A b u z ə r a lı oğ lu X ə lə fo V a z a d İsa oğlu q u r b a n o \



Yüklə 1,11 Mb.
Pdf görüntüsü
səhifə1/8
tarix22.04.2017
ölçüsü1,11 Mb.
#15300
  1   2   3   4   5   6   7   8
15300

A b u z ə r  A lı  oğ lu   X ə lə fo v  

A z a d   İsa  oğlu  Q u r b a n o \

K ita b x a n a la rın

kompüterləşdirilməsinin  əsasları

( D ə rs lik

A zərbaycan  R espublikası  Təhsil  N a ­

zirliyi  E lm i-M etodik  Şurası  « K itab - 

xanaşünaslıq, 

biblioqrafiy aşünaslıq . 

kitabşünaslıq  və  k ita b x a n a   işi»  bö l­

məsinin  13.09.2006-ci  il  tarixli  2  nöm ­

rəli  iclas  p ro to k o lu   ilə  dərslik  km ıi 

təsdiq edilm işdir.

Bakı -  2007



U ОТ:  021  (09)

E lm i  redaktor: 

Pedaqoji  elmlər  namizədi,  dosent



R .Ə .  K azım ov

R əy  verənlər: 

Fizika-riyaziyyat  elmləri  namizədi,

dosent  M .S .X ə lilo v  

Pedaqoji  elmlər  namizədi,  dosent 



E .Y .Ə h m əd o v

X ə lə fo v   A b uzər  A lı  oğlu,  Q urbanov  A zad   İsa  oğlu

K ta b x an a la n n   kompüterləşdirilməsinin  əsaslan:  Dərslik.

—  Bakı:  Bakı  Universiteti  Nəşriyyatı,  2 0 0 7 - -   2 0 0   s.

K itabda 

kitabxanaiann 

kompüterləşdirilməsinin 

baza 

prinsipləri, 



texniki-proqram 

təminatı 

şərh 

edilmiş, 



İR B İS 

Avtomatlaşmıs 

Kitabxana 

İnformasiya 

Sistemi 

vasitəsilə 

əsas 

kitabxana 



proseslərinin 

kompüterləşdirlməsi 

izah 

edilmiş, 



kitabxanalarda  elektron  sənəd  göndərişi  xidmətinin  təşkili,  elektron 

kitabxanaiann 

yaradılması 

üçün 


zəruri 

olan 


proqram-texnoloji 

vasitələr,  kitabxanalarda  elektron  informasiyanın  təhlükəsizlik  və 

qorunma  üsullan  haqqında  məlumat  verilmişdir.  K itab  Əm əkdar 

Elm  xadimi,  professor  A buzər  Xələfovun  rəhbərlik  etdiyi  « K itab­

xanaların  kompüterləşdirilməsi»  E l  L-də  hazırlanmışdır.  K itabda 

ktabxanalann 

kompüterləşdirilməsinin  nəzəri 

məsələri 

ilə 

bağlı 


hissələr  professor  A.A .X ələfov,  müasir  informasiya  texnologiyası  ilə 

əlaqədər  hissələr  isə  dosent  A. 1.Qurbanov  tərəfindən  yazılmışdır.

Kitabxanaşünas-biblioqraf  ixtisasına  yiyələnən  ali  məktəb 

tələbələn 

üçün 

nəzərdə 


tutulmuş 

bu 


dərslik 

eyni 


zamanda 

müəllimlər,  magistrlər,  kitabxanaçılıq  texnikumlannın  tələbələri  və 

kitabxanadan  istifadə  edən  hər  bir  oxum  üçün  faydalı  ola  bilər.

4406000000 -  02 

„ л/ „

002 -  2007



6 5 8 (0 7 )-0 0 2

©Bakı  Universiteti nəşriyyatı,  2007.

3

Giriş



K itabxanalar  əsrlər  boyu  insan  dühasının  yaratdığı  və 

sənəd  formasında  maddiləşmiş  ideya  və  nəzəriyyələrin,  m ə­

nəvi  sərvətlərin  qorunduğu  ən  böyük  informasiya  m ənbəyi­

dir.  O n lar  bəşər  tarixinin  çox  qədim  dövrlərində  m eydana 

gələrək,  fəaliyyət  göstərdiyi  məkan  daxilində  sosial  vasitə 

kimi  sosial  m ühitdən  asılı  olaraq  formalaşmış,  tarixi  inkişaf 

prosesində  öz  hamisi  olan  cəmiyyətə  xidmət  etm iş,  onun 

informasiya  tələbatını  ödəmiş,  informasiyanı  gələcək  nəsillərə 

ötürmək  funksiyasını  yerinə  yetirmişdir.  M üasir  kitabxanalar 

informasiyalaşmış  vətəndaş  cəmiyyəti  quruculuğunun  sosial 

sifarişi  əsasında  formalaşmaqdadır.  A B Ş ,  K anada  və  Q ərb i 

A vropa  ölkələrində  kitabxanalar  informasiyalaşmış  vətəndaş 

cəmiyyətinin  əsas  göstəricisi  olan  qlobal  informasiya  m ühiti­

nin  yaradılmasında,  informasiyanın  əmtəəyə  çevrilməsində, 

informasiya  və  bilik  bazarının  yaradılması  və  inkişafında, 

təhsil  sisteminin  və  səviyyəsinin  təkmilləşməsində,  beynəl­

xalq,  milli  və  regional  səviyyədə  informasiya  m übadiləsi  sis­

temlərinin 

imkanlarının 

genişlənməsi 

hesabına 

peşə 


və 

ümumi  mədəniyyət  səviyyəsinin  artm asında  aparıcı  rol  o y ­

nayırlar.  Bu  ölkələrdə  kitabxanaiann  kompüterləşdirilməsi, 

yeni  kitabxana-informasiya  texnologiyalarının  yaradılması  və 

onların  kitabxanalarda  tətbiqi  kitabxanaiann  yüksək  inkişaf 

səviyyəsini  təmin  etmişdir.

T əəssüf  olsun  ki,  keçmiş  S S R l  m əkanında  kitabxanalar 

kommunist  ideologiyasının  təbliğat  maşınının  əsas  «detalla­

rından»  biri  olduğundan,  kitabxana  işi  dünya  kitabxana 

işindən  təcrid  edilmiş,  qiymətli  elmi  nəzəriyyələrdən  və  ki-



4

tabxana-inform asiya  texnologiyalarından  məhrum  olmuşdur. 

Bu  amillər  və  S S R İ  dağıldıqdan  sonra  kitabxanaların  qarşı­

laşdığı  maliyyə  çətinlikləri  kitabxanalarımızın  müasir  sə­

viyyəyə  cavab  verməməsinə  səbəb  olmuşdur.  Bu  gün  cə­

miyyətimizdə  baş  verən  demokratikləşmə,  sosial,  iqtisadi, 

elm i-m ədəni  inkişaf,  qloballaşma  meylləri  kitabxanalarımızın 

müasirləşməsini  tələb  edir.  Bu  sosial  sifariş  dövlətin  və  cə­

miyyətin  qayğısı  ilə,  yeni  kitabxana-informasiya  texnologiya­

larına  yiyələnmiş,  azad  dünyagörüşlü,  təşəbbüskar  kitabxa- 

naçılann  gərgin  əməyi  nəticəsində  yerinə  yetirilə  bilər.  B u ­

nun  üçün  ilk  növbədə  kitabxanaçı-informasiya  mütəxəssislə­

rinin  hazırlanmasına  xüsusi  fikir  verilməlidir.  Bu  məqsədlə 

artıq  bir  neçə  ildir  ki,  Bakı  Dövlət  Universitetinin  «K itab- 

xanaçılıq-in formasiya»  fakültəsində  bir  sıra  texniki  yönümlü 

yeni  fənlər,  o  cümlədən  «K itabxana  proseslərinin  kompüter- 

ləşdirilməsi»  fənni  tədris  olunur.  «K itabxana  proseslərinin 

kompüterləşdirilməsi»  fənni  üçün  ayrılmış  tədris  saatı  çərçi­

vəsində  tələbələr  kitabxanaların  kompüterləşdirilməsinin  nə­

zəri  əsaslan  ilə  tanış  olur  və  texniki  imkanlar  çərçivəsində 

praktik  vərdiş  alırlar.  Lakin  ana  dilimizdə  müvafiq  ədə­

biyyatın  olmaması,  rus  və  ingilis  dilli  ədəbiyyatların  əldə 

olunmasında  obyektiv  problemlər  fənnin  tədrisində  müəyyən 

çətinliklər  yaradır  ki,  bu  da  tədrisin  səviyyəsinə  öz  mənfi 

təsirini  göstərir.  Oxuculara  təqdim  olunan  «Kitabxanaların 

kompüterləşdirilməsinin  əsaslan»  adlı  dərslik  məhz  bu  fənn 

üzrə  ədəbiyyat  qıtlığı  problemini  həll  etmək  məqsədilə  y a­

zılmışdır.  K itab  universitet  tələbələri  və  geniş  kitabxana

5

ictimaiyyəti 



üçün 

nəzərdə  tutulm uşdur 

və 

k ita b x an a -



inforinasiya  texnologiyasına 

aid  ölkəmizdə  nəşr  olunan  ilk 

dərslikdir.

K itab  iki 

fəsildən  və  əlavədən 

ibarətdir. 

K itab ın  

«Cəm iyyətin  informasiyalaşdınlmasında  kitabxanaların  rolu*. 

«K itabxanalann  kompüterləşdirilməsinin  əhəmiyyəti  və  əsas 

prinsipləri»,  «K itabxanalann  kom püterləşdirilməsinin  p ro q ­

ram-texniki 

təm inatı», 

«Korporativ 

kitabxana-inform asiya 

şəbəkələri», 

«Elektron 

sənəd 

göndərişi», 



«E lektron 

kitabxanalar», 

«K itabxanada 

informasiya 

təhlükəsizliyi» 

paraqraflan  professor  A .A .X ələfov,  digər  paraqraflan  isə 

dosent  A .l.Q u rb a n o v   tərəfindən  yazılmışdır.  Birinci  fəsildə 

cəmiyyətin  informasiyalaşmasında  kitabxanalann  tarixi  rolu, 

kitabxanalann 

kompüterləşdirilməsinin 

əhəmiyyəti 

izah 


olunur,  kompüterləşdirmənin  baza  prinsipləri,  kitabxanalan 

kom püterləşdirmək 

üçün 

tələb 


olunan 

texniki-proqram  

təminatı  haqqında  qısa,  lakin  dolğun  məlumat  verilir.  Bu 

fəsildə 


həmçinin, 

İR B lS  

A vtom atlaşm ış 

K itabxana 

İnformasiya  Sistemi  vasitəsilə  kitabxanada  yerinə  yetirilən 

əsas  texnoloji  proseslər  -  komplektləşdirmə,  kataloqlaşdırm a. 

ədəbiyyat 

axtanşı 


və 

sifarişi 

texnoloji 

proseslərinin, 

abonem ent  xidmətinin  kompüterləşdirilməsi  şərh  olunm uşdur. 

Q eyd  olunan  proseslərin  kompüterləşdirilməsi  üçün  istifadə 

olunan 

A vtom atlaşm ış 



İşçi 

Yerlərinin 

iş 

prinsipi 



izah 

olunmuşdur. 

Bu 

fəsillə 


tanış 

olan 


oxucular 

həmçinin 

kitabxananın 

fəaliyyəti 

haqqında 

bir 


sıra 

statistik 

informasiyaların  əldə  olunması,  normativ  standartlara  uyğun 

sənədlərin  hazırlanması  üsullan  ilə  tanış  olacaqdır.



6

K itabın 

ikinci 

fəsli 


kitabxanalarda 

elektron 

informasiya  xidmətindən  bəhs  edir.  Bu  fəsildə  elektron 

sənəd  göndərişi  xidmətinin  yaranma  tarixinə  qısa  nəzər 

salınmış,  onun  təyinatı,  bu  xidmətin  təşkil  edilməsi  üçün 

tələb  olunan  proqram-texnoloji  vasitələrin  təhlili  verilmişdir. 

Elektron  sənəd  göndərişi  xidmətində  geniş  istifadə  olunan 

V enta 


Fax, 

O utlook  Express, 

W indow s 

Commander, 

A dobe 

A crobat, 



Ariel 

proqramları 

haqqında 

məlumat 


verilmişdir. 

Bu  fəsildə 

həmçinin 

elektron 

kitabxanaların 

təyinatı  və  yaradılması  üsulları  şərh  olunmuşdur.  Kitabın 

sonuncu  paraqrafm da  elektron  informasiyanın  təhlükəsizlik  və 

qorunm a 

üsulları 

izah 


edilmişdir. 

İnformasiya 

arxivinin 

yaradılması,  informasiyadan  qeyri-leqal  istifadənin  qarşısının 

alınması,  informasiya  daşıyıcılarına  diaqnostik  və  profilaktika 

xidmətinin 

göstərilməsi 

üsulları 

haqqında 

məlumat 


verilmişdir.

Dərsliyə  əlavədə  isə  İR B lS   Avtomatlaşınış  Kitabxana 

İnformasiya  Sistemi  vasitəsilə  hazırlanan  normativ  standart­

lara  uyğun  sənədlərin  siyahısı  verilmişdir.



FƏSİL  1

Kitabxanaların  kompüter- 

ləşdirilməsinin  əsas  məsələləri

§1.1.  Cəmiyyətin  informasiyalaşdırılmasmda 

kitabxanaların  rolu



ji

Bəşər  sivilizasiyasının  "qızıl  yaddaşı"  adlanan  kitab­

xanalar  ən  böyük  informasiya  mənbəyi  olub,  uzun  əsrlər 

boyu  müxtəlif  tarixi  şəraitlərdə  və  cəmiyyətlərdə  fəaliyyət 

göstərmiş,  cəmiyyətin  tərəqqisinə  xidmət  etmişlər.  K itab­

xanaların  çox  qədim  və  zəngin  bir  tarixi  vardır.  Onlar 

qədim  dünyanın,  orta  əsrlərin  kasıb  fondlu  kitabxanala­

rından  başlayan,  kompüterləşdirilmiş,  ümumi  istifadə  üçün 

açıq,  müasir  kitabxanalara  qədər  uzun  bir  təkamül  yolu 

keçmişdir.  Bu  tarixi  yolu  keçərkən  onlar  cəmiyyətdə  baş 

verən  iqtisadi,  siyasi  və  sosial, proseslərə,  yeni  dövrün  tə­

ləblərinə  uyğun  olaraq  böyük  dəyişikliklərə  məruz  qalmış, 

fəaliyyət  göstərdiyi  məkan  daxilində  sosial  vasitə  kimi 

həmişə  sosial  mühitdən  asılı  olaraq  formalaşmışdır.  Kitab­

xanalar  bütün  dövrlərdə 

öz  hamisi  olan  cəmiyyətə  xid­

mət  etmiş,  onun  informasiya  tələbatını  ödəmiş,  sosial  si- 

larisini  yerinə  yetirmişdir.

Sivilizasiyanın 

başlanğıcından 

zəmanəmizə 

qədər 


olan  dövrdə  kitabxana  tarixinə  nəzər  saldıqda  həm  qədim 

dünya  kitabxanalarının,  həm  də  inkişaf  ctıniş  müasir  ki- 

tabxanalann  fəaliyyətində  üç  mühüm  amil  diqqəti  cəlb 

edir:


1. 

Kitabxana  elmi  sərvətləri  toplayıb,  onları  insanların 

istifadəsinə  verməklə  elmin,  mədəniyyətin,  iqtisadiyyatın, 

texniki  biliklərin,  elmi  kəşflərin  öyrənilməsi  və  tətbiqi 

üçün  şərait  yaradır,  beləliklə  də,  elmi-texniki  tərəqqiyə, 

elmi  nəzəriyyələrin,  kəşflərin  istehsalata  tətbiqi  prosesinə

I ____________________________________________________________

kömək  göstərir.  Elmlə  istehsalat,  tədqiqlə  tətbiq  arasında 

vasitə  kimi  çıxış  edir.

.2.  Kitabxanalar  həm  də  bəşəri  sərvətləri 

qoıuyub, 

saxlayıb,  nəsildən-nəslə  çatdırırlar.  M übaliğəsiz  demək 

lazımdır  ki,  kitabxanalar  olmasaydı  bəşəriyyətin  yaratdığı 

elmi,  mədəni,  fəlsəfi  və  ədəbi-bədii  sərvətlərin  ən  güclü 

informasiya  daşıyıcıları 

sayılan 


kitablan 

qorum aq 

və 

zəmanəmizə 



gətirib 

çıxarmaq 

mümkün 

olmazdı. 



Kitabxanalar  olmasaydı 

mədəni 


inkişaf, 

tərəqqi 


baş 

verməzdi. 

cəmiyyət 

yerində 


sayardı. 

öyrənilmiş, 

ümumiləşdirilmiş, 

sistemləşdirilmiş 

insan 

fəaliyyətinin 



nəticəsi  olan  bilikləri  və  kəşfləri  yenidən  kəşf  etmək  lazım 

gələrdi.


3. 

Kitabxana  elm,  mədəniyyət,  ədəbiyyat,  incəsənət 

və  təhsil  kimi  mənəvi  sərvotlərə  dair  çap  əsərlərinin,  m ə­

lumatın,  biliyin  yayılmasında  fəal  iştirak  etməklə  tərbiyə 

prosesinə,  bəşəri,  əxlaqi  biliklərə  yiyələnmə  prosesinə, 

cəmiyyətin  inkişafına  yardımçı  ola  biləcək  intellektual  sə­

viyyəli  insan  yetişdirilməsi  prosesinə  xidmət  göstərir.

Beləliklə,  dünya  mədəniyyətinin  ən  qiymətli  incilə­

rindən  hesab  edilən  kitabxanalar  cəmiyyətin  yaratmış  ol­

duğu  mədəni  qurumlar  arasında  ən  qədimlərindən  biri 

olmaqla,  bəşəriyyətin  mədəni  sərvətlərini  toplayan,  m üha­

fizə  edən,  saxlayan,  ictimai  istifadə  üçün  nəsildən-nəslə 

çatdıran,  cəmiyyətin  tərəqqi  və  inkişafında  yaxından  işti­

rak  edən,  cəmiyyət  üzvlərinin,  biitün  insanların  mədəni  və 

intellektual  səviyyəsinin  yüksəldilməsinə  köıııək  edən,  gənc 

nəslin  təhsil  və  tərbiyəsində  yaxından  iştirak  edən,  öz  ət­

rafında  böyük  oxucu  dairəsi  toplayıb  onlara  informasiya 

və  kitabxana  xidməti  göstərən,  oxucuların  tələbatını  odə

_____________________________________________

9


10

mənlə  mütaliə  prosesinə  kömək  edən  sosial  institutlardır. 

Kitabxanalar  öz  fəaliyyətlərində  bir-biri  ilə  bağlı  aşağıdakı 

üç  vəzifəni  yerinə  yetirirlər1: 

./

1.  İnformasiya  daşıyıcılarını  əldə  etmək;



2.  Kitabxana  fondlarını  yaratmaq  və  qaydaya  salmaq;

3.  Kitabxanada  toplanmış  informasiya  daşıyıcılanndan 

istifadəni  təşkil  etmək.

Əhalinin  müəyyən  təbəqəsinə,  müəyyən  oxucu  dai­

rəsinə  xidmət  etməyi  öz  qarşısına  məqsəd  qoyan  kitabxa­

nalar,  hər  şeydən  əw əl  elm,  bilik,  mədəniyyət,  təhsil  da­

şıyıcıları  olan  informasiya  ehtiyatlarını  -  kitablarla,  dövri 

nəsrlərlə  \’ə  digər  audiovizual  materiallarla  təchiz  olmuş  öz 

‘ondunu  yaradırlar.  Çünki  kitabxananın  fondu,  onun  əsas 

özəyi 


yaradılmadan 

kitabxana 

xidmətindən 

danışmaq 

mümkün  deyildir.  Kitabxana  məfhumu  o  zaman  meydana 

gəlib  reallaşır  ki.  onun  oxucuların  tələbatını,  sorğularını 

ödəmək  imkanı  və  maddi-texniki  bazası  olsun.  Əlbatlə, 

bu  bazanın  əsas  hissəsini  informasiya  daşıyıcıları  taskıl 

edir.  M əhz  buna  görədir  ki,  tarixə  nəzər  saldıqda  dünya 

kitabxanalarının  qiymətinin,  bəşər  mədəniyyətinə  xidmət 

prosesində  iştirakının  mühüm  amillərindən,  başlıca  göstə­

ricilərindən  biri  kimi  onun  fondu  nəzərdə  tutulmuş,  loıı- 

dun  kompleklləşdirilib  tədricən  təkmilləşdirilməsi  kitab­

xana  işinin  əsası,  bünövrəsi  hesab  edilmişdir.  O dur  ki.

Bu  uc  vəzifəni  yerinə  yetirmədən  kitabxananı  bəşəriyyətin  mkiw- 

Гша  xırimər  irdən  müəssiməyə  çevirmək,  elmi  biliklərin  toplandığı 

rrərkər/  və  tərbiyə  məktəbi  səviyyəsinə  yüksəltmək  mümkün  ol­

mazdı

tarixən  kitabxana  fondları 

mədəniyyətin,  təhsilin,  biliyin 

qızıl  fondları  kimi  qiymətləndirilmiş,  onlann  əsas  da- 

şıyıcjlan  hesab  edilmiş,  kitabxanalar  isə  bütun  elmi  kə> 

Həri,  intellektual  nailiyyətləri,  cəmiyyətin  yaratdığı  bulun 

dünyəvi  sərvətləri  əsrlərdən-əsdərə, 

nəsillərdən-nəsillərə 

çatdıran  mühüm  mədəniyyət  mərkəzi,  elmi  bilikləri  yayan 

institut  kimi  səciyyələndirilmişdir.  Tanxin  ilk  çağlarından 

bu  yana  dünyanın  ən  görkəmli  dühaları  kitabxanaların 

topladığı  elmi  və  mədəni  sərvətləri  bəşəriyyətin  bilik  və 

düşüncələrinin, 

insan 


yaradıcılığının 

daşıyıcıları 

kimi 

dəyərləndirmişdin-.  Heç  təsadüfi  deyil  ki.  qədim  dünya 



və  orta  əsrlər  kitabxanalarının  ilk  kitabxana  xadimləri 

görkəmli 

filosoflar, 

alimlər 


və 

mədəniyyət 

xadimləri 

olmuşlar.

Kitabxana  inkişaf  edən  «orqanizmdir»,  inkişaf  edən 

canlı  orqanizmdə  hüceyrələr  dəyişdiyi,  təzələndiyi  kimi 

kitabxanalann  inkişafında  və  strukturunda  zaman  kecdıkcə 

böyük  dəyişikliklər  baş  verir. 

Bu  dəyişikliklər 

ayn- 


aynlıqda, 

bir-birindən, 

təcrid 

edilmiş 


şəkildə 

yox, 


kitabxananın  təbiətinə  uyğun  sistem  şəklində  fəaliyyət 

göstərən  elementlərin  qarşılıqlı  əlaqəsi  prosesində  l*as 

verir’.

X I X -X X   əsrlərdə  kitabxanalar  daha  böyük  inkısəi 



yolu  keçmiş,  sivilizasiyalı  cəmiyyətin  əsas  atributlanndan 

birinə  çevrilmişdir. 

Milli, 

ümumi,  elmi,  elmi-texnıkı. 



ümumaçıq  xalq  lütabxanalannın  meydana  gəlməsi  və 

geniş  informasiya  fəaliyyəti  göstərməsi  cəmiyyətin  mənəvi 

təminatı 

ilə 


yanaşı 

olaraq 


elmin, 

və 


iqtisadiyyatın

1 Bu  fikirlər  görkəmli  hind  kıubxanaşıınaıu  Ş.  К  Kanqarulana

məxsusdur.


inkişafında 

da 


böyük 

rola 


malik 

olduğunu 

aşkara 

(..varmışdır.  Bu  əsrlərdə  böyük  inkişaf  yolu  keçən  təhsil 



'  itcnu.  cəmiyyətdə  kütləvi  mütaliənin  geniş, vüsət  alması 

kitabxanaların  fəaliyyət  dairəsini  xeyli  genişləndirmişdir. 

Kitabxanaların 

ətrafında 

böyük 

oxucu 


dairəsinin 

yaranması,  onlann  marağının  və  informasiya  tələbatının 

artması  kitabxanaların  qarşısında  yeni  vəzifələr  -  hələ 

indiyə  qədər  kitabxana  təcrübəsində  istifadə  edilməmiş 

problem  vəzifələr  qoyurdu.  Kitabxanalar  bu  vəzifələrin 

öhdəsindən  gəlmək,  durmadan  artan  oxucu  tələbatına 

cavab  vermək  üçün  yeni  is  forma  və  üsullarından,  elmi 

metodlardan  istifadə  edərək,  humanist  dəyərlərin  mənbəyi 

kimi  fəaliyyət  göstərməyə  başladılar.

X X   əsr  bəşəriyyətin  tarixinə  atom,  elmi-texniki 

tərəqqi, 

informasiya  .partlayışı, 

mədəniyyətin 

yüksək 


tərəqqisi 

əsri 


kimi 

daxil 


olmuşdur. 

Bu 


böyük 

müvəffəqiyyətlərdə 

cəmiyyətin 

informasiyalasdırılması 

boyuk  rol  oynamışdır  ki,  bu  işdə  kitabxanaların  xidməti 

əvəzedilməzdir.  Iııformasiyalaşdırma  sahəsində  əldə  edilən 

uğurlara, 

informasiyalaşmanın 

inkişaf 

dinamikasına 

əsaslanaraq 

dünyanın 

görkəmli 

alimləri 

X X I 

əsri 


informasiya  və  yaxud 

informasiyalaşmış  vətəndaş  cə­

miyyəti 

quruculuğu  əsri  kimi  qiymətləndirirlər.  Informa- 

siyalaşrnış  vətandaş  cəmiyyətində  sosial  sifariş  olaraq 

komputerləşdirməni 

cəmiyyətin 

bütün 


sahələrinə, 

cümlədən  informasiya  müəssisəsi  olan  kitabxana  işinə  və 



cəmiyyətin  informasiyalaşdınlmasına  tətbiq  etmək  tələbatı 

qarşıya  çıxır.  Bu  gün  insan  təaliyyətiniıı  bütün  sahələrinin 

kompüterləşdirilməsi 

cəmiyyətin 

əsas 

sahəsi 


kimi 

formalaşır,  sosial  inkişafın  mühüm  və  qeyd-şərtsiz  amili

hesab 

edilir. 


Bu 

vəzifələri 

müsbət 

həll 


etmədən 

cəmiyyətin  humanistcəsinə  yenidən  qurulması,  iqtisadi 

inkişafı,  yüksək  maddi  təminatı,  insanların  maddi  niahının 

yaxşılaşdırılması  miimkün  deyildir.

Kitabxanalar  ən  böyük  informasiya  mənbəyi  ol 

duğundan,  informasiyalaşmış  vətəndaş  cəmiyyəti  qurucu 

luğunda  onun  rolu  əvəzsizdir.  Müasir  kitabxanalar  elm, 

informasiya,  mədəniyyət,  təhsil  və  tərbiyə  müəssisəsi  kımı 

çap  əsərlərini  və  digər  informasiya  daşıyıcılarını  toplayıb 

mühafizə  edən,  onlann  sistemli  istifadəsini  təşkil  edən, 

cəmiyyətin  intellektual  və  mənəvi  potensialının  inkişafına 

xidmət  göstərən  sosial  institut  olmaqla,  informasiyalaşmış 

vətəndaş  cəmiyyətinin  əsas  göstəricisi  olan  qlobal  infor­

masiya  mühitinin  yaradılmasında,  informasiyanın  əmtəəyə 

çevrilməsində,  informasiya  və  bilik  bazarının  yaradılması 

və  inkişafında,  təhsil  sisteminin  və  səviyyəsinin  təkmilləş 

məsində,  beynəlxalq,  milli  və  regional  səviyyədə  informa­

siya  mübadiləsi  sistemlərinin  imkanlarının  genişlənməsi 

hesabına  cəmiyyətin  peşə  və  ümumi  mədəniyyət  səviyyə­

sinin  artmasında  apancı  rol  oynayırlar.  M üasir  kitabxa­

nalar  ən  yeni  kompüter-telekommunikasiya  texnikası  ilə 

təchiz  olunmuş,  kilabxaııa-inforınasiya  texnologiyasının 

son  nailiyyətləri  tətbiq  olunan,  yüksək  ixtisaslı  mütəxəssis 

potensialına  malik,  müasir  oxuculara  coğrafi  uzaqlıqdan 

asılı  olmayaraq,  sutkanın  24  saatı  müddətində  on  line 

xidmət 


göstərən 

informasiya 

müəssisələridir'. 

M nasir 1

1  Müxtəlif  ölkələrdə  informasiyalaşmış  vətəndaş  cəmiyyəti  qurucu 


Yüklə 1,11 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin