Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


martına qədər İraqda 37 min nəfər koalisiya qüvvələri itki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   21   22   23   24   25   26   27   28   29

martına qədər İraqda 37 min nəfər koalisiya qüvvələri itki 
verib.  ABŞ  bu  müddət  ərzində  altı  milyard  dollar  məblə-
ğində pul xərcləyib. 2003-cü ilin martından döyüşlərdə ABŞ 
dörd min əsgər, İraq isə yüz əlli min əsgər itirib).
1
  
Həmçinin,  2001-ci  ildə  Nyu-Yorkdakı  terror  hadisələ-
rindən  sonra  Əfqanıstanda  terrorçulara  qarşı  müharibədə 
dövlətlərin  siyasi  qrupundan  istifadə  etmişdir.  Koalisiya 
yaratmış  və  bu  koalisiyaya  dünyanın  bir  çox  dövlətlərinin 
                                                 
1
 ANS TV “Xəbərlər” informasiya proqramı, 21 mart 2013-cü il. 21°°  

 
274 
 
hərbisini  cəlb  etmişdir.  Tarixən  də  həm  SSRİ,  həm  də  ABŞ 
özlərinin  və  rəhbərlik  etdikləri  siyasi  blokların  dəstəyinə 
arxalanaraq  ərazi  əldə  etmək  siyasəti  yeritmişlər.  SSRİ 
qoşunları  XX  əsrin  70-ci  illərinin  sonu  80-ci  illərinin 
axırlarında  Əfqanıstanda,  ABŞ  qoşunları  isə  Vyetnamda 
müharibə aparmışlar.  Güc mərkəzlərinin ərazilər əldə etməkdə 
əsas  məqsədləri  bir-birilərinə  qarşı  siyasi  rəqabət  mübarizə-
sində bu ərazilərin strateji mövqeyindən istifadə etməklə digər 
regionlara  siyasi  təsir  imkanları  qazanmaqdır.  Məsələn,  ABŞ 
İraqı  ələ  keçirmiş  və  İranın  Fars  körfəzindəki  strateji 
maraqlarına  birbaşa  təsiretmə  imkanı  qazanmışdır.  ABŞ 
Vyetnamı  ələ  keçirməklə  həm  də  Çinin  Cənubi  və  Cənubi 
Şərqi  Asiya  regionundakı  təsirlərinin  qarşısını  almaq  məqsədi 
güdürdü.  ABŞ  dünyada  strateji  ərazilər  əldə  etmək  üçün 
dövlətlərin hərbi- siyasi qruplaşmasını yaratmaq siyasəti həyata 
keçirir.  
6.  Tarixi  münasibətlər  amili-  güc  mərkəzlərinin  siyasi 
rəqabəti zamanı  dövlətlərin  siyasi  qruplaşmasını əmələ  gətirən 
amillərdən  biri  də  tarixi  münasibətlər  amilidir.  Məsələn,  ABŞ 
və  SSRİ  arasında  tarixən  mövcud  olmuş  soyuq  münasibətlər 
hal-hazırda  Rusiya  ilə  ABŞ  arasında  müəyyən  məsələlərdə 
davam  etməkdədir.  (Qeyd:  ABŞ-ın  Corc  Buş  (kiçik) 
hakimiyyəti dövründə dövlət katibi postu tutmuş Kondaliza 
Rays  efir  vasitəsilə  belə  bir  fikir  bildirirdi  ki,  2001-ci  ilin 
sentyabr  ayında  ABŞ-a  terror  hücumu  zamanı  Moskvaya 
zəng  olunmuş  və  bu  dövlətdən  şübhələnmək  əsas 
götürülərək  Moskvaya  belə  bir  sual  ünvanlanmışdır  ki, 
doğrudanmı  iki  dövlət  arasında  “soyuq  müharibə”  başa 
çatıbdır.  Moskva  isə  həmin  anda  bütün  təlimləri 
dayandırmış  olduğunu  cavab  vermiş  və  bu  işdə  Rusiyanın 
əli olmadığını və tərəf kimi iştirak etmədiyini bildirmişdir) 
Çin  ilə  Rusiya  arasındakı  II  Dünya  müharibəsindən  sonra 
mövcud  olmuş  dostluq  münasibətləri  bu  gün  də  davam 
etməkdədir.  İki  dövlət  arasında  ərazi  problemləri  demək  olar 

 
275 
 
ki,  öz  həllini  tapıb.  II  Dünya  müharibəsindən  sonra  ABŞ  və 
onun  müttəfiqləri  olan  Böyük  Britaniya,  Fransa,  Almaniya  və 
digər  Avropa  dövlətləri,  Kanada,  Avstraliya,  Türkiyə,  Misir, 
Pakistan  arasındakı  münasibətlər  olduğu  kimi  davam 
etməkdədir.  Bu  baxımdan  dövlətlər  siyasi  cəhətdən  qruplarda 
cəmləşmişlər.  Sovet  hökumətinin  dağılmasından  sonra  da  bu 
tarixə  qədər  mövcud  olmuş  İran,  Çin,  Hindistanla  hal-hazırda 
da  Rusiyanın  münasibətləri  normal  səviyyədə  inkişaf  etmək-
dədir.  Hətta  Çinlə  Rusiya  arasında  Şanxay  Əməkdaşlıq 
Təşkilatı  çərçivəsində  birgə  hərbi  təlimlər  də  keçirilir.  Rusiya 
Çin  və  Hindistanla  sualtı  atom  gəmiləri  istehsalında,  aviasiya 
sahəsində  və  digər  strateji  sahələrdə  əməkdaşlıq  və  tərəfdaş

 
276 
 
yanaşı,  Əfqanıstanda, İraqda, Yaponiyada və Cənubi Koreyada 
yerləşmişdir. 
Rusiyanın 
hərbi 
bazaları 
Ermənistanda, 
Qazaxıstanda,  Belorusda  və  s.  mövcuddur.  “Güc  mərkəz”ləri 
hesab  olunan  dövlətlər  başqa  dövlətlərin  ərazilərində  öz  hərbi 
hissələrini  saxlamaqla  həmin  dövlətlərə  siyasi  təsir  göstərirlər 
və dövlətləri öz siyasi qruplarına cəlb edirlər.  
2.  Hərbi-siyasi  dəstək  və  əməkdaşlıq-  “güc  mərkəz”ləri 
hesab  olunan  dövlətlər  digər  dövlətləri  öz  siyasi  qruplaş-
malarına  cəlb  etmək  məqsədilə  həmin  dövlətlərə  hərbi-siyasi 
dəstək verir və bu istiqamətdə əməkdaşlıq edirlər. Bu məqsədlə 
“güc  mərkəzləri”  həmin  dövlətlərə  hərbi-texniki  kömək 
göstərir, dövlətlərin ordusunu gücləndirmək məqsədilə təlimlər 
təşkil  edir  və    tədris  köməyi  göstərirlər.  Məsələn,  Rusiya 
Ermənistanı  öz  siyasi  qruplaşmasında  saxlamaq  məqsədilə  bu 
dövlətə  1990-cı  illərdə  dəyəri  bir  milyard  ABŞ  dolları  olan 
hərbi  texnika  yardımı  etmişdir.  Rusiya  Ermənistanla  hərbi 
sahədə  geniş  əməkdaşlıq  edir.  2000-ci  illərin  ortalarında 
Gürcüstandan  çıxarılan  Rusiya  Hərbi  bazalarının  böyük  bir 
qismi  də  Ermənistanda  yerləşdirlimişdir.  Bununla  yanaşı,  
MDB-nin  Kollektiv  Təhlükəsizlik  Müqaviləsi  Təşkilatı 
çərçivəsində 
Rusiya 
Belarus, 
Qazaxıstan, 
Tacikistan, 
Qırğızıstan,  (Özbəkistanla-bu  dövlət  təşkilatda  təmsil  olunub 
və  sonra  təşkilatı  tərk  edib)  bu  dövlətləri  öz  siyasi  qrupunda 
saxlamaq  məqsədilə  hərbi  əməkdaşlıq  edir.  Rusiya  ilə  İran 
arasında  hərbi-texniki  əməkdaşlıq  həyata  keçirilir.  Bununla 
yanaşı,  NATO  sülh  naminə  tərəfdaşlıq  proqramı  çərçivəsində 
Şərqi Avropa dövlətlərinin ordularına təlimlər keçirlər. ABŞ və 
Türkiyə Gürcüstana hərbi maliyyə yardımı göstərirlər və teniki 
kömək göstərirlər və s.  
 3.İqtisadi-maliyyə 
köməyinin 
göstərilməsi-dövlətlərin 
siyasi qruplaşmalarını əldə saxlamağın yollarından biri də “güc 
mərkəzləri”  tərəfindən  həmin  dövlətlərə  iqtisadi  yardımın  və 
güzəştlərin  edilməsi  və  maliyyə  köməyinin  göstərilməsidir. 
Məhz,  həmin  vasitələrlə,  böyük  və  iqtisadi  cəhətdən  inkişaf 

 
277 
 
etmiş  dövlətlər  zəif  iqtisadiyyata  malik  olan  dövlətləri  öz 
tərəflərinə  çəkirlər.  Tarixən  SSRİ  və  ABŞ bu  üsullardan  geniş 
istifadə  etmişdilər.  Məsələn,  II  Dünya  Müharibəsindən  sonra 
ABŞ Qərbi Avropa ölkələrinin iqtisadiyyatını inkişaf etdirmək 
məqsədilə və eyni zamanda SSRİ-nin bu dövlətlərə nüfuzunun 
qarşısını  kəsmək  naminə,  regionu  öz  tərəfinə  çəkmək 
istiqamətində  bu  ölkələrə  maliyyə  köməyi  göstərirdi.  Bununla 
yanaşı,    ABŞ  Misir  və  İsrail  dövlətinə  hər  il  böyük  məbləğdə 
maliyyə yardımı göstərir. SSRİ də öz növbəsində Şərqi Avropa 
dövlətlərinə  malyyə  köməyi  edirdi.  Hətta  bir  çox  Asiya  və 
Afrika dövlətlərində sosialist sisteminin qurulması üçün həmin 
dövlətlərə  də  iqtisadi  kömək  göstərir  və  güzəştlər  edirdi.  Hal-
hazırda da həmin siyasət davam etməkdədir. ABŞ keçmiş SSRi 
dövlətlərinə  də  hər  il  maliyyə  yardımı  göstərir.  Bu  siyasəti 
həmçinin,  iqtisadi  cəhətdən  inkişaf  etmiş  və  etməkdə  olan 
regional  “güc  mərkəz”ləri  də  həyata  keçirirlər.  Məsələn, 
Yaponiya  bir  çox  dövlətlərə  maliyyə  yardımı  göstərir.  İran 
Ermənistana  müəyyən  iqtisadi  güzəştlər  edir.  Türkiyə 
Azərbaycana  müstəqilliyin  ilk  illərində  maliyyə  yardımı 
göstərirdi  və  iqtisadi  güzəştlər  edirdi.  Hal-hazırda  Avropa 
İttifaqı  bir  siyasi  qurum  olaraq  dünyanın  bir  çox  regionlarına 
maliyyə yardımı edir.  
 
Dövlətlərin siyasi qruplaşmalarında “güc mərkəzləri”nin 
iqtisadi-siyasi maraqları 
 
“Güc  mərkəzləri”  hesab  olunan  dövlətlər  digər  dövlətlərlə 
siyasi  qruplaşmalar  yaradarkən  öz  iqtisadi  maraqlarını  təmin 
etməti  qarşılarına  məqsəd  qoyurlar.  Digər  dövlətlərin  təbii 
sərvətlərindən  istifadə  etməklə  öz  iqtisadiyyatlarını  inkişaf 
etdirmək  siyasəti  yeridirlər.  Məsələn,  Qazaxıstan  neftinin  90 
faizindən  çoxu,  həmçinin  Türkmənistan  qazı  Rusiya  vasitəsilə 
dünya  bazarına  çıxarılır.  Rusiya  enerji  tranzitindən  külli 
miqdarda  gəlir  əldə  edir.  Rusiya  qaz  istehsalına  görə  dünyada 

 
278 
 
birinci yeri tutur. (Qeyd: Rusiyada 1992-ci ildə 399 milyon ton 
neft, 1998-ci ildə 304 milyon ton neft, 2000-ci ildə 323 milyon 
ton  neft,  2004-cü  ildə  459  milyon  ton  neft,  2010-cu  ildə  505 
milyon  ton  neft,  2012-ci  ildə  isə  518  milyon  ton  neft  hasil 
olunub).
1
 
Azərbaycan neftinin bir qismi də Rusiya ərazisindən Bakı-
Novorossiysk  xətti  ilə  ixrac  olunur.  Türkiyə  regionun  “güc 
mərkəzi” olaraq Azərbaycan və Gürcüstandan iqtisadi və siyasi 
cəhətdən  faydalanmağa  çalışır.  Azərbaycan  nefti  və  qazı 
Türkiyə  ərazisindən  beynəlxalq  bazarlara  çıxarılır.  Türkiyə 
kifayət  qədər  enerji  tranzitindən  gəlir  əldə  edir.  Həm  də  öz 
daxili  tələbatının  bir  qismini  ödəyir.  Azərbaycanın  neftdən 
kənar  iqtisadi  sahələrində  də  Türkiyə  şirkətləri  böyük  işlər 
görərək  gəlir  əldə  edirlər.  Türkiyə  Azərbaycana  həm  də 
Mərkəzi Asiya regionuna çıxış məkanı kimi baxır. Azərbaycan 
Türkiyənin  türk  dünyası  siyasətində  birləşdirici  zona  rolunu 
oynayır.  Azərbaycanın  Türkiyə  üçün  siyasi  əhəmiyyətindən 
biri  də  bu  dövlətin  Rusiya  ilə  sərhəddə  yerləşməsidir. 
Azərbaycan  Rusiyanın  Türkiyəyə  təsirlərini  azaldır.  ABŞ  da 
Azərbaycanın enerji siyasətində  geniş iştirak edir. Bu nöqteyi-
nəzərdən,    Azərbaycanı  öz  siyasi  qrupuna  çəkmək  siyasəti 
yeridir.  Azərbaycanla  ABŞ  arasındakı  strateji  əməkdaşlıq 
Rusiyanın Cənubi Qafqaza birtərəfli təzyiqlərinin qarşısını alır. 
Rusiya  Ermənistanın  demək  olar  ki,  əksər  müəssisələrini 
özəlləşdirmişdir.  Hal-hazırda  İraq  neftinə  nəzarət  tamamilə 
ABŞ-ın əlinə keçmişdir.  
 
 
                                                 
1
 Жизнь после нефти «Российская Газета»; 22.02.2013; №309 (6015); 
www.rg.ru. 

 
279 
 
Dövlətlərin  qruplaşmalarında  maraqların  toqquşması 
və ittifaqlar 
 
Geostrategiya  və  geoiqtisadiyyat  geosiyasətin  tərkibidir, 
geosiyasəti  formalaşdıran  siyasət  istiqamətləridir.  Geosiyasət 
subyektlərin 
hərəkətləri 
sayəsində 
meydana 
gəlir. 
Hərəkətlərdən  beynəlxalq  hüquq  formalaşır  və  istifadə 
vasitəsinə  çevrilir.  Beynəlxalq  hüquq  hərəkətlərə  istiqamət 
vermək üçündür.  
Qloballaşma  ilə  səciyyələnən  müasir  dövrdə  (əsasən  XX 
əsrin  ikinci  yarısında)  və  postmodernizmdə  dünya  siyasətinin 
və  beynəlxalq  münasibətlərin  gedişatı  və  bu  siyasət 
istiqamətlərinin  ortaya  çıxardığı  vəziyyətlər  onu sübut edib və 
etməkdə  davam  edir  ki,  geosiyasət  beynəlxalq  hüquqdan 
üstündür.  Maraq  və  məqsədlər  hərəkətlərə  haqq  qazandırıb. 
Beynəlxalq 
hüququn 
geosiyasətə 
(böyük 
dövlətlərin 
yaratdıqları geosiyasi məkana) xidmət edən tərəfləri (məsələn, 
hərbi ittifaqların yaranmasını şərtləndirən müqavilələr, fayda 
gətirən  iqtisadi  müqavilələr  və  digər  strateji  müqavilələr) 
geosiyasətlə  eyni  əhəmiyyətə  malik  olan  aspektlər  kimi  başa 
düşülməlidir.  Beynəlxalq  hüquq  böyük  dövlətlərə  xidmət 
edərkən,  hərəkətləri  istiqamətləndirmək  və  hərəkətlərə  ədalətli 
məzmun  vermək  üçün  başlıca  olaraq  vasitəyə  və  bir  alətə 
çevrilir.  Hüquq  normaları  məcmuəsi  maraqların  formalaş-
masını  təmin  edən  instrumentlər  məcmuəsinin  özü  kimi 
müvafiq  mənaya  malik  olur.  Etiraf  etmək  lazımdır  ki,  həm  də 
dünya  siyasətinin  real  təcrübələrindən  və  praktik  müşahi-
dələrdən  irəli  gələrək,  belə  hesab  etmək  yerinə  düşər  ki, 
beynəlxalq  hüquq  ümumi  ədalət  qaydalarından,  tarazlığın 
təmin  edilməsi  prinsiplərindən  ibarət  olsa  da,  qaydaların 
reallaşmasının arxasında güc (güc burada həm obyekt, həm də 
subyekt kimi mühüm təsiredici və enerjiverici əhəmiyyət kəsb 
edir)  dayanır  və  beynəlxalq  hüquq  lazımi  anlarda  daha  çox 
güclü  tərəfə  xidmət  edir.  Universal  hüquq  və  onun  ədalətli 

 
280 
 
məzmunu  güclü  tərəfə  faydaverici  əsaslarla  xeyir  gətirdikdə, 
həm  beynəlxalq  hüquq  istifadə  olunur,  yəni  bütün  hərəkətlər 
beynəlxalq  hüquqa  əsaslanır,  həm  də  hüququn  daha  çox  gücə 
(güclü  tərəfə)  xidmət  məzmunu  üzə  çıxır.  “Güc  olmayan 
yerdə  hüquq  da  yoxdur”  prinsipi  önəm  kəsb  edir.  Güclü 
tərəflər  beynəlxalq  hüquqdan  istifadə  edərək  bir  tərəfdən 
planetar  məkanlarda  öz  geosiyasi  maraqlarını  təmin  etməyə 
çalışırlar,  digər  tərəfdən  də  qlobal  müharibələrin  qarşısını 
almaq  (qlobal  müharibələrin  qarşısnı  almaq  istəkləri  və  bu 
istiqamətdə  dünyaya  nəzarət  tərəflərin  özlərini  və  maraq 
sferalarındakı obyektlərini itirmək qorxusundan irəli gəlir) və 
öz  aralarında  və  maraqlı  olduqları  məkanlarda  tarazlığı  bərpa 
etmək üçün (ittifaq ərazilərinə daxil olan dövlətlərdə)  alətlərə 
çevirirlər.  Geosiyasətin  tərkibi  olan  geostrategiya  (hərbi 
doktrinaların məkanlar üzrə həyata keçirilməsi strategiyası və 
taktikası)  böyük  dövlətlərin  təhlükəsiz  şəraitlərdə,  sülh  və 
sabitlik  vəziyyətində  öz  maraqlarını  təmin  etməsinə  xidmət 
edir.  İttifaqların  yaradılması  geostrategiyanın  reallaşmasının 
nəticəsidir  və  belə  qurumlar  geosiyasətin  tərkibi  olan 
geoiqtisadiyyatı  və  ümumilikdə  geosiyasətin  digər  istiqa-
mətlərini  kollektiv  şəkildə,  gücləri  birləşdirmək  yolu  ilə 
qorumaq  üçün  təşkil  edilir.  Buradan  da  belə  bir  məntiqi 
mülahizə ortaya çıxır ki, əslində dövlətlərin müəyyən məkanlar 
üzrə  təhlükəsizlikləri  təmin  etmək  siyasətləri  onların  maddi 
maraqlarının 
təmin 
edilməsinə 
istiqamətlənir. 
Maddi 
maraqların  təmin  edilməsindən  də  sosial  maraqlar  təmin 
edilmiş olur. İttifaqlar yekun olaraq əslində müəyyən coğrafi-
siyasi sərhədlərdə sosial maraqların təmin edilməsinə xidmət 
edir.  İttifaqlar  bir  tərəfdən  mərkəzin  özünü  qoruyur,  digər 
tərəfdən  mərkəzi  ətraflar  üzrə,  yayılan  məkan  istiqamətləri 
üzrə  genişləndirir  və  böyuk  ərazi  miqyası  baxımından 
planetar  şəbəkə  yaradır,  başqa  tərəfdən  isə  kompleks  şəkildə 
müdafiə  olunmaq  məqsədini  güdür.  İttifaqlar  yaradıldıqda 
strukturlaşma  prosesləri  genişlənir.  Genişlənən  proseslər 

 
281 
 
fonunda həm elementlər artır, həm də yeni elementlər ortaya 
çıxır. Bu proseslər sayəsində enerji mənbələri meydana gəlir. 
Deməli,  ittifaqlar  əslində  hərəkətlərə  istiqamətlər  verən, 
hərəkətləri  yaradan  böyük  enerji  mənbələridir.  Dövlətlər  öz 
enerjilərini  artırmaq  üçün  ittifaqlara  qoşulurlar  və  böyük 
potensial  əldə  edirlər.  İttifaqlar,  digər  tərəfdən,  hərəkətləri 
məhdudlaşdıran  qurumlardır.  Məsələn,  dövlətlər  ittifaqlar 
çərçivəsində  sənədlərə  qoşulmaqla,  strukturlarının  fəaliyyət-
lərini  koordinasiya  etməklə  öz  hərəkətləri  üzərlərində 
qarşılıqlı nəzarət mexanizmisini yaratmış olurlar. İttifaqların 
xassələri həm də qarşılıqlı nəzarət məzmunundan formalaşır. 
Hərəkətlər  o  halda  məhdudlaşır  ki,  hərəkətlərin  tərkib 
elementləri (müxtəlif istiqamətdən gələn hərəkətlər) müəyyən 
məkanlarda  qovuşur.  Bu  zaman  qovuşmadan,  kəsişmələr, 
uzlaşmalar  və  bir  çox  hallarda  toqquşmalardan  (kiçik 
dövlətlər 
böyük 
dövlətlərin 
maraqları 
naminə 
bəzi 
iddialardan  əl  çəkməli  olurlar.  Nəticədə  toqquşmalardan 
çəkinmələr 
meydana 
gəlir) 
hərəkətlər 
məhdudlaşır. 
Məhdudlaşmaqla yanaşı, həm də uzanır. Buradan da belə bir 
nəticəyə  gəlmək  olar  ki,  ittifaqlar  əslində  hərəkətləri  tənzim 
edən böyük qurumlardır. Bu qurumlar həm subyekt, həm də 
subyektlər  daxilindəki  vasitələr  hesabına  obyekt  rolunu 
oynayırlar.  
Beynəlxalq hüquq o zaman güclü olur ki, geostrategiya və 
geoiqtisadiyyat  böyük  dövlətlərin  maraqlarına  xidmət  etmiş 
olsun.  Beynəlxalq  hüquq  vasitədir  və  daha  çox  hərbi,  iqtisadi 
və  siyasi  maraqlara  xidmət  edən  instrumentdir.  Beynəlxalq 
hərbi-siyasi  ittifaqlar  da  öz-özlərində  dövlətlərin  maraqlarını 
müdafiə  edən  instrumentlərdirlər.  Hərbi-siyasi  ittifaqlar 
dövlətlərin  hərbi-siyasi  və  bu  baxımdan  da  təhlükəsizlik 
sahələrində,  geostrateji  məkanlarda  və  ümumilikdə  geosiyasi 
arenada güclərini və güclərini formalaşdıran tərkib elementləri, 
komponentləri  (məsələn,  subyektlər,  hərbi  alətlər  və  vasitələr 
olan  hərbi  birləşmələri  və  birləşmələrin  istifadə  etdikləri 

 
282 
 
resursları-silahları,  maddi-texniki  təminatı  və  təlimatlan-
dırmanı)  birləşdirmək,  əlaqələrinin  istiqamətlərini  müəyyən 
etmək, 
təhlükəsizliyin 
təmin 
olunması 
istiqamətlərini 
müəyyənləşdirmək,  reallıqda  və  gələcəkdə  gözlənilə  bilən 
təhlükələrin  əsas  istiqamətlərini  müəyyən  etmək,  ortaya  çıxan 
və  fəallıqla  müşahidə  olunan  təhlükə  hədəflərini  zərərsiz-
ləşdirmək 
(terror 
qruplarını 
zərərsizləşdirmək)
birgə 
fəaliyyətin  əsaslarını  müəyyənləşdirmək,  hərəkət  planlarını 
qurmaq  və  bu  sahədə  əməkdaşlıq  etmək,  məsləhətləşmələr 
həyata keçirmək və dialoqlar qurmaq və s. bu kimi funksiyaları 
yerinə  yetirmək  məqsədilə  təşkil  olunur.  İttifaqlar  daha  çox 
subyektlər  arasında  universal  və  fərdi  qaydada  (ayrı-ayrı 
strukturlar  arasında)  koordinasiya  funksiyasını  həyata 
keçirirlər  və  fövqəladə  hallarda  güclərin  birləşdirilməsinin 
əsaslarını  müəyyən  edirlər  və  icra  qərarları  qəbul  edirlər. 
Hərbi-siyasi 
ittifaqlar 
müəyyən 
geosiyasi 
məkanlarda 
geostrategiyanın  tərkibi  olaraq  təhlükə  mənbələrini  müəyyən-
edici, təyinedici, zərərverici tərəfləri aşkarlayıcı  və təhlükələrə 
qarşı,  eləcə  də  hücumalara  qarşı  adekvat  zərbəvurucu 
hərəkətləri  icra  edirlər.  İttifaqlar  məlumatların  qəbul  edilməsi, 
ötürülməsi  və  müdafiə  və  hücum  taktikasının  müəyyən 
edilməsi  funksiyasını  yerinə  yetirirlər.  İttifaqlar  daima 
genişlənmə,  böyümə  xassələrinə  malik  olurlar  və  maraqların 
böyüdülməsi,  bu  baxımdan  da  təhlükəsizlik  arenalarının  və 
obyektlərinin  çoxaldılması  məqsədini  güdürlər.  İttifaqlar 
maraqları  böyüdən,  maraqları  müdafiə  edən  və  eləcə  də 
maraqları  genişləndirən  qurumlar  kimi  əhəmiyyət  kəsb 
edirlər.  İttifaqlar  normayaradıcı  (üzv  dövlətlərin  təsis 
müqavilələri,  qərarlar,  xartiyalar,  protokollar,  bəyannamələr, 
fəaliyyət  planları  və  s.  kimi  aktlar  qəbul  etmələri)  və  norma 
icraedici  funksiyaya malik olurlar. Bu qurumlar subyektlər və 
güc  mənbələri  olaraq  müəyyən  vəzifələrə  və  bundan  irəli 
gələrək səlahiyyətlərə  (eləcə  də  əksinə,  yəni, səlahiyyətlərdən 

 
283 
 
irəli gələn vəzifələrə) malik olurlar, bu baxımdan da öhdəliklər 
daşıyırlar.  
Dünyada  hərbi-siyasi  təşkilatların  yaradılmasına  təsir 
edən  bir  çox  amillər  mövcuddur:  ideoloji  amillər,  iqtisadi, 
siyasi  və  mədəni  (sivilizasiya  amilləri)  İlk  növbədə  onu  da 
qeyd etmək lazımdır ki, tarixin ortaya çıxardığı gerçəkliklər də 
ittifaqların 
yaradılması 
təşəbbüslərini 
meydana 
gətirir. 
(Məsələn,  NATO  ittifaqı  tarixin,  II  Dünya  müharibəsinin 
nəticəsinin  məhsulu  kimi  ortaya  çıxmışıdır).  Bununla  yanaşı, 
müəyyən məkanlarda təhlükəsizliyin təmin edilməsi zərurəti də 
mühüm amillər içərisindədir. İttifaqların yaradılması prosesləri 
tarixin  müəyyən  anlarında  ortaya  çıxan  zərurətdən  irəli 
gəlməklə  yanaşı,  həm  də  yeni  tarixi  mərhələlərin  meydana 
gəlməsini də şərtləndirir. (Məsələn, NATO-Varşava Müqaviləsi 
Təşkilatı  mübarizəsi  müəyyən  andan  sonra  daxili  gərginlikdən 
və  bu  gərginlikdən  qurtarmaq  istəklərindən  və  mübarizədən 
irəli  gələrək  yeni  bir  tarixi  mərhələni  ortaya  çıxarmış  oldu). 
Dünyanın geosiyasi baxımdan strateji əhəmiyyət (burada həm 
coğrafi mövqe, həm də ərazinin daxilindəki təbii ehtiyatlar və 
üzərindəki 
maddi 
resurslar 
baxımından) 
kəsb 
edən 
regionlarının  olması  (quru  və  dənizlərin  qarşılılqlı  harmonik 
vəziyyətlərinin  mövcudluğu  və  ərazilərin  bir-birilərini 
coğrafi-strateji  mövqe  baxımından  tamamlaması.  Nəzərə 
almaq  lazımdır  ki,  dəniz  quruya,  quru  da  dəniz  mövqelərinə 
xidmət  edir.  Ən  əsası  isə  dənizin  quruya  xidmətidir.  Çünki 
insanlar  quru  üzərində  yaşayırlar)  və  hər  iki  məkanın  bir-
birinə  xidmət  etməsi  də  hərbi-siyasi  və  iqtisadi  ittifaqların 
yaradılması  üçün  əsas  şərtdir.  İttifaqlar  hərəkətlərin 
gücləndirlməsi  və  hərəkətlərin  və  hərəkətdə  olanların 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin