§ 4. BƏDĠĠ ƏDƏBĠYYAT. FOLKLOR
XIX yüzilliyin ikinci yarısı Azərbaycan ədəbiyyatının tam yeni ideya-
estetik istiqamətdə inkişafı, böyük nailiyyətlər qazanması dünya ədəbiyyatı
sisteminə daxil olması dövrüdür. 50-ci illərin əvvəllərindən Azərbaycanda
maarifçilik ideologiyası əsaslarının qoyulması, Azərbaycan-Qərbi Avropa və rus
ədəbi əlaqələrinin qüvvətlənməsi bədii ədəbiyyatın qarşısına yeni tələblər, vəzifələr
qoymuş, onun real gerçəkliklə əlaqəsini olduqca qüvvətləndirmiş, onda yeni ədəbi-
estetik prinsiplərin, növ və janrların inkişaf tapmasına səbəb olmuşdu. Bu dövr
Azərbaycan ədəbiyyatının mühüm nailiyyətləri, yeni yaradıcılıq metodunun -
realizmin bir ədəbi metod kimi formalaşması və ədəbi prosesdə hakim mövqe
tutması ilə bağlı olmuşdur.
Qərbi Avropa və rus ədəbiyyatında olduğu kimi, XIX yüzilliyin ikinci
yarısında Azərbaycan ədəbiyyatında yeni realist sənət prinsiplərinin təşəkkülünü
şərtləndirən başlıca amil maarifçilik ideologiyası və bu ideologiyanın insan və onu
əhatə edən mühit, ailə və sosial münasibətlər haqqında tam yeni konsepsiya irəli
sürməsi ilə üzvi surətdə bağlı olmuşdu.
Bu
konsepsiyanın
mahiyyətinin, insan şüurunun, xarakterinin,
psixologiyasının, mənəvi aləminin formalaşmasında mühit, ailə
VƏ
ictimai
münasibətlər əsas həlledici rol oynayır, insan bilavasitə mühitin məhsuludur fikri
üstünlük təşkil edirdi.
Azərbaycan ədəbiyyatında maarifçilik ideologiyası əsasında yeni ədəbi-
estetik prinsiplər ilk növbədə komediya janrında öz həllini tapmışdır. Bu dövrdə
Azərbaycan dramaturgiyasının əsasları qoyulmuş və o, əlamətdar bir inkişaf yolu
keçərək ədəbi prosesdə əsas, həlledici bir mövqe tutmuşdur.
Azərbaycan ədəbiyyatında, ümumiyyətlə müsəlman, türk dünyasında
dramaturgiyanın banisi M.F.Axundovdur. Hələ gənc yaşlarında bir şair kimi bədii
yaradıcılığa başlayan Mirzə Fətəli keçən əsrin 50-ci illərində bir-birinin ardınca
"Hekayəti-Molla İbrahimxəlil kimyagər" (1850), "Hekayəti-Müsyö Jordan həkimi
nəbatat və dərviş Məstəli şah caduküni məşhur" (1850), "Hekayəti-xırs
quldurbasan" (1851), "Sərgüzəşti-vəziri-xani-Lənkəran" (1851), "Sərgüzəşti-
mərdi-xəsis" ("Hacı Qara") (1852) və "Mürafiə vəkillərinin hekayəti" (1855) adlı
komediyaları ilə Azərbaycan ədəbiyyatında dramaturgiyanın bünövrəsini qoymuş
və yalnız Azərbaycanda deyil, ümumən Yaxın Şərq ölkələrində ilk dramaturq kimi
böyük şöhrət qazanmışdır. M.F.Axundovun altı ölməz komediyası ilə milli
ədəbiyyatımızda realizmin əsasları qoyulmuşdur.
Qərbi Avropa və rus dramaturqları kimi, M.F.Axundov da maarifçilik
ideyalarının yayılması üçün dramı münasib və dəyərli ideoloji mübarizə vasitəsi
saymış və bir maarifçi kimi, qızğın ədəbi-ictimai fəaliyyətə başlayarkən, ilk
növbədə komediya janrına müraciət etmiş, ədəbi-tənqidi məqalələrində də dram
əsərlərinin təbliğinə xüsusi diqqət yetirmişdir.
M.F.Axundov komediyaların bədii materiallarını, mövzusunu real
həyatdan almışdı. O, komediyalarında XIX əsrin 30-50-ci illər-arası Azərbaycan
həyatının dərin, hərtərəfli və həqiqi təsvirini vermiş, öz dövrünün aktual
məsələlərinə toxunmuşdu. Mirzə Fətəli əsərlərində feodal cəmiyyətinin əsas
nöqsanları və ziddiyyətləri açıq göstərilmiş, nadanlıq, gerilik, dini, fanatizm, zülm,
özbaşınalıq, qanunsuzluq və rüşvətxorluq əleyhinə çıxaraq, maarifı, elmi, iqtisadi-
mədəni tərəqqi ideyalarını qızğın təbliğ etmişdir.
M.F.Axundov komediyalarında Azərbaycan cəmiyyətinin əsas təbəqə və
zümrələrinin məişətini, həyat tərzini, istək və arzularını, dərd və ələmlərini,
psixoloji, sosial xüsusiyyətlərini, ictimai əlaqələrini, cəmiyyətdə tutduğu
mövqeyini dərin və hərtərəfli təsvir etmiş, həmin təbəqələrin nümayəndələrinin
dolğun realist surətlərini yaratmışdır. Böyük yazıçının yaratdığı surətlər aləmində
mənfi "qəhrəman"ları xüsusi əhəmiyyət kəsb edir. Bu surətlərdə dramaturq hakim
imtiyazlı təbəqələrin səciyyəvi sifətlərini ümumiləşdirmiş və onların dolğun satirik
surətlərini yaratmağa müvəffəq olmuşdur. Məsələn, "Hekayəti-Molla İbrahimxəlil
kimyagər" komediyasında, Molla İbrahimxəlil, "Müsyö Jordan və Dərviş Məstəli
şah" komediyasında Məstəli şah surətində o, tüfeyli həyat surən, xalqın şüurunun
oyanmasına, mədəni inkişafına ciddi əngəl törədən ictimai zümrələri kəskin tənqid
atəşinə tutmuşdur. Bu surətlər vasitəsilə Axundov həm də sxolastik elmlərin
puçluğunu açıb göstərir, bütövlükdə dini-feodal təfəkkür tərzi əleyhinə çıxırdı.
"Vəziri-xani-Lənkəran" komediyasında xan və vəzir surətlərində feodal
hakimlərinin səciyyəvi sifətləri ümumiləşdirilmişdir.
Əsərdə onlar nadan, səfeh, zalım, ədalətsiz hakimlər kimi təqdim I və ifşa
olunmuşdur. "Hacı Qara" komediyasının mənfi qəhrəmanı olan Heydər bəy
surətində M.F.Axundov XIX yüzilliyin ortalarında iflasa uğramış Azərbaycan
mülkədarlarının tipik surətini yaratmışdır. Hacı Qara surətində isə bu dövr
Azərbaycan tacirlərinin özünəxas mənəvi sifətləri ümumiləşdirilmiş, Hacı Qara
xəsislik tamahkarlıq, acgözlük timsalı kimi qələmə alınmışdır. "Mürafiə vəkilləri"
komediyasında isə vəkil Ağa Mərdan surəti timsalında məhkəmə məmurlarının
satirik bədii surəti yaradılmışdır.
M.F.Axundov komediyalarında özünün mütərəqqi görüşlərini ifadə etmiş
bir maarifçi kimi, müasirlərini, xüsusilə gəncləri dünyəvi elmlərin mütərəqqi
Avropa mədəniyyətinin nailiyyətlərinə yiyələnməyə çağırmış, insan zəkasına
yüksək qiymət vermiş, şəxsiyyət azadlığı uğranda fəal mübarizə aparmışdır. Bütün
maarifçilər kimi, onun da yaradıcılığında zəhmət mövzusu, ictimai-faydalı əməyin
təbliği mühüm yer tutur.
M.F.Axundov mütərəqqi görüş və fikirlərini dram əsərlərində yaratdığı
müsbət obrazlarda əks etdirmişdir. Onun ilk komediyasının müsbət qəhrəmanı şair
Hacı Nuru milli ədəbi ədəbiyyatımızda maarifçi görüşləri təbliğ edən ilk ziyalı
surətidir. Axundov şairin dili ilə "hər kəsin öz sənəti özünə iksirdir və xoş güzarına
baisdir", - deməklə ictimai-faydalı əməyi təqdir edirdi. "Müsyö Jordan və dərviş
Məstəli şah" komediyasında nəbatat alimi Müsyö Jordan surəti elm, maarif, tərəqqi
simvolu kimi təqdim olunur. Həmin komediyanın gənc qəhrəmanı Şahbaz bəy
surəti vasitəsi ilə Axundov Azərbaycan gəncliyini elmə, maarifə, Avropa
mədəniyyətinin mütərəqqi ideyalarına yiyələnməyə çağırırdı. Onun "Vəziri-xani-
Lənkəran" komediyasında gənc kəndli Bayram surətində Azərbaycan xalqının bir
sıra müsbət keyfiyyətləri ümumiləşdirilmişdir və s.
M.F.Axundov komediyalannda öz ağıl və düşüncə tərzi, xarakteri, ictimai
mənsubiyyəti baxımından bir-birindən kəskin surətdə fərqlənən bütöv bir silsilə
orijinal qadın surətləri – Şəhrəbanu xanım, Şərəfnisə xanım, Ziba xanım, Şölə
xanım, Nisə xanım, Pərzad, Zalxa, Tükəz və Səkinə xanım surətlərini yaratmışdır.
Onların arasında həm avam, müti, aciz, həm öz şəxsi səadəti, gələcək taleyi
uğrunda fəal mübarizə aparan ağıllı, tədbirli, gözüaçıq, həm də hiyləgər, ikiüzlü
qadın surətləri vardır. XIX yüzilliyin son rübündə Azərbaycan dramaturgiyasında
xüsusi bir canlanma baş verir, əsaslı, bir dönüş yaranır, böyük müvəffəqiyyətlər
əldə edilir. Bu illərdə N.Vəzirov qızğın dramaturji fəaliyyət göstərmiş,
N.Nərimanov, Ə.Haqverdiyev, R.Əfəndiyev kimi yeni istedadlı dramaturqlar ədəbi
fəaliyyət aləminə ayaq basmışdı. Onlar bir-birinin ardınca bir silsilə qiymətli
satirik-realist komediyalar, ilk təsirli faciə nümunələri yaratmış və milli realist
ədəbiyyatımızın inkişafı tarixində misilsiz rol oynamışdılar.
80-90-cı illərdə yazılmış dram əsərlərinin bir hissəsi N.Vəzirovun "Ev
tərbiyəsinin bir şəkli" (1875), "Daldan atılan daş topuğa dəyər" (1890), "Sonrakı
peşmançılıq fayda verməz" (1890), Ə.Goraninin "Qocalıqda yorğalıq" (1892),
E.Sultanovun "Türk qızı" (1884), R.Əfəndiyevin "Qan ocağı" (1882) və
Ə.Haqverdiyevin "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) komediyalarında
ailə-məişət həyatının bir sıra səciyyəvi cəhətləri təsvir edilmiş, zülmət səltənətini
təmsil edən bir sıra maraqlı satirik bədii surətlər yaradılmış, köhnə adət-ənənələr,
nadanlıq, mövhumat, ailə despotizmi, gənc qızların zorla ərə verilməsi, oğurluq,
quldurluq kimi ictimai nöqsanlar tənqid atəşinə tutulmuş və maarifçi ideyalar
təsdiq olunmuşdur.
Bu illərdə yazılmış dram əsərlərinin ikinci qismi -N.Vəzirovun "Yağışdan
çıxdıq, yağmura düşdük" (1890), "Pəhləvənani-zəmanə" (1898-1900) komediyaları
və "Müsibəti-Fəxrəddin" (1894) faciəsi, N.Nərimanovun "Nadanlıq" (1891), "Dilin
bəlası" (1895) komediyaları və "Nadir şah" (1899) faciəsi, Ə.Haqverdiyevin
"Dağılan tifaq" (1896) və "Bəxtsiz cavan" (1900) faciələri isə yüksək ideya-bədii
məziyyətlərlə səciyyələnən, Azərbaycan realist ədəbiyyatını və maarifçi-
demokratik fikrini yeni bir mərhələyə qaldıran pyeslərdən ibarətdir.
N.Vəzirov "Adı var, özü yox" komediyasında və Ə.Haqverdiyev "Dağılan
tifaq" faciəsində Azərbaycan mülkədarlarının nadanlığını, tüfeyliliyini, iqtisadi və
mənəvi iflasını təsvir etmişdilər. N.Vəzirovun "Yağışdan çıxdıq, yağmura düşdük"
komediyasında burjua keyfiyyəti almış Azərbaycan əyaləti tacirlərinin
tamahkarlığı, xəsisliyi mənəvi pozğunluğu kəskin tənqid atəşinə tutulmuşdur.
Onun "Müsibəti-Fəxrəddin" və Ə.Haqverdiyevin "Bəxtsiz cavan" faciələrində iki
bir-birinə zidd qüvvələr arasında köhnə adət-ənənələrlə, mənfur feodal qayda-
qanunları və əxlaqı ilə yaşayan mühafizəkar mülkədarlarla ictimai həyata yenicə
atılmış gənc ziyalılar arasında gedən kəskin mübarizə təsvir edilmişdir. N.Vəzirovun
"Pəhləvənani-zəmanə" və N.Nərimanovun "Şamdan bəy" komediyalarında varlanmaq
ehtirası ilə yaşayan burjua ziyalılarının yaltaqlığı, ikiüzlülüyü, satqınlığı tənqid
edilmişdir. Nəhayət, N.Nərimanov "Nadir şah" faciəsində feodal-despotik üsuli-
idarənin ictimai bəlalarını onun xalq mənafeyinə zidd bir quruluş olmasını qələmə
almışdır.
70-ci illərdə Cənubi Azərbaycan ədəbiyyatında da dramaturgiyanın əsasları
qoyulmuşdur. Bu dövrdə burada bir tərəfdən, Cənubi Azərbaycanda qüvvətlənən
maarifçilik hərəkatının, ikinci tərəfdən isə M.F.Axundovun təsiri altında Cənubi
azərbaycanlı Mirzə Ağa tərəfindən dörd komediya yazılmış və Cənubi Azərbaycanda,
eləcə də İran ədəbiyyatında dram janrı öz təşəkkülünü tapmışdır.
Mirzə Ağa Təbrizdə anadan olmuş, mükəmməl Şərq təhsili almış, həmçinin
fransız dilini öyrənmiş, müəyyən dərəcədə mütərəqqi Qərbi Avropa ictimai-siyasi və
ədəbi fikri ilə tanış olmuşdu. Keçən əsrin 60-cı illərinin sonunda o, bir-birinin ardınca fars
dilində "Əşrəf xanın sərgüzəşti", "Zaman xanın bürücirdə hakimiyyəti", "Ağa Haşım
Xalxalinin eşqbazlığı" və "Şahqulu Mirzənin Kirmanşahda sərgüzəşti" komediyalarını
yazmışdır.
M.F.Axundov öz şagirdi Mirzə Ağanın komediyalannı oxuyaraq, onlara dair
xüsusi məqalə yazmışdı. О öz məqaləsində müəllifi bu sahədəki nailiyyətləri
münasibətilə yüksək təqdir etmiş, həmçinin ayrı-ayrı komediyalarda müşahidə etdiyi
nöqsanları açıb göstərmişdi.
XIX yüzilliyin ikinci yarısında Azərbaycan bədii nəsrinin inkişafı sahəsində də
ilk böyük xidmət M.F.Axundova məxsusdur. Öz komediyalarının ardınca o, 1857-ci ildə
"Aldanmış kəvakib" povestini yazmış, ədəbiyyatımızda bədii nəsrə tam hüquq
qazandırmış ve onun gələcək inkişafına qüvvətli təsir göstərmişdir.
Povestdə İran feodal-istibdad üsuli-idarəsinin nöqsanları Şah Abbas və onun
vəzirləri surətlərində ümumiləşdirilmişdir. Ədib İranın ali dövlət başçılarını kəskin
satirik bir planda təsvir etmiş, onlan dövlət və hakimiyyət işlərinə heç bir ləyaqəti
olmayan, ölkənin tərəqqisinə və xalqın ağır güzəranına laqeyd münasibət bəsləyən
nadan, müstəbid, ədalətsiz, acgöz və ikiüzlü adamlar kimi satira atəşinə tutmuşdur
M.F.Axundovdan sonra yeni tipli nəsr sahəsində qələmini sınayan Azərbaycan
yazıçılarından biri də N.Vəzirov olmuşdur. 1875-ci ildə o, Moskvada ali təhsil alarkən
"Ağıçı" adlı kiçik bir satirik hekayə yazmışdır. Real həyat müşahidələri əsasında
qələmə alınmış bu əsərdə gənc ədib qoca qarı Bədircahan surətində Azərbaycan
cəmiyyətinin tüfeyli bir zümrəsini təşkil edən ağıçıları ifşa etmişdi.
XIX yüzilliyin 90-cı illərində ədəbi və publisist fəaliyyətə başlayan Eynəli
bəy Sultanov (1865-1930) "Новое обозрение" qəzetində rus dilində bir-birinin
ardınca "Çayı keç, sonra lovğalan" (1891), "Kürd qızı" (1892), "Həsən xan" (1883) və
"Kiçik sərgüzəştlər" (1893) adlı hekayələr dərc etdirmiş və Azərbaycan bədii nəsrinin
inkişafında müəyyən mənada müsbət rol oynamışdır.
Azərbaycan ədəbiyyatı və ictimai fikrinin görkəmli nümayəndəsi
C.Məmmədquluzadə (1866-1932) 1894-cü ildə yazdığı Danabaş kəndinin
əhvalatları" (1894) adlı povestində Azərbaycan kənd həyatına mənsub olan
xüsusiyyətləri açıb göstərir, həyat həqiqətlərinin düzgün və dərin təsviri, feodal üsuli-
idarəsinin kəskin və amansız tənqidi, bədii ümumiləşdirmənin dərinliyi,
kompozisiyanın mükəmməlliyi, səlis təbii canlı üslub və dil C.Məmmədquluzadənin
bu əsərinin əsas məziyyətlərini təşkil edir. "Danabaş kəndinin əhvalatları" Azərbaycan
tənqidi realist ədəbiyyatının misilsiz nümunələrindən biri hesab olunur.
Keçən əsrin sonlarında əvvəllər bir dramaturq kimi fəaliyyət göstərən
N.Nərimanov 1896-cı ildə "Bahadur və Sona" (1896) adlı qiymətli nəsr əsəri yaratmışdı.
Bu roman Azərbaycan bədii nəsri tarixində əlamətdar bir hadisə olub, onu yeni
ideya-bədii keyfiyyətlərlə zənginləşdirmişdi.
XIX yüzilliyin son onilliyində bir tərəfdən, İran xalqları, о cümlədən
Azərbaycan xalqı arasında maarifçilik ideologiyasının, digər tərəfdən, M.F.Axundov
və Qərbi Avropa, rusmaarifçi-demokratik, ictimai-siyasi, ədəbi və estetik fikrinin təsiri
altında Cənubi Azərbaycan ədəbiyyatında bədii nəsr sahəsində əsaslı bir dönüş baş
verir, yeni tipli bədii nəsrin, roman janrının ilk nümunələri meydana çıxır. Bu dövrdə
yüksək istedada, kəskin tənqidi ağıla, dərin müşahidə qabiliyyətinə malik olan, həm
M.F.Axundovun, bəm də Qərbi Avropa və rus maarifçi-demokratik, ictimai-siyasi və
ədəbi ideyalarının ənənələrinə yiyələnən Cənubi Azərbaycan yazıçıları -
Əbdürrəhim Talıbov "Kitab yüklü eşşək" və "Talibinin gəmisi" ("Səfineyi-talibi", I
və II cildlər) və Zeynalabdin Marağayi" İbrahim bəyin səyahətnaməsi" adlı məşhur
romanlarını yazmaqla, Cənubi Azərbaycan ədəbiyyatında yeni tipli bədii nəsrin
əsaslarını qoymuşlar. Ə.Talıbov və Z.Marağayi öz əsərlərini fars dilində yazdıqları
və başlıcası isə, onlarda ümumən XIX yüzilliyin son rübündə İran ictimai
gerçəkliyini, İran dövlətinin ictimai-siyasi və mədəni vəziyyətini, bu dövlətin
tərkibində yaşayan bütün xalqların həyatının geniş realist təsvirini verdikləri üçün
eyni zamanda yeni fars ədəbiyyatının, yeni fars nəsrinin baniləri, görkəmli
nümayəndələri hesab olunurlar.
Ə. Tahbovun "Səfineyi-talibi" əsərində müəllifin müsbət idealı xəyali
səciyyə daşısa da, roman Cənubi Azərbaycan və İran ədəbiyyatında həm ictimai-
tərbiyəvi, həm də bədii qiyməti baxımından çox təqdirəlayiq orijinal bir nəsr
əsəridir. Roman Cənubi Azərbaycanda və İranda mütərəqqi ədəbi, ictimai-siyasi,
etik və peaqoji fikrin inkişafına qüvvətli təsir göstərmişdir.
Zeynalabdin Marağayinin 1897-ci ildə Qahirədə nəşr olunmuş "İbrahim
bəyin səyahətnaməsi" əsəri isə Qərbi Avropa və maarifçi bədii ədəbiyyatında geniş
yayılmış siyasi-publisist, bədii səyahət romanı janrında yazılmışdır. Z.Marağayi
M.F.Axundov
yaradıcılığında,
xüsusən onun "Aldanmış kəvakib" və
"Kəmalüddövlə məktubları" fəlsəfi əsərlərinə mükəmməl bələd olmuş və öz
romanını bilavasitə onun qüvvətli təsiri altında yazmışdır.
Poeziyada XIX əsrin ikinci yarısında Azərbaycan ədəbiyyatı: da klassik
şeir ənənələri davam və inkişaf etdirilmiş, yeni naili; yətlər əldə edilmişdi. Bu
dövrdə Azərbaycanın Bakı, Şamaxı, Şuşa, Qazax, Şəki, Naxçıvan, Ordubad,
Lənkəran və başqa şəhərlərin də klassik şeir üslubunda yazan şairlər fəaliyyət
göstərmişdir. В şairlərin əksər hissəsi müxtəlif şəhərlərdə təşkil olunmuş ―Məclisi-
üns‖, ―Məclisi-fəramüşan‖, ―Beytüs-Səfa‖, ―Məcmə üş-şüəra‖, ―Əncüməni-şüəra‖
və ―Fövcül-füsəhə‖ adlı ədəbi məclislər ətrafında toplanmışdılar. Bu məclislərdən
əlavə Şəki, Qazax, Ağdaş, Dərbənd kiçik ədəbi dərnəklər də fəaliyyət göstərmişdi.
"Məclisi-üns" 1864-cü ildə Şuşada şair Mirzə Rəhim Fəna tərəfindən
(1841-1929) təşkil edilmişdi. 1872-ci ildə görkəmli şair Xurşudbanu Natəvan
(1832-1897) məclisə qoşulduqdan sonra on üzvlərinin sayı daha da artmış,
fəaliyyəti geniş və müntəzəm şəkil almış və bütün ölkədə şöhrət tapmışdı.
"Məclisi-üns"ün Natəvan, Mirzə Rəhim Fəna, Mirzə Ələsgər Növrəs (1846-1918),
Mirzə Həsən Yüzbaşov (1824-1904), Mömobey Məmai (1834-1898) və başqa
üzvləri var idi.
Qarabağda XIX əsrin 70-ci illərində istedadlı şair və rəssam Mirzə
Möhsün Nəvvabın (1831-1918) təşəbbüsü ilə "Məclisi-fəramuşan" adlı ikinci bir
ədəbi məclis fəaliyyətə başlamışdı. Məclisə Qarabağ şairlərindən Abdulla bəy Asi
(1839-1874), Mirzə Ələsgər Növrəs, Həsənəli xan Qaradağlı (1847-1929), Fatma
xanım Kəminə (1840-1898), Məşədi Əyyub Baki (1866-1909) və başqa şairlər
daxil idilər.
Görkəmli şair Seyid Əzim Şirvaninin təşəbbüsü ilə Şamaxıda şair
Məhəmməd Səfanın (1851 -1876) evində təşkil olunmuş "Beytüs-Səfa" məclisində
adlarını çəkdiyimiz şairlərdən əlavə, Ələkbər Qafil (1818-1892), Molla ağa Bixud
(1830-1892), Ağababa Zühuri (1848-1892), Mirzə Nəsrullah Didə (1797-1870),
Naseh kimi şairlər onun üzvü olmuşlar.
Əsrin 80-ci illərində Bakıda şair Məmməd ağa Cürminin başçılığı ilə
yaradılmış "Məcmə üş-şüəra" ədəbi məclisində Mirzə Ağadadaş Sürəyya (1850-
1900), Mirzəağa, Dilxun, İbrahim Zülali, Əbdülxaliq Yusif (1853-1924), Ağakərim
Salik (1949-1914), Əbdülhəsən Vaqif (1845-1914), Ağadadaş Müniri (1862-1938),
Mirzə Əbdülxaliq Cənnəti (1855-1918) və başqa şairlər iştirak etmişdilər.
"Əncüməni-şüəra" 1838-ci ildə Ordubadda Şixəli Naib tərəfindən
yaradılmış, 60-70-ci illərdə ona şair Hacı ağa Fəğir rəhbərlik etmişdir. "Əncüməni-
şüəra" xüsusən əsrin 80-90-cı illərində qızğın fəaliyyət göstərmişdi. Bu illərdə
məclisin fəaliyyətinin qüvvətlənməsində görkəmli şair və maarifçi xadim
Məhəmməd Tağı Sidqi (1854-1904) mühüm rol oynamışdır. Məclisin üzvləri Hacı
ağa Fəqir (1836-1885), Cani Ordubadi, Hacı Mirzə Ağarəhim Ordubadi (Vənəndi)
və başqa şairlərdən ibarət idi.
Lənkəranda Mirzə İsmayıl Qasirin (1805-1897) rəhbərliyi altında
fəaliyyət göstərən "Fövcül-füsəha" ədəbi məclisinin Mirzə İsa Xəyali (1850-1899),
Molla Fəttah Səhban (1813-1898), Ağa baba Bixud (1815-1898), Usta Məhəmməd
Həsən Nəccar (1819-1912), Hacı Məhəmməd oğlu kimi üzvləri olmuşdur.
Bu məclis iştirakçılarından əlavə,Şəkidə İsmayıl bəy Nakam, Musa ağa
Şuxi Molla İbrahimxəlil Dudəvi, Hacı Məhəmməd Rafi, Qazaxda Abbas ağa Nazir,
Kazım ağa Salik, Əbdürrəhman və digər yerlərdə isə onlarca şair yaşayıb-
yaratmışdır.
Ədəbi məclislərdə Firdovsi, Xaqani, Nizami, Sədi, Hafiz, Rumi, Füzuli və
başqa Şərq ədəbiyyatı klassiklərinin əsərləri öyrənilir, hikmət, nücum, tarix, musiqi
haqqında söhbətlər aparılır, ədəbi-bədii və elmi müzakirələr keçirilirdi. Bəzi məclislər
dövrün aktual problemləri ilə də maraqlanmış, "Əkinçi", "Ziya", "Kəşkül" qəzetlərini
əldə edərək, dövrün mütərəqqi ideyaları ilə tanış olmuşdular. Məclis üzvləri arasında
rus dilini bilən, az-çox rus və Qərbi Avropa mədəniyyətinin nailiyyətlərinə,
maarifçilik ideyalarına bələd olan şairlər də var idi. Bu şairlər yeni üslubda məktəb
açmış, müəllimlik etmiş, tədris vəsaiti hazırlamış, ölkədə maarifçilik ideyalarının,
dünyəvi elmlərin təbliği sahəsində müəyyən rol oynamışdılar.
Ədəbi məclislər bir-birilə sıx əlaqə yaratmış, şeir mübadiləsi və yarışlar
keçirmişdilər.
Məclis üzvləri klassik üslubda qəzəl, qəsidə, məsnəvi, müxəmməs, müstəzad,
müsəddəs, tərkibbənd, tərcibənd janrlarında şeirlər qoşmuşdular. Onların bəziləri fars
dilini gözəl bilmiş və fars dilində də şeirlər yazmışdılar. Bu şairlər içərisində xalq şeri
ənənələrinə rəğbət bəsləyən, heca vəznində lirik şeirlər yazan şairlər də olmuşdur.
Klassik üslubda şeirlər qoşan şairlər içərisində əsil bədii istedada malik,
klassik Azərbaycan və Şərq şeirinin ənənələrinə mükəmməl yiyələnən, şerə, sənətə
məsul bir iş kimi baxan və bu dövr poeziyamızı orijinal lirik şeirlərlə zənginləşdirən
S.Ə.Şirvani, X.Natəvan, Bahar kimi istedadlı şairlər var idi.
S.Ə.Şirvani, M.M.Nəvvab, M.K.Qasir, Xəyali, M.Sidqi, İ.Nakam, Əbdülxalıq
Cənnəti kimi şairlərimiz ölkədə geniş intişar edən maarifçi ədəbi ictimai fikrin təsiri
altında maarifçi-satirik şeirlər yazmış, milli ədəbiyyatımızda Q.Zakir, B.Şakir,
M.B.Nadim tərəfindən ilk əsası qoyulmuş satirik şeir cərəyanını yeni bir mərhələyə
qaldırmışlar. Bu şairlər satirik şeirlərində nadanlıq, gerilik, mühafizəkarlıq, orta əsr
həyat tərzi və əxlaqı, sxolastik təfəkkür və təlim-tərbiyə əleyhinə çıxmış,
tamahkarlığı, özbaşınalığı, tüfeyliliyi, çar məmurlarının qanunsuzluğunu,
rüşvətxorluğunu, süründürməçiliyini tənqid atəşinə tutmuş və maarifçi, dünyəvi
elmləri, yeni həyat prinsiplərini təbliğ etmişlər.
XIX yüzilliyin son rübündə Cənubi Azərbaycanda həm klassik şeir, həm də
xalq aşıq şeri üslubunda gözəl lirik şeirlər yazan Hacı Mehti Şükuhi (1829-1896),
Mirzə Əli xan Ləli (1845-1907) və Məhəmməd Bağır Xalxali (1830-1898) kimi
istedadlı şairlər qızğın fəaliyyət göstərmişlər. Onlar məhəbbət mövzusunda lirik
şeirlərlə yanaşı, maarifçilik hərəkatının təsiri altında satirik şeirlər, həcvlər və
alleqorik-didaktik əsərlər yazmışdılar.
XIX yüzilliyin ikinci yarısında Azərbaycan ədəbiyyatında həm klassik şeir
ənənələrinin, həm də satirik şeir cərəyanının inkişafında görkəmli şair S.Ə.Şirvani
(1835-1898) böyük xidmət göstərmişdir.
S.Ə.Şirvani ruhani ailəsində anadan olmuş, uşaqlıq və gənclik illərində
Şamaxıda, sonra isə Yaxın Şərq ölkələrinin bir sıra dini mərkəzlərində mükəmməl
dini təhsil almış, fars və ərəb dillərini öyrənmiş və klassik Şərq ədəbiyyatının
mütərəqqi ənənələrinə dərindən yiyələnmişdi. Seyid Əzim mükəmməl dini təhsil alsa
da, ruhani olmaq fikrindən əl çəkmiş və dünyəvi təhsilə, elmlərə, dövrün mütərəqqi
meyllərinə qızğın rəğbət bəsləmiş və tam yeni bir istiqamətdə fəaliyyət göstərməyə
başlamışdı. O, Şamaxıda yeni üsullu məktəb açaraq müəllimlik etmiş, dövrünün bir
sıra qabaqcıl ziyalıları, xüsusən H.Zərdabi, görkəmli rus pedaqoqu A.O.Çernyayevski
ilə yaxından dostluq əlaqəsi yaratmış, yeni tipli dərslik hazırlamış, "Əkinçi", "Ziya"
və "Kəşkül" qəzetlərində silsilə şeirlər dərc etdirərək, ictimaiyyət arasında mütərəqqi
görüşlü şair və pedaqoq kimi hörmət qazanmışdır. O, 1888-ci ildə Şamaxıda vəfat
etmiş və orada dəfn olunmuşdu.
S.Ə.Şirvani bədii yaradıcılığa gənclik illərində qəzəl yazmaqla başlamış,
həm məhəbbət, həm də ictimai lirikanın gözəl nümunələrini yaratmış, ustad bir qəzəl
şairi kimi püxtələşərək geniş şöhrət qazanmışdı.
S.Ə.Şirvaninin Azərbaycan ədəbiyyatı tarixində əsas xidmətlərindən biri də
onun satirik şair kimi fəaliyyəti ilə bağlı idi. Keçən əsrin 70-ci illərində Azərbaycanın
ictimai həyatında baş vermiş dəyişikliklər, maarifçilik ideyaları, xüsusən "Əkinçi"
qəzeti Seyid Əzimə qüvvətli təsir göstərmiş və onun dünyagörüşündə əsaslı bir
dönüş yaratmışdı. Bu təsirin altında o, köhnə cəmiyyətin ictimai nöqsanlarını
kəskin satira atəşinə tutan və maarifçilik ideyaların, təbliğ edən satirik şeirlər yazır.
S.Ə.Şirvani əsərlərində göstərir ki, Azərbaycan xalqı və ümumən‖ "əhli-
islam" zillətdə qalmış, başqa millətlərdən geri düşmüş, ağır bir böhrana uğramışdı.
Maarifçilik ideyalarına qızğın rəğbət bəsləyən şair belə hesab edirdi ki, bunun əsas
səbəbi nadanlıq, mövhumat, köhnə həyat qayda-qanunları və təlim-tərbiyə
sistemidir.
S.Ə.Şirvani satirik şeirləri ilə Azərbaycan ədəbiyyatında maarifçi-satirik
şerin inkişafı sahəsində mühüm rol oynamış və onun gələcək inkişafına qüvvətli
təsir göstərmişdir.
XIX yüzilliyin ikinci yarısında Azərbaycanın müxtəlif əyalətlərində xalq
şeiri üslubunda şeirlər qoşan Mirzə Məhəmməd Katib Həsən Lələ, Əli Mədəd,
Zodlu Hacı bəy (1847-1913), Zodlu Mirzə Bəylər (1830-1919), Zodlu Məmməd
(1830-1910), Haqverdi, Məmmədağa kimi şairlər yaşayıb-yaratmışdır. Bu şeir
üslubunun ən gözəl nümunələri Cənubi Azərbaycan poeziyasının görkəmli
nümayəndələri Mirzə Mehdi Şükuhi, Əbdülxalıq Cənnəti, Mirzə Məhəmməd Bağır
Xalxali (1829-1901), Mirzə Nəbi Raib oğlu Fədan illəri tərəfindən yaradılmışdır.
Aşıq şeri də coşqun bir inkişaf yolu keçmiş, yeni ideya bədii keyfiyyətlər
qazanmış, yüksək bir mərhələyə qalxmışdır. Azərbaycanda Aşıq Mahmud (7-
1882), Aşıq Məhəmməd (1834-1914), Aşıq Əziz (1825-1918), Aşıq Aydın (1825-
1915), Çoban Əfqan (1866-1925), Aşıq Hüseyn Şəmkirli (1810-1880), Aşıq
Ələsgər (1821-1926), Aşıq Alı (1817-1907), Molla Cuma (1885-1919) kimi aşıqlar
məhəbbət mövzusunda, yüksək bədii məziyyətlərlə seçilən lirik şeirlər - qoşmalar
yazmış və Azərbaycan aşıq poeziyasında məhəbbət lirikasının inkişafı sahəsində
mühüm rol oynamışdılar.
Bu dövr aşıq şerinin nailiyyəti bir də onun real ictimai həyata daha fəal
nüfuz etməsi, mövcud cəmiyyətə daha kəskin tənqidi münasibət bəsləməsi və xalq
kütlələrinin zəruri ehtiyaclarını, dərd və ələmlərini daha qabarıq qələmə alması ilə
bağlıdır. Bəy və xanların zülmünə və özbaşınalığına, çar məmurlarının
ədalətsizliyinə və qanunsuzluğuna kəskin nifrət, zəhmətkeş insanlara isə dərin
məhəbbət bu şeir növünün əsas mahiyyətini təşkil edirdi.
Bu dövr aşıq şerinin ən görkəmli nümayəndəsi Aşıq Ələsgər olmuşdur. O,
1821-ci ildə Göyçə mahalının Ağkilsə kəndində yox bir kəndli ailəsində doğulmuş,
uşaq yaşlarından əkinçiliklə məşğul olmuş, muzdurluq etmiş və ağır maddi ehtiyac,
mənəvi iztirab içərisində yaşamışdı. Mövcud cəmiyyətin ictimai qəbahətlərini,
hakim dairələrin zülm və özbaşınalığını, xalq kütlələrinin məşəqqətli həyat tərzini
bilavasitə müşahidə etmişdi.
Gənc yaşlarından aşıq şerinə və sənətinə böyük rəğbət bəsləyən Ələsgər
dövrünün görkəmli aşığı Aşıq Alının şagirdi olmuş, ondan aşıq sənətinin sirlərini
dərindən öyrənmişdi. Gözəl, rəngarəng şeirlər qoşan, məharətlə saz çalan və
məlahətli səsə malik olan Ələsgər tezliklə ustad bir aşıq kimi tanınmış və geniş
şöhrət qazanmışdı. O, doğma vətənini kəndbəkənd gəzib-dolaşmış, toy, şənlik və
bayram məclislərində mahnılar oxumuş, aşıqlarla deyişmiş, öz sənətini gənc
aşıqlara aşılamışdır.
Aşıq Ələsgərin bədii yaradıcılığı zəngin və dolğun bir məzmuna malik
olub, onun ədəbi irsinin böyük bir hissəsi məhəbbət mövzusuna həsr edilmişdi.
Aşıq Ələsgər aşıq poeziyasının qoşma, müxəmməs, gəraylı, təcnis,
ustadnamə, deyişmə və başqa ənənəvi növ və janrlarında misilsiz sənət nümunələri
yaratmışdır. Bu nümunələrdə poetik fikirlə ifadə tərzi, məzmunla forma arasında
qırılmaz bir vəhdət mövcuddur. Onlar üslub və dilin sadəliyi, təbiiliyi və rəvanlığı,
bədii təsvir vasitələrinin orijinallığı, rəngarəngliyi və obrazlılığı ilə fərqlənir.
Azərbaycan ədəbi dili tarixən başlıca iki üslub xətti - orta əsrlər dövründə
əsasən aparıcı mövqe tutan klassik ədəbi (yazılı ədəbi) dil və potensial vəziyyətdə
xalq ədəbi dili (əsasən şifahi olaraq) üslub xətləri üzrə yanaşı inkişaf etmişdir.
Təqribən XVII yüzilliyin sonlarında - XVIII yüzillikdə xalq ədəbi dili
potensialı get-gedə üzə çıxaraq, aparıcı məqam tutmağa başlamış, həmin yüzilliyin
sonlarına yaxınlaşdıqca inkişaf prosesi artıq ümummilli dil quruculuğuna yön
almışdır. Göründüyü kimi, ədəbi dilimizin orta əsrlər (xalq dili) dövründən yeni
(milli dil) dövrünə "keçid başlanğıcı əsasən XVIII yüzillik üçün" "mərkəz-
donqaçma" hadisəsinin təsiri səciyyəvi olmuşdur. Halbuki XIX yüzilliyin birinci
yarısında "mərkəzdən qaçan qüvvələr" milli ədəbi dilimizin təşəkkülü gedişinə
daha fəal təsir göstərmişdir. Belə ki, XIX yüzilliyin ilk üç onilliyi ərzində Şimali
Azərbaycanda xanlıqların sərhəd ayrılığı aradan götürülmüş, milli dil birliyi üçün
zəruri şərtlərdən sayılan ərazi birliyi siyasi-inzibati vasitələrlə edilmişdir. 30-50-ci
illərdə bir sıra ilkin birləşdirici sosial-iqtisadi və mədəni tədbirlər həyata
keçirilmişdir. Növbəti onilliklərdə meydana çıxan yeni birləşdirici əlaqə
formalarının güclü təsiri altında milli ədəbi dil birliyinin yaranmasında keyfiyyət
nəticələri əldə edilmişdir.
Yeni
iqtisadi
münasibətlərin
yaranması müvafiq birləşmə və
cəmiyyətlərin məqsədyönlü fəaliyyətinə, şübhəsiz, millətin və milli dilin
təşəkkülünə təsir göstərirdi. Məhz əsasən Bakıda cəmləşən iqtisadi birliklər
cəmiyyətdə yeni əlaqələrin yaranmasında aparıcı və təşkiledici təsirə malik oldu.
Beləliklə, Bakının iqtisadi təmərküzləşməsi sayəsində təşkil edilən başlıca iki
böyük qüvvənin: bir tərəfdən, ədəbi dil ənənəsini yaşatmağa qadir olan ayrı-ayrı
burjua qrupu nümayəndələrinin və qabaqcıl ziyalı təbəqəsinin, digər tərəfdən isə
məhəlli dialekt-şivə yaşadıcısı olub, iş üçün Bakıya axışan, eyni zamanda öz
doğma yurdu ilə ünsiyyət əlaqələrini də üzməyən kəndlilərin və fəhlələrin, habelə
istehsalçı və istehlakçıların, satıcı və alıcıların - bütün kütlələrin birgə səyi ilə
Azərbaycan milli ədəbi dili intişar edirdi.
XIX yüzilliyin əvvəllərindən başlayaraq, Azərbaycanda yeni tarixi şəraitin
yaranması, əvvəlki əsrlərdən fərqlənən yeni ictimai-siyasi amillərin meydana
çıxması, yeni üsuli-idarənin tətbiqi ədəbi dilimizin inkişafına da təsir göstərmişdi.
Çarizmin müstəmləkəçilik rejiminə, yerli əhalinin, onun dilinin sıxışdırılmasına
baxmayaraq, həmin əsrin ikinci yarısında yeni sosial-iqtisadi quruluşa müvafiq
təbəqələşmələr, qruplaşmalar, təmərküzləşmələr, obyektiv olaraq, milli dirçəlişə,
Azərbaycan millətinin və milli ədəbi dilinin formalaşmasına güclü təsir
göstərmişdir.
Milli ədəbi dilin təşəkkülü, formalaşması və inkişafı mədəniyyətin ümumi
yüksəlişi və maarifin genişlənməsindən, təlim-təhsilin, ədəbiyyat və incəsənətin,
elm və mətbuatın təşkilindən, aparıcı canlı qüvvə olan ziyalı təbəqəsinin
yetkinləşməsi və təmərküzləşməsindən çox asılıdır. Təlim-təhsil maariflənmənin
əsas şərtlərindən olduğu kimi, yazıda təsbitlənən normalaşmış dil təlim-təhsilin ən
mühüm vasitəsidir. M.Kazım bəy hələ XIX yüzilliyin ortalarında göstərmişdi ki,
türk-tatar xalqları arasında maarifın yayılması və məktəb şəbəkəsinin genişlənməsi
ədəbi dilin inkişafı üçün ən vacib şərtdir. Halbuki milli təşəkkül dövrünədək
Azərbaycan dilinin təlimində vahid qayda "müəyyən edilməmişdi", ana dilinin
orijinallığını əks etdirən kitablar və sabit dərs vəsaiti yox idi. Azərbaycan dilinin
fonetik xüsusiyyətlərini ərəb əlifbası əks etdirə bilmirdi. Lakin XIX əsrin birinci
yarısında təşkil edilən Azərbaycan məktəblərinin təlim-tədris üsuluna əməli
cəhətdən nümunə olan rus məktəbləri həmin əsrin ikinci yarısında köhnə
məktəblərin "üsuli-cədid" adlanan yeni məktəblərlə əvəz edilməsi ideyasını
doğurdu. Qori seminariyasında onlarca yüksək ixtisaslı müəllim hazırlandı.
Mahiyyətcə yeni keyfıyyətli qüvvətli ziyalı təbəqəsi təşəkkül tapdı. İqtisadi
yüksəlişlə əlaqədar Bakı şəhəri sürətlə böyüyüb, get-gedə təmərküzləşdirici rola
malik mədəniyyət mərkəzlərinə çevrildi. Ayrı-ayrı mədəniyyət ocaqlarının təşkili
başlıca ziyalı qüvvələrinin bu şəhərə toplanmasına imkan yaratdı.
Çarizmin müstəmləkəçilik siyasətinə uyğıın olaraq, yerli dilləri, xüsusən
"Zaqafqaziyada ən çox əhaliyə malik" Azərbaycan xalqının "bütün Qafqazda geniş
yayılmış dilini" yaxşı bilən tərcüməçi kadrlar - məmurlar hazırlamaq məsələsi hələ
keçən əsrin 30-cu illərində həlli vacib bir vəzifə kimi qarşıda durmuşdu. 40-cı
illərdən başlayaraq xüsusən M.F.Axundovun müntəzəm fəaliyyəti sayəsində əməli
əhəmiyyətə malik saysız-hesabsız tərcümələr meydana çıxdı. Tərcümə prosesi isə,
təbii olaraq, ifadə-cümlə quruluşunu təkmilləşdirməyə sövq edir, milli ifadə
formaları axtarışlarına, yenilərini düzəltməyə istiqamətləndirirdi.
Məlumdur ki, yeni istiqamətli bədii ədəbiyyatın inkişafı ilə müvafiq
mədəniyyət sahələri də inkişafa başlayır. Məsələn, XIX əsrin ortalarında
M.F.Axundov çox böyük ədəbi hadisə olan dram əsərlərini yazır-ədəbi dilimizin
daha kütləvi dramaturgiya üslub qolu formalaşır. Bundan 20 il sonra mühüm
mədəni hadisə sayılan professional teatr təşkil edilir — aktyor ifasında səhnə
dilinin təşəkkülü müəyyənliyə istiqamət alır.
Yaxud sənətkar aktyor və həvəskar ziyalılar tərəfindən kütləvi ədəbi-bədii
parçaların yazıya alınması və oxunması (bədii qiraət) Azərbaycan milli ədəbi
dilində imla və tələffüz normalarının yaranması üçün zəmin hazırlayır-yazılı ədəbi
dilə məxsus orfoqrafiya (imla) qaydaları ilə şifahi ədəbi nitqə məxsus ədəbi
tələffüz normaları arasında ümumi və xüsusi cəhdlər məsələsi meydana çıxır.
Əlaqədar bədii üslub qollarının və müvafiq mədəniyyət (incəsənət) növlərinin
qarşılıqlı təsiri məhz XIX yüzilliyin ikinci yarısında fəal prosesə çevrilir.
Beləliklə, əsasən iqtisadi-mədəni, qismən də ictimai-siyasi təmərküzləşmə
sayəsində Azərbaycan ədəbi dilinin demokratik əsaslarla yenidən qurulma prosesi
XIX yüzilliyin ikinci yarısında daha fəallaşmış, müvafiq fövqi dil amillərinin güclü
təsiri ilə Azərbaycan ədəbi dili XIX yüzilliyin son on onilliyində dövri mətbuatda
təsbit olunaraq, mahiyyətcə yeni keyfiyyət almağa başlamış -milli ədəbi dil kimi öz
ilkin formalaşmasmı başa çatdırmışdır.
Dostları ilə paylaş: |