Xarici siyasət və beynəlxalq münasibətlər seriyasından Elşən Misir oğlu Nəsibov


fəaliyyətinin  yeni  əsaslarla  qurulması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə28/29
tarix21.04.2017
ölçüsü2,8 Kb.
#15192
1   ...   21   22   23   24   25   26   27   28   29

fəaliyyətinin  yeni  əsaslarla  qurulması  siyasətinə  başlanıldı. 
NATO-nun  fəaliyyətinin  yeni  dövrünün  (XX  sərin  90-cı 
illərinin  əvvəllinin)  səciyyəvi  cəhətlərinə  iki  mühüm 
aspektdən  yanaşmaq  olar:  birincisi,  yeni  dünya  düzəninin 
meydana gəlməsi fonunda təşkilatın fəaliyyətinin yeni əsaslarla 
müəyyən edilməsi, ikiqütblü təhlükəsizlik sistemindəki dövrdə 
mövcud olmuş əvvəlki kəskin konfrontasiya mərhələsindən bir 
qədər  yumşaq  münasibətlər  mərhələsinə  keçid  və  Rusiya  ilə, 
eləcə  də  Avropanın  keçmiş  sosialist  məkanı  ilə  əlaqələrin 
yenidən  format  olunması;  ikincisi,  yeni  tərəfdaş  və  əməkdaş 
dövlətlər  hesabına  təşkilatın  fəaliyyət  və  maraq  məkanının 
sürətlə  böyüməsi.  Birinci  fazada  yenidən  strukturlaşma,  ikinci 
fazada  isə  Alyansın  yeni  tərəfdaşlar  hesabına  fəaliyyətinin 
üfiqi  (yeni  ərazilərdə  maraqlar  baxımından)  və  şaquli 
(İttifaqın  daxilindən)  vəziyyətdə  genişləndirilməsi  prosesləri 
yaşanmağa  başladı.  Sürətlə  böyümə  fazasının  (1990-cı  illərin 
sonlarından  başlayaraq)  da  əsas  xüsusiyyətləri  ondan  ibarət 
oldu  ki,  bu  dövrdə  NATO  həm  də  özünün  tərəfdaşlıq  və 

 
295 
 
əməkdaşlıq  siyasətini  gücləndirdi.  Yeni  dövrün  ikinci 
mərhəsinin  başlanğıcında  NATO  tərəfdaşlıq  siyasətini  tətbiq 
etməklə,  İttifaqın  şaquli  və  üfiqi  əsaslarla  siyasətini  və 
fəaliyyətini 
genişləndirdi. 
Yeni 
dövrün 
xüsusiyyətləri 
içərisində,  eləcə  də  forma  və  məzmun  baxımından  yenidən 
strukturlaşma proseslərini nümunə göstərmək olar. Bu, hər iki 
fazada-mərhələdə, özünü göstərmiş oldu. Belə hesab olunur ki, 
NATO-nun  yeni  strukturu  hərbi  və  siyasi  aspektlərdə  fəal 
səmərəliliyə nail olmaqdan ibarət olmuşdur.
1
  
Yeni  dövrün  birinci  fazasının  xarakterik  cəhətləri 
ondan ibarət idi ki, artıq 1989-1990-cı illərdə dünya siyasətində 
köklü dəyişikliklər baş verdi. 1989-cu ilin sonunda və 1990-cı 
ilin  ilk  həftələrində  Polşa,  Macarıstan,  Almaniya  Demokratik 
Respublikası, 
Bolqarıstan, 
Çexoslavakiyada 
və 
kəskin 
mübarizədən  sonra  Rumıniyada  siyasi  və  iqtisadi  sistemdəki 
reformalarda  həlledici  nailiyyət  qazanıldı.  Demokratiya 
yolunda  gözlənilən  nailiyyətlər  əldə  olundu.  Şərqi  Avropada 
(məsələn,  Çexoslavakiyada  və  digər  respublikalarda)  azad 
seçkilər  keçirildi  və  “möhkəm  əsaslı-bərk  məzmunlu”, 
sərhəd  rejimləri  aradan  qaldırıldı.  1989-cu  ilin  noyabrında 
Almaniya  divarları  dağıdıldı.  1990-cı  ilin  oktyabr  ayının  3-də 
beynəlxalq  ictimaiyyətin  dəstəyi  və  SSRİ-nin  razılığı  ilə  iki 
alman  dövləti  vahid  dövlətdə  birləşdi.  SSRİ  öz  qoşunlarını 
Şərqi  Avropadan  çəkməyə  başladı.  Avropanın  yenidən 
qurulması  siyasətinə  keçildi.  Münasibətlərin  yeni  format 
əsasında  yüklənilməsi  proseslərinə  başlanıldı.  (Qeyd:  1990-cı 
ilin  sentyabr  ayının  12-də  ADR,  AFR,  Böyük  Britaniya  və 
Şimali  İrlandiya  Krallığı,  ABŞ,  SSRİ  və  Fransa  arasında 
imzalanan  Almaniyaya  münasibətdə  həlledici  tənzimləmə 
Müqaviləsində yazılırdı ki, artıq belə bir tarixi vəziyyət ortaya 
çıxıb  ki,  Avropanın  bölünməsinin  qarşısı  alınıb,  bölünmə 
prosesləri  aradan  qaldırılıb.  ATƏM-ın  Helsinki  Yekun  Aktının 
                                                 
1
 Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине 
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110 
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 276. 

 
296 
 
prinsipləri  (məsələn,  prinsiplərdən  biri  ondan  ibarət  idi  ki, 
dövlətlər  arasında  dostluq  münasibətlərinin  xalqların  öz 
müqəddaratını təyin etmək prinsipləri əsasında qurulması əsas 
göstərilirdi)  Avropada  ədalətli  və  etibarlı  sülh  quruluşunu 
yaratmaq  üçün  möhkəm  əsas  veribdir.  Eyni  zamanda,  qeyd 
olunurdu  ki,  Avropada  antaqonizmi  qəti  olaraq  dəf  etmək 
zərurəti  mövcuddur  və  əməkdaşlığı  inkişaf  etdirmək  vacibdir. 
Sənədin  girişində  o  da  yazılırdı  ki,  silahlara  nəzarət  etməyə 
böyük  ehtiyac  var  və  həm  bu  istiqamətdə,  həm  də 
silahsızlaşdırma  yönündə  səmərəli  tədbirləri  həyata  keçirmək 
vacibdir.  İnamı  möhkəmlətmək  lazımdır  ki,  bir-birinə  düşmən 
kimi  baxılmasın.  Əksinə  olaraq,  əməkdaşlıq  və  inam 
münasibətlərinin  qurulması  istiqamətində  işləmək  vacibdir. 
Bununla  yanaşı,  dövlətlər  sənədi  imzalamaqla  qəbul  edirdilər 
ki,  alman  xalqı  öz  müqəddaratını    təyin  etmək  hüququna 
sərbəst  şəkildə  nail  olmalıdır  və  Avropada  birliyin 
yaradılmasında  və  sülh  proseslərində  Almaniyanın  vahid 
dövlət  kimi  qurulmasında  alman  xalqı  öz  iradəsini  ortaya 
qoyur.  Sənədin  3-cü  maddəsində  o  da  qeyd  olunurdu  ki,  AFR 
hökuməti  və  ADR  hökuməti  nüvə,  bioloji  və  bakterioloji 
silahların  istehsalından  imtina  edirlər.  Eyni  zamanda 
birləşəcək  Almaniya  da  bu  kimi  öhdəliyi  üzərinə  götürürdü. 
Sənədin ikinci maddəsində yazılırdı ki, birləşmiş Almaniya heç 
bir  dövlətə  qarşı  ərazi  iddiasına  malik  deyil  və  gələcəkdə  də 
belə bir iddiaya sahib ola bilməz).
1
  
Bu dövr üçün regionun xarakterik xüsusiyyəti ondan ibarət 
idi  ki,  1990-cı  illərin  başlanğıcında  dünyanın,  eləcə  də 
beynəlxalq  münasibətlərin  ikiqütblü  siyasi,  iqtisadi  və  hərbi-
təhlükəsizlik  sistemi  forması  çökdükdən  sonra  əvvəlcə 
formalaşmış  münasibətlər  və  əlaqələr  formasının  təşkili 
                                                 
1
 ДОГОВОР об окончательном урегулировании в отношений 
Германии. 12 сентября 1990 г. Действующее международное право. В 
трех томах. Том Первый. Составители проф. Ю.М. Колосов и проф. 
Э.С. Кривчикова. Москва. Издательство Московского независимого 
института международного права. 1996. səh.. 153-158. 

 
297 
 
prosesləri  yeni  məcraya  daxil  oldu.  Sosialist  blokundan 
ayrılmış  dövlətlər  müəyyən  çətinliklərlə  rastlaşdılar  və  onlar 
özlərinin  hərbi-siyasi,  iqtisadi  və  siyasi  sistemlərini  yenidən 
qurmaq  məcburiyyəti  ilə  üzləşdilər.  Resursların  yeni  əsaslarla, 
bazar  iqtisadiyyatı  əsasları  ilə  istifadəsi  məsələləri  ortaya 
çıxmış  olurdu.  Avropa  dövlətlərinin  münasibətlər sahəsinin və 
yeni  açıq  münasibətlər  üçün  subyektlərin  sayının  artması 
regionda 
yeni 
dünya 
düzəninin 
meydana 
gəlməsi 
proseslərinin  başlamasını  zəruri  edirdi.  Avropa  münasibətlər 
sistemində  yeni  yumşaq  metodlar  meydana  gəlməyə  başladı. 
Münasibətlər  və  əlaqələr  strukturunun  qurulmasında  yeni 
mahiyyət  üzə  çıxdı  və  yeni  sistemlərə,  həm  də  liberal 
sistemlərə  ehtiyac  duyuldu.  Avropanın  yeni  geosiyasətinin 
nəzəri  əsasları  yeni  “mürəkkəblərlə”  yazılmağa  başladı.  Bu 
baxımdan, 
Avropada 
Təhlükəszilik 
və 
Əməkdaşlıq 
Müşavirəsinin  Parisdə  keçirilmiş  görüşlərinin  1990-cı  ilin 
noyabr  ayının  21-də  imzalanmış  yekun  sənədində  (Yeni 
Avropa üçün Paris Xartiyası) qeyd edilirdi ki, Avropada yeni 
demokratiya,  sülh  və  bərabərlik  erası  başlayıbdır.  Avropada 
dərin  köklü  dəyişikliklər  baş  verməkdədir  və  tarixi  gözləntilər 
dövrüdür. Avropanın konfrontasiya dövrü başa çatıbdır. Dövlət 
və  hökumət  başçıları  bəyan  edirlər  ki,  bundan  sonra  bütün 
münasibətlər  qarşılıqlı  hörmət  və  əməkdaşlığa  əsaslanacaqdır. 
Avropa  keçmişin  qalıqlarından  azad  olunur.  Sənədə  əsasən, 
bazar  münasibətlərinə  söykənən  bütün  iqtisadi  münasibətlər 
dövlətlərarası  əlaqələrdə  həlledici  element  rolunu  oynayır  və 
vahid  Avropanın  böyüməsinə  və  çiçəklənməsinə  xidmət 
edəcək.
1
 Bu ərəfədə, 1991-ci ildə Varşava Müqaviləsi Təşkilatı 
ləğv  olundu.  Bu  baxımdan  da  sosialist  blokunda  baş  verən 
böhran  prosesləri,  dağılma  mənzərəsi  NATO  blokunda 
                                                 
1
 Парижская Хартия для новой Европы. 21 ноября. 1990 г. Париж. 
Действующее международное право. В трех томах. Том Первый. 
Составители проф. Ю.М. Колосов и проф. Э.С. Кривчикова. Москва. 
Издательство Московского независимого института международного 
права. 1996. səh.. 42-54. 

 
298 
 
genişlənmə  və  yenidən  strukturlaşma  üçün  zəmin  yaratdı. 
Digər tərəfdən, NATO-nun əzəli rəqibi olan Rusiya da 1990-cı 
illərin  əvvəlləri  üçün  iqtisadi  böhran  keçirirdi,  böyük  iqtisadi, 
hərbi  və  siyasi  potensialı  itirmişdi  və  ölkədə  yeni  bazar 
münasibətlərinə  keçid  prosesləri  ictimai,  siyasi  və  iqtisadi 
böhranları  ortaya  çıxarırdı.  Rusiyanın  itkisi  iki  istiqamətdə: 
daxili  və  xarici  olmaqla,  həm  regional,  həm  də  qlobal 
əhəmiyyət  kəsb  edirdi.  Belə  ki,  SSRİ-nin  parçalanması  daxili 
itki,  SSRİ-nin  sosialist  blokundan  çəkilməsi  isə  xaricdən  olan 
itkilər  idi.  Bu  dövrdə  artıq  Rusiya  üçün  Avropada  dayaqların 
itirilməsi  prosesləri  yaşanırdı.  Həmin  dövr  üçün  belə  bir  fikir 
mövcud  idi  ki,  XX  əsrin  90-cı  illərində  Avroatlantik  regionda 
təhlükəsizliyin  səviyyəsi  ötən  40  il  ərzindəki  vəziyyətə 
nisbətən  əhəmiyyətli  dərəcədə  artmışdı.  Hərbi  qarşıdurma 
təhlükəsi 
yoxa 
çıxmış 
və 
təhlükəsizliyin 
əməkdaşlıq 
çərçivəsində təmin olunması yanaşmaları meydana gəlmişdi.  
Bu fonda 1990-cı illərin başlanğıcında İttifaq özünün hərbi 
və  siyasi  cəhətdən  yenidən strukturlaşmasını qəbul etdi.  1990-
cı  ilin  iyul  ayında  yüksək  səviyyəli  görüşdə  qəbul  edilən 
“Şimali  Atlantika  İttifaqının  yenidən  qurulması  haqqında 
London bəyannaməsi” ilə üzv ölkələrin rəhbərləri NATO-nun 
təhlükəsizliyin  yeni  şərtlərinə  müvafiq  olaraq  adaptasiya 
(uyğunlaşma,  qəbul 
etmə)  olunması  barədə  özlərinin 
niyyətlərini  bildirdilər.  1991-ci  ilin  noyabrında  Şimali 
Atlantika  İttifaqının  Romada  keçirilən  yüksək  səviyyəli 
görüşündə  İttifaqın  Yeni  Strateji  Konsepsiyası  qəbul olundu. 
Bu  sənəddə  Şimali  Atlantika  İttifaqının  əsas  funksiyaları  və 
transatlantik  əlaqələrin  vacibliyi  bir  daha  təsdiq  olundu. 
Konsepsiyaya  əsasən,  təhlükəsizlik  siyasi,  iqtisadi,  sosial, 
ekoloji  və  müdafiə  sahəsində  müəyyən  olunurdu.  Burada 
həmçinin  struktur  və  institutsional  aspektlər  mühüm  rol 
oynayırdı.
1
  
                                                 
1
 Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине 
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110 
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 71. 

 
299 
 
Yeni  dövrün  ikinci  fazasının  xarakterik  xüsusiyyətləri 
ondan  ibarət  idi  ki,  yeni  dövlətlər,  -digər  sistemin  (sosialist 
sisteminin) 
nəzarətindən 
ayrılmış 
dövlətlər,- 
öz 
təhlükəsizliklərini  təmin  etmək  və  bu  istiqamətdə  siyasətlərini 
inteqrasiya  olunmuş  şəkildə  həyata  keçirmək  məqsədilə 
NATO-ya üz tutmağa başladılar. Yeni dövlətlərin potensialları, 
o  cümlədən  onların  coğ
ə

 
300 
 
-vahid  Avropanın  təhlükəzislik  sisteminin  formalaş-
dırlması; 
-yeni dövlətlər (üzv və tərəfdaş dövlətlər) hesabına qərarlar 
və məsləhətlər məkanının və obyektinin böyüməsi
-yeni  dövlətlər  hesabına  hərbi  və  siyasi  potensialın 
gücləndirilməsi
-əməkdaşlıq sahələrinin genişləndirilməsi
-böyük  miqyaslı  beynəlxalq  təhlükələrə  qarşı  gücün 
birləşdirilməsi; 
-Şərqdən  gələ  biləcək  təhdidlər  önündə  vahid  müdafiə 
potensialının gücləndirilməsi; 
-yeni iqtisadi məkanların və digər resursların əldə edilməsi 
imkanları; 
-təşkilat  daxilində  siyasətin  yeni  dövlətlər  hesabına 
gücləndirilməsi; 
-NATO-nun  yeni  tərəfdaşlarının  artması  və  əməkdaşlıq 
sferalarının böyüməsi
-Avropada  güclü  təhlükəsizlik  sistemini  yaratmaqla  digər 
regionlar  üçün  (Aralıq-Qara  dənizi  regionu  dövlətləri  üçün) 
müdafiə mərkəzinin formalaşdırılması; 
-Avratlantik məkanın iki güclü mərkəzinin (ABŞ-Kanada 
və Avropa olmaqla) formalaşması; 
-ABŞ təsirinin Avropada gücləndirilməsi
-ABŞ-ın  Avropanın  iqtisadi,  siyasi  və  hərbi  siyasətində 
yaxından iştirak etmək imkanları; 
-Strateji təyinatlı silahlara qarşı yeni müdafiə sistemlərinin 
(RƏM) təşkil edilməsi; 
-hərbi bazalar üçün yeni ölkələrin əldə olunması; 
-Avropanın  nüvə  silahlarından  bir  qədər  azad  olması 
(Qeyd: NATO 1991-ci ildə Avropada “soyuq müharibə” dövrü 
ilə  müqayisədə  substrateji  silahların  –orta  və  yaxın  məsafəli 
nüvə  silahlarının,  sayının  80  faizdən  çox  azaldılması  barədə 
qərarlar  qəbul  etdi.  1993-cü  ilə  qədər  bu  silahlar  azaldıldı. 
Bunun  nəticəsində  yer  üzərində  mövcud  olan  substrateji 

 
301 
 
silahlar  sistemi-nüvə  artileriyası,  “üst-üst”  və  “üst-hava” 
raketləri  də  daxil  olmaqla,  ləğv  olundu.  Eyni  zamanda 
substrateji  silahların  suüstü  gəmilər  üçün  sistemi  də  ləğv 
olundu. Substrateji qüvvələrin silahlarına aid olan bütün nüvə 
başlıqları  NATO-nun  silahlarından  tamamilə  çıxarıldı. 
Substrateji 
silahların 
ixtisarı 
ilə 
yanaşı, 
NATO-nun 
müttəfiqlərinin  əllərində  olan  strateji  silahların-5500  km.-dən 
uzaq  məsafəni  qət  edə  bilən  “kontinentlərarası”  silahların  və 
yaxın  və  orta  məsafəli  “ballistik”  raketlərin,  ixtisarı  ilə  bağlı 
siyasət  də  həyata  keçirildi.  Strateji  hücum  silahları  haqqında 
müqavilələrə  əsasən,  strateji  silahların  sayının  azaldılması 
nəzərdə tutulurdu).
1
  
-Rusiya ilə yeni münasibətlər formasının qazanılması; 
-SSRİ-nin 
çökməsi 
hesabına 
Rusiyanın 
Avropada 
dayaqlarının  zəifləməsi  və  Avropada  ABŞ  maraqları  üçün 
güclü rəqibin olmaması və s.  
SSRİ-nin  çökməsi  NATO  üçün  bir  tərəfdən  yeni  imkanlar 
sferası  qazandırmaqla  yanaşı,  digər  tərəfdən  də  məsuliyyəti 
artırdı.  NATO  həm  Avropa  regionunda,  həm  də  keçmiş  SSRİ 
məkanında təhlükəsizliyin təmin olunması və təhlükə və təhdid 
mənbələrinin  zərərsizləşdirilməsi  funksiyasını  öz  üzərinə 
götürməklə bir növ məsuliyyət sferasını gücləndirmiş oldu. 
 “Güc mərkəzləri” olan dövlətlərin siyasi qrupları arasında 
maraqların  təmini  uğrunda  rəqabət  mübarizəsi  davam 
etməkdədir. 
Dövlətlərin 
siyasi 
qruplaşmaları 
arasında 
maraqların toqquşması dedikdə,  dövlətlərin daxil olduqları iki 
və ya bir neçə siyasi qrupun dünyanın ayrı-ayrı regionlarına aid 
maraqlarının  təmini  uğrunda  öz  aralarında  həyata  keçirilən 
rəqabət  mübarizəsi  başa  düşülməlidir.  Məsələn,  Xəzər 
regionunda  Rusiya  və  bu  dövlətə  yaxın  siyasi  münasibətləri 
olan  İranla  Qərb  dövlətlərinin  siyasi  qruplaşmaları  arasında 
                                                 
1
 Справочник НАТО. Юбилейное издание к пятидесятой годовщине 
НАТО. Отдел информации и прессы. Брюссель 1988. NАТО-1110 
Brussels, Belgium 1998-1999 Second Reprint. səh. 162 

 
302 
 
daha çox iqtisadi mənfəət əldə etmək uğrunda siyasi mübarizə 
həyata  keçirilir.  Rusiya  və  İran  Cənubi  Qafqazda  Qərbin 
iştirakına qısqanclıqla yanaşırlar. Hal-hazırda Avropa və Asiya 
məkanında əsasən NATO-ya daxil olan dövlətlər, Rusiya, Çin, 
Hindistan,  İran,  Pakistan,  Yaponiya,  Cənubi  Koreya  kimi 
dövlətlərin  və  bu  dövlətlərin  siyasi  qrupları  (birlik,  ittifaq, 
təşkilat)  arasında  rəqabət  mübarizəsi  davam  etməkdədir. 
Rəqabət  əsasən  dünyanın  təbii  sərvətlərlə  zəngin  olan  və 
geosiyasi 
əhəmiyyət 
daşıyan 
regionlarında 
həyata 
keçməkdədir.  Dövlətlərin  siyasi  qrupları  arasında  rəqabət  öz 
miqyasına  görə  qlobal  və  regional  xüsusiyyətlərə  malik 
olduğundan siyasi  qruplara  daxil  olan  dövlətlərin maraqları da 
həm qlobal, həm də regional səviyyədə toqquşur.  
Maraqların  qlobal  səviyyədə  toqquşmaları-  “super  güc 
mərkəzi”  və  öz  potensialına  görə  bu  mərkəzə  yaxın  olan 
dövlətlərin  maraqları  regional  səviyyə  ilə  yanaşı  qlobal 
səviyyədə  də  toqquşur.  Qlobal  səviyyədə  o  dövlətlərin 
maraqları  toqquşur  ki,  həmin  dövlətlər  beynəlxalq  aləmdə 
dünyanın bütün və bir çox regionlarına aid xarici siyasət həyata 
keçirirlər.  Maraqları  qlobal  səviyyədə  toqquşan  dövlətlər 
sırasına  ABŞ,  Rusiya,  Çin,  Hindistanı,  təşkilatlar  kimi  isə 
Avropa  Birliyini,  NATO-nu  misal  göstərmək  olar.  Vaxtilə 
SSRİ və ABŞ dünyanın əksər regionlarına dair qlobal miqyaslı 
siyasət  yeridirdilər  və  bu  nöqteyi-nəzərdən  həmin  dövlətlərin 
maraqları  qlobal  miqyasda  toqquşurdu.  Bu  dövlətlərin 
rəhbərlik  etdikləri  Varşava  Müqaviləsi  Təşkilatı  və  NATO 
(Şimali  Atlantika  Müqaviləsi  Təşkilatı)  ittifaqı  siyasi  qrupları 
arsaında  maraqların  təmini  uğrunda  siyasi  mübarizə  kəskin 
formada  həyata  keçirdi.  Maraqların  qlobal  səviyyədə 
toqquşması  həmçinin  qlobal  əhəmiyyətli  sahələrdə,  məsələn, 
ümumbəşəri  təhlükələr  törədəcək  atom  silahı  və  kimyəvi-
bakterioloji silah istehsalı sahəsində, enerji sahəsində toqquşur. 
ABŞ-la  İran  arasında  İranın  gələcəkdə  atom  silahı  istehsal 
etmək siyasətinə qarşı siyasi mübarizə də öz əhəmiyyətinə görə 

 
303 
 
qlobal  xarakter  daşıyır.  Məhz,  həmin  mübarizə  qlobal 
əhəmiyyət  kəsb  edən  atom  silahı  istehsalı  sahəsində  həyata 
keçirilir.  Enerji  sahəsində  Rusiya,  İran,  Venesuela  ilə  ABŞ  və 
Avropa 
ölkələri 
arasında 
rəqabət 
mübarizəsi 
də 
öz 
əhəmiyyətinə görə qlobal xüsusiyyətlərə malikdir.  
Maraqların regional səviyyədə toqquşmaları- əks mövqedə 
dayanan  siyasi  qruplaşmalara  daxil  olan  dövlətlərin  maraqları 
qlobal  səviyyə  ilə  yanaşı,    regional  səviyyədə  də  toqquşur. 
Maraqların  regional  səviyyədə  toqquşması  dedikdə,    dünyanın 
konkret  olaraq  ayrı-ayrı  regionlarına  aid  dövlətlərin  iqtisadi, 
hərbi  və  siyasi  maraqlarının  üst-üstə  düşməməsi  başa 
düşülməlidir.  Məsələn,  ABŞ  –la  Çinin  maraqları  Cənubi  və 
Cənubi-Şərqi 
Asiya 
regionunda, 
Sakit 
okeanın 
bəzi 
regionlarında  toqquşur.  Məsələn,  Filippində  ABŞ  hərbi 
bazalarının  mövcudluğu  Çinin  region  maraqlarına  böyük 
zərbədir.    ABŞ-a  siyasi  mövqeyinə  görə  yaxın olan  Yaponiya, 
Cənubi  Koreyanın  da  maraqları  Çinin  alternativ  maraqları  ilə 
üst-üstə  düşmür.  ABŞ  və  onun  Avropadakı  müttəfiqlərinin 
iqtisadi,  siyasi  və  hərbi  maraqları  Avropa  regionunda 
Rusiyanın  alternativ  maraqları  ilə  toqquşur.  Eləcə  də,  Cənubi 
Qafqaz  regionunda,  ABŞ  və  Avropa  dövlətlərinin  siyasi 
qruplarına  birtərəfli  qaydada  inteqrasiya  yolunu  tutmuş 
Gürcüstanda  Rusiya  ilə  NATO-nun  maraqları  kəskin  şəkildə 
toqquşur.  Yaxın  Şərq  regionunda  İran  və  Suriyanın  maraqları 
ABŞ-ın  maraqları  ilə  toqquşur.  Mərkəzi  Asiya  regionunda 
Qərbə qarşı ümumi soyuq münasibətlərdə olan Rusiya, Çin və 
İran  Qərbin  bu  regiondakı  maraqlarını  qəbul  etmirlər  və 
ümumiyyətlə,  ABŞ-ın  həmin  regiona  təsirinin  artmasından 
ehtiyatlanaraq öz dövlətləri üçün təhlükə hesab edirlər.  
 

 
304 
 
“Güc 
mərkəzləri”nin 
beynəlxalq 
münasibətlərdə 
davranışları 
 
Hal-hazırda  dövlətlər  arasında  münasibətlər  beynəlxalq 
hüquq  normaları  ilə  tənzimlənir.  Hüquq  normaları  dövlətlərin 
beynəlxalq müstəvidə davranışlarını müəyyən edir. Dövlətlərin 
beynəlxalq 
münasibətlərdə 
davranışları 
dedikdə 
həmin 
dövlətlərin  (“güc  mərkəzləri”nin)  müvafiq  beynəlxalq  hüquq 
normalarına  pis  və  ya  yaxşı  formada  (burada  normalara  əməl 
etmək  forması  və  səviyyəsi)  əməl  etmələri,  dövlətlərin  bir-
biriləri  ilə  münasibətlərinin  səviyyələri  başa  düşülməlidir. 
Buradan dövlətlərin beynəlxalq münasibətlərdə davranışlarının 
pis  və  ya  yaxşı  formaları  əmələ  gəlir.  Əgər  hər  hansısa  bir 
dövlət  beynəlxalq  hüquq  normalarına  hörmətlə  yanaşaraq  ona 
əməl  edirsə,  digər  dövlətlərlə  dostluq  və  əməkdaşlıq  münasi-
bətləri  yaradırsa,  digər  dövlətin  ərazi  bütövlüyünə  hörmətlə 
yanaşırsa, işğalçılıq siyasətinə əl atmırsa, deməli,  həmin dövlət 
beynəlxalq münasibətlərdə xoş davranış siyasəti həyata keçirir. 
Bunun əksinə olaraq dövlət beynəlxalq hüquq normalarına zidd 
olaraq  başqa  bir  dövlətin  ərazisini  işğal  edirsə,  vətəndaşlarına 
qarşı  terror  aksiyaları  həyata  keçirirsə,  münaqişələr  yaratmağa 
çalışırsa,  dövlətin  ərazi  bütövlüyünə  şübhə  ilə  yanaşırsa,  öz 
ərazisində  yaşayan  başqa  dövlətin  vətəndaşlarının  hüquqlarını 
pozursa,  deməli,    həmin  dövlət  beynəlxalq  münasibətlərdə  pis 
davranış  siyasəti  həyata  keçirir.  Ümumiyyətlə,  böyük 
dövlətlərin  beynəlxalq  münasibətlərdə  yaxşı  davranışları 
onların  strateji  maraqlarının  təminatı  uğrunda  həyata 
keçirdikləri  siyasət  ilə  bəzi  hallarda  ziddiyyət  təşkil  edir. 
Məsələn,  Sovet  dövlətinin  II  Dünya  müharibəsindən  sonra 
Şərqi  Avropa  ölkələrinin  tam  müstəqil  yaşamalarına  imkan 
verməyərək  özündən  asılı  etməsi  bu  super  dövlətin  pis 
davranışına  gətirib  çıxarırdı.  Bununla  yanaşı,  SSRİ-nin 
Əfqanıstana qoşun  yeritməsi və bu dövləti işğal etməsi SSRİ-
nin pis davranış siyasətinin nəticəsi olmuşdur. Eləcə də ABŞ-ın 

 
305 
 
Vyetnama qoşun yeritməsi, Əfqanıstanı və İraqı işğal etməsi də 
bu dövlətin beynəlxalq münasibətlərdə pis davranışı deməkdir. 
İran  beynəlxalq  təşkilatların  qərarlarına  məhəl  qoymayaraq 
özünün  strateji  maraqları  naminə  atom  sənayesini  yaratmağa 
çalışır. Bəyan edir ki, onun məqsədi dinc xarakterlidir və atom 
enerjisindən  istifadə  üçündür.  ABŞ  isə  bu  siyasətin  əleyhinə 
çıxır.  
Beynəlxalq  münasibətlərdə  pis  davranış  siyasətini  əsasən 
güclü  olan  böyük  dövlətlər  kiçik  dövlətlərə  qarşı  həyata 
keçirirlər.  Böyük  dövlətlər  ya  birbaşa,  ya  da  digər  dövlətləri 
təhrik  etməklə  başqa  kiçik  dövlətlərə  qarşı  pis  rəftar  edirlər. 
Məsələn,  Rusiyanın  köməyi  ilə  Azərbaycan  torpaqlarının 
Ermənistan  tərəfindən  işğalı  Rusiyanın  Azərbaycana  qarşı  pis 
rəftar  etməsi  deməkdir.  Böyük  dövlətləri  arxasında  görən 
Ermənistan  Türkiyəyə  qarşı  da  pis  rəftar  edir.  Həmçinin 
Gürcüstanın  ərazilərinə  iddiası  vardır.  Eləcə  də  Gürcüstan 
ərazisində  Abxaziya  və  Cənubi  Osetiya  kimi  qeyri-qanuni 
qurumların  Rusiya  tərəfindən  dəstəklənməsi  Rusiyanın 
Gürcüstana qarşı pis rəftarı kimi qəbul edilməlidir. Bir dövlətin 
digər  dövlətə  qarşı  iqtisadi  təzyiqləri  də  pis  rəftar  kimi  qəbul 
edilməlidir.  İqtisadi  amillər  təsir  vasitələri  olsalar  da,  bu 
vasitələrin  istifadə  edilməsinin  özü  qeyri-etik  davranış  kimi 
başa  düşülməlidir.  Məsələn,  Rusiyanın  Avropaya  qarşı  enerji 
amilindən  təsir  vasitəsi  kimi  istifadə  etməsinin  özü  də  qeyri- 
etik  davranış  deməkdir.  ABŞ  Konqresinin  heç  bir  səbəb 
olmadan  Azərbaycana  yardıma  qadağa  qoyan  Azadlığa 
Müdafiə  Aktına  “907-ci  düzəliş”  etməsi  ABŞ-ın  qeyri  etik  və 
ayrı-seçkilik siyasəti kimi qəbul edilməlidir.  
Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   29




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin