Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


qoyuluşundan,  kreditlərin  verilməsindən,  müasir  texniki



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə25/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   21   22   23   24   25   26   27   28   29

qoyuluşundan,  kreditlərin  verilməsindən,  müasir  texniki 
avadanlıqların  cəlb  edilməsindən  və  digər  vasitələrdən 
istifadə  olunur.  Məsələn,  1994-cü  “Əsrin  müqaviləsi” 
imzalanarkən  Azərbaycanın  neft  sənayesinə  daha  çox  ABŞ  və 
Avropa  şirkətlərinin  maraq  cəlb  etməsi  Rusiya  və  İranın 
narazılığına 
səbəb 
olmuşdur. 
Düzdür, 
imzalanan 
bu 
müqavilədə  və  sonrakı  müqavilələrdə  Rusiya  və  İran  da  pay 
alsalar  da,  bununla  razılaşmamışlar.  Bu  müqvilələrin  imzalan-
masına,  neft  kəmərlərinin  çəkilişlərinə  məyyən  təzyiqlər 
etmişlər.  İran  hətta  süni  olaraq  Xəzərin  statusu  məsələsini 
ortaya  atmışdır.  Rusiya  prezidenti  Vladimir  Putin  2000-ci 
illərin  əvvəllərində  Azərbaycana  səfər  edərkən  və  Azərbaycan 
prezidenti  Heydər  Əliyevlə  görüşərkən  Rusiyaya  məxsus 
“Lukoyl”  şirkətinin  daha  çox  pay  almasını  istəmiş  və 
Azərbaycanın  ticarət  əlaqələrində  Rusiyanın  birinci  olmaq 
istəyini bildirmişdir. Türkiyə də “TPAO” şirkətinin payının az 

 
263 
 
olmasını  qəbul  etməmişdir.  Sonda  Azərbaycan  dövləti  öz 
payından  bir  qism  Türkiyə  şirkətinə  ayırmışdır.  ABŞ  neft 
kəmərlərinin  İran  ərazisindən  keçməsini  iqtisadi  baxımından 
əlverişli olsa da qəbul etməmişdir.  
Bununla  yanaşı,  Rusiya  Qazaxıstan  və  Türkmənistanın 
enerji  sərvətlərinin  Cənubi  Qafqaz  vasitəsilə  dünya  bazarına 
çıxışını  məhdudlaşdırmaq  məqsədilə  2007-ci  ilin  may  ayında 
həmin  dövlətlərlə  Xəzər  dənizinin  sahili  ilə  Türkmənistan  və 
Qazaxıstandan  keçməklə  enerji  boru  kəmərinin  gücünün 
artırılması  və  yenidən  çəkilməsi  ilə  əlaqədar  müqavilə 
imzalamışdır.  Bu  müqavilə  Qərbin  Transxəzər  layihəsinin 
qarşısını  almaq  məqsədini  güdürdü.  Həmçinin  Rusiya  Polşada 
ABŞ  tərəfindən  quraşdırılacaq  raket  əleyhinə  müdafiə 
sistemlərinə  etiraz  əlaməti  olaraq,  Polşaya  iqtisadi  təzyiq 
vasitəsi  kimi  bu  ölkədən  Rusiyaya  gətirilən  mal  ətinə  bir 
müddət  qadağa  qoydu  ki,  bu  da  Polşa  iqtisadiyyatına  mənfi 
təsir etdi. Eyni zamanda Rusiya Ukrayna və Gürcüstana Qərbin 
maraqlarının  əleyhinə  olaraq  enerji  və  digər  iqtisadi 
təzyiqlərdən istifadə edir.  
2.  Güc  tətbiqetmə  (hərbi  vasitələr)-  Güc  mərkəzləri 
hesab  olunan  dövlətlər  arasında  təzyiq  vasitəsi  olaraq  hərbi 
vasitələrdən  də  istifadə  olunur.  Bu  vasitələr  həm  iki  dövlət 
arasında birbaşa tətbiq edilir, həm də güc mərkəzlərinin maraq 
göstərdikləri  digər  regionlarda  həyata  keçirilir.  Məsələn, 
regional  güc  mərkəzləri  olan  Pakistanla  Hindistan  arasında 
Kəşmir  vilayətinə  aid  mübahisəli  məsələyə  görə  birbaşa  hərbi 
gücdən istifadə edilmişdir. İstər uzaq, istərsə də yaxın keçmişə 
aid  tarixi  baxımından  böyük  dövlətlər  arasında  hətta  qlobal 
müharibələrə gətirib çıxaran hərbi təzyiq vasitələrindən istifadə 
olunmuşdur. 
Güc 
mərkəzlərinin 
maraq 
göstərdikləri 
regionlarada da rəqabətdə üstünlük əldə etmək məqsədilə hərbi 
vasitələrdən  istifadə  olunur.  Məsələn,  İran  dövləti  Qərbin 
Azərbaycanın  neft  sənayesindəki  iştirakını  qəbul  etməyərək 
2000-ci  illərin  əvvəllərində  Xəzər  dənizinin  cənub  hissəsində 

 
264 
 
geoloji  kəşfiyyat  aparan  Böyük  Britaniya  şirkətinə  təzyiq 
göstərmişdir.  Əsas  səbəb  kimi  isə  həmin  ərazinin  statusunun 
müəyyən  olunmamasını  göstərmişdir.  Bunun  ardınca  bir  neçə 
dəfə Azərbaycanın hava sərhəddini pozmuşdur. Tarixən də belə 
hadisələr  çox  olmuşdur.  Buna    əlavə  misal  olaraq  XX  əsrin 
ortalarındakı Kuba raket böhranını misal gətirmək olar. Həmin 
hadisələr zamanı dünyanın iki super dövləti olan ABŞ və SSRİ 
Kubadakı  strateji  maraqlarına  görə  müharibə  təhlükəsi  ilə 
üzləşmişdilər. Dünya tarixində ilk dəfə olaraq nüvə müharibəsi 
başlana  bilərdi.  Eynilə  II  Dünya  müharibəsindən  sonra 
Avropanın  bölüşdürülməsi,  1979-cu  ildə    SSRİ  qoşunlarının 
Əfqanıstana  yeridilməsi, hərbi əməliyyatları və  ABŞ-ın SSRİ-
yə  qarşı  Əfqanıstanın  partizan  hərəkatına  silah  yardımı  və 
maliyyə  köməyi  göstərməsi,  ABŞ-ın  Vyetnama  hərbi 
müdaxiləsi  və  SSRİ  və Çin  hökumətinin Vyetnamdakı azadlıq 
mübarizəsinə dəstək vermələri, XX əsrin 50-ci illərində Koreya 
yarımadasında baş verən vətəndaş müharibəsi zamanı SSRİ-nin 
Koreyanın  şimal  hissəsinə,  ABŞ-ın  isə  cənuba  hərbi  dəstək 
vermələri və s. kimi hadisələri də misal göstərmək olar.  
Hal-hazırda ABŞ-la İran arasında Yaxın Şərq regionu üzrə 
rəqabət  mübarizəsində  də  güc  vasitələri  tətbiq  edilir.  ABŞ 
İraqda  bir  neçə  İran  diplomatını  əsir  götürmüşdür.  İran  da  öz 
növbəsində  Böyük  Britaniya  əsgərlərini  Fars  körfəzində  İran 
sərhəddini  pozduğuna  görə  saxlamışdır.  ABŞ  İranı  Yaxın 
Şərqdə  özünün  müttəfiqi  hesab  etdiyi  İsrailə  qarşı  terrorçu 
qruplaşmaları  maliyyələşdirməkdə  və  hərbi  yardım  etməkdə 
ittiham  edir.  Eyni  zamanda  ABŞ  özünün  Avropadakı 
müttəfiqlərinin  Yaxın  Şərqdə  raket  hücumlarına  məruz 
qalmasından ehtiyatlanaraq Çexiya və Polşada Raket Əleyhinə 
Müdafiə  (RƏM)  elementlərini  yerləşdirmək  siyasəti  həyata 
keçirir.  ABŞ  bu  addımla  özünün  də  Avropadakı  strateji 
maraqlarını  müdafiə  etmək  məqsədini  güdür.  Bu  siyasət  isə 
Rusiya tərəfindən etirazla qarşılanır və Rusiya tərəfi hesab edir 
ki,  həmin  elementlər  məhz,  onun  əleyhinə  yönəlmişdir.  Onun 

 
265 
 
Avropadakı  maraqlarına  ziddir.  Buradan  görünür  ki,  regional 
rəqabətdə hərbi güc vasitələrindən istifadə olunur.  
Ümumiyyətlə, dövlətlər arasında rəqabət zamanı hərbi güc 
vasitələrindən istifadə etmələrini zəruri edən aşağıdakı amilləri 
göstərmək olar: 
1.
 
Bir  dövlət  digər dövlətin  iqtisadi inkişafını qəbul etmir 
və həmin dövlətə qarşı iqtisadi təsir imkanları tükəndikdə hərbi 
vasitəyə  əl  atır  (səhədlərini  pozur,  ticarət  gəmilərinə  qəsd  edir 
və s.). 
2.
 
Bir dövlət digər dövlətin ümumi gücünü (hərbi, iqtisadi, 
siyasi)  qəbul  etmir  və  bunun  qarşısını  almaq  məqsədilə 
cəmiyyətdə çaşqınlıq yaratmaq, ictimai-siyasi sabitliyi pozmaq 
məqsədilə hərbi vasitələrdən istifadə edir.  
 3.  Etnik  qruplar  və  qrumlardan  istifadə  etmə-hal-hazırda 
dünyanın bir çox güc mərkəzləri olan dövlətləri mövcuddur ki, 
həmin  dövlətlərin  ərazilərinin  bir  qismi  etnik  qruplara 
məxsusdur və əhalisinin də bir çoxunu etnik qruplar təşkil edir. 
Belə dövlətlər  içərisində  Rusiya,  Çin,  Hindistan, İran, Türkiyə 
və  digərlərini  göstərmək  olar.  Bir  güc  mərkəzi  digərini  qəbul 
etmədikdə  həmin  dövlətdə  ictimai-siyasi  sabitliyi  pozmaq, 
iqtisadiyyatının  inkişafına  mənfi  təsir  göstərmək  məqsədilə  bu 
vasitələrdən istifadə edir. Etnik qruplardan daha çox ərazisində 
bu  qrupların  olmadığı  dövlət  istifadə  edir.  Məsələn,  ABŞ 
ərazisi  ştatlara  bölünmüşdür  ki,  həmin  ştatlar  etnik  əsasda 
formalaşmamışdır. Lakin bunun əksinə olaraq Rusiyada kifayət 
qədər  etnik  qrupun  siyasi  qurumu  mövcuddur.  Dağıstan, 
Çeçenistan,  Başqırdıstan,  Tatarstan  və  s.  buna  misaldır. 
Rusiyanın  1990-cı  illərdə  və  2000-ci  illərin  başlanğıcında 
Çeçenistanla  bağlı  problemləri  olanda  ABŞ  Rusiyaya  insan 
hüquqlarını  əsas  gətirərək  kifayəq  qədər  siyasi  təzyiq 
göstərirdi.  Eləcə  də  2008-ci  ilin  mart  ayında  Çinin  Tibet 
əyalətində tibetlilərin azadlıq uğrunda başladıqları mübarizəyə 
ABŞ  və  bir  çox  Qərb  dövlətləri  dəstək  vermişlər.  Bununla 
yanaşı,    Kosovonun  Serbiyadan  ayrılaraq  müstəqilləyini  elan 

 
266 
 
etməsini ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Türkiyə və 
s.  kimi  dövlətlər  tanısa  da,  Rusiya,  Çin,  İspaniya,  Yunanıstan, 
Azərbaycan, Gürcüstan kimi dövlətlər bunun əleyhinə çıxdılar. 
Həm  Türkiyə,  həm  də  İran  ərazisində  kürd  mənşəli  etnik 
qruplar  yaşayır.  Bu  baxımdan  Türkiyə  və  İran  bu  etniklərə 
qarşı (xüsusilə, PKK terror təşkilatına qarşı)  öz dövlətçilikləri 
naminə vahid mövqe nümayiş etdirirlər.  
 
Güc  mərkəzlərinin  (dövlətlərin)  təşkilatlanmaları  və 
qruplaşmaları 
 
İstər  tarixi,  istərsə  də  müasirlik  baxımından  dövlətlər 
arasında birliklər, ittifaqlar mövcud olmuşdur. Həmin ittifaqlar 
dövlətlərin  başqa  dövlətlərin  hərbi  müdaxiləsi,  işğalçılıq 
siyasəti zamanı öz ərazilərini və xalqlarını, vətəndaşlarını birgə 
qorumaq  məqsədi  güdmüşdür.  Bununla  yanaşı,    ittifaqların 
bağlanmasında  əsas  məqsədlərdən  biri  də  digər  ərazilər 
hesabına  dövlətin  ərazisini  böyütmək  olmuşdur.  Həm  də 
regionda, 
digər 
dövlətlər 
üzərində 
təsir 
imkanlarını 
bölüşdürmək  məqsədlərə  aiddir.    Yaxın  tarixi  keçmiş 
baxımından  belə  ittifaqlara  I  Dünya  müharibəsi  zamanı 
Avropada  mövcud  olmuş  “Antanta”  və  “Dördlər    İttifaqı”-nı 
misal  göstərmək  olar.  Bu  ittifaqlar  Avropanın,  eləcə  də 
dünyanın  bölüşdürülməsi  uğrunda  bir-biriləri  ilə  müharibələrə 
getmişlər.  II  Dünya  müharibəsinin  başlanmasına  qədər  də 
Faşist  Almaniyası  Avropada  işğalçılıq  siyasəti  nəticəsində  bir 
çox  dövlətləri  öz  tərəfinə  çəkmişdir.  Hətta  II  Dünya 
müharibəsindən  sonra  da  Avropanın  dövlətləri  iki  ideoloji 
cəbhəyə  bölünmüş  və  nəticədə  ABŞ-ın  iştirakı  ilə  Şimali 
Atlantika Müqaviləsi Təşkilatı –NATO və sosialist düşərgəsini 
əhatə edən Varşava Müqaviləsi Təşkilatı yaranmışdır. Bundan 
əlavə  dünyanın  bir  çox  regionlarında  SEATO,  SENTO  və  s. 
kimi  hərbi-siyasi  xarakterli  təşkilatlar  da  mövcud  olmuşdur. 
Ümumiyyətlə 
dövlətlərin 
təşkilatlanmaları 
II 
Dünya 
müharibəsindən  sonra  geniş  vüsət  almışdır.  Dünyada  iqtisadi, 

 
267 
 
siyasi və  hərbi  sahədə  bir  çox  qurumlar əmələ  gəlmişdir. Belə 
təşkilatlar  içərisində  hal-hazırda  fəaliyyət  göstərən  BMT  və 
onun  ayrı-ayrı  sahələri  əhatə  edən  təşkilatları,  Avropa  Şurası, 
ATƏT,  İslam  Konfransı  Təşkilatı,  Avropa  İttifaqı,  NATO, 
Ərəb  Dövlətləri  Birliyi,  MDB,  Şanxay  Əməkdaşlıq  Təşkilatı, 
GUAM,  Qara  Dəniz  İqtisadi  Əməkdaşlıq  Təşkilatı,  Afrika 
Dövlətləri  Birliyi,  Sakit  Okean  Ölkələri  Birliyi,  Beynəlxalq 
Valyuta  Fondu  və  s.-ni  misal  göstərmək  olar.  Ümumiyyətlə,  
təşkilatlar  funksiyalarına  görə  iqtisadi  (malyyə  və  ticarət), 
hərbi-siyasi və təhlükəsizlik, sosial-humanitar, ekoloji, səhiyyə, 
təhsil,  infrastruktur  və  s.  xüsusiyyətlərə  malik  olur.  Müasir 
qloballaşmış 
dünyada 
dövlətlərin 
qruplaşmalarını, 
təşkilatlanmalarını  zəruri  edən  amillər  mövcuddur.  Bu 
amillər içərisində aşağıdakıları xüsusi olaraq qeyd etmək olar: 
1.Dünyanın maddi və təbii sərvətlərinə birgə yiyələnmə-bu 
funksiyanı  dünyanın  bütün  iqtisadi-ticarət  təşkilatları  və 
dövlətlər ikili qaydada və çoxtərəfli əsaslarla yerinə yetirir. 
2.Dünyanın ümumi qlobal problemlərinin həllində birlikdə 
iştirak  etmək-bu  funksiyanı  BMT  və  onun  təşkilatları,  ATƏT, 
Avropa  İttifaqı,  Avropa  Şurası,  İslam  Konfransı  Təşkilatı, 
Afrika Dövlətləri Birliyi, MDB və s. yerinə yetirir. 
3.İqtisadi-ticarət  əlaqələrinin  inkişafı-bu  funksiyanı  BMT-
nin  müvafiq  təşkilatları,  Ümumdünya  Ticarət  Təşkilatı,  Sakit 
Okean  Ölkələri  Birliyi,  Afrika  Dövlətləri  Birliyi  və  digər 
regional iqtisadi-ticarət təşkilatları yerinə yetirir. 
4.Dünya  əhalisinin  ərzaq  və  kənd  təsərrüfatı  məhsullarına 
olan  tələbatının  birgə  ödənilməsi-bu  funksiyanı  daha  çox 
qlobal  əsaslarla  BMT-nin  müvafiq  təşkilatları,  regional 
iqtisadi-ticarət təşkilatları yerinə yetirir; 
5.Dünyada  sülhün  qorunması,  müharibələrin  qarşısının 
alınması-bu  funksiyanı  qlobal  və  regional  əsaslarla  BMT, 
NATO,  ATƏT,  Avropa  İttifaqı,  Avropa  Şurası,  İslam 
Konfransı  Təşkilatı,  Ərəb  Dövlətləri  Birliyi,  Afrika  Dövlətləri 
Birliyi və s. kimi mühüm təşkilatlar yerinə yetirir; 
6.Dünyada 
insan 
hüquqlarının 
və 
demokratiyanın 
qorunması-bu  funksiyanı  qlobal  və  regional  əsaslarla  BMT, 

 
268 
 
ATƏT,  Avropa  Şurası,  Avropa  İttifaqı,  İslam  Konfransı 
Təşkilatı və s. kimi təşkilatlar yerinə yetirir; 
7.Dünyada  ekoloji  tarazlığın  qorunması-bu  funksiyanı 
BMT və digər müvafiq regional təşkilatlar yerinə yetirir; 
8.Dünyada 
epidemik 
və 
digər 
təhlükələr 
törədən 
xəstəliklərin  qarşısının  alınması-bu  funksiyanı  BMT  və  digər 
müvafiq regional təşkilatlar yerinə yetirir; 
9.Dünyada  elmin  inkişafı,  mədəni  dəyərlərin  qorunması, 
tarixi  abidələrin  mühafizəsi-bu  funksiyanı  BMT-nin  müvafiq 
təşkilatları və regional təşkilatlar yerinə yetirir. 
Dövlətlər,  xüsusilə  güc  mərkəzləri  hesab  edilən  dövlətlər 
yuxarıda  sadalanan  amillərə  görə  təşkilatlanmaqla  yanaşı, 
qlobal və regional formada siyasi rəqabət zamanı daha çox təsir 
imkanları  əldə  etmək  üçün  də  təşkilatlanaraq  qruplaşırlar
Belə  olan  halda  bu  dövlətlər  maraqları  olduqları  regionlarada 
yerləşən kiçik dövlətləri də öz orbitlərinə daxil edirlər. Onu da 
etiraf etmək lazımdır ki, müasir qloballaşmış dünya siyasətində 
böyük  dövlətlər  daha  təsiredici  rol  oynayırlar.  Kiçik  dövlətlər 
isə  regional  əsaslarla  həmin  dövlətlərin  orbitina  daxil  olmaq 
məcburiyyətində  qalırlar.  Böyük  dövlətlərə  məxsus  olan 
resurslar  kiçik  dövlətlərin  resurslarını  özlərinə  tərəf  çəkirlər. 
Nəticədə siyasi proseslərin təsiri ilə dövlətlərin qruplaşması baş 
verir.  XX  əsrin  “soyuq  müharibə”  dövrü  hal-hazırda,    kəskin 
olmasa  da  belə,      mövcud  olmaqda  davam  edir.  Hətta  bəzi 
hallarda daha da kəskinləşir. Dünyanın super güc mərkəzi olan 
ABŞ və bu dövlətə  yaxın gücə malik olan dövlətlər Rusiya və 
Çin  arasında  dünyada  daha  çox  siyasi  təsir  əldə  etmək 
məqsədilə  rəqabət  davam  etməkdədir.
1
  Bu  rəqabət  zamanı 
tarixi  amil  yenə  də  mühüm  əhəmiyyət  kəsb  etməyə 
başlamışdır.  II  Dünya  müharibəsindən  sonra  formalaşmış 
dünya  düzəni  XX  əsrin  80-ci  illərinin  sonu  90-cı  illlərinin 
                                                 
1
 Rusiya özünün rəqibi kimi yenə də Qərbi və ABŞ-ı görür. Rusiyanın yeni 
xarici siyasət konsepsiyası əsas müddəalar. 
http://newtimes.az/az/politics/1465/#.UUBx2xen3v0. 12 mart 2013- 
Newtimes.az   

 
269 
 
əvvəllərində  öz  strukturunu  dəyişsə  də,  hal-hazırda  tamamilə 
mahiyyətini  itirməmişdir.  Ümumiyyətlə,  rəqabət  zamanı 
dövlətlərin  siyasi  qruplaşmasını  zəruri  edən  aşağıdakı 
amilləri göstərmək olar: 
1.  Təbii  sərvət  amili-istənilən  güc  mərkəzi  hesab  olunan 
dövlət  öz  gücünü  daha  da  artırmağa  çalışır.  Bu  məqsədlə 
yerləşdiyi  regionun  geosiyasi  əhəmiyyətindən  faydalanmağı 
başlıca siyasət hesab edir. Ətrafında yeləşən dövlətlərin iqtisadi 
və  siyasi  potensialından  istifadə  etməyə  çalışırlar.  Məsələn, 
Azərbaycan  Türkiyə,  İran  və  Rusiyaya  nisbətən  az  potensiala 
malik  kiçik  bir  dövlətdir.  Lakin  Azərbaycanın  təbii  sərvətləri 
çox əhəmiyyət kəsb edir. Bu amili nəzərə alaraq, Azərbaycanla 
həmsərhəd 
olan 
dövlətlər-Rusiya, 
İran 
və 
Türkiyə 
Azərbaycanın bu potensialından öz məqsədləri naminə istifadə 
etməyə  çalışırlar.  Azərbaycanı  hər  üç  dövlət  öz  orbitinə 
çəkmək siyasəti yeridir. ABŞ Fars körfəzi və Xəzər regionunda 
daha  çox  imkanlara  malik  olmaq  istəyir.  Türkiyə  Xəzər 
regionuna  öz  daxili  enerji  tələbatının  böyük  bir  hissəsinin 
təminatçısı kimi baxır. Rusiya, Çin və Hindistan Mərkəzi Asiya 
regionuna  öz  daxili  enerji  tələbatlarını ödəyən bir məkan kimi 
baxırlar.  Böyuk  dövlətlər  regionlardan  keçən  enerji  və 
infrastruktur layihələrinin əsas mərkəzinə çevrilirlər.  
2.  Coğrafi  mövqe  amili-  güc  mərkəzləri  olan  dövlətlər 
siyasi  rəqabət  zamanı  daha  çox  coğrafi  məkana  təsir  etmək 
istəyirlər.  Məsələn,  Avropanın  coğrafi  mövqeyi  ABŞ-ın  və 
Rusiyanın  regiona  marağını  artırır.  Hər  iki  dövlət  Avropada 
daha çox nüfuz əldə etməyə çalışır. Avropa ABŞ üçün həm də 
ona  görə  əlverişli  bir  məkandır  ki,  ABŞ  bu  məkanda  iqtisadi, 
siyasi  və  hərbi  nüfuz  qazanmaqla  eyni  zamanda  Rusiyanın 
sərhədlərinə  yaxınlaşmaq  məqsədi  güdür.  Təbii  ki,  Rusiyanın 
Avropada daha çox təsir imkanlarına malik olması ABŞ-ı qane 
etmir.  Rusiya  da  öz  növbəsində  Avropaya  əlverişli  coğrafi  bir 
məkan  kimi  baxır.  Rusiya  Şərqi  Avropadakı  tarixi  nüfuzunu 
bərpa etmək istəyir. Bu siyasətin başlıca məqsədi təhlükəsizlik 

 
270 
 
nöqteyi-nəzərdən ABŞ-ı öz sərhədlərinə yaxın buraxmamaqdır. 
Cənubi  Qafqazın  özü  də  bir  coğrafi  məkan  olaraq  güc 
mərkəzləri  hesab  olunan  dövlətlər  üçün  əhəmiyyət  kəsb  edir. 
Məsələn,  Rusiya  tarixən  Şərqi  Avropa,  Baltik  dənizi,  Qara 
dəniz,  Cənubi  Qafqaz  və  Mərkəzi  Asiya  regionuna  öz  dövlət 
təhlükəsizliyinin  qorunması  məqsədilə  “təhlükəsizlik  zonası 
(qurşağı)  ”  kimi  baxmışdır.  Həmin  coğrafi  məkanlar  II  Dünya 
müharibəsindən sonra Rusiyanı digər güc mərkəzlərdən (ABŞ, 
Qərbi  Avropanın  aparıcı  dövlətləri,  Çin,  Türkiyə,  İran, 
Hindistan)  qorumağa  xıdmət  etmişdir.  Hal-hazırda  da  Rusiya 
öz  dövlət  təhlükəsizliyinin  təminatı  baxımından həmin  cöğrafi 
məkanlarda  siyasi  üstünlük  əldə  etməyə  çalışır.  Cənubi 
Qafqazda 
Ermənistanı 
tamamilə 
özününküləşdirmiş, 
Gürcüstana  Abxaziya  və  Cənubi  Osetiya  münaqişələri  vasitə-
silə  təsir  edir,  Azərbaycana  Dağlıq  Qarabağ  münaqişəsini 
dolayısı  yolla  dəstəkləməklə  təzyiq  etməyə  çalışır,  Mərkəzi 
Asiyanın  dövlətlərinin  enerji  tranzitini  əlində  saxlayır,  hətta, 
Tacikistanda daha çox hərbi- siyasi təsirə malikdir, Ukraynanın 
şərq  ərazilərində  yaşayan  ruslardan  istifadə  edərək,  Qərbə 
inteqrasiyasına  və  NATO-ya  daxil  olmasına maneçilik törədir. 
Şərqi  Avropada  Polşaya  müəyyən  iqtisadi  təzyiqlər  edir, 
Serbiyanı müdafiə etməklə nüfuzunu əldə saxlamağa çalışır və 
s.  Ümumiyyətlə,  ABŞ  və  Avropanın  güc  mərkəzləri  Şərqi  və 
Cənubi  Avropanın  siyasi  parçalanmasını  qəbul  etməyərək  və 
bu məkanı Rusiyadan uzaqlaşdıraraq tam öz tərəflərinə çəkmək 
məqsədilə siyasət həyata keçirirlər. ABŞ və Avropanın başlıca 
məqsədi  həm  də  bu  əraziləri  NATO  və  Avropa  İttifaqı 
qurumları altında bütöv olaraq iqtisadi, siyasi və hərbi cəhətdən 
vahid  bir  siyasi  məkana  çevirməkdir.  ABŞ  Avropa  İttifaqına 
özünün 
Rusiya 
ilə 
geosiyasi 
maraqlarının 
regionda 
qarşılaşmasında  bir  sipər  və  dayaq  elementi  kimi  baxır.  Bu 
amil Rusiyanı çox narahat edir. Buradan belə bir məntiq ortaya 
çıxır  ki,  “soyuq  müharibə”  dövrünün  qütbləşmə  siyasəti 
formasını dəyişsə də, mahiyyət baxımından davam etməkdədir. 

 
271 
 
Coğrafi mövqe amili siyasi rəqabətdə çox mühüm rol oynayır. 
Dövlətlər arasında siyasi qruplar əmələ gələrkən coğrafi məkan 
anlayışı xüsusi əhəmiyyət kəsb edir;  
3.  Güclü  dövlət  amili-  güc  mərkəzlərinin  siyasi 
qruplaşmasında güclü dövlət amili mühüm rol oynayır. Burada 
güclü  dövlət  dedikdə,  daha  çox  güc  mərkəzləri  hesab  olunan 
dövlətlərin  öz  tərəflərinə  çəkdikləri  və  nisbətən  kiçik 
dövlətlərin  gücündən  söhbət  gedir.  Məsələn,  Azərbaycan 
regionda  Ermənistan  və  Gürcüstana  nisbətən  daha  güclü 
dövlətdir.  Ukrayna  Moldova  və  Belorusa  nisbətən  daha  güclü 
potensiala  malikdir.  Qazaxıstan  Qırğızıstan,  Türkmənistan  və 
Tacikistana nisbətən daha çox potensiala sahibdir.  Qeyd edilən 
səbəbdən  güc  mərkəzləri  daha  çox  məhz  belə  dövlətləri  öz 
orbitlərinə  çəkmək  istəyirlər.  Super  gücə  və  böyük  regional 
gücə  malik  olan  dövlətlər  özlərindən  bir  qədər  zəif  olan 
dövlətlər  hesabına  da  ətraf  kiçik  dövlətləri  öz  orbitlərinə 
yaxınlaşdırmaq  məqsədini  güdürlər.  Buradan  da  maraqların 
regional  şəbəkələr  üzrə  formalaşması  prosesləri  yaşanır.  Bu 
baxımdan beynəlxalq münasibətlər sistemində orta regional və 
ondan bir qədər aşağı gücə malik olan dövlətlərin sayı nə qədər 
çox  olsa,  bir  o  qədər  sabitlik  və  sülh  yaranar.  (Qeyd:_orta_regional_güc_mərkəzləri_böyük_və_kiçik_dövlətlər_arasında_aralıq_bir_mövqe_tutmaqla,_hər_iki_tərəf_arasında_bağlayıcı'>(Qeyd:  orta 
regional  güc  mərkəzləri  böyük  və  kiçik  dövlətlər  arasında 
aralıq bir mövqe tutmaqla, hər iki tərəf arasında bağlayıcı 
funksiyanı yerinə yetirə bilər. Orta regional güc mərkəzləri 
əsas  aparıcı  funksiyanı  yerinə  yetirə  bilər.  Dünya 
siyasətinin  ağırlıq  xətləri  (yük  xətləri)  də  bu  dövlətlərin 
üzərlərinə  düşə  bilər.  Orta  regional  dövlətlər  dünya 
siyasətinin  rəngarəngləşməsinə  səbəb  olar  və  beynəlxalq 
sabitliyin  yaranmasında  əsas  şərtləndirici  qüvvəyə  çevrilə 
bilər.  Orta  regional  güc  mərkəzləri  dünya  siyasəti 
sisteminin  sütunu  rolunu  oynaya  bilər).  Azərbaycan  və 
Qazaxıstan  Türkiyənin  türk  dünyası  siyasətində,  Rusiya 
ərazisində  yaşayan  türkdilli  qurumların  inteqrasiyasında  daha 
çox  imkanlara  malikdirlər.  Azərbaycanın  iqtisadi  və  siyasi 

 
272 
 
gücü  Qərb  dövlətlərini  və  regional  güc  mərkəzlərini  daha  çox 
özünə cəlb edir. Ukrayna kifayət qədər gücə malik olduğundan 
ABŞ  bu  dövləti  Qərbə  inteqrasiya  etdirmək  siyasəti  yeridir, 
Rusiya  da  onu  öz  təsir  dairəsindən  uzaqlaşdırmaq  istəmir. 
Azərbaycan  Cənubi  Qafqazda  güclü  dövlət  olduğundan  və 
Rusiyanın  təzyiqlərinə  tab  gətirdiyi  üçün  ABŞ  və  Türkiyənin 
maraqlarını  cəlb  edir.  Azərbaycanı  NATO-ya  inteqrasiya 
etdirmək  siyasəti  yeridirlər.  Güc  mərkəzləri  hesab  olunan 
dövlətlər  digər  dövlətləri  öz  tərəflərinə  çəkməklə  siyasi 
qruplaşma  yaradırlar.  Məsələn,  Rusiya  Çini  və  Mərkəzi 
Asiyanın  dövlətlərini  Şanxay  Əməkdaşlıq  Təşkilatı  altında 
siyasi  cəhətdən  qruplaşdırmaq siyasəti  həyata keçirir. Bununla 
yanaşı,  MDB  çərçivəsində  Kollektiv  Təhlükəsizlik Müqaviləsi 
Təşkilatı  altında  dövlətlərin  siyasi  qruplaşmasını  yaratmağa 
çalışır.  ABŞ  isə  Avropa  dövlətlərini  NATO-ya  cəlb  etməklə 
siyasi qruplaşma əmələ gətirir. Bununla yanaşı, ABŞ NATO ilə 
tərəfdaşlıq  və  əməkdaşlıq  edən  ölkələri  də  öz  tərəfinə-Avro-
Atlantik məkanına cəlb edir.  
4.  Hərbi-siyasi  təhlükəsizlik  amili-  güc  mərkəzlərinin 
başlıca  məqsədi  dünya  siyasətində  öz  siyasi  təsirlərini  daima 
artırmaqdır.  Bu  dövlətlər  öz  təhlükəsizliklərini  təmin  etməyi, 
dünyanın  müxtəlif  regionlarındakı  strateji  maraqlarını  qoru-
mağı  başlıca  siyasət  hesab  edirlər.  Həmin  məqsədlə  digər 
dövlətləri  öz  tərəflərinə  çəkməklə  siyasi  qruplaşma  əmələ 
gətirirlər.  Müxtəlif  regionlarda  öz  hərbi-siyasi  təsirlərini 
artırırlar.  ABŞ  özünün  dünyadakı  iqtisadi  potensialını,  siyasi 
təsirini qorumaq, eyni zamanda hegemon dövlət statusunu əldə 
saxlamaq naminə hərbi gücünü artırmağı başlca prioritet hesab 
edir.  Dünyanın  güc  mərkəzləri  öz  aralarındakı  siyasi  rəqabət 
zamanı  öz  təhlükəsizliklərini  təmin  etmək  üçün  siyasi 
qruplaşma  əmələ  gətirirlər.  Məsələn,  vaxtilə  ABŞ  və  SSRİ 
arasında  düşmənçilik  mövcud  idi  və  “soyuq  müharibə”də 
dünya  demək  olar  ki,  iki  siyasi  cəbhəyə  bölünmüşdü.  Hər  iki 
super  güc  mərkəzi  öz  təhlükəsizliklərini  təmin  etmək 

 
273 
 
məqsədilə  ətraflarına  dövlətlər  cəlb  etmişdilər.  Nəticədə  bir-
birinə hərbi-siyasi cəhətdən əks olan iki siyasi blok yaranmışdı. 
NATO  və  Varşava  Müqaviləsi  Təşkilatı.  SSRİ  hətta  ABŞ-a 
qarşı  Çin  və  Hindistan  kimi  böyük  güc  mərkəzlərini  də  öz 
tərəfinə  çəkmək  siyasəti  yeridirdi.  Çin  və  Hindistanda 
sənayenin  inkişafına  kömək  göstərirdi.  ABŞ  isə  özünün 
təhlükəsizliyini  və  eləcə  də  dünyanın  digər  regionlarındakı 
strateji  maraqlarını  qorumaq  naminə  Avropanın  aparıcı 
dövlətlərini, Kanadanı, Avstraliyanı, Türkiyəni, Yaponiyanı öz 
tərəfinə  çəkməklə  dövlətlərin  siyasi  qrupunu  yaratmıdı.  ABŞ 
Çexiya  və  Polşa  ərazisində  RƏM  (Raket  Əleyhinə  Müdafiə) 
sistemini  qurmaq  niyyəti  ilə  özünün  və  Avropadakı 
müttəfiqlərinin  təhlükəsizliyini  digər  güc  mərkəzlərindən 
qorumaq məqsədini güdür. 
5. Daha çox siyasi təsir etmək üçün ərazi əldə etmək amili-
tarixən  dünyanın  super  güc  mərkəzləri  siyasi  rəqabət  zamanı 
siyasi  təsiri  gücləndirmək  məqsədilə  başqa  dövlətlərin 
ərazilərini  işğal  etmək,  dünyanın  müxtəlif  regionlarında 
ərazilər  əldə  etmək  siyasəti  yürütmüşlər.  Bu  zaman  öz  təsir 
imkanlarını  genişləndirmək  naminə  güclərini  artırmaq  üçün 
dövlətlərin  siyasi  qruplaşmasını  yaratmış  və  istifadə  etmişlər. 
ABŞ  1990-cı  illərin  əvvəllərində  birinci  və  2003-cü  idə  ikinci 
İraq  müharibəsi  zamanı  dövlətlərin  siyasi  qruplaşmasından 
istifadə etmişdir. (Qeyd: 2003-cü ilin martından 2013-cü ilin 
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin