AZƏrbaycan miLLİ elmlər akademiyasi a. Bakixanov adina tariX İnstitutu



Yüklə 4,04 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix21.04.2017
ölçüsü4,04 Mb.
#15202
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

NƏTĠCƏ 

 

On doqquzuncu yüzillik Azərbaycan xalqının tarixində, Vətənimizin sosial-



iqtisadi,  siyasi  və  mədəni  həyatında  son  dərəcə  ınühüm  dəyişikliklər  dövrü 

olmuşdur.  Ötən  əsrin  ilk  otuzilliyində  Azərbaycan  torpaqları  xarici  işğalçıların 

hücumlarına  məruz  qalmış,  torpaqlarımız  uzunmüddətli  dağıdıcı  müharibələr 

meydanına  çevrilmişdir.  Bu  müharibələrin  gedişində  ölkədə  çoxsaylı  insan  tələfatı 

olmuş, minlərlə ailə doğma yurd-yuvasından didərgin düşmüş, kənd və şəhərlərimiz 

xaraba qalmış, məhsuldar qüvvələrə  böyük zərər vurulmuşdur. Lakin xalqımız üçün 

bu tarixi dövrdə ən  böyük  itki  xarici  işğalçıların, ilk  növbədə  Rusiya  qəsbkarlarının 

zərbələri  altında  Azərbaycan  dövlətçiliyinin  məhv  edilməsi  və  bir  ölkənin,  vahid 

xalqın  torpaqlarının  Arazdan  şimala  və  cənuba  -  iki  yerə  parçalanması  oldu. 

Rusiyanın  I  Dövlət  dumasında  çıxışında  Gəncədən  seçilmiş  deputat  İsmayıl  xan 

Ziyadxanov  qeyd  edir  ki,  Rusiya  işğalından  keçən  yüz il  ərzində "biz  müsəlmanlar, 

həmişə əsir müamiləsi görmüş və bu sifətlə hər təqibata məruz qalaraq, hər cür haqq 

və  hüquqdan  faydalanmaz  kölə  vəziyyətinə  endirilmişik...  Ölkəmiz  istila  edilər-

edilməz, dərhal milli varlığımıza təcavüzə qalxışıldı". 

Hərbi-siyasi uğurlara baxmayaraq, çar hökuməti yaxşı başa  düşürdü ki, bu 

yeni  istila  olunmuş  müsəlman  şimal  diyarında  mövqeyi  kifayət  qədər  qeyri-sabitdir. 

Ona görə də bu yerlərdə özünə xristian dayağı yaratmaq, Arazın şimal və cənubunda 

yaşayan  eyni  xalqın  arasında  xristianlardan  ibarət  tikanlı  sanitar  kordonu  yaratmaq 

üçün  çar  hökumət  dairələri  İran  və  Türkiyə  ərazisində  yaşayan  erməniləri  kütləvi 

surətdə  Zaqafqaziya  hüdudlarına  köçürməyə,  rusları  və  almanları  Şimali 

Azərbaycanda məskunlaşdırmağa, müxtəlif bölgələrdə yerli əhalini xristianlaşdırmağa 


başladı.  Erməniləri  köçürməklə  çar  hökuməti  bir  tərəfdən,  onları  –  müharibələrin 

gedişində  Rusiyanın  xeyrinə  satqınlıq  edərək  təbəəsi  olduqları  dövlətlərə  xəyanət 

etmiş  bu  xristianları  İran  və  Türkiyə  dövlətlərinin  ədalətli  cəzalarından  yayındırır, 

digər tərəfdən isə Şimali Azərbaycanın müsəlman-türk əhalisi içərisində özünə xristian 

dayağı  yaradırdı.  XIX  əsrin  əvvəllərindən  etibarən İrəvan,  Naxçıvan,  Qarabağ  və  b. 

kimi  əzəli  Azərbaycan  torpaqlarında  erməniləri  məskunlaşdırmaqla  məhz  Rusiya 

dövlətinin əlilə Azərbaycanın bu günə qədərki bir çox itkilərinə zəmin yaradılmış, bu gün 

respublikamız qarşısında duran qlobal problemlərin bünövrəsi qoyulmuşdur. 

Feodal  pərakəndəliyinin  didib  parçaladığı  Şimali  Azərbaycanı  bütövlüklə 

Cənubi Qafqazı şah İranı və soltan Türkiyəsi ilə gərgin mübarizədə qəsb edə bilmiş çar 

Rusiyasının yaratdığı müstəmləkəçi rejim ilk gündən xalqın sosial təbəqələrinə güclü 

səbəb  olmuş,  Gəncədə,  Car-Balakəndə,  Şəkidə,  Qubada,  Zaqatalada,  Talışda, 

Şirvanda  və  b.  yerlərdə  işğalçı  müstəmləkəçilərə  qarşı  silahlı  üsyanlara,  həyəcanlara, 

qaçaq  hərəkatı  kimi  müxtəlif  müqavimət  aksiyalarına  gətirib  çıxarmışdır.  Müxtəlif 

səbəblər  üzündən  bu  çıxışlar  əsasən  məğlubiyyətlə  nəticələnsə  də,  Vətənimiz 

üzərində  rus  ağalığının  əsaslarını  laxlatmaq  baxımından  onların  tamamilə  nəticəsiz 

qaldıqlarını iddia etmək olmaz. 

Əgər çar Rusiyası Quzey Azərbaycanın hərbi-siyasi istilasını XIX əsrin ilk 

otuzilliyi  ərzində  başa  çatdıra  bilmişdisə,  bu  torpaqların  iqtisadi  cəhətdən 

mənimsənilməsinin  təşkili,  Azərbaycan  iqtisadiyyatının  Rusiyanın  iqtisadi 

mənafelərinin  xidmətinə  cəlb  olunması  prosesi  kifayət  qədər  uzun  müddət  çəkərək 

XIX  yüzilliyin  80-ci  illərinədək  davam  etmişdir.  Həmin  əsrdə  Azərbaycan 

iqtisadiyyatının xarakter və strukturunda köklü keyfiyyət dəyişiklikləri getmiş, yüz il 

ərzində feodal pərakəndəliyi şəraitində mövcud olan əsasən natural feodal təsərrüfatı 

tədricən öz yerini bazar münasibətlərinə, köklü iqtisadi ixtisaslaşmaya, genişmiqyaslı 

vahid daxili bazara  arxalanan,  min tellərlə Ümumrusiya  və  dünya bazarı ilə əlaqədar 

olan kapitalist iqtisadiyyatına vermişdir. 

Rusiya  işğallarından  sonra  yaradılan  nisbi  daxili  siyasi  sabitlik,  daxili  feodal 

sərhədlərinin  aradan  qaldırılması,  daxili  gömrüyün  ləğvi,  vahid  pul,  ölçü  və  çəki 

sistemlərinin  tətbiqi,  əmtəə-pul  münasibətlərinin  inkişafı  ənənəvi  təsərrüfat 

sahələrinin tədricən dirçəlməsinə və inkişafına gətirib çıxardı. Lakin ötən əsr ərzində 

iqtisadiyyatın  istər  kənd  təsərrüfatı,  istərsə  sənaye,  istərsə  də  ticarət-sənətkarlıq 

sahələrində bu inkişaf prosesi son dərəcə mürəkkəb və ziddiyyətli olmuşdur. 

Yerli  iqtisadiyyatın  özünəməxsusluğundan,  bu  müsəlman  ölkəsində 

mövcud  olan  mürəkkəb  sosial-iqtisadi  münasibətlər  sistemindən  zəif  baş  çıxardan, 

bəzi  məsələlərdən  isə  ümumiyyətlə  xəbərsiz  olan  müxtəlif  ranqlı  müstəmləkəçi 

məmurlar  ordusunun  təsərrüfat  və  mülahizələrinə  söykənən  Rusiya  hökumətinin 

Şimali  Azərbaycanla  uzun  müddət  sabit  sosial-iqtisadi  siyasət  xətti  olmamışdır.  Bu 

siyasət  tez-tez,  xüsusən  də  əsrin  yarısında  müxtəlif  kəskin  dönüşlərlə  əlamətdar 

olmuşdur.  30-cu  illərin  xalq  üsyanında  iştirakına  görə,  Azərbaycanın  imtiyazlı 

təbəqələrini  1841-ci  ildə  cəzalandırmaq,  həmçinin  həmin  təbəqələrin  torpaqları 


hesabına  xəzinə  mülklərini  genişləndirmək  istəyən  çar  hökuməti  kəskin 

müqavimətlə  rastlaşaraq geriyə çəkilməli, 1846-cı il 6 dekabr tarixli çar fərmanı və 

1847-ci  il  kəndli  "Əsasnamə"ləri  ilə  Şimali  Azərbaycanın  sosial  elitası  ilə  ittifaqa 

girməyə cəhd göstərməli olmuşdur. Bu qanunvericilik aktları ilə çar hökuməti nəinki 

tiyuldar bəylərin hüquqlarını mülkədarlarla eyniləşdirmiş, həmçinin xüsusi sahibkar 

kəndliləri  üzərində  bəylərin  geniş  hüquqlarını  təsbit  etmişdir.  Lakin  çarizmin 

Azərbaycan  kəndlilərini,  Rusiyada  olduğu  kimi,  torpağa  təhkim  etmək  cəhdi  uğur 

qazanmamışdır. Çar mütləqiyyəti özünün feodal-təhkimçilik mahiyyətinə nə qədər 

sadiq olsa da, feodal idarəçilik üsullarını nə qədər qısqanclıqla qorusa da, beynəlxalq 

sahədə  uğursuzluqların  ağırlığı  və  ölkənin  daxilində  yetişən  yeni  sosial-sinfi 

qüvvələrin təzyiqi ilə güzəştə getməyə məcbur oldu və Avropadakı quberniyalarının 

ardınca  ucqarlarda,  о  cümlədən  1870-1877-ci  illərdə  Şimali  Azərbaycanda  da 

kəndli  islahatları  keçirtdi.  Hələ  1864-1866-cı  illərdə  kəndlilər  üzərində  torpaq 

sahibkarlarının  polis-məhkəmə  hüquqlarını  ləğv  edən,  məhdud  hüquqlu  kənd 

özünüidarələrini  yaratmağa  məcbur  olan  çar  hökuməti  14  may  1870-ci  il  tarixli 

"Kəndli  əsasnaməsi"  ilə  Zaqafqaziyanın  bütün  müsəlman  bölgələrində  sahibkar 

torpaqlarında yaşayan kəndlilərə öz pay torpaqlarını satın alıb özəlləşdirmək, torpaq 

sahibkarlarına  çevrilmək  hüququ  verməli  oldu.  Bu  islahat  nə  qədər  böyük 

məhdudiyyətlərlə  keçirilsə  də,  hər  halda  Azərbaycan  kəndində  kapitalist 

münasibətlərinin  inkişafı  üçün  əlverişli  zəmin  yaratdı,  kənddə  əmtəə-kapitalist 

münasibətlərinin  inkişafına  təkan  verdi.  Azərbaycan  kəndlilərinin  təxminən  65-70 

faizini  təşkil  edən  xəzinə  (dövlət)  kəndlilərinin  torpaqdan  istifadəsi  sahəsində  isə 

çar hökuməti bəzi xırda dəyişikliklərdən başqa heç nə etmədi. 

Ölkənin,  Rusiya  və  dünya  bazarlarının  tələbatı  ötən  əsrdə  Şimali 

Azərbaycanda  bir  sıra  sənaye  sahələrinin  meydana  çıxıb  formalaşmasına  səbəb 

oldu.  XIX  əsrin  sonlarında  dünyanın  neft  mərkəzlərinə  çevrilmiş  Şimali 

Azərbaycanda  neft  sənayesi  ilə  yanaşı,  metal  emalı,  kimya,  yüngül,  şərabçılıq  və 

araqçəkmə  və  s.  sənaye  sahələri  iqtisadiyyatda  mühüm  yer  tuturdu.  Sənayenin 

müxtəlif  sahələrində istehsalın ilkin, sadə formalarından ali inhisar birliklərinədək 

müxtəlif  təsərrüfatçılıq  formaları  təşəkkül  tapmışdır.  Bir  sıra  sənaye  sahələrində 

(neft  hasilatı  və  emalı,  toxuculuq,  yeyinti,  gəmiçilik)  milli  burju8aziyanın 

nümayəndələri  mühüm  rol  oynayırdı.  Ancaq  bütünlüklə  kənd  təsərrüfatı  kimi, 

Şimali  Azərbaycan  sənayesi  də  müstəmləkə  xarakteri  daşıyıb,  Rusiya 

iqtisadiyyatına xammal və məmulatlarla təchiz etməyə yönəldilmişdir. 

XIX əsrdə Şimali Azərbaycanda ticarət geniş intişar tapmış, həftəbazarları 

şəbəkəsi genişlənmiş, Rusiya, İran, Türkiyə və Avropa bazarları ilə ticarət əlaqələri 

xeyli  güclənmişdir.  Ticarət  kapitalında  yerli  azərbaycanlı  tacirlər  kifayət  qədər 

sanballı, xüsusi çəkiyə malik idilər. 

Ötən  yüzilliklərdə  Rusiyadan,  Avropa  ölkələrindən  Şimali  Azərbaycan 

bazarlarına  yol  açan  ucuz  sənaye  malları  bir  sıra  sənətkarlıq  sahəsinə  mənfi  təsir 

göstərsə  də,  dövrünü  keçirmiş  bəzi  sənət  sahələri  (xalçaçılıq,  ipəkçiliyin  bəzi 


sahələri  və  s.)  öz  mövqelərini  qoruyub  saxlaya  bilmiş,  sənətkarlarımızın  bir  sıra 

məhsulları daha geniş bazarlara yol açmışdır. 

XIX  əsrdə  Şimali  Azərbaycanda  inzibati  idarəçilik  sitemi  də  mürəkkəb 

inkişaf  yolu  keçmişdir.  Rusiya  işğalının  gedişi  və  ondan  dərhal  sonra  formalaşan 

komendant idarəçilik üsulu, 30-cu illərin sonunda iflasa uğradıqdan sonra – 1841-

ci  ildən  başlayaraq  çarizm  Azərbaycanda  da  Ümumrusiya  inzibati-ərazi 

idarəçiliyini tətbiq etməyə başlamışdır. 

Həmin yüzillikdə ticarət münasibətlərinin inkişafı Azərbaycanda dövlət və 

qeyri-dövlət kredit müəssisələri (Rusiya bankları və bankir evlərinin şöbələri kredit 

cəmiyyətləri,  kiçik  kredit  və  ssuda-əmanət  şirkətləri  və  i.a.)  ilə  təmsil  olunan 

maliyyə-bank  sisteminin  tədricən  formalaşmasına  şəraiot  yaradırdı.  İri  kredit 

müəssisələri Bakı ilə yanaşı, Gəncə, Nuxa, Şuşa və Culfa şəhərlərində, kiçik kredit 

müəssisələri isə əsasən kənd yerlərində cəmləşmişdi. 

1844-cü  ildə  Bakıda  qarşılıqlı  kredit  cəmiyyətlərinin  və  dövlət  bankı 

şöbəsinin  yaradılması  Azərbaycanda  kapitalist  kredit  sisteminin  bünövrəsini 

qoydu.  Sonralar  burada  Rusiya  kommersiya  və  ipoteka  banklarının,  Rusiya-İran 

uçot-ssuda  bankının,  yerli  kredit  banklarının  şöbələri  açıldı.  Sənaye  böhranı 

ərəfəsində Bakıda 10-dan artıq kredit müəssisələri fəaliyyət göstərirdi. 

Xəzinə  müəssisələri  iqtisadiyyata  kredit  buraxılmasında  xeyli  passiv  rol 

oynayırdı. Onlar, ən yaxşı halda, ən sadə bank əməliyyatlarının yerinə yetirilməsi 

ilə məşğulı olurdular. Buna da ancaqü 1897-ci ildən icazə verilmişdir. 

Azərbaycandakı  bank  müəssisələrinin  əməliyyatları,  başlıca  olaraq, 

veksellərin  uçotu,  mal  və  nəqliyyat  sənədlərinin  girovu  əvəzinə  kredit 

verilməsindən  ibarət  i9di.  Özü  də  əməliyyatların  son  növü  getdikcə  daha  geniş 

miqyas alırdı. 

Bunlarla  yanaşı,  XIX  əsrdə  Azərbaycanda  ipoteka  krediti  də  inkişaf 

etmişdi.  Azərbaycanda  fəaliyyət  göstərən  dövlət  səhmdar  bankları  kənd  və  şəhər 

əmlakının girova götürülməsi əvəzində uzunmüddətli ssudalar verməyə başlamışdı. 

Lakin  bol  ssudalardan  ancaq  əhalinin  varlı  təbəqələri  belə  imkandan  məhrum 

idilər. Azərbaycanda sisəsi Tiflis zadəgan bankı idi. 

Bazar münasibətləri möhkəmləndikcə və iqtisadiyyat inkişaf etdikcə bank 

müəssisələri  ödənc  əməliyyatlarında  adi  vasitəçidən  bilavasitə  kapitalist 

təsərrüfatını 

maliyyələçşdirmə 

mərkəzinə 

çevrilirdi. 

      Bütövlükdə  isə  ölkə  iqtisadiyyatının  birtərəfli  inkişafı  nəticəsində  banklar  və 

digər kredit müəssisələri təsərrüfatının bütün sahələri öz əməliyyatları ilə əhatə edə 

bilməmişdi.  Hətta  sənayeyə  kredit  verilməsi  işini  özü  də  birbaşa  sənaye 

investisiyaları səviyyəsinə qalxmağa qadir deyildi. 

XIX  əsrdə  ölkənin  iqtisadi-siyasi  həyatında  şəhərlərin  roplu  xeyli  artdı. 

Yüzilliyin  ikinci  yarısında  şəhərlərdə  ölkə  əhalisinin  12-13  faizi  cəmləşmişdi. 

Şəhər  sakinlərinin  sürətlə  çoxalması  təbii  artım  amili  ilə  yanaşı,  sənayenin  və 

bütövlükdə şəhər təsərrüfatının inkişafı nəticəsində kənd əhalisinin şəhərlərə günü-



gündən  güclənən  miqrasiyası  ilə  şərtlənirdi.  Təsadüfi  deyildir  ki,  bu  dövrdə  ən 

yüksək demoqrafik göstəricilər məhz böyük süənaye potensialına və demək, əmək 

qabiliyyətli kənd sakinlərinin işlə təmin olunması üçün daha geniş imkanlara malik 

olan  iri  şəhərlərdə,  ilk  növbədə  Bakı  və  Gəncədə  müşahidə  olunurdu.  Şimali 

Azərbaycanda  şəhər  əhalisinin  artımı  bütövlükdə  ölkə  əhalisinin  artımını  xeyli 

qaqbaqlayırdı. 

Kənardan  gəlmiş  ümumi  kütləsi  içərisində  müxtəlif  qəzalardan  şəhərlərə 

axışan mövsümi fəhlələrin xüsusi çəkisi daha yüksək idi. Qeyd etmək kifayətdir ki, 

1880-ci ildə onların sayı 30-35 min nəfərə çatırdı. 1897-ci ilin məlumatlarına görə, 

Şimali  Azərbaycanın  şəhər  əhalisinin  yarısından  çoxunu  Cənubi  Azərbaycan, 

Rusiya, Dağısatan və Qərbi Azərbaycandan gələnlər təşkil edirdilər. 

Şəhər  əhalisinin  əksər  hissəsini  yerli  sakinlər  –  azərbaycanlılar  təşkil 

edirdi. Bununla yanaşı, kapitalist təsərrüfatının inkişafı ona gətiribn çıxardı ki, bu 

dövrə şəhər əhalisinin çoxmillətliliyi üçün şərait yarandı. 

Kapitalist  münasibətlərinin  inkişafı  şəhər  əhalisinin  sosdial  tərkibinə  də 

ciddi  təsir  göstərirdi.  Bu,  ilk  növbədə  özünü  hələlik  kənd  təsərrüfatı  əməyindən 

tamamilə  üzülüşməmiş  adamlarla,  sənətkarlıq  və  ticarətlə  məşğul  olanlar  və 

müstəsna  şəkildə  öz  iş  qüvvəsini  nisbətən  tədricən  dəyişməsində  göstərirdi. 

Sonuncu  hal  isə,  öz  növbəsində,  şəhərlərin  əvvəlki  aqrar  simasının  itirildiyinə 

dəlalət  edirdi.  Sənaye  və  ticarət  burjuaziyasının,  xüsusən  də  xırda  burjuaziyanın 

xüsusi  çəkisinin  də  nisbətən  artmaıs  faktı  da  bunu  sübut  edirdi.  Şəhər  xırda 

burjuaziyanın  sıraları  aqrar  məşğulliyət  növlərindən  tamamilə  əl  çəkmiş  adamlar 

hesabına  da  genişlənirdi.  Şəhər  əhalisinin  azsaylı  təbəqələri  bəylər,  ruhanilər  və 

ziyalılarla təmsil olunmuşdu. 

Kapitalizmin  inkişafı  şəhərlərin  ixtisaslaşmasının  dərinləşməsinə  də  təsir 

edirdi.  XIX  əsrin  II  yarısında  Bakı  tədricən  təkcə  öləknin  mühüm  sənaye 

mərkəzinə  deyil,  həmçinin  ən  iri  ticarət  qovşaqlarından,  maliyyə-ticarət 

mərkəzlərindən  birinə  çevrilmişdi.  Gəncə,  Nuxa,  Şuşa,  Quba,  Lənkəran  kimi 

şəhərlərdə ticarət və sənətkarlıqla yanaşı, sənaye də inkişaf edirdi. Bu dövrdə şəhər 

ticarət-sənaye  müəssisələrinin  sayı  bütövlüklə  xeyli  artaraq  1900-cü  ildə  10000-ə 

çatmış, bunların da çox hissəsi Bakıda cəmləşmişdi. 

Əvvəllərdə  olduğu  kimi,  şəhərlərin  büdcəsində  başlıca  xərcləri  müxtəlif 

dövlət  müəssisələrini,  polisi,  ordunu  və  i.a.  saxlanılmasına  sərf  olunan  xərclər 

(bunlar  məcburi  məxaric  maddələrinə  aid  idi)  təşkil  edirdi.  Şəhərlərin 

abadlaşdırılması  və  genişləndirilməsi  ilə  bağlı  olan  ―qeyri-məcburi‖  xərclər 

adlanan  maddələr  şəhər  büdcələrinin  kifayət  qədər  kiçik  məxaric  hissəsi  idi. 

Mədəniyyət  və  maarifə  daha  az  vəsait  ayrılırdı.  Şəhər  əhlaisinin  tərkibində 

savadsızların xüsusi çəkisinin də böyük olması bunun nəticəsi idi. Bunlarla yanaşı, 

şəhərlər  öz  memarlıq  simasını  dəyişir,  burada  üç-dörd  mərtəbəli  monumental 

binalar,  məscidlər,  poçt-teleqraf  obyektləri  tikilir,  parklar,  bağlar  salınır, 

yaşıllaşdırma,  küçələrin  işıqlandırılmaıs  və  döşənməsi  üzrə  işlər  aparılırdı.  Şəhər 


nəqliyyatına xeyli az olsda da, fikir verilirdi. Qeyd etmək kifayətdir ki, bakıda ilk 

konka  ancaq  1879-cu  ildə  işə  salınmışdı.  Şəhər  idarələri  şəhərlərin  sanitariya 

vəziyyətinə də lazımi fikir vermirdilər. 

XIX əsrin ortalarında və ikinci yarısının başlanğıcında baş verən sosial-sinfi 

proseslər ölkənin sinfi simasında mühüm dəyişikliklərə səbəb oldu. Yüzilliyin ikinci 

yarısında  Şimali  Azərbaycanda  milli  burjuaziya  formalaşdı,  çoxminli,  çoxmillətli 

fəhlə  sinfi  təşəkkül  tapdı.  Azərbaycan  millətinin  təşəkkülü  keyfiyyətcə  yeni 

mərhələyə  qədəm  qoydu.  Məhz  bu  dövrdə  baş  vermiş  proseslər  XX  yüzilliyin 

əvvəllərində  milli  şüurun  oyanışı  və  inkişafı  üçün  zəmin  hazırladı.  Ötən  əsrin  son 

otuzilliyində yeni sinfi qüvvələrin öz mənafeləri uğrunda mübarizəsi meydana çıxaraq 

tədricən genişlənir, mövcud quruluşa qarşı müxtəlif müxalifət mövqelərində dayanan 

qrup,  təşkilat,  mətbu  orqanları,  siyasi  cərəyanlar,  hərəkatlar  tarix  səhnəsinə  atılırdı. 

Bu çox müxtəlif istiqamətli dərnəklər, qruplar, cərəyanlar və s. hələlik ilkin təşəkkül 

tapma dövrünü yaşayır, çox məhdud olub kütlələr arasında geniş sosial dayağa malik 

deyildi. 

Bakıda və digər bölgələrdə ilk fəhlə çıxışlarının fonunda həmin yüzilliyin II 

yarısında da kəndli hərəkatı böyük vüsət almış, kəndli çıxışlarının müxtəlif formaları, 

о  cümlədən  passiv  kəndli  müqaviməti  ilə  yanaşı,  açıq  silahlı  çıxışlar,  xüsusən  də 

qaçaqçılıq geniş yayılmışdır. 

XIX  əsr  bütövlükdə  Azərbaycan  mədəniyyətinin  inkişafında  çox  mühüm 

mərhələ  olmuşdur.  Çarizmin  bütün  müstəmləkəçilik  siyasətində  milli  şüurun 

inkişafının  qabağını  almaq  cidd-cəhdlərinə  baxmayaraq,  Şimali  Azərbaycanda 

dünyəvi  məktəb  sistemi  formalaşmış.  Azərbaycan  milləti  Rusiya  və  Avropa 

mədəniyyətinin  tıvhələrindən  bəhrələnməyə  başlamış,  özləri  də  dünya  elm  və 

mədəniyyətinə Mirzə Cəfər Topçubaşov və Mirzə Kazım bəy, Seyid Əzim Şirvani 

və  Mirzə  Ələkbər  Sabir  kimi  dühalar  bəxş  etmişdilər.  Azəörbaycanda  o  zamanın 

meyarları  baxımından  dünya  standartlarına  müvafiq  elm  sahələri  meydana  çıxıb 

formalaşırdı. 

Beləliklə, XIX yüzilliyik xalqımımzın tarixində bir tərəfdən, müstəmləkə 

əsarəti  dövrü,  digər  tərəfdən  isə  cəmiyətimizin  həyatında  baş  verən  dərin  sosial-

iqtisadi və siyasi-mədəni proseslər şağdaş yüzilliyin başlanğıcında milli şüurun və 

milli  hərəkatın  Azərbaycan  Xalq  Cümhuriyyəti  zirvəsi  ilə  başa  çatan  yeni 

yüksəlişinə zəmin hazırlanması dövrü olmuşdur. 

 

 



 

 

 

 

 

 

XRONOLOJĠ CƏDVƏL 

 

1801, (əvvəli) –    İran-İngiltərə müqviləsi 



1801,  12  sentyabr  –        Kartli-Kaxetiya  çarlığının  Rusiyaya  birləşdirilməsi 

haqqında çar manifesti 



1802, 26 dekabr –    Georgiyevski müqaviləsi 

1803, mart  -    Car-Balakənin Rusiya tərəfindən işğalı 

1804, 4 iyun  -     Gəncəninj Rusiya tərəfindən işğalı 

1804, 10 iyul  -    Rusiya ilə İran arasında diplomatik əlaqələrin kəsilməsi 

1804, iyul –       Rusiya-İran müharibəsinin başlanması 

1805, 14 may –       Qarabağ xanlığı ilə Rusiya arasında Kürəkçay müqaviləsi 

1805, 27 dekabr –     Şirvan xanlığı ilə Rusiya arasında müqavilə 

1806, 8 fevral  -    Sisianovun Bakıda öldürülməsi 

1806, iyun –    İbrahimxəlil xanın Xankəndində Lisanoviç tərəfindən öldürülməsi 

1806, iyun –    Rus qoşunlarının Şəki xanlığından qovulması  

1806, 22 iyun –    Rus qoşunları tərəfindən Dərbəndin tutulması 

1806, sentyabr –    Bakı və Quba xanlıqlarının Rusiyaya tabe edilməsi 

1806, 22 oktyabr –    Şəki xanlığında döyüş 

1806, oktyabr –     Şəki xanlığının işğaalı 

1806, dekabr      Rusiya-Türkiyə müharibəsinin başlanması 

1807, 4 may –    Fransa-İran müqaviləsi 

1809    -   İngiltərə-İran müqaviləsi 

1810    -   Bakının İçərişəhərində ilk müntəzəm tikinti rayonunun meydana gəlməsi  

1810, 15 iyun  -      Mehrinin ruslar tərəfindən işğalı 

1810, avqust –    İranla-Türkiyə arasında Rusiyaya qarşı mübarizəsi  

 

 

1812, 14 mart   -     İngiltərə-İran müqaviləsi 



1812, 16 may  -     Buxarest  sülhü 

1812, 8 iyul  -     İngiltərə-Rusiya müqaviləsi 

1812, iyul -     Fransa-Rusiya müharibəsi 

1812, 20 sentyabr-10 oktyabr -     Aslandüz danışıqları

1812, 21 dekabr  -      Kotlyarevskinin Lənkəran xanlığına soxulması  

1812, 21 dekabr -      İraqın qoşunlarının darmadağın   edilməsi 

1813, 27 sentyabr -      Sülh danışıqlarının başlanması. 

1813, 12 oktyabr -      Gülüstan sülhü 

1814, 25 noyabr -      İngiltərə-İran müqaviləsi 

1818       -      Ağalar haqqında ―Əsasnamə‖ 

1819       - 

Nuxada komendant üsulunun təsisi 



1820      -   Şirvanda komendant üsulunun təsis 

 1822       -   Qarabağ xanlığında komendant    üsulunun üsulu 



1823      -     İran-Türkiyə müqaviləsi 

1824      -    Şuşada hərbi dairə rəisi dəftərxanasının təsis edilməsi 

1824     -        Şamaxının yenidən bərpası 

1826        -     Lənkəranda komendant üsulunun təsisi 

1826, 19 iyul  -     Abbas Mirzənin Şimali Azərbaycana hücumu 

1826, 27 iyul -    Gəncə üsyanı 

1826, 3 sentyabr  

 -    Şamxor döyüşü 



1826, 4 sentyabr -    Gəncənin yenidən işğalı 

1826,13 sentyabr 

 Gəncə döyüşü 

1826,9 dekabr    -    Nuxanın yenidən tutulması 

1826, 26 dekabr -   Rus qoşunların Cənubi Azərbaycana soxulması 

1827, aprel -    Rusların cənub istiqamətindən  yeni hücumları 

1827, 26 may  - Naxçıvanın tutulması 

1827,5 iyun  - Cavanbulaq döyüşü 

1827, 7 iyul   - Abbasabadın tutulması 

1827, 20 sentyabr  -  Sərdarabadın süqutu 

1827, 26 sentyabr   -  İrəvanın mühasirəsinin başlanması 

Yüklə 4,04 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin