый. Составители проф. Ю.М. 
Колосов и проф. Э.С. Кривчикова. Москва. 
Издательство Московского независимого института 
международного права. 1996. səh.. 42-54; 
 
Экономика Китая: его сильнейшее оружие или 
слабое место? Дэвид Сноудон, «Бизнес монитор 
интернешнл», рассуждает о том, как рост 
экономической активности Китая неразрывно связан с 
перспективами безопасности этой страны. 
http://www.nato/int/docu/review/2009/Asia/rise china 
geopolitical/RU/index.htm;  
 
Роман Маркелов. Еврокомиссия предсказала рост 
экономики РФ на 3,3 процента в 2013 году. 
http://www.rg.ru/2013/05/03prognoz-site-anons.html 
 
 
 
 
 
 
 
 
 
 

 
319 
 
 
 
 
 
 
 
 
 
ELŞƏN MISIR OĞLU NƏSIBOV 
 
 
BEYNƏLXALQ MÜNASİBƏTLƏR VƏ DÖVLƏTLƏRİN 
GÜCLƏRİNƏ GÖRƏ TƏSNİF OLUNMALARININ ƏSASLARI 
(qlobal və regional miqyasda sülhün təmin edilməsində 
dövlət gücünün rolu-təsiredici amil kimi) 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

 
320 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Kağız formatı 60x84 
1
/
16
. Ş.ç.v. 20. Tiraj 300. Sifariş 68. 
 
«Елм вя Тящсил» няшриййат-полиграфийа мцяссисяси
 
 
 

Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin